9. Qidalanma ilə bağlı xərclər




Yüklə 35.14 Kb.
tarix14.04.2016
ölçüsü35.14 Kb.
Hazırladı: Yunus Kazımov (AƏSMA)

9. Qidalanma ilə bağlı xərclər
Qidalanma ilə bağlı xərclər Azərbaycan Dövlət Tibb Universitetinin "Qidalanma gigiyenası və kommunal gigiyena" kafedrası tərəflndən əhalinin müxtəlif cins-yaş və peşə qrupları üzrə enerji məsrəflərinə müvafiq olaraq işlənib haznrlanmış minimal qida məhsulları dəsti əsasında müəyyən edilmişdir. Bu zaman respublika əhalisinin qida məhsullarmdan faktiki istifadə etməsinin dinamikası və əhalinin qidalanmasmın milli xüsusiyyətləri də nəzərə alınmışdır.

Minimal qida məhsulları dəstinə qida rasionunun kalorilik dərəcəsi- ni praktiki olaraq təmin edən, kimyəvi tərkib baxımmdan həm kəmiyyət, həm də keyfiyyətcə tam dəyərh sayılan bütün zəruri qida məhsulları nəzərdə tutulmuşdur. Həmin məhsullar bunlardır: çörək və çörək məh- sulları, ət və ət məhsulları, süd və süd məhsulları, heyvan mənşəh yağlar, yumurta, bahq və bahq məhsulları, kartof, tərəfəz və bostan məhsullan, meyvə və giləmeyvələr, bitki mənşəh yağlar və marqarin, şəkər və qən- nadı məmulatı, digər ərzaq məhsulları. Bu qayda ilə tərtib edilmiş sutka- hq qida rasionuna daxil olan məhsulların kalorihk dərəcəsi adambaşma gündə 2607 kilokaloriyə (kkal) bərabərdir. Sutka ərzində tələb edilən kalorinin 11 faizi zülaharın, 24,5 faizi yağlarm, 64,5 faizi karbohidrogenlərin payma düşür.

Əmək qabihyyəth yaşda olan əhah üçün minimal qida məhsuUarı dəsti tərtib edilərkən, əməyin intensivhyinə görə müxtəlif qruplara daxil olan işçüərin orta statistik nümayəndəsi hesab edilən işləyən kişinin orqanizminin tələb etdiyi qida məhsuUarı dəsti əsas götürülür.

Yaşı 16-dan aşağı olan uşaqlar üçün ərzaq dəsti tərtib edilərkən, müvafiq yaş qrupu üçün zəruri qida məhsullanmn rasional istehlak nor- malarma ciddi riayət edilir. Məsələyə bu cür yanaşma onunla bağhdır ki, ^gor böyüməkdə olan nəslin ərzaq məhsulları istehlakı nomalan minimuma endirilsə, həmin nəshn nümayəndələri normal inkişaf edə bilməzlər.

Azərbaycan Respublikasmda 2009-cu il üçün yaşayış minimumu əmək qabihyyəth əhali, pensiyaçılar və uşaqlar üçün cədvəldə verilmişdir.
2009-cu il üçün Azərbaycan Respublikası üzrə yaşayış minimumu:


Ayhq dəyər

Əmək qabihyyəth əhah

Pensiyaçılar

Uşaqlar (0-14 yaş)

Ərzaq məhsulları

AZN


38,64

28,01

37,48

Qeyri-ərzaq malları AZN

12,81

10,96

14,62

Xidmətlər AZN

14,12

12,19

9,86

İstehlak səbətinin dəyəri AZN

65,57 1 51,16

61,96

2009-cu il üçün yaşayış minimumu ölkə üzrə 87 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 96 manat, pensiyaçılar üçün 68 manat, uşaqlar üçün 72 manat müəyyən edilmişdir. Ehtiyac meyarı isə 65 manat məbləğində təsdiq edilmişdir.

«Yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanu- nunun 3.2-ci maddəsinə və «Yaşayış minimumu haqqmda» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr 170 nömrəh Fərmamna əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti 30 aprel 2009-cu il tarixh qərarı ilə «Azərbaycan Respublikasmda minimum istehlak səbətinin tərkibi»ni yeni redaksiyada təsdiq etmişdir

Bu qərara əsasən minimum istehlak səbətinə daxil olan ərzaq məh- sullarımn əmək qabihyyəth əhah, pensiyaçılar və uşaqlar üçün tərkibi və aorması cədvəl-də verilmişdir.


Ərzaq məhsullarnıın tərkibi və norması:





Ərzaq məhsuüanıun adı

ölçü

vahidi


İstehlakın həcmi (orta hesabla adambaşma bir ildə)

əmək

qabiliyyətli

əhali


pensiya-

çılar


uşaqlar 0-14 yaş

Çörək və çörək məhsullan (una çevirməklə)

kq

150

109

98

Kartof

kq

46,7

36,5

40,2

Tərəvəz və bostan məhsulları

kq

95,7

85,5

101,2

Meyvə və giləmeyvə

kq

38

38

76

Ət və ət məhsullan

kq

30

19,2

25

Süd və süd məhsullan (südə çevirməklə)

kq

193,6

223,1

247,5

Balıq və balıq məhsullan

kq

5

5

5

Yumurta (ədəd)

ədəd

135,0

91,0

169,0

Şəkər və qənnadı məmulatlan (şəkərə çevirməklə)

kq

16,3

14,6

19,5

Bitki yağı, marqarin və digər piylər

kq

11

7,9

8,3

Mal-qara yağı

kq

8

5,5

6

Digər məhsullar (çay, duz)

kq

3.6

2,8

3,3


Qeyri-ərzaq məhsullarımn alınması ilə bağh xərclər MİB-də xüsusi çəkisinə görə hal-hazırda 3-cü yeri tutur. Buraya paltar, yataq ləvazimatı, ayaqqabı, sanitariya-gigiyena predmetləri, mebel, qab-qacaq və mədəni mallar aiddir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə