Allerqologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Sosial gigiyenanın əsasları. Allerqolojı xidmətin təşkili




Yüklə 1.43 Mb.
səhifə1/15
tarix22.04.2016
ölçüsü1.43 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   15
Allerqologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu
Sosial gigiyenanın əsasları. Allerqolojı xidmətin təşkili
1) Allergiyalı xəstələrə hansı işlərdə çalışmaq olar?

A) Kimyəvi zavodlarda

B) Xalça kombinatında

C) Apteklərdə

D) Açıq havada olan işlərdə

E) Dəri, pambıq emalı müəssisələrində


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г.
2) Allerqoloji kabinetdə mütləq nə olmalıdır?

A) Xarici tənəffüs funksiyasının müayinəsi üçün portativ cihaz

B) USM aparatı

C) İmmun qan serumu

D) Şok əleyhinə komplekt

E) Elektrokardioqraf


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клинические рекомендации. Аллергология» 2006.
3) Diaqnostika üçün istifadə olunan açıq allergenlərin saxlanma müddəti nə qədərdir?

A) 2 ay


B) 1 il

C) 2 il


D) 1 ay

E) 1 həftə


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клинические рекомендации. Аллергология» 2006г.
4) Allerqoloji kabinet şəraitində dispanser nəzarətində hansı bronxial astmalı xəstələr olmalıdır?

A) Spesifik immunoterapiya alanlar

B) Yanaşı vərəmi olanlar

C) 1 ildən çox müddətdə stabil remissiyada olanlalar

D) Onkoloji xəstəliyi olanlar

E) Yalnız qeyri-spesifik terapiya üsulları istifadə edənlər


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клинические рекомендации. Аллергология» 2006 г.
Allerqologiyanın və immunologiyanın nəzəri əsasları

5) İmmun sistemi təşkil edən toxuma və üzv strukturu aşağıdakılardan hansı deyil?

A) Timus


B) Qara ciyər

C) Limfa düyünləri

D) Sümük iliyi

E) Bağırsağın peyer piləkləri


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
6) İmmunoloji reaksiyanın əsas (spesifik) tipi hansıdır?

A) Komplementin fəallaşması

B) Faqositoz

C) Sensibilizasiyaya uğramış limfositlərin toplanmaması

D) Spesifik antitellərin əmələ gəlməməsi

E) Hemotaksis


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
7) İmmun sistemin mərkəzi üzvlərindən biri hansıdır?

A) Qalxanabənzər vəzi

B) Sümük iliyi

C) Dalaq


D) Qara ciyər

E) Limfa vəziləri


Ədəbiyyat: Г.Долор младший, Т.Фишер, Д.Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
8) Çəngəlvari vəzi periferik qanı bunlardan hansı ilə təmin edir?

A) Aqranulositlər

B) Toxuma makrofaqları

C) Monositlər

D) T-limfositlər

E) B-limfositlər


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
9) İmmun sistemin periferik üzvünə bunlardan hansı aiddir?

A) Dalaq


B) Qan

C) Sümük iliyi

D) Bağırsağın peyer piləkləri

E) Timus
Ədəbiyyat: Лолор-младший, Т.Фишер, Д.Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.


10) T-limfositlər hansı funksiyanı yerinə yetirmirlər?

A) Əsasən immun tənzimləyici funksiyaları yerinə yetirirlər

B) Transplantasiya immuniteti reaksiyalarını həyata keçirirlər

C) Şiş əleyhinə immuniteti həyata keçirirlər

D) Hiper həssaslığın yavaşımış (gecikmiş) tipli hüceyrə immunoloji reaksiyalarının inkişafına cavabdeh deyillər

E) Törədicinin hüceyrədaxili parazitliyi ilə əlaqəli bakterial infeksiyalara qarşı rezistentliyi təmin edirlər


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
11) B-limfositlər hansı funksiyanı yerinə yetirirlər?

A) Antigenə cavab olaraq anticisimləri sintez edən hüceyrələrə transformasiya edirlər

B) Onlar immuniteti tənzimləyən hüceyrələrdir

C) Əsasən antigen təqdim edən hüceyrələrdir

D) Virus əleyhinə immuniteti təmin edirlər

E) Əsas faqositlər hüceyrələridirlər


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
12) T-limfositlərin populyasiyasına bunlardan hansını aid etmək olar?

A) T-limfosit-effektorlardan ibarət deyil

B) T-limfosit-supressorlardan ibarət deyil

C) Birincili hüceyrələrlə təqdim olunur

D) T-limfosit-helperlərdən ibarətdir

E) O limfositlərdən ibarətdir


Ədəbiyyat: Р. М.Хаитов, Н. И.Ильин. «Аллергология. Клинические рекомендации» 2008 г.
13) İmmun sistemin periferik üzvünə bunlardan hansı aiddir?

A) Dalaq


B) Sümük iliyi

C) Timus


D) Qan

E) Bağırsağın peyer piləkləri


Ədəbiyyat: Лолор- младший, Т.Фишер, Д.Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
14) T-limfositlər hansı funksiyanı yerinə yetirmirlər?

A) Törədicinin hüceyrədaxili parazitliyi ilə əlaqəli bakterial infeksiyalara qarşı rezistentliyi təmin edirlər

B) Şiş əleyhinə immuniteti həyata keçirirlər

C) Transplantasiya immuniteti reaksiyalarını həyata keçirirlər

D) Əsasən immun tənzimləyici funksiyaları yerinə yetirirlər

E) Hiper həssaslığın yavaşımış (gecikmiş) tipli hüceyrə immunoloji reaksiyalarının inkişafına cavabdeh deyillər


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
15) B-limfositlər hansı funksiyanı yerinə yetirirlər?

A) Əsas faqositlər hüceyrələridirlər

B) Əsasən antigen təqdim edən hüceyrələrdir

C) Virus əleyhinə immuniteti təmin edirlər

D) Onlar immuniteti tənzimləyən hüceyrələrdir

E) Antigenə cavab olaraq anticisimləri sintez edən hüceyrələrə transformasiya edirlər


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
16) Göstərilən II nəsil H1 histamin reseptorlarının blokatorlarından hansı EKQ-də PQ intervalının uzanmasına gətirib çıxardır?

A) Setirizin

B) Loratidin

C) Terfenadin

D) Feksofenadin

E) Erius
Ədəbiyyat: Р. Паттерсон, Лесли Л. Грэммер, Пол А. Гринбергер. «Аллергические болезни. Диагностика и лечение» 2000 г.


17) İmmunoqlobulinlər – zərdab zülallarıdırlar və əsasən hansı sinfə aiddirlər?

A) b- qlobulinlər

B) v-qlobulinlər

C) Albuminlər

D) b- və v- qlobulinlər

E) γ-qlobulinlər


Ədəbiyyat: Лолор- младший, Т.Фишер, Д.Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
18) Anticisim molekulunun aktiv mərkəzi hansıdır?

A) Polipeptid zəncirlərinin konstant sahələri

B) Ağır zəncirlərin C sonluq sahələri

C) Polipeptid zəncirlərin həm konstant, həm də dəyişən sahələrini tərkibində cəm edən Fab-fraqment

D) Polipeptid zəncirlərinin həm konstant, həm də dəyişən sahələri

E) Polipeptid zəncirlərinin dəyişən sahələri


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
19) Anticisim molekulunun aktiv mərkəzinin əsas funksiyası hansıdır?

A) Komplement komponentlərinin fiksasiyası

B) Orqanizmin hüceyrələrində anticisimlərin fiksasiyası

C) Bioloji fəal maddələrlə əlaqə

D) Adgeziya molekulları ilə əlaqə

E) Antigenlə əlaqə


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
20) A immunoqlobulini hansında iştirak edir?

A) Dərhal baş verən allergik reaksiyalarda

B) Sitotoksiki reaksiyalarda

C) Yavaşımış (ləngimiş) hiperhəssaslıq reaksiyalarında

D) Yerli immunitetin (sIg A) formalaşmasında

E) İmmun kompleksi şəklində baş verən allergik reaksiyalarda


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
21) E immunoqlobulini hansında iştirak edir?

A) Sitostatik immun reaksiyalarında

B) İmmun kompleksi şəklində keçən allergiya reaksiyalarında

C) Helmintlərdən müdafiənin formalaşmasında iştirak etmir

D) Dərhal baş verən allergiya reaksiyalarını formalaşdırır

E) Hiperhəssaslığın yavaşımış (ləngimiş) tipli reaksiyasının formalaşmasında


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
22) E hiperqlobulinemiyası bu halların hansında müşahidə edilə bilməz?

A) Selektiv İg A – defisitində

B) Timusun hipoplaziyasında (Di-Corc sindromu)

C) Ürəyin işemik xəstəliyində

D) Allergiyalı ağ ciyər-bronxların aspergillyozunda

E) Allergiyalı xəstəliklərdə


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
23) İmmunoqlobulinlərin əsas sinflərinin müəyyən edilməsi nəyin əsasında aparılır?

A) Presipitasiya

B) Komplementin əlaqələndirilməsi ilə

C) Lizis


D) Opsonizasiya

E) Aqqlütinasiya


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
24) Yavaşımış tipli hiperhəssaslıq reaksiyasının immunoloji mexanizmi hansının əmələ gəlməsindən ibarətdir?

A) Reagin anticisimlərin

B) NK- hüceyrələrinin

C) İmmun komplekslərin

D) Sitotoksiki anticisimlərin

E) Sensibilizasiya olunmuş limfositlərin


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
25) Yavaşımış tipli hiperhəssaslığın immunoloji mərhələsində aşağıdakılardan hansı iştirak edir?

A) Tosqun hüceyrələr

B) Bazofillər

C) Supressorlar

D) T-helperlər

E) Plazmatik hüceyrələr


Ədəbiyyat: Лолор- младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
26) Yavaşımış tipli hiperhəssaslığ zamanı allergenin eliminasiyası hansı yolla həyata keçirilir?

A) Opsonimlərin təsiri ilə

B) Sensibilə olunmuş T-limfositlərinin antigenə birbaşa sitotoksiki təsiri ilə

C) Komplementlə ifadə edilən antigenə sitotoksiki təsiri ilə

D) Limfotoksinlə ifadə edilən antigenə sitostatik təsirin olmaması

E) Makrofaqların lizosomal fermentlərinin sitotoksiki təsirin olmaması


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
27) Yavaşımış tipli hiperhəssaslığın mediatoru hansı deyil?

A) Hemotaksiki amillər

B) İnterferon q

C) Qranulosit – makrofaq – kolonistimulə edən amil

D) Miqrasiyanın sürətlənmə amili

E) İnterleykinlər


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
28) Yavaşımış tipli hiperhəssaslığ reaksiyalarına hansı aid deyil?

A) Atopik dermatit

B) Anafilaktik şok

C) Qida allergiyası

D) Bronxit

E) Pollinozlar


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
29) Psevdoallergik reaksiyaların əmələ gəlməsi üçün hansı xarakter deyil?

A) Sensibilizasiya dövrünün olması

B) Maddənin ilk dəfə yeridilməsinə reaksiya

C) Ümumi və özünə xas xüsusiyyətə malik (spesifik) İg E-nin normal səviyyəsi

D) Allergenin dozasından reaksiyanın asılılığı

E) Allergenlərlə mənfi dəri sınağı


Ədəbiyyat: Лолор- младший, Т.Фишер, Д.Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
30) Sitotoksiki reaksiyalar üçün hansı xarakter deyil?

A) Antigeni öz membranı üzərində daşıyan hüceyrələrin məhvi

B) Hüceyrənin səthində antigenin mövcudluğu

C) İgM-in iştirakı

D) İg E-nin iştirakı

E) Komplementin iştirakı


Ədəbiyyat: Лолор-младший, Т.Фишер, Д.Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
31) Artyus fenomeninin fərqləndirici xüsusiyyəti bunlardan hansı deyil?

A) Komplementin iştirakı

B) İg G anticisimlərinin patogenezində iştirakı

C) Trombositlərin aqreqasiyasının olmaması

D) Tez-tez təkrarlanan reaksiyalar zamanı əlverişsiz proqnozun olması

E) Nekroz


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
32) Artyus fenomeninin əsas əlaməti hansı deyil ?

A) Hemoraggik nekroz

B) Trombların əmələ gəlməsi

C) Yerli qan dövranının pozulması

D) Endotelinin yumşalması

E) Damar divarının zədələnməməsi


Ədəbiyyat: Г. Долор младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
33) Tam dəyərə malik allergen hansı deyil?

A) Qida maddələri

B) Bitkilərin tozcuğu

C) Heyvanların proteinləri

D) Su

E) Bəzi həşaratların zəhərlərinin komponentləri


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
34) Sensibilizasiya fazası hansı ilə səciyyələnmir?

A) Qeyri-antigen qıcıqlandırıcılara münasibətdə reseptorların həssaslığının azalması

B) İmmun komplekslərin konsentrasiyasının artması ilə

C) Sensibilizasiyaya uğramış T-limfositlərin toplanma prosesi

D) S2pesifik anticisim əmələ gətirmə prosesi ilə

E) Sensibilizasiyaya uğramış orqanizmin orqan və toxumalarının spesifik allergeni artıq dərəcədə birləşdirmək qabiliyyəti


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
35) İnsanda İg E sinfinə məxsus anticisimlərin əmələ gətirdikləri maddələr hansından asılı deyil?

A) Allergenin dozasından

B) Cinsdən

C) Genetik amillərdən

D) Mikroorqanizmlərin vəziyyətindən

E) Adyuvantın effektindən


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
36) Reagin anticisimlərin əmələ gəlməsinə şərait yaratma qabiliyyətinə malik allergen bunlardan hansı deyil?

A) Kif göbələklərinin sporları

B) Ərzaq-qida maddələri

C) Ev heyvanlarının yunu və epidermisi

D) Hava

E) Evin tozu


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
37) İg – anticisimlərinin sintezini induksasiya edən allergenlərin xüsusiyyətləri aşağıdakılardan hansı deyil?

A) Tənəffüs yollarının selikli qişasından daxil olma – əsas daxil olma yolu kimi

B) Onların karbohidrat mənşəli olmaları

C) Molekulların kiçik ölçülərdə olması

D) Orqanizmə kiçik dozalarla daxil olması

E) Yüksək həlledilmə qabiliyyəti


Ədəbiyyat: Лолор- младший, Т.Фишер, Д.Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
38) Hansının əsasında reagin mexanizmi durur?

A) Zərdab xəstəliyi

B) Autoimmun övrə

C) Kontaktlı dermatit

D) Ekzogen allergen alveoliti

E) Atopik bronxial astma


Ədəbiyyat: Лолор- младший, Т.Фишер, Д.Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
39) Dərhal baş verən tipli reaksiyaların immunoloji mexanizmi nəyə əsaslanır?

A) Th1 –tipin üstünlüyü

B) Th2 –tipin üstünlük təşkil etməsi

C) Hüceyrələrdəki H2 –reseptorların ekspressiyasının artması

D) Hüceyrələrdə H1 –reseptorlarının ekspressiyasının azalması

E) İgE – hasilinin zəifləməsi


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
40) İg E üçün yüksək affinli reseptorlar hansı hüceyrədə ekspresləniblər?

A) Eritrositlər

B) B-limfositlər

C) Tosqun hüceyrələr

D) Eozinofillər

E) Trombositlər


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
41) İg E üçün alçaq affinli reseptorlar hansı hüceyrədə ekspreslənməyiblər?

A) T-limfositlər

B) Monositlər və makrofaqlar

C) Trombositlər

D) Eritrositlər

E) Eozinofillər


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
42) İgE anticisimlərinin sintezinə B-limfositlərin ayrı istiqamətdən cəlb edilməsi hansı sitotoksin tərəfindən nəzarət edilmir və güclənmir?

A) İl-13


B) İl-5

C) İl-6


D) İl-8

E) İl-10
Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.


43) Reaginlər hansı xüsusiyyətə malikdirlər?

A) Təkrar dondurulmada immunoloji xüsusiyyətləri uzanır

B) Termoləbilliyin olmaması

C) Passiv sensibilizasiya

D) Təkrar dondurulmada immunoloji xüsusiyyətlərini qoruyub saxlayır

E) Xarici mühit amillərinə davamlıdır


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
44) İgE hasil edən plazmatik hüceyrələr harada olmurlar?

A) Yuxarı tənəffüs yollarının selikli qişalarında

B) Bağırsaqların selikli qişasında

C) Кoronar damarlarda

D) Peritoneal limfa düyünlərində

E) Peribronxial limfa düyünlərində


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
45) Trombositlərin aktivləşmə amili hansıdır?

A) Ehtiyatları tosqun hüceyrələrin qranulalarında saxlanılan mediatordur

B) Membranın lipidlərindən əmələ gəlir

C) Araxidon turşusundan əmələ gəlir

D) Hüceyrənin kininogenindən törəyir

E) Fosfatidilxolindən əmələ gəlir


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
46) Allergik reaksiyalarda trombositlərin aktivləşmə amili nədən əmələ gələ bilər?

A) Neytrofillərdən

B) Monosit və makrofaqlardan

C) Eozinofillərdən

D) Tosqun hüceyrələrdən

E) Trombositlərdən


Ədəbiyyat: Лолор- младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
47) Trombositlərin aktivləşməsi amilinin inqalyasiya yolu ilə induksə edilən bronxial hiperreaktivlik göstərilən müddətdə saxlanır?

A) 2 saat

B) 48-76 saat

C) 24 saat

D) Bir neçə həftə

E) 6 saat


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
48) Aşağıda göstərilənlərin hansının inkişafında trombositlərin aktivləşməsi amili mühüm mediator hesab olunur?

A) İrritant dermatit zamanı

B) Kontaktlı allergik dermatitdə

C) Tromboz olmayan hallarda

D) İltihab olmadıqda

E) Bronxial astmanın kəskinləşməsində


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
49) Bronxial astmalı xəstələrdə trombositlərin aktivləşməsi amilini dəri daxilinə yeritdikdə nə müşahidə olunur?

A) 2 fazalı cavab

B) Dəri reaksiyası olmur

C) Gecikmiş cavab

D) Əhəmiyyətsiz tez keçən hiperemiya

E) Erkən cavab


Ədəbiyyat: Г. Долор младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
50) Trombositlərin aktivləşmə amilinin effektləri nə ilə qapandırıla bilər?

A) Prostasiklinin daxil edilməsi ilə

B) Montelukastla

C) Trombositlərin kənar edilməsi ilə

D) Trombositlərin fəallaşma amilinin spesifik antaqonistlərinin daxil edilməsi ilə

E) Zofirlukastla


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
51) SAMF-ın səviyyəsinin artması nəyi törədir?

A) Allergiya mediatorlarının azad olunması

B) Seliyin hipersekresiyasının artması

C) Saya əzələlərin boşalması

D) Saya əzələlərin tonusunun artması

E) Allergiya mediatorlarının ifrazatının güclənməsi


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
52) Tosqun hüceyrələrin hansına reseptorları var?

A) Fc-İgE fraqmentinə

B) Fc-İgM fraqmentinə

C) Fc-İgA fraqmentinə

D) Fab-İgM fraqmentinə

E) Fab-İgE fraqmentinə


Ədəbiyyat: Лолор- младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
53) Tosqun hüceyrələr harada olmur?

A) Bronxlar

B) Qara ciyərdə

C) Nazik bağırsağın selikli qişası

D) Alveollar

E) Burnun selikli qişası


Ədəbiyyat: Лолор- младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
54) Məişət allergenləri kimyəvi tərkibinə görə hansına aiddir?

A) Zülallara

B) Karbohidratlara

C) Yağlara

D) Zülal-karbohidrat kompleksinə

E) Kimyəvi maddələrin müxtəlif qruplarına


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
55) At kəpəyi allergeni hansı ilə çarpaz allergen xüsusiyyətlərinə malikdir?

A) Tetanus əleyhinə zərdab

B) Ev tozu allergeni

C) Balış lələyi allergeni

D) Qovaq, ağcaqayın ağacının tozcuğu

E) Qeyri patogen kif göbələyi allergeni


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
56) Heyvan mənşəli qida allergeninə hansı aiddir?

A) Pomidor

B) Paxla

C) Kofe


D) Quş əti

E) Xardal


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
57) Bitki mənşəli qida allergeninə hansı aiddir?

A) Balıq


B) Pendir

C) Paxlalılar

D) Ət

E) Süd
Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.


58) Dənlilərin tozcuğuna allergiya olduqda hansına da allergiya olması mümkündür?

A) Darı


B) Alma

C) Kələm


D) Pomidor

E) Çiyələk


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
59) Hansı çarpaz allergen xüsusiyyətlərinə malikdir?

A) Tozağacı tozcuğu və tozağacı şirəsi

B) Cır yulaf tozcuğu və pomidor

C) Pişikquyruğu tozcuğu və tozağacı tozcuğu

D) Yovşan tozcuğu və qovaq, ağcaqayın tozcuğu

E) Böyürtkən tozcuğu və qarabaşaq


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
60) Adları sadalanan kimyəvi maddələrdən allergenlərə hansı aid deyil?

A) Civə


B) Xrom

C) Qızıl


D) Nikel

E) Dəmir
Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.


61) Xəstədə sulfadimetoksinə allergiya vardır. Nə əks-göstərişdir?

A) Neomisin

B) Levomisetin

C) Tetraolean

D) Streptomisin

E) Albusid


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
62) İnfeksion mənşəli ekzoallergenə hansı aiddir?

A) Stafilokokk

B) At kəpəyi

C) Süd


D) Ev tozunun gənəsi

E) Böyürtkən toplantısının tozcuğu


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
63) Ev tozunun əsas allergen başlancığı hansıdır?

A) Kif göbələklərinin sporları

B) Kitabxana tozu

C) Ev tozunun gənəsi

D) Mikroorqanizmlər

E) Ev bitkilərinin tozcuğu


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
64) Hansı respirator sensibilizasiya əmələ gətirmir?

A) Fuzarium

B) Kandida

C) Penisillin

D) Zeytun yağı

E) Aspergilla


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
65) Aspergil sporlarının ən çox konsentrasiyası nə zaman olur?

A) Maydan avqusta kimi

B) İyulda

C) Dekabrdan marta kimi

D) Avqust-sentyabrda

E) Mayda
Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.


66) Kladosporium sporlarının ən çox konsentrasiyası nə zaman olur?

A) Yanvar-fevral

B) İyundan sentyabra kimi

C) Aprel-may

D) Noyabr-dekabr

E) Dekabrdan marta kimi


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
67) Mikogen allergiyanın kliniki təzahürlərinə nə aid deyil?

A) Allergik rinit

B) Atopik dermatit

C) Allergik bronx-ağ ciyər aspergillyozu

D) Ekzogen allergik alveolit

E) Kəskin bronxit


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
68) Mikogen allergiya nə ilə səciyyələnir?

A) Dermatomikozun inkişafı ilə müşaiyət edilir

B) Şərti patogen göbələklər əmələ gətirmir

C) Yoluxucudur

D) Qeyri-invaziv proseslə

E) Sağlam adama keçə bilər


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
69) Aspergill qismindən olan göbələklərə sensibilizasiya baş verdikdə bronxial astmanın kəskinləşməsi nə zaman baş verir?

A) Sentyabrdan oktyabra kimi

B) Bütün il boyu

C) Maydan avqusta kimi

D) Dekabrdan marta kimi

E) Mayda
Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.

  1   2   3   4   5   6   7   8   9   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə