An şəkilçisi əlavə edilir radikallara -il




Yüklə 146.3 Kb.
tarix26.04.2016
ölçüsü146.3 Kb.
Sərbəst iş №5
Baxılan Suallar: Karbohidrogenlər. Alkanlar, alkenlər, alkadienlər, alkinlər və arenlərin alınması, xassələri və təbabətdə rolu
Yalnız karbon və hidrogendən ibarət olan üzvi birləşmələr karbohidrogenlər adlanır. Bütün üzvi birləşmələr kimi, karbohidrogenlər də alifatik və tsiklik quruluşlu olurlar. Bu mövzuda baxılan birləşmələrdən alkanlar, alkenlər, alkadienlər, alkinlər alifatik, arenlər (tsikloalkanlar bu mövzuda baxılmayacaq) isə tsiklik birləşmələrdir. Bundan əlavə rabitənin tərtibinə görə, karbohidrogenlər doymuş (alkanlar, tsikloalkanlar), doymamış (alkenlər, alkadienlər, alkinlər) və aromatik (arenlər) olur.

Alkanlar. Ümumi formulu CnH2n+2 formuluna malik karbohidrogenlərdir. İlk nümayəndəsi CH4-metandır. Homoloji sıra əmələ gətirir. Alkanlarda bütün karbon atomları sp3 hibrid halındadır. İlk nümayəndələri (C1-4) tarixi adlarla adlandırılır (digər alifatik karbohidrogenlərdə yalnız adın sonundakı şəkilçi dəyişir): C1-metan, C2-etan, C3-propan, C4-butan. Butandan başlayaraq zəncir izomerliyi rast gəlinir. Sonrakı adlar isə yunan saylarına alkanlara xarakterik olan -an şəkilçisi əlavə edilir (radikallara -il) (C5-pentan və s.). Əgər zəncirdə şaxələnmə gedirsə, iki cür adlandırma variantı var:

Trivial (Səmərəli). Bu zaman ən az hidrogenli karbon atomu mərkəz götürülür və bütün birləşmə metanın törəməsi kimi baxılır. Radikalların əvvəlcə sayı,sonra isə adı karbon sayının artması ardıcıllığı ilə deyilir. Ən sonda metan sözü deyilir. Zəncir uzandıqca adlandırma çətinləşir deyə aşağı molekullu birləşmələri belə adlandırmaq rahat olur. Məsələn:
CH3

|

H3C—C—CH3 (tetrametilmetan)



|

CH3


C2H5

|

H3C—CH—CH—CH3 (metiletilizopropilmetan)



|

CH3


Beynəlxalq (IUPAC). Burada ən uzun karbon zənciri götürülur,zəncir uzunluğu eynidirsə, şaxələnmə yaxınlığına baxılır, o da eynidirsə üstünlük şaxələnmə yaxın olan yerdə əvəzedicilərin çoxluğuna verilir. Sonra isə şaxələnmə yaxın olan nömrələnməyə başlanır. Əvvəlvə radikalın nömrəsi və adı (burada da ardıcıl olaraq böyükdən kiçiyə radikallar oxunur), sonra isə uzun zəncirin adı deyilir. Məsələn:
1 2 3 4

H3C—CH—CH2—CH—CH2— CH3

| 5 | 6 7

CH3 CH2—CH2— CH3 (2-metil 4-etil heptan)


Alınması. Alkanlar təbiətdə sərbəst şəkildə təbii qaz və neft yataqlarından (90%-i metan) çıxarılır. Sonra isə onlar fraksiyalı distilləyə məruz qalır. Digər üsullar:

1) Kolbe üsulu:

R-COONa + H2O → R-R + CO2 + NaOH + H2

anod / katod


2) Vürs və Vürs-Fitting üsulu:

R-X + R'X + 2Na → NaCl + R-R + R-R' + R'-R'


Burada X-halogenid ionu, R-alkil, R' isə alkil və ya aril radikalıdır.
3) Fişer-Tropş üsulu:

kat


CO + H2 → n-alkan + H2O
4) Doymamış karbohidrogenlərin reduksiyası:
CH2=CH2 + H2 → CH3-CH3
5) Grinyar reaksiyası (efir məhlulunda rahat alınır):
R-I + Mg → MgRI
MgRI + H2O → MgIOH + R-H
6) Dekarboksilləşmə:


Fiziki və spektral xassələr. Alkanların homoloji sırasının ilk 4 nümayəndəsi normal şəraitdə qaz, 5-dən 17-yə qədər nümayəndəsi maye, daha sonrakı nümayəndəl isə bərk haldadır. Molekul kütləsi artdıqca sıxlıq və qaynama temperaturu artır, şaxələnmə artdıqca isə azalır. Alkanların İQ spektrində C-H rabitəsinin valent titrəyişləri tezlikləri 2850-3000 sm-1-dir və adənən az intensivliyə malik olur. Metil (CH3) və metilen (CH2) qrupunun xarakterik deformasiya titrəyişləri tezlikləri adətən 1400-1470 sm-1-dir. İzopropil qrupuna 1370-1395 sm-1-də iki zolaq (dublet) xarakterdir. Üçlü butil qrupunu qeyri-simmetrik dupletə əsasən tapmaq olar. Onlardan biri 1370 sm-1-də intensiv zolaq, digəri isə 1395 sm-1-dəki orta intensivlikli zolaqdır. Alkanların NMR-spektrləri kifayət dərəcədə xarakterik olsa da, çətin izah olunur.
Kimyəvi xassələr. Alkanlara aşağıdakı reaksiyalar xarakterikdir:
A) Radikal əvəzolunma (SR):
A1) Halogenləşdirmə. Alkanlar halogenidlərlə (Yoddan başqa-Reaksiyaya girmə qabiliyyəti halogenlərdə Br2-Cl2-F2 sırasında artır) alkilhalogenidlər əmələ gəlir. Flüorlaşdırma reaksiyası məhdud tətbiq edilir, çünki reaksiya çətin nəzarət olunur. Çünki Flüor atomları hidrogeni əvəz etdikdə ayrılan enerji C-C rabitəsini də qırdığından alkilflüoridlər qarışığı alınır. Xlorlaşdırmada enerji az ayrılır. Reaksiya 300°C də və ya UB işıq təsirindən gedir. Reaksiyada üç mərhələ var:
1) Halogen molekulunun enerji təsirindən homolitik qırılması:

2) Zəncirin Uzanması. Xlor radikalının hidrogen atomuna seçici həmləsi (Üçlü karbon atomundakı hidrogen ikili karbon atomundakı hidrogenə, o da birli karbon atomundakı hidrogenə nəzərən daha çox həmləyə məruz qalır) baş verir. Bu zaman HCl və alkil radikalı yaranır ki, o da molekulyar xlora həmlə edir. Proses tam xlorlaşdırmaya qədər davam edir:






3) Zəncirin qırılması. Prosesin sonu radikalların birləşməsi ilə bitir:




A2) Turşuların xlor anhidridlərinə çevrilmə. Zəif qələvi mühitdə UB şüaların təsiri altında alkanlara sulfuril-xloridlə (SO2Cl2) təsir etdikdə hidrogen atomu xlorsulfonil qrupu (SO2Cl) ilə əvəz olunur:


A3) Nitrolaşma (Konovalov reaksiyası). Reaksiya duru nitrat turşusu ilə (10-20%) 110-140°C də normal və ya yüksək təzyiqdə maye fazada gedir:

Reaksiya mexanizmi radikal əvəzolunmadır və seçililik halogenləşmə reaksiyasındakı kimidir:




A4) Sulfolaşma. Qatı sulfat turşusu ilə təsir etdikdə sulfobirləşmələr alınır:
R-H + HOSO3H → R-SO3H + HOH
B) Oksidləşmə. Alkanlar üzvi birləşmələrin əksəriyyəti kimi yandıqda karbon qazı və suya ayrılır:
CnH2n+2 + (3n+1)/2 O2 → nCO2 + (n+1)H2O
Molekulyar oksigenlə oksidləşmə 150-200°C-də katalizator iştirakı ilə (Xromun, Qurğuşunun, Manqanın duzları və s.) gedir. Bu zaman karbon turşuları, aldehid, keton, spirtərdən ibarət qarışıq alınır. Aralıq məhsul kimi üzvi hidroperoksidlər alınır. Məsələn, C3H8-in oksidləşməsi sxemi:




C) Krekinq. Alkanların temperatur vasitəsilə parçalanmasına krekinq deyilir. 2-cür olur:Termiki və katalitik. Termiki krekinq 800°C də, katalitik isə 450-550°C də katalizator (Al2O3 silikageldə (SiO2) iştirakı ilə baş verir. Metan 3-cürə parçalanır (baxmayaraq ki istiliklə təsirə ən davamlıdır.)

1500°C

CH4 → CH≡CH + H2



1000°C

CH4 → C + H2



550°C-600°C

CH4 → CH2=CH2 + H2


Ümumiyyətlə, termiki krekinq prosesi radikal mexanizm ilə gedir və məhsullar çıxımı fərqli olur. Məsələn, heksanın parçalanması:


Katalitik krekinq isə çox vaxt izomerləşmə, bəzən isə tsiklləşmə reaksiyasına daxil olurlar.






Katalitik krekinq ion mexanizmi ilə gedir.


Tibbdə tətbiqi. Alkanların C1-C15 nümayəndələrinin qarışığı vazelin yağı adlanır ki (rəngsiz olur,suda həll olmur), bu yağdan tibbdə ishal yaratmaq üçün, əczaçılıqda dərmanların hazırlanmasında, həmçinin sənayedə kosmetik krem və məlhəm hazırlanmasında işlənir.

Alkanların C12-C25 nümayəndələrinin qarışığı vazelin adlanır ki, əczaçılıqda məlhəmlərin hazırlanmasında işlənir. Parafinlər (C19-C35 nümayəndələrinin qarışığı) əczaçılıqda məlhəm hazırlanmasında, tibbdə isə müalicə məqsədilə (parafinoterapiya) istifadə edilir. Ozokerit (ali alkan, alken, qətran və mineral maddə qarışıqları) də parafin kimi tibbdə nevrit, nevralqiya, pleksit və digər xəstəliklərin müalicəsində işlənir. Metandan isə metil spirti, xloroform və s. maddələr alınır.

Alkenlər. Ümumi formulu CnH2n formuluna malik ikiqat rabitəli karbohidrogenlərdir. İlk nümayəndəsi C2H4-etendir (trivial adı-etilen daha çox işlənir). Alkenlərdə ikiqat rabitəli karbon atomları sp2 hibrid halındadır. Butendən başlayaraq zəncir və vəziyyət, həmçinin fəza (π-diastereomerlər) izomerliyi rast gəlinir. Adlanma alkanlardakı kimidir. Sadəcə olaraq
1) Trivial adlanmada -an, -ilen şəkilçisi ilə əvəz edilir
2) Səmərəli adlandırmada hamısı etilen törəməsi götürülür. Eyni əvəzedici etilenə nəzərən əks tərəfdə olarsa simmetrik, eyni tərəfdə olarsa qeyri-simmetrik sözləri yazılır.
3) Alkanların beynəlxalq adlanmadakı faktorlarından daha vacib olan ikiqat rabitəli karbon atomuna baxılır. Sonrakı faktorlar alkanlardakı kimidir.
4) -an şəkilçisi -en ilə əvəz edilir və sonda ikiqat rabitənin birləşdiyi karbon atomunun nömrəsi yazılır. Məsələn:

Bəzi vacib radikallar:

-CH=CH2 (vinil)

-CH2-CH=CH2 (allil)


Alkenlərdə alkanlardan fərqli olaraq vəziyyət izomerliyinə (ikiqat rabitənin hansı karbon atomuna birləşməsindən olur) fəza izomerliyinə (π-diastereomerlər – ikiqat rabitənin vəziyyətinə görə əvəzedicilərin fəzada yerləşməsi) olur. Hər ikisi butendən başlayır. Fəza izomerliyinin iki nomenklaturası var:
1) Əgər eyni əvəzedicilər fəzada ikiqat rabitəyə nəzərən eyni tərəfdə yerləşərsə buna sis- , əks tərəfdə yerləşərsə buna trans- izomer deyilir.


Bu üsulla müxtəlif əvəzediciləri adlandırmaq sərfəli deyil
2) Əgər molekul kütləsi böyük əvəzedicilər fəzada ikiqat rabitəyə nəzərən eyni tərəfdə yerləşərsə buna Z- (alm. Zusammen-birgə) əks halda E- (alm. Entgegen-qarşı-qarşıya) adlanır.




Alınması.

1) Doymuş Spirtlərin Dehitratlaşması. Zaytsev Qaydasına görə hidroksil qrupu daha az hidrogeni olan atomla birlikdə ayrılır və ayrılan hissələrin yerində ikiqat rabitə yaranır. Məsələn,




2) Monohalogenli alkanların dehidrohalogenləşdirilməsi. Reaksiya Qələvinin Spirtdə məhlulunda aparılır və Zaytsev qaydasına tabedir:


3) Dihalogenalkanların Dehalogenləşdirilməsi Zn və ya Mg ilə spirtli məhlulda aparılır, Halogen Atomları qonşu karbon atomlarına birləşmiş olmalıdır:



4) Alkanların Dehidrogenləşdirilməsi (xırdalanmış Ni, Cr2O3 və s. İştirakı ilə):



5) Alkinlərin zəif katalizatorlarla (Fe, Ağır metalların duzları ilə “zəhərlənmiş” Pd və Pt) Seçici hidrogenləşdirilməsi.

Əgər reaksiya Natriumla maye ammonyakda aparılsa, hidrogen atomları trans vəziyyətdə olar:




Fiziki və spektral xassələr. Alkenlərin ilk 3 nümayəndəsi qaz, C5-C17 nümayəndələri maye, qalanları isə bərkdir. Sis izomerlər trans izomerlərə nəzərən, Xətti quruluşlu alkenlər isə şaxəlilərə nəzərən daha yuxarı qaynama və daha aşağı ərimə temperaturuna malikdir. İQ spektrdə 1640-1670 sm-1 ə uyğun udma zolağı ikiqat rabitəyə uyğun olan udma zolağıdır. C(SP2)-H rabitəsinin 3090-3010 sm-1 ə uyğun udma zolağı valent titrəyişinə uyğundur. Bundan əlavə, sis izomerlərdə 720-650 sm-1 , trans izomerlərdə 960-980 sm-1 ə uyğun deformasiya titrəyişlər olur. NMR spektrində ikiqat rabitənin varlığı ikiqat rabitə protonlarının 4,5-6 m.p. da kimyəvi səmtləşməsi göstərir.

Kimyəvi xassələr. Alkenlərə aşağıdakı reaksiyalar xarakterikdir:
A) Elektrofil Birləşmə (AE):
Ümumi halda belə gedir:


A1) Halogenləşdirmə:


A2) Hidrogenlə aniona ayrıla bilən birləşmələrin birləşməsi (Su, Hidrogen-halogenid, Sulfat turşusu və s.). Reaksiya Markovnikov qaydası üzrə gedir. Yəni Hidrogen daha çox hidrogeni olan karbon atomuna, anion kimi ayrılmış hissə daha az hidrogeni olan karbon atomuna birləşir.


Sonuncu birləşmədən alınan monoalkilsulfatlar su ilə qızdırıldıqda hidrolizə uğrayaraq spirtləri əmələ gətirir:




B) Reduksiya (150-300°C gedir):






C) Oksidləşmə:
C1) Kalium permanqanatla oksidləşmə zamanı qlikollar (ikiatomlu spirtlər) yaranır və qəhvəyi çöküntü əmələ gəlir (Vaqner reaksiyası):


Əgər Kalium permanqanat məhlulu qatı olsa, reaksiya ikiqat rabitənin qırılması il gedir. Alkenlərdən asılı olaraq, reaksiyada ketonlar və aldehidlər yaranır, sonuncular hətta karbon turşularına qədər oksidləşir:






C2) Ozonlaşma zamanı ozonidlər əmələ gətirir:

Bunun aldehid və ketonlara parçalanmasına əsasən ikiqat rabitənin yeri müəyyən edilir:






C3) Molekulyar oksigenlə oksidləşmədə epoksidlər əmələ gətirir (gümüş katalizatorunun iştirakı ilə):


Epoksidlər peroksoturşulardan da əmələ gələ bilər (Prilejaev reaksiyası):






D) Polimerləşmə molekulun ikiqat rabitəsinin açılaraq iri molekulu əmələ gətirməsidir:


E) Radikal əvəzolma reaksiyasına alkenlər alkanlara nisbətən daha rahat girir (Xüsusi şəraitdə). Çünki ikiqat rabitəyə nəzərən α-karbon atomundakı hidrogenlər gərgin vəziyyətdə olur:



Tibbdə tətbiqi. Maddələrdə ikiqat rabitənin olması onların fizioloji təsirinin artmasına gətirir. Məsələn, Xloroforma (CHCl3) və etilxloridə (C2H5Cl) nisbətən trixloretilen (CHCl=CCl2) daha güclü narkotik təsirə malikdir. Morfin molekulunda metil qrupunu allil qrupu ilə əvəz etdikdə morfinin antaqonisti alınır.

Alkinlər. Ümumi formulu CnH2n-2 formuluna malik üçqat rabitəli karbohidrogenlərdir. İlk nümayəndəsi C2H2-etindir (trivial adı-asetilen daha çox işlənir). Alkinlərdə üçqat rabitəli karbon atomları sp hibrid halındadır. Butindan başlayaraq zəncir və vəziyyət izomerliyi rast gəlinir. Adlanma alkenlərdəki kimidir. Sadəcə olaraq
1) Trivial adlanmada -ilen şəkilçisi ilə əvəz edilir
2) Səmərəli adlandırmada hamısı asetilen törəməsi götürülür.
3) Alkenlərdəki beynəlxalq adlanmadakı faktorlarından ikiqat rabitə üçqat ilə əvəz olunur. Sonrakı faktorlar alkenlərdəki kimidir.
4) -en şəkilçisi -in ilə əvəz edilir və sonda üçqat rabitənin birləşdiyi karbon atomunun nömrəsi yazılır. Məsələn:



Alınması.

1) Dihalogenlərin dehalogenləşməsi. Proses NaOH-ın spirtdə məhlulunda gedir. Bu zaman reagentdəki halogen atomları ya qonşu karbon atomlarında, ya da eyni karbon atomlarında olmalıdır:




Əgər halogen atomu ikiqat rabitəli karbon atomuna birləşibsə belə, bu zaman da alkin alınır:




2) Asetilenin alkilləşməsi vacib reaksiya olub, sintez üçün çoxlu imkanlar verir. Bu üsulla daha çox karbon atomlu alkinləri almaq olar. Bunun üçün əvvəlcə NaNH2-nin ammonyakda məhlulu və ya Efirdə Grinyar reaktivi istifadə edilir. Sonra isə alınan birləşmələrə halogenalkanlarla təsir edirlər:




3) Asetilenin Kalsium karbiddən alınma üsulu (sənayedə):





Fiziki və spektral xassələr. Alkinlərdə üçqat rabitə əvvəldə yerləşərsə, İQ spektrdə CSP-H rabitəsinin valent titrəyişlərinin udma zolağı 3300 sm-1-olacaq. Qeyri simmetrik alkinlər üçün İQ spektrdə üçqat rabitənin valent titrəyişlərinin udma zolağı 2300-2100 sm-1-olacaq. Simmetriklər üçün bu, çətin təyin olunur. NMR də üçqat rabitənin protonlarının siqnalları 2,3-2,9 m.p. də görsənir. Alkinlərin ilk üç nümayəndəsi n.ş-də qaz, C5-C15 nümayəndələri maye, qalanları bərkdir.

Kimyəvi xassələr. Alkinlərə aşağıdakı reaksiyalar xarakterikdir:
A) Elektrofil Birləşmə (AE):
A1) Halogenləşdirmə:

A2) Hidrohalogenləşdirmə. Reaksiya Markovnikov qaydası üzrə gedir:
B) Nukleofil Birləşmə (AN):
B1) Hidratlaşma. Civə(2+) duzlarının iştirakı ilə asetilenin hidratlaşması zamanı sirkə aldehidi alınır (Kuçerov reaksiyası). Qalan alkinlərdə isə ketonlar alınır. Çünki alınan enollar (ikiqat rabitəli karbon atomuna hidroksilqruppu birləşmiş birləşmələr) davamsız olur:

Kuçerov reaksiyasının sxemi:


B2) Vinilləşmə. Civə (2+) və ya mis (+) duzlarının iştirakı ilə alkinlərdən C=C-R tipli birləşmələrin alınmasına vinilləşmə deyilir:




C) Reduksiya (alkenlərin alınmasına bax).
D) Oksidləşmə:
D1) Kalium permanqanatla qələvi mühitdə karbon turşuları alınır:

D2) Üçqat rabitə molekulun əvvəlində yerləşərsə, karbon turşusu və karbon qazı alınır:

D3) Kalium permanqanatla qələvi mühitdə, rutetium (VIII) və ya Selen (IV) oksidlə oksidləşəndə α-diketon alınır:




E) Elektrofil Əvəzolunma (SE):

Mis çöküntləri qırmızı-qonur, Gümüş çöküntüləri ağ rəngdə olur. Grinyar reaksiaksiyası da analoji olaraq gedir:

Alkilmagneziumhalogenidlərin reaksiya qabiliyyəti yüksək olur. Bir qayda olaraq onlar nukleofil əvəzolma reaksiyasına girir:


Alkinləri Qarışıqdan ayırmaq üçün aşağıdakı reaksiyadan istifadə edirlər:






F) Radikal əvəzolma reaksiyasına alkinlər Qələvi Mühitdə girir. Çünki üçqat rabitəyə birləşmiş hidrogenlər gərgin vəziyyətdə olur:




G) Dimer-,trimer-,tetramerləşmə reaksiyaları.

Tibbdə Tətbiqi. Asetilen güclü narkotik təsirə malik olsa da, hava ilə partlayıcı qarışıq əmələ gətirir deyə narkoz kimi istifadə edilmir. Təbabətdə Narkotik kimi Asteilen+Etilen qarışığı istifadə edilir.

Alkadienlər.Ümumi formulu CnH2n-2 formuluna malik iki ikiqat rabitəli karbohidrogenlərdir. İlk nümayəndəsi C3H4-allendir. Alkadienlərdə ikiqat rabitəli karbon atomları sp2 hibrid halında olsa da, iki ikiqat rabitə ilə birləşən karbon atomu sp hibrid halındadır. Butadiendən başlayaraq zəncir və vəziyyət, həmçinin fəza (π-diastereomerlər) izomerliyi rast gəlinir. Adlanma alkenlərdəki kimidir. Sadəcə olaraq
4) -en şəkilçisi -dien ilə əvəz edilir və sonda ikiqat rabitənin birləşdiyi karbon atomu yazılır. Məsələn:

Alkadienlər ikiqat rabitələrin vəziyyətinə görə üç cürə olurlar:

1) Kumulə olunmuş (ikiqat rabitələr σ-rabitə ilə ayrılmayır-allenlər):

2) Qoşulmuş (ikiqat rabitələr 1 σ-rabitə ilə ayrılır):




3) İzolə olunmuş (ikiqat rabitələr 2 və daha σ-rabitə ilə ayrılır):



Biz burada yalnız qoşulmuş alkadienlərə baxacağıq:



Alınması.

1)Alkan və alkenlərin Cr2O3/Al2O3 katalizatooru iştirakı ilə dehidrogenləşdirilməsi:




2) Hidroksil qrupu 1,3 və 1,4 vəziyyətində yerləşən diolların Al2O3 və ya mineral turşuların iştirakı ilə dehidratlaşması:

3) Doymamış spirtlərin dehidratlaşması (Lebedev reaksiyası):



Fiziki və spektral xassələr. Alkadienlərdən allen və divinil qaz, izopren və digər sadə dienlər isə mayedir. Kumulə olunmuş dien karbohidrogenlərindən allenlərin İQ-şüada valent titrəyişlərinin udma spektri 1950 sm-1-olur. 1,3 alkadienlər üçün tezliyin azalması və valent titrəişlərinin zolaqları intensivliyinin artması (1600 sm-1) müşahidə olunur.

Kimyəvi xassələr. Alkadienlərə alkenlərin reaksiyaları xarakterikdir. Lakin 1,3 alkadienlərdə 1,4 və 1,2 vəziyyətində birləşmə olur:

Belə Elektrofil birləşmə reaksiyalarının mexanizmi:

B) Yenidən qruplaşdırma reaksiyaları (dien sintezi, Dils-Alder reaksiyaları):




C) Polimerləşmə reaksiyaları:




Tibbdə tətbiqi. Allen qrupları terpen kimi bioloji vacib maddələrin tərkibinə daxildir. İzoprendən dərman istehsalında istifadə edilir.

Arenlər. Benzol həlqəsi (bir və ya bir neçə) daşıyan karbohidrogenlərə aromatik karbohidrogenlər (arenlər) deyilir. Belə bölünür:

1) Təknüvəli

2) Çoxnüvəli

a) kondensləşmiş

b) kondensləşməmiş


Xükkel qaydasına görə, aromatik birləşmələrdə qapalı qoşulmuş rabitə həlqəsinin yaranmasında 4n+2 π-elektron iştirak edir. Burada n-nüvələrin sayıdır. Ən sadə aromatik birləşmə olan benzolda C6H6 n=1 olduğundan həlqənin yaranmasında 6 π-elektron iştirak edir.

Adlandırılması. İUPAC qaydasına görə, birnüvəli arenlərə benzolun törəmələri kimi baxılır. Əvəzediciləri nömrələyəndə əvəzedicinin kiçik nömrəli olmasına fikir verirlər. Əgər 2 əvəzedici varsa, nömrələmədən əlavə aşağıdakı sözlərdən də istifadə edirlər: orto (o-) (əvəzedicilərin nömrəsi 1,2), meta (m-) (1,3), para (p-) (1,4). Bundan əlavə, trivial adlar da geniş istifadə edilir (aşağıda mötərizədə yazılıb)

Bəzən belə birləşmələr toluol, stirol və s. törəmələri kimi baxılır. Ümumiyyətlə, birvalentli aromatik həlqəli radikallara aril radikalı deyilir.

İkivalentli radikallar fenilenlər adlanır.

Əgər Karbon zənciri çox uzundursa, adlandırmada atsiklik birləşmələrin adlandırılması üsulları tətbiq edilir. Bu zaman benzol nüvəsinə radikal kimi baxılır



Çoxnüvəli arenlərin bəzi nümayəndələri və karbon atomlarının nömrələnməsi:



Arenlərdə izomerliyin bu növləri mövcuddur

1) Əvəzedicilərin strukturu ilə bağlı izomerlik

2) Əvəzedicilərin vəziyyəti ilə bağlı izomerlik


3) Nüvələrin vəziyyəti ilə bağlı izomerlik

Alınması:

1) Neft və daş kömür qətranının fraksiyalı distilləsi
2) Aromatikləşmə:

3) Vürs-Fittinq reaksiyaları (alkanlara bax)


4) Alkilləşmə reaksiyaları (Friedel-Krafts reaksiyaları):


5) Digər üsullar:







Fiziki və spektral xasssələri. İlk nümayəndələri maye, difenil, naftalin, antrassen və onların törəmələləri isə bərk maddələrdir. İQ-spektrdə C-H rabitələrinin valent titrəyişlərinin udma spektri 3000-3100 sm-1 , C-.....-C aromatik rabitələrinin valent titrəyişlərinin udma spektri 1600-1500 sm-1 -dir. 2000-1650 sm-1 və 1225-920 sm-1 -də xətlərə əsasən benzol həlqəsinə birləşən əvəzedicilər haqqında məlumat veermək olar. NMR spektrdə aromatik həlqəyə aid protonlar 6,5-8 m.p olan sahədə siqnal verir.

Kimyəvi xassələr.

1) Birləşmə:






2) Oksidləşmə:




3) Eletrofil əvəzetmə (SE): Reaksiyanın ümumi mexanizmi

Ayrılan hidrogen atomu nukleofillə birləşir. Məsələn:



4) Alkilləşdirmə:



5) Asilləşmə:



Ümumiyyətlə, benzol həlqəsinə birləşmiş əvəzedicilər 2 növ olur: I növ və II növ. I növ əvəzedicilər π-elektron buludunun sıxlığını artırır (OH,Cl,NH2 və s). II növ əvəzedicilər isə π-elektron buludunun sıxlığını azaldır (COOH, CN və s). 1-ci halda əvəzolma daha çox orto və para vəziyyətlərdə, 2-ci halda isə meta vəziyyətdə gedir. Məsələn:



Tibbdə tətbiqi. Benzol dərman və boyaq maddələrinin alınmasında işlədilir. Naftalin tibbdə, yun və ipəyin güvədən qorunmasında, ksillollar dezinfeksiyaedici maddələrin hazırlanmasında və s. istifadə edilir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə