A. N. Abbasbəyli, S. Z. Yusifzadə beynəlxalq münasiBƏTLƏr tariXİ (ən qədim dövrlərdən XIX yüzilliyin 70-ci illərinin sonuna qədər) d ə r s L i K




Yüklə 1.54 Mb.
səhifə17/20
tarix22.02.2016
ölçüsü1.54 Mb.
1   ...   12   13   14   15   16   17   18   19   20

«Vyana sistemi» və Müqəddəs ittifaqın yaradılmasının beynəlxalq şəraitə təsiri

Napoleon imperiyası darmadağın edildikdən sonra Avropa dövlətləri arasında qüvvələr nisbəti əsaslı şəkildə dəyişildi. I fransız imperiyasının xərabəları üzərində gedən bölüşdürmə prosesi Avropada beynəlxalq münasibətlərin yenidən qurulması ilə başa çatdı. Qalib dövlətlərin yaratdığı yeni sistem tarixə «Vyana sistemi» adı ilə daxil olmuşdur. Bu sistemi yaratmaqla qalib dövlətlər Avropa ölkələrinin yeni sərhədlərini müəyyənləşdirmək, qüvvələr nisbətinin yeni balansını yaratmaq, təqribən iyirmi beş ilə yaxın dövrü ərzində baş vermiş dəyişiklikləri qanuniləşdirmək kimi məqsədləri reallaşdırmaq istəyirdilər. Qalib dövlətlər «Vyana sistemi»ni yaratmaqla qarşılarına aşağıdakı üç başlıca vəzifəni qoymuşdular:



  • Fransanı inqilabaqədərki sərhədlərə (1792-ci il 1 yanvar sərhədlərinə) qaytarmaq, Fransa taxt-tacında legitim Burbonlar sülaləsinin hakimiyyətini bərqərar etmək;

  • Avropada qalib dövlətlərin – Rusiya, İngiltərə, Avstriya və Prussiyanın mənafelərinə cavab verən, bununla da qüvvələr nisbətininin yeni düzümünü tarazlayan ərazi bölgüsünü həyata keçirmək; Avropa siyasətinin yeni qaydalarını müəyyən­ləşdirmək;

  • Avropanı yeni sosial sarsıntılardan, milli münaqişə və inqilablardan qorunmaq üçün lazım olan bütün siyasi, diplomatik və hərbi tədbirləri həyata keçirmək.

Göstərilən vəzifələrin reallaşdırılması üçün yaradılmş Vyana sistemi onlarla müqavilə, saziş və с. diplomatik sənədlərdən dən ibarət olub (Fransa ilə sülh müqavilələri, Fransaya qarşı -1814-cü il 1 martda bağlanmış Şoman müqaviləsinə əsasən –Rusiya, İngiltərə, Prussiya və Avstriyadan ibarət Dördlər ittifaqıнын yaradılması, Müqəddəs ittifaq) müəyyən mərhələlərlə 1814-cü ilin mayında 1818-ci ilin noyabrınadək yaradılmışdı. Həmin müqavilə və sazişlər 4 beynəlxalq görüş nəticəsində təsdiq olunmuşdu:

  • I Paris sülhü (1814, may);

  • Vyana konqresi (sentyabr 1814 - iyun 1815);

  • II Paris sülhü (iyul-noyabr 1815);

  • Axen konqresi (sentyabr-noyabr 1818).

Vyana konqresində Avropanın bütün ölkələrindən (Türkiyədən başqa) 216 nümayəndə iştirak edirdi. Belə ki, konqresdə qalib dövlətlərdən Rusiyanın çar I Aleksandr, Avstriyanı – kansler Metternix, Prussiyanı – prezident-nazir Qardenбerq, İngiltərəni – lord Kestlri (xarici işlər naziri), Fransanı isə xarici işlər naziri Taleyran təmsil edirdi. F. Engels konqresin işi ilə əlaqədar yazırdı ki, «burada xalqlar alınıb satılır, birləşdirilib ayrılır…»

Konqres legitimizm siyasətini əsas götürərək Napoleon tərəfindən işğal olunmuş ölkələrdə istilaya qədərki - yəni 1792-ci ilin yanvarına qədər quruluşu bərqarar etdi. Bu siyasət Taleyranın parlaq dühasının məhsulu idi. Knyaz Taleyran- Periqar Vyanaya sentyabrın 23-də xüsusi səlahiyyətlərə malik olmaqla gəldi. Onun başlıca məqsədi müttəfiqlər arasında Avropanın gələcəyinə dair fikir müxtəlifliyindən istifadə edərək onların arasını vurmaq, bununla da Fransanın parçalanmasına dair onların planlarını pozmaq idi. Taleyron bu məqsədlə Polşa-Saksoniya məsələsindən məharətlə istifadə etdi. Həm müttəfiqlərin arasındakı ziddiyyətləri bir qədər də dərinləşdirdi, həm də yaxşı kapital qazanmaq imkanı əldə etdi.

I Aleksandr onu yaxşı tanıyırdı, Taleyran dəfələrlə çardan bəxşiş istəmiş və almışdı. Taleyran legitizm siyasətini irəli sürməklə Rusiya və Prussiyanın yeni əraziləri ələ keçirməsinə yol qoymurdu, çünki bu prinsip Avropanı 1792-ci il sərhədlərinə qaytarmağı və I Napoleon tərəfindən devrilmiş sülalələrin qanuni hakimiyyətini bərpa etməyi tələb edirdi. 1814-cü ilin oktyabrın əvvəllərində Taleyran I Aleksandrın qəbulunda oldu və çara legitim siyasəti haqqında məlumat verdi. Bu kifayət qədər iradəli olan I Aleksandrı olduqca hiddətləndirdi, çünki Erfurtda Napoleonun planlarını Aleksandra pulla satan adam indi qanunilikdən danışırdı.

I Aleksandrın Metternixi də görən gözü yox idi, çünki onuun nəfəsi də yalanla gəlirdi. I Aleksandr lord Kestlrini isə «soyuq pedant» (xırdaçı, vasvası) adlandırırdı. Lakin çar eyni zamanda yaxşı başa düşürdü ki, həm Avstriya, həm də İngiltərə məcburiyyət üzündən I Aleksandrın tələblərini qəbul edirlər. Təsadüfi deyildi ki, Prussiya kralı III Fridrix Vilhelm Kestern və Metternixin Polşa ilə bağlı planlarının üstünü açarkən I Aleksandr bunu olduqca adi bir epizod kimi qəbul etmiş, lakin onların hər ikisini satqınlıqda günahlandırmışdı.

1814-cü il mayın 30-da imzalanmış I Paris sülhünə görə, Fransa ilə Dördlər ittifaqı öz münasibətlərini hələ 1805-ci ildə İngiltərə ilə Rusiya arasında imzalanmış konvensiya əsasında qurdular. Tərəflər xeyli müzakirədən sonra kompromis qərar qəbul edirlər: yeni və köhnə zadəganlar, mülkədar və burjuaziya hüquqca bərabərləşdirilirdilər. Bu o demək idi ki, tərəflər Fransada mülkiyyət məsələlərində dəyişikliklər etməyi öz öhdərələrinə götürürlər. Dini siyasətdə də müttəfiqlər Napoleonla Papa arasında imzalanmış 1801-ci il Konkardatını əsas götürürdülər.

Lakin Napoleonun «100 günü» (O, Elba adasından qaçdıqdan sonra 100 günə öz hakimiyyətini bərqarar etsə də, 1815-ci il 18 iyunda Vaterloo döyüşündə müttəfiqləri tərəfindən məğlub edilərək bu dəfə Müqəddəs Yelena adasında sürgün edilmşidi) I Paris sülhünün şərtlərinin xeyli ağırlaşmasına səbəb oldu.

1815-ci il noyabrın 20-də imzalanmış II Paris sülhünə görə, Fransa mütəfiqlərə 700 mln. frank (qızıl) məbləğində təzminat verməli, təzminat ödənilənə qədər Fransanın şimali-şərq departamentləri mütəffiq qoşunların nəzarəti altında qalmalı, ordu və dövlət aparatında təmizlik keçirməli, Fransa hökumətinin 1815-1818-ci illərdəki fəaliyyəti 4 müttəfiq dövlətin səfirlərinin nəzarəti altında olmalıdır.

Vyana sisteminin başlıca müdəalarından olan Avropada ərazi dəyişiklikləri məsələsi I Paris sülhünün diqqət mərkəzində olmuş, 1815-ci il iynun 9-da Vyana konqersində qəti şəkildə həll edilmişdi. Konqresin qəbul etdiyi 121 bənddən və 17 əlavədən ibarət Yekun aktı Avropadakı sərhəd dəyişikliklərini qanuniləşdirirdi. Yekun aktına görə, Fransanın ərazisi 1792-ci ilin yanvarına olan sərhədlərlə məhdudlaşdırılırdı. Konqerasin gedişində Prussiyanın Elzas, Lotaringiya və Reyn çayının sol sahillərinə olan ərazi iddiaları rədd edildi.

Vyana konqresi Almaniya və İtaliyada feodal pərakəndəliyini bir qədər dəyişilmiş formada saxladı. Məlum olduğu kimi, I Napoleon III koalisiyanın qüvvələrini darmadağın etdikdən sonra 1806-cı il sentyabrın 12-də Reyn İttifaqının yaradılması haqqında dekret imzalamışdır ki, buna əsasən 16 Qərbi Alman dövləti vahid ittifaqda birləşdirdi. İttifaqın başında Fransa dururdu, I Napoleon isə Reyn İttifaqının ömürlük protektoru elan edilirdi. Müqaviləyə görə, yeni ittifaqın hər bir üzvü Napoleona müəyyən miqdar hərbi qüvvə ilə yardım etməli idi. İtalyan krallığının yaradıcısı da I Napoleon idi. Əldə edilmiş razılığa əsasən Alman İttifaqına Avstriya və Prussiya da daxil idilər. Yeni birliyə «İttifaq seymi» rəhbərlik etməli idi. Konqresin qərarına görə, «Alman ittifaqı» 34 dövlətdən və 4 azad şəhərdən ibarət idi. İtaliyan İttifaqı isə 7 müstəqil dövlətdən ibarət olmalı idi. Konqres İtaliyanın ərazisi olan Lombardiya və Venetsiyanı Avstriyaya verdi.

Vyana konqresi Napoleon əleyhinə olan VI koalisiyanın təşkilatçısı İsveçi də layiqincə mükafatlandırdı. Norveç uniya əsasında daxili muxtariyyatı saxlanmaq şərti ilə İsveçə verildi.

Konqres şahzadə I Oranlı Vilhelm başda olmaqda Hollan­diyanın dövlət müstəqillyini bərpa etdi. Cənubi Niderland (Belçika) Hollandiyaya verildi və yeni dövlət Niderland krallığı adlan­dırılmağa başlandı.

İsveçrənin dövlət müstəqillyi də bərpa edilir və onun «əbədi bitərəfliyi» qanuniləşdirilirdi. Qərara alındı ki, Alp respublikası azad, müstəqil vaə bitərəf «kantonlar ittifaqı» əsasında təşkil olunsun.

Napoleona qarşı mübarizənin gedişində Prussiyanın və Avstriyanın xidmətlərini xüsusi qeyd edən konqres hər iki dövlətin ərazicə genişlənməsinə imkan verdi. Prussiya Rusiya ilə olan razılaşmaya əsasən Saksoniyanı (I Napoleonun müttəfiqi) tam şəkildə əldə edə bilməsə də Şm. Saksoniyaya sahibləndi. Reyn Vestfaliya vilayəti və Pomeraniya da Prussiyaya verildi.

Konqresin nəticələri Avstriyanın Avropa diplomatiyasında mövqelərini olduqca möhkəmləndirdi. Belə ki, Avstriya Habsburqlarının hakimiyyəti bütün İtaliyaya yayıldı. Tirol, Baltelina, Triyest, Dalmasiya, Avstriya imperatoru I Fransın qohumları hakim təyin edildilər.

Vyana konqresinin gedişində Polşa-Saksoniya məsələsi ciddi ixtilafa səbəb oldu. Varşava hersoqluğunu Rusiyaya birləşdirməyə can atan I Aleksandr Saksoniyanı Prussiyaya vəd etməklə onu öz tərəfinə çəkməyə nail olmuşdu. Bu məsələ ətrafında ixtilaf o dərəcədə dərinləşdi ki, Taleyranın təklifi ilə 1815-ci il yanvarın 3-də İngiltərə, Avstriya və Fransa Rusiya və Prussiaya qarşı gizli ittifaq bağladılar. Müqavilə üç nüsxədən ibarət idi. Müttəfiqlər Rusiya və Prussiyanın və Avstriyanın planlarını pozmaq qərarına gəlmişdilər. Taleyran Fransanın qonşuluğunda olan Prussiyanın güclənməməsi üçün bütün vasitələrə əl atmışdı. Gərgin mübarizədən sonra Saksoniyanın bir hissəsi Prussiyaya, Varşava hersoqluğunun 3,2 mln əhali yaşayan böyük hissəsi isə Rusiyaya verildi. Lakin 1815-ci il martın 20-də Napoleon Parisə daxil olduqdan sonra Burbonlar sülaləsindən olan kral XVIII Lüdovik elə tələsik şəkildə Parisdən qaçdı ki, 1815-ci il 3 yanvar müqaviləsinin Fransaya aid nüsxəsi yaddan çıxıb imperatorun stolunun üstündə qaldı və I Napoleonun əlinə keçdi. Napoleon isə koalisiyanı dağıtmaq üçün həmin gizli müqaviləni I Aleksandra göndərdi. I Aleksandr müqavilə ilə tanış olduqdan sonra onun Metternixə təqdim etdi. Müasrləri deyirdi ki, Metternix özünü elə itirdi ki, hətta yalan demək də yadından çıxdı. Lakin çar: bizim bir düşmənimiz var –o da Napoleondur-deyərək koalisiyanın dağılmasına imkan vermədi. Təsadüfi deyil ki, I Aleksandrın tədqiqatçıları bir məsələdə yekdildirlər ki, bu da Aleksandrın mahir diplomat və siyasətçi olmasının etiraf edilməsindən ibarətdir.

Vyana konqresinin qəbul etdiyi qərarlar içərisində qul alveri məsələsi xüsusi yer tuturdu. Konqres zənci qullarla ticarətin qadağan olunması ilə yanaşı, ümumiyyətlə köləliyi insanların «ilahi hüquqlarının pozulması» kimi qiymətləndirərək qanundan kənar elan etdi.

Konqres diplomatik fəaliyyəti, dövlətlərarası münasibətlərin tarixi təcrübəsinə əsasən 1815-ci il martın 19-da «Diplomatik nümayəndəliklərin dərəcələri haqqında Əsasnamə» təsdiq etdi. Əsasnamə aşağıdakı diplomatik dərəcələri müəyyənləşdiridi:

- I dərəcə: səfir, papa leqatı və kuntsiləri;

- II dərəcə: diplomatik nümayəndə-elçi;

- III dərəcə: nazir rezident (1818-ci il Aexan konqersinin qərarına əsasən təsdiq edilmşidir);

- IV dərəcə: müvəqqəti işlər vəkili.

Vyana sistemi və onun hüquqi bərkintisi olan «Müqəddəs ittifaq» yalnız Krım müharibəsi başa çatdıqdan sonra (1853-1856) siyasi səhnəni tərk etdi və dövlətlər «real siyasət» strateji kursuna uyğun xətt yeritməyə başladılar. Legitimliyə əsaslanan beynəlxalq münasibətlər sistemi sona çatdı.

Vyana sistemi ideoloji və hərbi-siyasi baxımdan «Xalqların və monarxların Müqəddəs İttifaqının» yaranması ilə tamamlandı. Avropa monarxlarının siyasi sarsıntılara qarşı mübarizə ittifaqı olan bu birliyin yaranması ilə diplomatik leksikona «Pentarxiya» və «Avropa konserti» anlayışları daxil oldu..

Napoleonun «100 günü» Vyana konqresi iştirakçılarında belə bir fikir yaratmışdı ki, Fransada olduqca böyük imkanlara malik «gizli inqilabi komitə» fəaliyyət göstərir ki, həmin komitə hər şeyə qadirdir. Yaranmış şəraitdə, 1815-ci ilin sentyabrın 26-da Rusiya, Avstriya və Prussiya «Müqəddəs ittfaq» yaratmaqla nəinki Fransaya, ümumiyyətlə Avropaya qarşı strateji kursa imza atdılar. 1815-1817-ci illərdə Roma papası, İngiltərə və Türkiyədən başqa bütün Avropa dövlətləri «Müqəddəs ittifaqa» qoşuldular. İngiltərə də əvvəlcə faktiki onun bütün işində iştirak edirdi. İttifaq Avropada əmin-amanlıq xatirinə hər hansı inqilabi çıxışı silahlı şəkildə yatırmağa hazır idi. Bunu hadisələrin sonrakı gedişi əyani şəkildə göstərdi.



Tədqiqatçılar «Müqəddəs İttifaqın» mövcudluq və tarixini üç dövrə bölürlər:

  • birinci dövr – 1822-ci ilə qədər davam edən 7 illik dövrü əhatə edir ki, bu «Müqəddəs İttifaqın» ən qüdrətli dövrüdür. Bu dövrdə «Avropa konsertinin» iştirakçıları arasında fikir birliyi və fəaliyyət həmrəyliyi özünü aydın şəkildə göstərir ki, Aexan, Troppou-Loybax və Verone konqresləri keçirilir.

  • ikinci dövr – 1823-1830-cu illəri əhatə edir və Fransada İyul monarxiyasının qurulması ilə başa çatır. Dövrün başlıca epizodu fransız qasidlərinin İspaniyaya müdaxiləsi və kral VII Ferdinandın hakimiyyətinin bərqərar olmasıdır. 1822-ci ilin avqustunda Kestelrinin özünə qəsd etməsindən sonra, sentyabrda onun yerini istedadlı ingilis diplomatı və antirus görüşləri ilə məşhur olan Corc Kanpinq tutur.

  • üçüncü dövr – 1830-cu il İyul monarxiyasının qurulmasından başlayır və Krım müharibəsi ərəfəsinədək davam edir, tədricən Avropa dövlətlərinin əvvəlki həmrəyliyi arxa plana keçir.

Ümumiyyətlə, XVIII əsrin sonlarından etibarən Fransada burjua inqilabının təsiri ilə baş verən hadisələr qlobal dəyişiklikləri şərtləndirməklə Vyana sisteminin qurulmasına yol açdı. Bununla belə, əsrin dörddə birində baş verən hadisələr dünyanın sonrakı ictimai-siyasi və iqtisadi inkişafında mühüm rol oynadı.
Mövzuya dair suallar


  1. Napoleon imperiyasının süqutundan sonra beynəlxalq şərait

  2. Vyana konqresinin çağırılması və məqsədləri

  3. Legitimlik və Polşa-Saksoniya məsələsinə dair fikir ayrılığı

  4. Taleyronun Vyana konqresi dövrü diplomatiyası

  5. 1815-ci il gizli sazişi və məqsədləri

  6. Vyana konqresində Almaniya və İtaliya məsələsi

  7. Konqresdə ərazi dəyişiklikəri problemi

  8. Napoleonun «100 günü» və Vaterloo döyüşünün beynəlxalq nəticələri

  9. Fransada və I Napoleon tərəfindən işğal edilmiş ölkələrdə legitim sülalələrin bərpası

  10. Müqəddəs İttifaqın təşkili və Avropada irticanın güclənməsi

  11. Avropa dövlətlərinin nisbi həmrəyliyi və «Avropa konsertinin» dövrün hadisələrinə münasibəti


Ədəbiyyat

  1. Галкин И.О. Создание германской империи (1815-1871). М., 1986

  2. Германская история в новое и новейшее время. Т.1, М., 1970

  3. Дебидур А. Дипломатическая история Европы. От Венского до Берлинского Конгресса (1814-1878), Т1, М.-Л., 1947

  4. Жилин П.А. Гибель наполеоновский армии в России. М., 1974

  5. Зек. А.А. Монархи против народа. Дипломатическая борьба на развалинах наполеоновской империи. М., 1966

  6. История дипломатии. Т.1. М.,1959

  7. История Франции. т.1. М., 1972

  8. Монфред А.З. Великая французская буржуазная революция. М., 1983

  9. Монфред А.З. Наполеон Бонапарт. М., 1980

  10. Новая история стран Европы и Америки. Первый период. М., 1983

  11. Собул А. Первая республика, 1792-1804. М., 1974

  12. Талейрон Ш.М. Мемуары. М., 1959

  13. Троицкий Н.А. Александр I и Наполеон. М., 1994

  14. Эпштейн А.Д. История Германии от позднего средневек вья до революции 1848г. М., 1961


XVIII Mövzu

Xanlıqların yaranması və Quba xanlığının xarici siyasəti
XVIII əsrin ikinci yarısı Azərbaycan tarixinin hadisələrlə zəngin və keşməkeşli səhifələrindən biridir. Dövrün ayrı-ayrı məsələləri bir sıra elmi-tədqiqat əsərlərinin mövzusu olmuş, Nadir şahın hakimiyyətinin son dövrləri, xanlıqların meydana gəlməsi və möhkəmləndirilməsi uğrunda mübarizə, Rusiya ilə münasibətlər, regionun tədricən beynəlxalq aləmə çıxması kimi məsələlər müxləlif elmi araşdırmaların mövzusu olmuş və öz həllini tapmışdı.

Məlum olduğu kimi, hələ XVIII əsrin birinci yarısında Azərbaycan uğrunda Rusiya, Türkiyə və İran dövlətləri arasında aparılan mübarizə sonda ölkəyə hərbi müdaxilə ilə nəticələnmiş və Azərbaycan ərazisi həmin dövlətlər arasında bölüşdürülmüşdü. Hərbi əməliyyatların gedişində Azərbaycanın şəhər və kəndləri xaraba qoyulmuş, xalqın var-dövləti qarət edilmiş və ölkə ağır vəziyyətə salınmışdı.

Bəhs etdiyimiz dövrdə mühüm məsələlərdən biri də Azərbaycanda siyasi və sosial-iqtisadi vəziyyət, nisbətə kiçik dövlət birləşmələri olan xanlıqların meydana gəlməsi və öz varlığını qorumaq uğrunda mübarizəsi, şimal-şərqi Azərbaycan xanlıqlarının birləşdirilməsi uğrunda ayrı-ayrı xanlıqların hərbi-siyasi fəaliyyətləri, Rusiya, İran və Türkiyə ilə münasibət­ləri, habelə birləşmə ərəfəsində Quba xanlığının mövqeyidir.

Azərbaycan xanlıqlarının birləşdirilməsi uğrunda gərgin mübarizə aparmış qubalı Fətəli xanın fəaliyyəti haqqında H.Abdullayevin iki əsəri (Азербайджан в XVIII веке и взаимо­отношения его с Росиией. Б.,1965; Из истории Северо-восточного Азербай­джана в 60-80-х годах XVIII вв. Б., 1958) nəzərə alınmazsa, xüsusi tədqiqat əsərləri yoxdur.

XVIII əsrin ortalarından etibarən Azərbaycan tarixinin yeni dövrü başlanır ki, bu ilk növbədə 1747-ci ilin iyununda Nadir şahın öldürülməsi ilə Əfşarlar dövlətinin dağılması nəticəsində yaranmış yeni tarixi şəraitlə bağlı idi. A.Bakıxanov yaranmış vəziyyəti təhlil edərək qeyd edirdi ki, Əfşarlar dövlətinin yerində «ayrı-ayrı xanlıqlar yarandı, onların hakimləri irsən və müstəqil hərəkət edərək müstəqil dövlətlər олдулар».

Azərbaycan xanlıqları nisbətən kiçik dövlət birləşmələri olsalar da, müstəqil daxili və xarici siyasət yeridir, çoxtərəfli danışıqlar aparır, birləşmə siyasətini həyata keçirməyə çalışırdılar. XVIII əsrin ortaları üçün tarixi Azərbaycan torpaqlarında 17 xanlıq (Şəki, Quba, Qarabağ, Şamaxı, Bakı, Naxçıvan, Gəncə, Təbriz, Sərab, Ərdəbil, Xoy, Urmiya, Qaradağ, Talış, Marağa, Maku və Cavad xanlıqları), 6 sultanlıq və 5 məliklik yarandı.

Çox keçmədən bu kiçik feodal hakimləri arasında öz hakimiyyətlərini genişləndirmək uğrunda ara müharibələri başladı ki, bunların içərisində ən qüdrətliləri Urmiya, Şəki, Quba və Qarabağ xanlıqları idi. Fətəli xanın hakimiyyətin illərində Quba xanlığı Şimal-Şərqi Azərbaycan torpaqlarının birləşdirilməsini başa çatdırdıqdan sonra tədricən öz hakimiyyətini Azərbaycanın cənub torpaqlarına yaymağa başlamışdı.
18.1. Azərbaycanda xanlıqların meydana çıxması.

Quba xanlığı

XVII əsrin sonlarından etibarən Səfəvilər dövlətinin tənəzzülü daha da güclənmiş, onun əsarətində olan ölkələrdə baş vermiş kəndli hərəkatları və saray dairələri arasındakı çəkişmələr Səfəvilər dövlətinin daha da zəifləməsinə gətirib çıxarmışdı. Natural təsərrüfatın mövcudluğu, dövlətin müxtəlif hissəsləri arasında iqtisadi əlaqələrin zəifliyi, daxili və xarici ticarətin inkişafında yaranmış maneələr və bunların yaratdığı sosial narazılıq parçalanma meyllərini qüvvətləndirirdi.

Azərbaycanda və Səfəvilərin hakimiyyəti altında olan digər ərazilərdə baş vermiş təsərrüfat dağınıqlığı dövlətin tənəzzülünü daha da sürətləndirirdi. Uzun müddət gizli və bəzən açıq surətdə yerli feodalların mərkəzləşdirilmiş şah hökumətinə qarşı mübarizəsi onların müstəqilləşməsinə imkan yaradırdı.

Xalq kütlələrinin istismar edilməsi, vergilərin artması və İran feodallarının talançılıq siyasəti ölkənin məhsuldar qüvvələrini daha çox dağıdırdı. Bəhs etdiyimiz dövrdə kəndli təsərrüfatı və sənətkarlıq daha çox tənəzzülə uğramışdı ki. bu da Səfəvilər dövlətinin iqtisadi əsaslarını sarsıdırdı. Yerli bəylər tərəfindən kəndli torpaqlarının özbaşına tutulması kəndlilərin narazılığını daha da artırırdı.

Saysız-hesabsız vergilər şəhər zəhmətkeşlərini də var-yoxdan çıxarır və dilənçi halına salırdı. Feodal özbaşınalığı şəhərlərə və ticarətə böyük ziyan vururdu. Daxili çəkişmələrə qarşı mübarizədə zəif olan şah hökuməti azadlıq hərəkatlarını boğmaqda da aciz idi. Bunun nəticəsində ticarət əlaqələri zəifləyirdi, xarici ölkələrdən gələn ticarət karvanlarının istiqaməti dəyişirdi.

XVIII əsrin əvvəllərində Rusiya ilə ticarətdə törədilən maneələrin artması da tacirlərin mənafeyinə uyğun gəlmirdi. Çünki, müharibələr qonşu dövlətlərə mal aparılmasına mane olurdu. Digər tərəfdən, Rusiyanın cənub istiqamətində fəallığının artması, 1722-1723-cü illər hərbi ekspedisiyanın uğurları, ayrı-ayrı feodal hakimlərinin Rusiyaya olan meyli və müstəqilləşməyə can atmaları mərkəzdənqaçma qüvvələrinə rəvac verirdi.

XVIII əsrin birinci yarısında Nadir şahın qurduğu dövlət daha ağır maliyyə böhranı keçirir və uzun sürən müharibələr, şah sarayında hərc-mərclik, məmurlar tərəfindən böyük məbləğlərin mənimsənilməsi dövlət xəzinəsini var-yoxdan çıxarırdı.

İqtisadi və milli zülmün şiddətləndiyi və əsarətə düşmüş xalqların müqavimətinin artdığı bir şəraitdə mərkəzi hakimiyyət son dərəcə zəifləmişdi. Müstəqil olmağa çalışan bəylər, xanlar və digər iri feodallar şaha tabe olmaqdan boyun qaçırırdılar. Hətta vəziyyət o yerə çatmışdı ki, vaxtilə I Şah Abbasın və onun xələflərinin dayağı olan şahsevənlər şah hakimiyyyətindən üz çevirmişdilər. Adətən, Şahsevən xanları mərkəzdən, şəxsən şahın özü tərəfindən təsdiq olunurdular. Rusiyanın Cənubi Qafqazda agenti olan A.Volınski Səfəvilər dövlətində baş vermiş özbaşınalıqları qələmə alaraq yazmışdı ki, 1717-ci ildə şahsevənlər «şahın göndərdiyi adamı qəbul etmədilər və öz xalqları içərisindən hakim seçdilər, onlar şahın başqa əmrlərini də yerinə yetirmədilər. Onlar iranlılardan əsla qorxmur­dular». Ölkədə baş vermiş özbaşınalıqdan bəhs edən A.Volınski I Pyotra göndərdiyi məktubunda qeyd edirdi ki, «burada indi elə hakim vardır ki, o təbəələri üzərində deyil, təbəələri onun üzərində hakimdirlər».

XVIII əsrin birinci yarısında Azərbaycanın xalq kütlələrinin vəziyyəti xüsusilə ağır idi. A.Volınski öz məktublarının birində yazmışdı ki, «Səfəvilər dövlətinin taxıl anbarı olan Azərbaycanda tarlalar 7 il ərzində əkilməmiş qalmış və ölkədə aclıqdır». Belə məlumatlara rus səyyahlarından Druvilin, Qmelinin və başqalarının yazılarında də rast gəlmək olar.

Əsrlər boyu siyasi azadlıq və vahid dövlət yaratmaq uğrunda mübarizə aparan Azərbaycan xalqı XVIII əsrin ortaları və ikinci yarısında obyektiv ictimai-iqtisadi səbəblərin nəticəsində bir neçə feodal xanlıqlara parçalanmışdı. Bütün tarixi boyu bu xanlıqlar arasında mənafe uğrunda müharibələr getmiş və bunun nəticəsində xalq təsərrüfatı dağılmış, kəndlilər talan olunmuş, ticarət zəifləmişdi.

XVIII əsrin ikinci yarısında Azərbaycan iqtisadi tənəzzül dövrü keçirirdi. Bu dövrdə feodal münasibətləri Azərbaycanda məhsuldar qüvvələrin inkişafına daha çox əngəl törədirdi. Ölkənin ayrı-ayrı vilayətlərinin iqtisadi dağınıqlığı, ictimai əmək bölgüsünün hələ də aşağı səviyyədə olması, feodalların xeyrinə çoxlu məhsul rentası toplanması - bütün bunlar iqtisadi tənəzzülün başlıca şərtləri idi.

Bəhs etdiyimiz dövrdə Azərbaycanda məhsuldar qüvvələrin ümumi durğunluğu şəraitində kənd təsərrüfatı ağır vəziyyətdə idi. Xaricilərin basqınları və daxili çəkişmələr nəticəsində suvarma şəbəkəsi dağılmış, becərilən torpaqların sahəsi xeyli azalmışdı.

XVIII əsrin ikinci yarısında Azərbaycan iqtisadiyyatında əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdan ibarət idi. Əhalinin əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olurdu. Belə ki, Quba, Qarabağ, Şamaxı xanlıqlarında əkinçilik nisbətən yaxşı vəziyyətdə idi. Talış və Bərgüşad düyü becərilməsi ilə məşğul olurdu. Abşeronda əkinçilik və maldarlıq zəif inkişaf etmişdi. Lakin Abşeronda zəfəran yetişdirilməsi, üzümçülük və ipəkçilik geniş yayılmışdı. Nadir şahın hakimiyyətinin sonlarına doğru burada neft daşınması dəniz yolu ilə Rusiya istiqaməti istisna olmaqla demək olar ki, dayanmışdı.

Gəncə, Şamaxı, Təbriz, Şəki və Qəbələ ipəkçiliyin əsas mərkəzləri kimi qalmaqda idi. Salyanda əhalinin həyatında balıq ticarəti mühüm yer tuturdu. XVIII əsr səyyahlarından M.Biberştyen yol qeydlərində göstərirdi ki, «Kürdə balıq tutulmasından əldə edilən gəlir 50 min gümüş manat təşkil edir».

Qubanın təbii şəraiti, əkinçiliyin və maldarlığın inkişafı üçün böyük imkanlar yaratmışdı. M.Biberşteyn Quba xanlığının ərazisində məhsuldarlığın qismən yüksəlişinin səbəbi kimi onun dağ ətəyi sahələrə malik olduğunu göstərmişdir. Lakin feodallaşma prosesi çox ləng gedirdi, çünki Azərbaycan kəndlilərinin əksər hissəsi eyni zamanda həm maldarlıqla və həm də əkinçiliklə məşğul olurdular. Bu kimi təsərrüfat sahələri əsasən Qarabağ, Şamaxı, Təbriz və Naxçıvan xanlıqlarında geniş yayılmışdı.

XVIII əsrin ikinci yarısında Azərbaycanın feodal xanlıqlara parçalanması təsadüfi hal olmayıb, dərin iqtisadi və ictimai köklərə malik olmuşdur. Tədqiqatçılar yazırlar ki, əgər iki yüz ildən çox davam etmiş (1501-1736) Səfəvilərin dövründə güclü idarə sistemi yaradılmışdısa, Nadir şah dövründə (1736-1749) möhkəm mərkəzləşdirilmiş idarə sistemi kiçik bir mərhələ təşkil etmişdi.

XVIII əsrin 40-cı illəri İranda və Cənubi Qafqazda feodal­lıqlara parçalanma prosesinin ən kəskin vaxtı idi. Belə tarixi prosesin nəticəsində Azərbaycan xanlıqlarının meydana gəlməsi üçün də zəmin yaradılmışdı.

Azərbaycan xanlıqlarının meydana gəlməsi prosesi XVII əsrin sonralarından başlayır. Mənbələrin məlumatına görə, ilk olaraq Quba və Talış xanlıqları yaranmışdı. Həmin xanlıqlar irsi hakimlər tərəfindən idarə olunur və ölkə adlanırdı. 1722-ci ildə I Pyotrun Xəzərsahili vilayətlərə yürüşü zamanı Hüseynəli xan Quba xanı təyin edilir və uzun müddət bu vəzifəni daşıyır (1722-1758).

XVIII əsrin ortalarına yaxın Azərbaycanda bir çox xanlıqlar, kiçik feodal hökmdarlığı, sultanlıq və məlikliklər var idi. Kürlə Araz arasında olan ərazidə Qarabağ xanlığı, Zəngəzurdan Araza kimi olan sahədə Naxçıvan, Murovdağla Kür çayı vadisində Gəncə xanlığı yaranmışdı. Şirvan ərazisində Şamaxı, Kür çayı boyunca Cavad xanlıqları, Xəzər dənizinin qərb sahillərində Dərbənd, Quba, Bakı, Salyan və Talış xanlıqları meydana çıxmışdı.

Xanlıqlarla yanaşı Azərbaycanda daha kiçik feodal hökmdarlıqları – İlisu, Ərəş, Qəbələ, Qazax, Şəmsəddil və Borçalı sultanlıqları, Dağlıq Qarabağda isə Vərəndə, Xaçın, Çiləbörd, Gülüstan və Dizaq maliklikləri var idi. Sultanlıqlar və məlikliklər adətən xanlıqlardan asılı idilər.

Azərbaycanda xanlıqlar İrana qarşı mübarizə nəticəsində meydana çıxmışdı. Belə ki, Nadir şahın ölümündən sonra, Azərbaycanda olan İran hakimləri qovuldular. Yerli hakimlər hakimiyyəti əllərinə keçirərək özlərini xan elan edirdilər. Özlərinə məxsus pulları, çəkiləri, ölçüləri olan bu xanlar öz bildikləri kimi də xanlığı idarə edirdilər.

A.Bakıxanov yazırdı ki, Nadir şahın ölümündən sonra hətta şahdan nəslən asılı olan hökmdarlar da müstəqillik əldə etdilər. Belə ki, Quba xanı Hüseynəli xan və Gəncə xanı Şahverdi xan əvvəllər İran feodallarından asılı olduqları halda, Nadir şahın ölümündən sonra müstəqil, tam hakimiyyətə malik xanılıqlar yaratmışdılar.

Azərbaycan xanlıqları içərisndə ən qüvvətlisi Urmiya, Şəki, Qarabağ və Quba xanlıqları idilər. Azərbaycanda belə çox xanlıq və digər feodal hökmdarlığının meydana çıxması ölkənin ayrı-ayrı vilayətləri arasında sabit iqtisadi əlaqələrin olmaması, natural təsərrüfatın hökm sürməsi, habelə iri feodalların bu və ya digər ərazi üzərində öz hakimiyyətini qurmağa cəhd etmələri ilə baglı idi. Bu xanlıqların hamısı Azərbaycanın birləşdirilməsi uğrunda mübarizə aparırdı, lakin bu sahədə Quba xanlığı daha böyük uğur qazanmışdı.

Azərbaycanın zəngin vilayətlərindən biri olan Qubanın münbit torpaqları müxtəlif kənd təsərrüfatı bitkiləri becərməyə imkan verirdi. Bu region mühüm strateji mövqeyə malik idi. Belə ki, Quba Azərbaycan, Dağıstan, Şimali və Cənubi Qafqazı rus torpaqları ilə birləşdirən mühüm ticarət yolu üzərində yerləşmişdi.

Xanlıq hələ XVII əsrin sonlarından etibarən yarı müstəqil ölkə halında fəaliyyət göstərmişdi. Həmin vaxt onun tabeliyində Salyan və Kulqan ərazisi də var idi. Qubanın yüksəlişi Hüseynəli xanın adı ilə bağlı olmuşdu.

Tarixi sənədlərdə onun 1689-cu ildə anadan olduğu qeydə alınmışdı. Hüseynəli xan Nadir şaha xidmət edərək «öz ata-babalarının irsini və ləyaqətini» saxlaya bilmişdi. Nadir şahın ölümündən sonra İranda feodal çəkişmələri başlandığı dövrdə o öz hakimiyyətini daha da möhkəmləndirmişdi. Həmin dövrdə Quba xanları böyük hüquq və səlahiyyətə malik idilər. Onlar hətta müstəqil fərmanlar da verirdilər.

1721-1722-ci illərdə Quba xanlığı müvəqqəti olaraq Qazıqu­muqlu Surxay xan və Müşkürlü Molla Hacı Davud tərəfindən tutulmuşdu. Tədricən onların hakimiyyəti Nügədi, Rustov, Xınalıq və s. kəndlərə də yayılmışdı.

Quba xanlığının sonrakı tarixi Rusiya ilə əlaqəli olmuşdu. I Pyotrun dövründə olan səfərlərin nəticəsində Quba xanlığı Rusiyanın himayəsində olmuş, 1727-ci ildə Rusiya ilə Türkiyə arasında sərhəd razılaşmasına görə, Şabran, Rustov, Beşbarmaq, Müşkür, Xudat Rusiyanın himayəsinə keçmişdi. Həta çar hökuməti Rustovda qarnizon saxlamaq üçün bir qala da tikdirmişdi.

Rusiya himayəsinə keçəndən sonra Hüseynəli xan xanlığı idarə etmək üçün naib təyin edilir. Ölkənin vergiləri xanın adamları tərəfindən yığılırdı, xan Rusiyanın müharibələrinə də hər şeylə kömək etməli idi. Tarixi mənbələrdə Quba hakimləri tərəfindən ticarət haqqında Rusiya ilə bağlanmış müqavilənin necə yerinə yetirilməsi haqqında çoxlu faktlar vardır.

Tədricən Quba xanlığına Samur ətrafı sahələr də daxil edilmişdi. Həmin yerlərdə olmuş rus alimi və səyyahı Samuil Qmelin Gülqan və Axtıpara kimi yerlərin də Quba xanlığına məxsus olduğunu göstərmişdi. 1756-cı ildə Quba xanlığının himayəsinə keçmiş Salyan XVIII əsrin ikinci yarısında xanlığın əsas siyasi dayağı və gəlir mənbələrindən birinə çevrilmişdi. Salyanın Quba xanlığı ilə birləşdirilməsi nəticəsində Həsənabad, Rüdbər, Səfi xan, Salyan limanı və kənd təsərrüfatı rayonları xanlığın ixtiyarına keçdi.

Şamaxı xanlığı üsündə Quba və Şəki xanları arasında mübarizənin gedişində Hüseynəli xan Şabran vilayətinə Muğandan, Dərbənddən və Şirvandan çoxlu əhali köçürdü. Quba xanlığı hər vasitə ilə möhkəmlənməyə və geniş əraziyə malik olmağa çalışırdı. Məhz bu prosesdə Quba xanlığının möhkəmlənməsində mühüm əhəmiyyətə malik olan Quba şəhəri paytaxt seçilmişdi. Xanlığın mərkəzinin Quba şəhəri seçilməsi təsadüfi deyildi.

Mənbələr paytaxt şəhərinin birdən-birə seçilmədiyini göstərirdi. Belə ki, xan iqamətgahının Xudatdan Quba qalasına köçürülməsi haqqında «Qafqaz təqvimində» deyilirdi ki, «Qubalı Hüseynəli xan 1747-ci ildə iqamətgahını Qudyal çayının sahilinə keçirdi». Başqa bir mənbədə Quba xanlığının iqamətgahının Xudat olduğu, sonra isə 1735-ci ildən yenidən əsası qoyulmuş Quba olduğu, A.Bakıxanov isə iqamətgahın Xudatdan Qubaya köçü­rülməsinin 1748-ci ilə aid olduğunu göstərirdi.

Quba şəhərinin tarixi kifayət qədər qədimdir. Hüseynəli xan şəhəri yenidən bərpa edərək onu Şimal-Şərqi Azərbaycanın siyasi və inzibati mərkəzinə çevirə bilmişdi.

Bununla belə, Quba haqqında olan məlumatlar onun əsasının qoyulma tarixini müəyyənləşdirməyə imkan vermir. Lakin göstər­diyimiz faktlar şəhərin nə Nadir şah, nə də Hüseynəli xan dövründə deyil, ondan da çox-çox əvvəllər yarandığını söyləməyə imkan verir.

1770-ci ildə Qubada olmuş S.Qmelin şəhərin və xan sarayının quruluşunun qısa şəkildə təsvirini vermiş və yerli əhalinin dediyinə əsaslanaraq otuz il əvvəl, yəni 1740-cı ildə şəhərin ətrafının daş hasarla hörüldüyünü göstərmişdi.

A.V.Suvorovun məktublarından birində çayın sahilində möhkəm Quba şəhərinin olduğu göstərilir. Mənbələrdə həmin dövrdə Qubada 2000-dən çox yaşayış binasının və 7000-dən çox əhalinin yaşadığı göstərilirdi. Onu da qeyd etmək lazımdır ki, XVII əsr üçün bu qədər əhalisi olan şəhərlər xarakterik deyildi. Bu isə şəhərin qədim və zəngin tarixə malik olduğunu göstərirdi. Quba eyni zamanda ticarət əhəmiyyətli şəhər olmuşdu. Şəhər orta əsrlərin karvan yollarının üzərində idi.

XVIII əsrin ikinci yarısında Qubada bir neçə məşhur rus səyyahı olmuş və onlar şəhər haqqında müxtəlif məlumatlar vermişlər. M.Biberşteynin yazdığına görə, «Quba xanlığına Şirvanın bir hissəsi və Ləzgistana qədər olan münbit torpaqlar və bağlar aid idi. Şəhərin ətrafı şərq üslubunda bəzədilmiş qüllələri olan divarlarla möhkəmləndirilmişdi».

Hüseynəli xan dövründə tikilmiş xan sarayı sonralar bərpa olunmuş və yenidən bəzədilmişdi. Azərbaycanın memarlıq abidə­lərini tədqiq etmiş İ.Şeblıgin xan sarayının qəşəng bəzəkləri, quruluşu etibarı ilə XVIII əsr saray tikililərinə xas olan xüsusiyyətləri özündə cəmləşdirdiyi haqqında ətraflı məlumat vermişdi.

XVIII əsrin ikinci yarısında Quba xanlığı hərbi-siyasi sahədə möhkəmlənmiş və Azərbaycanın daxili və xarici siyasətində əsas rol oynamağa başlamışdı. Xanlıq özünü müdafiə etmək üçün 10-25 min nəfərlik orduya malik idi. Fətəli xan zərurət yarandıqda orduya əlavə hərbi qüvvə toplaya bilərdi. Bu isə müstəqil daxili və xarici siyasət yeritməyə imkan verirdi.
18.2. Quba xanlığının xarici siyasəti

Quba şəhəri öz tarixi kecmişi ilə Azərbaycanın ən qədim şəhərlərindən biri hesab olunur. Zəngin tarixə malik olan bu şəhər Azərbaycan tarixində mühüm rol oynamış bir çox tarixi simalar, görkəmli alimlər və bacarıqlı dövlət xadimləri yetişdirmişdir.

Qubanın XVIII əsrdə yetişdirdiyi tarixi şəxsiyyətlərdən biri də məşhur dövlət xadimi Fətəli xandır. Quba xanlığının qüdrətli dövrü Fətəli xanın hakimiyyəti illərinə təsadüf edir.Onun babaları uzun illər qanlı çarpışmalarda iştirak edərək Qubada xanlıq etmişdilər.

Fətəli xanın babası Hüseyn xan Qubaya tabe olan Məclis kəndində yaşamış və şah sarayında böyük hörmət sahibi olmuşdu. Tarixi mənbələr göstərir ki, Süleyman Səfəvinin (1667-1694) şahlığının sonuncu illərində Yenikənd feodalları Məclis kəndinin torpaq və sərvətinə sahib olmaq üçün oraya basqın edib kəndi talan edir və əhalisinə divan tuturlar. Kiçik Hüseyn özünü xilas edib Salyana qaçır, oradan da İsfahana gedərək şəxsən şahla görüşmək üçün vasitələr axtarmağa başlayır. Həmin vaxtlar İsfahan feodal­larından birinin qızı Zəhra xanım Hüseyn xanın cəsarət və mərdliyini görüb ona məhəbbət bağlayır. Bu yolla şah sarayına yol tapan Hüseyn xan bir müddət sarayda qaldıqdan sonra doğma vətənə qayıdır və rəsmi fərmanla Qubaya xan təyin olunur. Hüseyn xanın ölümündən sonra hakimiyyətə onun oğlu Hüseynəli xan keçir.

Həmin vaxtdan etibarən Xudat qalası Quba xanlığının mərkəzi elan olunaraq möhkəm bir istinadgaha cevrilmişdi. Hüseyn xan ölənə qədər Quba xanlığının siyasi azadlığı uğrunda mübarizə aparmış və onu feodal basqınlarından qorumuşdu. Fətəli xan onun üçüncü nəvəsi idi.

1758-ci ildə atası Hüseynəli xanın vəfatından sonra Quba xanlığına oğlu 23 yaşlı Fətəli xan keçdi. Fətəli xan (1735-1789) Quba xanlığının ilk növbədə öz ərazisini və sərhədlərini möhkəmləndirmək, qonşu xanlıqları özünə tabe etmək uğrunda mübarizəyə başlamışdı.

Fətəli xan öz əsrinin bacarıqlı və tədbirli dövlət xadimi, istedadlı sərkərdəsi və diplomatı idi. Tarixiçi A.Bakıxanov (o özü də Fətəli xanın nəslindən idi ki, bu ona sonralar bir sıra məsələləri düzgün işıqlandırmağa imkan vermişdi) onun haqqında yazırdı: «Fətəli xan Qafqaz tarixində diqqətə layiq bir şəxsiyyətdir. O, öz ağlı, səxavəti və bacarığı nəticəsində yüksəlmişdi. O, hakimiyyət başına keçəndən sonra ağıllı və çalışqan hakim olduğunu göstərmişdi. Bütün ətrafındakı adamları özünə cəlb etdi, düşmənlərinin fəaliyyətini zəiflətdi və ən çətin vəziyyətlərdən çıxa bildi».

Qafqaz tarixindən bəhs edən rus tarixçilərindən İ.Butkov isə Fətəli xanı aşağıdakı kimi xarakterizə edirdi: «Fətəli xan ağıllı, igid, tədbirli idi, yorulmaq nə olduğunu bilməzdi, hər vasitə ilə Quba xanlığını möhkəmləndirməyə çalışırdı». Quba xanlığının iqtisadi vəziyyətini qaydaya salmaq, feodal özbaşınalığına son qoymaq və ölkədə əmin-amanlıq yaratmaq üçün Fətəli xan mahal naiblərinin hakimiyyətini məhdudlaşdırdı, vergi yığılmasını nizama saldı, xəzinənin gəlirinin artmasını təmin etdi, muzdlu qoşunun sayı artırıldı. S.Qmelinin verdiyi məlumata görə, Quba xanlığının xeyli qoşunu və topları var idi. Kiçik topların bir hissəsi arabalarda yerləşdirilmişdi və xanlığın paytaxtı Quba qala halına salınmışdı».

Fətəli xan öz sərhədlərini möhkəm­ləndirmək məqsədilə Muğandan döyüşkən şahsevən tayfalarının bir hissəsini xanlığın ərazisinə köcürmüş və onları hərbi qulluğa cəlb etmişdı.

Fətəli xan Azərbaycanın qonşu xanlıqlarını ilhaq etmək yolu ilə də öz torpaqlarını genişləndirməyə calışırdı. Salyan və Dərbəndin ardınca birinci növbədə ona müqavimət göstərən Şəki və Şirvan xanlıqlarını özünə tabe etməyi qərara almışdı. Şirvan feodalları onun cavanlığından istifadə edərək tez-tez Qubaya talancı basqınlar edirdilər.

1758-ci ildə Fətəli xan Şamaxı yaxınlığındakı ilk vuruşmada Şirvan xanlarına qalib gələrək öz gücünü onlara göstərdi. Lakin bu qalibiyyət onu arxayın edə bilməzdi. Çünki qonşu xanlar Fətəli xanın arzularının əksinə olaraq Quba xanlığının ərazisini bölüşdürməyə çalışırdılar. Dağıstan hakimləri Dərbəndi tutmaqla Xəzər dənizində güclü liman əldə etməyi planlaşdırırdılar. Bu planların pozulması üçün güclü ordu və etibarlı müttəfiqlər əldə etmək lazım idi.

XVIII əsrin 50-ci illərinin sonunda Fətəli xanı Şəki xanlığının taleyi xüsusilə ciddi şəkildə maraqlandırırdı. Çünki 1759-cu ildə Şəki xanı Ağakişi bəy öz qaynatası olan Qazıqumuqlu Məhəmməd xan tərəfindən xaincəsinə öldürülmüşdü. Məhəmməd xan Şəki xanlığının sərvətini Ərəş sultanı ilə bölüşdürərək özünü Şəkidə hakim elan etmişdi. Lakin Məhəmməd xanın Şəkidə ağalığı 40 gün davam edə bildi.

Şəki əhalisinin qırx gün ərzində hədsiz vergilər və qanunsuz cərimələrlə yüklənməsi açıq xalq hərəkatını şərtləndirməklə Məhəmməd xanın Şəkini Dağıstana birləşdirmək planlarını pozdu. Hüseyn ağa (Hacı Çələbinin nəvəsi) Ağakişi bəy öldürüləndən sonra Fətəli xana pənah aparıb ondan kömək istədi. Əlverişli şəraitin yaranmasını görən Fətəli xan Şəki üzərinə hərəkət etdi.

Qazıqumux talanlarından təngə gələn əhali bu xəbəri eşidən kimi Quba xanını böyük təntənə ilə qarşıladı.Məhəmməd xan tələsik Şəki ərazisini tərk edərək Dağıstana çəkildi. Fətəli xan Hüseyn ağanı Şəkiyə xan təyin etdi və Şəki xanlığı həmin vaxtdan Fətəli xanın vassalı oldu və Şəki xanlığının qüvvələri Şamaxını istila etmək üçün Fətəli xan tərəfindən istifadə edildi.

Quba xanlığının şimal sərhədlərini möhkəmləndirmək üçün Fətəli xan Dərbənd sultanlığının istila olunmasını planlaşdırırdı. Dərbənd qalasının böyük siyasi və strateji əhəmiyyəti var idi. Hələ ilk orta əsrlərdə Dərbənd Qafqaz tarixində mühüm rol oynayırdı. Cənubi Rusiyaya və Ön Asiyaya gedən ticarət karvanları «Dəmir qapı» Dərbənddən keçirdi. XVII əsrdə və XVIII əsrin birinci yarısında Dərbənd sultanlıq idi. Dərbənd o qədər də böyük olmayan bir şəhər idi və onun əhalisi əsasən əkinciliklə, bağçılıqla, ticarət və sənətkarlıqla məşğud olurdu. Böyük strateji əhəmiyyət kəsb edən Dərbənd Rusiyanın, Türkiyənin və İranın diqqət mərkəzində idi.

Azərbaycanın başqa xanlıqları kimi, Dərbənd də XVIII əsrdə İran zülmündən azad olur və Dərbənd sultanlığı müstəqil xanlığa çevrilir. Xanlığın mərkəzi olan Dərbənd qalası uzunluğu 6 verst 400 sajen olan qalın daş divarla əhatələnmişdi. Həmin dövr üçün xarakterik üslubda müdafiə olunan Dərbənd möhkəm dəmir qapılara malik idi.

XVII əsr səyyahlarının verdiyi məlumatdan aydın olur ki, Dərbənd hərbi nöqteyi-nəzərdən xüsusi əhəmiyyətə malikdir. Dərbənd xanı istədiyi zaman 5-6 min nəfərədək piyada və süvari qoşun toplaya bilərdi. Şəhərin Narın qala guşəsində xan sarayı yerləşmişdi.

XVIII əsrin 50-ci illərində Dərbənd hakimi Məhəmməd Hüseyn xan idi. Onun dövründə xanlığın daxili və xarici vəziyyəti möhkəm deyildi. Əhalinin cox hissəsi ağır vergilərə tab gətirə bilmirdilər, buna görə də Məhəmməd Hüseyn xanın zülmündən qurtarmaq üçün yollar axtarırdılar. Mənbələrdə şəhər əhalisinin Məhəmməd Hüseyn xandan gizli Quba xanı Fətəli xana müraciət etdiyi göstərilir. Əhali Fətəli xanın simasında ədalətli və yaxşı hakim arzulayırdı.

Dərbəndin xalq kütlələrindən başqa, feodalları və varlı təbəqənin nümayəndələri də Quba xanlığı ilə birləşmək fikrində idilər. Bəhs etdiyimiz dövrdə Dərbənddə iki qrup yaranmışdı. Birinci qrupa iri feodallar daxil idilər və Məhəmməd Hüseyn xan tərəfindən müdafiə olunurdular. Onlar Quba xanlığı ilə birləşməyin əleyhinə idilər. Quba xanlığına rəğbət bəsləyən ikinci qrupa sənətkarlar, tacirlər, əhalinin yoxsul təbəqəsi və xırda feodallar daxil idilər ki, bunlar Məhəmməd Hüseyn xanın zülmündən xilas olmaq istəyirdilər.

Dərbənd xanlığında əmələ gəlmiş belə bir vəziyyətdən Fətəli xan məharətlə istifadə etdi. Fətəli xan birdən-birə Dərbəndə hücum edə blməzdi. Çünki, bu Dağıstanın cənubundakı feodalların narazılığına səbəb olacaqdı, onlar Quba xanlğının Dərbəndi tutmasına razı olmazdılar. Belə ki, Dərbəndi ələ keçirən Quba xanlığına sonradan gücləri çatmayacaqdı.

Fətəli xanın qarşısında duran çətin məsələlərdən biri də Dərbəndə hakim olmağın düzgün yolunu axtarmaq idi.Quba xanlığı Dərbəndə hucum etməklə özunə qarşı Cənubi Dağıstan feodallarının blokunun meydana çıxmasına yol vermək istəmirdi. Digər tərəfdən, Quba xanlığının bu məsələdə çətin vəziyyətə düşməsi Şamaxı xanı ilə düşmən münasibətdə olmasından irəli gəlirdi. 1758-ci ildə Şamaxı xanın Beşbarmaq yaxınlığıandakı məğlu­biyyətindən sonra Quba xanlığına qarşı mübarizə ücun özünə sərfəli imkan axtarırdı.

Yaranmış vəziyyətdən qələbə ilə çıxmaq üçün xüsusi məharət, bacarıq və siyasətçi olmaq lazım idi. Məhz bu yolla antiquba blokunun yaranmasının qarşısı alına bilərdi. Quba xanı Cənubi Dağıstan feodalları arasındakı narazılıqdan məharətlə istifadə edərək Tarku Şamxalı Murtuzəli, Qaraqaytaq Usmisi Əmir Həmzə və Tabasaran hakimi ilə əlaqəyə girdi və 1759-ci ildə Dərbəndə yürüş etdi.

Fətəli xan əvvəl dağlarla Xəzər dənizi arasında Samur çayının sağ sahilindəki Müşkürü, Niyazabadı, Şabranı, Rustovu və Beşbarmağı tabe etdi. Sonra öz müttəfiqlərinin köməyi ilə Dərbəndi mühasirəyə aldı və iki aydan sonra 1759-cu ilin noyabrında onu ələ kecirdi. Belə ki, xüsusi hazırlıqdan sonra müttəfiqlərin orduları təyin olunmuş vaxtdan tez hücuma keçir və şəhərin əhalisi Dərbənd darvazalarını müttəfiqlərin üzünə açır.

Dərbənd alındıqdan sonra müttəfiqlər Fətəli xana göstərdikləri yardım müqabilində Quba və Dərbənd xanlıqlarının bir sıra kəndlərindən vergi toplamaq hüququnu aldılar. Dərbənd xanlığının var-dövləti isə Quba xanlığının ixtiyarına keçdi.

Dərbəndin Quba xanlığına birləşdirilməsində silah gücündən çox aşağı və orta əhali təbəqəsinin Quba xanlığına olan rəqbəti mühüm rol oynamışdı. Əsas amillərdən biri də Quba xanlığının Cənubi Dağıstan feodalları ilə bağlı yeritdiyi incə və bacarıqlı siyasəti olmuşdu.

Dərbəndi birləşdirəndən sonra Quba xanlığının Azərbaycanın siyasi həyatında tutduğu mövqeyi daha da gücləndi. Fətəli xan danışıqlar aparmaq bəhanəsi ilə Məhəmməd Hüseyn xanı öz düşərgəsinə çağırdı, onu həbsə aldı, gözlərini çıxartdı, əvvəl Qubaya, oradan isə ömürün sonuna kimi saxlandığı Bakıya göndərdi. Şəhər Fətəli xanın naiblərləri tərəfindən idarə olunmağa başlandı. Beləliklə, Dərbənd Quba xanlığının ikinci siyasi və hərbi əhəmiyyətli mərkəzinə çevrildi.

Dərbənd xanlığının ilhaqı ilə Quba xanlığının ərazisi xeyli genişləndi və o qüvvətli bir xanlıq kimi şöhrət qazanmağa başladı. Şəhər əhalisinin Fətəli xana xüsusi hüsni-rəğbəti var idi. Bu münasibəti hiss edən və şəxsən Fətəli xanı görən rus alimi S.Qmelin yazırdı: «Dərbənd əhalisi onu sevirdi...Şamaxı təbəələri də Fətəli xandan razı idilər». Fətəli xanın qüvvətlənməsindən qorxuya düşən irticaçı xanlar birləşmək və onu məğlub etmək üçün müxtəlif vasitələrə əl atırdılar. Daha çox şirvanlı Ağası xan və Məhəmməd Səid xan fürsət axtarırdılar.

Dərbənd Quba xanlığı ilə birləşdirildikdən sonra Quba xanlığı Bakı xanlığı haqqında fikirləşməyə başladı. Bakı xanlığı iqtisadi cəhətcə varlı, onun mərkəzi Bakı şəhəri isə Xəzər dənizinin möhkəm­ləndirilmiş ticarət limanlarından biri idi. İingilis səyyahı C.Xanvey Bakının ətrafında hündür yerlərdə nəzarət etmə qüllələrinin olduğunu qeyd edirdi.

XVIII əsrin ikinci yarısında Bakı xanlığı Abşeron yarımadasının Maştağa və Binəqədi naibliklərini əhatə edirdi. Bakı xanlığını başqa xanlıqlarla müqayisədə həm ərazi, həm də əhali cəhətcə kiçik idi. Bundan istifadə edən qonşu feodallar Bakı xanlığına tez-tez basqınlar edirdilər. Belə yürüşlər təsərrüfatın əsas sahələrinə, xüsusilə neft, duz istehsalına, zəfəran becərilməsinə böyük zərər vururdu. Bakı xanlığında olan tacir və feodallar böyük zərər çəkdiklərindən xana öz narazılıqlarını acıq-aydın bildirirdilər. Belə şəraitdə Bakı xanlığının onu qonşu feodalların basqınlarından qoruyan güclü müttəfiqlərə ehtiyacı var idi ki, Fətəli xan bu amildən məharətlə istifadə etdi.

Fətəli xan Bakı xanlığını iqtisadi cəhətcə sıxmaqla yanaşı, feodalizm dövrünə xas olan «nigah diplomatiyasından» istifadə edərək Qaraqaytaq usmisi Əmir Həmzəyə vəd edilmiş bacısı Xədicə Bikəni Bakı xanı Məlik Məhəmmədə ərə verdi ki, bununla da Əmir Həmzə Fətəli xanın barışmaz düşməninə çevrildi. Möhkəm və amiranə xarakterə malik olan Xədicə Bikənin vasitəsi ilə Fətəli xan zəif iradəli Bakı xanını özünə tabe etdi. Xədicə Bikə qardaşının məsləhətilə Bakı xanlığının daxili işlərinə qarışır və məsələləri Quba xanlığının xeyrinə yönəldirdi. Səyyahların yazdığına görə, «Bakı xanı bütün ömrü boyu Fətəli xana sadiq olacağını bildirmişdi».

Məlik Məhəmməd xan olmadıqda xanlığı Xadicənin özü idarə edirdi. Bakı xanlığı Quba xanlığının vassalı olmuş və onun hərbi səfərlərində də iştirak etmişdi. Əhməd bəy Cavanşir yazırdı ki, «Quba xanı Dərbəndin, Qubanın və Bakının hakimidir». Qeyd etdiyimiz faktlar göstərir ki, Bakı xanlığı formal olaraq özünün idarə üsulunu saxlamasına baxmayaraq, faktiki olaraq vassal hüququna malik idi. Fətəli xan Bakını silah güçünə deyil, diplomatik yolla özünə tabe edə bilmişdi.

Birləşmə siyasəti nəticəsində Quba xanı iqtisadi cəhətdən mühüm əhəmiyyətə malik olan Xəzər sahillərinin bir hissəsini - Dərbənddən Kürün mənsəbinə qədər olan yerləri öz hakimiyyəti altına almışdı. Fətəli xan Dərbəndi ələ keçirdikdən və mövqeyini möhkəmləndirdikdən sonra Şirvan xanlığı ilə hesablaşmaq haqqında tədbirlər görməyə başladı.

Şamaxı xanlığı iqtisadi cəhətcə gəlirli sahələrə və təbii sərvətləri olan əraziyə malik idi.O, şimal-şərqdən Quba, şərqdən Bakı, şimal-qərbdən Şəki, cənub-qərbdən isə Qarabağ xanlıqları ilə həmsərhəd idi. Müharibə vaxtı Şamaxı xanı 10-12 minə qədər əsgər toplaya bilərdi. Göründüyü kimi, XVIII əsrin ikinci yarısında Şamaxı Azərbaycan xanlıqları sırasında hərbi cəhətdən mühüm yerlərdən birini tuturdu.

Şamaxı xanlığı uzun müddət Quba xanlığına qarş müharibələr aparmış və güclü müqavimət göstərmişdi. Dərbənd və Bakı xanlıqlarını özunə tabe etdikdən sonra Quba xanlığının hərbi qüvvəsi daha da artmışdı. Belə bir şəraitdə Şamaxı xanlığına qarşı nəzərdə tutulmuş geniş planların həyata kecirilməsi işinə başlamaq olardı.

Quba xanlığı Şamaxı xanlığına böyük əhəmiyyət verirdi. Fətəli xana görə, Şamaxı xanlığı gələcəkdə Şəki və Qarabağ xanlıqlarına qarşı mübarizə üçün hərbi meydan olmalı idi. XVIII əsrin 60-cı illərində Şamaxı xanlığı iki tərəfdən Quba xanlığı ilə əhatə olunmuş və dənizlə əlaqəsi tamamilə kəsilmişdi. Buna görə də, Quba xanlığına qarşı mübarizəyə hazırlaşmaq məqsədilə 1763-cü ildə köhnə və yeni Şamaxı birləşdirilir. Lakin bu Şamaxı xanlığının müdafiəsi üçün kifayət deyildi. Fətəli xan Şirvanda baş verən hadisələri diqqətlə izləyirdi və Ağası xandan onun torpaqlarını Dağıstan feodallarının basqınlarından müdafiə etmək əvəzinə bac istəmişdi. Lakin Ağası xan bundan imtina etmişdi ki, bu da tərəflər arasındakı ziddiyyətləri daha da kəskinləşdirmişdi. 1765-ci ildən etibarən Quba xanlığı ilə Şamaxı xanlığı arasında dörd il müddətinə kəskin mübarizə getmişdi.

Uzun müddət davam etməsinə baxmayaraq Quba xanlığı müvəffəqiyyət qazana bilmirdi. Bunun əsas səbəbi isə Şəki xanı Hüseyn xanın Şamaxı xanına köməklik etməsi idi. S.Qmelinin məlumatına görə, «Hüseyn xanın köməyi ilə Şamaxının müdafiəsi elə möhkəmləndirilmişdi ki, Quba xanı bundan dəhşətə gəlirdi».

Lakin Fətəli xan tezliklə onların arasına nifaq sala bildi və mübarizə meydanında qüvvələr nisbəti Quba xanlığının xeyrinə dəyişdi. Şəki xanı Şamaxı xanının məğlubiyyətindən sonra ona Şamaxının gəlirlərindən bir hissəsinin ayrılacağına ümid bəsləyirdi.

Yaranmış şəraitdə Şamaxı xanı Məhəmməd Səid xan köhnə Şamaxıya güclü ordu toplayaraq Quba xanlığı tərəfindən olacaq təhlükənin qarşısını almağa hazırlaşmağa başladı.

Şamaxının özündə də iki tirəlik əmələ gəlmişdi. Məhəmməd Səid mübarizəsiz Quba xanlığı ilə birləşmək fikrini irəli sürmüş qüvvələrə qarşı mübarizə aparsa da, tədricən vəziyyət Fətəli xanın xeyrinə dəyişməyə başlamışdı. 1767-ci ildə vəziyyət tamamilə gərginləşir və Şamaxı xanlığının birləşdirilməsi üçün real imkanlar yaranır.

Yaranmış vəziyyətdə vasitəçilik edən xanların təklifini qəbul edən Fətəli xan Şamaxı xanı ilə mübarizəni dayandırmağa, sülh danışıqları aparmağa razı olduğunu bildirir. Şamaxı xanı da mübarizə aparmağa cürət etmirdi. Cünki, Şamaxı hakimlərinin çox hissəsi ona sadiq deyildilər. Fətəli xan fasilədən istifadə edərək müttəfiqlərinin sayını artırdı.

Şirvan xanlığını təkbaşına məğlub edə bilməyəcəyini yaxşı bilən Fətəli xan vassalı olan şəkili Hüseyn xanı öz tərəfinə çəkdi.1767-ci ildə birləşmiş qüvvələr Şamaxını mühasirəyə aldı. Bir tərəfdən də Quba xanlığının köhnə müttəfiqləri olan Qazıqumux və Qaraqaytaq muzdlu dəstələri də Şamaxı üzərinə hərəkət etdilər. Beləliklə, çox çətin vəziyyətə düşən Şirvan xanı təslim oldu ərazisi qaliblər arasında bölüşdürüldü. Şirvan xanlığının az bir hissəsi - Saadan və Kassan mahalları Şəki xanlığına, xanlığın iqamətgahı daxil olmaqla Şirvanın böyük bir hissəsi Quba xanlığına keçdi. Fətəli xan əsir düşmüş Şamaxı hakimlərinin boyük sərvətini də ələ keçirdi.

Qələbədən sonra Fətəli xanın nüfuzu nəinki bütün Azərbaycanda və Qafqazda, habelə İranda da artdı. Lakin Fətəli xanla Hüseyn xan arasındakı ittifaq çox çəkmədi ki pozuldu. Vahid mərkəzləşdirilmiş Azərbaycan dövləti yaratmaq niyyətində olan Fətəli xan Hüseyn xanın Şirvandakı naibini oradan qovdu və onun da hissəsini öz hakimiyyəti altında birdəşdirdi.

1763-cü ilin avqustundan etibarən Şamaxı xanlığı bütün mahalları ilə birlikdə Quba xanlığının tabeliyinə keçdi. Cavad xanı da Qubanın vassal asılılığını qəbul etdi.

Cavad xanlığı kicik bir tarixi dövrü əhatə etməsinə baxmayaraq, o XVIII əsr Azərbaycan xanlıqları ilə birlikdə Quba xanlığının tərkibinə daxil olmuş və şimal-şərqi Azərbaycan torpaqlarına birləşdirilmişdi. Mənbələrdə Cavad xanlığı haqqında çox az məlumat vardır. Şamaxıdan aşağıda, Kürlə Araz arasında yerləşən Cavad hələ XVI əsrdən də əvvəl mövcud idi. Onun əhalisi maldarlıqla və əkinçiliklə məşğul olurdu. XVI əsrdə Cavadda yaxşı tikilmiş evlərin və bağların olduğu göstərilir. Cavad Şamaxı xanlığına tabe idi.

XVIII əsrin ortalarında Nadir şah dövlətinin zəifliyindən istifadə edən Cavad yarı asılı xanlığa çevrildi. Xanlığın mərkəzi olan Cavad isə ətrafı möhkəm hasarlarla əhatə olunmuş qala idi. Mənbələrdən aydın olur ki, Cavad xanlığı hazırkı Azərbaycanın Sabirabad, Şirvan (köhnə Əli –Bayramlı) kimi rayonlarının ərazisini əhatə edirdi Bununla belə, Cavad xanlığı XVIII əsrdə baş vermiş hadisələrlə ayaqlaşa bilmirdi. Belə ki, Cavad xanlığı nə döyüşkən şahsevən koçərilərinə, nə də Qaradağ, Ərdəbil köçərilərinə qarşı mübarizə apara bilmirdi. Tez-tez onların hücumlarına məruz qalan Cavad xanlığının möhkəm bir müttəfiqə ehtiyacı var idi. Xanliq belə bir müttəfiqi Fətəli xanın şəxsində görürdü.

Muğanın Cavadla birlikdə Quba xanlığına birləşdiriməsini Fətəli xanın II Yekaterinaya göndərdiyi məktubdan da aydın görmək olar. Quba xanlığına birləşdiriləndən sonra Cavad xanlığı Fətəli xanın hərbi yürüşlərində fəal iştirak edirdi. O, hətta 1769-cu ildə Şamaxıda Fətəli xana qarşı hazırlanmış sui-qəsdin ləğv edilməsində xüsusi xidmət göstərmişdi. Cavad xanı Quba xanın ən inanılmış adamlarından biri olub Quba xanlığının gizli məclislərində də iştirak etmək hüququnu qazanmışdı.

Şamaxı, Cavad xanlıqlarının və Muğanın Quba xanlığına birləşdirilməsinin Fətəli xanın gələcək planlarının həyata keçirilməsi işində böyük əhəmiyyəti olmuşdu. Şamaxı və Cavad Azərbaycanın şimal və cənub xanlıqları üzərinə gələcəkdə olacaq yürüşlər zamanı dayaq nöqtəsi təşkil etməli idi.

Şamaxı xanlığı Quba xanlığına uzun sürən müharibələrin nəticəsində silah güçünə tabe edildiyi halda, Cavad xanlığının birləşməsi tamamilə başqa xarakterdə olmuşdur. Yəni o, könüllü birləşmişdi.

XVIII əsrin 60-80-ci illərində Quba xanlığı Azərbaycanın ən qüvvətli dövlət birləşmələrindən birinə çevrilmişdi. Dərbənd şəhərini öz dövlətinin paytaxtına çevirən Fətəli xan ciddi mərkəzləşmə siyasəti yeridirdi. Belə ki, xanlığın ərazisində feodal ara müharibələrinə son verilmiş, siyasi sabitlik yaradılmış, iqtisadi həyat canlanmağa başlanmış, ticarət əlaqələri bərpa olunmuşdu. Rus qarnizonlarından birinin komendantının tapşırığı ilə Dərbənddə olmuş Bulat xəbər vermişdi ki, o, Fətəli xanın sarayında Gilan, Ərdəbil, Təbriz və Gəncə xanlıqlarından gəlmiş nümayəndələri görümüşdü ki, onlar xandan öz hakimləri adından himayədarlıq xahiş edirdilər.

Fətəli xan xarici siyasət fəaliyyətində bir neçə istiqamətə xüsusi fikir verirdi ki, bunlara aşağıdakıları aid etmək olar:



  • separatçı qüvvələrin qarşısının alınması və xanlığın ərazisinin parçalanmasına imkan verilməməsi;

  • xanlığın ərazisindən keçən ticarət yollarının bərpası və Azərbaycan şəhərlərinin vasitəsilik ticarətindəki ənənələrinin dirçəldilməsi;

  • köçürmə siyasəti, bu yolla xanlığın sosial-iqtisadi dayaqlarının möhkəmləndirilməsi və hərbi qüvvələrin sayının artırılması;

  • xarici dövlətlərlə, ilk növbədə Türkiyə və Rusiya ilə münasibətlərin normal vəziyyətdə saxlanılmasına diqqət vermək;

  • nəhayət, qonşu ölkələrlə, xüsusilə Gürcüstan və Dağıstan hakimləri ilə münasibətləri sahmana salmaq. Fətəli xan bu məqsədlə «nigah diplomatiyasından» məharətlə istifadə edirdi.

Cənubi Qafqazda baş verməkdə olan hadisələrə hərbi yolla qarışmaq imkanlarına malik olmayan Osmanlı Türkiyəsi daha çox diplomatik danışıqlara üstünlük verir və Azərbaycan xanlıqlarının iştirakı ilə antirus koalisiyası yaratmağa çalışırdı. Bununla belə, 1785-ci ildə Quba, Qarabağ və Şəki xanlarının İstanbula göndərdiyi nümayəndə heyətləri bir sıra hadisələrin təsiri ilə konkret heç bir nəticəyə nail olmamışdılar. Türkiyə Kiçik Qaynarca sülhündən (1774) sonra Rusiya ilə münasibətləri təkrar kəskinləşdirməkdən ehtiyat edirdi və əslində bununla da özünü Azərbaycan xanlarının yardımından məhrum etmişdi.

Fətəli xanın Rusiyaya xüsusi münasibəti təsadüfi deyildi, çünki xan 1773-1774-cü illərdə Şəki, Qarabağ və Şamaxı xanlarının, Gürcüstan çarı, Avar hakimi və Qaraqaytaq usmisinin birləşmiş qüvvələrinə qarşı mübarizədən məhz Rusiyanın köməyi ilə qalib kimi çıxmışdı. Yaranmış şəraitdə obyektiv olaraq nicat yolunu Türkiyə və İranda yox, Rusiyada görən Fətəli xan 1775-ci ildə Dərbənd hakimi Mirzəbəy Fətəlibəylinin, 1787-ci ildə isə görkəmli diplomat Mirzə Sadıq Məhəmmədvəliyevin başçılığı altında Rusiyaya nümayəndə heyətləri göndərmiş və çoxtərəfli diplomatik danışıqlar aparmışdı.

Beləliklə, XVIII əsrin ikinci yarısında Quba xanlığı Dərbənddən Cavada qədər Azərbaycanın şimal-şərq torpaqlarını öz hakimiyyəti altında birləşdirmişdi. Fətəli xan öz torpaqlarını genişləndirmək uğrunda mübarizədə əsas etibari ilə xırda və orta feodallara arxalanırdı. Onun siyasəti həm də fеodal ara müharibə­lərinə nifrət edən oturaq əkinçi əhali tərəfindən müdafiə olunurdu. Tacirlər də Fətəli xanın belə xarici siyasətinə tərəfdar idilər. Çünki, onlar başa düşürdülər ki, ölkənin qüvvətli bir hökmdar hakimiyyəti altında birləşdirilməsi həm daxili, həm də xarici ticarətin inkişafı üçün geniş imkanlar yaradardı.

XVIII əsrin ikinci yarısında feodal müharibələrinin qızğın dövründə və xarici siyasi vəziyyətin gərgin vaxtında heç kəs Fətəli xan kimi hakimiyyəti belə möhkəmləndirə və uğurlu birləşmə siyasəti apara bilməzdi. Fətəli xan bu müvəffəqiyyətlərə öz bacarığı, zəkası və cəsarəti sayəsində nail ola bilmişdi. Doğrudur, Fətəli xan Azərbaycanı tam mənası ilə birləşdirə bilmədi, ancaq o, bu işdə Şah İsmayıldan sonra ikinci böyük addımı atmış, 20-yə qədər irili-xırdalı xanlığı öz ətrafında birləşdirmiş, lakin başladığı işi uğurla axıra çatdıra bilməmişdi.

Fətəli xan Azərbaycanın Dərbənd, Bakı, Salyan, Şəki, Şamaxı kimi xanlıqlarını Qubanın ətrafında birləşdirməklə şimal-şərqi Azərbaycan torpaqlarını vahid dövlətin tərkibinə qatdı. Bundan başqa vaxtilə Dərbəndə tabe olan Müşkür, Şabran, Beşbarmaq, Qazıqumux və Tabasaran hökmdarları, Talış və Gilan xanları, Avar və Şamaxı feodalları Fətəli xana tabe oldular. Cənubi Azərbaycanın Təbriz, Qaradağ və Ərdəbil kimi qüvvətli xanlıqları Fətəli xanla hesablaşmalı oldular ki, bu Fətəli xanın apardığı otuz illik mübarizənin nəticəsi idi.

Fətəli xan dövrünün bir sıra feodal hakimlərindən fərqli olaraq dini məsələlərə xüsusilə incə şəkildə yanaşırdı. O, yəhudi, sünni və şiə məzhəblərinə mənsub olanların hamısına eyni münasibət bəsləyir və S.Qmelinin yazdığı kimi «sünniləri də şiələri sevdiyi qədər sevir, hər ikisinə də meyl edirdi. Fətəli xanın rəftarına görə, yaxın tanışlar onun bu məzhəblərə aid olan qanunları qəbul etmədiyini təsdiq edirlər».



Istedadlı diplomat, bacarıqlı sərkərdə və uzaqgörən dövlət xadimi kimi, Fətəli xan zamanın nəbzini tutmağı, region uğrunda gedən mübarizədə Rusiya, Türkiyə və İran arasında manevr etməyi bacarır, Rusiyanın strateji niyyətlərindən xəbərdar olduğu üçün onun gücündən istifadə etməklə Azərbaycan torpaqlarının birləşdirilməsi uğrunda mübarizəni başa çatdırmağa çalışırdı. Təsadüfi deyildi ki, Şimal-Şərqi Azərbaycan torpaqları qısa müddətə olsa da, vahid dövlətdə birləşdirilmişdi. Fətəli xanın simasında görkəmli dövlət xadimlərinə məxsus iki amil: güc və diplomatiya birləşmişdi. Lakin onun başladığı Azərbaycanın vahid dövlətdə birləşdirilməsi uğrunda mübarizə xarici amillərin, ilk növbədə Rusiyanın müdaxiləsi üzündən həyata keçirilə bilmədi.
Mövzuya dair suallar

  1. XVIII əsrin ortalarında Cənubi Qafqazda beynəlxalq vəziyyət.

  2. Osmanlı, İran və Rusiya dövlətlərinin Cənubi Qafqazla bağlı planları.

  3. Azərbaycan xanlıqlarının yaranması və beynəlxalq nəticələri

  4. Quba, Şəki, Qarabağ və Urmiya xanlıqlarının Azərbaycanı birləşdirmək siyasəti.

  5. Quba xanlığının Rusiya və Osmanlı dövlətləri ilə münasibətləri.

  6. İki rus-türk müharibəsinin Cənubi Qafqazda siyasi vəziyyətə təsiri.

  7. İranın Azərbaycanı ilhaq etmək siyasəti və uğursuzluğu.

  8. Qubalı Fətəli xanın Şimal-şərqi Azərbaycan torpaqlarını birləşdirməsi və beynəlxalq nəticələri.

  9. Parçalanmanın Azərbaycan faciəsində yeri.


Ədəbiyyat

  1. Azərbaycan tarixi, I cild. B., 1961

  2. Azərbaycan tarixi. Ən qədim dövrlərdən XX əsrin əvvəllərinə qədər. B., Elm, 1993

  3. Azərbaycan tarixi üzrə qaynaqlar. B., 1989

  4. Azərbaycanın Rusiya ilə birləşdirilməsi və onun mütərəqqi iqtisadi və mədəni nəticələri. B., 1956

  5. Bakıxanov A. Gülüstani-İrəm. B., 1951

  6. Əfəndiyev O. Azərbaycan Səfəvi dövləti. B., 1993

  7. Əliyev F. XVII əsrin birinci yarısında Azərbaycanda ticarət. B., 1985

  8. Hacınski İ. Qubalı Fətəli xanın həyatı. B., 1969

  9. Həsənalıyev Z.M. Səfəvi dövləti (XVII əsrin I yarısı). B., Altay, 2000

  10. Mahmudov Y. Səyyahlar, kəşflər, Azərbaycan. B., 1985

  11. Məmmədov S. Azərbaycan tarixi (XV-XIX əsrin birinci yarısı). Dərslik. B., 2004

  12. Mirzə Camal Cavanşir. Qarabağ tarixi. Bakı, 1959

  13. Mirzə Adıgözəlbəy- Qarabağnamə. B., 1950

  14. Nəcəfli G.C. Azərbaycan xanlıqlarının Osmanlı dövləti ilə siyasi əlaqələri (XVİİİ əsrin II yarısı). B., 2002

  15. Абдуллаев Г. - Азербайджан в XVIII веке и взаимоотношения его с Россией. Б.,1965

  16. Абдуллаев Г. Из истории Северо-восточного Азербайджана в 60-80-х годах XVIII вв. Б., 1958

  17. Бакиханов А.К. Гюлистан-и Ирам, Б., Элм, 1991

  18. Дружинин Е. Кючук- Кайнаржинский мир. М., 1955

  19. Петрушевский И.П. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI в. начале XIXв. Л., 1949

  20. Рахмани А.А. Азербайджан в конце XV и XVII веке (1590-1700). Б., Элм, 1991

XIX Mövzu
1   ...   12   13   14   15   16   17   18   19   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə