Allahın isimləri




Yüklə 0.91 Mb.
səhifə1/15
tarix17.04.2016
ölçüsü0.91 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   15
Allahın isimləri
O, Özündən başqa heç bir məbud olmayan, Hökmran, Müqəddəs, Pak, təsdiq edən, müşahidə edən, Qüdrətli, Qadir, Məğrur Allahdır. Allah onların Ona şərik qoşduqlarından ucadır.( Həşr surəsi 23)

O, Xaliq, yoxdan Yaradan, Surət verən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir.( Həşr surəsi 24)

Harun Yəhya

Bu kitapta kullanılan ayetler, Ali Bulaç’ın hazırladığı

“Kur’an-ı Kerim ve Türkçe Anlamı” isimli mealden alınmıştır.

1. baskı: Eylül 1998

2. baskı: Nisan 2000

3. baskı: Şubat 2002

4. baskı: Kasım 2002

5. baskı: Aralık 2004

6. baskı: Kasım 2005

7. baskı: Ekim 2006

8. baskı: Eylül 2008

ARAŞTIRMA

YAYINCILIK

Talatpaşa Mah. Emirgazi Caddesi

İbrahim Elmas İşmerkezi


  1. Blok Kat 4 Okmeydanı - İstanbul

Tel: (0 212) 222 00 88


İçindəkilər

Sizi yaradan Allahı nə qədər tanıyırsınız?

AXİR

ALİYY


ALİM

ASİM


BAİS

BAQİ


BARİ

BASİR


BATİN

BASIT


BƏDİ

BƏRR


CABBAR

CAMİ


DAİ

DAFİĞ


DARR

ƏDL


ƏFÜVV

ƏHKAM-ÜL HAKİMİN

ƏZM

ƏZİZ


ƏRHAMURRAHİMİN

ƏVVƏL


FALİQ

FASIL


FATIR

FƏTTAH


HADİ

HAFİD


HAFİZ

HAKİM


HASİB

HAYY


HAQQ

HƏLİM


HƏMİD

XALİQ


XƏBİR

KABID


KABİL

KADİ


KARİB

KASİM

KAVİ


KAFİ

KƏBİR


KƏRİM

QAFFAR


QANİYY

QADİR


QAHHAR

QƏDİM


QƏYYUM

QUDDÜS


LƏTİF

MAKİR


MALİK-İ YƏVMİD-DİN

MALİK-ÜL MÜLK

MƏCİD

MƏLCA


MƏLİK

MƏTİN


MÖVLA

MÖMİN


MUAXXİR/MUQƏDDİM

MUAZZİB


MUHİT

MUBKİ/MUDHİK

MUCİB

MUĞNİ


MUHSİ

MUHSİN


MUHYİ

MUKALLİB


MUKMİL

MUSƏVVİR


MUSƏVVA

MUTAHHİR


MUVƏFFİ

MÜDRİK


MÜQTƏDİR

MÜNTƏQİM


MÜBƏŞŞİR

MÜBƏYYİN


MÜDƏBBİR

MÜHƏYMİN


MÜSTƏAN

MÜTƏALİ


MÜTƏKƏBBİR

MÜYƏSSİR


MÜZƏKKİ

MÜZƏYYİN


MÜZİL

NASİR


NUR

RAFİ


RAQİB

RAUF


RƏBBİL ALƏMİN

RƏHMAN/RƏHİM

RƏZZAQ

SAMƏD


SADİQ

SAİQ


SANİ

SALAM


SƏMİ

ŞAFİ


ŞARİH

ŞAHİD


ŞƏFİ

ŞƏKUR


TƏVVAB

VAHİD


VARİS

VASİ


VƏDUD

VƏHHAB


VƏKİL

VƏLİ


ZAHİR

ZÜLCƏLAL-İ VƏL İKRAM



TƏKAMÜL YALANI
OXUCUYA
Bu kitabda və digər işlərimizdə təkamül nəzəriyyəsinin süqutuna xüsusi bir yer ayrılmasının səbəbi bu nəzəriyyənin hər cür din əleyhdarı olan fəlsəfənin təməlini meydana gətirməsidir. Yaradılışı və dolayısı ilə Allahın varlığını inkar edən darvinizm 150 ildir ki, bir çox insanın imanını itirməsinə və ya şübhəyə düşməsinə səbəb olmuşdur. Buna görə də bu nəzəriyyənin yalan olduğunu gözlər önünə gətirmək əhəmiyyətli imani bir vəzifədir. Bu əhəmiyyətli xidmətin bütün insanlığa çatdırılması isə zəruridir. Bəzi oxucularımız ola bilər ki, yalnız bir kitabımızı oxumaq imkanı tapa bilər. Bu səbəblə, hər kitabımızda bu mövzuya xülasə də olsa yer ayrılması uyğun hesab edilmişdir.
Qeyd edilməsi lazım olan başqa bir xüsus da bu kitabların məzmunu ilə əlaqədardır. Yazıçının bütün kitablarında imani mövzular Quran ayələri yönündə izah edilir və insanlar Allahın ayələrini öyrənməyə və yaşamağa dəvət edilirlər. Allahın ayələri ilə əlaqədar bütün mövzular oxucuda heç bir şübhə və ya sual buraxmayacaq şəkildə açıqlanmışdır.
Bu mövzuda istifadə edilən səmimi, sadə və səlis üslub isə kitabların hamı tərəfindən rahat başa düşülməsini təmin edir. Bu təsirli və sadə izah sayəsində kitablar "bir nəfəslə oxunan kitablar" ibarəsinə tam uyğun gəlir. Dini qəti şəkildə rədd edən insanlar belə bu kitablarda bildirilən həqiqətlərdən təsirlənir və yazılanların doğruluğunu inkar edə bilmirlər.
Bu kitab və yazıçının digər əsərləri oxucular tərəfindən şəxsən oxuna biləcəyi kimi, qarşılıqlı söhbət mühiti şəklində də oxuna bilər. Bu kitablardan istifadə etmək istəyən bir qrup oxucunun kitabları bir yerdə oxumaları mövzu ilə əlaqədar öz təfəkkür və təcrübələrini də bir-birlərinə ötürmək baxımından faydalıdır.
Bununla belə, yalnız Allahın razılığı üçün yazılan bu kitabların tanınmasında və oxunmasında iştirak etmək də böyük bir xidmətdir. Çünki yazıçının bütün kitablarında isbat və razı salıcı yön son dərəcə güclüdür. Bu səbəblə, dini izah etmək istəyənlər üçün ən təsirli üsul bu kitabların digər insanlar tərəfindən də oxunmasının təşviq edilməsidir.
Kitabların arxasına yazıçının digər əsərlərinin təqdimatının əhəmiyyətli səbəbləri vardır. Bu sayədə kitabı nəzərdən keçirən şəxs yuxarıda yazılan xüsusiyyətləri daşıyan və oxumaqdan xoşlandığını ümid etdiyimiz bu kitabla eyni xüsusiyyətlərə sahib daha bir çox əsərin olduğunu görəcək, imani və siyasi mövzularda faydalana biləcəyi zəngin bir qaynağın mövcudluğuna şahid olacaq.
Bu əsərlərdə digər bəzilərində görülən, yazıçının şəxsi qənaətlərinə və şübhəli qaynaqlara əsaslanan izahlara, müqəddəsata qarşı lazım olan ədəb və hörmətə diqqət yetirilməyən üslublara, şübhəli və həmçinin incidici yazılara rast gələ bilməzsiniz.
YAZIÇI VƏ ƏSƏRLƏRİ HAQQINDA
Harun Yəhya təxəllüsündən istifadə edən yazıçı Adnan Oktar 1956-cı ildə Ankarada anadan olmuşdur. İbtidai və orta təhsilini Ankarada almışdır. Daha sonra İstanbul Memar Sinan Universitetinin İncəsənət fakültəsində və İstanbul Universitetinin Fəlsəfə bölməsində təhsil almışdır. 1980-ci illərdən bu yana imani, elmi və siyasi mövzularda bir çox əsər hazırlamışdır. Bununla yanaşı, yazıçının təkamülçülərin saxtakarlıqlarını, iddialarının əsassızlığını və darvinizmin qanlı ideologiyalarla olan qaranlıq əlaqələrini ortaya qoyan çox əhəmiyyətli əsərləri vardır.
Harun Yəhyanın əsərləri təxminən 30.000 şəklin olduğu cəmi 45.000 səhifəlik külliyyatdır və bu külliyyat 60 fərqli dilə tərcümə edilmişdir.
Yazıçının təxəllüsü inkarçı düşüncəyə qarşı mübarizə aparan iki peyğəmbərin xatirəsinə hörmət olaraq adlarını yad etmək üçün Harun və Yəhya adlarından götürülmüşdür. Yazıçı tərəfindən kitabların üz qabığında Rəsulullahın möhürünün olmasının simvolik mənası isə kitabların məzmunu ilə əlaqədardır. Bu möhür Qurani-kərimin Allahın son kitabı və son sözü, Peyğəmbərimizin (s.ə.v.) xatəmül-ənbiya olduğunun rəmzidir. Yazıçı bütün yayınlarında Quranı və Rəsulullahın sünnəsini özünə rəhbər etmişdir. Bu surətlə, inkarçı düşüncə sistemlərinin bütün təməl iddialarını bir-bir ortadan qaldırmağı və dinə qarşı yönələn etirazları tam susduracaq "son söz"ü söyləməyi hədəfləmişdir. Böyük hikmət və kamal sahibi olan Rəsulullahın möhürü bu son sözü söyləmək niyyətinin duası olaraq istifadə edilmişdir.
Yazıçıın bütün işlərindəki ortaq hədəf Quranın təbliğini dünyaya çatdırmaq, beləliklə, insanları Allahın varlığı, birliyi və axirət kimi təməl imani mövzular üzərində düşünməyə sövq etmək və inkarçı sistemlərin əsassız təməllərini və azğın tətbiqlərini gözlər önünə çəkməkdir.
Necə ki, Harun Yəhyanın əsərləri Hindistandan Amerikaya, İngiltərədən İndoneziyaya, Polşadan Bosniya-Hersoqovinaya, İspaniyadan Braziliyaya, Malayziyadan İtaliyaya, Fransadan Bolqarıstana və Rusiyaya qədər dünyanın əlavə bir çox ölkəsində sevilərək oxunur. İngilis, fransız, alman, italyan, ispan, portuqal, urdu, ərəb, alban, rus, boşnaq, uyğur, İndoneziya, malay, benqal, serb, bolqar, Çin, Danimarka və İsveç dili kimi bir çox dilə tərcümə edilən əsərlər xaricdə geniş oxucu kütləsi tərəfindən izlənilir.
Dünyanın dörd tərəfində fövqəladə təqdir toplayan bu əsərlər bir çox insanın iman etməsinə, bir çoxunun da imanında dərinləşməsinə vəsilə olur. Kitabları oxuyub araşdıran hər kəs bu əsərlərdəki hikmətli, dolğun, asan aydın olan və səmimi üslubun, ağıllı və elmi yanaşmanın fərqində olar. Bu əsərlər sürətli təsir etmə, qəti nəticə vermə, etiraz və təkzib edilə bilinməyən xüsusiyyətləri daşıyır. Bu əsərləri oxuyan və üzərində ciddi şəkildə düşünən insanların artıq materialist fəlsəfəni, ateizmi və digər azğın görüş və fəlsəfələrin heç birini səmimi olaraq müdafiə etmələri mümkün deyil. Bundan sonra müdafiə etsələr də, ancaq romantik inadla müdafiə edəcəklər. Çünki fikri dayaqları aradan götürülmüşdür. Dövrümüzdəki bütün inkarçı cərəyanlar Harun Yəhya külliyyatı qarşısında fikirlə məğlub olmuşlar.
Şübhəsiz, bu xüsusiyyətlər Quranın hikmət və ifadə təsirliliyindən qaynaqlanır. Yazıçı bu əsərlərə görə öyünmür, yalnız Allahın hidayətinə vəsilə olmağa niyyət etmişdir. Bundan başqa, bu əsərlərin çap və nəşrində hər hansı bir maddi qazanc hədəflənməmişdir.
Bu həqiqətlər göz önünə gətirildikdə insanların görmədiklərini görmələrini təmin edən, hidayətlərinə vəsilə olan bu əsərlərin oxunmasını təşviq etməyin də çox əhəmiyyətli xidmət olduğu ortaya çıxır.
Bu qiymətli əsərləri tanıtmağın yerinə insanların zehinlərini bulandıran, fikri qarışıqlıq meydana gətirən, şübhə və tərəddüdləri aparmaq və imanı qurtarmaq üçün güclü və iti təsiri olmadığı ümumi təcrübə ilə sabit olan kitabları yaymaq isə əmək və zaman itkisinə səbəb olar. İmanı qurtarmaq məqsədindən çox yazıçının ədəbi gücünü vurğulamağa yönələn əsərlərdə bu təsirin əldə edilə bilməyəcəyi məlumdur. Bu mövzuda şübhəsi olanlar varsa, Harun Yəhyanın əsərlərinin tək məqsədinin dinsizliyi yox etmək və Quran əxlaqını yaymaq olduğunu, bu xidmətdəki təsir, müvəffəqiyyət və səmimiyyətin açıq şəkildə göründüyünü oxucuların ümumi qənaətindən anlaya bilərlər.
Bilmək lazımdır ki, dünyadakı zülm və qarışıqlıqların, müsəlmanların çəkdiyi əziyyətlərin təməl səbəbi dinsizliyin fikri hakimiyyətidir. Bunlardan xilas olmağın yolu isə dinsizliyin fikirlə məğlub edilməsi, iman həqiqətlərinin ortaya qoyulması və Quran əxlaqının insanların qavrayıb yaşaya biləcəkləri şəkildə izah edilməsidir. Dünyanın gündən-günə daha çox büründüyü zülm, fəsad və şəkildə edilməsinin lazım olduğu aydındır. Əks halda çox gec ola bilər.
Bu əhəmiyyətli xidmətdə öndərliyi üzərinə götürən Harun Yəhya külliyyatı Allahın izni ilə 21-ci əsrdə dünya insanlarını Quranda təsvir edilən hüzur, sülh, düzgünlük, ədalət, gözəllik və xoşbəxtliyə daşımağa vəsilə olacaq.

YARADILIŞ GERÇƏYİ

O, göyləri görə biləcəyiniz bir dirək olmadan yaradıb saxlamış, yer sizi silkələməsin deyə, orada möhkəm dağlar qurmuş və ora cürbəcür heyvanlar yaymışdır. Biz göydən yağmur yağdırıb orada cürbəcür gözəl bitkilər bitirdik.( Loğman surəsi, 10)
Böcəklərin çoxu çiçəklərdən çiçək tozu toplayır, amma heç biri arılar qədər məhsuldar ola bilmir. Bunun ən başlıca səbəbi arıların çiçək tozu toplamağa əlverişli olan bədən quruluşlarıdır. Çiçək tozu toplamaq ciddi cəhd tələb edir. Çünki arının yığıb şana daşıdığı çiçək tozu paketi ancaq bir cütdür. Halbuki tək bir pətək gözünün çiçək tozu ilə dolması üçün təxminən 20 cüt çiçək tozu paketi lazımdır. Bunun üçün arılar heç dayanmadan işləmələridirlər.

www.harunyahya.net

... Biz göydən tərtəmiz su endirdik ki, onunla ölü bir diyarı canlandıraq, yaratdığımız neçə-neçə heyvanlara və necə-neçə insanlara ondan içirdək. ( Furqan surəsi 48-49)


Bütün bitkilər lazımi maddələri torpaqdan ala bilmək üçün paylama mexanizmi ilə təchiz ediliblər. Bu mexanizm torpaqdan alınan mineralları və suyu lazımi miqdarda ehtiyac duyulan mərkəzlərə ən qısa zamanda çatdırır.Bitkinin böyüklüyündən asılı olmayaraq, bu funksiyanı yerinə yetirən boruların diametri təxminən 0.25 mm (palıdda) - 0.006 mm-dir. (cökədə)
İçdiyiniz suyu gördünüzmü? Onu buluddan siz endirirsiniz, yoxsa Biz endiririk? Əgər istəsəydik, onu acı edərdik. Bəs nə üçün şükür etmirsiniz? ( Vaqiə surəsi 68-70)
Heç yaradan da yarada bilməyən kimi ola bilərmi? Düşünüb ibrət götürməyəcəksinizmi? ( Nəhl surəsi 17)
Allah hər şeyin Xaliqidir. O, hər şeyi Qoruyandır. ( Zümər surəsi 62)
Sizi Biz yaratdıq. Bəs nə üçün təsdiq etmirsiniz? Axıtdığınız nütfəni gördünüzmü? Ondan yaradan sizsiniz, yoxsa Biz?! ( Vaqiə surəsi 57-59)
İnsanın elə bir dövrü olub keçmişdir ki, o, xatırlanmağa layiq bir şey olmamışdır! İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik. ( İnsan surəsi 1-2)
450 qram saf bal əldə etmək üçün təxminən 17.000 bal arısı 10 milyon çiçəyi ziyarət etməlidir.
54 - 37 milyon il əvvəl yaşayan qızılağaclarla müasir qızılağacların bir-birindən heç bir fərqi yoxdur. Hazırkı qızılağacların sahib olduğu bütün sistemlərə sahib olan milyon illər əvvəlki qızılağaclar yer üzündə heç bir zaman təkamülün olmadığının sübutudur.
www.yasayanfosiller.com
Hörümçəklər həmişə hörümçək, arılar həmişə arı, skatlar həmişə skat olduğu kimi dovşanlar da həmişə dovşan olmuşdur. Təkamülün etibarsızlığını sübut edən fosillər qarşısında darvinistlər məğlubiyyəti qəbul etməlidirlər. Şəkildəki 33 milyon illik dovşan fosili də, darvinistlərin məğlubiyyətini bir daha vurğulamaqda, bütün canlıları Rəbbimiz olan Allahın yaratdığı gerçəyini göstərməkdədir.
İlan, timsah, dinozavr və ya kərtənkələ kimi fərqli sürünən siniflər arasında keçilməz sərhədlər vardır. Təkamülçülər, bu fərqli qrupların quruluşlarına baxaraq təkamül müddətləri olduğunu xəyal edirlər. Amma bu fərziyyələrin fosil nümunələrində heç bir qarşılığı yoxdur. Digər tərəfədən hər bir sürünən növünün özünə xas xüsusiyyətlərlə bir anda var olduqlarının və var olduqları müddət ərzində heç bir dəyişikliyə uğramadıqlarının saysız-hesabsız fosil dəlili vardır. Bu dəlillərdən biri də şəkildə görünən 50 milyon illik ilan fosilidir.

37 - 23 milyon yaşındakı cüyürlərin, günümüzdə yaşayan cüyürlərdən heç bir fərqinin olmamağı, bu canlıların milyonlarla ildir qətiyyən dəyişmədiklərini, yəni təkamül keçirmədiklərini, onları Allahın yaratdığını sübut edir.
www.darwinistneleridusunmez.com
Dəniz ulduzları dəniz dibində yaşayır. Dənizin 7000 metr dərinliyində yaşayan növləri vardır. Təxminən yarım milyard ildir heç dəyişmədən soylarını davam etdirən bu canlılar qarşısında təkamülçülər çarəsizlik içindədir. Çünki bu canlılar on milyon deyil, yüz milyon deyil, iki yüz milyon deyil, təxminən beş yüz milyon ildir eynidir.
www.evrimmasali.com
Darvinistlər çanaqlı bağanın quruluşunu, toxumalarını izah etməlidirlər. Bütün bunların xəyali təkamül müddətində təsadüfən necə inkişaf etdiyini izah etməli və buna dair dəlillər göstərməlidirlər. Darvinistlər həmişə şəkildə görünən 37 - 23 milyon illik çanaqlı bağa fosili ilə- yaşayan qalıqlarla qarşılaşacaqlar.
www.Allahvar.com
Bu qurbağa növünün bir qismi arxa ayaqları ilə torpağı qazaraq torpağın içində, bir qismi də sulu mühitlərdə yaşayır. Darvinistlər amfibiyaların atasının balıqlar olduğunu iddia edirlər. Ancaq bu iddialarını sübut edə biləcək heç bir əsasları yoxdur. Əksinə elmi kəşflər, iki növ arasında çox böyük anatomik fərqlər olduğunu və birinin digərindən törəməyinin qeyri-mümkün olduğunu göstərir. Bu elmi kəşflərdən biri də fosillərdir.
410 - 360 milyon ildir eyni olan ustritsa (molyusk növü), canlıların bir-birlərindən törədikləri və mərhələ-mərhələ inkişaf etdiklərini iddia edən təkamülçülərə meydan oxuyur. Bu canlılar təkamül keçirmədiklərini, yaradıldıqlarını söyləyir.
www.darwininbilmedikleri.com
Şəkildə görünən 45 milyon yaşındakı bitki böcəyi, günümüzdəki bitki böcəkləri ilə tamamilə eynidir. Aradan keçən milyonlarla ilə baxmayaraq, heç bir dəyişikliyə uğramayan bitki böcəkləri təkamül nəzəriyyəsini yalanlayan dəlillərdən sadəcə biridir.
www.darwinizminsonu.com

Bu kəhrəbada Salticidae fəsiləsinə aid sıçrayan hörümçək vardır . Adlarını, ovlarının üzərlərinə dırmaşıb, boylarından 50 dəfə yuxarı tullanaraq ovlamalarından götürüblər. Başlarının ön tərəfində yerləşən dörd ədəd gözdən əlavə, bunların üzərində də dörd ədəd kiçik gözləri vardır. Qüsursuz quruluşa malik olan bu gözlərdən ovun yerini təsbit etmək üçün istifadə edilir.



Bundan milyonlarla il əvvəl yaşayan sıçrayan hörümçəklər, eynilə günümüzdəkilər kimi, tam və qüsursuz bir quruluşa malik idi. Və bu quruluşlarında milyonlarla il ərzində heç bir dəyişiklik olmayıb. Şəkildəki 38 - 5 milyon illik kəhrəba da bu həqiqətin bir dəlilidir.
Ümumiyyətlə, tropik bölgələrdə yaşayan timsahların ən qədim nümunələri təxminən 200 milyon il əvvəl yaşamışdır. Timsahların yüz milyonlarla il ərzində dəyişmədiyini sübut edən fosilllər eyni zamanda təkamülü çürütməkdə və bütün canlıları Allahın yaratdığı gerçəyini göstərməkdədir.

www.dinsizliginkabusu.com

Darvinistlərin elmdən kənar iddialarına əsasən sürünənlər sadəcə quşların deyil, eyni zamanda məməlilərin də atasıdır. Ancaq bu iki canlı sinfi arasında çox böyük fərqlər vardır. Görəsən necə olmuşdur ki, bir sürünən, bədən hərarəti istehsal etməyə başlamış, bu hərarətə nəzarət edən bir tərləmə mexanizmi meydana gətirmiş, pulcuqlarını tüklərlə dəyişdirmişdir? Təkamülçülər bu suallara tək bir elmi cavab verə bilmirlər. Bundan əlavə, tək bir ara keçid formasının olmamağı da bunun bir dəlilidir.
Scelionid yabanarıları yerə tökülən yarpaqların altında yaşayırlar. Bu arıların bir çox böcək növünə, xüsusilə də yumurtalarına zərər verdikləri məlumdur. Şəkildəki Scelionid arısı uçarkən fosilləşib. Günümüzdəki nümunələrindən heç bir fərqi yoxdur. 45 milyon illik Scelinoid yabanarısı kəhrəbası, digər bütün canlılar kimi, çöl arılarının da təkamül keçirmədiyini, bir anda mükəmməl xüsusiyyətlərə malik olaraq yaradıldığını göstərir.

www.belgeseller.net

Sizi yaradan Allahı nə qədər tanıyırsınız?

Sizi kim yaratdı? Sizə bədəninizi, gözlərinizin, saçlarınızın rəngini kim verdi? Boyunuzun uzunluğunu, saçlarınızın rəngini kim təyin etdi? Sizinlə birlikdə digər insanları, göyləri, yeri və bu ikisi arasında yaşayan bütün canlıları kim yaratdı? Kosmosun dərinliklərindəki planetlərin, Günəşin və ulduzların nizamını kim təyin etdi?

Siz bütün bu suallara sadəcə bir cavab verirsiniz: "Allah". Sizin kimi digər insanlar da bu suallara "Allah" deyə cavab verirlər. Necə ki, Allah Quranda insanların öz ağızlarıyla bu gerçəyi təsdiq edəcəklərini belə bildirmişdir:

Həqiqətən, əgər: “Göyləri və yeri kim yaratmış, günəşi və ayı kim ram etmişdir?” – deyə soruşsan, onlar mütləq: “Allah!” – deyə cavab verəcəklər. Elə isə onlar niyə döndərilirlər? (Ənkəbut surəsi, 61)

Yaxşı, sizi və kainatı ən incə detalına qədər planlayan Yaradıcımızı nə qədər tanıyırsınız? Sizi hər an gördüyünü, eşitdiyini, etdiyiniz hər şeydən hər an xəbərdar olduğunu bilirsinizmi? Sizə görə Allah haradadır? Sizi yaratdıqdan sonra öz başınıza buraxır? Yoxsa, necə yaşamalı olduğunuzu bildirir? Allahı görə bilərsinizmi? Onunla danışa bilən bir insan varmı? İnsanlardan başqa hansı varlıqları yaratdı? O, ölümdən sonra necə həyat vəd edir?

Şübhəsiz, bunlar kimi daha bir çox sual verilə bilər və siz də bu sualların hamısını cavablayarsınız. Bu cavablar ya ailənizdən, ya qohumlarınızdan, ya ətrafınızdan, ya da oxuduğunuz kitablardan öyrəndikləriniz olacaq. Ya da illər əvvəl din dərsində oxuduqlarınızdan ağlınızda qalanlar... Yaxşı, verdiyiniz cavabların həqiqətən doğru olub-olmadığını heç düşünmüsünüzmü?

Şübhəsiz, hər kəs Allah haqqında çox fərqli fikirlər söyləyə bilər. Fəlsəfəçi Allahı izah edərkən əvvəlcə aldığı təhsili ön plana çıxarır, təsirləndiyi filosofların fikirlərini istifadə edərək Allahı tanıdır. Allah haqqında heç bir məlumatı olmayan evdar qadın qonşusundan eşitdiyi məlumatlara inanır. Allahla əlaqədar kitab yazan yazıçı isə bəlkə də heç din təhsili almayıb, hətta Allahın endirdiyi ayələrdən birini belə bilmir. Lakin bu yazıçının kitabını oxuyan hər kəs, sanki onun fikirləri tamamilə doğruymuş kimi qəbul edir, bütün yazılanları tətbiq edir və ətrafındakı hər kəsə özündən çox əmin olaraq oxuduqlarını izah edir. İnsanların çoxu o günə qədər ətrafından eşitdiklərinin və öyrəndiklərinin səhv və ya əskik ola biləcəyinə ehtimal vermir.

Lakin unudulmamalıdır ki, insan səhv edə, cahillik edə bilər. Bu halda bizə Allahı ən doğru tanıdacaq qaynaq, yalnız Onun bizlərə endirdiyi haqq kitab Qurandır. Allah Quranda insanların öyrənməli olduqları şeyləri açıqlamışdır. Yuxarıdakı sualların Qurandakı cavablarına baxsaq, əvvəlcə Allahın yalnızca göylərdə deyil, hər yerdə olduğunu görərik. Allah bütün insanlara olduğu kimi sizə də şah damarınızdan daha yaxındır. Sizin hər etdiyinizə şahiddir, hər şeyi görür. Söylədiyiniz bütün sözləri eşidir. İçinizdən etdiyiniz bütün duaları bilir. Hər an sizin yanınızdadır. Üstəlik Allah dilədiyi quluyla danışır. Məsələn: Quranda, hz. Musa ilə danışaraq onu digər insanlardan üstün etdiyi bildirilmişdir. Allah insanlarla bərabər mələkləri və cinləri də yaratmışdır. Həmçinin, Allah dünya həyatından sonra sonsuza qədər davam edəcək cənnət və cəhənnəm həyatı da yaratmışdır. İnsanlara ölümlərindən sonra cənnətə gedə bilmələri üçün necə yaşamalı olduqlarını da Quranla bildirmişdir. Bütün bunlar yuxarıda soruşduğumuz sualların qısa cavablarıdır və bu cavabların hamısı Quranda var.

Hazırda əlinizdə tutduğunuz bu kitab da sizə şah damarınızdan daha yaxın olan Allahı Quranda bildirdiyi şəkildə tanıtmaq üçün yazılmışdır. Bu kitabın məqsədi başınızdakı yalnış məlumatların yerinə Qurani-Kərimdəki gerçək Allah inancını yerləşdirmək, beləliklə, uca Allahı daha yaxşı tanımanızı, Ona daha yaxın olmanızı təmin etməkdir. Allah, 1400 il əvvəl endirdiyi Quran ayələriylə insanlara Özünü tanıtmış, Özünə aid adları bildirmişdir. Quranda verilən müxtəlif nümunələr və izahatlar Onun sonsuz ağlını, elmini, sənətini göz önünə gətirir. Allah Quran ilə Özünü qullarına tanıdır.

Bu kitabda yerləşən hər adın altında istifadə edilən ayələr, açıqlanan adın keçdiyi ayələrdir. Bu ayələrin ərəbcəsinə baxsaq, Allahın bu adlarının ayələrin içində keçdiyini görərik. Bundan başqa hər ismin altında, bəlkə də bu günə qədər üzərində düşünülməyən detalları xatırladacaq qısa açıqlamalar var. Əlbəttə, bu açıqlamalar göylərin və yerin Rəbbi olan Allahı tanıtmaq üçün kifayət deyil. Çünki bütün kainatı, bütün canlıları, insanları və maddəni yaradan və ən gözəl adların sahibi olan Allahın sadəcə bir adını açıqlamaq üçün belə, cildlərlə kitab yazıla bilər. Lakin belə imkan olmadığı üçün bu kitabda qısa nümunələr, insanı düşünməyə sövq edəcək izahlar istifadə edilərək, oxucunun təfəkkür üfqü açılmağa çalışılır.

Əlinizdəki kitabla əlaqədar gözdən qaçırılmamlı daha bir cəhət var: Bu kitab sizə, yalnız Quranda keçən məlumatları çatdırır. Çünki Allahın adları haqqında Onun Quranda bizə öyrətdiyindən başqa heç bir məlumatımız yoxdur. Bizə məlum olmayanlar isə Rəbbimizin qatında gizlidir:



"Onlar: “Sən paksan, müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. Bilən Sən, hikmət sahibi Sənsən” - dedilər." (Bəqərə surəsi, 32)


AXIR

Hər şey yox olandan sonra da var olan

Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir! (Hədid surəsi, 3)

Allah kainatı yoxluqdan yaradıb və onu ən sonda yenə əvvəlki vəziyyətinə qaytaracaq, yox edəcək. Yox olmayacaq heç bir əşya, ölümsüz olan heç bir canlı mövcud deyil. Dünyadakı bütün canlılar doğulur və ölür, hər şeyin bir ömrü, müddəti var. Halbuki, Quranda bildirildiyi kimi Allah əvvəldir, axırdır, yəni başlanğıcı olmadığı kimi sonu da yoxdur. Hər şey yox olduqdan sonra baqi qalacaq olan da Odur.

Ömrü və zamanı yaradan Allah maddəyə aid bütün bu xüsusiyyətlərdən uzaqdır. O, əvvəli və sonrası olmayandır. Sonsuzluğun sahibi, zamana və məkana tabe olmayan Allahdır. Nəticədə kainat təkrar başlangıc nöqtəsinə dönəcək, canlı-cansız heç bir şey qalmayacaq. Yalnız Allahın varlığı baqi qalacaq. Allah bu həqiqəti Quranda bu cür bildirir:

  1   2   3   4   5   6   7   8   9   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə