Abbas ibn Mühəmməd Rza Qumi. Birinci hissə




Yüklə 3.63 Mb.
səhifə14/14
tarix10.04.2016
ölçüsü3.63 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   14
«Qiyamət günündə kafirlər oda salınıb, onlara deyirlər: «Siz gözəllik ləzzətlərdən dünya həyatında istifadə etmisiniz

17 Ümmü Əymən çox saleh qadınlardan idi. O, Peyğəmbər(s)-in azad olunmuş kənizi idi. Aminədən (Peyğəmbər(s)-in anası) sonra Peyğəmbər(s)-i o saxlayırdı.Buna görə də həzrəti-Mühəmməd(s) buyurardı: «Ümmü Əymən mənə anamdan sonra anadır». Bəziləri belə nəql edir ki, o Xədicə (s.ə)-ninbacısının kənizi idi. Onu Peyğəmbər(s)-ə bağışlamışdı. Bəziləri də bu əhvalatı Ümmü Sələməyə aid edirlər. («Kəşfül-ğimmə» I c, səh.360).

18 Dihyə ibn xəlfəyi Kəlbi Peyğəmbər(s) -in süd qardaşı, o Həzrətin dostlarından və İslamın qabaqcıllarından idi. Çox gözəl camalı vardı. Bəlkə də elə buna görə Cəbrayıl çox vaxt Dihyeyi Kəlbinin surətində Peyğəmbər(s)-ə nazil olurdu. Allahın Rəsulu (s) Cəbrayılla söhbət edəndə kənardan baxanlar elə başa düşürdülər ki, o Həzrət Dihyeyi Kəlbi ilə söhbət edir. Dihyeyi Kəlbi Hicrətin 48-ci ilində vəfat edib («Üsdül ğayə» II c, səh. 130; «İstibab» I c, səh. 463).



19 Ənbər, yəni gözəl ətir.

20 Gəlinlə bəyin qovuşduğu ilk gecə (toy gecəsi).

21 Əsma Cəfəri Təyyarın həyat yoldaşı idi. Bu zaman onlar Həbəşistanda mühacirətdə idilər. Bəziləri belə hesab edirlər ki, burada (rəvayətdə) texniki səhvə yol verilmişdir. O qadının Səlma binti Üməys (Həmzənin həyat yoldaşı) olması da ehtimal olunur.(«Əyanuş-şiə» I c, səh. 313)

22 İbn Əbil Hədid «Şərhi Nəhcül-bəlağə»VI c, səh. 8,10.

23 Bu mətləb İbn Əbil Hədid «Şərhi Nəhcül-bəlağə» I c, səh. 174-də qeyd olunmuşdur.

24 Bu fakt İbn Əbil Hədid «Şərhi Həhcül-bəlağə» II c, səh. 7, 826-da və «Qamusur-rical» IV c,

səh. 328-də öz əksini tapmışdır.



25Əlbəttə, bu mövzu Əli(ə.s)-nin Peyğəmbər(s) tərəfindən seçilmə səbəblərindən biridir. Başqa səbəblərdə elm, təqva, Əli(ə.s) -nin parlaq keçmişi və s.kimi xüsusiyyətlər bu seçimdə öz rolunu oynamışdı.

26 «Ənkəbut» surəsi, 1,2,3,4,-cü ayələr.

27Peykər- bədəın, cüssə.

28 Nabiğə adı ilə məşhurlaşmış Qeys ibn Kəd cahiliyyət dövrünün şairlərindən idi. İslamı qəbul edib müsəlman oldu. Müsəlman olmağı ilə fəxr edib bu barədə şerlər oxuyurdu. Uzun ömür sürmüşdür. («Səfinətül-bihar» II c, səh.569.)

29 Məcruh, yəni ləkələnmiş, biabır edilmiş, etibara layiq görülməyən.

30 Seyyid ibn Tavus oğluna xitabda belə deyir: “Çünki Əli(ə.s) seyyidlərin cəddidir(babasıdır).»

31 Bura ibn Azib Ənsari Əvsi Peyğəmbər(s)-in vəfalı dostlarından biridir. Döyüşlərin çoxunda fəal iştirak etmişdir. Əli(ə.s)-nin xəlifəliyi zamanında o Həzrətin xüsusi səhabəsindən olubdur. Rey hicri-qəmərin 24-cü ilində (təxminən 604-cü il miladi) onun sərkərdəliyi ilə fəth olunmuşdur. Ömrünün axırına kimi Kufədə yaşamışdır. Müsəb ibn Zübeyrin hakimiyyəti zamanı Kufədə vəfat edib. «Üsdül-qabə» I c, səh.171.

32 Bu hadisə İbn Əbil Hədidin «Şərhi Nəhcül-bəlağə» kitabında VI c, səh.48-də yazılmışdır.

33 Hadisə çox kiçik bir fərqlə İbn Əbil Hədidin «Şərhi Nəhcül-bəlağə» kitabında VI c, səh.48-də qeyd olunmuşdur.

34 Peyğəmbər(s) vida həccinin onun üçün axırıncı həcc olduğunu əshabına bildirdi. Müsəlmanlar bu həccin savabını qazanmaq və Peyğəmbər(s) ilə yol yoldaşı olmaq şərəfinə nail olmaq üçün hər tərəfdən vida həccinə axışıb gəldilər. Qədir-Xum günü müsəlmanlar Əlinin vilayəti və dostluğu barədə əhdi-peyman bağladılar ki, sizin xilafətə yetişmək ümidinizi kəssin, ancaq siz Peyğəmbər(s) ilə bağladığınız əhdi-peymana xilaf çıxdınız.

35 İbn Əbil Hədid: «Şərhi Nəhcül-bəlağə» VI c, səh.12

36 İbn Əbil Hədid «Şərhi Nəhcül-bəlağə» VI c, səh.13, XI c, səh.14

37 Bu parça Harunun Musa(ə.s)-ya dediyi sözdür. «Əraf» surəsi 150-ci ayədə gəlmişdir.

38 Cabirin qardaşı Həyyan Yəmamə şəhərində yaşayırdı. O, tayfa başçısı idi. Kəsranın onun üçün göndərdiyi sərvətin nəticəsində çox dövlətli olmuşdu.Əşa da (yuxarıdakı şeri deyən) Həyyanın nədimi (həmsöhbəti) idi.

39 Ömərin təyin etdiyi şuranın üzvləri aşağılakılardan ibarət idilər: Əli(ə.s), Osman, Səd Vəqqas, Əbdürrəhman ibn Uf, Təlhə və Zübeyr. Bu altı nəfər bir evdə yığışdı. Zübeyr öz hüququnu Əli(ə.s)-yə, Təlhə Osmana, Səd Vəqqas isə Əbdürrəhmana verdi. Bir az sükutdan sonra Əbdürrəhman Əli(ə.s) –yə dedi: «Mən öz haqqımı sənə verirəm, bu şərtlə ki, Allahın kitabı, Peyğəmbərin sünnəti, öz elmim və ictihadımla rəftar edəcəyəm.»

Əbdürrəhman ibn Uf bu təklifi Osmana verdi. Osman da onu qəbul etdi. Beləliklə, Ömərin planlaşdırdığına görə, Osman xilafətə yetişdi.( İbn Əbil Hədid «Şərhi Nəhcül-bəlağə», I c, səh. 188).



40 Həqiqətən, ustadın bu sözü yerində işlənmişdir. Çünki «Şiqşiqiyyə» xütbəsini təhlil etməklə, görünür, bütün məsələlər qısa şəkildə bəyan olunmuş və sübut üçün kifayət etmişdir.

41 Əhməd ibn Məhəmməd Hənbəli, Təbəri kimi sünni alimlərindən bəziləri də on iki nəfərin etiraz etmə əhvalatını qeyd etmişlər.(«Tarixi-Təbəri»)

42 Bu mükalimə «Nasixüt-təvarixi xüləfa» kitabında öz əksini tapmışdır. səh.32,40.

43 Talut saleh və qüvvətli bir gənc idi. Calut ilə döyüşmək üçün Şimuil Peyğəmbər tərəfindən döyüşə göndərildi. O bəni İsrail tayfasından az bir dəstə ilə Calut ilə döyüşüb qalib oldu. Bu hadisə «Bəqərə» surəsinin 246-252-ci ayələrində gəlmişdir. Həmin xütbədə Talutun adı çəkildiyinə görə «Talutiyyə xütbəsi» də adlanır.

44 «Rövzətül-kafi» səh. 33

45 Müaviyənin həzrəti-Əli(ə.s)- nitəhqir etməsinə baxmayaraq, İmam Əli(ə.s) heç vaxt geri çəkilməmiş, son nəfəsinə qədər bu çürük, mənfur rejimi devirmək üçün mübarizə aparmış, həmişə xalqı haqq tərəfə çəkmişdir.

46 Müaviyənin bu əsassız ittihamınabaxmayaraq, Əli(ə.s) –nin elə bir mühitdə həmin hərəkəti onun nə qədər möhkəm iradəyə malik olduğunu bir daha sübut edir. Beləliklə, nəinki O, mühitdən qorxmadı, hətta imkanı qədər etiraz edib xalqı əməli surətdə ona arxa çevirərək mənfur rejimi devirmək üçün mübarizəyə dəvət edirdi.

47 «Tarixi-Təbəri» III c, səh. 295, «Tarixi-ibn Əsir» III c, səh.149, «Üsdül-Ğabə» IV c, səh. 295, «Tarixi-ibn Əsa» V c, səh. 105, («Əlğədir» VII c, səh. 158-166.)

48 «Şərhi Nəhcül-bəlağə» ibn Əbil Hədid I c, səh. 179

49 Nasix, mənsux, təvil, möhkəm və mütəşabih-müxtəlif «Quran» və ayə formullarıdır.

50 Qunfuz Ömərin əmisi oğlu və Ədiy qəbiləsindəndir.

51 Yəni Saleh(ə.s) -in günahkar qəbiləsi Salehin dəvəsini tutub öldürmüşdülər. Allah da onları cəzalandıraraq məhv etdi. Mənim də övladlarım Salehin dəvəsindən əskik deyillər. (Səmud tayfası, Salehin dəvəsi və onların cəzalandırılması macərası «Quran»da müxtəlif yerlərdə, o cümlədən «Şəms» surəsi 11-15-ci ayələrdə gəlmişdir.)

52 «Şərhi Nəhcül-bəlağə» İbn Əbil Hədid VI c, səh.48

53 Tarixi sənədlərdə Müğeyrə ibn Şöbənin şəxsən özünün həzrəti-Zəhra(s.ə)-ya əl qaldırması barədə heç bir fakt yoxdur. Lakin o, Peyğəmbər(s) ailəsinin əleyhinə camaatı təhrik edən bir şeytan kimi xatırlanmışdır.

54 Bu mənbəyə əsasən Əli(ə.s) beyət etməmişdir.

55 Bu şer «Nəhcül-bəlağə»də 190-cı hikmətdə qeyd olunmuşdur.

56 Bu, eynilə İbn Əbil Hədidin «Şərhi Nəhcül-bəlağə»sində XVIII c, səh.416, Xoyinin «Şərhi Nəhcül-bəlağə»sində 190-cı hikmətdə işlənmişdir.

57 Müaviyə Əbu Bəkrin xilafəti zamanı qardaşı Yəzid ibn Əbi Süfyandan sonra Şamın hakimi olmuşdu. Ömər və Osmanın xilafəti zamanında da Şam hakimi olaraq qaldı. («Təhtiməttül-müntəha» s.-30) Ömərin Müaviyəyə yazdığı məktub elə onun öz xilafəti dövrünə təsadüf edir.

58 Bu məktubu Əllamə Məclisi «Biharül-ənvar» kitabının VIII cildində 222-ci səhifədə öz geniş təfsilatı ilə qeyd edib yazır ki, həmin məktub «Dəlailül-imamə» kitabının II cildindən götürülmüşdür. İmam Hüseyn(ə.s)-in şəhadətindən sonra Abdulla ibn Ömər Mədinə camaatından bir neçə nəfərlə Şama gəlib Ye-zidə etiraz edərək Kərbəla faciəsi barədə onun bu alçaq hərəkətini pislədilər. Yəzid Abdullaya dedi: «İstəyirsən, atanın məktubunu sənə göstərim... Sonra çıxarıb Abdullaya verdi.»(Yuxarıdakı məktub onun xülasəsidir).

59 Mötəzimlərin tanınmış natiqi, islamın böyük alimi Nəzzam adı ilə məşhurlaşmış İbrahim ibn Səyyar Bəsri (vəfatı 835-845 h.ç., təxm. 1443-cü il miladi.)

60 Öz dinini və məsləkini, etiqadını başqalarından gizlətmə.

61 İbn Əbil Hədid «Şərhi Nəhcül-bəlağə» VI c, səh.48.

62 Din aliımlərinin rütbələrindən biri.

63 Bu ziyarətnamə ümumi ziyarət kimi «Məfatilül-cinan» kitabının 636-cı səhifəsində qeyd olunmuşdur.

64 Samira Bəni-İsrail tayfasının sehrkarlarından idi. Həzrəti-Musa(ə.s)-nın dövründə Bəni-İsraillilərdən bir dəstəsi yolunu azdı. Dedilər, Samira Musanın yolunu gedənlərdən idi. Musa(ə.s) Tur dağına gedəndə qızıldan buzov düzəldib onu səsləndirib hərəkətə gətirdi və Bəni-İsrail tayfasını ona pərəstiş etməyə dəvət etdi. Onlardan bir neçəsi ona iman gətirdilər. Elə ki Musa(ə.s) qayıtdı,

buzovu məhv edib camaatı haqqa çağırdı.



65 Şəbahət, yəni oxşarlıq.

66 Yuxarıdakı ayə («Qəsəs», 20) məxfi surətdə Musa(ə.s)-ya iman gətirmiş Ali – Firon sarayında olan bir şəxsə aiddir. O gizlin olaraq Musa(ə.s)-ya Firon tərəfdarlarının onu bldürmək istədiklərini bildirdi. Əsma binti Ümeysin (Əbu Bəkrin zövcəsi) kənizi də bu ayəni oxumaqla Əsmanın pərdə arxasından eşitdiyi sui-qəsddən Əli(ə.s)-ni xəbərdar etdi.

67 Fədək Mədinənin 140 kilometrliyində yerləşən bol məhsullu, çeşməli-sulu və başdan-başa xurma ağacları ilə zəngin olan, Xeybər yaxınlığındakı bir kənddir. Hicrətin yeddinci ilində (təxminən 587-ci il miladi) müsəlmanlar Xeybər qalasını fəth etdikdən sonra Fədək yəhudilərin hicazda yeganə dayaq nöqtəsi idi. Yəhudilər ürəklərinə düşən qorxunun təsirindən Fədəyi döyüşsüz Peyğəmbərə təslim etdilər. Bundan sonra Fədək həzrəti-Mühəmməd(s)-in şəxsi mülkü hesab olunurdu, belə ki, «İsra» surəsinin 26-cı ayəsi nazil oldu: «Yaxınlarının haqqını ödə.» - mötəbər şiə və sünni mənbələrinə əsasən Peyğəmbər(s) Fədəyi Fatimə(s.ə)-yə bağışladı. («Mizanül-etimal» IIc,səh.288, «Kənzül-ümmal» IIc, səh.158, «Məcməül-bəyan» və dürrül-mənsur kitabı «İsra» surəsinin 26-cı ayəsinin ardı.)

68 Təbərsi «Ehticac» Ic, səh.120-123.

69 Xalid ibn Vəlid ibn Müceyrə Məxzumi hicrətin 5, ya 7-ci (miladi təxminən) illərində Əmr Asla birlikdə Mədinəyə gəlib İslamı qəbul etmişdi. O, ağzı yava və qorxmaz bir adam idi. Məkkənin fəthində İslam ordusunun sərkərdələrindən sayılırdı. Törətdiyi cinayətlərdən qabaqda xatırlatdığımız kimi, Malik ibn Nüveyrəni Peyğəmbər(s)-dən sonra qətlə yetirməsini misal çəkmək olar. Əbu Bəkr onu Şamın hakimi təyin etmişdi. Ömərin xilafəti dövründə o vəzifədən azad edildi. Nəhayət, elə o zamanda da «Himməs» adlanan məntəqədə dünyadan köçdü. («Üsdül-qayə» IVc.) mütərcim.

70 Burada «Hədəsin ondan hadis olmağı dəstəmazı pozan hallardan biri nəzərdə tutulmuşdur».

71 Məktubun hissələri «Nəhcül-bəlağə»də 5-ci xütbədə gəlmişdir.

72 Təbərsinin «Ehticac» kitabının tərcüməsi. Ic,səh.272-277


73 Bu xütbə İbn Əbil Hədid «Şərhi-Nəhcül-bəlağə» IVc, «Bəğatunnisa» səh.12, Təbərsi «Ehticac» Ic, səh.131-dən 149-a qeyd olunmuşdur. Onun tərcüməsi burada qısa şəkildə verilmişdir.

74 Mənus, yəni alışmış, isinişilmiş.

75 Bu mətləb «Zümər» surəsinin 47-ci ayəsindən əxz edilmişdir.

76 «Rəyahinüş şəriə» Ic, səh. 311.

77 Bu şer bəzi rəvayətlərdə azacıq dəyişikşiklə yazılmışdır.

78 İbn Əbil Hədid«Şərhi Nəhcül-bəlağə.» XVIc,səh.215.

79 İbn Əbil Hədid «Şəhri Nəhcül-bəlağə» XVIc,səh.214.

80 Tərcüməçi: Düzdür, Əbu Bəkr çox zaman xanım Zəhra ilə mülayim davranmş, lakin onun bu mülayimliyi həzrəti-Zəhra(s.ə)-nın xütbəsindən sonra nəzərə çarpmışdı. Əgər Əbu Bəkrin həzrəti-Fatimə(s.ə)-yə ünvanladığı bütün nitqlərinə nəzər salsaq, o Xanım(s.ə)-a qarşı layiq olmadığı münasibətin__ hörmətsizlik və təhqirin şahidi oluruq .

81 Beytülmaldan (müsəlmanların ümumi xəzinəsi) verilən pul və yaxud qiymətli əşya.

82«Nəhl» surəsi 16-cı ayə, «Məryəm» surəsi 6-cı ayə.

83 Əbul As besətdən qabaq Peyğəmbərin qızı Zeynəb ilə evlənmişdi. Məkkə alınmamışdan qabaq Mədinəyə qaçdı və orada İslamı qəbul etdi. Bu zaman Peyğəmbər yenidən Zeynəblə Əbul Asın əqdini kəsdi. Əmamə Əbul Asla və Zeynəbin qızı sayılır. Həzrəti-Əli(ə.s), Fatimə(s.ə) vəfat etdikdən sonra onun vəsiyyətinə görə Əmamə ilə evləndi. Əbul-As 12-ci hicri ilində vəfat elədi. («Üsdül-Qabə» Vc,səh.236.)

84Peyğəmbər(s)-in vəfatından sonra Bilal azan demirdi. Bununla da başqalarının hakimiyyətini təsdiq etmək istəmirdi.

85 İbn Quteybə Dinvəri «Əl imamhətu vəssiyasət». (270-ci hicri ilində vəfat edib.) Ic,səh.24. Misir çapı.

86 Deyilənlərə əsasən, o zamanlar cənazələri nərdivana oxşar divarsız taxta üzərində aparırdılar və cənazə (görsəndiyi üçün) tanınırdı.

87 Əsma Cəfər ibn Əbu Talibin arvadı idi və 15 il Cəfərlə birlikdə Həbəşistanda qalmışdır. Cəfər şəhid olduqdan sonra isə Əbu Bəkrə ərə getmişdirı. Mühəmməd ibn Əbu Bəkrin anasıdır.

88« Kəşfül-ğimmə» IIc, səh.67. İbn Abbasdan söylənilən rəvayətə əsasən.

89 «Nəhcül-bəlağə», 202-ci xütbə.

90«Üsuli Kafi», I c, səh. 459.



1   ...   6   7   8   9   10   11   12   13   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə