Adlandırılması




Yüklə 156.48 Kb.
səhifə1/3
tarix20.04.2016
ölçüsü156.48 Kb.
  1   2   3

Atropatena

Atropatena, Adurbadaqan, Atropat Midiyası , (yunan: Ατροπατήνη, suriya: Aδorbāyγān, erm: Ատրպատական, ər: آذربایجان) - tarixi Azərbaycan torpaqlarının bir hissəsində[1] mövcüd olmuş qədim dövlət. Atropatenanın ərazisi indiki Güney Azərbaycan vilayətlərini, Azərbaycan Respublikasının bəzi ərazilərini və İran Kürdüstanının bir hissəsini əhatə edirdi.
Keçmiş Əhəməni satrapı[2], əslən, çox güman ki, madalı olan Atropat e.ə. IV əsrin 20-ci illərinin sonunda yeni dövlətin müstəqil hökmdarı olur; bu dövlət rəsmən Mada, sonralar isə özünün ilk hökmdarının adı ilə tez-tez antik qaynaqlarda Atropatena adlandırılır. Beləliklə, Midiya dövlətinin süqutundan sonra Azərbaycan ərazisində yenidən müstəqil dövlət meydana gəlir.


Adlandırılması
Atropatenanın adı müxtəlif dilli mənbələrdə fərqli şəkildə qeyd edilmişdir. Bir çox müəlliflərə görə, Azərbaycan öz adını Atropatenadan almışdır.[4]
Antik yunan və latın dilli mənbələr adı bir qayda olaraq "Atropatena" şəklində yazırlar. Pəhləvi dilli mənbələrdə isə ad "Ātur-patkān" şəklində qeyd edilir. Bu adın mənası "Aturpatın torpaqları" deməkdir və bu ad Atropatın ("Āturpāt", "Atərəpāta" — Atəş qoruyan) hökmranlığı dövründə yaranmışdır [5]. Erkən orta əsrlər latın və yunandilli mənbələrdə ölkə eyni zamanda Atropat Midiyası və Kiçik Midiya da adlandırılır. Antik müəlliflərdən Plutarx, Ammian Marselin bu ölkəni Atropat Midiyası adlandırmışlar. Strabon isə Atropatena ərazisini Kiçik Midiya adlandırmış, Atropatın başçılığı ilə Kiçik Midiya ərazisində Atropatena dövlətinin təşkil edildiyini göstərmişdir. Sasani hakimiyyəti dövründə ölkə Adərbadaqan, erməni dilli mənbələrdə Atropataqan yaxud Atərpatağan, ərəbdilli mənbələrdə isə Adərbican kimi qeyd olunur.
Atropatena ərazisi ərəblər tərəfindən fəth edildikdən sonra isə Atropatenanın adı erkən ərəbdilli mənbələrdə "Adabarqan", "Azərbaycan" ("
آذربایجان") kimi işlənməyə başlamışdır.[6] Daha sonrakı dövr ərəb tarixçilərin əsərlərində isə həmin ad ancaq "Azərbaycan" kimi göstərilmişdir.

Paytaxtı
Mənbələr Atropatenanın iki — yay və qış paytaxtlarının olmasından xəbər verir. Dövlətin yay paytaxtı Vera — indiki Marağa şəhəri, qış paytaxtı isə farsdilli mənbələrin Qazaka, ermənidilli mənbələrin Qandzak, ərəbdilli mənbələrin isə Şiz adlandırdıqları Gəncək şəhəri olmuşdur. Gəncək şəhəri öz adını sak tayfalarından biri olan gəncəklərin adından almışdır.[7] 1958-ci ildə İran və Almaniya arxeoloqlarının Təxti-Süleyman ərazisində arxeoloji qazıntlar aparması nəticəsində Qazaka şəhərinin xarabalıqları və möhtəşəm Azərgüşnasp məbədinin qalıqları aşkarlanmışdır.


Əhalisi
Ellinizm dövründə, Atropatenada yunan dili geniş yayılmışdır. Cənubi Azərbaycan tayfalarının və xalqlarının - kuti, lullubi, mannalı və başqalarının madalılarla qaynayıb-qarışması nəticəsində yeni bir etnos - madalıların üstünlük təşkil etdiyi atropatenalılar etnosu təşəkkül tapdı. Atropatena əhalisinin atropaten dili və yazı ənənələri olan bir ölkə idi.
Bəzi müəlliflərin apardıqları araşdırmalar nəticəsində gəldikləri qənaətə görə, Atropatena əhalisinin böyük bir qismini aborigen türk tayfaları əsasında formalaşmış atropatenlilər təşkil edirdi və Atropatena tarixi Azərbaycan torpaqlarının bir hissəsində[9] Azərbaycan türklərinin ulu əcdadları [7] [10] olan atropatenlilər tərəfindən yaradılmış bir dövlət olmaqla, nəhəng Midiya dövlətinin həm siyasi, həm də etnik varisidir.
Mənbələrdə adları keçən Atropatena ərazisində yaşayan tayfalardan[11][12] biri də Qafqaz albanlarıdır. I əsr müəllifi Strabonun verdiyi məlumatdan aydın olur ki, Qafqaz albanları təkcə Azərbaycanın Arazdan şimaldakı ərazisində deyil, həm də Arazadan cənubdakı ərazilərində yaşamışlar. Strabon albanların Atropatenada, Midiya dağlarında yaşamasını qeyd edir. Müəllif yazır ki, albanlar kellər, kaduslar, utilər və mardların qonşuluğunda yaşayırlar[13]. Midiya dağları Xəzərin cənub-qərbindəki indiki Talış dağlarıdır. Astaraçayla Qarasu çayı arasında yerləşən bu dağlar Bağrov dağları da adlanır. Deməli, albanların bir hissəsi kaduslarla bir ərazidə yaşayırdı. Bu ərazi Atropatenaya məxsus idi. Bunu Midiya dağları ifadəsi də göstərir. Bu məlumatı toponimik faktlar da təsdiq edir.[14].
Cənubi Azərbaycan ərazisində Qarqar, Qərqər–Nəsir, Baba Qarqar, Karkarak, Kərkərə, Kərkər, Alamdar–Qarqar adlı kəndlər vardır [14]. Bu toponimlər Atropatenada yaşamış qarqarların adı ilə bağlıdır.
Albaniyada və Ermənistanda yaşamış türkdilli Şirak tayfasının Atropatenada da yaşadığını V əsr müəllifi Feofilakt Simokattanın Atropatenada Siraqan yaşayış məntəqəsini qeyd etməsi təsdiq edir. Həmin müəllif Muğanda türk tayfalarının yaşadığını yazmışdır [15]. Hazırda Cənubi Azərbaycanda Şirac–Xeyl və Şiracməhəllə adlı kəndlər vardır və bu toponimlərdə şirak etnonimi şirac şəklində qalmışdır. Şiraklar Azərbaycanda Çiraq və Çiraqlı da adlanmışlar. Cənubi Azərbaycanda Çirak, Çiraq–Abdal, Çeraktəpə, Çirakçi, Çeraqlu, Çeraqil (Çirak etnonimi və il – tayfa sözündən), Sirak və Şirakdeh kəndləri vardır[14].
Atropatena ərazisində həmçinin peçeneqlərin də yaşaması məlumdur. Peçeneqlərin qapan, qarabaq, göyərçi və kul tayfaları cənubda Qaban, Qarabaq, Qeqarçi, Quqarçin, Quqarçili, Quqerdçi, Qullar, Qullar-Taqi, Qullar–Qara, Sufi və Qullar Məhəmməd Hüseynkənd adlarında qalmışdır [14]
Cənubi Azərbaycandakı Xazarian, Xəzərkəndi, Xəzərgəran, Xəzərabad, Xəzərli, Xəzər-Böyük, Xəzər-Çoban və Xəzərşax kənd adları isə erkən orta əsrlərdə Atropatenada yaşamış xəzərlərlə əlaqədardır.
Atropatenada yaşayan İrandilli etnoslardan [16][17] [18][19] ən böyüyü kaduslar idi. Bu etnosu ilk dəfə Herodot qeyd etmişdir ]. Sonrakı antik müəlliflər də kaduslar haqqında məlumat verirlər və onları dağ yerlərində çox döyüşkən olduqlarını qeyd edirlər. Strabon kadusların dəniz kənarında yaşadığını yazır. O, kadusların ərazisinin Xəzər dənizinin sahili boyu 500 stadij (təxminən 190 km) uzunluqda olduğunu göstərir ].
Atropatenada tatlar, yəhudilər, gurganlar, parslar və mardlar da yaşayırdılar. Onların bir hissəsi Sasanilər vaxtında şimala köçürülmüşdür. Erkən orta əsrlərdə Cənubi Azərbaycan ərazisinə bir sıra yeni türk tayfaları gəlib məskunlaşmışdır.[15].


Tarixi coğrafiyası

Atropatenanın ərazisi indiki Güney Azərbaycan vilayətlərini, Azərbaycan Respublikasının bəzi ərazilərini və İran Kürdüstanının bir hissəsini əhatə edirdi.
Pəhləvi dilində yazılmış "Şatristanhaye İran" əsərində deyilir ki, Aturpatakanın patkustına Gəncək (Qazaka), Frasyak (Fraaspa), Turkert (Tavreş) şatristanları daxildirlər. Həmin mənbədə qeyd edilir ki, Gəncək (Qazaka) şəhəri turanlı Frasiyak (sonrakı mənbələrdə Əfrasiyab, türkdilli mənbələrdə isə daha çox Alp Ər Tonqa adlandırılır) tərəfindən bina edilmişdir.
Midiyadan dağlar vasitəsiylə ayrılan bu ölkə, Fasiddən Hirkan dənizinə (Xəzər) kimi geniş bir ərazini əhatə edirdi[23]. Matiana ilə Midiya arasında olan bu ərazinin hüdudlarında Spavta gölü yerləşirdi. Yay iqamətgahı Qazaka, qış iqamətgahı isə Vera idi[24].
Strabon Atropatenanın sərhədləri haqqında yazır: "Bu ölkə Ermənistan və Matianadan Şərqdə, Böyük Midiyadan Qərbdə və Şimalda yerləşir. Cənubdan o, Hirkan dənizilə sərhəddir.
Ərəb coğrafiyaşünası İstəxriyə görə, Azərbaycan (Adurbadaqan-Atropatena) Guhistan (Gilan) və Xəzər dənizi, Qərbdən Ermənistan (Şərqi Anadolu), Şimaldan Allan (Qafqaz Albaniyası), Qabk dağları (Qafqaz dağları), İraq Cəzirəsi ilə həmsərhəddir. Buradan məlum olur ki, müəyyən dövrlərdə Atropatenanın sərhəddi Qafqaz dağlarına qədər uzanmışdır.
Orta əsr ərəb coğrafiyaşünası İbn Haqvəlin yazdığına görə: "...bu ölkəni Şərqdən Cibal və Deyləm, həmçinin Xəzər dənizinin Qərb sahilləri, Qərbdən Ermənistan və Cəzirənin (Mesopotomiyanın) bir hissəsi, Şimaldan allanlar (Qafqaz albanları) və Qafqaz dağları, Cənubdan İraq hüdudları və Cəzirənin Şərq hissəsi əhatə edirdi [25]. Bundan başqa İbn Haqvəl Ərməniyyə, Qafqaz Albaniyası və Atropatenanı bir iqlim hesab edir.
Atropatenanın parflar, ermənilər və suriyalılar kimi qonşuları olmuşdur. Atropatena hökmdarları yeri gəldikdə onlarla qohumluq əlaqələri də yaradırdılar[26]
Mərkəzi hakimiyyət üçün ağır olan illərdə Mada satrapı olduqca müstəqil bir siyasət yeridirdi; XI və XIV satraplıqlara daxil olan torpaqları öz əlinə almışdı. Atropat həmin satraplıqların sakinləri ilə müəyyən müttəfiqlik münasibətləri yaratmışdı. Məhz buna görə də kadusilər farslara boyun əyməyərək Qavqamela vuruşmasında bütün Əhəməni dövlətinin müttəfiqləri kimi yox, ancaq madalıların müttəfiqləri kimi çıxış edirdilər (madalılarla "birləşdirilmişdilər").
Albanlar və sakesinlər də Əhəməni imperiyasının təbəələri deyil, Mada satrapının müttəfiqləri idilər. Cənubi Azərbaycanın bütün ərazisi və Şimali Azərbaycan torpaqlarının xeyli hissəsi bu və ya digər dərəcədə Atropatın hakimiyyəti altında idi.
Belə güman etməyə bəzi əsaslar var ki, hələ Mada dövləti dövründə madalıların hakimiyyəti Qərbi Zaqafqaziyanın ayrı-ayrı rayonlarına, xüsusən tarixi Gürcüstanın vilayətlərinə də yayılırdı. Maraqlıdır ki, Herodota görə, "Kolxidadan Madaya girmək çətin deyil". Yenə də həmin müəllif məlumat verir ki, skiflər "Fasis (görünür, Rioni və ya Çorox çayının - İqrar Əliyev) yaxınlığında Madaya soxulmaq" niyyətində idilər. Güman etmək olar ki, tarixi Gürcüstanın torpaqları (və ya torpaqlarının bir hissəsi) Mada satraplığının tərkibinə daxil idi və ya onun himayəsi altında idi. Polibi e.ə. III əsrin son rübünün hadisələrindən danışarkən məlumat verir ki, Atropatenanın bəzi hissələri "Fasisdən yuxarıdakı yerlərdə Pontun (Qara dənizin - İqrar Əliyev) üzərində yüksəlir, digər tərəfdən o, Hirkan (Kaspi - İqrar Əliyev) dənizinə qədər çatır".
Maqnessiya ətrafındakı məğlubiyyətdən sonra Asiyada Selevkilər hakimiyyəti xeyli zəiflədi, hərçənd o zaman Selevki çarları bəzən qələbələr qazanır, hətta şəhərlər də salırdılar.
Bu ərəfədə Qərbi İranın və Ermənistan yaylasının vilayətlərində bir neçə müstəqil dövlət - Elimaida, Xarakena, Persida, I Artaşesin Ermənistan çarlığı, Sofenada, Zariadrinin Ermənistan çarlığı meydana gəlir. Özünü padşah elan edən Mada satrapı Timarx Selevkilərdən ayrıldı və hətta öz sikkəsini buraxmağa başladı. Parfiya da asılılığın daşını atdı. Beləliklə, e.ə. 160-cı ilə yaxın Selevkilər şərq satraplıqlarının demək olar ki, hamısını itirmiş oldular.
Meydana gələn erməni çarlıqları, xüsusilə Artaşesin çarlığı lap əvvəldən özlərini çox təcavüzkar aparır, qonşularına qarşı fəal qəsbkarlıq siyasəti yeridirdilər. Strabon yazır: "...Artaksinin və Zariadrinin müharibələri əvvəllər kiçik bir ölkə olmuş Ermənistanı böyütdü... Onlar birlikdə qonşu xalqların torpaqlarının bir hissəsini qoparıb mənimsədilər. Onlar midiyalılardan (atropatenalılardan - İqrar Əliyev) Kaspiananı, Favnitidanı və Basoropedanı, iberlərden Pariadr dağlarının ətəklərini, Xorzenanı və Qoqarenanı... xaliblərdən və mossiniklərdən Karenitidanı və Kseroksenanı..., kataonlardan Akilisenanı və Antitavrboyu vilayəti, suriyalılardan Taronitidanı... tutub aldılar".
Dövlətin əsasının qoyulması
Makedoniyalı İskəndərin yürüşü ərəfəsində Əhəmənilər imperiyasının tərkibində olan Qərbi Midiya satraplığı iqtisadi-sosial cəhətdən inkişaf etmiş əyalətlərdən biri idi. Bu əyalətə Azərbaycanın görkəmli dövlət xadimi Atropat başçılıq edirdi.
Əhəmənilərin sonuncu hökmdarı III Daranın hakimiyyəti dövründə Atropat Midiya satrapı idi. Mənbələrdə bu ada ilk dəfə e.ə. 331-ci ildə təsadüf edilir. Makedoniyalı İskəndər İss vuruşmasından (e.ə.332) sonra Kiçik Asiya, Suriya, Finikiya, Fələstin və digər əraziləri işğal etdi. Bu məğlubiyyətdən sonra III Dara yenidən ordu toplayaraq İskəndərin qarşısını almağa səy göstərdi. Lakin İskəndər Dəclə və Fərat çaylarını keçərək e.ə. 331-ci il 1 oktyabrda qədim Assur şəhəri Ərbilin yaxınlığında olan Qavqamel kəndi yaxınlığında III Daranın ordusuna sonuncu və həlledici zərbə endirib onu məğlub etdi. İss savaşı zamanı Atropatın Midiya ordusuna başçılıq etməsi haqqında mənbələrdə heç bir məlumat yoxdur. Lakin güman etmək olar ki, digər satraplıqların satrapları kimi Atroat da İskəndərlə olan hər üç savaşda iştirak etmişdir. Mənbələrdə Atropatın Midiya ordusuna, ancaq Qavqamel savaşında (e.ə.331) başçılıq etməsi haqqında məlumat var.
Makedoniyalı İskəndərin zəfər yürüşlərini qələmə alan Arrianın yazdığına görə,Qavqamel döyüşündə III Daranın süvari kəşfiyyat dəstəsinə başçılıq edən Atropatın bölməsində yarımmüstəqil kadusilər, qafqaz albanları və sisaklar da iştirak edirdi.



Atropatena dövlətininin e.ə. IV - b.e. IV əsrində əhatə etdiyi ərazi
Arrian maraqlı bir məlumatla da bizi tanış edir. Ölkədə baş vermiş qarışıqlıqdan istifadə edən Bariaks adlı bir nəfər hakimiyyəti ələ keçirir. Arrianın göstərdiyinə görə e.ə. 324-cü ildə özünü Parsua və Midiya hökmdarı elan etmişdi. Atropat isə onu tutub İskəndərə vermişdi. Bu fakt Atropatın uzaqgörən siyasətçi olduğunu sübut edir. Atropat yaxşı başa düşürdü ki, artıq Əhəmənilər imperiyasını dirçəltmək mümkün deyil. Ona görə də o, İskəndərlə loyal mövqedə dayandı. Atropatın loyal münasibətini görüb ona müsbət münasibət bəsləyən İskəndər bir müddət onu öz yanından buraxmadı. Məşhur Suz təntənəsində iştirak edən Atropat öz qızını makedoniyalıların süvari dəstələrinin başçısı Perdikkiyə ərə verərək onunla qohum oldu. Dövrün siyasi nəbzini tuta bilən Atropat görkəmli diplomat olduğuna görə qarşıya çıxmış ağır şəraitdən bacarıqla istifadə etdi və tədricən düşmən satrapdan etibarlı müttəfiqə çevrildi.
İskəndər Midiyaya gədikdə Atropat onun yaxın adamlar ilə birlikdə qalibin şərəfinə verilən ziyafətdə iştirak edirdi. İskəndər Midiyada olarkən orada bəslənən məşhur Nisa atlarına baxır. O ,50000 atı hökmdar ordusuna götürür. İskəndərin bir sıra siyasi tədbirlərində Atropat şəxsən iştirak edirdi. Arrianın yazdığına görə Atropat İskəndərə 100 nəfərdən ibarət atlı cəsur döyüşçü qadın dəstəsi bağışlamışdı. O, yazır: ”Midiya satrapı Atropat İskəndərə 100 nəfər amazonkalardan ibarət dəstə bağışlamışdı. Onlar kişi geyimi geymiş, yüngül silahlarla yaraqlanmışdılar." Qeyd edək ki, Strabon da amazonkaların Qafqaz dağlarında qarqarların qonşuluğunda (müasir Qarabağ-Zəngəzur zonasında) yaşadığını qeyd edir.
Atropat yeganə Əhəməni satrapı idi ki, İskəndər onu vəzifədən kənar etmədi, əksinə bəzi qonşu vilayətlərin idarəsini də ona tapşırdı. Atropatena dövlətinin əsası məhz belə bir tarixi şəraitdə qoyuldu. İskəndərin ölümündən sonra isə bu dövlət qurumu tam müstəqli siyasət yürüdən bir dövlətə çevrildi.
Yeni yaranmış dövlət antik müəlliflərin qeyd etdiyinə görə banisinin adı ilə adlandırılmağa başladı. Mənbələrdə Atropatenanın iqtisadi-ictimai həyatı haqqında bilgilər olduqca azdır. Lakin mənbələrdən məlum olur ki, istər Əhəmənilərin hakimiyyəti dövründə, istərsə də Atropatidlər sülaləsinin hakimiyyəti dövründə Atropatena ərazisi həm iqtisadi, həm də mədəni cəhətdən qonşu ərazilərdən xeyli öndə idi.
Strabonun göstərdiyinə görə Atropatena hakimlərinin Qazaka (Taxtı Süleyman) və Vera (Marağa) adlı iki paytaxt şəhəri olmuşdur. Qazakada yay, Verada isə Qış sarayları yerləşirdi (Bu fakt Atropatidlərin də digər türk tayfaları kimi müəyyən qədər də olsa köçəri həyat sürdüklərini göstərir). Qazakada bu sülalənin yay, Verada isə qış iqamətgahı yerləşirdi. Qazaka şəhərində (indiki Təxti Süleyman) hələ Midiya dövləti dövründən müqəddəs sayılan Azərgüşnasp məbədi mövcud idi.
Tədqiqatçıların əksəriyyəti qəbul edirlər ki, müstəqil Atropatena dövləti Atropatın başçılığı altında e.ə. 223-cü ildə təşkil edilmişdir. Dövlət Atropatnın əsasını qoyduğu Atropatidlər sülaləsi tərəfindən idarə edilirdi. Bu sülalə eramızın III əsrinin I rübünə kimi Atropatenada hakimiyyətdə olmuşdur. Həmçinin müəyyən dövrdən sonra Atropatidlər həm də Parfiya hökmdarları olmuşlar. Belə ki, Parfiya hökmdar III Artabanın anası parflardan (IV Fraatın qızı), atası isə Atropatidlərdən olmuşdur. Beləliklə III Artabandan başlyaraq Atropatidlər həm də Parfiyaya ağalıq etmişlər.
Atropatidlər
Atropatın varisləri də çarlığın banisinin ənənəsini davam etdirərək, yunan-makedoniyalıların ölkəyə soxulmasına "yol vermirdilər", hər halda mane olurdular. Yeri gəlmişkən, deyək ki, bu, Atropatenanın tarixinə dair yazılı qaynaqların yox dərəcəsində olmasının əsas səbəblərindəndir.
Lakin heç bir şeyə baxmayaraq, Hellinizm hər halda Kiçik Madaya da nüfuz edirdi. Burada Hellinizm ayinləri aşılanır, sinkretik allahların (yunan-İran allahlarının), xüsusən Herakl-Veretraqnanın (?) ibadətgahları tikilirdi. Kerefto dağlarından bir yunan kitabəsi tapılmışdır ki, o kitabə hardasa Beotiyada da, Arkadiyada da, yaxud hər hansı başqa bir yunan vilayətində də ola bilərdi. Aşkara çıxarılmış məşhur avroman perqamentləri yunan dilinin, yazısının və hüquq normalarının Mada-Atropatenaya, hətta onun kənd rayonlarına da çox dərin nüfuz etdiyini göstərir. Bu dövr Yeni Mada çarlığının möhkəmlənməsi və onun sərhədlərinin genişlənməsi ilə səciyyələnir. Qonşu vilayətlərdəki yunan-makedoniyalılar kimi, Atropatidlər də geniş şəhərsalma işlərinə başlamışdılar. Atropatenanın antik ənənə ilə salınan bir neçə şəhəri haqqında məlumatımız vardır. Bunlar Qazaka, Fanaspa, Fraaspa, Aqanzana şəhərləri və Atropatena ərazisində tapılmış bir neçə qədim yaşayış yeri, o cümlədən Mil düzündəki Təzəkənd yaşayış yeridir. Qədim adlarını bilmədiyimiz, lakin ümumən antik dövrə aid olan bir neçə başqa abidə də məlumdur.
Atropatena çarları özlərinin siyasi və iqtisadi mövqelərini möhkəmləndirərək Suriya, erməni və Parfiya padşahları ilə qohum olurdular. Onların müttəfiqlik və dostluq əlaqələri, çox güman ki, uzaq şimala - albanlara, sakesinlərə və müasir Azərbaycan Respublikası ərazisində yaşamış digər tayfalara qədər gedib çatırdı.
Atropatdan və onun zamanındakı hadisələrdən sonra yazılı qaynaqda Atropatenanın adı ilk dəfə e.ə. III əsrin iyirminci illərində çəkilir. Söhbət Polibinin əsərinin bir parçasından gedir.
E.ə. III əsrin 20-ci illərində Atropatena taxt-tacında biz Arazın yalnız cənubunda deyil, şimalında da çox geniş əraziyə malik olan "ən qüdrətli və ən müdrik hökmdarı", "atropatilər və onlarla həmsərhəd xalqlar üzərində" [Polibi] hökmranlıq edən Artabazanı görürük. Polibinin dediyinə görə, Artabazanın dövləti Kaspi dənizindən Rioni çayının yuxarılarınadək uzanırdı; beləliklə, Ermənistanı və İberiyanı da, hər halda onların müəyyən bir hissəsini əhatə edirdi. Bu vilayət, yunan müəllifinin (Polibinin) təsdiq etdiyinə görə, "...Midiya ilə yanaşı olub ondan dar silsiləsi ilə ayrılır, onun bəzi hissələri Fasisdən (Rionidən - İqrar Əliyev) yuxarıdakı yerlərdə Pontun (Qara dənizin - İqrar Əliyev) üzərində yüksəlir; digər tərəfdən o, Hirkan (Kaspi - İqrar Əliyev) dənizinə qədər çatır. Vilayətdə əsasən at belində vuruşan və müharibə üçün daha nə lazımdırsa hamısına kifayət qədər malik olan güclü bir xalq yaşayır". Gürcü mənbələrinə görə, e.ə. III əsr Kartli (İber) çarlığı tarixində "fars" elementlərinin (bu adın altında Atropatena midiyalılarını düşünmək lazımdır - İqrar Əliyev) üstünlüyü dövrü olmuşdur. Məhz bu zaman Atropatena ilə Ermənistan arasında sıx siyasi, mədəni və digər əlaqələr yaranır. Bu dövrün erməni əyanları arasında anadangəlmə atropatenalılar az deyildi. Atropatena və erməni kübarları arasında nikah əlaqələri isə adi hal idi. Ermənistanla münasibətlər heç də həmişə rəvan olmurdu. Dostluq, nikah əlaqələrini, ənənəvi mədəni-iqtisadi təmasları bir çox hallarda açıq düşmənçilik, bəzən hərbi toqquşmalar dərəcəsinə çatan düşmənçilik əvəz edirdi. E.ə. III əsrin sonu II əsrin əvvəlində məhz belə olmuşdu. O zaman şiddətli çarpışmalar nəticəsində Ermənistan taxt-tacına nəinki Atropatena dairələri ilə sıx əlaqə saxlayan, hətta bəlkə də özü madalı olan Artaşes yiyələnmişdi. Moisey Xorenli hər halda Artaşesi açıq-aşkar "madalı" adlandırır.
Atropatena-Selevki münasibətləri
Atropat Midiyası Makedoniya müharibələrindən sonra Midiyadan ayrılıb onun digər vilayətlərindən fərqli olaraq öz müstəqilliyini saxlaya bilmişdi. Polibinin göstərdiyinə görə Selevki hökmdarı III Antiox (e.ə. 223-222) Midiya satrapı Molonu və onun qardaşı Aleksandrı məğlub etdikdən sonra Atropat Midiyasına hücum etmişdir. Atropatena çarı Artabazan düşmənə müqavimət göstərərək onu geri çəkilməyə məcbur etmiş, hətta paytaxtları Selevkiyə qədər qovmuşdur.
E.ə. 20-ci ildə Atropatena çarı Artabazan Selevkilərlə müharibəni bitirərək onlarla sülh müqaviləsi bağlayır. Bu müqaviləyə görə Atropatena ərazisi xeyli genişlənmiş olur. Belə ki, Ayrarat vilayətinin baş şəhəri olan Armavirlə birlikdə Araz vadisi Atropatenann tərkibinə daxil edildi. Atropatena ərazisi Kolxidaya qədər gedib çatdı (Polibi,V,55).
Yustinin göstərdiyinə görə Selevki hökmdarı VII Antioxun dövründə Selevkilərlə Arşakilər arasında gedən müharibədə Böyük Midiya mühüm rol oynamışdır. Bu müharibədə Arşakilər bir neçə dəfə məğlub edilmişdilər. VII Antiox parfları yer üzündən silərək, məhv etməyi qarşısına məqsəd qoymuşdu.
VII Antiox öz hərbi regionlarını parfların geri çəkildiyi bölgələrdə yerləşdirirdi. Regionların yerləşdiyi yaşayış məntəqələrində baş verən üsyanlar Selevkilərin məğlub edilməsində mühüm rol oynamışdır.
312-ci il oktyabrın ilk günlərində Selevkin Babilə gəlməsi ilə bütün Ön Asiyada yeni tarix hesabı - Selevkilər erası başlandı. İran satraplıqlarında real hakimiyyət tədricən Selevkin əlinə keçir.
Yeni Mada çarlığının hökmdarları, çox güman ki, o cümlədən Atropat özü artıq IV əsrin lap sonunda İran satraplıqlarına yiyələnmiş Selevkin (302-281) qəsdlərindən ölkəni nə yolla olursa-olsun qorumaq məcburiyyətində qalmışdılar.
Lakin Selevkin və hakimiyyətə onunla şərik olan Antioxun bütün ciddi-cəhdlərinə baxmayaraq, e.ə. III əsrin ortalarına yaxın Selevkilər dövləti fəlakət həddinə çatdı. Baktriya, Soqdiana və Parfiya əldən çıxdı. Tezliklə müstəqil Parfiya dövləti meydana gəldi və ona Asiya tarixində mühüm rol oynamaq nəsib oldu. 223-cü ildə Selevki dövlətində çarlığa III Antiox (223-187) keçdi. Selevkilərin bəzi ötəri müvəffəqiyyətləri və e.ə. III əsrlə II əsrin ayrıcında Aralıq dənizinin şərqində meydana gəlmiş Roma kimi yeni bir siyasi qüvvə ilə Selevkilərin ilk faciəli toqquşması III Antioxun adı ilə bağlıdır.
Antiox öz hakimiyyətinin ilk illərindəcə çox böyük bir təhlükə ilə qarşılaşdı: Mada satrapı Molon öz qardaşı Parsa satrapı Aleksandrla birlikdə Selevkilərin hakimiyyətinə qarşı üsyan qaldırdı və dövlətin şərq vilayətlərinin demək olar hamısını, o cümlədən Mesopotamiyanı tutdu. Yalnız çox böyük səylər bahasına Antiox öz düşmənlərinin öhdəsindən gələ bildi. İntihar etmiş Molonun cəsədi çarmıxa çəkildi və həqarətə məruz qoyulmaq üçün açıq nümayiş etdirildi. III Antioxun bundan sonra sürətlə Atropatenaya soxulması Molonun tədbirində atropatenalıların fəal iştirakına dəlalət edir. Antioxun Artabazanla müharibəsi sülhlə qurtardı. Atropatena müəyyən müddət Selevkilərin ali hakimiyyətini tanımağa məcbur oldu.
190-cı ilə yaxın, Maqnessiya ətrafında romalılarla döyüşdə Antiox məğlub olduqdan sonra, Selevkilər dövlətinin parçalanması prosesi yenidən başlandı.
Atropatena-Parfiya münasibətləri
Selevkilərlə çoxdan mübarizə aparan parfiyalılar e.ə. II əsrin 50-ci illərinin ortalarına yaxın geniş istila yoluna çıxıb, sanballı siyasi qüvvəyə çevrilirlər. Tezliklə (ehtimal ki, 148-147-ci illərdə) Parfiya çarı I Mitridat Selevkilərin basqınlarından müsibətlər çəkmiş Madanı işğal edir. Madanın işğalı o dərəcədə mühüm bir hadisə idi ki, bundan sonra I Mitridat "Böyük çar" titulunu qəbul etdi.
Madanın işğalı parfiyalıların üzünə Mesopotamiyanın yolunu açdı və e.ə. 141-ci ildə Mesopotamiya fəth edildi. Sonra varlı Elimaida da işğal olundu.
Bəzi tədqiqatçılar belə güman edirlər ki, parfiyalılar Aşağı Madadan sonra Mada-Atropatenanı da işğal etmişdilər, lakin mənbələrdə buna sübut-dəlil yoxdur. Selevkilərə düşmən olan, Hellinizm naminə nə varsa hamısına qarşı, Şərq xalqlarını Selevkilərin, yunan-makedoniyalıların hədsiz zülmündən xilas etmək uğrunda mübarizə aparan "vətənpərvər" qüvvə kimi parfiyalıların Atropatenada mövqeyi, ola bilsin, artıq möhkəmlənmişdi. Bir mühüm cəhət də ondan ibarətdir ki, parfiyalılar etnodil (görünür, həm də mədəni) cəhətdən madalılara çox yaxın idilər. Buna görə də Atropatenada parfiyalılara "özgələrdən", yəni yunan-makedoniyalılardan fərqli olaraq "öz adamları" kimi baxırdılar və o zaman yunan-makedoniyalılara qarşı vahid cəbhə yaranırdı.
Lakin bütün bunlara baxmayaraq, atropatenalılar öz dövlətlərinin suverenliyini saxlaya bilmişdilər. Atropatilər çarlığının parfiyalılar tərəfindən zəbt olunduğunu güman etməyə əlimizdə əsas yoxdur, çünki hələ öz "Coğrafiya" əsərini e.ə. lap son illərdə başa çatdırmış Strabon yazırdı: "Atropatenanın ailəsində varislik hələ indi də davam edir".
Atropatenada da parfiyalıların mövqeləri möhkəmlənməkdə davam edirdi. E.ə. I əsrdə Atropatenada məişətdə, tikintidə, memarlıqda "parfiyalaşma" o qədər güclü və əhatəli idi ki, bunun birdən-birə, hazırlıq dövrü olmadan baş verdiyini güman etmək çətindir. Bütün bunlar onu göstərir ki, Atropatenada Parfiyanın təsiri, şübhəsiz, daha əvvəllər başlanmışdı. Bunu e.ə. I əsrdə Parfiya sikkələrinin Atropatenada geniş yayılması da təsdiq edir və güman etməyə əsas var ki, Ekbatanada kəsilmiş Parfiya gümüş pulu Zaqafqaziyaya Atropatena vasitəsilə yayılırmış.
Parfiya dilində tərtib edilmiş, bizə gəlib çatmış bir avroman sənədi də Atropatenada parfiyalıların o zamankı rolundan və əhəmiyyətindən xəbər verir. Atropatena madalılarının parfiyalılarla yaxınlaşması üçün Atropatenanın özündə çox böyük bir zəmin vardı. Hellinləşməyə müqavimət burada kifayət qədər fəal idi. Madalılar çox mürəkkəb şəraitdə, yunan-makedoniyalıları bir o qədər yaxına qoymayan müstəqil dövlət yaratdılar, öz istiqlaliyyətlərini qoruyub saxlamaq uğrunda selevkilərə qarşı inadlı mübarizə aparırdılar, Atropatena madalıları türk etnik birliyinə mənsub olduqlarını dərk edir, öz mədəni ənənələrinin, dininin, dövlət quruluşunun üstünlüyünü qoruyub saxlamağa və möhkəmləndirməyə çalışırdılar; bütün bunlar parfiyalıların məqsədlərinə uyğun gəlirdi.
Parfiyalıları Atropatenaya tərəf çəkən bir amil də, əlbəttə, dövlətin ərazisini genişləndirmək və strateji cəhətdən mühüm əməliyyat meydanı ələ keçirmək niyyətindən, ən əvvəl atropatenalılarla parfiyalıların ümumi məqsədindən, hellinliyə qarşı mübarizədən ibarət idi. Parfiyalılar və atropatenalılar Atropatenada kökləri I minilliyin əvvəllərinə gedən "öz" mədəniyyət və dinini dirçəltmək işində də müttəfiq idilər. Hələ o zaman Qərbi İran vilayətlərində, o cümlədən Cənubi Azərbaycanda müxtəlif mazdaizm təlimləri, Kiçik Avesta etiqadları mövcud idi. Mada hökmranlığı dövründə, maqlar bu təlimləri təbliğ etməyə başlayanda gələcək Atropatena zonasında mazdaizm - Avesta təlimlərinin mövqeləri daha da möhkəmlənməkdə idi. Atropatidlərin və Atropatena madalılarının rəsmi dini mazdaizm-zərdüştilik - Avesta dini idi.
Parfiyalıların və Atropatena madalılarının mənafelərinin ümumiliyi, onların mədəniyyət cəhətdən yaxınlığı və dil cəhətdən qohumluğu Mada-Atropatena ünsürləri ilə Parfiya ünsürlərinin Atropatena zəminində etno-mədəni baxımdan xeyli yaxınlaşmasına və hətta qovuşmasına səbəb olurdu. Bu, zahirən öz əksini, məsələn, "parfiyalılar" termini əvəzinə tez-tez "madalılar" termininin işlədilməsində tapırdı.
Beləliklə, təsvir edilən dövrdə Atropatenanın və atropatenalıların adları mənbələrdə əsasən qonşu ölkələrin tarixi ilə, yaxud ümumregion xarakterli hadisələrlə əlaqədar olaraq çəkilirsə də, təsdiq edə bilərik ki, atropatenalılar Roma əleyhinə sanballı bir qüvvə olub region xalqlarının çağırılmamış "qonaqlara" qarşı mübarizəsində ən fəal bir şəkildə iştirak edirdilər. Onlar, şübhəsiz, bu ağır mübarizədə özlərinin istiqlaliyyətini qoruyub saxladılar. Strabon yuxarıda nəzərdən keçirilmiş hadisələrin demək olar ki, müasiri sayılan Apollonidə istinad edərək məlumat verir ki, Atropatena "hərbi qüvvə mənasında çox sanballı bir ölkədir, çünki o, döyüşə... 10000 süvari və 40000 piyada çıxara bilər".
Atropatena-Ermənistan əlaqələri
Güman ki, e.ə. I əsrin ikinci rübündə Atropatena çarları ilə erməni çarları arasında nikah əlaqələri yarananadək Atropatena prinsipcə parfiyapərəst siyasət yeridirdi. Atropatena çarı Mitridat erməni çarının qızı ilə evlənəndən sonra isə Atropatena tacidarının siyasəti antiparfiya siyasəti olmasa da, hər halda, şübhəsiz, ermənipərəst və antiroma siyasəti idi.
Bu zaman Romaya qarşı ümumi mübarizə zəminində atropatenalılarla ermənilərin əlaqələri çulğalaşır, ittifaq, dostluq, ən sıx siyasi və mədəni-iqtisadi təmas məcrasında inkişaf edirdi.
Parfiya ilə Ermənistan arasında gedən müharibələr nəticəsində Ermənistan II Mitridata tabe oldu. Parfiya çarı Ermənistan şahzadəsi Tiqranı girov götürdü və Tiqran uzun müddət Arşakilər sarayında saxlanıldı.
E.ə. 95-ci ildə parfiyalılar Tiqranı Ermənistan taxtına əyləşdirir və Tiqran bir məlumata görə, Ermənistanda, digər məlumata görə isə Atropatenada yerləşən 70 vadini təşəkkür əlaməti olaraq Parfiyaya verir. Bu vadilər üstündə dövlətlər arasında mübahisə gedirdi. Hələ Strabon yazmışdı: "Atropatilərin... qüdrətli qonşuları vardır və bu qonşular - ermənilər və parfiyalılar onların ölkəsini viran qoyurlar. Lakin atropatilər müqavimət göstərir və işğal edilmiş torpaqları geri alırlar".
Bəzi alimlərin güman etdiklərinə görə, II Tiqranın azad olunması müqabilində parfiyalılara verdiyi "70 vadi" məhz o vadilər idi ki, guya hələ I Artaşes onları atropatenalılardan almışdı. Əgər doğrudan da belədirsə, onda göstərilən fakt hələ Ermənistan dövlətinin meydana gəlməsinin lap ilk dövründə iki çar arasında düşmənçilik münasibətlərinə və təxminən e.ə. II əsrin birinci rübünün sonunda, yaxud ikinci rübünün əvvəlində erməni qəsbkarlığına sübut olardı. II Tiqran (95-55-ci illər) artıq öz hakimiyyətinin ilk illərində öz qonşularına - ilk növbədə Sofenadakı erməni çarlığına qarşı təcavüzkarlıq göstərir və e.ə. 94-cü ildə onu istila edir. Elə həmin il II Tiqran Pont dövlətinin qüdrətli çarı VI Mitridat Yevpator ilə saziş bağlayır və onun qızı Kleopatra ilə evlənir. Ermənistan çarı Atropatilərlə də qohum idi - Atropatena çarı Mitridat II Tiqranın qızını almışdı.
Pont-Ermənistan ittifaqının başlıca məqsədi Romaya müqavimət göstərmək idi. Lakin Roma ilə müharibədən əvvəl II Tiqran hələ Parfiya ilə mübarizə aparmalı idi.
Parfiyalıların Fərat sahillərinə gəlib çatması bu ərəfədə Kiçik Asiyada geniş əraziyə yiyələnmiş romalıları bərk narahat edirdi.
II Tiqran Sofenanı tutduqdan sonra fəal qəsbkarlıq əməliyyatlarını davam etdirirdi. O, Kappadokiyada öz mövqelərini möhkəmləndirdi ki, bu da 93-92-ci illərdə Roma ilə qısamüddətli müharibəyə gətirib çıxartdı. Tiqran darmadağın edilib böyük tələfata uğradısa da, Ermənistan çarının əvvəlki müvəffəqiyyətləri romalıları parfiyalılarla təmasa girmək üçün yollar axtarmağa vadar etdi. E.ə. 92-ci ildə Roma sərkərdəsi Sulla Fərat sahilində Parfiya səfiri Orobazla görüşdü. Bu görüş parfiyalı II Mitridatın romalılara yaxınlaşmasına kömək edirdi, lakin sonrakı hadisələrin göstərdiyi kimi, parfiyalılar Romanın onları, eləcə də bütün Şərqi necə böyük təhlükəyə məruz qoyduğunu o zaman hələ dərk etmirdilər.
Parfiya daxili çəkişmələr nəticəsində zəifləyir, Romada da vətəndaş müharibəsi qızışır, bunlar II Tiqranın əl-qolunu tamamilə açır. O, ən əvvəl təqribən 90-cı illə 88-ci il arasında parfiyalılara basqın edir və ilk növbədə, özünün azad edilməsi müqabilində hədiyyə verdiyi yetmiş vadini onlardan alır.
Strabonun əsərindən göründüyü kimi, II Tiqran atropatenalıların o vilayətini də işğal etmişdi ki, coğrafiyaçı onu Simbaka adlandırır, lakin bu ad təshih edilib "Albaka" yazılmalıdır (həmin yer indiki Beşqala ətrafında yerləşən müasir Böyük Axbaq vilayətidir). Biz bilmirik ki, Tiqran o vaxt Atropatena çarı ilə artıq qohum olmuşdumu, ya yox. Bizə burası da məlum deyil ki, o zaman Atropatena dövlətini çar Mitridatmı idarə edirdi?
Biz bilmirik ki, Atropatena doğrudan da tabe edilmişdimi və vassal çarlığa çevrilmişdimi, atropatenalı Mitridat sonralar II Tiqranın "sədaqətli vassalı" olmuşdumu, ona bac verirdimi və bəzi tədqiqatçıların hesab etdikləri kimi, müharibə zamanı ona köməkçi qoşunlar göndərməyi öhdəsinə almışdımı? Yalnız burası məlumdur ki, Atropatena padşahı Mitridat, yuxarıda qeyd edildiyi kimi, erməni padşahının qızı ilə evlənmişdi. İki tacidarın qarşılıqlı münasibətlərində çox şey bununla müəyyən edilirdi və ola bilsin ki, onlar sadəcə müttəfiq idilər.

  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə