AŞiq musa əSƏRLƏRİ baki 2013




Yüklə 0.56 Mb.
səhifə4/4
tarix22.02.2016
ölçüsü0.56 Mb.
1   2   3   4

Aldı Məhərrəm:

Səfər əmi, qəm görünür üzündə,

Qonağın könlünü al səhər-səhər.

Hicran kədəri var görrəm üzündə,

Gözün niyə çəkir yol, səhər-səhər.

Səfər kişi dedi:

– Qonaq, mənim nə günümə saz çalıb oxu­yur­san? Mənim halıma dağlar-daşlar qan ağlayır, başsağlığı verir. Mən Musa kimi oğul itirmişəm. Bunnan sonra bu dünyada mənim üzüm bir də gülməyəcək. İndi dərdimi sana sazla deyim, sən də gör nələr çəkirsən:

Aldı Səfər:

Qurban olum, qonaq, dərdi dilimi,

Niyə eyləyirsən bol səhər-səhər.

Dindirmə yazıqdı, sınıq qəlbimi,

Ələnər gözünnən sel səhər-səhər.
Məhərrəm:

Söyləsən dərdini bölərəm yarı,

Solğun sifətində iz salıb sarı.

Qəlbində kiminsə var intizarı,

Danma sirrin məndən gəl səhər-səhər.
Səfər:

Oğlu itən ata gözlər yolları,

Ələmi, dərddəri bölünməz yarı.

Qəlbimdə Musanın var intizarı,

Görünməz gözümə yol səhər-səhər.
Məhərrəm:

Gedib gəlməyibdi nə vaxtdan bəri,

Bəlkə də orada alıb bir pəri.

Qorxma Məhərrəmdən al şad xəbəri,

Əlini kisənə sal səhər-səhər.

Bir anlığa elə bil Səfər kişi huşunu itirdi. O, tez özünü bir toxdadıb Məhərrəmə belə cavab verdi:



Aldı Səfər:

Özüm dərddi Səfər, pərişan halım,

Huş çıxıb başımnan, çaşıb kamalım.

Peşkaşdı nə varsa cahi cəlalım,

Sənin olsun dövlət, mal səhər-səhər.

Sözünü qurtaran kimi Səfər kişi huşunu itirib yerə yıxıldı. Bu zaman Səfərin qardaşı Cəfər bir neçə adamnan Musanın qırxına gəlirdi. Səfəri belə görəndə qışqırdı ki, bu namərd oğlu, namərdi tutun.

Məhərrəm gördü yox, bunnan bərk şübhə­lə­nillər. O xoş xəbəri onnara görək necə çatdırdı, biz də nə eşitdik:

Aldı Məhərrəm:

Xəbər verin Ağkilsəyə,

Elə bir şad xəbər gəlir.

Siyah geyib qızdar niyə?

Cəfər, vallah Musa gəlir.
...Adım Məhərrəmdi, bəli,

Çamırlıdanam – Göyçəli.

Yanında bir türk gözəli

Cəfər, vallah Musa gəlir.

Bunnan sonra el-oba Musagilin qabağına çı­xıb onnarı böyük təmtəraqnan öyə gətirdi. Cəfər kişi Musanı dannadı ki, ay oğul, adam da belə iş görərmi?

Musa bildi ki, heç kimin onun başına gələn müsibətdən xəbəri yoxdu. Odur ki, sazı götürüb görək öz başına gələnləri onlara necə çatdırdı:


Aldı Musa:

Canım əmi, gözüm əmi,

İş əyildi belə düşdü.

Yoxdu qeyri sözüm, əmi

Sonam göldən gölə düşdü.
...Denən Musa söylə nağılın,

Danışsam kəsərmi ağlın?

Şükür elə gəlnin, oğlun,

Sağ-salamat ələ düşdü.

Bəli, mənim əzizlərim, Musa başına gələn bütün əhvalatları onlara söylədi. Qurbannar yan-yana düzüldü. Yeddi gün yeddi gecə toy vurdurub murada çatdılar. Sizi də mətləb, murada yetəsiniz. Bu toy gecəsinin sonuncu günü aşıq telli sazı sinəsinə basıb götürdü görək nə dedi:

Ey cavan, təzə cavan,

Getmə, dayan, bir bəri dön.

Ayna qabaq, a gül yanaq,

Qönçə dahan bir bəri dön.

Ləl dodaq, büllər buxaq,

Dərdə dərman bir bəri dön.

İnsafı yox, kirpiyi ox,

Qaşdar kaman bir bəri dön.

Nazik bədən, süzüb gedən

Sərvi-rəvan bir bəri dön.
Ey möhtərəm, götür qələm,

Sübhədək yaz, ağrın alım.

Fəhm elə sən, rəhm eləsən,

Az elə naz, ağrın alım.

Öz işini özün düşün.

Belə olmaz, ağrın alım.

Ey şux məmə, baxma mənə,

Can dayanmaz, ağrın alım.

Xalı qoşa, qıl tamaşa,

Çıxdı bu can, bir bəri dön.


Qoyma sənin gül bədənin,

Heyf düşə mar əlinə

Ey təzə gül, insaf deyil,

Vermə gülü xar əlinə.

Əgər düşsə sınar şüşə,

Cismi girifdar əlinə.

Gəz cahanı, seç insanı,

Ver əlini yar əlinə.

Eşit sözü, budu düzü

Mətləbi qan, bir bəri dön.


Könlüm dönmür, eşqim sönmür,

Xan ciyərim etmə kabab.

Əgər yazam nəzm-nizam,

Dərdim olar bir min kitab.

Həddən aşar, əqil çaşar,

Saylarına çatmaz hesab.

Eylə mürvət, qıl bir ülfət,

Firqətinə yoxdumu tab.

Ey əhli-dil, dərdimi bil,

Halıma yan, bir bəri dön.


Teldə şanı, xoş nişanı,

Zülfünü əfşan eləmə.

Boyu mina, girib dona,

Dünyanı viran eləmə.

Sən ey gözəl,yola düzəl,

Nahaq yerə qan eləmə.

Aşığı an, olsun qurban

Qəlbini giryan eləmə.

Gözün süzən, canım üzən,

Öldüm aman, bir bəri dön.



KİTABIN İÇİNDƏKİLƏR
Aşıq Musa (İslam Ələsgər) 3
QOŞMALAR

Dilim 14


Göyçənin 16

Gülə-gülə 17

Yatmışdım, guşuma gəldi bir səda 18

Köynəkcək 21

Ola 22

Varmı 23


Dəli könül, səndə nələr dolanır 24

Güllər 25

Düşdük 26

Dağıstanda 27

Balabançı 28

Var 29


Mənə, Dilbər 30

Eyləyir 31

İndi 32

İndi 33


Siz indi 34

Gələydi 35

Mən 37

Məndən 38



Olmaz 39

Tərlan 40

Ovçu 41

Dağlar 42



Dağlar 43

Getdi 44


Gəldimi 45

Görüşməyə 46

Sənsən 47

O görükən dağlar sizin dağlardı 48

Sinəsin 49

Sultan 50


TƏCNİSLƏR

De bir üz, bir üz 51

Sin ayə bir-bir 52

Ay üzə-üzə 53

Birisin 54
DİVANİLƏR

Mərd 55


Yüküm 57

Yüküm 59


Qalmadı 61

Əlif 63


MÜXƏMMƏSLƏR

Maral 65


Gilas 68

Pəri 70


Samavar 72
GƏRAYLILAR

Nə günahı telli sazın 75

Gəzdirir 77

Kəklik 78

Gözlər 79

Bir gün 80

Oldu 81

Sultanım 82



Mən gedirəm, halallaşaq 83
DEYİŞMƏ

Aşıq Musa və Əli 84


DASTAN

Aşıq Musa ilə Mələknisə xanım dastanı 87


Kitabın içindəkilər 127

Aşıq Musa. Əsərləri.

Bakı, “Elm və təhsil”, 2013.


Íÿøðèééàò äèðåêòîðó:

Nadir Məmmədli

Êîìïƒòåðäə jû‹äû:



Ülviyyə Əliyeva
Korrektor:

Vüsal Abıyev
Êîìïƒòåð òəðòèá÷èñè âə

òåõíèêè ðåäàêòîðó:



Ramin Abdullayev
Êà‹ûç ôîðìàòû: 60/84 1/32

Ìəòáəə êà‹ûçû: ¹1

Hə‡ìè: 148 ñəù.

Òèðàæû: 300


Êèòàá Àçəðáàj‡àí ÌÅÀ Ôîëêëîð Èíñòèòóòóíóí

Êîìïƒòåð Ìəðêəçèíäə jû‹ûëìûø, “Elm və təhsil” ÍÏÌ-äÿ îôñåò ƒñóëó èëə ÷àï îëóíìóøäóð.65



1 Nöqtəhal – incə danışıqlı

1 Alvız - Elbrus

2 Bar (baran) – yağış.

3 Əli-Aşıq Musanın oğlu


1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə