Allahverdiyev Aqil Maliyyə Qrup 678 Azərbaycan III ix əsrlərdə




Yüklə 26.25 Kb.
tarix21.04.2016
ölçüsü26.25 Kb.
Allahverdiyev Aqil

Maliyyə

Qrup 678

Azərbaycan III - IX əsrlərdə

III – V əsrlərdə Azərbaycanda feodal münasibətlər yaranmağa başladı. Feodal münasibətlərin təşəkkülü prossesində torpaqların bir hissəsi ali zümrənin mülkiy-yətinə keçdi. Azərbaycanda feodal torpaq sahibliyinin iki əsas forması var idi: 1.Dastakert. Bu, irsi torpaq mülkü idi. Onun sahibi olan iri feodal patrik adlanırdı. Zərdüşt kahinləri də iri torpaq sahələrinə malik idi.

2.Xostaq. Bu, şərti torpaq sahibliyi idi. Onun sahibi olan orta və xırda feodalları azadlar adlandırırdılar.

Kəndli istismarının əsas forması vergi və mükəlləfiyyətlər idi. Sasanilər dövrün-də xaraq (xərac) adlanan torpaq vergisi və gezit adlanan can vergisi əsas yer tutur-du.

Albaniyanı e.ə. II əsrdən başlayaraq hökmdar Aranın nəslindən olan yerli hökmdarlar, I əsrdən etibarən isə Arşakilər sülaləsinin nümayəndələri idarə edirdi-lər. Sasani sülaləsinin nümayəndəsi Ərdəşir Babəkan 226-cı ildə İranda Parfiya dövlətini süquta uğradaraq Sasanilər dövlətinin(226-651) əsasını qoydu. 227-ci ildə Sasanilər dövlətinin tərkibinə daxil edilən Atropatena onun əsas vilayətlərindən bi-rinə çevrildi. Atropatena Sasanilərin dövründə də zərdüştiliyin dini mərkəzi idi. Al-baniya isə 262-ci ildə Sasanilərdən asılı vəziyyətə düşdü. Bunu I Şapurun(241-272) 262-ci ildə Nəqşi-Rüstəmdəki məbədin divarında həkk etdirdiyi yazı sübut edir. I Şapurun ölümündən sonra Albaniya müstəqil xarici siyasət yeritməyə başladı.

510-cu ildə Sasanilər tərəfindən Arşakilər sülaləsinə son qoyulduqdan sonra Albaniyada Sasani mərzbanlığı dövrü başlandı. I Xosrov Ənuşirəvanın dövründə həyata keçirilmiş inzibati islahata görə Albaniya Atropatena və İberiya ilə birlikdə şimal mərzbanlığına daxil edildi. VII əsrin əvvəllərindən etibarən isə mərzmanlıq dövrünü Mehranilər sülaləsinin hakimiyyəti əvəz etdi.

III – V əsrlərdə Ön Asiyada ağalıq uğrunda Roma ilə Sasanilər arasında mübari-zə gedirdi. İranda II Şapurun hakimiyyəti dövründə(309-379) Albaniya artıq Sasa-nilərlə yaxınlaşmışdı. Albaniyanın Paytakaran vilayətinin hakimi Sanatürk(290-338) Albaniyanın müstəqilliyini qoruyub saxlamaq, Romanın işğalçılıq siyasətinin qarşısını almaq, xristianlığın yayılmasına imkan verməmək mövqeyindən çıxış edirdi. 337-ci ildə Sanatürk erməniləri özünə tabe etdi.

359-cu ildə Amid döyüşündə Sasanilər Albaniyanın köməyi ilə Romanı məğlu-biyyətə uğratdı. Amid döyüşündən sonra Albaniyanın Arsax, Marlar ölkəsi(Naxçı-van) və Kaspiana torpaqları geri qaytarıldı. 371-ci ildə Dzirav döyüşündən sonra Albaniya Uti, Sakasen, Girdiman vadisi və Kolt vilayətindən məhrum oldu. 387-ci ildə Sasanilər və Roma arasında sülh bağlandı. Sülh müqaviləsinin şərtlərinə görə, Albaniya Sasanilərin nüfuz dairəsinə aid edildi və onun itirilmiş torpaqları qaytarıl-dı. Ermənistan isə Roma ilə Sasanilər arasında bölüşdürüldü. Sasani şahlarının ağır vergi və köçürmə siyasəti, atəşpərəstliyin zorla yayılması əhalinin narazılığını güc-ləndiridi. 450-ci ildə Xalxal yaxınlığında, əsasən, xristianlardan ibarət olan üsyan-çılar Sasaniləri məğlubiyyətə uğratdılar. 451-ci ildə Avarayr yaxınlığında Sasanilər

- 2 -

hunların, kateşlərin və gellərin köməyi ilə üsyançıları məğlub etdilər. Albaniya hökmdarı II Vaçe 457-ci ildə dayısı – Sasani şahı II Yezdəgerdin vəfatından sonra atəşpərəstlikdən imtina edərək daxili siyasətini dəyişdi və xristianlığı qəbul etdi. O, müstəqil siyasət yeridərək Sasani tabeliyindən çıxdı. II Vaçe Qafqazın 11 yerli hakimi ilə birlikdə yeni Sasani şahı Firuzun hakimiyyətini tanımadı. Firuz şah Haylandur(Onoqur) hunlarını II Vaçeyə qarşı qaldırdı. Onlar 462-ci ildə Albaniya-ya daxil oldular və II Vaçe 463-cü ildə hakimiyyətdən əl çəkməyə məcbur oldu. II Vaçedən sonra 30 il ərzində Albaniya müstəqilliyini itirdi və Sasanilərin təyin etdiyi mərzban tərəfindən idarə olunmağa başladı. 493-cü ildə Arşakilər sülaləsinin sonuncu nümayəndəsi III Mömin Vaçaqan Albaniyada hakimiyyətə tam sahib ol-du. O, xristianlığın yayılmasına çalışırdı. III Mömin Vaçaqan 498-ci ildə Aquen kilsə məclisi çağırdı. Burada xristian dininə aid qanunlar qəbul edildi və vergilərin miqdarı müəyyənləşdirildi. 510-cu ildə III Mömin Vaçaqanın ölümündən sonra Sa-sanilər Albaniyada yerli hakimiyyəti ləğv etdilər. Bununlada Albaniyada uzunmüd-dətli Sasani mərzbanlığı dövrü(510-629) başlandı.



VII əsrin əvvəllərində Albaniyada Mehranilər sülaləsinin hakimiyyəti başlandı. Bu sülalənin banisi Mehran Sasani şahı II Xosrovun qohumu idi və şahın atasının ölümündə təqsirli bilindiyinə görə İrandan qaçaraq əvvəl Uti, sonra isə Girdiman vilayətində məskən salmışdı. II Xosrov Mehranın Xəzərlərlə birləşməsindən qorxa-raq onu bağışlamışdı.

Varaz Qriqorun hakimiyyətə gəlməsi ilə Albaniyada Sasani mərzbanlığı dövrü-nə son qoyuldu. Sasanilər Mehraniləri bütün Albaniyanın hökmdarı kimi tanıdılar. Beləliklə, Albaniyada Mehranilər sülaləsinin hakimiyyəti dövrü(629-705) başlandı.

Varaz Qriqorun oğlu Cavanşirin hakimiyyəti dövründə(642-681) Mehranilərin hakimiyyəti daha da gücləndi. O, Bərdəni özünə paytaxt seçdi.

Ərəb qoşunları 633-cü ildə Sasanilər dövlətinin ərazisinə hücum etdilər. Alban hökmdarı Varaz Qriqor oğlu Cavanşirin rəhbərliyi ilə Sasanilərə kömək göndərdi. 638-ci ildə ərəblər Sasani dövlətinin paytaxtı Ktesifon şəhərini mühasirəyə alanda Cavanşir öz qoşunu ilə şəhərin müdafiəsində iştirak etdi. Lakin ərəblər bu şəhəri tutdular. Ərəblərə qarşı vuruşmanın mənasız olduğunu görən Cavanşir 7 illik mü-barizədən sonra Albaniyaya qayıtdı. Albaniyaya soxulub qarətçiliklə məşğul olan İran feodallarını əzdikdən sonra Cavanşir ərəblərə qarşı Bizans imperatoru ilə bir-ləşmək qərarına gəldi. VII əsrin 60-cı illərində xəzərlər Albaniyaya hücum etdilər. Cavanşir 662-ci ildə Kür çayı yaxınlığında onları məğlubiyyətə uğratdı. 665-ci ildə xəzərlər yenidən Albaniyaya hücum etdilər və qalib gəldilər. Cavanşir ölkəni talan-lardan xilas etmək üçün Xəzər xaqanı ilə sülh bağladı.

661-ci ildə Ərəb xilafətində Əməvilər sülaləsi hakimiyyətə gəldi. Cavanşir Bi-zansın zəiflədiyini, xəzərlərə və başı pozuq İran feodallarına qarşı mübarizənin çə-tinliyini görüb VII əsrin 60-cı illərinin axırlarında xəlifə I Müaviyə ilə sülh bağladı. Xəlifənin güzəştə getməsinin səbəbi Albaniyanın əlverişli coğrafi mövqeyi, zəngin sərvətə malik olması və Cavanşirin şəxsi nüfuzu idi. Xəlifə Sünik knayzlığının ida-rəsini Cavanşirə həvalə etdi. Ərəblərin ilk hücümları dövründə Azərbaycanın cə-nub hissəsi tamamilə tutuldu və Ərəb canişini tərəfindən idarə olunmağa başlandı. Azərbaycanın şimalında – Albaniyada isə Cavanşir ölkənin daxili müstəqilliyini

- 3 -


qoruyub saxladı. Lakin onun siyasətindən narazı qalan bizanspərəst feodallar 681-ci ildə sui-qəsd təşkil edərək onu öldürdülər. Hakimiyyətə Varaz Trdat gəlir. 705-ci ildə Mehranilər sülaləsinə son qoyuldu və Albaniyanın daxili müstəqilliyi ləğv olundu. Ölkəni ərəb canişini əmir idarə etməyə başladı.

642-ci ildə Həmədan və Nəhavənd döyüşündə sasaniləri növbəti dəfə məğlubiy-yətə uğradan ərəblər Azərbaycanın cənub torpaqlarının hakimi İsfəndiyarı Ərdəbil yaxınlığında məğlub edərək əsir götürdülər. İsfəndiya ərəblərlə sülh bağlamağa məcbur oldu. Dərbənddən şimalda yerləşən Bələncər yaxınlığında VII əsrin 40-cı illərində baş verən döyüşdə ərəblər xəzərlər tərəfindən məğlub edildilər. 653-cü ildə Bələncər yaxınlığında baş verən döyüşdə yenə də ərəblər məğlub olur. Albani-ya dövlətinin varlığına son qoyulduqdan sonra VIII əsrdə Azərbaycan uğrunda başlayan Ərəb – Xəzər müharibələri fasilələrlə 100 ilə qədər davam etdi.

Ərəblər Peyğəmbərin və ilk 4 xəlifənin(Əbu Bəkr, Ömər, Osman,Əli) göstəriş-lərinə uyğun əhalini müxtəlif üsullarla İslama dəvət edirdilər. İslam dini daha humanist,ümidverici və ədalətli din olduğundan əhali onu qəbul etməyə meyilli idi. İslam dinini birinci olaraq yoxsullar və büdpərəstlər qəbul etdilər. İslamın qəbul edilməsi xalqın mədəni inkişafına müsbət təsir göstərdi.

Ərəblər dövləti idarə etmək üçün Sasani mərzbanlıqlarına bənzər əmirlik siste-mi yaratdılar. Əvvəl əmirliklərin sayı 5 , Abbasilər dövründə isə 14 oldu. Azərbay-can torpaqları əvvəlcə 4-cü sonra isə 3-cü əmirliyə daxil edildi. Ərəblər tərəfindən Azərbaycanın cənub sərhəddi Həmədan şəhəri, şimal sərhəddi isə Dərbənd şəhəri müəyyən edildi. Azərbaycanda Ərəb xilafətinin əsas dayağı ordu və məmurlar aparatı idi. Ərəblər özlərinə etibarlı dayaq yaratmaq və əhalini ərəbləşdirmək məq-sədilə köçürmə siyasəti həyata keçirir, on minlərlə ərəb ailəsini Azərbaycana köçü-rüb ən yaxşı torpaqlarda yerləşdirirlər.

İki əsas vergi növü var idi: xərac(torpaq vergisi), cizyə (can vergisi). İslamın dayağı hesab olunan xəlifə Əli(656-661) vergi illahatı keçirmişdi. O, əsas diqqətini xərac toplamağa deyil torpağı səmərəli becərməyə yönəltmişdir. Ərəb xilafəti döv- ründə torpaq mülkiyyətinin 5 forması var idi:Dövlət(xəlifə), iqta, mülk, vəqf, icma.

Xilafətin soyğunçu vergi siyasəti, məmur özbaşınalığı əhalinin narazılığını artır-dı. Azərbaycanda xilafətə qarşı çıxışlar 748-752-ci illərdə geniş vüsət aldı. Hərəka-ta yerli feodallar başçılıq etsə də, onda əhalinin bütün təbəqələri iştirak edirdi. 748-ci ildə Beyləqanda başlanan üsyan tezliklə Bərdə və Ərdəbilə də yayıldı. Yeni əmir üsyanı yatırdı VIII əsrin II yarısında Azərbaycanda ərəblərə qarşı çıxışlar yenidən gücləndi. Ərəb xilafətinə qarşı mübarizənin ən yüksək forması Xürrəmilər hərəkatı idi.Xürrəmilər ümumi bərabərlik uğrunda mübarizə apararaq maddi nemətlərin in-sanlar arasında bərabər bölüşdürülməsini, ədalətli cəmiyyət qurulmasını bir məq-səd kimi qarşıya qoymuşdular. Onlar milli əsarətə qarşı çıxaraq Azərbaycanın is-tiqlaliyyətini bərpa etmək istəyirdilər. Xürrəmilər hərəkatı – İslamın bəzi ehkamla-rına, ərəb əsarətinə və feodal zülmünə qarşı yönəlmiş xalq hərəkatı idi. Onlar tarix-də ilk dəfə olaraq qırmızı bayraq qaldırmışdılar.

Xürrəmilərin ilk çıxışları 778-ci ildə, ikinci çıxışları isə 808-ci ildə olmuşdur. 816-cı ildə Cavidanla Əbu İmran arasındakı çəkişmə onların hər ikisinin ölümü ilə nəticələndi. Həmin ildən etibarən Xürrəmilərin rəhbəri Babək oldu. Cavidanın ölü-

- 4 -


mündən sonra Babək əsarətdən azad olmaq yolunu xalqı ayağa qaldırmaqda gördü. Babəkin ən qüdrətli sərkərdələri Müaviyə, Abdulla, Tarxan, Adin, Rüstəm və İsma idi. Hərəkatda kəndlilər, şəhər yoxsulları, sənətkarlar, hətta feodallarda iştirak edir-di. İran tarixçisi Səid Nəfəsi etiraf edir ki, Xürrəmilər hərəkatının mərkəzi Azər-baycan olmuşdur.

819-cu ildə Babək ərəblər üzərində ilk qələbəsini qazandı. O, IX əsrin 20-ci illə-rində Süniki, Bərdəni, Beyləqanı və Qarabağı ərəblərdən azad etdi. 829-cu ildə baş verən I Həştadsər döyüşündə Babək ərəblər üzərində qələbə qazandı. 830-cu ildə baş vermiş I Həmədan döyüşündə də Babək qalib gəldi. IX 20-ci illərinin sonu – 30-cu illərin əvvəlləri azadlıq mübarizəsinin uğurlu dövrü idi. Babəkin qələbələri-nin əsas səbəbi xalqın birliyində idi. Xilafətin uğursuzluğunun digər səbəbləri Suri-ya və Misirdə də üsyanların baş verməsi, Bizansla aparılan müharibələr idi. Xəlifə Mötəsimin göndərdiyi ordu 833-cü ildə II Həmədan döyüşündə xürrəmilər üzərin-də qələbə qazandı. Bu, Babəkin ilk məğlubiyyəti idi. 835-ci ildə xəlifənin türk mənşəli sərkərdəsi Afşin Babəkə qarşı göndərilən qoşunlara baş komandan təyin edildi. Afşin Babəkə qarşı bir sıra taktiki və təşkilati tədbirlər gördü. O, öz qərərga-hını Bəzz qalasına yaxın olan Bərzəndə köçündü, əks-kəşviyyatı gücləndirdi. İsma və Tarxan adlı sərkərdələrinin aradan götürülməsi Babəkə ağır zərbə oldu. Bununa belə Babək 836-cı ildə II Həştadsər döyüşündə Afşinin sərkərdəsi Buğa üzərində qələbə qazandı. 837-ci ildə Afşin Bəzz qalasını mühasirəyə alaraq Babəkə sülh tək-lifi etdi. O, Babəkdən ərəblərin müttəfiqi kimi Bizansa qarşı istifadə etmək fikrində idi. Lakin Babək sülh təklifini və ona verilən vədləri qəbul etmədi. 837-ci ilin avqustun 26-da Afşinin əmri ilə Bəzz qalasına hücum başlandı. Ərəblər Bəzz qala-sının müdafiəsini yarıb qalanı tutdular. Mühasirədən çətinliklə çıxan Babək Arana gəldi. O, Bizans imperatorunun yanına gedib yeni qüvvə toplamaq istıyirdi. Babək keçmiş müttəfiqi Şəki qalasının sahibi Səhl ibn Sumbatın xəyanəti nəticəsində ələ keirildi. Babəki 838-ci il yanvarın 4-də Samirə şəhərinə gətirdilər və martın 14-də edam etdirdilər.



Xürrəmilər hərəkatı məğlub olmasına baxmayaraq ərəb xilafətini kökündən sar-sıtdı, yeni üsyanlara səbəb oldu.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə