ALİ İXTİsas təHSİLİNİN




Yüklə 262.74 Kb.
səhifə1/2
tarix18.04.2016
ölçüsü262.74 Kb.
  1   2

ALİ İXTİSAS TƏHSİLİNİN




D Ö V L Ə T S T A N D A R T I



(Bədən tərbiyəsi müəllimi hazırlayan klassik universitet və pedaqoci ali məktəblər üçün)
Bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan
M İ N İ M U M D Ö V L Ə T T Ə L Ə B L Ə R İ
İstiqamətin şifri və adı: «HS170000» BƏDƏN TƏRBİYƏSİ

İxtisasın şifri və adı: «Hs170100» Bədən Tərbiyəsi

(Bədən tərbiyəsi müəllimi hazırlığı üçün)

BAKI 2006

1. «HS170000-Bədən Tərbiyəsi» İstiqamətində «Hs170100 Bədən tərbiyəsi və idman» İXTİSASININ ümumi xarakteristikası


    1. İstiqamət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 1997-cı il tarixli 4 saylı qərarı ilə təsdiq edilmişdir.

1.2. İstiqamət üzrə təhsilin normativ müddəti:

Əyani təhsil forması üzrə - 4 il.

Bakalavriat ali təhsilin birinci pilləsidir. Məzuna verilən akademik dərəcə-Bədən tərbiyəsi bakalavrı, ixtisas dərəcəsi- Bədən tərbiyəsi müəllimi.

1.3. Bakalavrın peşə fəaliyyəti sahə və obyektlərinin qısa xarakteristikası:

Bədən tərbiyəsi bakalavrının müvafiq idman növləri üzrə məşqçi kimi təcrübi və elmi-tədqiqat fəaliyyəti bədən tərbiyəsi və idmanın nəzəriyyəsi, tarixi, metodikası, idarə olunması, iqtisadiyyatı, fiziologiyası, təbabəti və gigiyenasının öyrənilməsinə yönəlib. Bakalavr eyni zamanda bədən tərbiyəsi və idmanın ayrı-ayrı növləri (gimnastika, atletika, ağırlıq qaldırma, üzgüçülük, basketbol, həndbol, mütəhərrik oyunlar, tennis, voleybol, atıcılıq, şahmat, güləş, boks və s.) ilə bağlı ümumi bilik, bacarıq və vərdişlərə malikdir və seçdiyi idman növünün nəzəriyyə və praktikasına yiyələnmiş şəxsdir;



1.4. Bakalavr hazır olmalıdır:

- magistraturada təhsilini davam etdirməyə, fundamental və xüsusi hazırlığa uyğun olaraq peşə fəaliyyətinə.

Bakalavr məşqçi və bədən tərbiyəi müəllimi kimi ixtisas dərəcəsinə uyğun tədris müəssisələrində, idman məktəblərində və komplekslərində müəllim işləyə bilər.

2.İstiqamət (İXTİSAS) üzrə BAKALAVR PİLLƏSİNİ başa VURMUŞ məzunun hazırlıq səviyyəsinə qoyulan tələblər.

2.1. Bakalavrın təhsillilik səviyyəsinə qoyulan ümumi tələblər.

Bakalavr:



  • Humanitar elmlərin əsas tə'limləri ilə tanış olmalı, sosial əhəmiyyətli problemləri və prosesləri elmi şəkildə təhlil etmək qabiliyyətinə malik olmalı, müxtəlif peşə və sosial fəaliyyət növlərində bu elmlərin metodlarından istifadə etməyi bacarmalıdır;

  • insanın insana, cəmiyyətə, ətraf mühitə olan münasibətini tənzim edən etik və hüquq normalarını bilməli, ekoloci və sosial layihələrin işlənib hazırlanması zamanı onları nəzərə alamağı bacarmalıdır;

  • dövlət (Azərbaycan) dilində sərbəst danışmağı bacarmalı və yazı vərdişlərinə malik olmalıdır;

  • iki xarici dildə (azərbaycan dilində təhsil alanlar üçün) ünsiyyətdə olmağı bacarmalıdır;

  • canlı və cansız təbiətdə baş verən proseslər və təzahürlər hıqqında tam təsəvvürə malik olmalı, təbiəti dərketmənin müasir elmi metodlarının imkanlarını başa düşməli, peşə funksiyalarının yerinə yetirilməsi zamanı yaranan və elmi məzmuna malik olan vəzifələrin həll edilməsi üçün bu metodları lazım olan səviyyədə bilməlidir;

  • sağlam həyat tərzi haqqında elmi təsəvvürə, özünü fiziki cəhətdən təkmilləşdirmək bacarığına və vərdişlərinə, təfəkkür mədəniyyətinə, yazılı və şifahi nitqində onun nəticələrini düzgün (məntiqi) rəsmiləşdirmək qabiliyyətinə malik olmalıdır;

  • öz əməyini elmi əsasda təşkil etməyi bacarmalı, özünün peşə fəaliyyəti sahələrində tətbiq edilən məlumatların toplanması, saxlanılması, redaktə edilməsi üzrə kompyuter metodlarına yiyələnməlidir;

  • elmin inkişaf etdiyi və sosial praktikanın daim dəyişdiyi bir şəraitdə əldə olunmuş təcrübəni qiymətləndirmək, öz imkanlarını təhlil etmək qabiliyyətinə malik olmalı, müasir mə'lumat-təhlil texnologiyasından istifadə edərək yeni biliklər əldə etməyi bacarmalıdır;

  • gələcək peşəsinin mahiyyətini və sosial əhəmiyyətini, eləcə də öz konkret fəaliyyət sahəsini müəyyən edən fənlərin əsas problemlərini dərk etməli, biliklərin bütöv sistemində onların qarşılıqlı əlaqəsini göstərməlidir;

  • peşə sahəsində layihə tərtib etmək qabiliyyətinə malik olmalı, sistemli təhlilin prinsiplərini bilməli, müxtəlif təzahürlərin təsviri və proqnozlaşıdrılması üçün modellər qurmağı və onlardan istifadə etməyi, onların kəmiyyət və keyfiyyətcə təhlilini aparmağı bacarmalıdır;

  • peşə funksiyalarının həyata keçirilməsi ilə əlaqədar qarşıya məqsəd qoymağı, vəzifələri formalaşdırmağı, öyrəndiyi elmlərin metodlarından bu məqsəd və vəzifələrin həlli üçün istifadə etməyi bacarmalıdır;

  • idarəetmə metodları ilə tanış olmalı, icraçıların işini təşkil etməyi bacarmalı, pedaqoci fəaliyyətin əsaslarını bilməlidir;

  • metodik və psixoloci cəhətdən özünün peşə fəaliyyəti növünün və xarakterinin dəyişdirilməsinə, fənlərarası layihələr üzərində iş aparmağa hazır olmalıdır.

2.2. Fənn bölümləri üzrə bilik və bacarıqlara qoyulan tələblər.

2.2.1. Humanitar fənlər üzrə.

Bakalavr:

  • humanitar elmlər sahəsində əsas təlimləri bilməli, əhəmiyyətli sosial problemləri və prosesləri təhlil etməyi, peşə və ictimai fəaliyyətdə bu elmlərin metodlarından istifadə etməyi bacarmalı, cəmiyyətdə münasibətləri tənzimləyən hüquqi normaları bilməlidir;

  • xarici dillərdən birində olan materialı mənimsəmək bacarığına malik olmalı və əcnəbi mühitdə həmin dildə ünsiyyət yaratmağı bacarmalıdır;

  • peşə fəaliyyətində öz əməyini elmi əsaslarla təşkil etməyi, məlumat toplamaqda kompyuter üsulunu mənimsəməli, məlumatı saxlamağı və təhlil etməyi bacarmalıdır;

  • elmi-tədqiqat və axtarış fəaliyyətində yeni bilik qazanmaq qabiliyyətinə malik olmalı, tarix elminin nəzəri və ictimai əhəmiyyətini, tarix fənnin yerini və rolunu dərk etməlidir;

  • qohum elmlərin nümayəndələri ilə əməkdaşlıq etməyə, müxtəlif elm sahələrində və təhsil ocaqlarında işləməyə hazır olmalıdır;

  • humanitar elmlərin inkişaf mərhələləri, onları təmsil edən elmi məktəblərin istiqamətləri, konsepsiyaları və mənbələri ilə tanış olmalıdır;

  • Azərbaycan tarixini dərindən mənimsəməli, XX əsrdə baş vermiş başlıca siyasi hadisələr haqqında ümumi təsəvvürü, siyasi partiyalar haqqında mə'lumatı, imperiya siyasətini elmi əsasda öyrənib dərk etmək qabiliyyəti və səriştəsi, müasir dünyanın mürəkkəb məsələləlrinə münasibətdə mövqelərini düzgün müəyyənləşdirmək bacarığı, türkçülüyün mahiyyəti, ümumtürk həmrə'yliyinin bugünkü əhəmiyyəti haqqında müəyyən biliyi olmalıdır;

  • Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilini sərbəst bilməli, onun leksikasından peşə fəaliyyətində sərbəst istifadə etməyi bacarmalıdır; mütəxəssisin peşə səviyyəsinin artırılmasında rus dilinin əhəmiyyətini nəzərə alaraq həmin dildə olan ədəbiyyatdan və müasir rus dilində olan yazılı mənbələrdən sərbəst istifadə etməyi bacarmalıdır. Qərb və yaxud Şərq dillərindən birinin leksik minimumunu bilməlidir;


2.2.2.İstiqamətin ümumpeşə hazırlığı fənləri üzrə.

Bakalavr:

  • əsas psixoloci funksiyaları və onların fizioloci mexanizmlərini bilməli, psixikanın formalaşmasında təbiətin və sosial amillərin rolunu dərk etməli, konkret şəxslərin əsaslı psixoloci xarakteristikasını verməyə qadir olmalıdır; psixoloci özünütənzimlənmədə ən sadə üsullardan istifadə etməyi bacarmalıdır;

  • pedaqoci fəaliyyətin əsas forma, vasitələri və üsullarını dərk etməyi, təlim-tədris prosesinin xüsusiyyətlərini araşdırmağı, konkret pedaqoci problemləri həll etməyi bacarmalıdır;

  • müasir aləmdə,dünya mədəniyyəti və tarixdə riyaziyyatın yeri və rolu,riyazi təfəkkür, riyaziyyatda induksiya və deduksiya, riyazi düşüncələr və riyazi dillər, riyazi modelləşdirmə,informasiya, onun saxlanması, təkmilləşdirilməsi və ötürülməsi üsulları haqqında aydın təsəvvürü olmalıdır. Tədqiqatlarda riyaziyyat və informatikadan istifadə edilməsi təcrübəsinə yiyələnməlidir;

  • ixtisas növünün nəzəriyyəsini və metodikasını bilməlidir;

  • anatomiya, ümumi fizioloğiya, biomexanika və biokimyanın əsaslarını dərindən bilməlidir;

  • bədən tərbiyəsi və idmanın məqsəd və vəzifələrini, onun insanın həyat və fəaliyyətində rolunu dərk etməlidir;

  • idman nəzəriyyəsinə dərindən bələd olmalı, bədən tərbiyəsi və idmanın, tarixini, öyrənilməsi metodikasını, idarə olunmasını və iqtisadi məsələlərini bilməlidir;

  • orduda fiziki hazırlığın təşkilinin nəzəri əsaslarını bilməli, adaptiv bədən tərbiyəsinə bələd olmalı, idman metrologiyasını dərindən mənimsəməlidir;

  • bədən tərbiyəsi və idmanın texniki vasitələrini tanımalı,onların iş prinsipini bilməli və onlarla işləməyi bacarmalıdır;

  • bədən tərbiyəsi və idmanın fızıologiyası və gigiyenasına, idman təbabətinə dərindən bələd olmalı, uşaq və gənclərlə iş prosesində bu sahələrdə əldə etmiş olduğu biliklərdən səmərəli istifadə etməyi bacarmalıdır;

  • İdmanın gimnastika, atletika, ağırlıq qaldırma, üzgüçülük, basketbol, voleybol, tennis,həndbol, futbol, atıcılıq, şahmat, milli güləş və s. növləri ilə bağlı bilik, bacarıq və vərdişlərə malik olmalıdır;

  • mütəhərrik oyunlarla məşğul olmağı bacarmalıdır;

  • aldığı ixtisas dərəcəsinə uyğun təhsil müəssisələrində,idman məktəbləri və komplekslərində işləmək üçün dərin tədris və metodiki hazırlığa malik olmalıdır;

2.2.3. İxtisas fənləri üzrə.

Bakalavr:

Aşağıdakıları bilməli və bacarmalıdır:



  • ixtisasa daxil olan növün və ya növlərin dünyada və respublkada inkişafının aktual problemlərini;

  • ixtisasa daxil olan növlərin tədrisinin pedaqoci, metodiki prinsiplərini;

  • ixtisasasa daxil olan növlərin hərəkət texnikasını, onun təhlilini, ideal icra modelini, onun təkmilləşdirilməsi yollarını;

  • müasir mütərəqqi tədris üsullarını, metodlarını;

  • ixtisasa daxil olan növlərdə idmançıların hazırlanmasının çoxillik hazırlıq sistemini, illik məşqin quruluşunu, ayrı-ayrı hazırlıq qruplarında məşqin təşkili və keçirilməsi metodikasını, formalarını;

  • ixtisasa daxil olan növlərdə seçməni, idman oriyentasiyasını, müxtəlif hazırlıq mərhələsində idmançıların hazırlıq səviyyəsini müəyyən etmək üçün pedaqoci testləri və metodları;

  • ixtisasa daxil olan növlərdə məşq sistemini təkmilləşdirməyin elmi-metodiki əsaslarını və bunun üçün zəruri olan müasir informasiyaları, bilikləri;

  • ixtisasa daxil olan növlərin tədqiqinə aid təcrübi əhəmiyyət daşıyan elmi-tədqiqat işlərinin nəticələrini;

  • ixtisas növlərinə daxil olan növlərdə müxtəlif kontigentlərin ayrı-ayrı hazırlıq mərhələlərində məşqi planlaşdırmağın nəzəri əsaslarını;

  • ixtisasa daxil olan növlərdə zəruri fiziki keyfiyyətlərin inkişafı metodikasını;

  • ixtisasa daxil olan növlərdə fiziki keyfiyyətlərin fizioloci əsaslarını;

  • sağlamlığın qorunması, möhkəmləndirilməsi və reabilitasiyası üçün fiziki hərəkətlərdən istifadə metodikasını;

  • məşq yükünün təsiri ilə orqanizmdə baş verən dəyişikliklərin fizioloci, biokimyəvi əsaslarını;

  • ixtisas növlərində seçmə, idman oriyentasiyası üçün zəruri olan pedqoci, anatomik, fizioloci göstəriciləri;

  • məşq yükünün orqanizmə ekstremal təsrini aradan qaldırmaq üçün səmərəli bərpa üsullarını və metodlarını;

  • orqanizmin funksional vəziyyətinə nəzarət metodlarını;

  • ixtisas və peşəyönnümlü fənlər üzrə əldə etdiyi bilikləri növün tədrisi və məşq prosesinə tətbiq etməyi;

  • ixtisas növünü və ümumtəhsil məktəbinin proqramında tədrisi nəzərdə tutulan növləri müxtəlif fiziki hazırlıq səviyyəsinə malik olanlara öyrətməyi;

  • ixtisas növünün və ümumtəhsil məktəbində keçilən növlərin tədrisi zamanı mütərəqqi təlim metodlarından istifadə etməyi;

  • növlərin tədrisi zamanı icra texnikasında yol verilən qüsurları aşkar etməyi və onları aradan qaldırmağı;

  • fiziki yükün orqanizmə təsirini sadə üsullarla müəyyən etməyi, ona nəzarəti həyata keçirməyi;

  • növlərin tədrisi zamanı ən müasir tədris metodlarından və formalarından istifadə etməyi;

  • növlərin tədrisini pedaqoci, metodiki cəhətdən səmərəli şəkildə planlaşdırmağı və həyata keçirməyi;

  • ixtisas növünün məşq metodikasını öz təcrübi işində tətbiq etməyi;

  • məşğul olanların fiziki, funksional hazırlıq səviyyəsini müəyyən edərkən pedaqoci, fizioloci metodlardan istifadə etməyi;

  • seçmə, idman oriyentasiyası üçün zəruri olan testləri tətbiq etməyi;

  • müxtəlif hazırlıq qrupları üçün səmərəli məşq prosesini aparmağı və bu prosesə nəzarəti həyata keçirməyi;

  • müxtəlif miqyaslı yarışları planlaşdırmağı, təşkil etməyi və keçirməyi;

  • müxtəlif yaşlı insanların sağlamlığının möhkəmləndirilməsi və reabilitasiyası üçün proqram tərtib etməyi və onu həyata keçirməyi;

2.2.4. Xüsusi fənlər üzrə.

Bakalavr:

Fövqəladə hallarda mülki müdafiənin qarşısında qoyulan vəzifələri dərindən bilməli, təbii fəlakətlər zamanı əhalinin mühafizəsi işlərini, ilkin tibbi yardım göstərmək bacarığına malik olmalıdır.



Sağlam həyat tərzi keçirmək üçün bədən tərbiyəsinin qarşısında qoyulan ümumi mədəni və peşəkar hazırlığına malik olmalı,sağlamlığın qorunması və möhkəmləndirilməsini təmin edən praktiki bacarıq və vərdişlər sisteminə malik olmalı,bədən tərbiyəsinin və sağlam həyat tərzinin əsaslarını bilməlidir.

  1. «HS170000-BƏDƏN TƏRBİYƏSİ» İSTİQAMƏTİ ÜZRƏ MÜƏLLİM HAZIRLIĞINI TƏMİN EDƏN ALİ BAZA TƏHSİL PROQRAMININ STRUKTURU

İndeks

Fənn bölümləri və fənnin adı

Saatların miqdarı

Cəmi:3385

HF-B00

Humanitar fənlər

450

HF-B01

Azərbaycan tarixi

105

HF-B02

Azərbaycan dili (təlim rus dilində olanlar üçün)*

90

HF-B03

Xarici dil

165

HF-B04

Seçmə fənlər**

90

İÜHF-B00

İstiqamətin ümumpeşə hazırlığı fənləri

1945

İÜHF-B01

Pedaqogika

120

İÜHF-B02

Psixologiya

90

İÜHF-B03

Ali riyaziyyat

60

İÜHF-B04

İnformatika

30

İÜHF-B05

Bədən tərbiyəsi və idmanın texniki vasitələri

30

İÜHF-B06

İdman metrologiyası

45

İÜHF-B07

İnsan anatomiyası

105

İÜHF-B08

Biomexanika

45

İÜHF-B09

Ümumi fiziologiya

90

İÜHF-B10

İdman fiziologiyası

90

İÜHF-B11

Biokimya

75

İÜHF-B12

Adaptiv bədən tərbiyəsi

30

İÜHF-B13

Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası

130

İÜHF-B14

İxtisasa giriş

30

İÜHF-B15

İdman nəzəriyyəsi

45

İÜHF-B16

Orduda fiziki hazırlığın təşkilinin nəzəri əsasları

60

İÜHF-B17

Bədən tərbiyəsi və idmanın tarixi

60

İÜHF-B18

Bədən tərbiyəsi-idmanın idarə edilməsi

60

İÜHF-B19

İdman təbabəti

45

İÜHF-B20

Bədən tərbiyəsi və idmanın gigiyenası

45

İÜHF-B21

İdman növləri üzrə ümumi kurslar

660

İÜHF-B22

Bədən tərbiyəsi və idmanın iqtisadiyyatı

45

İÜHF-B23

Seçmə fənlər:

330

İF-B00

İxtisas fənləri

510

İF-B01

Seçmə fənlər

120

XF-B00

Xüsusi fənlər

195

XF-B01

Tibbi biliklərin əsasları

150

XF-B02

Mülki müdafiə*

45
  1   2


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə