Aleksandr Qorçakov və onun xarici siyasəti




Yüklə 21.49 Kb.
tarix20.04.2016
ölçüsü21.49 Kb.
Aleksandr Qorçakov və onun xarici siyasəti

Aleksandr Mixail Qorçakov (1798-1883) 19-cu əsrdə güclü nüfuza malik olan diplomatlar arasında özünəməxsus yer tutmuşdur. Aleksandr Mixail Qorçakov 4 iyun 1798-ci il Qapsaledə anadan olmuşdur. Onun atası knyaz Mixail Aleksey general-mayor idi, anası Yelena Vasiliy Ferzen polkovnik qızı idi.

Peterburqda gimnaziyanı qurtarıb, 1811-ci ildə Qorçakov Tsarskoye selo liseyinə daxil oldu. Artıq artıq oxuduğu illərdə o, öz gələcək peşəsi olan diplomatiyanı seçmişdi. Diplomat İ.A. Kapodistriyanın pərəstişkarı idi, hətta deyirdi: “Mən onun nəzarəti altında işləməyi çox arzu edirəm”. O, A.S. Puşkinlə liseydə birlikdə oxumuşdu. Böyük şair öz sinif yoldaşına şeir həsr etdi, hansında ki ona parlaq gələcəyi haqqında qabaqcadan xəbər vermişdi. Qorçakov həmişəlik Puşkinlə dostluq münasibətlərini saxladı.

1817-ci ildə Qorçakov Tsarskoye selo liseyini müvəffəqiyyətlə qurtardı və titulyar məsləhətçinin rütbəsində diplomatik karyeraya başladı. İ.A. Kapodistriya onun birinci müəllimi idi. Kapodistriya şərq və yunan işləri üzrə Xarici İşlər Nazirliyinin stats-katibi idi. Kapodistrieylə və başqa diplomatlarla birlikdə Qorçakov Troppauda, Laybaxda və Veronada Müqəddəs İttifaqın konqreslərində iştirak etmişdi. Attaşe kimi o çarın diplomatik tapşırıqlarını yerinə yetirirdi. I Aleksandr onu "həmişə liseyin ən yaxşı şagirdlərindən biri kimi qeyd edirdi". Qorçakov 1820-ci ilində Londona səfirlik katibi təyin edildi. 1822-ci ildə o, səfirliyin birinci katibi oldu. Qorçakov 1827-ci ilə qədər Londonda qaldı, sonra o Romada birinci katib vəzifəsinə təyin edildi. Növbəti ildə gənc diplomat Berlində səfirliyin məsləhətçisi kimi fəaliyyətini davam etdirdi. I Nikolayın şəxsi sərəncamı üzrə 1833-cü ildə Qorçakov məsləhətçi kimi Vyanaya göndərilmişdi.

Yalnız 1841-ci ildə Aleksandr Mixail yeni təyinatı aldı və Vürtemberqə fövqəladə və səlahiyyətli elçi qismində göndərildi. Qorçakovun başlıca vəzifəsi alman ölkələrinin himayəçisi kimi Rusiyanın nüfuzunun artırılması idi. Bu zaman Avropda inqilablar baş verirdi. Vürtemberqdə baş verən mitinqlər və nümayişlər haqqında bildirərək, o bunun Rusiyaya gəlməsinin qarşısını almağın vacibliyini bildirirdi.

1853-cü ilin iyununda Baden-Badendə Qorçakovun arvadı öldü. Onun himayəsində iki oğlu və arvadının birinci nikahından olan uşaqlar qaldılar. Tezliklə Krım müharibəsi başlandı. Rusiyanın bu çətin vaxtında Qorçakov özünün fəaliyyətinin ən yüksək zirvəsinə çatdı. 1854-cü ilin iyununda onu Vyanaya səfir göndərdilər. İngiltərə və Fransa Krım müharibəsində Türkiyə tərəfdən çıxış edirdi, amma Avstriya Rusiyaya müharibə elan etmədən, antirus blokunun dövlətlərinə kömək edirdi. Vyanada Qorçakov Avstriyanın Rusiyaya qarşı yönəlmiş xain fikirlərinə əmin oldu. Onun narahatlığına səbəb olan digər bir məsələ də Avstriyanın Prussiyanı öz tərəfinə cəlb etməsi barədə cəhdləri idi. O çalışırdı ki, Prussiya neytral qalsın. 1854-cü ilin dekabrında bütün vuruşan dövlətlərin və Avstriyanın səfirləri konfransa toplaşdı, Qorçakov onda Rusiyanı təmsil edirdi. 1855-ci ilin yazına qədər davam etmiş konfransın çoxsaylı iclaslarında o dövlətlərin sərt tələblərini yumşaltmağa çalışırdı. Rusiya diplomatı III Napoleonunun etibar etdiyi qraf Morni ilə gizli danışıqlara başladı. Bundan xəbər tutan Avstriyanın nümayəndələri II Aleksandra Peterburqa müraciət etdilər və ondan şərtlərinin qəbuluna nail oldular. Qorçakov hesab edirdi ki, Fransayla danışıqların davam etdirilməsi Rusiyaya onun üçün daha əlverişli şərtlərlə sülh bağlamağa icazə verə bilər. 1856-cı ilin martında öz işini qurtarmış Paris konqresində Rusiya Krım müharibəsindəki məğlubiyyətini təsdiq edən müqavilə imzaladı Paris sazişinin ən ağır şərti Qara dənizin neytrallaşdırılması haqqında maddə idi, hansı ki Rusiyaya Qara dənizdə hərbi donanma saxlamaq və sahilboyu müdafiə tikintilərini tikmək qadağan edilirdi.

Krım müharibəsindəki məğlubiyyətdən sonra 15 aprel 1856-cı ildən Xarici İşlər Nazirliyinə Qorçakov başçılıq etməyə başladı. II Aleksandr onun təcrübəsinə xüsusi əhəmiyyət verərək,öz seçimində məhz onun üstündə dayandı, baxmayaraq ki Nesselrod bu təyinata mane olmağa çalışırdı.Tatişev Qorçakovun təyinatı ilə "Rusiyanın xarici siyasətində yeni dövrün başladığını qeyd edirdi.

Paris traktatının məhdudlaşdırıcı maddələrinin ləğvi 10 ilə yaxın dövrdə Qorçakovun xarici siyasət kursunun strateji hədəfi oldu. Bu əsas məsələnin həlli üçün müttəfiqlər lazım idi. Müsbət nəticənin əldə olunmasında Fransa ilə əməkdaşlığa bel bağlayırdı. II Aleksandr diplomatın dəlilləriylə razılaşdı. Parisdə Rusiya səfiri Kiselyov vasitəsilə III Napoleona bildirdi ki, Rusiya Fransaya Nitşeylə və Savoyyanı tutmağa mane olmayacaq. Avstriyayla müharibəyə diplomatik hazırlıq keçmiş III Napoleon həmçinin rus-fransız ittifaqının tezliklə imzalamasına ehtiyac duyurdu. Çoxsaylı görüşlər, müzakirələr nəticəsində 1859-cu ildə Parisdə bitərəflik və əməkdaşlıq haqqında məxfi rus-fransız müqaviləsi imzalanmışdı. Hərçənd ki, Rusiya Paris sülhünün maddələrinə yenidən baxılan zaman Fransanın dəstəyini ala bilmədi, ancaq bu müqavilə ona Türkiyəylə müharibədə məğlubiyyətdən sonra təcriddən çıxmağa imkan verdi.

Qorçakov çoxsaylı əcnəbiləri kənarlaşdırıb və onların ruslarla əvəz edib nazirliyin tərkibini yenilədi. Qorçakov öz ölkəsinin tarixi ənənələrinə və onun diplomatik təcrübəsinə böyük əhəmiyyət verirdi. I Pyotru əsl diplomat nümunəsi hesab edirdi. Şübhəsiz ədəbi istedada malik olan Qorçakov diplomatik sənədləri belə elə zərif təşkil edirdi ki, onlar tez-tez bədiliyi xatırladırdılar.

1861-ci ildə Polşada üsyan başladı. Üsyanın məqsədi Polşanın Krallığının bərpası idi. 1863-cü ilin iyununda qərb dövlətləri Peterburqda 1815-ci ili traktatlarınə imzalamış dövlətlərin konfransını çağırmaq təklifi ilə çıxış etdi. Qorçakov bildirdi ki, Polşa məsələsi Rusiyanın daxili işidir. 1864-cü ilin başlanğıcında Polşa üsyanı yatırdılmışdı.

Ən böyük mənfəəti Prussiya götürdü: Rusiyanın hərəkətlərini dəstəkləməsi iki ölkənin mövqelərini yaxınlaşdırdı. Qorçakov həmçinin Şimali Amerikada rus koloniyaları olan 55-ci dərəcə şimal eninə qədər Alyaska, Aleut adaları və qərb sahili əraziləri probleminin həllində iştirak etdi. 16 dekabr 1866-cı il çarın iştirakıyla müşavirə oldu, hansında ki Alyaskanın satışının təşəbbüskarı böyük knyaz Konstantin Nikolay, A.M. Qorçakov, N.X. Reytern, N.K. Krabbe, ABŞ-da Rusiyanın səfiri. E.A.Stakl iştirak edirdi. 7 milyon 200 min dollara (11 milyon rubl) Alyaskanın satışı haqqında müqavilə 18 martda Vaşinqtonda imzalanmışdı və apreldə II Aleksandr və ABŞ Senatı tərəfindən təsdiqlənmişdi.

1866-1867 ildə danışıqların gedişatında aşkar oldu ki, Rusiya Fransanın dəstəyinə bel bağlaya bilməz. Qorçakov belə bir nəticəyə gəldi ki, "Prussiyayla ciddi və sıx əməkdaşlıq ən yaxşı kombinasiyadır". 1866-cı ilin avqustunda Berlindən Peterburqa I Vilhelmin etibar etdiyi general E. Manteyfel gəldi. Onunla söhbətin gedişatında şifahi razılıq əldə olundu ki, Prussiya Paris traktatının ağır maddələrinin ləğvi haqqında Rusiya tələblərini dəstəkləyəcək.

Qorçakov ehtiyatlı davranmağın tərəfdarı idi. O hesab edirdi ki Şərqdə "müdafiə mövqeyi" tutmaq. Qorçakov diplomatlara əmr verirdi ki, bizim daxili işimizə mane olan problemlərə müdaxilə etməsinlər". Məhz Qorçakovun vaxtında əsasən Orta Asiyanın Rusiyaya birləşməsi baş verdi.

1870-ci ilin iyulunda Fransa-Prussiya müharibəsi başlandı hansı ki, Rusiya neytral mövqeyi tutdu. Qorçakov Paris müqaviləsinin şərtlərinin yenidən baxılan zaman Bismarkın dəstəyinə ümid edirdi. Fransız ordusunun məğlubiyyəti Avropada siyasi vəziyyəti dəyişdirdi. Qorçakov çara bildirdi ki, Rusiyanın "ədalətli tələb" haqqında məsələsini qaldırmağın əsl vaxtdır. Paris traktatının əsas "zamini" olan Fransa hərbi dağıntılar içində idi, Prussiya dəstək olacağına söz verdi, Avstriya-Macarıstan Prussiyanın yeni hücumuna məruz qalmaqdan ehtiyat edərək Rusiyaya qarşı çıxış etməyə risk etmədi.Qorçakov Fransa-Prussiya müharibəsinin sonuna qədər qərar qəbul etmənin vacibliyini qeyd edirdi. Rusiya 1856-cı il traktatınin öhdəliklərindən daha çox Qara dənizdə hüquqlarının məhdudlaşdırılmasından narahat idi.

Tərəfləri barışdırmaq məqsədi ilə alman kansleri Peterburqda 1856-cı ili müqaviləsini imzalamış dövlətlərin müşavirəsini çağırmağı təklif etdi. Bu təklif Rusiya daxil olmaqla bütün dövlətlərlə göndərildi. Amma İngiltərənin xahişi ilə müşavirəni Londonda keçirmək qərara alındı. Konfransın işi 1871-ci ilin martında London protokolunun imzalanmasıyla başa çatdı, Rusiyanın burada əsas qələbəsi Qara dənizin neytrallaşdırılması haqqında maddənin ləğvi oldu. Ölkə Qara dənizdə hərbi donanma saxlamaq və onun sahilində hərbi qalalar tikmək hüququnu aldı. Qorçakov bu qələbəni öz diplomatik fəaliyyətinin əsas nailiyyəti hesab edirdi. II Aleksandr ona "işıqlıqlar" (svetlosti) titulu verdi.

1873-cü ilin oktyabrında Rusiya-Avstriya konvensiyasına əlavə olaraq Almaniyanın birləşməsi haqqında Akt imzalanmışdı. Tarixlərə üç imperatorun İttifaqının adını almış birləşmə belə yarandı. Rusiya üçün üç imperatorun İttifaqının mənası hər şeydən əvvəl balkan problemi üzrə siyasi razılığa gəlmək idi. Amma məhz 1870-ci illərin Balkan böhranı üç imperatorun İttifaqına ağır zərbə vurdu. Qorçakov partnyorlarına Bosniya və Herseqovina üçün muxtariyyət planını dəstəkləməyi təklif etdi.1876-cı ilin sonunda Qorçakov hərbi tədbirlərin zəruriliyini bildirmişdi. “Bizim ənənələrimiz bizə icazə vermir, Milli daxili hislər var, hansı ki, onları cilovlamaq asan deyil”- II Aleksandr illik hesabatında bildirirdi.

1877-ci ilin yanvarında Qorçakov Avstriya-Macarıstanla Budapeşt konvensiyasını imzaladı, bu konvensiya rus-türk müharibəsi zamanı Avstriya-Macarıstanın bitərəfliyini təmin edirdi. II Aleksandr 12 aprel 1877-ci il Türkiyəylə müharibəyə başladı. Müharibədə qalib gələcəyi təqdirdə Rusiya Balkanlarda öz təsirini artırmağı hesablayırdı.

1878-ci il San-Stefanoda imzalanmış sazişə əsasən Türkiyə (II Aleksandrın ad günündə imzalanmışdı) Serbiyanın müstəqilliyini Bolqarıstana geniş muxtariyyət verilməsini tanıyırdı, Paris traktatının şərtlərinə görə ayırılmış Cənubi Bessarabiya Rusiyaya qaytarılıdı. San-Stefanoda göstərilmiş Rusiyanın yeni planlarına qarşı İngiltərə ilə yanaşı Avstriya-Macarıstan da qətiyyətlə çıxış etmədi. Qorçakov Almaniyaya ümid edirdi, Berlin konqressində Bismarkın bitərəfliyinə nail oldu.

Qorçakov II Aleksandra belə demişdi: "Berlin traktatı mənim xidməti karyeramda ən qara səhifədir". Berlin konqressindən sonra Qorçakov daha üç il Xarici İşlər Nazirliyinə başçılıq etdi.Qorçakov tez-tez xəstələnirdi və tədricən rəhbərlik nazirlik tərəfindən başqa insanlara həvalə olunurdu.



1880-ci ildə o nazir vəzifəsini saxlayıb xaricə müalicəyə getdi. Aktiv siyasi həyatdan çəkilib, Qorçakov dostlarla görüşürdü, xatirələrini söyləyirdi. Qorçakov 27 fevral 1883-cü ildə Baden-Badendə vəfat etdi və Peterburqda dəfn edildi.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə