8 Mart -dünya Qadınlar Günü




Yüklə 13.49 Kb.
tarix14.04.2016
ölçüsü13.49 Kb.
8 Mart -Dünya Qadınlar Günü
Əsirlər boyu zülmə məruz qalmış qadınlar sənət inqilabının nəticəsində hərəkətə girib və mübarizə nəticəsində dünyanın bəzi ölkələrində öz insani hüquqlarının böyük hissəsini əldə etmişlər. Təəssüflər olsun ki, dünyanın bir çox ölkəsində hələ də qadınların hüquqları tapdalanır. Hətta, dünyanın ən gəlişmiş və demokratik ölkələrində də hələ ki, qadın-kişi bərabərliyi tam mənasında gərçəkləşməyibdir.
İrticai düşüncə, şərq ölkələrində qadınları bütün insani hüquqlarından məhrum edib və edir. Xüsusilə islam ölkələrində qadın heç bir hüquqa malik deyil. Hətta islam dininin tanıdığı hüququ da icra olunmur. Əlbəttə ki, bunun kökü irticai ənənə və kultürə bağlıdır. Yəni qadına olan təzyiqlər qismən dini qaydalardan əmələ gəlirsə, qismən də kültürdən ortaya çıxır.
Ölkəmizə ariyayi dillilər gəlmədən əvvəl, qadın yüksək məqama malik idi və qadın kişi arasında heç bir fərq yox idi. Əski Türk kültüründə qadın azadlığının bu gün XXI əsrin ən gəlişmiş ölkələrindən çox olduğunu iddia etmək olar. Qadın şahları, qadın allahları, qadın istiqlaliyyəti, qadın seçkisi və s. türklərdə tarix boyu özünü göstərmişdir. İslam səyyahı İbni Fəzlan, türklərdə qadın azadlığını görüb və təəccüblənərək onların həyasız olduğunu qeyd etmişdir. Rum İmperatorluğunda, türk qadınlarının cinsi və hərtərəfli azadlıqları məşhur idi. Bu bir tərəfdən Rumlarda cinsi həvəsləri bəyan etsə də, digər tərəfdən türk qadınlarının azadlığını bəyan edir. Bu sözdən belə nəzərə gəlir ki, Rum İmperatorluğunda qadının istədiyi kimi geyinib və ya geyinməmək azadlığı, yox imiş və türklərdə olan bu azadlıqdan təəccüblənirmişlər.
Ariyayı dillilər ölkəmizə gəlib və hakimiyyəti ələ aldıqdan başlanaraq, qadının azadlığı, izzəti və qüdsiyyəti səlb olub və kişi üstünlüyü tətbiq olunur. Ariyaların kültüründə qadın heyvan və əşya kimi satılır, sadir olur, kira verilir və hətta ehtikar olunur. Haremsəralar əslində qadın ehtikarıdır ki, ariyanlardan, başqa din və kultürlərə keçibdir.
Bu gün də ariya ədəbiyyatında qadın insan hesab olunmur. Firdovsi qadını murdar bilib və yerin üzündən onu təmizləyib məhv etmək istəyir və ya deyir ki, it qadından yaxşıdır. Bu gün də İranda hər kəsi təhqir etmək istəsələr deyərlər o kişi deyil, qadındır. Ya mərd və namərd (qadın) sözlərinin kökü həmən baxışdan əmələ gəlir. Bu cür irticai düşüncə islam irticasıyla birləşməsi nəticəsindədir ki, bu gün İran adlanan ölkədə qadın heç bir hüquqa malik deyil. Bəlkə, kişinin ləzzəti üçün bir vasitədir. Qadının kişidən şikayət haqqı yoxdur. Kişi istədiyi zaman qadını boşayar. Qadının öz uşağına analıq hüququ da kişinin istəyinə səlb olur və ya təyinləşir. Qadın şahid ola bilməz, qadın sözünün etibarı, ictimai hüququ, siyasi hüququ, iş azadlığı yoxdur və bir mənalı bütün insana məxsus hüquqlardan məhrumdur. Ancaq, İran adlanan ölkədə Beynəlxalq qadınlar bu saydığımız zülmlərdən əlavə, milli zülmün də qurbanisidirlər. Bu gün, XXI əsrdə Azərbaycan qadınının ona olan zülmü bəyan edəcək dili də qadağandır. Yəni, yarımyapalaq ya qondarma məhkəmələrdə, Azərbaycan qadını, biganə dil (farsı) bilmədiyi üçün özünü müdafiə edə bilmir. Hakimin dilini başa düşmür və öz dilində müdafiəsi qadağan olduğu üçün bəri başdan məhkumdur. Misal üçün, Azərbaycanın kəndlərindən bir qadın ki ömründə bir kəlmə belə farsca eşitməyib və bilmir, qondarma məhkəmələrdə necə özündən müdafiə edəcək? Hətta bir çox fars dilində təhsil alan Azərbaycanlılar, fars dilini yaxşı başa düşüb və bilsələr də, ancaq danışıqda çətinlik çəkirlər. Elə bu çətinlik ucbatından da əsassız məhkum olurlar. Bu gün Azərbaycan qadını, fars dilini bilmədiyi üçün sözünü və şikayətini heç bir yerə çatdıra bilmir. Onun hətta dilmancdan istifadə etmək hüququ da yoxdur. Bu fəlakətdən qurtulmaq üçün və qadınlara olan zülmlərə son qoyulması üçün ciddi mübarizə və xüsusi diqqət lazımdır. Məhz buna görə də Güney Azərbaycan İstiqlal Partiyası, qadın və kişi hüquq bərabərliyinə təkid edərək, öz nizamnaməsinin və hədəflərinin 7 və 8-ci (7-Geriçi (irticai) düşüncə Şah rejimi ya İran islam cumhuriyyətində qadınların hüququnu vəhşicəsinə tapdalayıb və ictimai-siyasi arenadan məhrum etmişdir. Bu dəhşətli xəsarəti cubran etmək üçün bağımsız Azərbaycan məsulları xüsusi şərait yaratmaqla qadınlarin hərtərəfli inkişafını təmin edib və qadın kişi bərabərliyini bütün sahələrdə təzmin edəcəkdir. 8-Qadınların bütün sahələrdə, o cümlədən hərbi, idarə, dövlət, ədliyyə, elmi siyasi işlər və s. heç bir maneçilik olmadan fəaliyyətlərinə şərait yaradılacaqdır.) maddələri qadınların hüququnu müdafiə və təmin etmək üçün həsr etmişdir. Biz bütün haqqsevər, insansevər və azadlıqsevər mübariz Azərbaycanlıları, bu ulu hədəflərin gərçəkləşməsi uğrunda əməkdaşlığa çağırırıq !
Nəhayət, Güney Azərbaycan İstiqlal Partiyası, 8 Mart Qadın Günü münasibəti ilə bütün dünya qadınlarını təbrik edərək, Azərbaycan qəhrəman qadınlarının haqq mübarizədə qələbəsini arzu edir!

Güney Azərbaycan İstiqlal Partiyası-nin sözçüsü:

Saleh İldirim 5 mart 2005.

Ildirim.azer@videotron.ca

gaip@gaip.org

www.gaip.org

Post adresi:



Guney Azerbaycan Istiqlal partisi

C.P. 1202. Maison de la post. Montreal. Quebec. H3B 3K9. Canada


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə