Atalar deyir




Yüklə 0.99 Mb.
səhifə1/9
tarix21.04.2016
ölçüsü0.99 Mb.
  1   2   3   4   5   6   7   8   9

Işləyən-Bey Hadi Atalar Deyir-Atalarsözü- 2700 Turuz-Tebriz-12-2013

ATALAR DEYIR

Atalarsözü

2700

Işləyən:Bey Hadi

Turuz-Tebriz-12-2013

Atalarsözü

Atasözləri-Deyimlər Toplusu

abağudan qorxan quş ac qalar. (abağudan: quyğundan. mətərsək )

ac bay yeyər qoymaz, acgöz yeyər doymaz.

ac ilə toxun işi tutmaz.

ac qarın acı bilmәz.

ac olan qarın, acıqlı baş diş (dinc) durmaz.

ac sığıra baxarsın, ağzın dolu dad olur, azqın birin doyğursun, baş çanağın qan olur. {ağzın dolu dad olur. (yaxud) mal davarın bol olur}.

ac toxu anmış, tox acı anmamış.(anmaq: yada salmaq)

ac toyuğun avlağı, yuxuda buğda ambarı.

ac uşaq tox uşaqla oynamaz, tox uşaq ac uşağı oylamaz. (oylamaz: düşünməz)

acgöz doymaz gözü, ya yalıq ya bayıq . (yalıq: yoxlu). (bayıq : varlı).

acı beşikdə doğur, dadlı deşikdən olur. (onsuzda acılıq, ağrı doğaldırlar, çalış toxluq, xoşluq yarat). {acı beşikdə doğur, dadlı böyütsən onur. (ösütsən: böyütsən)}. (xoşluğa kürə dar gəlir, acı bir deşikdən yer elər).

acı bilmərsən, güntay ola bilmərsən.(güntay: xoşbəx). (yaşlı gözü qanmayan, gülər gözü tanımaz). (yamanlığı qanmıyan yaxcılığın nisgini). (nisgin : həsrətli)

acı bilməz nə bilir dadlı nədir.

acı çəkən qınanmasın, sınananlar sınanmasın

acı çəkmək gücə gedməz, oğudan olsa. ( oğudan: təsəlli verən)

acı dadlını dadan bilər, yak uzağı yürən.

acı dildi ağuq ilan, dadlı dilə can qurban. (ağuq: ağulu. ağılı. zəhərli)

acı soruqa dadlı soraq gözlənməz.(soruqa: suala). (soraq: yanıt. cəvab)

acıq dadı bilməyən, bal dadını seçənməz

acın imanı olmaz, toxun gümanı. (gümanı : quşqusu. şəggi). (ac doymam deyər, tox acmam deyər).

acındırsan arsız, acıqdırsan hırsız olur. (üz verirsən arsız, az verirsən hırsız olur)

acısın bilməz süycüsün çəkməz. .(süycüsün : şirinin)

acqarını çörək bassan toxdamış, gözü acı topraq basar toxdadar.

aclamaz qarın demə, bitləməz kanım demə. (hər nəyin sonu var)

aclığ korluğun unudan, toxluğunda kor olur.

aclıq yaman olur yeyir doyur, toxluq yaman olur şişir qudurur.

acun işi, qapan götdü, utan öttü, gileyliyə yer qalmaz. ( acun : evrən)

acun qurulmuş belə. -azığan kişi azığ evində tapmış, yazılan kişi tapmaq üçün çalışsın. (acun dünya). (azığan: əğri. yasıya, qanuna boyun qoymamış, müti' olmamış) (azığ: ağızlıq. yemək). (yazılan : yasılan : doğru. yasıya, qanuna boyun qoymuş, müti').

açıq ələ dos görünən çox olar, yumuldusa, göründüklər yok olar, kəndinə sən yetinməyi öğrənsən, gözün doyar könlün qalmaz tox olar. (kəndinə yetinmək: kəndi onayıb (onğayıb), razı saxlamaq).

açıq gözlə görülən yuxu, başa oyun gətirir!.

açıq könül səggiz uçmaq eşigin açar. (vardı könül kömür qarası, vardı könül könül alası)

açıq qucaq, sarmalı qol boş qalmaz.

açıq qulaq nə dinləməz, ağzı açıq nə söyləməz.

açılmayan düğün yoxdur.

açmasız açmaz, keçitsiz çay olmaz . (çıxılmaz çıxmaz tapılmaz). (açmasız : yolsuz. çarasız. tədbirsiz). (açmaz: qıyın soru.müəmma)

açmayınca ağız sözə bir kişi, bəllənilməz dilək çəki, iç işi. (çəki: qəsdi. niyyəti).

adamın gözə baxanından, suyun xım axanından qorx!

adamın yerı baxanından, suyun lam axanından qorx!

adı çəkilməsin, göz görməsin, qulaq duymasın.(yaman nərsədən söz gedəndə)

ağ qara yaşqasını gözdən alıb ellərə at. (yaşqasını: pərdəsini). (ellərə : yadlara). (çevrəvi, dünyavı ağ qarıya bölmə)

ağac yemişindən, kişi qılışından

ağaca dayan çürür, özgəyə güvən gövür, kəndivə güvən, iki evrənin görür.(gövür: cumur. şumlur. puç olur)

ağacın gördük yemişin yok.(ondan bizə elə kar dammadı)

ağacın gördün yemişin atma. (ağacın görüb yemişin atma). (üzünə baxıb için daşlama)

ağacsız bağ olmaz, gəlinsiz ev.

ağarıb önə düşmə, qaralıb sona qalma. {uçurluq edmə. (uçurluq: ifrat təfrit)}. (hammını qınama, kəndivi bir sına). (lovğalıqla gurranıb, alda düşüb aldanıb).

ağıl çaşsa saxlamaq çətin, öz işivə kəndliyin yetin. (başqa əldən yeyən doymaz, baş gedirsə ayaq durmaz).

ağıl pula satılar,pulla satılmaz

ağılı diş ilanda, ağılı dil oğlanda. (oğlanda: insanda)

ağıllı bildiyini söyləməz, dəli söylədiyini bilməz

ağıllı duşməndən qorxma, dəli dostdan qorx.

ağırın davran ərisin dağlar. (ağırın. dərin. mətin).

ağırın düşün yapınma acraş. (ağırın. dərin. mətin). (acraş: tələsik).

ağız açdın daşatma, baş itirib daş atma. (ağız açdın daşatma: ağzıva gələni danışma)

ağız açıb gəpirməz, kim olduğu bəlirməz.

ağız ağıza verilmiş, diş dişə verilməz. (olamaz, görünməmiş iş). (ət ətə dəğər, sümük sümükdən qaçar)

ağız deyər baş ağrıyar. (dil ağrısın baş çəkər).

ağız deyər, qulaq duyar, könül dinər. (ağız deyər, qulaq duyar, ürək bulanar). {sözlə sözün, duyan qulağın alan ürəyin çox dərki var. (çox fərqi var)}

ağız dolduran, qoltuq şişirən, beyin pukaldan sözlərdən uzaq ol!.

ağız doyar qarın yox.

ağız yeməz, üz utmaz. (ağız yeməsə üz utanmaz). (ağız, yemək yaluq yılıqda (insan heyvanda) əş gəlir, bir dəğər bəslir. kişioğlu ağzın, yeməyinin önün alanmasa, sonucun toplar)

ağızbir götürsən, ağır olmaz. (ağızbir : biləkdə. ittihadla)

ağızbirlər göyüzdəkin qapçırar, ağzalalar əlindəkin qaçqırar. (qaçqırar: uçurar)

ağızbirlik, güclülük.

ağızla gəmir, dilinlə gəpir, qulaqla səmir. (səmir: bəslən)

ağnasa dağ, dərələr boş qalmaz. (dağ yıxılmasa dərə dolmaz). (olan versə, acıq ac qalmaz). (acıq: möhtac. ac olan) .

ağrı gircək, bütün dadlar yad olur, könül bulsan, bütün dərdlər dad olur. (könül bulmaq: huzur bulmaq. sevmək. dinolmaq)

ağrı varsa ölüm deyil, ölüm varsa ağrı deyil. (ağrı başqa ölüm başqa). (hər ölüm ağrılı, hər ağrı ölümlü olmaz). (incəlik konuları ayırmaqdadır)

ağrıq atlana atlana gələr, sallana sallana çıxar. (ağrıq atlı girər, yayaq çıxar). (yayaq : piyada)

ağrıq atlı girər, yayaq çıxar. (yayaq : piyada). (ağrıq atlana atlana gələr, sallana sallana çıxar).

ağrıqlı baş yastığında yatanmaz. (başa gələn qada bala soxulduğun durumdandır)

ağrılar birlə çalışda, ölüm ilə barışma!

ağrılar var çəkilirdə qaçınılmaz!..

ağrıtmazki saç başı (saçdan başa yük olmaz). (saçın başa yükü yox).

ağsaqqalda baş olsa, keçi başa keçənməz.

ağza yüyən, ağza gələn samranmaz. (yüyən: yular. cilov). (samranmaz: söylənməz)

ağzı açıq tikəsin qapar, təndiri sıcaq, çörəyin yapar.

ağzı dişsiz, əli dırnaqsız börü olamaz.

ağzı gülüb, könlü pozuq ərlərə, yoldaş olub yaxın durma ıraq eylə özünğü. (özünğü: özünü).

ağzı sözdən boşalmaz, sözü sözə oxşamaz.

ağzı varsa dili yox, ölü yaratıq diri yox.

ağzına gələni samrap yürmə. (samramaq: sayqarmaq. sadalamaq).

ağzına gələni samrap yürmə. {samramaq: deyib durmamaq. (sayqarmaq. sadalamaq)}

ağzına qoysan belə gətirməzin, tüpürüb qoyar ac, qarnın. (belə : hətta). (gətirməzin: şansısızın. qarabaxdın)

ağzında dadı yox, başı umut yeliylə əsir. (qurusuyla umut olmaz, umut ilə qarın dolmaz).

ağzındaki doğma dilin danırsa, özgə poxun istəyilə yalırsa, nəyivə yarar belə biri.

ağzındakı doğma dilin kəsib at, özgə dilə ağız qatıb olub tat.

ahda yerin bulur, hakda, sən iyi düşün, o olur.

axar sular dənizə batar, yaşam keçər ölümə çatar.

axar sular keçiksiz, duran nərsə ölümsüz olmaz.

axar suya gedirsə, axar sular quruyar, əğilirsə su içə , qaynar bulaq quruyar. (kütaçuğ. şansısız). (əğilmişsə içə su, qaynar bulaq qurudu)

axar suyun yolağun tapar, gedən yolçu barcağa çatar. (barcağa: amaca. məqsədə. mənzilə)

axmağın duyğusu, yeltağın yuxusu bitməz. (yeltağın : yalqavın. təmbəlin)

axmaq belə susunca bilgə kişi görünmüş.

axmaqlar belə düşünürlərki heç kim özünə axmaq deməz.

axmaqlar böyük olduqca, sözləri güclü keçir.

axsa bulaq qapından, suya dəğər bilinməz

axsağı dayaq saxlar.

axsaq yalan toxsaq doğurdan gur qaçar. (qaçar: yayılar)

alan asğın, verən salqın. (salqın: ağır). (alanın dili qısa, verәninki uzun)

alana altı az gəlir, verənə beşdə çox gəlir.

alanıva bəğinmə, verənivə qınanma. (qazandığıva çox şişinmə, verdiyimə heç yanma)

alçaq kişi verirsə söz tutanmaz. qırar ilqar, dönər üzün utanmaz. (ilqar: əhd)

alçaqlala tutuşma, nərsəsi yox itirsin.

alçaquca qaraçı sözü, ''yalan demə, düzündə demə''. (alçaquca: böyük əsgik kişi. böyüklük tasası olub, kötü diləkli olan). (qaraçı : ləkə yapan. araqarışdıran. ara vuran)

alda keçdin bij olursn, arda qaldın gij

alda yürü dağlar aş, başqa yeri görməsən qoyulduğun çuxurdan. (doğulduğun çuxurdan). (alda: irəli)

aldanma aldışalara, isti qalmaz qışalara. (aldışlara: adәtlərə).

aldın oylan, ardın aytan. (ilkin düşün, geyin söylən).

aldınsa qul olma, verdinsə qul edmə.

aldış gücü bilincaltın güc basar. (aldış: adət).(adət şuuraltın üstələr, bilikləri (hikmətləri) kor yapar)

aldış hər nə ola, hər kim ola təpgiləyib etgilər. (aldış : adət)

aldış varsa bilincaltın güc basar. (aldış: adət).(bilincaltın: şuur altını). (adət olan yerdə zehniyyət etgisiz qalmaz).

aldış, bilinc altından baş gəlir. (aldış: adət). (baş gəlir: güc gəlir).(bilinc altından: şuur altından)

aldış, ötgərir yaşam yolunu.(ötgərir : özgərir. dəğişir)

aldışa bax aldışa, qoyar əri hər işə. (aldışa : adətə). (aldışın gücü).

aldışa əsir, tüm qılıq kəsir. (nərsiyə öğrəncəklik, tüm karakteri etgilir).

aldışın dəğiş, ulduğa əriş. (aldışın: adәtin). (ulduğa: ösüşə. böyüklüyə). (kişi üçün alışqanlıqlar, adətlər ən bayağı dustaq qurur)

aldışın yenən, gücə güj gələr. (aldışın : adətin). (güj: güc)

aldışların qarışar, onda başda şaşırar. (aldış: adәt). (adətlər kəndləri üçün gizli düzən yaradar).

alınan bilim yaşınmasın, yaşansın. (öğrəşdiyin bacarığı yaşıtma yaşat. (yaşıtma: gizlətmə)

alınyazı yazılmamış səndən ön, etdiklərin yazdırır, çəkdiklərin qurar yazıvı.

alınyazısı deyə nərsə yox, başa gələn alna yazılır.

alışmaq yer alanda, sarışmaq yerdən qalır. (sarışmaq: çin diləklə, ixlasla qulluqda olmaq)

alqış ilə ər gögər, yağmur ilə yer gögər. (gögər: gövərər. ösüşər)

alovsuz tütün , tütünsüz alovdan qorun. (qara yaxmalardan)

altı olub ağızbir, göyüzdəkin endirər, altı olub ağzala ağızdakın aldırar.

altın ayır dosd artır, düşman ocaq başında.

altın ayır gümüşdən, yaman batsın yerində, dosdun artır günündən, yağun yatsın sinində.

altın gəlsə gümüş düşməz gözümdən, dəğər biçsin qoy dəğərləri bilənlər.

altın qılıc dəmir açar, çəlik yarar. (çəlik: polad). (qılıc: yaraq) (çəlik: polad)

altun bilim birgəşsə, könül usun dincələr. (para ilə bilgi birləşsə, könül usun dincələr: canın başın dinc alar)

altun olan yıltılar, hər yırtılan altun dəl.(yıltılar: parıldar). (dəl: değil)

altunyüz, işlərin düz. (altunyüz: yüzdə yüz altun)

amac aracı açıqlayamaz. (açıqlayamaz: doğrultamaz. tovcih edəməz)

amac bəlli yol bəlli . (burda çətin nə varki)

amac bulub düşünməyən yol bulmaz .

amac çatı, çatığın bulur. (çatı: pillə). (çatığın: pilləkanın. nərdüvanın). {amaclar aracın tapır, istəklilər yerin yapır. (tapır: ardır)}.

amac hər yolun dalqacıdır. (dalqacı: çaxmıqı. mühərriki). (ərənlərin nərsəsi yox itirsin, itirmişsə ümidin). (ərənlərin nərsəsi yox: ərənlərə nərsə qalmaz). (ümidin: umacağın. amacın). (kişi üçün durmuş, yaşam seçdiyi diləklə sürür)

amac vardır yol kəsdirər yol üsdə, amac vardır dərd artırar dərd üsdə. (yol üsdə yol kəsdirmək: yoldan yola keçməklə ən uyğun, qısa yolu seçmək).

amac varsa, sapar yollar qapanmış. (sapar: sapıyan. şaşıran. iğva edәn. vəsvəsə edәn. istəkdən uzaq. vəsvəsəli)

amaca çatmay toxtamay, bəlləmədən oxlamay. (diləyi almadan oturma, nişalamadan vurma)

amacı itik , yol bulmaz .

amacın bilən düşünmədən yol bulmaz .

amaclar aracın tapır, istəklilər yerin yapır. (tapır: ardır). {amac çatı, çatığın bulur. (çatı: pillə). (çatığın: pilləkanın. nərdüvanın)}

amacsız yol duranmaz . (duranmaz : dayannamaz. istiqamət tapabilməz)

amacsız, yol tapılmaz. (amacsızlıq sapıq yol. . amacsız, yolsuz qalar)

amacsız, yolsuz qalar. (amacsızlıq sapıq yol. amacsız, yol tapılmaz)

amacsızlıq sapıq yol. (amacsız, yol tapılmaz. amacsız, yolsuz qalar)

aman olsaq görəyin, yağnu gora basayın. (yağnu : yağını. düşmanı)

ana baladan, bala oyundan doymaz.

ana dansa ana dilin, bala seçər dana dilin!

ana dilin iyi gəpir, gəpirməsən, sümük gəmir. (it ol!)



ana qızın ülgüsü, təpə dağın çölgüsü. (çölgüsü: genişliyi)

ana yerdən çıxmır, erkək balası, bala göydən düşmür, ana balası

anadilim genə evdə qalacaq, duzu artsa yavanmıyacaq.. (yavanmıyacaq: xərab olmuyacaq)

anadilin danan, dana. (anadilin danmaq danalıqdır)

anadilin danmaq danalıqdır. (anadilin danan, dana!)

anadilindən dad alamazsan, sümük yala.

anadır bəslir cocuqda həvəs, könüldə əkir dilə bağlı çiçək.

anadır bəslir həvəsi, könüldə varsa bəsi, əkilər dilin səpəsi. (bəsi: mə'nəvi gücü). (səpəsi: tuxum)

analar aldanmaz, atalar aldatmaz, sevişib doğar uşağı, ozaldan budur uğraşı.

analı qız bəlli qız, anasız qız - dəli qız

ananın başqası, daşqaçı olar. (başqası: başqaca. başqa görülən. ali görülən. ərköyülü)

anasan dansan anadilin, çora dönsün ağuzda dilin.


  1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə