Allahverdiyev Aqil Maliyyə Qrup 678 Azərbaycan XIV – XVIII əsrlərdə. Azərbaycan feodal dövlətləri




Yüklə 31.85 Kb.
tarix13.03.2016
ölçüsü31.85 Kb.
Allahverdiyev Aqil

Maliyyə

Qrup 678
Azərbaycan XIV – XVIII əsrlərdə.

Azərbaycan feodal dövlətləri.
Oğuz türkləri olan Qaraqoyunlu sülaləsinin banisi baharlı tayfasından olan Bayram Xoca olmuşdur. Qaraqoyunlu tayfa ittifaqı hakimiyyətinin əsası Qara Mə-həmməd tərəfindən qoyulmuşdur. Dövlətin banisi isə Qara Yusif olmuşdur. Qara Məhəmməd 1387-ci ilin baharında Çapaqçur döyüşündə Teymurun hərbi qüvvələ-rini məğlub etsə də, Qara Yusifin dövründə, 1392-ci ildə Teymur Qaraqoyunlu si-yasi birliyinin mərkəzi Van şəhərini tutdu. Qara Yusifin və Cəlairi Sultan Əhmədin birləşmiş qüvvələri 1394-cü ildə Bağdad yaxınlığında Teymur tərəfindən Məğlub edildi. Teymur əlehinə ittifaq yaratmaq məqsədi ilə Qara Yusif Cəlairi Sultan Əh-mədlə birlikdə Misirə getdi. Teymurun əmri ilə Misir sultanı Fərəc onları həbs etsə də, 1405-ci ildə Teymurun ölümündən sonra müttəfiqlər Azərbaycana qayıtdılar. Təbrizdə möhkəmlənən Sultan Əhməd vergiləri azaltmaq haqda verdiyi vədə əməl etmədiyindən Teymuri Əbu Bəkr Təbrizə yaxınlaşanda əhali ona köməklik göstər-mədi. Sultan Əhməd Bağdada qaçdı. Onun müttəfiqi Qaraqoyunlu Qara Yusif isə Teymurilər üzərində iki mühüm qələbə qazandı:

1. 1406-cı ildə I Şənbi-Qazan döyüşündə Teymuri Əbu Bəkri məğlub etdi.

2. 1408-ci ildə Sərdrud döyüşündə Miranşahı məğlubiyyətə uğratdı və Miranşah öldürüldü. Nəticədə Teymurilər Azərbaycandan qovuldular.

1410-cu ildə Qara Yusif II Şənbi-Qazan döyüşündə ona xəyanət etmiş Sultan Əhmədi məğlub etdi. Cəlairilərin Azərbaycanda hakimiyyətinə son qoyuldu və 1410-cu ildə Qaraqoyunlu dövləti yarandı. Dövlətin paytaxtı Təbriz şəhəri idi. Şir-vanşahlardan başqa bütün Azərbaycan torpaqları bu dövlətin tərkibinə daxil edildi.

Şirvanşah I İbrahimin 1406-cı ildə iki aylıq Təbriz hökmranlığı və tabe olmaq istəməməsi onunla Qara Yusif arasında düşmənçiliyə gətirib çıxarmışdı. 1412-ci il-də Şirvanşah və onun müttəfiqlərinin birləşmiş qüvvələri ilə Qara Yusifin qoşunu arasında Kür çayı sahilində döyüş oldu. I İbrahim məğlub olub əsir düşdü. 1413-cü ildə əsirlikdən azad oldu və Qara Yusifdən vassal asılılığına düşərək Şirvanı idarə etmək hüququnu aldı. Atasından sonra 1417-ci ildə taxta çıxan Şirvanşah I Xəlilul-lah Qara Yusifi tanımadı və Teymurun oğlu Şahruxla ittifaqa girdi. Teymuri Şah-rux Azərbaycana bir neçə yürüş etdi. O, 1421-ci ildə Alaşkerd döyüşündə Qara Yusifin oğlanları İsgəndəri və İsfəndiyarı məğlubiyyətə uğratdı. 1428–1429 cu illər hərbi yürüşü zamanı Azərbaycanı tutan Şahrux Qara Yusifin oğlu Əbu Səidi taxta oturtdu. Şahrux Şirvanşah I Xəlilullahın qoşunu ilə birlikdə 1435-ci ildə Təbriz ya-xınlığındakı döyüşdə İsgəndəri məğlub etdi və Qara Yusifin oğlu Cahanşahı öz vassalı kimi taxta oturtdu. 1447-ci ildə Şahruxun ölümündən sonra Cahanşah müs-təqil oldu. O, 1453-cü ildə İran və İraqda bir sıra əraziləri, 1457-ci ildə Xorasanı, 1458-ci ildə Teymurilərin mərkəzi Heratı tutdu. 1459-cu ildə Teymuri Əbu Səidlə

- 2 -


Herat müqaviləsi bağlayaraq ondan bac almaqla Heratı geri qaytardı. Cahanşah 1467-ci il noyabrın 11-də Muş düzündəki döyüşdə Ağqoyunlu Uzun Həsən tərəfin-dən məğlub edildi və öldürüldü. Onun ölümü ilə Qaraqoyunlu dövlətinin süqutu sürətləndi. 1468-ci ilin yazında Cahanşahın oğlu Həsənəlini də məğlub edən Uzun Həsən Qaraqoyunlu dövlətinin varlığına son qoydu.

XIV əsrin sonunda Oğuz türkləri olan Ağqoyunlu tayfa ittifaqının başçısı Ba-yandur tayfasından Pəhləvan bəy idi. Qara Yuluq Osman bəy isə mərkəzi Diyarbə-kir olan Ağqoyunlu bəyliyinin əsasını qoymuü və adına pul kəsdirmişdi. Ondan sonra bəyliyə Əli bəy və onu övladları Cahangir Mirzə və 1453-cü ildən Uzun Hə-sən başçılıq etmişlər. Uzun Həsən 1468-ci ildə Ağqoyunlu dövlətinin əsasını qoy-du. Dövlətin paytaxtı Təbriz oldu. cahanşahın ölüm xəbərini alan Teymuri Əbu Sə-id Qaraqoyunluları müdafiə adı altında Azərbaycana qoşun çəkdi. Uzun Həsən ye-ni düşmənlə mübarizə aparmaq üçün Şirvanşah Fərrux Yasar və Ərdəbil hakimi Şeyx Heydər Səfəvi ilə ittifaqa girdi. 1468-1469-cu ilin qışında Əbu Səid sülh tək-lif etdi. Sülhü qəbul etməyən Uzun Həsən hücuma keçərək Teymurilər üzərində qələbə qazandı. Ağqoyunlu dövləti ən qüdrətli çağlarında Kürdən cənubdakı Azər-baycan torpaqlarını, Qərbi İranı, İraqı, Şərqi Gürcüstanı və s. əraziləri əhatə edirdi. Uzun Həsən vergi işini nizama salmaq üçün “Qanunnamə” vermişdi. Uzun Həsən də bütün Azərbaycan torpaqlarını əhatə edən vahid dövlət yarada bilmədi.

Ağqoyunlu dövləti Avropa ilə daha geniş əlaqə yaratmış ilk Azərbaycan dövləti idi. Qərb ölkələri ilə belə geniş əlaqələr saxlamaqla Uzun Həsənin əsas məqsədi Azərbaycanın beynəlxalq ticarət əlaqələrini, ilk növbədə ipək ticarətini sahmana salmaqdan və ordunu müasir odlu silahlarla təchiz etməkdən ibarət idi.

Sultan II Mehmet Fateh Azərbaycan ipəyinin daşındığı Avropa – Şərq ticarətin-də vasitəçiliyin Osmanlı dövlətinə keçirməsinə çalışırdı. Bu ipəyin hesabına Bursa və İstanbulda toxuculuq inkişaf edirdi. II Mehmet tərəfindən Kiçik Asiyanın şərqi-nin tutulması Ağqoyunlu dövləti üçün ciddi təhlükə törətdi. Uzun Həsən Kiçik Asi-yanın şimalında yerləşən yunan Trabzon imperiyasının imperatoru IV İohanın qızı Feodora ilə evlənmişdi. Trabzon Ağqoyunlu tacirlərinin Qara dənizə yeganə çıxış yolu idi. Buna görə də II Mehmet Ağqoyunlu ilə müharibəyə Trabzon üzərinə hü-cumla başladı. Uzun Həsən Trabzonun müdafiəsinə qalxdı. 1461-ci ildə Trabzona hücuma keçən osmanlılarla Ağqoyunlular arasında ilk döyüş Qoyluhisar adlanan yerdə oldu. osmanlılara ağır zərbə vuran Uzun Həsən anası Sara xatunu II Meh-metlə danışıqlara göndərdi. Amma bu danışıqlar heç bir nəticə vermədi. 1461-ci il-də osmanlılar yenidən Trabzona hücum etdi və 30 günlük mühasirədən sonra Trab-zon tutuldu. Sara xatun Trabzon xəzinəsindən öz gəlininə çatası payı alıb geri qa-yıtdı. Trabzonun osmanlılar tərəfindən fəthi ilə Ağqoyunlular öz müttəfiqlərini və Qara dənizə yeganə çıxışlarını itirdilər. Uzun Həsən osmanlılara zərbə endirmək üçün Avropa dövlətləri ilə diplomatik əlaqələr yaratmağa başladı. O, Qaraman bəyliyi, Kipr, Rodos və Venesiya ilə ittifaqa girdi. 1473-cu il avqustun 1-də Os-manlı ilə Ağqoyunlular arasında baş vermiş Malatya döyüşündə qalib gələn Uzun Həsən II Mehmetin sülh təklifini qəbul etmədi. 1473-cü ilin avqustun 11-də Otluq-beli döyüşündə Uzun Həsən odlu silahlarla təchiz olunmuş osmanlılara məğlub ol-dular.



- 3 -

Uzun Həsənin ölümündən sonra dövlət zəiflədi. Hakimiyyətə onun oğlu Yaqub gəldi. Ondan sonra Baysunqur, Rüstəm və Gödək Əhməd hakimiyyətə gəldi. Gö-dək Əhmədin ölümündən sonra taxt-tac uğrunda iki əmioğlu – Murad və Əlvənd arasında çəkişmə başlandı. 1500-cü ildə onlar arasında Əbhər sazişi imzalandı. Sa-zişə görə, Kürdən cənubdakı torpaqlar Əlvəndə, Fars, Kirman, Ərəb İraqı Murada çatdı.



Sufi təriqətlərindən biri olan Səfəvi dərviş ordeni Şeyx Səfiəddinin başçılığı ilə XIII əsrin sonlarında Ərdəbildə yaranmışdı. I Şah İsmayıl 1500-cü ildə ordusu ilə Şirvanşah hökmdarı Fərrux Yasarın  üzərinə hücuma keçir. Gülüstan qalası yaxın-lığındakı Cabanı düzündə baş vermiş Cabanı döyüşündə Şirvanşahlar məğlub edilir və Fərrux Yasar öldürülür. Səfəvilər Şirvanşahlar dövlətini özlərindən asılı vəziy-yətə salır. Ələ keçirilmiş qənimət qızılbaşlar arasında bölüşdürülür.İsmayıl 1501-ci ildə Təbrizə daxil olub özünü şah elan edir.1503-cü ildə İsmayıl Ağqoyunlu hökm-darı Murada onun hakimiyyətini tanımağa və tanıdığı təqdirdə İraqi Əcəmin bir hissəsini ona təklif etdi. Murad təklifi qəbul etmədi. Bundan sonra Səfəvi qoşunu Bağdada yürüş etdi.Səfəvi və Ağqoyunlu qoşunları arasında Həmədan yaxınlığında Almaqulağı deyilən yerdə Almaqulağı döyüşü baş verdi. Döyüşdə Səfəvilər qalib gəldi. Ağqoyunlu hökmdarı Sultan Murad isə qaçdı. Ardınca Şah İsmayıl öz qoşunu ilə birgə Qərbə doğru hərəkət etdi və 1508-ci ildə ərəb İraqını tutdu. I Şah İsmayıl 1510-cu ildə Xorasana doğru hərəkət etdi və 1510-cu ildə baş vermiş Mərv döyüşündə Məhəmməd xan Şeybanini məğlub edərək Xorasan vilayətini tutdu. 1512-ci ildə Qaraman və Malatyanı tabe edən şah daha sonra Təbrizə döndü. 1512-ci ildə taxta çıxan I Səlim Avropa dövlətləriylə sülh bağladı və bütün qüvvələrini Azərbaycana qarşı səfərbər etdi. 1514-cü ildə Osmanlı ordusu I Səlimin rəhbərliyi ilə Səfəvilərin ərazilərinə daxil oldu. Lakin Şah İsmail Osmanlılara qarşı bir başa əməliyyata kecmədi və ordular uzun müddət qarşılaşmadi. Belə olduqda şah 1514-cü ildə Çaldıran düzündə Osmanlı ordusunu qarşıladı.Döyüşun taleyini Osmanlı yeniçəriləri həll etdi və onlarin qətiyyəti sayəsində Osmanlılar zəfər qazandı. Döyüş nəticəsində Qızılbaşlar məğlub oldular və Osmanlılar Təbrizi tutdular. Ancaq əhalinin müqaviməti və Səfəvi ordusunun toplanması sultanı 6 gün sonra Təbrizi tərk etməyə məcbur etdi. Sultan Şərqi Anadolunu ələ keçirdi və İstanbula döndü. Elə bu vaxt Azərbaycana artilleriya gətirməli olan İran körfəzinə hücum etdi və Səfəfvilərin Hind okeanına çıxısını bağladı. Şah bəzi qızılbaşları cənuba, portuqaliyalılara qarşı vuruşmağa, Qara xanı isə Diyarbəkiri almağa göndərdi. Amma Qara xan 1516-cı ildə Qoçhisarda məğlub olaraq öldürüldü. Həmçinin portuqaliyalıları körfəzdən çıxarmaq mümkün olmadı. 1524-cü ildə Şah I İsmayıl vəfat etdi və oğlu Təhmasib şah oldu. Şah I Təhmasibin hakimiyyəti dövründə 1528-ci ildə özbəklər Xorasana hücum etdilər. Həmin il şah ordusuyla şərqə doğru hərəkət etdi və özbəkləri Herat yaxınlığında darmadağın etdi. 1534-cü ildə Osmanlı ordusu Azərbaycan sərhədlərini keçdi. Şah I Təhmasib Qəzvinə çəkildi və sultanla sülh bağlamaq üçün öz elçisini göndərdi, ancaq sultan onun təklifini qəbul etmədi. Qışın yaxınlaşmasıyla sultan Azərbaycanı tərk etdi və Bağdadı ələ keçirdi. Bu arada şah sultanın Bağdadı almasına qarşı Van və Qarsı mühasirəyə aldı. Van və Qars ələ keçirildi. Buna cavab olaraq sultan 1535 - ci ildə Azərbaycana daxil
- 4 -

olub Təbrizi aldı. Şah yenə də danışıq üçün cəhd etdi, lakin bu cəhd nəticəsiz qaldı. Daha sonra sultan əhalinin müqaviməti və orduda baş verən aclıq üzündən Azərbaycandan çəkildi. Bundan istifadə edən şah ölkənin birləşdirilməsini davam etdirmək üçün 1538-ci ildə qardaşı Əlqasın rəhbərliyiylə 30 minlik ordunu Şirvanı tabe etmək üçün göndərdi. Əlqas 1538-ci ildə Şirvanşahlar dövlətinin bütün qalalarını ələ keçirdi, Şirvan bəylərbəyliyə çevrildi və Əlqas Şirvanın ilk bəylərbəyisi oldu. Lakin Əlqas 1541-ci ildə qardaşina xəyanət edərək müstəqillik üçün mübarizəyə başladı. Bununla əlaqədar Şah I Təhmasib Şirvana daxil oldu və bütün qalaları özünə tabe etdi. Əlqas isə Krıma, oradan da İstanbula qaçdı və Üləma paşayla birlikdə öz vətəninə qarşı yürüşlərdə iştirak etdi. 1548-ci ildə Sultan I Süleyman 3-cü dəfə Azərbaycana hücum etdi və Təbrizi aldı, lakin sultan yenə də Azərbaycanda möhkəmlənə bilmədi və ölkəni tərk etdi. 1550-ci ildə Şah I Təhmasib sultana elçi göndərərək sülh təklif etdi, amma sultan yenə də bu təklifi qəbul etmədi. Belə olduqda şah 1552-ci ildə Van, Qars, Vostan və Ədilçəvazı ələ keçirdi. Şahzadə İsmayıl Ərzurum yaxınliğında İsgəndər paşanı məğlub etdi və Ərzurumu tutdu. Sultan I Süleyman 1554-cü ildə sonuncu dəfə Azərbaycana hücum etdi, ancaq bu dəfə də uğur əldə edə bilmədi. Əhalinin müqaviməti, Qızılbaşların ardıcıl qələbələri sultana Azərbaycanı ələ keçirməyə imkan vermədi və 1555-ci ildə Amasyada Osmanlı Azərbaycan sülh müqaviləsi bağlandı. Müqaviləyə görə şərqi Anadolu, İmeretiya, Quriya, Ərəb İraqı Osmanlıya, Kartli, Kaxetya və Mesxiya Azərbaycana verildi.

1578-ci ildə Qızılbaşlar İmamqulu xan Qacar rəhbərliyində Çıldır düzündə Osmanlıları qarşıladılar. Ancaq Qızılbaşlar məğlub olaraq Qarabağa çəkildilər.Osmanlı ordusunun rəhbəri Lələ paşa 1578-ci ildə Tiflisi ələ keçiridi və Alazan çayını keçdi. Ancaq o burada Qızıbaşlarla qarşılaşdı. Çayın sahilində baş verən döyüşdə Osmanlılar məğlub oldular, amma Qızılbaşlar Şirvanı tərk etdilər və Qarabağa çəkildilər. Bunu fürsət bilən Lələ paşa Şirvanı ələ keçirdi. 1579-cu ildə Krım tatarları Şirvana soxuldular, lakin Mollahəsənli adlı yerdə məğlub olaraq qaçdılar. 1583-cü ildə Qızılbaşlar Məşəl savaşında məğlub oldular və Şirvan tamamilə Osmanlılara keçdi, həmin il Fərhad paşa tabeliyindəki əsgərlərə Çuxursədi ələ keçirdi.

Osmanlıların artan hücumu qarşısında Şah IV Məhəmməd Qəzvinə çəkildi. 1585-ci ildə Təbriz işğal olundu. Bu vaxt özbəklər Xorasana daxil oldular və Xorasanı özlərinə tabe etdilər. 1587-ci ildə şah öldü və oğlu Abbas taxta çıxdı. Şah I Abbas 1590-cı ildə Osmanlıyla İstanbul sülh müqaviləsini imzaladı. Müqaviləyə görə Kartli, Kaxetya, Mesxetya, Şirvan, Qarabağ, Çuxursəəd bəylərbəylikləri və Təbriz bəylərbəyliyinin qərbi Osmanlıya verildi. Şah Xorasanın özbəklərdə qalmasına razılıq verdi və səfərə çıxmadı.

Şah I Abbas 1590-cı ildə I İstanbul sülh müqviləsini bağladıqdan sonra islahatlara başladı. İlk öncə tayfaların üsyankar hərəkətlərini yatırmaq üçün onların özbaşına silah gəzdirmək hüququnu ləğv etdi, qeyri türk əsasən farslar üzərində hakimiyyəti möhkəmləndirmək üçün paytaxtı onların sıx yaşadığı İsfahan köçürdü. Ordunu yenidən təşkil etdi. Beləki orduda Qızılbaşlarla yanaşı tüfəngçi, topçu və qulamalar

- 5 -


adlanan birliklər yaratdı. Ordudakı bu cür islahatlarına görə onu bəzən Midiya hökmdarı Kiaksara bənzədirlər. Lakin Kiaksardan fərqli olaraq Şah Abbas Səfəvi ordusunu mükəmməl şəkildə qurmuşdur. Böyük tikinti işləri apardı, bəzi şəhərləri vergidən azad etdi. Şah Abbas hakimiyyətə gələn zaman ölkədə vəziyyət çox gərgin idi. Qərbdə osmanlılarla müharibə zamanı, şərqdəən imperiyaya qarşı təhlükə yarandıkı buda əfqanlar idi. Şah Abbas hakimiyyətə gəldikdən sonra qətiyyətli addımlar ataraq, imperiyanı bu çətin vəziyyətdən çıxara bildi. I İstanbul(1590) sülh müqaviləsindən dərhal sonra 1593-cü ildə Azərbaycanın qızılbaşlara tabe edilən Zəncan,Xalxal,Ərdəbil,Qaracadağ,Lənkəran vilayətləri, Qızılüzən və Kür çayları arasında yerləşən geniş ərazidə Azərbaycan bəylərbəyliyi yaratdı. 1595-ci ilə qədər bəylərbəyliyin qoşunu 10 min idi və "Azərbaycan qoşunu adlanırdı". Bununlada Şah Abbas Azərbaycanın bütövlüyünü, qızılbaşların himayəsindəki ərazidə onun vüqarlı adını qorudu, onun Səfəvilər dövlətinə mənsub olması fikrinini sönməyə qoymadı. 1598-ci ildə Şah Abbas paytaxtı Qəzvindən İsfahana köçürtdü. Bunun nəticəsi kimi Səfəvi dövlətində başqa etnik nümayəndələr artdı. Azərbaycan türkləri bu qərardan narazı qalsalarda Qaradağdan, Qəzvindən paytaxta çoxlu Azərbaycan türkü gəldi. Şah Abbas nadir hökmdarlardan biridirki o, heç kimə məğlub olmamışdır. Hətta iki Avropa dövlətini bir-birinə qarşı qoymuşdur. Beləki 1603-cü ildə alman səfiri Georgi Tektander Təbrizdə osmanlılara qarşı ittifaq təklif edərkən, ispan səfiridə səfəvilərə Hörmüz boğazında Portuqaliyaya qarşı ittifaq təklif etmişdir. Bundan bir müddət sonra Şah I İsmayılın dövründə itirilmiş Hörmüz boğazı geri qaytarıldı.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə