Allahverdiyev Aqil Maliyyə Qrup 678 Azərbaycan Rusiya imperiyasının tərkibində




Yüklə 28.85 Kb.
tarix25.04.2016
ölçüsü28.85 Kb.
Allahverdiyev Aqil

Maliyyə

Qrup 678

Azərbaycan Rusiya imperiyasının

tərkibində

1801-ci il sentyabrın 1-də Rusiya inperatoru I Aleksandr Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsi haqqında manifest verdi. Şərqi Gürcüstanla birlikdə Azər-baycanın Qazax, Borçalı, Şəmşəddil və Pəmbək torpaqları da Rusiyanın tərkibinə qatıldı. Bununla da Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğalının əsası qo-yuldu.

1802-ci il dekabrın 26-da Rusiya ilə Quba, Dərbənd və Lənkəran xanları, həm-çinin Tarku şamxalı və Qaraqaytaq usmisi arasında Georgievskdə müqavilə bağ-landı. İrana qarşı çevrilmiş bu müqaviləni imzalayanlar:

1) Rusiyanın himayəsinə qənul olunurdular;

2) İran hücum edəcəyi halda birgə çıxış etməli idilər;

3) Cənubi Qafqazda ticarətin genişlənməsini və Xəzər dənizində gəmiçiliyin inki-şaf etdirilməsini nəzərdə tuturdular.

Şərqi Gürcüstan tutulandan sonra ilk hədəf Car-Balakən oldu. Çünki Car-Bala-kən strateji cəhətdən Rus qoşunlarının Azərbaycanın içərisinə doğru irəliləməsi üçün bir maneə idi. 1803-cü ilin martında general Qulyakovun başçılığı ilə rus or-dusu Car-Balakənə hücum etdi. Qanıx(Alazan) çayı sahilində baş vermiş döyüşdə yerli əhali üzərində qələbə çalan rus ordusu Balakəni ələ keçirdi. 1803-cü il aprelin 12-də Tiflisdə Car-Balakən camaatlığı ilə Rusiya arasında imzalanmış “Andlı öh-dəlik haqqında saziş” ə görə:


  1. Car-Balakən əhalisi Rusiya xəzinəsinə ipəklə xərac ödəməli idi.

  2. Carlılar sədaqət əlaməti olaraq Tiflisə girov verməli idilər.

  3. Car-Balakən ərazisində Rus qoşunları yerləşdirilməli idi.

Camaatlığın daxili idarəsinin dəyişilməz qaldığını və şərtlərin yerinə yetirilmədiyini görən Qulyakov 1804-cü ildə yenidən Cara soxuldu və onu yandır-dı. Zaqatala yaxınlığında məğlub edilən rus ordusu Muxax kəndinə çəkildi, general Qulyakov isə öldürüldü. Carlılara divan tutan Sisianov İlisu sultanlığını da işğal etdi. Növbəti işğal hədəfi Gəncə seçilmişdi. Sisianov hədələyici məktublar göndərərək onun təslim olmasını tələb etdikdə Cavad xan ona rədd cavabı verdi. Cavad xanın qoşunları ilə ruslar arasında ilk toqquşma Quru qobu adlı yerdə oldu. Rus qoşunları 1804-cü il yanvarın 3-də Gəncəni işğal etdi. Bu döyüşdə Cavad xan və oğlu Hüseynqulu xan öldürüldü. Gəncənin adı dəyişdirilib Yelizavetpol qoyuldu. Gəncənin Rusiya tərəfindən işğalı nəticəsində:

  1. Digər Azərbaycan xanlıqlarının da taleyi həll olundu

  2. Azərbaycanın cənub bölgələrinə yol açıldı

  3. Gürcüstanın şərq sərhədlərinin təhlükəsizliyi təmin olundu

  4. Rus qoşunlarının Xəzər sahillərinə çıxıb, Həştərxanla əlaqə yaratmasına imkan yarandı.

- 2 -


1804-cü ilin mayında İran rus qoşunlarının Cənubi Qafqazdan çıxarılmasını tələb etdi. Rədd cavabı alan İran iyunun 16-da müharibəyə başladı. Tərəflər arasında ilk döyüş 1804-cü il iyulun 27-də Üçmüədzin monastrı yaxınlığında, ikinci döyüş isə İrəvan yaxınlığında Qəmərli kəndində oldu. hər iki döyüşdə məğlub olan ruslar geri çəkildi.

1805-ci il mayın 14-də Rusiya ilə Qarabağ xanlığı arasında Kürəkçay müqaviləsi imzalandı:

1) Qarabağ xanlığı Rusiya təbəəliyinə qəbul olunurdu

2) Daxili siyasətdə müstəqilliyini saxlayan xanlıq xarici siyasət hüququndan məhrum edilirdi.

3) Xanlıq hər il Rusiyaya 8000 çervon bac verməli idi

4) Şuşada rus qoşunu yerləşdirilməli idi

1805-ci il mayın 21-də Rusiya ilə Şəki xanlığı arasında Kürəkçay müqaviləsinin şərtlərini təkrar edən müqavilə imzalandı. Rus ordusu 1805-ci il dekabrın 27-də Şamaxı xanına Rusiya hakimiyyətini qəbul etdirdi və onlar arasında müqavilə imzalandı. Bununla da Bakıya yol açıldı. 1806-cı ildə Sisianov güclü orduyla Bakıya yaxınlaşdı. O, Bakı xanlığı ərazisində öldürüldü. Şimaldan Azərbaycana soxulan rus ordusu 1806-cı ilin iyununda Dərbəndi, oktyabrında isə Bakını işğal etdi. Bakı xanlığı ləğv edildi. Az sonra Quba xanlığı da işğal olundu. 1806-cı ilin sonunda Lənkəran, İrəvan və Naxçıvan xanlıqlarından başqa Azərbaycanın şimal torpaqları Rusiya halimiyyəti altına düşdü.

1806-cı ilin iyununda İran qoşunu Şuşaya hücum etdi. Rus qarnizonunun rəisi mayor Lisaneviç İbrahimxəlil xanı öldürdü. Şəki xanı Səlim xan buna cavab olaraq rusları buradan qovdu. 1806-cı ilin oktyabrında Şəki xanlığı rus qoşunları tərəfindən tutuldu. Xanlığı idarə etmək üçün rusiyapərəst bəylərdən ibarət müvəqqəti idarə yaradıldı.

Osmanlı dövləti 1806-cı ildə Rusiyaya müharibə elan etdi. 1807-ci ilin iyununda Gümrü yaxınlığındakı döyüşdə Osmanlı ordusu məğlub oldu. 1812-ci ildə bağlanmış Buxarest sülhünə görə Osmanlılar Cənubi Qafqazın böyük hissəsinin Rusiya tərəfindən işğal olunmasını təsdiq etdi. Ruslar 1809-cu ildə Qarababa kəndi yaxınlığındakı döyüşdə Abbas Mirzənin başçılıq etdiyi İran ordusu tərəfindən məğlubiyyətə uğradıldı.

1812-ci ilin avqustunda İran qoşunu Lənkəranı ələ keçirdi. 1812-ci ilin oktyabr-ında Rusiya və İran arasında həlledici Aslandüz döyüşü oldu. Bu döyüşdə rus ordusu qalib gəldi və Lənkəran qalasını ələ keçirdi. Aslandüz və Lənkəran döyüşlərində rus qoşunlarının qələbəsi I Rusiya-İran müharibəsinin taleyini həll etdi. 1813-cü il oktyabrında Rusiya ilə İran arasında Gülüstan sülh müqaviləsi bağlandı.

1) İrəvan və Naxçıvan xanlıqlarından başqa Azərbaycanın şimal xanlıqları, həmçinin Şərqi Gürcüstan və Dağıstan Rusiyanın tərkibinə keçdi.

2) Xəzər dənizində hərbi donanma saxlamaq hüququ yalnız Rusiyaya veridi.

3) Rusiya tacirlərinin İranla ticarətində beş faizlik gömrük tarifi müəyyən olundu.

4) İran ərazisində rus tacirləri daxili gömrük rüsumları ödəməkdən azad edildilər.


- 3 -

Gülüstan müqaviləsilə Azərbaycanın bölüşdürülməsinin birinci mərhələsi başa çatdı.

Qazax, Şəmşəddil, Borçalı və Pəmpək torpaqlarının ələ keçirilib Rusiyanın tabeliyində olan Şərqi Gürcüstan idarə sisteminə daxil edilməsilə Azərbaycan tor-paqlarının parçalanmasının əsası qoyuldu. Gəncə və Bakı xanlıqları rus qoşunlarına müqavimət göstərdiyinə görə Rusiya tərəfindən işğal edildikdən sonra burada xanlıq idarə üsulu ləğv olundu və komendant idarə üsulu yaradıldı. Yelizavetpol hərbi dairəsi Gürcüstan quberniyasının tərkibinə verildi. Bununla da Rusiya hökuməti Azərbaycan torpaqlarını parçalamaq yolunda ikinci addımı atdı. 1819-cu ildə Şəki, 1820-ci ildə Şamaxı, 1822-ci ildə Qarabağ, 1826-cı ildə isə Lənkəran xanlığı ləğv edildi və əyalətə çevrildi.

1814-cü il noyabrın 25-də Tehranda Rusiyaya qarşı yönəlmiş İngiltərə - İran sazişi imzalandı. İngiltərənin vasitəçiliyi ilə 1823-cü ildə İranla Türkiyə arasında əməkdaşlıq haqqında müqavilə bağlandı. Şimali Qafqazda dağlı xalqlara qarşı müharibə aparan Rusiya İranla müharibədən çəkinirdi. 1825-ci ilin dekabrında Rusiyada baş vermiş dekabristlər üsyanının Rusiyanın başının qatdığını düşünən İran hökuməti fürsətdən istifadə edib Rusiya ilə müharibəyə başlamaq qərarına gəldi. II Rusiya İran müharibəsi 1826-cı il iyulun 19-da başladı. İran qoşununun əsas hücum hədəfi Qarabağ və Gəncə idi. İran ordusu Qarabağ mahalını ələ keçirib Şuşa qalasını mühasirəyə aldı. 1826-cı il sentyabrın 3-də Şəmkir döyüşü oldu. Bu döyüşdə məğlubiyyətə uğrayan İran qoşunu Şuşanın mühasirəsindən əl çəkmək məcburiyyətində qaldı. 1826-cı il sentyabrın 13-də Gəncə döyüşündə İran ordudu məğlub edildi. 1827-ci ilin iyununda Naxçıvan rus qoşunları tərəfindən işğal olundu. 1827-ci ilin oktyabrında İrəvan qalasının işğal edilməsilə rus qoşunlarının Azərbaycanın cənubuna yolu açılmış oldu. Mərənd və Xoy, sonra isə Təbriz rusların əlinə keçdi. 1828-ci ilin yanvarında Urmiya, fevralında isə Ərdəbil ruslar tərəfindən işğal olundu.

1828-ci il fevralın 10-da Rusiya ilə İran arasında Türkmənçay müqaviləsi imzalandı. Bu müqavilə XIX əsrin əvvəllərində baş vermiş Rusiya-İran müharibə-lərinə son qoydu. Bununla da Azərbaycan torpaqlarının rəsmən iki yerə bölünməsi başa çatdı. 1828-ci ildə İrəvan və Naxçıvan xanlıqları ləğv edildi, onların ərazisində “erməni vilayəti” yaradıldı.

Şimali Azərbaycan xanlıqları Rusiyanın işğalı və işğalından sonrakı dövrdə tədricən ləğv edilərək əyalət və dairələrə çevrilmişdi. Azərbaycanda komendant idarə üsulu mövcud idi. Maliyyə-vergi sisteminin həyata keçirilməsi Şm. Azərbay-cana ağır müstəmləkə zülmü gətirmişdi.

Rusiya İran müharibəsi Azərbaycanda əhalinin sayca azalmasına səbəb oldu. Müharibə qurtarandan sonra Azərbaycanın təsərrüfat həyatında baş verən dirçəliş müharibə vaxtı köçüb getmiş əhalinin bir hissəsinin geri dönməsinə səbəb oldu. Digər tərəfdən çarizmin köçürmə siyasəti(erməni, rus və almanların Şm. Azərbay-canda yerləşdirilməsi) də əhalinin ümumi sayının artmasına təsir edir. Əhalinin çox hissəsi kəndlərdə yaşayırdı. XIX əsrin 30-50-ci illərində Şm. Azərbaycanda əhalinin sosial tərkibini hakim təbəqə (xan, bəy,ağa və s.), aşağı təbəqə (rəiy-yət,rəncbər, elat və s.) və “üçüncü zümrə”(tacir və sənətkarlar) təşkil edirdi.

- 4 -


1836-cı ildə ermənilərin təhriki ilə alban katolikosluğu rəsmi olaraq ləğv edildi.

Gülüstan və Türkmənçay müqaviləsindən sonra Şm. Azərbaycanda XIX əsrin 30-cu illərində baş vermiş üsyanların səbəbi aşağıdakılardır :



    1. Milli və dini zülm.

    2. xəzinənin, eləcə də iri feodalların xeyrinə toplanan ağır vergilər və icra olunan mükəlləfiyətlər.

    3. çar məmurlarının özbaşınalığı və rüşvətxorluğu

    4. köçürmə siyasəti.

    5. natural verginin pul vergisi ilə əvəz edilməsi.

1830-cu ildə çarizmin müstəmləkə zülmünə qarşı Azərbaycanda ilk üsyan Car-Balakəndə başladı. Bu üsyan 1830-cu ilin noyabrında məğlub oldu. Üsyanın məğlub olma səbəbləri: üsyan rəhbərlərinin xəyanəti, üsyançılara qarşı nizami or-dunun vuruşması, üsyançıların döyüş təcrübəsinin olmaması və s. 1831-ci ildə Lənkəran, 1837-ci ildə Quba, 1838-ci ildə Şəki üsyanları da baş verdi və bu üsyan-ların da məğlub olma səbəbləri bunlar idi.

XIX əsrin 30-cu illərində baş vermiş üsyanların məğlub olmasına baxmayaraq onlar təsirsiz qalmadı. Həmin üsyanların tədiri ilə XIX əsrin 40-cı illərində bir sıra inzibati, məhkəmə və aqrar islahatlar keçirildi.

1872-ci ilin fevralında iltizam sistemi ləğv olundu. Qanuna əsasən, neft yataqları ayrı-ayrı şəxslərə birdəfəlik satıla bilərdi. 1872-ci ilin dekabrında ilk dəfə neft yataqları açıq satışa qoyuldu. 1880-cı illərdə Rotşildin, 90-cı illərdə Vişaunun timsalında Fransız və İngilis kapitalı Bakıya nüfuz etdi. Lakin, neftli torpaqlara sahib olanlar arasında H.Z.Tağıyev, M.Nağıyev, Ş.Əsədullayev kimi azərbaycanlı-lar da var idi. 1871-ci ildə Balaxanıda buruqla ilk neft quyusu qazılıb istifadəyə verildi. 1873-cü ildə Balaxanıda ilk neft fontan vurdu. 1880-cı ildə “Nobel qardaş-ları” şirkəti tərəfindən mədənlər arasında neft və sərnişin daşımaq üçün ilk dəmiryolu çəkildi. XIX əsrlə XX əsrin qovuşuğunda neft hasilatı və neft çıxarılmasına görə Bakı dünyada birinci yerə çıxdı.

1900-1903-cü illər dünya böhranı Rusiya, eləcə də Azərbaycan iqtisadiyyatına güclü təsir etdi. İqtisadi böhran Azərbaycanın neft, dağ-mədən sənayeləri ilə bağlı olan sahələrinin inkişafını ləngitdi. Lakin dünya iqtisadi böhranı Azərbaycanın yüngül və yeyinti sənaye sahələrinə elə bir ciddi zərər vurmadı. 1900-1903-cü il sənaye böhranı nəticəsində əhalinin vəziyyəti pisləşir. Sənaye müəssisələrində fəhlələrin iş şəraiti dözülməz idi. Beləliklə də Azərbaycanda fəhlələrin tətili başlandı. 1905-ci il yanvarın 9-da “Qanlı bazar günü” hadisəsi ilə başlayan I Burjua inqilabının təsiri ilə Bakı şəhəri və Bakı quberniyası ərazisində fəhlələr tətil etdilər. Tətil polis və əsgərlərin köməyilə dayandırıldı.

1905-ci ildə Azərbaycanın hər yerində kəndli – qaçaq hərəkatı geniş miqyas aldı. Qaçaq hərəkatına rəhbərlik edən Qaçaq Kərəm, Dəli Alı, Məşədi Yusif və b. daha məşhur idilər.

Çarizm 1905-1907-ci illərdə Azərbaycanda dövlət səviyyəsində hazırlanan milli qırğın törətdi. Hökumətin milli qırğın siyasətinin həyata keçirilməsində Daşnak-sütyun partiyası və erməni quldurları həlledici rol oynadı. Milli qırğın nəticəsində 158 müsəlman kəndi dağıdılmışdı.


- 5 -

1917-ci il oktyabrın 25-də Petroqradda bolşevik çevrilişi nəticəsində müvəqqəti hökumət devrildi. Oktyabrın 25-26-da Smolnıda keçirilən ikinci sovetlər qurultayından sonra V.İ.Lenin başda olmaqla sovet diktaturasının əsası qoyuldu. 1917- ci il oktyabrın 26-da Musavat partiyasının birinci qurultayı oldu. M.Ə.Rəsulzadə qurultaydakı giriş sözündə müstəqil Azərbaycan dövlətinin yaradılacağını söylədi. Bundan sonra Azərbaycanda başlayan istiqlaliyyət uğrunda mübarizə 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cumhuriyyətinin yaranması ilə nəticələndi.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə