Ad: Tarix: Soyad: Böyük Summativ Qiymətləndirmə




Yüklə 16.49 Kb.
tarix24.04.2016
ölçüsü16.49 Kb.

powerpluswatermarkobject2420139



Aпрямая соединительная линия 1d: Tarix:

Sпрямая соединительная линия 2oyad:

Böyük Summativ Qiymətləndirmə

1.Bitkilərə, göbələklərə, və heyvanlara uyğun əlamətləri seçərək cədvəlin müvafiq sütunlarına qeyd edin.

1.Əsasən heterotrof qidalanma, 2.Möhkəm hüceyrə divarı, 3. Plastidlərin olması, 4.Fəal hərəkət, 5.Əsasən avtotrof qidalanma, 6.Həzm sistemi, 7.İri hüceyrə vakuolu, 8.Böyümə, 9.Tənəffüs sistemi, 10.Tozlanma.

Bitkilər

Heyvanlar

Göbələklər










2.Düzgün anlayışları seçin: “+”, “ – “

1) Mamırın qeyri-cinsi və cinsi nəsli ayrı-ayrılıqda inkişaf edir.

2) Yetkin sfaqnum bitkisinin rizoidləri olmur.

3) Qıjının cavan yarpaqlarının ucu spiralvari burulmuşdur.

4) Qatırquyruğular birillik bitkilərdir.

5) Bitkilərin əksəriyyəti heterotrof hesab olunur.

3. Spirogira, sfaqnum və qatırquyruğu bitkiləri üçün ümumi əlaməti göstərin:

a) rizoidlərin olması b) köklərin olması c) gövdənin olması d) sporlarla çoxalma

4.Cədvəli tamamlayın:

Yosunların əhəmiyyəti

Təbiətdə

İnsan həyatında













5. Düzgün variantı seçin:

a) Kartof bitkisinin meyvəsindən/gövdə yumurusundan qida məhsulu kimi istifadə edirlər.

b) Xaççiçəklilərin meyvəsi buynuzmeyvədir/qutucuqmeyvədir.

c) Zanbaqkimilər/badımcançiçəklilər fəsiləsi ikiləpəlilər sinifinə aid deyil.

d) Lobya, akasiya, noxud bitkiləri mürəkkəbçiçəklilər/paxlalılar fəsiləsinə aiddir.

e) Mürəkkəbçiçəklilər üçün sünbül/səbət çiçək qrupu səciyyəvidir.

6. Hansı bitkilərdə ikiqat mayalanma baş vermir? 3 doğru cavabı seç

a) alma b) eldar şamı c) sərv d) çiyələk e) küknar f) kələm

7. Düzgün ifadələri seçin: “+”, “-“

1) Şibyələr rütubət çatışmamazlığına qarşı həssasdır.

2) Bəzi şibyələrdən qida məhsulu kimi istifadə olunur.

3) Şibyə orqanizmində yosun, göbələyi mineral maddələrlə təmin edir.
4) İri şəhərlərdə çoxlu şibyə olur.


5) Şibyə orqanizmdə göbələk yosunu üzvi maddələrlə təmin edir.

6) Şibyələr ibtidai bitkilərdir.

8. Birkilərin siyahısından mürəkkəbçiçəklilərə aid olanları seçin.

Xardal, günəbaxan, itburnu, kartof, noxud, üçyarpaq yonca, göyçiçək, zəncirotu, akasiya, çiyələk, dəvətikanı, moruq, bat-bat, albalı

Mürəkkəbçiçəkli –

9. Verilən təsvirlərə görə çiçək düsturlarını tərtib edib, qarşısında yazın.

a) 5 bitişik kasa yarpağı, 5 ləçək, 10 erkəkcik və 1 dişicik

b) 5 bitişik kasa yarpağı, 5 bitişik ləçək, 5 erkəkcik və 1 dişicik

c) 5 kasa yarpağı, 5 ləçək, çoxlu erkəkcik və çoxlu dişicik

10.Qıjının inkişaf mərhələlərinin düzgün ardıcıllığını müəyyən edin:

a) yetkin bitki –protal – sporlar – cavan bitki

b) yetkin bitki – sporlar – protal – cavan bitki

c) protal – sporlar – yetkin bitki – cavan bitki



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə