Araşdırmaçı Jurnalistlərin Azərbaycan Şəbəkəsi Xəbər Agentliyi Ötən ay Bakıda torpağın qiyməti 2% azalıb




Yüklə 11.1 Kb.
tarix20.04.2016
ölçüsü11.1 Kb.
Araşdırmaçı Jurnalistlərin Azərbaycan Şəbəkəsi


Xəbər Agentliyi


Ötən ay Bakıda torpağın qiyməti 3.2% azalıb
«Əmlak Bazarı İştirakçıları» İctimai Birliyi (ƏBİ İB) may ayında Bakı şəhəri üzrə bazara təklif olunan torpaq və qeyri-yaşayış sahələrinin monitorinqini aparıb. Bu barədə AJAŞ Xəbər-ə birlikdən məlumat verilib. Belə ki, ötən ay paytaxt ərazisində ümumi 813.2 ha torpaq sahəsinin 77.0%-ni (626.2 ha) boş sahə, qalan 23 %-ni isə (187 ha) qeyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil edib.

Torpaq bazarının şəhərətrafı və paytaxtdan kənar ərazilərə doğru genişlənməsi tendensiyası may ayında daha da zəifləyib. Ay ərzində torpaq üzərində bağlanan alqı-satqı əqdlərinin sayında da müvafiq olaraq azalma müşahidə olunub və bazarın aktivliyi əvvəlki aya nisbətən mənfiyə doğru dəyişib.

Bazarda torpağın ekspozisiya müddəti əvvəlki ayla müqayisədə 2.2% artaraq 226 günə çatıb. ƏBİ İB hesab edir ki, yaranmış vəziyyət əsasən bazarda tələb və təklifin strukturunun tərs mütənasib dəyişməsi və son aylar iqtisadi böhranın ölkənin torpaq bazarına mənfi təsiri nəticəsində meydana çıxıb.

Bakı şəhəri üzrə torpaq bazarında orta qiymətlərdə azalma, əvvəlki aylarda olduğu kimi may ayında da müşahidə olunub. Belə ki, ay ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 3.2% azalaraq 20743 $/sot səviyyəsindən 20079 $/sot səviyyəsinə enib.

Ötən ay şəhərətrafı və şəhərdən kənar rayonlarda torpaq üzərində aparılan əməliyyatlar şəhərin mərkəzinə nisbətən çox olsa da, qiymət azalması daha çox III və IV zonalarda qeydə alınıb.

Şəhərin mərkəzində qiymətlərin həddən artıq yüksək olması I və II zonalarda tələbin aşağı düşməsi ilə paralel qiymətlərin də azalmasına səbəb olub. Amma III və IV zonalarda təklifin çox olması, tikintinin tempinin aşağı enməsi nəticəsində torpağa olan tələbin sürətlə azalması bu zonalar üzrə qiymətlərin daha çox enməsinə təkan verib. “Əmlak Bazrı iştirakçıları” bu qənaətdədirlər ki, qiymətlərin hələ də real dəyərindən yüksək olması torpağın gəlirliyinə ciddi təsir göstərməsə də, bazarın bu seqmentində ekspozisiya müddətinin artmasına və likvidlik dərəcəsinin düşməsinə təsir göstərib. Məhz son aylar bazarda baş verən proseslər bazarın bu seqmenti ilə aparılan əməliyyatlarda risk dərəcəsini artırıb.

May ayında ən çox qiymət azalması Səbail (-3,8%) rayonunda qeydə alınıb. Həmçinin apreldə olduğu kimi, may ayında da Qaradağ rayonunda torpağın qiymətində nisbi də olsa qiymət artımı (0,1%) davam edib. Buna səbəb, rayonun ərazisində yeni ticarət mərkəzinin fəaliyyətə başlamasıdır.

Bütün bunlarla yanaşı, hazırda torpaq bazarında nisbətən aktiv rayonlar sırasına Binəqədi və Nərimanov rayonları başçılıq edirlər. Ən passiv rayon isə ötən aylar olduğu kimi Nəsimi rayonudur.



Ay ərzində bazara təklif olunan ən bahalı torpaq sahəsi Nərimanov (Atatürk prospekti) rayonunda (320000 min $/sot), ən ucuz torpaq sahəsi isə Sabunçu (Ləiş qəsəbəsi) rayonunda (350 $/sot) qeydə alınıb.
Əvəz Qurbanlı


Salyanda mülkiyyətçilərə ödəniləcək təzminatın məbləği 10 dəfə azaldılıb?



Rayon İH-nin təzyiqlərinə baxmayaraq, sakinlər həmin məbləği almaqdan imtina edirlər
Dünya bankının maliyyə dəstəyi ilə həyata keçirilən “İpək yolu” layihəsi çərçivəsində Ələt-Astara avtomobil yolunun ərazisinə düşən pay torpaqları mülkiyyətçilərinə ödəniləcək təzminatların razılaşdırılması prosesinə başlanılıb. Bu barədə AJAŞ Xəbər-ə Vətəndaş Nəzarəti Şəbəkəsinin (VNŞ) Salyandakı regional məntəqəsindən məlumat verib. Məlumatda bildirilir ki, ödəniləcək kompensasiyaların məbləğinin azlığı Salyan rayonunun təsirə məruz qalan torpaq mülkiyyətçiləri arasında narazılıqla müşaiyət olunur: “Avtomobil yolu rayonun Noxudlu, Aşağı Kürkənd, Çuxanlı, Marışlı, Arbatan və Abadkənd kəndlərinin ərazisində 84 hektar pay torpağından keçir. Təkcə Noxudlu kəndində 24 ailənin 19,6 hektar pay torpağı yol altına düşəcək. Bu məqsədlə 1 il əvvəl dünya bankının, “Azəravtoyol”un nümayəndələrindən ibarət komisiya ərazidə olaraq əhali ilə görüşüb, onlara hər hektar üçün 18000 AZN təzminat veriləcəyinə söz verib. Lakin bu günlərdə məlum olub ki, həmin ödəniş 10 dəfə azaldılaraq 1800 AZN-ə endirilib. Salyan RİH-in göstərdiyi təzyiqlərə baxmayaraq, sakinlər həmin məbləği almaqdan imtina edir”.
Əvəz Qurbanlı


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə