A. M. AĞAyev s. C. Tağizadə




Yüklə 0.51 Mb.
səhifə3/15
tarix20.04.2016
ölçüsü0.51 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   15

Maddi istehsal sahəsində beynəlxalq əməkdaşlıq




Dünya istehsalı və beynəlmiləlləşmə prosesi. Hələ XIX əsrin ortalarında bütün dünyada yerli istehsal və lokal bazarlar üstünlük təşkil edirdi.O vaxt bütün əmtəə və xidmətlərin 90%-ə yaxını 200 km radiuslu məsafədən olan xammal və materiallardan hazırlanırdı və elə həmin hüdudlarda da məhsulların əksəriyyəti satılırdı.Bu gün inkişaf etmiş sənaye ölkələrində orta hesabla məhsul, xammal və materialların yarısı importdan alınır və ya xaricdəki filiallarda və törəmə şirkətlərdə istehsal olunur.Bu,sahibkarlıq fəaliyyətinin beynəlmiləlləşməsidir.İstehsalın beynəlmiləlləşməsinin tarixi mübadilə sferasından başlanmışdır.Xarici iqtisadi əlaqələrin müntəzəm dərinləşməsi yerli bazarları qlobal dünya bazarlarına çevirmişdir.Beynəlxalq ticarətin əsas inkişaf bazası ayrı-ayrı ölkələr arasında əmək bölgüsüdür.Ölkələrin beyəlxalq əmək bölgüsündə (BƏB)iştirakı təbii coğrafi faktorlardan ,istehsalın miqyasındakı fərqlərdən, məhsuldar qüvvələrin inkişaf səviyyəsindən asılıdır.Müasir dövrdə BƏB-dəki dərinləşmənin ağırlıq mərkəzi,sahələrarasından istehsalın sahədaxili ixtisaslaşmasına keçid edir.Hər sahədə müəssisə məmulatların müəyyən edilmiş növünü,detalları seçir.Hansı ki,öz güclərini bu istiqamətdə konsentrasiya edirlər.Bu məmulatlar eksporta göndərilir,elə həmin sahə üçün zəruri məmulatlar import olunur.Kooperasiya şəraitində beynəlxalq ticarət qabaqcadan razılaşdırılmış əmtəələrin göndərilməsi üzərində qalır.Bu halda ticarət müstəqil fəaliyyət sahəsi kimi deyil,əksinə istehsal prosesinin ayrılmaz elementi olur.Hazırda beynəlxalq kooperativ göndərmələri inkişaf etmiş Qərb ölkələrinin bir çox sənaye sahələrinin məhsulunun dəyərinin 50-60%-nə çatır.Beləliklə,beynəlxalq ixtisaslaşma və kooperativləşmənin dərinləşməsi milli kapitalın əmtəə və pul formasında əhəmiyyətli hissəsinin tam dövriyyəsini beynəlxalq əsaslarla həyata keçirir.Öz növbəsində,BƏB-nün inkişafı sahibkarlıq kapitalının birbaşa və portfel investisiya formalarında,dünya səviyyəsindəki hərəkətinə gətirib çıxarır.Əksər ölkələrin iqtisadiyyatına dərin surətdə tətbiq olunan xarici kapital,onların təkrar istehsal prosesinin tərkib hissəsi olmuşdur.İstehsalın beynəlmiləlləşməsi təkcə sahibkar kapitalının hərəkəti ilə deyil,həm də xarici iqtisadi əlaqələrin digər formaları ilə də bağlıdır.Bu,Transmilli korporasiyaların (TMK),işin yerinə yetirilməsi və ya ayrı-ayrı əmtəələrin göndərilməsi üçün xarici şirkətlərlə bağladıqları müqavilələri əhatə edən beynəlxalq subkontraktasiyasıdır;TMK-lara xarici şirkətlərin işində iştiraka imkan verən və patentdən istifadəyə görə gəlir alan lisenziya sazişləridir. İstehsalın bəynəlxalq bəynəlmiləlləşməsinin yeni keyfiyyətli inkişaf mərhələsi beynəlxalq iqtisadi inteqrasiyadan ibarətdir.Xarici iqtisadi mübadiləni və istehsal sferasını əhatə etməklə,o,ayrı-ayrı ölkələrin milli təsərrüfatlarının qarşılıqlı əlaqəsinə və qarşılıqlı asılılığına gətirib çıxarır,vahid regional təsərrüfat komplekslərinin yaradılmasına kömək edir.Müasir dövrdə iqtisadi inteqrasiya regional xarakterə malikdir.Məsələn,Qərbi Avropa ölkələrinin Avropa Şurasında (AŞ) birləşməsi, Şimali Amerikanın-Şimali Amerika azad ticarət assosasiyasında (NAFTA) birləşməsi, Latın Amerikasının-Latın Amerika azad ticarət assosasiyasında (ZAFTA) birləşməsi və s. Beləliklə, dünyanın iqtisadi prosesləri kapitalın, beynəlxalq şəbəkəsində, əmək bölgüsünün dərinləşməsində, inteqrasiya proseslərinin inkişafında özünü əks etdirərək müxtəlif ölkələrin təsərrüfat həyatının beynəlmiləlləşməsinə gətirib çıxartmışdır.

Maddi istehsal sferasında beynəlxalq ixtisaslaşma və kooperativləşmə. Maddi istehsal sferasında BƏB-nün əsas formaları beynəlxalq ixtisaslaşma və kooperativləşmədir. Beynəlxalq ixtisaslaşma ayrı-ayrı ölkələrin müəyyən məhsul növünün buraxılmasında ixtisaslaşmanı nəzərdə tutur.Bu məhsul nəinki daxili tələbatı ödəmək üçündür,eləcə də digər dövlətlərin ehtiyaclarını təmin etmək üçün istehsal olunur.İstehsalın beynəlxalq ixtisaslaşması (İBİ) iki istiqamətdə inkişaf edir - ərazi və istehsal.İBİ-nin ərazi aspekti ayrı-ayrı ölkə və regionların, istehsalına daha yaxşı şərait olan məhsul növləri üzrə ixtisaslaşmasını bildirir.İxtisaslaşmanın bu istiqamətinə təbii-coğrafi faktorlar əsas təsir göstərən amillərdir.Məsələn,Yaxın Şərq ölkələri nəhəng neft ehtiyatlarına sahib olmaqla onun hasilatı və dünya bazarında satışı üzrə ixtisaslaşırlar.İstehsal istiqaməti sahələrarası və sahədaxili ixtisaslaşmalara bölünürlər. Sahədaxili ixtisaslaşma da öz növbəsində predmet,texnoloji və detal ixtisaslaşmalarına bölünür. Sahədaxili ixtisaslaşmada da öz nöbəsində predmet,texnologiya və detal ixtisaslaşmalarına bölünür. Predmet ixtisaslaşması hazır məhsul istehsalı ilə bağlıdır.Məsələn; İngiltərə, Fransa və Almanya traktor istehsalçıları kimi təkərli maşın buraxılışı üzrə,İtalya və ABŞ isə,əsasən,tırtıllı traktor istehsalı üzrə ixtisaslanırlar.Hazır məhsul üzrə beynəlxalq ixtisaslaşmanın yüksək müxtəlifliyi komplekt avadanlıqların istehsalı üzrə ixtisaslaşmadır. Texnoloji əməliyyatlar üzrə ixtisaslaşma hər hansı məhsulun hazırlanmasında ayrı-ayrı əməliyyatların icrasında ölkələrin səylərinin cəmləşməsidir. Məsələn,alyumin istehsalında Rusiya və Macarıstanın əməkdaşlığını göstərək.Macarıstan Rusiyaya qlinoz göndərir. Alyumin istehsalı üçün tələb olunan elektroenerji məsrəfləri Rusiyada mövcuddur. Əridilmiş alyumin Macarıstana qayıdır. Deməli,texnoloji proseslər üzrə ixtisaslaşma baş verir.

Detallar üzrə ixtisaslaşma zamanı müxtəlif ölkələrin firmaları ayrı-ayrı detalları,aqreqatları istehsal edir,sonra isə onları hazır məhsulun yığımını həyata keçirən müəssisələrə göndərirlər.Bu cür ixtisaslaşma həmişə istehsalın beynəlxalq kooperativləşməsi ilə uyğunlaşır.Detallar üzrə ixtisaslaşma müasir mərhələdə ETİ-ilə bağlıdır.

İBİ-nin dərinləşməsi istehsalın beynəlxalq kooperativləşməsinin (İBK) meydana çıxması və inkişafı ilə qaçılmaz əlaqədardır. İBK müxtəlif ölkələrin ayrı-ayrı firmaları arasında təsadüfi xarakterli sabit və uzun müddətli əlaqələrin formalaşdırılmasını bildirir. İBK zamanı tərəfdaşların münasibətləri biləvasitə istehsal prosesinin üzərinə keçir.İBK xüsusiliyi ondan ibarətdir ki,burada müxtəlif ölkələrin müəssisələri arasındakı istehsal əlaqələri uzun müddətli olur. Buna uyğun olaraq göndərmələr haqqında müqavilə davamlı müddətdə bağlanır, göndərmələrin özü isə sabit və müntəzəm xarakter daşıyır. İBK bir neçə ölkənin müəssisələrinin şəylərini birləşdirmədən həlli mümkün olmayan iri iqtisadi vəzifələrinin reallaşmasına kömək edir. Bu vəzifələrə iri sənaye obyektlərinin inşasını misal göstərmək olar. Məsələn;La-Manş altında dəmiryolu tunelinin tikintisi Böyük Britanya və Fransa firmalarının birgə fəaliyyəti ilə həyata keçirilmişdir.Beynəlxalq kooperativləşmənin iki əsas növü mövcuddur:1. İkitərəfli-əlaqələrdə iki müəssisə iştirak edir 2. Çoxtərəfli-müxtəlif ölkələrin bir neçə müəssisəsi kooperasiyada iştirak edir.

İBK üç əsas formada həyata keçirilir:

1.Podrat kooperativləşmə-tərəflərdən biri digər tərəfə müəyyən işi,qabaqcadan şərtləşmiş tələblərlə icra etməyi tapşırır.

2.Müqaviləli ixtisaslaşma.İştirakçılar öz aralarında istehsal proqramını bölürlər. Nəticədə istehsalın təkrarlanması azalır, bazarda birbaşa rəqabət də həmçinin azalır.

3.Müştərək müəssisələr-Birgə istehsal fəaliyyətini həyata keçirmək üçün dünyanın müxtəlif ölkələrinin təsərrüfat subyektləri vahid təşkilati formada kapitalı birləşdirirlər. Maddi istehsal sahəsində beynəlxalq ixtisaslaşmanın və beynəlxalq kooperativləşmənin dərinləşməsi və inkişafı təsərrüfat həyatının beynəlmiləlləşməsinə və dünya təsarüfatının bütövlükdə qloballaşdırılmasını gücləndirir.

Transmilli korporasiyalar(TMK) istehsal sahəsində əməkdaşlığın əsas forması kimi. TMK Beynəlxalq Kooperativ biznesinin güclü və inkişaf etmiş hissəsini özündə əks etdirir,vahid dünya təsərrüfatının formalaşmasında aparıcı rol oynayır.TMK-nın əsas xarakteristikaları bunlardır:inhisar vəziyyətində olan yetərincə iri ölçüdə firmalardır,beynəlxalq istehsal strukturunun mövcudluğu,firmaların fəaliyyətində və ümumi dövriyyələrində xarici əməliyyatların yetərincə olan payı,vahid qlobal strategiyanın mövcudluğu,firmanın maraqlarına xidmət edən xarici bölmələrin tabeçi fəaliyyəti.

TMK-ların müxtəlif növləri mövcuddur:



  1. Ənənəvi TMK-lara bir neçə ölkədəki firmalarla birgə baş şirkət aiddir.

  2. Çoxtərəfli TMK-baş şirkət və nisbətən müstəqil xarici filialların məcmusundan ibarətdir

  3. İnteqrasiya olunmuş TMK-fəaliyyət sferasını maksimum beynəlmiləlləşdirməyə çalışan şirkətdir.

  4. Şəbəkəli TMK-digər şirkətlərə əməkdaşlıq münasibətlərinin inkişafına üstünlük verən,firmalararası müqavilələr əsasında öz fəaliyyət sferasını və funksiyalarının bir hisəsini beynəlmiləlləşdirməyə cəhd edən şirkətdir.

TMK-nın müasir mərhələdə inkişafının əsas istiqamətlərindən biri-istehsalın beynəlxalq inteqrasiyasının formalaşdırılmasına və genişləndirilməsinə kömək edən müxtəlif təşkilati strukturlu işgüzar əlaqələrin kombinələşdirilməsindən ibarətdir.TMK elmi texniki fəaliyyətə böyük əhəmiyyət verirlər.TMK dünyanın inkişaf etmiş ölkələrinin elmi-texiki potensialının əsas hissəsinə nəzarət edirlər ki,bu da onlara dünya texnologiya bazarlarında aparıcı rol oynamağa imkan verir.TMK-ın payına elmi-texniki biliklərin mübadiləsinin 80%-i düşür.TMK avtomobil, EHM, aviakosmik, əczaçılıq və müdafiə sənayesində firmalar arasında strateji alyansların geniş yayılmasına gətirib çıxarır.TMK-cəmiyyətin beynəlmiləlləşməsində ən güclü agentdir. Çox da böyük olmayan ”Filips” TMK-nı misal gətirək, Dünyanın 40 ölkəsində özünün istehsal filallarını yaratmışdır.Dünyanın 60 ölkəsində isə məhsul satışi üzrə onun firmaları vardır. Beləliklə, TMK dünya iqtisadiyyatına beynəlmilləşdirirlər. İstehsal prosesi isə qlobal xarakter qazanır.
1   2   3   4   5   6   7   8   9   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə