9. Ailə iqtisadiyyatı




Yüklə 32.79 Kb.
tarix24.04.2016
ölçüsü32.79 Kb.
Hazırladı: Yunus Kazımov (AƏSMA)

9. Ailə iqtisadiyyatı.
İşçi həm də ailə üzvü olduğuna görə və yaxud əksinə ailə üzvü həm də işçi olduğuna görə ailənin iqtisadi sosiologiyası əməyin iqtisadi problemləri ilə üzvi şəkildə bağlıdır. Ailənin iqtisadi vəziyyəti, ailənin iqtisadi və sosial-tərbiyəvi funksiyası ilə işçinin əmək fəaliyyəti arasında üzvü əlaqə vardır. Ailənin iqtisadiyyatı geniş miqyaslı problemləri əhatə edir. Burada ailənin formalaşması və dağılması, ərlə arvadın qarşılıqlı əlaqəsi, bu əlaqələr prosesində meydana çıxan münaqişələr, ailədə uşaqlann və yeniyetmələrin tərbiyəsi, bütövlükdə ailənin həyat tərzi mühüm yer tutur. Ailənin sosiologiyası ilə əlaqədar olaraq aşağıdakı suallar meydana çıxır: cəmiyyətin tələbatı və ailənin tələbatı, istehlak səviyyəsi, kəbin-ailə münasibətlərinə və ailənin həyat tərzinə necə təsir göstərir?

Ailə davranışı hansı ümumi teləbata cavab verir? Ailə norması və dəyərləri müxtəlif sosial-iqtisadi şəraitdə özünü necə təzahür etdirir, bu normala- rın dəyişilməsinin sosial mexanizmləri nədən ibarətdir və aüə iqtisadi münasibetləri bu istiqamətə doğru gedirmi? Ailə iqtisadi davranışmm və ailə münasibətlerinin tənzimlənməsi prosesi vardırmı, əgər varsa bu nədən ibarətdir? Kəbin-ailə münasibətlərinə bazar münasibətləri necə təsir göstərir? Bu suallara eynimənalı cavab vermək əlbəttə çətindir, çünkı bazar münasibətlərinin norma və dəyərlərmin məzmunu ailənin sosial-iqtisadi funksiyasım xeyli dərəcədə dəyişmişdir. Ona görə də biz deyərdik ki, ailənin iqtisadi, sosial problemi heç də kiçik sosial qrup çərçivəsinə sığan bir problem deyildir. Ailə yalnız onun üzvlərinin sayı baxımından kiçik qrup kateqoriyasına aid edilə bilər. Ailə formal olaraq qrup normalar və qrup proseslərlə bağlı olsa da orada baş verən vəziyyət, emosional münasibətlər cəmiyyət səviyyəlidir və kollektivdaxili münasibətlərə xeyli təsir göstərir. Eyni zamanda əksinə, geniş miqyaslı bazar münasibətləri istər-istəməz aüədə evlənmə və boşanma motivlərinə, ailə münasibətlərinə, o cümlədən ər-arvad, valideynlər və uşaqlar münasibətlərinə mühüm təsir göstərir.

Qeyd etmək lazımdır ki, digər sosial qmplarda olduğu kimi, bir kiçik sosial qrup olmaq etibarilə ailənin də özünəməxsus məqsədləri və vəzifələri, tərkibi və strukturu, o cümlədən sosial-demoqrafik strukturu vardır; habelə burada başqa kiçik sosial qmplarda olduğu kimi ailə dəyərləri, normalan və davramş nümunələri vardır. Həmçinin burada da şəxsiyyətlər arasında münasibətlər, stabillik və qeyri-stabillik, rol davranışı problemləri vardır. Əlbəttə, yuxanda göstərilən və gösərilməyən digər müvafiq problemlərin ailə baxımmdan öz xüsusiyyətləri vardır.

Ailə sosial sistemdir, ailənin daxili və xarici əlaqələri vardır. Ailədə baş verən sosial prosesləri dərindən dərk etmək üçün sistemli təhlilin apänlması lazımdır. Sistemli təhlil zamam ailənin yalmz fərdi funksiyalanm deyil, həm də ictimai fimksiyalannı nəzərə almaq lazımdır, çünki ailənin fəaliyyəti həm də ümumi sosial şəraitiə bağlıdır. Ümumi sosial mühit ailənin maddi həyat şəraitinə mühüm amil kimi təsir göstərir, onun sosial meyllərini müəyyən edir, habelə ailənin sosial tələbatımn ödənilməsi xarakterinə də öz təsirini göstərir. Ümumi sosial şərait hətta ailə üzvlərinin statusuna, onlann ailədəki roluna, kommunikasiya əlaqələrinə, ayrı-ayrı üzvlərin liderliyinə, dəyərlər meylinin birliyi səviyyəsinə, ailə ünsiyyetinin strukturuna, evlənmə və boşanmanm səbəblərinə və motivlərinə də təsir göstərir. Bütün bunlar əslinə qalanda ailənin heyat tərzini formalaşdırır, bu həm də cəmiyyətin həyat tərzinin xüsusi təzahür formasıdır. Ailənin qrup nəzəriyyəsi və metodologiyası baxımmdan aşağıdakı kateqoriyalar, diqqət mərkəzində olmalıdır: həyat şəraiti: ailənin strukturu; ailənin funksiyası; ailənin həyat tərzi; ailə milli və regionçuluq ideologiyası; bir sosial qrup kimi ailənin fəaliyyəti; ailə tsiklinin mərhələləri.

Kiçik sosial qrup olan ailənin sosial problemlərinin həllində ai- lə tipologiyasının böyük əhəmiyyəti vardır. Tipologiyanm özü spesi- fik sosioloji nəzəriyyənin vacib ünsürüdür. Tipologiya bir elmi metod kimi həm sırf elmi-nəzəri və həm də praktiki əhəmiyyətə malikdir. Ayrı-ayrı müəlliflər tərəfındən ailənin həyat fəaliyyətinin tipologiyası müxtəlif variantda irəli sürülür. Məs., E.Vasilyeva aşağıdakı tipologiyanı təklif etmişdir:

a) ailədaxili tənzimləmə vasitələri və üsulları və yaxud bu prosesin idarə edilməsi;

b)hər bir fərdi ailədə həmin proseslərin (formalaşması, inkişafı və yaxud dağılması, artımı, azalması) labüdlüyü dərəcəsi;

c) həmin proseslərin labüdlüyünün bir sosial institutu kimi hər bir ailədə bu prosesin müddəti və onun ailənin həyat tsikli ilə əlaqəsi;

d) ayn-ayn ailələrdə bu proseslərin yeknəsəqlik və zaman eti- barilə onun sabitlik dərəcəsi;

e) bu prosesdə iştirak edən ailə üzvləri dairəsi.


Lakin bu tipologiya xeyli dərəcədə mücərrəd səslənir, ailənin konkret sosioloji problemlərinin öyrənilməsində ancaq ümumi meyar rolunu oynaya bilər və az praktiki əhəmiyyəti vardır. Amerika mütəxəssisi K.Kirkpatrikan bu problemə daha konkret yanaşır, onu tələbat və mənafelərlə, ailə üzvlərinin statusu ilə əlaqələndirir. O, Amerika ailələrində dəyəriərin münaqişəsini əks etdirən on əsas diemmanın siyahısını irəli sürmüşdür: ailədə azadlıq, qayda və intizam, ər-arvad, valideynlər və uşaqlar arasmda münasibət dərinliyi, Övlad naminə ailədə şəxsıyyətin özünütəsdiqləməsi və öz hisslərini qurban verməsi, ailənin və cəmiyyətin mənafe ənənələrinə bağlılıq, ailənin xarici və təsadüfi əlaqələri, onun dərinliyi və məhdudluğu, sevgi təcrübəsi və yaxud mə- həbbətə sədaqət, azad seksual davranış və yaxud seksual məzmunluluq, vaxtından əvvəl və yaxud gecikmiş kəbin kesmə, böyük uğurlar qazanmağa cəhd etmə və real imkanları nəzərə almaqla realist gözləmə.

Ailələr əhalinin siyahıyaalma baxımmdan bir sıra tipə aynlır; ər-arvad ikiliyı, uşaqlı və uşaqsız, bir ailə bişçısı olan uşaqlı və uşaq- sız, habelə həmin tək ailə başçısmm valideynlərindən birinin yaşadığı ailə; yuxanda göstərilən tərkibdə olan ailə əlavə olaraq digər qohumlar yaşayan ailə; iki və daha çox erarvadlı, habelə uşaqlı və uşaqsız olan, ər-arvadın valideynlərindən biri və qohumlan yaşayan ailə və s. Bundan başqa, ailələr sosial mobilliyinə görə fəal, qeyri-feal və orta feal tiplərinə bölünür. Ailələrə iqtisadi baxımdan yanaşıldıqda isə bi- rinci növbədə onların gəlir səviyyəsi əsas götürülür (aşağı, çox aşağı, orta, yüksək). Bundan asılı olaraq ailələr istehlakın səviyyəsi, tərkibi və xarakterinə görə də fərqlənirlər. Belə ki, ailələr var ki, çörəyi, ailə var ki, “Mersedesi” çatışmır; bazar münasibətləri, prinsipləri şəraitində belə diapazon getdikcə daha da artır.

Ailə həyatının təşkilində kişilərlə yanaşı qadmlar da mühüm rol oynayırlar. Müşahidələr, sosioloji tədqiqatlar göstərir ki, qadınlar ailə işlərinə münasibət baxımmdan üç əsas qrupa ayrılır;

a) istehsal, əmək fəaliyyəti meylini əsas götürənlər;

b) əmək fəaliyyəti və ailəyə eyni dərəcədə rəğbət bəsləyən, meyl edən;

c) əsasən ailəyə meyl etmə, işə ailənin mənafeyi baxımmdan ya- naşma.


Burada ənənəvi ailələrlə bərabər kənc ailələrin öz xüsusiyyətləri, həyat meyarları vardır. Bazar münasibətləri şəraitində gənclər, gənc ailələr problemi çox kəskin halda qoyulur. Gənc ailələrdə peşəyə bağlılıq, uşağa bağlılıq (az və çox uşaqlılıq) azad vaxtdan (işdən kənar) istifadəyə münasibət və sair müxtəlif olur, bu münasibət ümumi sosioloji mühitlə bahəm gənclərin, gənc ailələrin sosial keyfiyyəti, sosial dəyərlər meyli ilə də əlaqədardır. Evlənmənin və kəbin kəsdirmənin U.Berr tərəfmdən aşağıdakı konseptual sxemi (modeli) verilmişdir:

U.Berr haqlı olaraq göstərir ki, ər ilə arvad arasmda qarşılıqh əlaqə dərinliyi, hüdudu (həmin) onlann hissiyat “həcminə” təsir göstərir, bu həm də necə deyərler yeknəsəq asılılıqdır. Ona görə ki, hər iki tərəf üçün daimi hissiyat gərginlikdə olmaq çox da asan deyildir, həm də “hissiyyatın həcmi” qarşılıqlı təsirin “həcminə” təsir göstərdiyinə görə bu yeknesəqlik dərəcəsi bir az da arta bilər. Əlbəttə, bu münasibətlərin əksəriyyətində belə gücləndirici amillər özünü hər yerdə qabanq şəkildə göstərir. Məsələn, qarşılıqlı təsir dəyərləri bu təsirdən olan qazanca və yaxud əksinə yeknəsəq halda təsir göstərir.

U.Berrinin bu sxemi evlənmə-ailə problemi baxımmdan maraqlı olsa da burada bəzi əlaqəsizlik, eklektik yanaşma hallan hiss olunur. Çünki burada ailə xoşbəxtliyi, aüədə rolun statusu, ər-arvad kommunikasiyası, ailədə fəaliyyətin inteqrasiyası, rol statusu və s. məsələləri bu ailə modeli ilə izah etrnək olmaz, çünki evlənmənin (kəbin kəsdirmənin) sosial keyfiyyəti problemləri U.Berrinin modelinin çərçivəsinə sığmır.
Ailənin sosiologiyası sistemində onun iqtisadi, istehsal funksiyası mühüm rol oynayır. Bu məsələ uzun müddət iqtisadçılar, sosioloqlar və psixoloqlar arasmda elmi mübahisə obyektinə çevrilmişdir. Bəzi mütəxəssislər ailənin (qadınların) istehsaldan kənarlaşması, bəziləri isə istehsal ilə bağlılığı zəruriyyətini təbliğ edirlər. Bir sıra mütəxəssislərin hesablamalanna görə qadmlar ev işlərini təşkil etmək və uşaqlann tər- biyəsi ilə əlaqədar olaraq ayda 80-100 dollarlıq iş görürlər, belə olan şəraitdə ayda deyək ki, 40-50 min manatlıq işə girnıək paradoksal görsənə bilər, lakin bununla yanaşı belə bir qeyri-ekvivalentlik şəraitində ehtiyac üzündən qadmlar işləməyə məcbur olurlar.

Ailənin iqtisadi fimksiyası baxımından ailə podratı və ailə kooperativlərinin böyük əhəmiyyəti vardır. Bizcə bu təsərrüfat formalarının sözün geniş mənasmda ailə təsərrüfatı adlandırmaq olar, bu həm də qeyri-formal iqtisadiyyat növüdür, lakin bu təsərrüfat növündə də nəinki ailədaxili əmək bölgüsü, həm də təsərrüfatdaxili funksional əmək bölgüsü vardır. Lakin bu təsərrüfat növü haqqmda hərtərəfli tədqiq edilmiş informasiya materialları, hətta belə sistemli elmi konsepsiya yoxdur. Ailənin iqtisadi problemlərmin bazar iqtisadi sistemi əsasmda yenidən qurulması ona mənfi təsir göstərmişdir, bir çox gənclər ailə qurmağa başlayarkən çox mürrəkəb və dözülməz iqtisadi şəraitlə üzləşirlər. Əhalinin hər adam başma düşən gəlirlərin miqda- nndakı böyük fərqlər istehlak məhsullannm (ərzaq və senaye) faktiki miqdarmda da böyük fərqlər əmələ gətirmişdir. Hətta əhalinin 90%- ə qədərinin aldığı əmək haqqı yaşayış minimumu üçün lazım otan xərclərin 20-30%-ni təşkil etmir: minimum həcmində əmək haqqı alan işçilərin 80%-dən çoxunun maaşı yaşayış minimumundan aşağı- dır (məs., indi ən yüksək maaş səviyyəsi 100-150 min manat hesab olunduğu halda, aylıq yaşayış minimumu 300-350 min manatdan çox- dur). Ona görə də əmək haqqınm səviyyəsi baxımmdan yanaşxlsa on- da belə nəticəyə gəlmək olar ki, əksər əhalinin gəlirinin 80-90%-i ancaq qida məhsullannm almmasma getməlidir.

Göründüyü kimi, müasir dövrdə ailənin sosial problemləri, qayğıları və funksiyaları dəfələrlə artmışdır. Müasir şərait, yalmz ailənin iqtisadi yükünü deyil, psixoloji yükünü də artırmışdır, sosial bərabərsizlik ailə münasibətlərinin gərginləşməsinə səbəb olmuşdur. Bu, demoqrafik proseslərə də mənfi təsir göstərmişdir. Düzdür, bu yalmz maddi vəziyyətlə ölçülmür. Məsələn, İngiltərədə ölüm doğumu qabaqlayır, Amerika uşaqsız ailələrin miqdan baxımından dünyada birinci yerlərdən birini tutur. Lakin belə hallar bərabər şərait daxilində qəbul etmək lazımdır və Azərbaycan şəraitinə mexaniki qaydada tətbiq etmək olmaz. Çünki uzun illərin təcrübəsi göstərir ki, azərbaycanlı ailəsinin maddi həyat şəraitinin yaxşı olması demoqrafik proseslərə (birinci növbədə təbii artıma) müsbet təsir etmişdir, lakin bazar münasibetlərinə keçidlə əlaqədar olaraq yaranmış çətinliklər, qeyri normal vəziyyət üzündən bu pozitiv meyillər azalmağa başlamış, aılədə doğulan uşaqların sağlamlığı tibbi standartlardan xeyli aşağı olmuşdur.

Ailənin iqtisadi sosiologiyası baxımmdan kişilərlə yanaşı qadm- ların məşğuliyyəti mühüm əhəmiyyət kəsb edır. Bu problem müasir dövrdə əlavə olaraq kəskin forma almışdır. Çünki işsizliyin artması, qadınlann məşğulluğuna, əmək fəallığma mənfı təsir göstərmişdir. Ona görə də məcmuyu işçi qüvvəsinə ümumi tələbatm (əsas və əla- və) azaldığı bir şəraitdə belə, demoqrafik xüsusiyyətlərin əksər ailənin iqtisadi vəziyyətinə neqativ təsirini nəzərə almaqla qadınlann peşə məşğulluğu probleminə xüsusi diqqət yetirmək lazımdır. Həm də burada qadın əməyinin xüsusiyyətləri və strukturunu yaddan çıxarmaq olmaz: onlan mümkün qədər ağır və zərərli iş sahələrinə burax mamaq lazımdır. Lakin işsizliyin artması bu vacib problemi arxa plana çəkmişdir. Sosioloji tədqiqatlar və mülahizələr göstərir kis kişi əməyi ilə bağlı olan və habelə mexanikləşdirilməmiş işlərdə çalışan qadınlar arasmda patoloji hallar, uşaq itirmə halları daha çox olur, Beləliklə, maddi tələbatm ödənilməsi zərurəti və məcburi emək motiv- ləri qadınlann təbiətinə uyğun gəlməyən əmək fəahyyəti növləri ilə məşğul olmağa məcbur edir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, maddi həyat şəraitinin pisliyi ayn-ayn yaş qrupları çərçivəsində ailə qurmamn zaman, illər baxnnından əsassız olaraq uzun müddətli gələcək dövrə saxlanmasma səbəb olur, ailə xoşbəxtliyinə, əhalinin art- masma mənfi təsir göstərir. Maddi həyat şəraitinin pisliyi həmçinin evlənme-boşanmaproseslərinin möhkəmlilik səviyyəsinə mənfi təsir göstərir, boşanma hallanmn çoxalması isə maddi şəraitlə yanaşı həm də gənc ər ilə arvadın sosial və psixoloji yetkinlik səviyyəsində olma- malanndan, real şəraiti qiymətləndirə bilməməsindən, valideynlik hissinin zəifliyindən irəli gelir. Belə hal Azərbaycan əhalisinin men- talitinə ziddir və ancaq meşşanlıq psixologiyası ilə bağlıdır.

Gender əmək bölgüsü qadınlann gəlirinə, əmək fəaliyyətinə mühüm təsir göstərir. İndiki şəraitdə qadmlann məşğulluq variantları məhdud xarakter daşıyır, əmək bölgüsü, ailə və əmək bazarı bir-birinə zidd istiqamətdə formalaşır. Burada qender əmək bölgüsü, gender mədəniyyəti və gender sistemi (ev təsərrüfatı, qadın əmək bazan, dövlət tədbirləri) rasional qaydada əlaqələndirilməlidir. Burada ailə biznesi, ev iqtisadiyyatı çərçivəsində əmək bölgüsü, bir sözlə, ailə iq- tisadiyyatı modeli mühüm əhəmiyyət kəsb edir. Son vaxtlar qadınla- nn ailəyə qayıdışı daha aydm hiss olunur. Bunun mühüm səbəblərin- dən biri iqtisadi sistenüərin deformasiyası, əmək bazarmda qadın iş qüwəsinin nisbətən kənarlaşdınlması, gender sosial harmoniyamn, stabilliyin olmaması, gender, qadın statusununu lazımı dərəcədə qiymətləndirilməməsi ilə bağlıdır.

Bu, özünü bir qayda olaraq aşağıdakı istiqamətlərdə göstərir:

1. Qadınların özünü təsdiqinin reallaşmaması ilə meydana çıxan problemlər.

2. Qadınların yeni məşğulluq sferalarına uyğunlaşmasındakı problemlər.

3. Yeni şəraitdə yüksək ixtisash qadınlann əməyindən, iş qüwəsindən imtina edilməsi.

4. İqtisadi fəal əhali içərisində qadınlann xüsusi çəkisinin azalması.

5. Əməyi yüksək haqla ödənilən sahələrdə, idarə orqanlarmda qadınların məşğulluğunun xüsusi çəkisinin azalması.

6. İqtisadiyyatın inkişaf etməkdə olan sahələrində, sektorunda daha çox kişi əməyinin tələb etməsilə əlaqədar olaraq qadınların məşğulluğunun mütləq həcmdə azalması, onların əməyi daha aşağı səviyyədə ödənilən sahələrə keçirilməsi.



7. Uzun müddətli işsizlər içərisində qadmların xüsusi çəkisinin artması, onların işlə təmin olunması gedişində meydana çıxan problemlər, çətinliklər, (xüsusilə çox uşaqlı anaların).


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə