Açıq Kommunal İnfratstruktur Proqramı II, Gəncə və Şəki şəhərlərində Su Təchizatı və Kanalizasiya (III faza)




Yüklə 18.75 Kb.
tarix22.02.2016
ölçüsü18.75 Kb.
Tenderə dəvət

Açıq Kommunal İnfratstruktur Proqramı II,

Gəncə və Şəki şəhərlərində Su Təchizatı və Kanalizasiya (III Faza)
Bitmə tarixi: 18.12.2015-ci il yerli vaxtla saat 17:00-a kimi


Ölkə: Azərbaycan

Tender: Postkvalifikasiya yolu ilə Beynəlxalq Müsabiqəli Tender

No: BMZ 2008 6619.4

Layihə: Açıq Kommunal İnfrastruktur Proqramı II

Şəki şəhərində Su Təchizatı və Kanalizasiya Sistemləri

KFW/BMZ 2008.6619.4/SHEKI/PH-II/C-3

Sifarişçi: “Azərsu” Açıq Səhmdar Cəmiyyəti

Qəbul edən: “Şəki Sukanal” Törəmə Açıq Səhmdar Cəmiyyəti

Maliyyələşdirən: KfW İnkişaf Bankı (KfW) və Azərbaycan Respublikası .

Müqavilənin verilməsi cari KfW təlimatlarına (see www.kfw.de) müvafiq yerinə yetiriləcək.



Layihə Tədbirləri:

Bu tender elanı Şəki şəhərində su təchizatı və kanalizasiya şəbəkəsi sistemlərinin yenidən qurulması və genişləndirilməsi ilə bağlıdır. Bura çirkab suyu yeni çirkab su təmizləmə qurğusunun (ÇSTQ) ərazisinə nəql edən kollektorda daxildir. ÇSTQ-nın quraşdırılması və tikintisi ayrı müqavilə çərçivəsində həyata keçiriləcəkdir.


İş həcmi aşağıdakılardan ibarətdir:

  • Su təchizatı borularının, xüsusilə diametri 355 mm-dək HDPE (PN 10) boruların dəyişdirilməsi və genişləndirilməsi;

  • Siyirtmə kameraları, təhliyyə kameraları, təzyiqqırıcı kameralar, xlor çöküntüsünün ölçülməsi və sərfin ölçülməsi kameralarının tikintisi;

  • İki ədəd su anbarının tikintisi (2 x 1 500m³);

  • Çirkab su boruları, diametri 500 mm-dək HDPE boruların dəyişdirilməsi və genişləndirilməsi;

  • Baş kanalizasiya kollektoru, diametri 600 mm-dək HDPE və diametri 800-1200 mm arasında beton boruların tikintisi;

  • Qurcana su anbarında işlərin tamamlanması (dezinfeksiya sistemi, təzyiqli nasos stansiyası)

Bütün işlər və təchizatlar Azərbaycan Respublikasının qanun və nizamnamələri nəzərə alınmaqla müvafiq Avropa Normalarına və Alman Standartlaşdırma İnstitutunun standartlarına uyğun olmalıdır.

İxtisaslı işçi heyətinə, müvafiq qurğulara və oxşar layihələrin icrasında təcrübəyə malik şirkətlər tender sənədlərini müvafiq ödənişi həyata keçirməklə aşağıda qeyd olunan ünvandan əldə edə bilərlər:

Tender Sənədlərinə görə ödəniş haqqı - 300 AZN (286 ABŞ dolları)

Geri ödənilməyən məbləğ aşağıdakı ünvana köçürülür.

Benefisiarın adı: “AZERSU” OJSC

INTP: 9900001751

Benefisiarın Bankı: Azərbaycan Respublikası, Kapital Bankın 1 saylı Nəsimi filialı

INTP: 9900003611

Yerli valyuta ilə hesab No: AZ65AIIB33070019441100216111

Xarici valyuta ilə hesab No: AZ55AIIB33170018401100216111

Code: 200112

SWIFT Code: AIIBAZ2X

Bank ödəniş qəbzinin surəti göndərildikdən sonra, tender sənədləri elektron formada iddiaçılara göndəriləcəkdir.

Təkliflərin təqdimolunma yeri: “Azərsu” ASC (ünvan aşağıda verilir)

Əlaqələndirici şəxs: İlqar Tağıyev

Tender və beynəlxalq layihələrin idarəolunması departamentinin rəisi

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti

Azərbaycan Respublikası, Bakı şəhəri, Moskva pros. 67

Tel.: +994 (12) 431 47 67 (1033), Faks.: +994 (12) 431 47 92

email: i.tagiyev@azersu.az

əlavə surəti: KfW Development Bank (KfW)

Department LEd4

Xanım Ursula Heister

Palmgartenstraße 5-9

D – 60 325 Frankfurt/Main

Almaniya


email: ursula.heister@kfw.de

əlavə surəti: Dornier-Schneider Consulting (DSC)

Frank Ehrlicher

Darmstädter Straße 13

60 424 Heppenheim

Almaniya


email: frank.ehrlicher@srp-consult.de


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə