A. M. AĞAyev s. C. Tağizadə




Yüklə 0.51 Mb.
səhifə11/15
tarix20.04.2016
ölçüsü0.51 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   15

Rusiya Federasiyası (RF) və dünya
təsərrüfatında onun rolu



Sosial-iqtisadi inkişafda xarici iqtisadi faktorun rolunun qiymətləndirilməsi. RF keçmiş SSRİ-nin varisidir. Lakin əvvəlki mövqeyi tamamilə itirilib. Bazar iqtisadiyyatı yaratmaqla RF dünya təsərrüfatına, beynəlxalq hüquq münasibətlərinə hörmətlə yanaşan və əməl edən bərabər hüquqlu tərəfdaş kimi daxil olmağa çalışır. RF-nın müasir vəziyyətində başlıca olaraq xarici iqtisadi faktorun rolunun əhəmiyyətli dərəcədə yüksəlməsi hiss olunmaqdadır.

RF dünyada ən böyük ərazi(17.4 mln km) və təxminən 150 milyon nəfər əhaliyə malikdir.(Bu göstərici üzrə dünyada 6-cı yeri tutur).Ölkədə kömür və karbohidrogen ehtiyatları zəngindir.Belə ki, dünya ehtiyatlarının ümumi həcminin 20% -ə qədəri bu ölkədə yerləşir. 1990-1998-ri illərdə UDM-un həcmi 40% aşağı düşmüş və 1999-cu ildə təxminən 0.8 trln. dollar təşkil etmişdir.RF bu göstərici üzrə dünyada 8-ci yeri tutur.Adambaşına düşən UDM-un səviyyəsinə görə RF ortasəviyyəli dövlətlər qrupuna aiddir(təxminən 6220 dollar) və dünya iqtisadi iyearxiyasının beşinci pilləsində qərar tutur.

İstehsalın strukturu bütövlükdə sənayedən ibarətdir ÜDM-də sənayenin payı-64%-dir. Lakin əsas yer yanacaq-energetika sahələrinə məxsusdur.Sənaye istehsalının strukturunda yanacaq-energetika sahəsi 64% təşkil edir.

Səmərəlilik baxımından Rusiya istehsalı inkişaf etmiş ölkələrin səviyyəsindən geridə qalır.RF-da məşğul əhalinin birinə düşən şərti xalis məhsul təxminən 20% təşkil edir. ABŞ-da bu rəqəm 24%, Yaponiyada isə 27%-dir.

Bazar iqtisadiyyatının əsaslarının formalaşdırılması xarici iqtisadi faktorun rolunu mahiyyətcə artırdı.Ölkənin iqtisadi inkişafı geriləmə ilə xarakterizə olunsa da, bu proses davam etdirildi.Lakin yeni məqsədlər,yeni vəzifələr,nəhayət, iqtisadi sistemin başqa xarakterdə olması,xarici iqtisadi əlaqələri iqtisadi artımın əhəmiyyətli faktoru kimi nəzərdən keçirilməsini tələb etdi.1997-ci ildə eksport kvotası (yaxın xaric ölkələri ilə xarici əlaqələr hesaba almaqla) 16.5%təşkil etdi.Müasir xarici iqtisadi əlaqələrin xüsusiyyəti ondan ibarətdir ki,onların strukturunda yaxın xarici ölkələr ilə münasibətlər geniş inkişaf zonasına malikdir.Bu ölkələrin üzərinə (yəni yaxın xarici ölkələrin )xarici iqtisadi fəaliyyətin təxminən 60%-i düşür.RF-nın xarici ticarətində əmtəə dövriyyəsinin həcmi 1998-də 132.4 mlrd dolları ötdü.Burada eksport-75 mlrd dollar,import 57.4 mlrd dollar təşkil etdi.Bu keçmiş sovet xarici ticarətin səviyyəsindən 1990-dakı 20%-dən çoxdur və1992-ci ilin səviyyəsini 40% ötür.Xarici iqtisadi fəaliyyətin həcmindəki artım son 2-3 ildə ölkənin iqtisadi situasiyasında olan ciddi dəyişiklikləriəks etdirir.1998-ci ilin avqustundakı maliyyə böhranı RF-da iqtisadi şəraiti köklü şəkildə dəyişdirdi.1996-1997-ci illərdə infilyasiya aşağı idi.Lakin 1998-ci ildə inflyasiyanın səviyyəsinin 12% olması bir qədər süni xarakter daşıyırdı ki,bu da rublun (1 dollara olan münasibətin 6 rubl səviyyəsində qalması) valyuta kursunun qorunması ilə əlaqədar idi.Qızıl valyuta ehtiyatlarının azalması ,neft və neft məhsullarına dünya qiymətinin kəskin aşağı düşməsi Rusiya hökumətini xarici borcların ödənilməsini dondurmağa və rublun devalvasiyasına məcbur etdi.Bununla yanaşı rublun devalvasiyası eksportun artımını stimullaşdırır.Lakin,ölkədəki çətin maliyyə situasiyası eksportun inkişaf səviyyəsinə çıxmasına imkan vermir və importun əhəmiyyətli dərəcədə sıxışdırılmasına şərait yaratmır.

RF-da hələlik investisiya prosesinin intensivləşdirilməsinə səylər hiss olunmur.Sənaye istehsalının həcmi 1998-ci ildə 3%i güclə ötürdü.Bu da iqtisadi artım haqqında ciddi danışmağa əsas vermir.Bir sıra sahələrdə istehsalın həcmi aşağı düşməkdə davam edir.Xarici iqtisadi əlaqələrin strukturu hələ də yaxşı deyildir.Eksport strukturunun həcminin 75%-dən çoxunu yanacaq-xammal məhsulları,o cümlədən neft və təbii qaz təşkil edir.Əlvan metallar eksportun təxminən 56%-ni təşkil edir.İslahat illərində ölkənin təbii resurslarının eksportdakı payı artıb.Bunun müqabilində hazır məhsulun payı aşağı düşüb.Bu gün bu pay o qədər azdır ki,RF-nın iqtisadiyyatının böhran xarakterli olduğunu aydınlaşdırır.Hələlik durğunluq dəf olunmuşdur.Odur ki,RF-nın xarici iqtisadi əlaqələrindəki keyfiyyətli və səmərəli yeniləşmələrdən danışmaq çətindir.



Xarici iqtisadi fəaliyyətin liberallaşdırılması və xarici iqtisadi əlaqələrin idarə edilməsinin yeni mexanizmi. RF-da xarici iqtisadi fəaliyyətin liberallaşdırılması bazara keçidin reallaşdırılması çərçivəsində birinci növlü tədbir kimi həyata keçirilmədi.Bu prosesin başlanğıcı 15 noyabr 1991-ci ildə”Xarici iqtisadi fəaliyyətin liberallaşdırılması”haqqında RF-nın Prezidentinin fərmanı ilə qoyuldu.1992-ci ildə RF BVF-na daxil oldu və daxili valyuta bazarını formalaşdırdı.Xarici iqtisadi fəaliyyətin(XİF) subyektləri əməliyyatların xarici valyuta ilə həyata keçirilməsinə hüquq əldə etdilər.

İslahatların ilk illərində XİF –in həyata keçirilməsinə dövlət nəzarəti zəif idi.Eksport və imporçular özlərinin şəxsi mənafeləri baxımından qərar qəbul edirdilər.Ona görə də ümumdövlət mənafeləri,RF-nın xarici iqtisadi maraqlarında təhlükəsizliyi çox vaxt arxa plana keçirdi .Həmçinin, islahatların ilk illərində,təəssüf ki,RF-nin xarici iqtisadi əlaqələrinin inkişafının vahid konsepsiyası işlənməmişdir.Xarici əlaqələrin idarə olunmasının yeni mexanizmi tədricən yaradılırdı.Onun yaradılması son dərəcə qeyri-ardıcıl və məntiqsiz tədbir kimi görünməklə, bütövlükdə vahid sistem olaraq formalaşmadı və bəzən də məntiqsizlik baxımından bir-birinə ziddiyət təşkil etdi.Açıq daxili bazar üzrə tədbirlər sərt inzibati məhdudiyyətlərlə əvəz olunurdu.

Vahid xarici iqtisadi siyasətin hazırlanmasında 7 iyul 1995-ci ildə “Xarici ticarət fəaliyyətinin dövlət tənzimlənməsi haqqında” RF qanunu özünün əhəmiyyətli rolunu gördü.Bu qanunda ölkənin uzun müddətli xarici iqtisadi siyasətinin konturları (cizgiləri) müəyyən edilməklə iqtisadi suverenliyin qorunması və dünya təsərrüfatına Rusiya iqtisadiyyatının səmərəli inteqrasiyasına şəraitin təmin olunması kimi əsas məqsədlər öz əksini tapdı.

Xarici iqtisadi əlaqələrin idarə olunması sistemində birinci dərəcəli əhəmiyyətə -RF prezidentinin, Dövlət Dümasının ,hökumətin qərarları malikdir.

Idarəetmə strukturunda Dövlət Gömrük Komitəsi (DGK)vahid gömrük siyasətini həyata keçirməklə vacib rol oynayır.DGK öz fəaliyyətini 1994-dən RF-da fəaliyyətdə olan gömrük kodeksi çərçivəsində həyata keçirir.1993-də yaradılmış valyuta və eksporta nəzarət üzrə RF federal xidməti orqanı da vacib tənzimləyici rola malikdir.Bu orqana RF-dan kapitalın “qaçışının”qarşısını almaq vəzifəsi həvalə olunub.1992-99-da RF-dan 100 mlrd dollardan çox vəsait aparılıb.

RF-nın Mərkəzi Bankı rublun valyuta kursu üzrə vahid siyasəti həyata keçirir,ölkənin beynəlxalq maliyyə-kredit təşkilatlarında maraqlarını təmsil etməklə xarici iqtisadi əlaqələrin tənzimlənməsində xüsusi əhəmiyyət daşıyır.

RF-da mütəmadi olaraq xarici ticarət siyaətinin klassik aləti olan bazar tipinə məxsus iqtisadiyyat formalaşdırılır.

İmportun təmzimlənməsində gömrük vergiləri,rüsumları xarici ticarətinin əsasını təşkil edir.Lakin ölkədən məhsulların çıxarılmasını təmzimləyən eksport rüsumları və qeyritarif vasitələri də mövcuddur.Onlar importun məhdudlaşdırılmasının inzibati tədbirləri kimi (kvatalar, lisenziyalar, kompensasiyalı rüsumlar, texniki və istehlak standartları) fəaliyyət göstərirlər.Bu tədbirlər eksportun stimullaşdırılması istiqamətində iqtisadi vasitələrdən istifadə edilməsi ilə uyğunluq təşkil edir.Bunlara məqsədli kreditlər, dövlət tədarükü,eksport kreditlərinin siğortası və investisiya, vergilər, yığımlar aiddir.



RF beynəlxaq iqtisadi təşkilatlarda. Müasir şəraitdə RF XİF-nin iştirakçısı və dünya təsərrüfatının aktiv funksioneri kimi beynəlxalq,dünya təsərüfatı münasibətlərində iştirakda özünün mövqeyinə təzədən nəzər yetirir.RF dünya təsərüfatı sisteminə yalnız ümumi əsaslarla,bütün beynəlxalq hüquqi aktlara və müqavilələrə hörmət etməklə daxil olur.

Hazırda RF 300-dən çox beynəlxalq təşkilatlarda iştirak edir.BMT və onun himayəsi altında fəaliyyət göstərən beynəlxalq iqtisadi təşkilatların ölkə üçün əhəmiyyəti böyükdür.Bu sistemdə BMT-nin iqtisadi və sosial şurası vacib yer tutur. Bu orqan sosial-iqtisadi problemlərin bütün spektrlərini özünün çoxşaxəli fəaliyyəti ilə əhatə edir.Bu orqan çərçivəsində konkret istiqamətlərdə məşğul olan çoxlu komissiya və komitələr mövcuddur;sosial inkişaf üzrə komisiya,təbii resurslar üzrə komitə,statistika üzrə komissiya və s. Bu orqanlarda ekspert kimi dəvət olunmuş rusiyalı mütəxəsislər də iştirak edirlər və işləyirlər.

BMT-nin iqtisadi və sosial şurasının bölmələri komissiya səviyəsində ayrı-ayrı qitələrin sosial iqtisadi inkişafı sahəsində kordinasiya fəaliyyəti funksiyasını həyata keçirir. Belə komissiyaların sayı 5-dir. Bunlardan Asiya və sakit okean üçün iqtisadi və sosial komissiya (ECKATO),Afrika üçün iqtisadi komissiya (EKA) və başqalarını göstərmək olar.

Rusiya təşkilatları və müəssələri BMT –nın xususi fond və praqramlarında aktiv fəailiyyət göstərirlər:Uşaq Fondu,Əhali Fondu,Ümumdünya Ərzaq Proqramı.

Rusiya,ümumdünya səhiyyə təşkilatı (ÜST),Beynəlxalq əmək təşkilatı,Mülki aviasiya təşkilatı kimi iri beynəlxalq təşkilatlarda iştirak edir.Rus mütəxəsisləri Asiya,Afrika və Latın Amerikası ölkələri üçün nəzərdə tutulan bir çox proqramlarda təşəbbüsçü kimi çıxış etmişlər.

1992-ci ildə RF,beynəlxalq ticarət hüququ üzrə BMT-komisyasının,əmtəələrin alqı-satqısı haqqında beynəlxalq müqavilənin iştirakçısı oldu.1995-ci ildə taarif və ticarət üzrə beynəlxaq razılaşmaya daxil oldu.

Rusiyanın Beynəlxalq Ticarət Təşkilatına daxil olmasının əsas mahiyyəti ondan ibarətdir ki,ölkə eksportunun beynəlxalq əmtəə bazarlarına yolu azad olsun. 2006-cı ilin sona yetməsinə baxmayaraq,RF-nı hələ də bu təşkilata üzv götürməyiblər.

Beynəlxalq Valyuta Fondunun himayəsində fəaliyyət göstərən beynəlxalq valyuta-kredit təşkilatına RF-nın daxilolma faktı xüsusilə əhəmiyyətlidir. RF-nın 1992-ci ildə BVF-na daxil olması,ölkə üçün dünya təsərüfatı proseslərində iştirakının daha səmərəliliyinə imkan yaratdı.Bu iştirak sayəsində RF BVF-nın,həmçinin Beynəlxalq İnkişaf və Yenidənqurma Bankının (BİYB) kreditlərindən istifadə imkanı əldə etdi.

1996-ci ildə 7 il müddətinə bu ölkəyə10.4 mlrd dollar həcmində kredit ayrıldı.Bu kredit keyfiyyətli struktur tədbirlərin keçirilməsi məqsədilə verilmişdir.

RF-nın BİRB ilə əməkdaşlığı da xususi çəkiyə malikdir.Bu bank böyük məbləğdə kredit ayırmışdır.Bu kreditlər Rusiya iqtisadiyyatının inkişafı üçün sahəvi proqramların maliyyələşdirilməsinə istiqamətləndirilmişdir.

1993-97-ci illərdə təsərrüfat fəaliyyətinin ayrı-ayrı sahələrinin maliyyələşdirilməsi üçün 9 mlrd. dollar həcmində kredit almışdır.Alınmış vəsaitlərdən istifadə olunması bir sıra iqtisadi sahələrin texniki və təşkilati rekonstruksiyası üzrə tədbirlərin həyata keçirilməsinə,eksport bazasını inkişafı üçün yaxşı əlavə məhsul yaratmaq imkanını verəcəkdir.

Dünyada qüvvələrin yeni düzülüşü və dünya təsərrüfatında mövqeyi. Dünya siyasətində və dünya iqtisadiyyatında son 7-10 ildə əhəmyətli dəyişikliklər baş vermişdir.Bu dəyişikliklər əsas qüvvələrin düzülüşünə aiddir. Belə dəyişmələr dünya təsərrüfatı münasibətlərin strukturunda keyfiyyətli yeniləşməyə şərait yaratmışdır.Dünya sosializm sisteminin süqutu,qarşılıqlı İqtisadi Yardım Şurasının (QİYŞ)1991-ci ildə ləğv olunması,SSRİ-nin dağılması və onun əsasında yeni müstəqil dövlətlərin qurulması muasir dünyada qüvvələrin geosiyasi düzülüşündə əhəmiyyətli dəyişikliklərə gətirib çıxartdı.Başlıca dəyişikliklər ondan ibarətdir ki,”kapitalizm-sosializm” qarşıdurmasına son qoyuldu.Keçmiş sosialist düşərgəsi indi kapitalist dünyasına yaxınlaşmaqdadır. Əvvəlki hakim qüvvələr dünyanı 3 əsas hissəyə bölmüşdülər: Qərb (inkişaf etmiş ölkələr), Şərq (sosialist ölkələr), Cənub(inkişaf etməkdə olan ölkələr). İndi isə Qərbin varlı dövlətləri və Asiya, Afrika, Latın Amerikasının kasıb dövlətləri, MDB ölkələri bir-biri ilə mübarizə aparırlar, həmçinin Şərqi Avropa dövlətləri məlum ölçüdə aralıq mövqeyində dururlar.

Rusiyanın geopolitik vəziyyəti,muasir dünyada ikili xassəyə malikdir.O,SSRİ-nin dünya aləmində varisi kimi çıxış edir,Bu baxımdan RF böyük dövlət yerini tutmalı,daha doğrusu dünyada baş verən prosesləri əhəmyyətli şəkildə təsir etməlidir.Bununla yanaşı,hərbi-siyasi və iqtisadi cəhətdən Rusiyanım rolu keçmiş SSRİ ilə müqayisədə aşağıdır.Ərazisinin ölçüsünə və əhalisinin sayına, nəhəng təbii-təsərrüfat potensialına, muasir nüvə-raket silahına sahib olması RF-nın böyük dövlət kimi inkişafı üçün prinsipial əsaslar yaradır.BMT-də SSRİ-nin varisi kimi çıxış edən və digər beynəlxalq təşkilatlarda təmsil olunan RF, dünyada yüksək mövqeyə iddia etməyə hüququ vardır.Təsadüfi deyildir ki, aparıcı ölkələr onu dünya “səkkizliyinin” bərabərhüquqlu iştirakçısı kimi tanıyırlar.

RF SSRİ-nin xarici iqtisadi əlaqələrinin həcminin 70%-nə varis oldu.Yeri gəlmişkən,1991-1993-də əmtəə dövriyyəsi daha 20% azaldı.Yalnız 1994-dən sonra Rusiyanın xarici ticarətinin həcmində artım müşahidə olundu.Son illərdə Rusiyanın bir çox vacib əmtəə bazarlarında iştirakı kəskin şəkildə azalmışdır.80-ci illərin ortalarında SSRİ 26 hazır məhsul bazarında aparıcı mövqe tuturdu.İndi isə bunu Rusiyaya şahil etmək çətindir.Rusiya təçkilatları (hələ sovet təçkilatı kimi) silah bazarında hökmranlıq edirdilər.80-ci illərin sonunda bu bazarın 38%-i SSRİ-nin,20%-i isə ABŞ-ın payına düşürdü.Amerika mütəxəssislərin hesablamalarına görə, 2000-ci ildə ABŞ-in bu sahədəki payı 60%,Rusiyanın payı isə cəmi 5-6%-dir.Bununla bərabər, Rusiya dünya təsərüfatında layiqli yer tutmaq üçün güclü potensiala malikdir.Hər şey iqtisadi böhranın sürətlə dəf olunması və iqtisadi tərəqqidən asılıdır.Rusiyanın dünya bazarlarında möhkəmlənməsinin digər faktoru effektli xarici iqtisadi siyasət sayəsində mümkündü.Burada əsas yer gömrük tariflərinə məxsus olmalıdır. Xarici iqtisadi siyasət öz təsirinin dəqiq priortetlərini hazirlamalıdır.Ən vacib problemlər bunlardır:

1. Elmtutumlu sahələrin məhsullarının istehsalı üçün xarici iqtisadi əlaqələrin strukturunun əhəmiyyətli dərəcədə yaxşılaşdırılması;

2. Qərbin inkişaf etmiş ölkələri ilə bərabərhüquqlu ticarətin səviyyəsinə nail olmaq;

3. Rusiya eksportşularının dünya tucarətində əvvəlki mövqelərinə qayıtması;

4. Xarici borcların təmzimlənməsi probleminin həllindən sonra Rusiyanın dünya iqtisadiyyatındakı mövqeyini mahiyyətcə yaxşılaşdırmaq mümkündür. Rusiyanın London və Paris klublarına daxil olması bu vacib problemin həllinə ciddi kömək edir. Rusiyanın 1999-ci ildə debitor borcunun həcmi 142 mlrd dollardır.Eyni zamanda,Rusiya 147 mlrd dollar qiymətləndirilən kredit borca malikdir.Borcun tənzimlənməsi Rusiyanı real kredit qabiliyyətli ölkəyə çevirər və xarici iqtisadi potensialın möhkəmləndirilməsi üçün gözəl şəraiti təmin edər.

1   ...   7   8   9   10   11   12   13   14   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə