A. N. Abbasbəyli, S. Z. Yusifzadə beynəlxalq münasiBƏTLƏr tariXİ (ən qədim dövrlərdən XIX yüzilliyin 70-ci illərinin sonuna qədər) d ə r s L i K




Yüklə 1.54 Mb.
səhifə15/20
tarix22.02.2016
ölçüsü1.54 Mb.
1   ...   12   13   14   15   16   17   18   19   20

1775-1783-cü illər burjua inqilabı dövründə ABŞ diplomatiyası və beynəlxalq münasibətlər



14.1. Kolonilayarda müstəqillik uğrunda mübarizəni şərtləndirən amillər

Böyük coğrafi kəşflərin ən mühüm nailiyyətlərindən biri də Amerika qitəsinin dünyaya açılmasıdır. Məkum olduğu kimi ispan səyyahı Xilkovun 1492-ci ildə Amerika qitəsinin kəşf etsə də buranın Hindistan hesab etmiş yeni qitə kəşf etdiyini bilməmişdir. Florensiyada dəniz səyyahı Ameriqo Vespuççi 1499-1504-cü illərdə Cənubi Amerikanı kəşf etmiş və buranı Yeni Dünya adlandırmışdır. Qitə 1507-ci ildən etibarən onun şərəfinə Amerika adlandırılmağa başlamışdı.

XVI əsrdən etibarən İspaniya, Fransa, İngiltərə və Niderland dövlətləri tərəfindən Şimali Amerikanın məskunlaşmasına, burada kolonoyalar yaradılmasına başlandı.

Şimali Amerikada ilk daimi ingilis yaşayış məskəni 1607-ci ildə Ceyms çayı sahillərində meydana gəlmiş gələcək Virginiya ştatı idi. 1620-cı ildə Kod burnunda “May çiçəyi” adlı ingilis gəmisi Ingiltərədən qalmış puritanların ilk qrupunu sahilə çıxardı. Puritanlar Yeni Plimuş məskəninin əsasını qoydular.

Tədricən Atlantik okeanı sahillərində 13 ingilis koloniyası meydana gəldi: 1) Şimal koloniyaları (Yeni İngiltərə): Nyu-Hempşir, Maccaçusets, Konnektikut, Rod-Aylend; 2) Mərkəzi kolonilayar: Nyu-York, Pensilvaniya, Nyu-Cersi, Delaver; 3) Cənub koloniyaları: Virginiya, Merilend, Şimali Karolina, Cənubi Karolina və Corciya.

Koloniyaçılar özləri ilə buraya burjua münasibətləri gətirmişdilər. Şimal koloniyalarında burjua münasibətləri, cənub koloniyalarında isə feodal münasibətləri aparıcı rol oynayırdı. Amerikanın həqiqi sakinləri olan irokez və alqonkin qəbilələri (cəmi 200 min nəfərə yaxın) sıxışdırılırdı. Ucuz işçi qüvvəsi kimi zənci kölələrdən istifadə olunurdu. Zəncilərin qitəyə gətirilməsi 1619-cu ildən başlanmış və sonralar olduqca sürətlənmişdi.

Koloniyaların idarə edilməsi demək olar ki, ingilis kralı tərəfindən həyata keçirilirdi. O koloniyaların çoxuna qubernatorlar təyin edirdi ki, bütün icra və məhkəmə hakimiyyəti onların əlində olurdu.

Artıq XVIII əsrin ortaları üçün kolonistlərin əksəriyyəti özünü amerikanlı hesab edirdi. Burjua inqilabı ərəfəsində amerikan maarifçiliyi ideyaları geniş yayılmışdı. Bu maarifçilik ingilis və fransız maarifçiliyi ideyalarının təsiri altında formalaşmışdı. Amerikan maarifçiliyinin başlıca postolatı təbbi hüquqlar və ictimai saziş nəzəriyyələri idi ki, bu nəzəriyyələr koloniyaların müstəqillyinə haqq qazandırırdı.

Amerikan maarifçiliyinin görkəmli nümayəndələri Bencamin Franklin (1706-1790), Tomas Ceferson (1743-1826) və Tomas Peyn (1737-1809) idilər. B.Franklin maarifçi – filosof, siyasətçi və iqtisadçı idi. O, yaranmaqda olan cəmiyyətin fərdiyyətçiliyə əsaslanan əxlaq kodeksini əsaslandırmış, qul əməyini pisləmişdi. T.Ceferson və T.Peynin maarifçilik ideyaları isə inqilab illərində parlamışdı.

XVIII əsrin 60-cı illərində Şimali Amerika koloniyalarında kütləvi azadlıq hərəkatı başlandı. Ingiltərə hökumətinin aqrar və sənaye sahəsində qoyduğu məhdudiyyətlər, 1765-ci ildə verilmiş gerb rüsumu qanunu kolonistlərin səbrini tükəndirmişdi. Koloniyaçılar İngiltərədə gətirilmiş gerbli kağızları məhv etmiş, gerb rüsumu yığanları isə soyunduraraq qatranlamışdılar. Ingiltərə hökuməti gerb rüsumunu ləğv etməyə məcbur olsa da koloniyalarının istismarını gücləndirmək üçün müxtəlif vasitələrdən əl çəkməmişdi.

XVIII əsrin ortaları üçün Amerikan maarifçiliyi bazasında formalaşan milli mənlik şüuru, düşüncəsi, milli özünü təsdiq problemi qitədə müstəqillik hərəkatının başlanmasına təkan verdi. Amerikan koloniyalarının milli-azadlıq hərəkatının yüksəlişində əsası XVIII yüzilliyin ortalarında qoyulmuş “azadliq oğulları” təşkilatının əhəmiyyəti böyük oldu. Bu dövrdə hələ milli müstəqillik ideyası formalaşmamışdı. 1775-ci il üçün 13 ingilis koloniyasında 2,5 mln. nəfərdən yuxarı ingilis, 500 mindən çox zənci-kölə yaşayırdı və ingilis əhalisi bilavasitə ingilis hakimiyyət orqanlarının yaratdıqları maneələr zəminində tədricən müstəqilliyə meyl etməyə başlamış, hətta 1774-cü ilin sentyabrında Filadelfiyada I kontinental konqresin çağrılmasına nail olmuşlar.

Konqres koloniyada yaşayan insanların təbii hüquqlarını – yaşamaq, azadlıq və mülkiyyət hüquqlarını əsas götürərək xüsusi bəyannamə qəbul etdi ki, burada İngiltərə parlamentində koloniyaların nümayəndəliyinin təsisi olunması tələbi öz əksini tapmışdı ki, bu tələb İngiltərə tərəfindən qəbul edilmədi.

Koloniyaların müxtəlif təbəqələri içərisində seçilmiş I konqresin nümayəndələri ingilislər tərəfindən qovulduqdan sonra 1775-ci ilin mayında Finlandiyada II kontitental konqres fəaliyyətə başladı. Konqresin təşəbbüsi ilə 13 koloniya arasında yaradılmış əlaqələr tezliklə ittifaq sazişlərinə çevrilmiş və bu əlaqələrin sistemləşdirilməsi üçün gizli müxbir komitələri yaradılmışdır. Lakin ilk dövrlərdə koloniyalar İngiltərədən ayrılmaq yox, müxtar hüquqlar əldə etmək uğrunda mübarizə aparırdılar.

Koloniyaların müstəqillik hərəkatı öz başlanğıcını 1776-cı ilin əvvələrində yazılmış və müəllifi Tomas Peyn olan “Sağlam düşüncə” intibahnaməsindən (pamflet) başlanır. İntibahnamədə deyilir: “Artıq müzakirələr dövrü sona çatmışdır. Silah sonuncu vasitə kimi koloniyalarla İngiltərə arasında yaranmış mübahisəni həll etməlidir.” Tomas Peyn çıxış yolunu müstəqil respublikanın yaradılmasında görürdü. Elə bir respublika ki, insanların təbii hüquqlarının müqəddəsliyi üzərində qurulmalı idi. Məhz belə şəraitdə II kontinental konqres 1776-cı il iyulun 4-də Tomas Ceffersonun hazırladığı “İstiqlaliyyət bəyannaməsi”ni elan etdi. Bəyannamə 13 ingilis koloniyasının metropoliyadan ayrılmasını və sərbəst ştatlarda “ABŞ” adı altında vahid respublikada birləşməsini elan edirdi.

Respublikanın ilk günlərindən etibarən xarici siyasət məsələləri ilə kontinental konqresin plenumu məşğul olurdu. Həm I, həm də II kontinental konqres öz plenumu vasitəsilə «gizli müxbir komitələrini» təsis etmişdi. Gizli müxbir komitələri ilk dövrlərdə koloniyaların fəaliyyətinin əlaqələndirilməsində mühüm rol oynayırdı. Bu komitələr Kanadada da meydana gəlmişdi. İngiltərənin Kanadanın ərazisində 30 min nəfərlik hərbi qüvvə saxlaması Kanada ilə 13 koloniya arasında fəaliyyətlərin əlaqələndirilməsinə imkan vermədi.

İstiqlaliyyət müharibəsi dövründə Amerikaya ingilis generallarından Burqoynun, Karnoullisin və Xounun başçılığı altında 90 min nəfərlik hərbi qüvvə daşınmışdı, alman muzdularından ibarət 30 minlik hərbi qüvvvəni də bura daxil etsək, 120 min nəfərlik ordunun Amerika sahillərinə aparıldığı nəticəsini alırıq. Lakin bu ordunun fəaliyyətinin əlaqələndirilməməsi, həm də azadlıq mübarizəsinin vüsəti İngiltərənin planlarını puça çıxardı. Əgər əvvəllər xarici siyasət məsələləri bu sahə ilə o qədər də bağlı olmayan orqanlara həvalə olunsa da, 1777-ci ildə Saratoqi döyüşündən sonra bu məsədlə Dövlət departamenti yaradılmış və Dövlət Katibi postu təsis olunmuşdu. ABŞ-ın ilk Dövlət Katmbi Robert Lvinqston olmuşdu. Lakin Dövlət departementinin XIX yüzilliyin sonlarına qədər cəmi 80-ə qədər əməkdaşı var idi.


14.2. Istiqlaliyyət müharibəsinə Avropa dövlətlərinin münasibəti.

ABŞ-ın qarşısında duran əsas vəzifə Avropa dövlətinin dəstəyini əldə etmək və İngiltərənin təcridinə nail olmaq idi. Buna yeddi illik müharibədən çox az vaxt keçməsi və Avropa dövlətləri arasında ziddiyyətlərin qalması da imkan yaradırdı. Amerikan diplomatiyasının istiqlaliyyət ərəfəsində əsas diqqəti Fransaya yönəltməsi aşağıdakı faktorlarla bağlı idi:



  • Fransa güclü idi və İngiltərə ilə rəqabət üzərində qurulan mqnasibətlərə malik idi;

  • Fransa kral sarayı İspaniya və Avstiya ilə sülalə müqavilələrinə əsaslanan münasibətlərə malik idi. Bu isə Fransanın dəstəyinin qazanılacağı təqdirdə bir neçə Avropa dövlətləri tərəfindən müdafiə olunmağa imkan yaradırdı;

  • Fransanın ABŞ-ı dastəkləməsi ehtimalı böyük idi. Çünki ABŞ-da genişlənmiş maarifçilik ideyalarının inkişafında Fransız maarifçiliyi mühüm rol oynayırdı. Fransız maarifçilərinin ingilis və amerikan maarifçiləri ilə əlaqəsinin tarixi böyük idi. Amerikan maariflərinin dahilərindən olan B.Franklin Fransada daha məşhur idi, hətta əsərləri iki dəfə fransız maariflərindən Bomarşe tərəfindən nəşr olunmuşdur;

  • Fransa başda olmaqla Avropa dövlətinin koalisiyası İngiltərənin dənizlərində hegemonluğunun qarşısına almaq gücündə idi.

Məhz bu məqsədləri rəhbər tutan kontinental konqres Fransa ilə danışıqlara İstiqlaliyyət bəyannaməsi elan olunandan qabaq başlamaq qərarına gəldi. Amerika koloniyalarına hələ 1765-ci ildən Fransa xarici işlər nazirliyindən 2 ticarət agenti göndərilmişdi ki, bunlar qitədə baş verənləri diqqətlə izləyirdilər. Digər tərəfdən fransa maarifçilərinin bir çoxu, habelə koloniyalarda maarifçilik ideyalarını yaymaqla məşğul olan şəxslər sərgilərdə tez-tez görüşmək imkanına malik idilər. B.Franklin bir sıra fransız xadimləri ilə məhz İngiltərədə görüşmüşdü.

Bir qayda olaraq o dövrkü diplomatiya, səfir və yaxud nümayəndə kimi bir neçə nəfəri başqa ölkəyə göndərirdi. Iqtisadi ehtiyatların məhdudluğu üzündən 1775-ci ilin ortalarındaABŞ-dan Avropaya yalnız kontinental konqresin üzvü Saylaz Din göndərilmişdi. Onun başlıca vəzifəsi təkcə Fransada yox, həm də Fransada yerləşən xarici ölkə səfirlikləri ilə iş görməkdən, koloniyaların dəstəklənməsinə nail olmaqdan ibarət idi. S.Din Avropaya B.Franklinin iki məktubunu gətirirdi. Birinci məktub arxitektor Le Ruaya, ikincisi isə həkim Barbe Dübura ünvanlanmışdı. Amerika qitəsində baş verənlərdən məlumatı olan fransız mütləqiyyəti yaranmış imkana fürsət kimi baxsa da İngəltərə ilə münasibəti pozmamaq üçün S.Din rəsmi şəkildə qəbul olunmamışdı.

Lakin Fransa Amerikan koloniyalarında antiingilis əhval-ruhiyyəni düzgün qiymətləndirərək ABŞ-ın dəstəklənməsi üçün lazım olan bir sıra addımları atdı. Ilk növbədə formal şəkildə Amerika ilə ticarət əlaqələrini intensivləşdirmək məqsədi olan saxta «Rodriqo Qortales» ticarət firması təsis olundu. Həmin firmanın vasitəsi ilə qısa müddət ərzində Amerikaya 21 mln. livr dəyərində silah-sursat və hərbi ləvazimat göndərilmişdi. Sonralar C.Vaşinqton Fransanın bu köməyinin Amerikanın müstəqilliyi üçün böyük əhəmiyyət kəsb etdiyini söyləmişdi.

Saylas Din duymuşdu ki, «Rodriqo Qortales» firması hökumət tərəfindən dəstəklənir və istiqamətləndirilir. Lakin bu informasiyanı az sonra Fransaya gələn B.Franklinlə bölüşdürməmişdi. Bu ehtiyatlılıq sonralar İngiltərəyə Fransaya birbaşa müharibə etmə bəhanəsi verməmişdi. Ingilis gəmiləri «Rodriqo Qortales» firmasının bütün gəmilərini ya müsadirə edir, ya da batırırdı. Franklinin başçılığı altında 5 nəfərlik missiyanın Avropaya qədəm qoyması və istiqlaliyyət bəyannaməsinin qəbulundan sonra ABŞ-ın rəsmi nümayəndə kimi tanınması böyük əhəmiyyətə malik idi.

Fransadakı İngiltərə səfiri Stormont B.Franklinin Fransaya buraxılmaması haqqında Fransa Xarici İşlər Nazirliyinə məktub təqdim etmişdi. Lakin XİN Şarl de Ferfe Franklinin Parisə daxil olmasını belə motivləşdirmişdi ki, Franklinə Parisə gəlməməsi haqqında məktub göndərilmişdi. Lakin məktub ləngidiyinə görə Franklin Parisə daxil olmuşdu. Fransa kimi maarifçi dövlətin okeanın o tayından gəlmiş nümayəndəni Parisdən çıxarılması “mədəniyyətsizlık olardı” demiş və bununla da İngiltərənin tələbi yerinə yetirilmədi. Franklinin Fransa missiyasında iki məqsəd güdülürdü:


  • Fransa ilə iqtisadi və hərbi sahədə ittifaqa nail olmaq.

  • Ingiltərə ilə birbaşa danışıqlara nail olması.

İngiltərə ilə silahlı mübarizənin xüsusilə gərgin olan bu dövründə II məqsədə nail olmaq o qədər də asan deyildi. 1777-ci ildə baş vermiş Saratoqi döyüşü mübarizə meydanında çox şeyi dəyişdi. Təkcə ABŞ yox həm də İngiltərədə birbaşa danışıqlara maraq göstərməyə başlanmışdı. Şarl de Verjenin xəfiyyələri franklinin Parisdəki fəaliyyətini diqqətlə izləyirdi. Franklin isə Parisdə yerləşən bütün dövlətlərin səfirlikləri ilə əlaqələrə malik idi. Onun vaxtı ilə İngiltərə parlamentinin üzvü olması İngiltərə nümayəndələri ilə olan danışıqlara da imkan yaradırdı.

B.Franklin Bomarşe tərəfindən Şarl de Verjenə təqdim olunsa da xarici işlər naziri onu XVI Lüdovikə təqdim etməyə tələsmirdi. Bu da Franklini fəaliyyət diapazonunu genişləndirməyə vadar edirdi. Franklinin apardığı danışıqları diqqətlə izləyən Deverjen bu danışıqların birbaşa mərhələyə keçməsini gördükdən sonra Fransanı ABŞ-a dəstəyinə diplomatik status vermək qərarına gəldi. Çünki, Deverjenin danışıqları uzatması İngiltərə ilə birbaşa əlaqələrin yaradılmasına bununla da vasitəçilikdən götürəcəyi dividentləri əngəlləməsinə səbəb ola bilərdi.

Uzun sürən diplomatik danışıqlar 1778-ci iln fevralında ABŞ ilə Fransa arasında ticarət və hərbi ittifaq müqaviləsinin imzalanmasına səbəb oldu. Müqaviləyə əsasən Fransa donanması ABŞ tərəfində hərbi əməliyyatlara girmək imkanı əldə etdi. Avropa sarayları heç də könüllü şəkildə Franklinin missiyasını qəbul etmək istəmirdi. Onlar baş vrmiş hadisəyə müstəmləkələrin metropoliyaya ağ olması kimi baxırdılar və öz müstəmləkələrinin taleyi üçün narahatlıq keçirirdilər. Avropa monarxlarının heç biri ABŞ istiqlaliyyətini tanımaq istəmirdi. Kəskin mövqedə Rusiya və İspaniya dayanırdı. İngiltərənin Avropa siyasətində yeritdiyi hegemonluq Avropa dövlətlərinin ona qarşı birləşməsini şərtləndirdi.

Əslində İngiltərə XI əsrdən sonrakı tarix boyu ilk dəfə Avropa dövlətlərinin diplomatik mühasirəsi ilə qarşılaşdı. İstiqlaliyyət bəyannaməsinin elan olunmasına münasibətdə kontinental konqresdə ciddi ziddiyyət yarandı. Konqresin çoxluğu bilirdi ki, müstəqilliyin elan olunması Avropa dövlətləri tərəfindən qəbul olunmayacaq. Lakin ayrı-ayrı siyasi xadimlər İngiltərəyə qarşı Avropa dövlətlərinin mənfi münasibətini əsas götürərək istiqlaliyyətin elan olunmasını tələb edirdilər. Nə Saylas Din, nə də Franklin və onunla birlikdə gələn nümayəndə heyəti heç bir rəsmi sənəd göstərməmişdilər. Franklin isə yalnız istiqlaliyyət bəyannaməsi elan olunandan sonra rəsmi olaraq öz etimadnaməsini təqdim etmişdi.


14.3. İngiltərənin beyməlxalq aləmdən təcrid olunması.

Fransa-ABŞ ittifaq və ticarət müqaviləsi imzalansa da ABŞ nümayəndə heyətinin başçısı kimi Franklin Fransadakı diplomatik korpusa təqdim olunmadı. Fransa höküməti ittifaq müqaviləsi imzalandıqdan sonra da gözləmə mövqeyi nümayiş etdirdi. ABŞ diplomatlarından Con Cey, Saylas Din və Franklin Avstriya, İspaniya, Niderland və Rusiya ilə diplomatik danışıqlar apardılar. Ancaq bu dövlətlərin ABŞ-ın istiqlaliyyətinin tanınması üçün qoyduğu şərt o idi ki, ABŞ-ın istiqlaliyyəti əvvəlcə İngiltərə tərəfindən tanınmalıdır.

Təsadüfi deyil ki, Rusiyadakı ABŞ nümayəndələri 1815-ci ilə qədər rus çarına audensiya əldə edə bilməmişdilər. Istiqlaliyyət müharibəsindəki uğursuzluqlarına baxmayaraq İngilis donanması dənizlərdə hegemonluğu saxlayırdı və cox vaxt Avropa dövlətlərinin ticarət gəmiləri bundan ziyan çəkirdi. Rodriqo Qonsales firmasının gəmilərinin təhlükəsizliyini təmin etmək üçün Fransa müdafiə tədbirləri görmüş və bu məqsədlə 8 hərbi gəmi ayrılmışdı. Ispaniya və Hollandiyanı İngiltərəyə qarşı təhrik edən başlıca səbəb hər iki ölkəyə məxsus ticarət gəmilərinin daha çox zərər çəkməsi idi.

Rusiyada yaranmış vəziyyət diqqətlə təhlil edildikdən sonra İngiltərə kralı III Georqun məktublarına baxmayaraq Rusiya dənizlərdə və okeanlarda naviqasiyanın təhlükəsizliyini təmin etmək üçün müdafiə tədbirlərinin görülməsi zərurətini Avropa dövlətlərinin və İngiltərənin nəzərinə çatdırdı. 1780-ci ildə Rusiyada bitərəflik bəyannaməsi meydana gəlmişdi. Üç mühüm şərti nəzərdə tuturdu.

- Hərbi əməliyyatlara qoşulmayan bitərəf dövlətlərin gəmiləri hərbi əməliyyatların getdiyi dövrlər istisns olunmaqla bütün limanlara maneyəsiz daxil ola bilərdi.

- Bu gəmilərdə kontrabandadan başqa hər cür mal daşına bilərdi.

- Bitərəf dövlətlərin gəmilərinin təhlükəsizliyi təmin olunmalı idi.

Təsadüfü deyil idi ki, 1780-83-cü illərdə bütün Avropa dövlətləri bəyannamənin şərtlərini qəbul etmiş və bu zəmində silahlı bitərəflik liqası adlanan bütün Avropa dövlətlərini birləşdirən cəmiyyət yaranmışdı. Bununla da İngiltərənin beynəlxalq aləmdən tam təcrid olunması başa çatmışdı. Artıq 1778-ci ildən etibarən İngiltərənin sülh danışıqlarına meyilli olması aydın şəkildə görünürdü.

Fransadakı İngiltərə səfiri Starmont Parisi tərk etdikdən sonra İngiltərə ilə ABŞ arasında diplomatik danışıqlar üçün Hollandiya və Rusiya seçilsədə Franklinin müqaviməti üzündən bu ideya reallaşa bilmədi. Franklin hesab edirdi ki, İngiltərə ilə sülh müqaviləsi yalnız Fransanın vasitəsi ilə bağlanmalı idi. Gənc amerikan diplomatiyası daha çevik fəaliyyətə meyilli idi.

Təsadüfi deyildi ki, İngiltərə ilə danışıqlar sonralar xəyanətkar olması məlum olan Eduard Bankroft tərəfindən aparılmalı idi. Sonra bu işi Con Cey reallaşdırdı. ABŞ gələcək gərginliklərə yol verməmək üçün yalnız istiqlaliyyətin tanınması və İngiltərə ilə normal münasibətlərin yaranmasını şərt kimi irəli sürürdü. 1783-cü il Paris müqaviləsinin I bəndi də məhz bundan ibarət idi. Ingiltərə Amerika koloniyalarının istiqlaliyyətini tanıyırdı. Müqavilənin sonrakı bəndlərində ticarət, iqtisadiyyat sahəsində münasibətlər qaydaya salınır, siyasi baxımdan aktual olan bir sıra məsələlər nizamlanırdı.

ABŞ-ın istiqlaliyyətinin tanınmasından az sonra Avropada baş verən hadisələr ABŞ liderlərini ölkənin strateji inkişaf yolları haqqında düşünməyə vadar etdi. Ilk ABŞ prezidenti Vaşinqton ABŞ-ın Avropa işlərindən kənarda qalması haqqında tövsiyyə vermiş və sonralar panamerikanizm adını almış siyasi cərəyan bu zəmində köklənmişdi.

Məlum olduğu kimi, 1778-ci il müqaviləsinə əsasən Fransa ilə müttəfiqlik münasibətləri quran ABŞ Fransaya qarşı Avropa dövlətlərinin koalisiyasına qarşı mübarizədə iştirak etməli idi. Buna isə Amerikanın nə hərbi, nə də iqtisadi gücü çatmırdı.



Belə bir şəraitdən çıxmaq üçün 1791-ci ildə ABŞ-ın bitərəfliyi ilə bağlı ilk sənəd meydana gəldi. 1793-cü il bəyannaməsi isə həmin bitərəfliyə hüquqi status verdi. Təsadüfü deyil ki, Fransa inqilabının nümayəndəsi Edmond Jenenenin ABŞ missiyası məhz bununla əlaqədar olaraq uğursuzluqla nəticələnmişdi. ABŞ-ın götürdüyü siyasi kurs XIX əsrin 20-ci illərində Monro doktirinası ilə təsbit olundu və ABŞ bu strateji kursa 1939-cu ilin 14 noyabrına qədər sadiq qaldı. Monro doktrinası ilk dəfə olaraq dünyanın iki sistemə bölünməsini bəyan edirdi. “Panamerikanizm, Amerika amerikalılar üçün” şüarları və Amerikaarası konfranslar ideyası formalaşmış, Amerika dövlət təşkilatı II dünya müharibəsindən sonra buna əsasən yaradılmışdı.

Mövzuya dair suallar

  1. İngiltərənin Şimali Amerikadakı müstəmləkələrində milli oyanış və metropoliyaya qarşı azadlıq hərəkatının başlanması.

  2. Amerikan maarifçiliyinin müstəqillik ideyaları.

  3. I kontinental konqres və koloniyaların fəaliyyətinin əlaqələndirilməsi. Gizli müxbir komitələri.

  4. İstiqlaliyyət bəyannaməsinin qəbulu və amerikan diplomatiysının ilk addımları.

  5. Amerikada istiqlaliyyat müharibəsinə Avropa dövlətlərinin münasibəti.

  6. Franklinin Avropa missiyası.

  7. ABŞ-ın hərbi uğurları və İngiltərənin Avropa diplomatiyasının uğursuzluğu.

  8. ABŞ Fransa ittifaq və ticarət müqaviləsi.

  9. İstiqlaliyyət müharibəsinə Rusiyanın münasibəti. 1780-cı il bəyannaməsi.

  10. Silahlı Bitərəflik Liqasının yaradılması və İngiltərənin beynəlxalq aləmdən təcrid edilməsi.

  11. Paris sülh müqaviləsi və ABŞ-ın istiqlaliyyətini tanıması.

  12. XVIII əsrin sonu XIX əsrin əvvəllərində ABŞ-ın xarici siyasəti. Monro doktrinası.


Ədəbiyyat

    1. Аптекер Г. Американская революция. М., 1962

    2. Болоховитвинов Н.Н. Росия и война США за независимость (1775-1783). М., 1976

    3. Болоховитвинов Н.Н. Становление русско - американских отношении. 1775-1815. М., 1996

    4. Война за независимость и образование США. М., 1976

    5. Ефимов А.В. Очерки истории США. От открытия Америки до окончания гражданской войны. (1492-1870). М., 1958

    6. История внешней политики и дипломатии США. 1775-1867 / Отв. ред. Г.П.Куропятник. М., 1997

    7. История США в 4.т. Т.1-2. М., 1983-1985.

    8. Краснов Н.А. США и Франция: дипломатические отношения. 1775-1801 гг. М., 2000

    9. Куропятник Г.П. Американская революция, М., 1961

    10. Новая история стран Европы и Америки. Первый период. М., 1986.

    11. Севастьянов Г.Н. Томас Джефферсон. М., 1976

    12. Согрин В.В. Идейные течение в Американской революции XVIII в. М., 1980

    13. Согрин В.В. Джефферсон. Человек, мыслитель, политик. М., 1989

    14. Согрин В.В. Основатели США: исторические портреты. М., 1983

    15. Степанова О.Л. 4 июля 1776. М., 1976

    16. Франклин Б.Избранные произведения. М., 1956

    17. Фурсенко А.А.. Американская револьюция и оброзования США. Л., 1978

    18. Яковлев Н.Н. Вашингтон. М., 1976

    19. Рявкин А.В. История международных отнашений в новое время. М., 2004.

XV Mövzu

Böyük Fransa burjua inqilabı ərəfəsi və dövründə

Avropada beynəlxalq münasibətlər
XVIII əsrin 80-ci illərinin sonlarından etibarən Fransada feodal-mütləqiyyət quruluşunun böhranı olduqca kəskinləşdi. Fransanın dövlət borcu 1774-cü ildəki 1.5 milyard livrdən, 1788-ci ildə 4,5 mlrd livrə çatmışdı. Milli büdcənin kəsiri 126 mln. livr təşkil edirdi.

Yaranmış böhrandan çıxmaq üçün kral XVI Lüdovik 1614-cü ildən sonra çağrılmayan Baş ştatların çağırılmasına razılıq verdi. Baş ştatrlar maliyyə və vergi islahatlarının keçirilməsində krala yardımçı olmalı idi.

1788-ci ilin ortalarından etibarən güclənməkdə olan xalq hərəkatı 1789-cu ilin yazı üçün ən yüksək nöqtəyə qalxmışdı. Bu dövr xalq kütlələrinin 450 çıxışı olmuşdu. Xalq kütlələrinin təzyiqi altında 1789-cu il mayın 5-də Versalda Baş ştatlar işə başladı. Seçilmiş 1139 deputatın 578 nəfəri üçüncü silkin, 561 nəfəri isə birinci və ikinci silkin (ruhanilər – 291 deputat, zadəganlar -270 deputat) nümayəndələri idilər.

Mütləq monarxiya dövründə Fransa xarici işlər nazirliyi ərazi prinsipi üzrə bölünən iki siyasi idarəyə ayrılmışdı: birinci idarə Qərbi və Mərkəzi Avropra dövlətləri, habedə Amerika ilə diplomatik münasbətlərə rəhbərlik edirdi. İkinci isə –Şərqi və Cənubi Avropa və Skandinaviya dövlətləri ilə münasibətləri həyata keçirirdi.

XVIII yüzilliyin sonları üçün Fransız mütləqiyyət aparatında xarici işlər idarəsi müstəqil nazirliyə çevrilmiş və ona uzun müddət Şarl de Verjen rəhbərlik etmişdir. İnqliab ərəfəsində Fransa Avropanın bütün ölkələri və bir sıra şərq ölkələri ilə diplomatik əlaqələrə malik idi. Fransız kralları diplomatik münasibətlərin normal saxlanması üçün bir neçə vasitədən istifadə edir ki, bunların içərisində nigah və sülalə müqaviləsi mühüm yer tutur. Fransa 1761-ci ildə sülalə müqaviləsini İspaniya ilə bağlamışdı. İlk ziddiyət bilavasitə sülalə müqaviləsinin üstündə baş vermişdi.

1789-cu il 14 iyul üsyanından və Bastiliya qalası alındıqdan sonra, özünü Milli Məclis elan etmiş III silkin deputatları xarici siyasət məsələlərinə müdaxilə etməyə başladı. 1790-cü il mayında İngiltərəyə müharibə elan etmək məsələsi üstündə kralla Milli Məclis ilk dəfə kəskin şəkildə toqquşdu. 1790-cı il üçün İspaniya ilə İngiltərə arasında müharibə ehtimalı ortaya çıxmışdı. 1761-ci il sülalə müqaviləsinə görə Fransa İspaniyaya yardım etməli idi, lakin Milli Məclis qəti şəkildə buna qarşı çıxdı və xarici siyasət məsələləri ilə yaxından məşğul olmaq üçün başda qraf Mirabo olmaqla daimi «Diplomatik komitə» yaratdı. 1791-ci il dekabrda qəbul edimliş xüsusi dekretə görə, «fransız xalqı həmişəlik işğalçılıq müharibələrindən əl çəkir və başqa xalqların azadlıqlarına qarşı hərbi qüvvə istifadə etməyəcəyini» bəyan edirdi.

Xarici siyasət məsələləri əvvəllər bilavasitə kral sarayının əlində olduğu üçün səfir göndərilməsi məsələsini də saray həll edirdi. Həmin səfirlər isə yaranmış şəraitdə kralın göstərişi ilə Fransaya xarici müdaxilənin təşkili ilə məşğul olur, intriqa aparırdılar. Təsadüfi deyildi ki, kralla gizli əlaqədə olan qraf Mirobo özü də etiraf edirdi ki, xarici dövlətlərdəki Fransa səfirlərinin hamısı dəyişdirilməlidir. 1791-ci il martda 7 səfir dəyişdirilmişdi.

Mövcud tətqiqatlara görə, Fransa Burjua inqilabının tarixi və diplomatiyası 3 mərhələdən keçir:

I mərhələ-1789-cu ilin iyununda başlamış 1792-ci ilin 10 avqust üsyanına qədər. Bu mərhələdən xarici suyasət məsələləri bilavasitə kralın prereqativi olsa da baş ştatlar vəya qanun verici məclislə kral arasında xarici siyasət sahəsində səlahiyyətlilərin boşluğu baş verir.

II mərhələ-1792-ci ilin 10 avqustundan başlamış 1793-cü ilin 31 may üsyanına qədər davam edir. Bu mərhələ I respublikanın jirondist mərhələsi adlanır. Xalq siyasəti məsələləri jronda nümayəyəndələri tərfindən həyata keçirilir.

III mərhələ-1793-cü ilin 2 iyulundan 1794-cü ilin 27-nə qədər davam edir. III mərhələ inqilabın yakobin diktaturası dövrünün mərhələsi hasab olunur. Xarici siyasət məsələləri əvvəllər kralın tam şəkildə səlahiyyətlərinə daxil olduğuna görə səfirlərin göndərilməsi məsələsi də sarayın əlində idi. Bu mərhələdə xaricə göndərilən səfirlər, yalnız kralın göstərişini həyata keçirirdi. Qraf Merabo təsadüfi olaraq demirdi ki, Fransanı xaricdə təmsil edən səfirlərin hamısı olmasa da heç olmasa yarısı edam olunmağa layiqdir. 1791-c ilin martı üçün 7 ölkədəki səfir dəyişdirilmişdi.

Inqilabın I mərhələsində xarici siyasət məsələləri ilə diplomatik komitə məşğul olurdu. Milli məclisdə aparılmış müzakirələrdə sonra qərara alındı ki, xarici siyasətlə bağlı təkliflər diplomatik komitə tərəfindən hazırlanmalı, kral tərəfindən təsdiq edilməli odi. 1792-ci ilin avqustuna qədər sol qüvvələrin monarxiyanı devirmək fikri olmalıdır. Çünki bu Avropa dövlətinin Fransaya qarşı müharibəsinə səbəb olardı.

Diplomatik komitədə başlıca yeri Merabo və Toleyran tuturdu. Sonradan məlum olduki, hər ikisi XVI Lüdovikin göstərişlərinə əsasən fallıq göstərirdilər. Fransa ilə Roma Papası arasında münasibətlərin qırılmasına da məhz bu zaman start verilmişdi. Dini fəzifələrin bir sıra mərhələlərini keçmiş Toleyran kilsə torpaqlarının milliləşdirilməsi haqqında xüsusi qanun hazırlamlşdı ki, buna görə də Roma Papası Fransa ilə diplomatik münasibətləri kəsmiş və Toleyranı lənətləyərək kilsədən xaric etmişdi. Roma Papası ilə Fransa arasında münasibətlər 1801-ci ildə bağlanmış konqordata əsasən qaydaya salınmışdı. Toleyran 1789-1792-ci ilin iyununa qədər milli məclisin deputatı olmuş, sonra isə öz təşəbbüsü ilə İngiltərəyə I koalisiya qüvvələrini diplomatik yolla dağıtmaq üçün göndərilmişdi. Toleyranın təkrar Fransaya qayıdışı 1796-cı ilin ortalarına aiddir. I Napoleonun konsunlluğunun yaradılmasında təşkilatçılardan biri kimi Toleyran konsulluq və imperiya dövrünün əvvələrində (1799-1807) Fransanın xarici işlər naziri postunu tutmuşdu.

Inqilabın I dövründə Fransanın qəbul etdiyi qərarların içərisində “İnsan və vətəndaş hüquqlarına dair bəyannamə” xüsusi yer tuturdu. Həmin bəyannamədə Fransa xarici siyasət vasitəsi kimi müharibələrdən imtina etmək öhdəliyi götürürdü. Bu ideya ABŞ-da qəbul olunmuş İstiqlaliyyət bəyannaməsinin nəticəsi kimi ilk Fransız konstitutsiysında öz əksini tapmışdı. Fransada hadisələrin gərgin­liyini artıran əsas məsələrdən biri XVI Lüdovik və Mariya Antuanettanın qaçması ilə əlaqədar “Varen” böhranı adı almış epizod olmuşdu. Inqilabın hadisələrin ilk günlərində Fransız ordusu kralın itaətindən çıxmış, Anrinin başcılıq etdiyi Milli qvardiya isə inqilabın tərəfinə keçmişdi.

Yaranmış şəraitdə kral yalnız xarici dəstəklə Fransada hakimiyyətini bərpa edə bilərdi. Bu məqsədlə 1791-ci il iyunun 20-dən 21-nə keçən gecə kral və arvadı Mariya Antuanettanın paytaxtdan qaçışı təşkil olundu. Sonradan məlum oldu ki, krala və arvadına xarici pasportu rus səfiri vermişdir. Lakin kralın ehtiyatsızlığı üzündən Varen şəhərində poçt müdiri Jan Dürye onları tanıdı və hər ikisi tutularaq geri qaytarıldı. Doğrudur, kral özünün zorla qaçırılması haqqında Qanunverici məclisə məlumat versə də, yaranmış gərginliyi azaltmaq mümkün olmadı. Kralın qaçışını pozmuş poçt müdiri isə konvent tərəfindən mükafatlandırıldı və Paris perfekturalarından birinə rəis təyin olundu. Bu hadisədən sonra Milli Məclis xarici siyasət məsələlərini bütünlüklə öz əlinə aldı.

XVIII əsrin sonları üçün Avropa diplomatiyasında başlıca rolu iki dövlət – İngiltərə və Rusiya oynayırdı. İngiltərədə xarici siyasət məsələlərinə 1783-cü ilin dekabrından etibarən lord Çatamanın oğlu kiçik Uilyam Pitt rəhbərlik edirdi. O, bu vəzifədə 1783-1801 və 1804-1806-cı illər arasında (ölümünə qədər) olmuşdur. Pittin başlıca məqsədi İngiltərəni blokadadan qurtarmaq, Fransa və Rusiya əleyhinə Avropa dövlətləri ilə ittifaq yaratmaq idi. Məhz onun səyi nəticəsində 1787-91-ci illərdə rus-türk müharibəsi baş verdi. 1788-ci ildə İsveç kralı III Qustav Peterturqa hücum etdi. Lakin Fransa burjua inqilabı kontinentdə qüvvələr nisbətini pozduğu üçün İngiltərə Fransaya qarşı koalisiyanın təşkilatçılarından biri oldu.

Rusiya imperatoru III Yekaterinanın hakimiyyəti illərində (1762-1796) xarici işlər kollegiyasına qraf Osterman başçılıq edirdi. Kraliça xarici siyasət məsələlərində knyaz A.A.Bezborodko, Potemkinə daha çox üstünlük verirdi.

XVIII əsrinsonlarından etibarən Rusiyanın başlıca diqqəti Fransa inqilabına yönəlmişdi. II Yekaterina Fransada inqilab xəbərindən sonra 2 həftə xəstə yatmış, sonralar XVI Lüdovik və arvadının Parisdən qaçışını təşkil etmək üçün Fransadakı rus səfiri Simolinə müvafiq göstərişlər vermişdir. II Yekaterina Müəssislər məclisini 1200 başlı əjdaha adlandırır və göstərirdi ki, Fransaya sərsəm və canilər dəstəsi başçılıq edir.

Varen böhranı eyni zamanda Fransanın ətrafında hərbi diplomatik mühasirə həliqəsinin güclənməsinə səbəb oldu. Məlum olduğu kimi Fransa inqilabının ilk dövrləri də daxil olmaqla Avropada İngiltərə-Prussiya bloku ilə İspaniya, Fransa, Rusiya, Avstriya bloku arasında ziddiyyətlər güclü idi. Fransa burjua inqilabının monarxiya mərhələsində Rusiyanın Fransaya münasibəti dəyişməmişdi. Rus knyazı olan Potyomkin,Bezborotko və başqaları II Yekaterinanın Fransada baş verən hadisələrin daimi olmadığına inandırmağa çalışrdılar.

Buna baxmayaraq Fransız mühacirləri Rusiyada hörmətlə qarşılanır, dövlətin himayəsinə götürülür, vəzifə də verilirdi. Bir qədər sonra vəziyyət ciddi şəkildə dəyişdi. Rusiya –Prusiya və Avstriya –Rusiya ziddiyətlərinin mövcudluğuna baxmayaraq tədricən o, 2 dövlətlə münasibətlərin yaxşılaşmasına çalışırdı. Bəhs etdiyimiz dövr İngiltərə-Rusiya ziddiyətlərinin də kəskinliyi ilə səciyələnir. Hətta vəziyyət əgər İngiltərənin sənaye burjuaziyası işə qarışmasaydı müharibə aparacaqdı. İngiltərə burjuaziyası Rusiya ilə ticarətdə, Rusiya vasitəsi ilə Şərqölkələri ilə ticarətlərdən çox gəlir götürürdü. Buna baxmayaraq Böyük Pit nəyin bahasına olursa olsun Rusiyanın Qara dəniz sahillərində möhkəmlənməsini istəmirdi.

Bu dövrdə Rusiyanı İngiltərədə istedadlı səfir qraf Vorontsov təmsil edirdi. Vorontsov İngiltərədəki parlament müxalifətinin üzvləri ilə yaxın əlaqədə idi. II Yekatrina arxayın idi ki, İngiltərənin Rusiyaya müharibə elan etməsi baş tutmayacaq. Bəhs olunan dövrdə İngilis-rus ziddiyətlərinin kəskinləşməi Türkiyə ilə sıx bağlı idi. Cənuba və cənub-şərqə doğru irəliləyən Rusiya artıq Qara dənizin şərq sahilinə və Cənubi Qafqaza nüfuz etməkdə idi. İngiltərə isə Cənubi Qafqazın Rusiyanın əlinə keçməsinə razı deyildi.

Məhz İngiltərənin təhriki ilə 1787-1791-ci illər II Rus-Türk müharibəsi baş vermişdi. Lakin İngiltərənin hərbi-siyasi köməyinə baxmayaraq Rusiya Oçakov qalasını ələ keçirmiş, Qara dəniz sahillərinə çıxış yaratmış və burada donanma yerləşməsi üçün konkret tədbirlər görməyə başlamışdı. 1791-ci ilin yayında imzalanmış Yassı sülh müqaviləsini Rusiyanın Krımda möbqelərini gücləndirmiş, ümumiyyətlə Rusiya Şimali Qafqaza sahiblənməyə başlamışdı. Şərqi Gürcüstanla georgiyevsk traktatı imzalanmışdı. Lakin Fransada monarxiyanın devrilməsi İngilis-Rus rəqabətini arxa plana keçirdi. II Yekaterinanın dövründə Rusiya-Prussiya münasibətləri də gərginlik içində olmuşdur.

Prussiyanın İngiltərə ilə yaxınlığı Polşanın I bölgüsündə iştirak etmiş dövlətləri bir-birinə qarşı qoymuşdur. Rusiya-Avstriya münasibətləri kifayət qədər isti olmuşdu. Buna baxmayaraq təkrar bölgüsü ərəfəsində Rusiya diplomatik çeviklik göstərmiş, Avstriya-Polşanın II bölgüsündən kənalaşdırılmışdı.Monarxiya dövründə xarici siyasət məsələləri ilə qraf Merabonun başçılıq etdiyi diplomatik komitə məşğul olurdu. Komitə 12 üzvdən təşkil olunmuş, lakin üzvlərinin 1/3-i bir neçə aydan bir dəyişdirilirdi. Smolinin qraf Merabo ilə yaratmağa çalışdığı münasibətlər Merabonun ölmü üzündən yarımçıq kəsildi.

1792-ci il fevralın 7-də Avstriya ilə Prussiya Fransaya şarşı ittifaq müqaviləsi bağladılar, beləliklə Fransaya qarşı I koalisiya meydana gəldi. Müqaviləyə görə, tərəflərin hər biri Fransaya qarşı 20 min nəfər əsgər çıxarmalı idi.

I koalisiyanın yaranması qannuverici məclisi qəti qərarlar qəbul etməyə sövq edirdi. 1792-ci il 15 marda kral məclisin tələb ilə general Dumuryeni (jirondistlərə yaxın idi) xarici işlər naziri təyin etdi. Yepiskop Taleyran koalisiyaya qarşı yardım əldə etmək ümidi ilə İngiltərəyə göndəildi, lakin nəticəsiz qaldı.

Qanunverici məjlis (1791-ci il oktyabrda açılmışdı) 12 nəfərdən ibarət Diplomatik komitə yaratdı ki, ona jirondist Briesso başçılıq edirdi.

1791-ci ilin sonlarına doğru Rusiya-Türkiyə müharibəsi başa çatdıqdan sonra Avropa dövlətlərinin Fransaya qarşı koalisiyası təşkilati xarakter almağa başlamış və 1792-ci ilin 7 fevralında Avstriya-Prussiya hərbi ittifaqını şərtləndirmişdi. Hərbi sazişin şərtlərinə görə tərəflərin hər biri Fransaya qarşı 20 minlik ordu çıxarır. Prussiya ordusunun təchizatını isə Avstriya öz üzərinə götürürdü. Mövcud tədqiqatlarda bu Fransaya qarşı birinci koalisiyasının yaradılması kimi təqdim olunmuşdu. Avstriya-Prussiya hərbi ittifaqının yaranmasından dərhal sonra Rusiya, İspaniya, İngiltərənin bu ittifaqa cəlb olunması ətrafıda diplomatik mübarizə yarandı.

Lakin Fransa, Avstriya,Prussiya hərbi ittifaqının qüvvələrinin təşkil olunmasına imkan verməmək üçün özü hadisələri qabaqlamaq qərarına gəldi. Fransa konventi 1792-ci il aprelin 20-də Avstriya iyunun 6-da Prussiyaya müharibə elan etdi. Lakin Fransa ordusunun vahid hərbi komandanlığa malik olmaması müharibə cıbhələrindıki uğursuzluqları şərtləndirdi. Fransız diplpmatiyası Avstriya-Prussiya ittifaqına İngiltərənin qoşulmasına imkan verməmək üçün Taleyranı xüsusi missiya ilə İngiltərəyə göndərdi.

Vəziyyətin ağırlığı 10 avqust 1792-ci il üsyanı ilə nəticələndi. Kral və ailəsi həbs edilib Tampl qalasına salındı. Sentyabrın 22-də Fransa Respublika elan edildi. Jirondist Lebren xarici işlər naziri təyin edildi. Ədliyyə naziri Danton xarici siyasət məsələlərində başlıca rol oynayırdı. 1792-ci ilin sonları üçün Fransa ərazisi müdaxiləçilərdən təmizləndi. Bu Fransa əleyhinə koalisiyanın güclənməsinə səbəb oldu. 1793-cü ilin martında koalisiyaya İngiltərə, Avstriya, Prussiya, Rusiya, İspaniya, Hollandiya, bir neçə alman knyazlığı, Sardiniya və Neapol daxil idilər.

Rusiya ilə Prussiya Polşanın ərazisini 1793-cü ilin yanvarında ikinci dəfə bölüşdürdülər.

Fransanin hərbi uğursuzluqları 1792-ci ilin 10 avqust üsyanını şərtləndirdi. Lakin bu zaman təsadüfən kral sarayındakıgizli arxiv aşkarlandı. Arxivdə parlamentin ayrı-ayrı üzvləri ilə kral arasındakı əlaqələrin olmasını müəyyənləşdirən sənədlər aşkarlandı. O, cümlədən qraf Merabonun krala 1, Taleyranın isə iki məktubu tapıldı. Konvent onları vətən xainləri adlandırsada Merabo ölmüş, Taleyran İngiltərəyə getmişdi. Konvent Taleyranın geri çağrılmasına nail olsa da, Taleyran Hollandiyadan sığınacaq istədi.

Ancaq buna nail olmayaraq 1792-ci ildə Amerikaya köçdü. 10 avqust üsyanından sonra Fransa ətrafında həm daxili, həm də xarici vəziyyət gərginləşdi. Doğrudur, monarxiyanı ləğv etmək üçün kifayət qədər sübutlar toplanmışdı. Lakin qanunverici məclis və ya konvent bütün Avropa ilə müharibə aparmaq iqtidarında deyildi. Lakin konventdəki siyasi mübarizə respublika tərəfdarlarının üstünlüyü ilə nəticələndi. 1792-ci il sentyabrın 21-də monarxiya devrildi, 22-də isə Fransada I Respublika yaradıldı (1792-1804).

Artıq Respublika elan olunandan sonra xarici siyasət məsələləri tam şəkildə konventin əlində cəmləşdi. Jirondist respublikası 1792-ci ilin sonu üçün müdaxiləçilərin Fransa sərhədlərindən uzaqlaşmasına nail oldu. 1793-cü ilin əvvəllərində etibarən Fransaya qarşı koalisiya qüvvələrinin sıraları da genişləndi. Ingiltərə və Rusiya Fransaya qarşı hərbi əməliyyatlarda birbaşa iştirak etməyə başladı. Lakin Jirondist diplomatiyası hərbi əməliyyatlardan daha çox siyasi mübarizəyə, diplomatik danışıqlara üstünlük verirdi. Təsadüfü deyil ki, Jirondistin dövründə xarici siyasət məsələlərinə rəhbərliyi öz əlinə alan Ədliyyə naziri Danton bütün danışıqları şəxsən həyata keçirirdi. Xarici işlər naziri Levren Dantonla yaxın əlaqəli şəkildə fəallıq göstərirdi. Lakin siyasi sabitliyi pozulmuş Fransada ölkənin siyasi həyatına tez-tez müxtəlif qüvvələr çıxırdı ki, bunlardan biri də Yakob monastırının yetirmələri olan yakobinçilər idi. Fransanın siyasi həyatına inqilabi terror siyasətin zor gücünə davam etməsi yakobinçilərin adı ilə bağlıdır.

1792-ci ilin hərbi əməliyyatlarının uğursuzluğu I koalisiya qüvvələrinin daha da güclənməsini şərtləndirdi, eyni zamanda bu Rusiya-İngiltərə, Rusiya-Prussiya arasında ziddiyətləri tam şəkildə arxa plana çəkdi. Rusiyanın Fransa sərhədlərin daha cox yaxınlaşmaq niyyəti bu dövrdə Fransada başlamış inqilabi hadisələri diqqətlə izləyən və onun təsiri ilə yeni ixtişaşların məkanına çevrilən Polşada baş verən hadisələr II bölüşdürməni şərtləndirdi. Polyak şlyaxtasının fəallaşması Polşanın müstəqilliyi ilə bağlı olmuşdu. Lakin bu fəallaşma Polşaya II faciənə gətirdi, belə ki, Rusiya-Prussiya diplomatiyası Avstriyaya bildirmədən Polşa ərazisinin II bölüşdürülməsini həyata keçirdi. Rus qoşunları Polşanın cənub-qərb vilayətlərinə daxil oldular. Yalnız bundan sonra Avstriya Polşanın ikinci bölüşdürülməsindən xəbər tutdu. 1792-ci ilin mart-apreli üçün qüvvətlənmiş koalisiya qüvvələrinin yenidən Fransanın ərazisinə daxil olması Jirondist hakimiyyətinin ömrünü qısaltdı.

1793-cü il 31 may- 2 iyun hadisələri nəticəsində Jirondist hakimiyyəti devrildi, yakobin diktaturası devrildi. Ilk tədbir ümumi hərbi mükəlləfiyətin tətbiq edilməsi oldu. Diktaturanın əvvəlləri xarici hərbi müdaxilənin yenidən uğursuzluğu ilə səciyyələnir. Belə ki, bir sıra yüksək vəzifəli şəxsiyyətlərin xəyanətinə və vandiya qiyamçılarının tərəfinə keçmələrinə baxmayaraq umumi hərbi mükəlləfiyyətlər Yakobin diktaturasına yarım millyonluq ordu yaratmasına imkan verdi.

Yakobin diktaturasının əvvəllərində bir sıra dəyişikliklərin içərisində xarici siyasətlə bağlı dəyişikliklər mühüm yer tuturdu. Belə ki, diktaturanın ilk günlərindən liberal görüşlü Xarici işlər naziri Lebren həbs edildi və dövlətə xəyanətdə günahlandırılaraq qliyatinə verildi. Daha radikal görüşlərə malik Dantonun yaxın adamı Deforq Xarici işlər naziri təyin olundu. Lebrin həbs edildi.

Diktatura XVI Lüdovikin tərəfdarı olan adamların da dövlətə xəyanət məsələsinə xüsusi yer ayırdı. Hələ 1793-cü ilin yanvarın 21-də yakobinçilərin ad-baad səsverməsindən sonra XVI Lüdovik də qlyatinə verildi. Oktyabrın 16-da Mariya Antuanettda başda olmaqla bir qrup dövlət adamı da dövlətə xəyanətdə ittiham edildi.

Yakobinçilər inqilabi terrora elə vüsət verdilər ki, bu onların ətrafında boşluğun yaranmasına səbəb oldu. Yakobinçilərin xarici siyasət sahəsindəki uğurları I koalisiyanın qüvvələrini də artırdı. 1793-cü ilin 3 senyabırı üçün antifransız koalisiyasının tərkibində Avstriya və Prussiya ilə yanaşı İngiltərənin, Rusiyanın, Hollandiyanın bir neçə alman knyazlıqlarının, İtalyan knyazlıqları Sardinya və Neapolun hərbi qüvvələrindən istifadə edildi. 1793-cü ilin sonlarından etibarən koalisiya qüvvələrinin üstünlükləri yenidən özünü göstərməyə başladıqda, Jirondist deputatların bir çoxu öz vəzifə və həyatları ilə vidalaşmalı oldular. Xarici siyasət tam şəkildə ictimayi nicat komitəsinin əlində idi.

Bilavasitə xarici siyasət məsələləri ilə Robespyer və Barrer şəxsən məşğul oldular. Robespyer XİN-nin strukturlarında da dəyişiklik etdi. 1794-cü ilin əvvəllərində nazirlik komissar Byuşo başda olmaqla 12 komissiya ilə əvəz olundu. Komissiyanın hər biri konkret fəaliyyət sahələri ilə məşğul olurdu ki, bu da xarici siyasətə dinamik xarakter verirdi. Diktatura dövründə Fransa yalnız 8 dövlətlə o, cümlədən Türkiyə, İsveç, ABŞ, danimarka, İsveçrə, Əlcəzair, habelə iki şəhərlə: Genuya və Cenevre ilə diplomatik əlaqələrə malik idi. Yakobin diktaurasının süqutu yakobinçilərin keçirdiyi terror əməliyyatı nəticəsində şərtlənmişdi.

Fransada fəaliyyət göstərən xarici kəşfiyyat ayrı-ayrı yakobin liderlərinin ləkələnməsi üçün şantajdan məharətlə istifadə edirdilər. Elə liderlər məhv edildi ki, bunlar diktaturanın sosial dayağını zəiflətdi. Artıq 1794-cü ilin mayında diktaturanın İngiltərədəki nümayəndəsi öz əlaqə kanalları vasitəsi ilə Robespyerə Fransada hazırlanmış qəsd haqqında məlumat çatdirmış, onun reallığı isə 9 termidor çevrilişi ərəfəsində özünü göstərmişdi.


Mövzuya dair suallar

  1. İnqilab ərəfəsində beynəlxalq şərait.

  2. Monarxiya dövründə Fransada xarici siyasət orqanlarının yaradılması və fəaliyyəti.

  3. İnqilabın I mərhələsində Fransanın xarici siyasəti.

  4. Fransa inqilabının Avropada dövlətlərarası münasibətlərə təsiri.

  5. Fransaya qarşı I koalisiyanın yaradılması.

  6. Jirondistlərin xarici siyasəti.

  7. Yakobin diktaturasının diplomatiyası.

  8. Burjua inqilabı dövründə Fransanın beynəlxalq əlaqələri.

  9. İnqilabın məğlubiyyəti və Termidor çevrilişinə Avropa dövlətlərinin münasibəti


Ədəbiyyat


  1. Orucov M. 1789-cu il Böyük Fransa burjua inqilabının tarixi, B.,1974

  2. Manfred A.Z. Napaleon Bonapart. B., 1993

  3. Борисов Ю.В. Шарль Морис Талейран. М., 1989

  4. Буржуазная и французкая революция. М., 1989 г.

  5. Буржуазные революции XVII-XIX вв. в современной зарубежной историографии. М., 1986, 277 с.

  6. Волгин В.П. Развитие общественной мысли во Франция в XVIII в. М., 1977

  7. гордон А.В. Падение жиронжистов: Народное восстание в Париже 31 – мая – 2 июня 1793 г. М., 1988

  8. Документы истории Великой французкой революции (сост. А.В.Адо и др.) М., 1990

  9. История Франции / Под.ред. А.З.Манфреда и др. Т.1. М., 1972.

  10. Короткин П.А. Великая французская буржуазная революция. М., 1983

  11. Манфред А.З. Великая Французкая буржуазная револьюция. М., 1983.

  12. Новая история стран Европы и Америки. Первый период. М., 1986.

  13. Нарочницкий А.Л. Междунаородные отношения накануне и во время Французской буржуазной революции XVIII в. (1763-1794). М., 1946

  14. Ревуненков В.Г.Очерки по истории Великой французкой буржуазной революции. Якобинская республика. Л., 1978

  15. Ревуненков В.Г.Очерки по истории Великой французкой буржуазной революции. Падение монархии. 1789-1792. Л., 1982

  16. Рявкин А.В. История международных отнашений в новое время. М., 2004.

  17. Собуль А. Первая республика 1792-1804. М., 1974

  18. Стегний П.В. Разделы Польши и дипломатия Екатерины II. М., 2002

  19. Талейран Ш.М. Мемуары. М., 1959

  20. Трухановский И.Г. Адмирал Нельсон. М., 1980


XVI Mövzu
1   ...   12   13   14   15   16   17   18   19   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə