9 May günü hәr il Azәrbaycanda vә Keçmiş Sovetlәr Birliyini tәşkil edәn digәr Türk cümhuriyyәtlәrindә




Yüklə 14.67 Kb.
tarix21.04.2016
ölçüsü14.67 Kb.
9 MAY
9 May günü hәr il Azәrbaycanda vә Keçmiş Sovetlәr Birliyini tәşkil edәn digәr Türk cümhuriyyәtlәrindә “Qәlәbә Günü” kimi qeyd olunur.

Qalibiyyәt, tәbii olaraq qeyd edilmәlidir. Düşmәnlәrinә qarşı yeritdiyi döyüşdә qalib gәlәn hәr bir millәtin, qalibiyyәt gününü qeyd etmәyә, bu sevinci doya doya yaşamağa, bu günün mәnasını vә qürurunu gәlәcәk nәsillәrә ötürmәyә haqqı vardır.

Ruslar, 1945-ci ildә Amerika, İngiltәrә vә Fransa ilә birlәşib Almaniyanı mәğlub elәdi, işğala mәruz qalmış Fransa vә diğәr Avropa ölkәlәri kimi öz torpaqlarını Faşist Almanların caynağından xilas etdi. Münasibәtilә dә bu günü bayram kimi qeyd etmәkdә onlar haqlıdır.

19-cu әsrdә gәmi azı dişinә taxaraq cıdıra çıxan imperialist güclәr ki, onların başını Asiyada Ruslar, digәr qitәlәrdә isә İngiltәrә, Fransa, Amerika, Hollandiya, İtaliya, İspaniya vә s. ölkәlәr çәkirdi. Birinci Dünya Müharibәsini dә, İkinci Dünya Müharibәsini dә Avropalı imperialist dövlәtlәr yaratdı. Bunlar, sadәcә olaraq II-ci Dünya Müharibәsindә 30 milyondan artıq insanın vәhşicәsinә qәtlә yetirilmәsi, ölkәlәrin dağıdılması cinayәtinә şәrik oldular. Hәr iki müharibәnin mәqsәdi dә, çıxış sәbәbi dә imperializmdir, müstәmlәkәçilik siyasәtidir. Rusiya da bu döyüşlәrdә iştirak etmәkdәn dala qalmadı, çünkü o da imperializmin şәrq qolunu tәmsil edirdi.

Çarlıq Rusiya, illәrlә Osmanlı dövlәti ilә müharibәyә tutuşdu, mәqsәdi isti dәnizlәrә enmә yolundakı bu maneәni aradan götürmәkdi. Qәrbli imperialistlәr dә Osmanlı dövlәtini aradan götürüb onun torpaqlarına yiyәlәnmәk vә buradan şәrqә tullanmaq üçün bir tramplin kimi istifadә etmәk istәyirdi. İmperialist mәqsәdlәr yönündәn çarlıq rusiya ilә qәrbli dövlәtlәrin yolları birlәşirdi. Әmir Teymurun, Qızıl Orda dövlәtini lәğv etmәsiylә birgә önlәri açılan Ruslar fürsәt tapar tapmaz Qafqaziyaya endi vә buradakı Türk vә müsәlman xalqları qırğınlar törәdәrәk yurdundan-yuvasından elәdi. Milyonlarla insan üz tutdu Osmanlı torpaqlarına. Onların yerindә isә Ruslar vә ermәnilәr mәskunlaşdırıldı. Ruslar daha sonra Asiyaya yönәlib buraları işğal etdilәr. Yaponlarla yeridilәn müharibәdә mәğlub olduqda iqbal günәşlәri qüruba üz tutdu. Lenin, Trotski vә digәr kommunist liderlәr, cahil xalqları vә onların qәflәtdә olan ziyalılarını, siyasәtçilәrini şirin “kommunizm” xәyalları ila aldatdılar. Çarlığın taxtını çevirib onun hakim olduğu yerlәrdәki xalqları yeni bir ruhla özlәrinә tabe etmәyi mәqsәd götürәn Lenin, Türk xalqlara 7. 12. 1917-ci il tarixindә bu sözlәrlә sәslәnirdi:

Mәscidlәri Çar hökümәti tәrәfindәn yerlә yeksan edilәn siz ey Mavera-i Qafqaz Türklәri, indәn belә millî vә mәdәnî qanunlarınızla azad vә toxunulmazsınız. Milli hәyatınızı istәdiyiniz kimi tәnzim edә bilәrsiniz, hәtta istәsәniz Rusiyadan ayrıla bilәrsiniz”.

Hәmin Lenin, 1918-ci ildә yaranan Azәrbaycan Cümhuriyyәtini iki il dә müstәqil yaşamağa icazә vermәdi vә 27 Nisan 1920-ci il tarixindә işğal etdirdi. On minlәrlә Azәrbaycan Türkü Qızıl Ordu әsrgәrlәri tәrәfindәn qanına qәltan etdildi (Azәrbaycanda rus qardaşlığından züy tutanlara, Türkiyәdә, it әl çәkib motal әl çәkmәyәn kimi, kommunizmi hәlә dә ötürmәyәn yatmışlara ithaf olunur). Sonra da Türküstan işğal edildi vә bu mübarәk Türk yurdu parça parça edilәrәk hardasa qәbilә dövlәtciklәrinә bölündü. İşğal edilәn bu Türk yurdlarında xalqı ziyalandırar, onları oyadar vә özlәrinin paxırının üstünü açar qorxusuyla milli düşüncәyә malik, Әhmәd Cavad, Mikayıl Müşfiq, Abdulla Sur kimi ziyalı oğullar qurama cinayәtlәrlә güllәlәndi, Hüseyn Cavid kimi dahilәr zindanlarda çürüdüldü. Birçox ziyalı, öz doğma yurdunu buraxıb ya Türkiyәyә vә ya qәrbә sığınmaq mәcburiyyәtindә qaldı.

Birinci Dünya Müharibәsinin yarattığı tәxribatın yarası hәlә tam mәnasıyla qaysaqlanmadan İngiltәrә, Fransa, İtaliya vә Almaniyanın xüsusilә Afrika vә Asiyada yeritdiyi imperiya siyasәti ucbatından ixtilaf yarandı. Faşist Almaniya, Avropanı darmadağın ettikdәn sonra üzünü Kommunist Rusiyaya döndәrdi vә Moskva önlәrinә kimi irәlilәdi. Ruslar, müstәmlәkәlәri altındaki Türk vә Müsәlman xalqların yeniyetmә fidanlarını yığmağa vә bu döyüşün sәngәrlәrinә doldurmağa başladı. Onlar imperialist Faşizmә qarşı, imperialist Kommunizm üçün vuruşacaq vә qanını tökәcәk Türklәri zor gücüylә yığıb cәbhәlәrә sürdü. O vaxtlar 5 milyona yaxın әhalisi olan Azәrbaycandan yığılıb cәbhәyә yollananların 620 minә yaxın vә geri qayıtmayan igidlәrin sayı isә 470 mindәn artıqdır. Ruslar kommunizm ideolojisindәn, Çarlıq Rusiyasının boyunduruğından xilas olan vә müstәqilliyini qazanan xüsusilә Türklәri tәkrarәn hakimiyyәtlәri altına almaq üçün nә cür alәlvan bir pәrdә kimi istifadә etdilәrsә, İkinci Dünya Müharibәsinә dә eynilә buna oxşar bir ad qoydular, ona “Böyük Vәtәn Müharibәsi” dedilәr.

Hәr bir Azәrbaycanlının böyük vәtәni әvvәlliklә “Bütöv Azәrbaycan”dır. Bu vәtәnin sәrhәdlәri dә Qızılüzәn çayından başlayıb Xaçmazda, Hәmәdandan başlayıb Gümrüdә, Dәrbәnddәn başlayıb Borçalını da әhatә edәrәk qurtarır.Türk övladlarının Moskva, Stalingrad vә digәr şәhәrlәri qorumaq uğrunda yeritdiyi mübarizә Ruslar üçün “Böyük Vәtәn Müharibәsi” ola bilәr, ancaq heç bir Türk evladı, imperialistlәrin yerittiyi bu müharibәyә “Böyük Vәtәn Müharibәsi” deyә bilmәz, demәmәlidir. Bu müharibәyә “İmperializmin Böyük Müharibәsi”, 9 May gününә dә “qәlәbә günü” әvәzinә “Azәrbaycanlıların Qırğın Günü” adı qoyulmalıdır. Hәr il bu gün gәldikdә yas tutmalı, gәlәcәk nәsillәrә dә bu 470 min itkinin nә üçün vә kimin üçün verildiyini öyrәtmәliyik. Müstәqil Azәrbaycanın ziyalı tәbәqәsinin bu gün üçün әsl missiyası bu olmalıdır.

Bizim igidlәrimiz, imperialist Rusiyanın torpaqlarını qoruyarkәn әziz canlarını verdilәr. Hәmin Ruslar 20 Yanvar günü mәsum insanlarımızın üstünә tanqlarla hücum çәkib qırğın törәtdilәr. Bununla da kifayәtlәnmәdilәr, 26 Févralda Xocalıda soyqırım törәdilmәsinә imkan yaratdılar vә ermәnilәrә arxa durdular, onlara kömәklik elәdilәr, torpaqlarımızı işğal edib ermәnilәrә peşkeş çәkdilәr.



Tanrı, İkinci Dünya Müharibәsinә iştirak etmәkdәn savayı çarәsi olmayan vә gedib geri dönmәyәn vәtәn oğullarının ruhunu “Azәrbaycanlıların Qırğın Günü”ndә şad elәsin vә qazilәrimizdәn (veteranlar) razı olsun. Azәrbaycanımıza da o günlәri bir daha göstәrmәsin.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə