50 IL pedaqoji sahəDƏ Mütəllim Abbasov




Yüklə 16.4 Kb.
tarix20.04.2016
ölçüsü16.4 Kb.

Kimya məktəbdə




50 il PEDAQOJI SAHƏDƏ
Mütəllim Abbasov

Professor, AMEA, NKPİ-nin aparıcı elmi işçisi, pedoqoji elmləri doktoru



Akif Əliyev

TPİ –nin Kurrikulum Mərkəzində şöbə müdüri, pedoqoqika üzrə fəlsəfə doktoru

Respublikamızın təhsil sistemində özünün bilik və bacarığını xalqının maariflənməsinə sərf edən müəllimlərimiz az deyildir. Onlardan biri də respublikanın maarif əlaçısı, pedoqoqika üzrə fəlsəfə doktoru, dosent, Təhsil Problemləri İnstitutunun aparıcı elmi işçisi Mürşüd Fərəcovdur. O, həqiqətən təcrübəli müəllimdir. Onun üç il dərs dediyi Kürdəmir rayonunun Axtaçı kənd orta məktəbini bitirən şagirdlərindən altı nəfəri kimya müəllimdir. Onlardan Mədət Şahbazov hazırda Pedoqoji Universitetin dosentidir Müəllimi haqqında onun dedikləriindən:

Уeni dərsimiz etilenin alınması və kimyəvi xassələri idi.

Mürşüd müəllim keçən dərslə bağlı tapşırıqları yoxladı və bizim sinifdən çıxmağımızı bildirdi, laboratoriyadan gətirdiyi və içərisində bir çox təchizat olan qutudan qlükoza ampulasına oxşar ampulanı bizə göstərib dedi: uşaqlar bu qırmızı qan rəngli maddə bromdur, Ampulanı sındırıb onu ağzı şüşə propkalı ətir şüşəsində olan distillə suyunun üzərinə əlavə etdi. Bu zaman bromdan müəllimin və əlində şüşəni tutan şagirdin də əlinə düşdü. Bromun pis iyi, dərini yandırması, ətrafda olanların tənəffüs yollarına mənfi təsir göstərməsi özünü göstərdi. Mürşüd müəllim etilenin alınması üçün təcrübəni izahat verə-verə hazırladı və təcrübə nəticəsində alınan etilenin bromlu suyu rəngsizlədirməsini bizə göstərdi. Bizim kimya dərslərimizdə həmişə təcrübələr aparılırdı. Mürşüd müəllim şagirdlərinin təcrübələr əsasında bilik və bacarığa yiyələnməsinə nail olmağa çalışırdı. Ona cansağlığı və pedaqoji fəaliyyətində uğurlar arzu edirəm”.

Həqiqətən öz peşəsini sevən Mürşüd müəllimi dinləyən şagirdlər, tələbələr və ixtisasartırma institutlarının kimyaçı müdavimləri ondan razıdırlar. Azərbaycan Müəllimlər İnstitunda respublikanın qabaqçıl kimya müəllimlərindən bir müdavim müəllimdən icazə istəyib dedi: Mürşüd müəllim sizi yazılarınızdan və təcrübəli müəllim kimi uzun illərdir tanıyırıq, bu görüşümüzdə də sizdən çox razı qalırıq, ancaq bir məsələdə sizdən narazıyıq. Niyə sizi əvəz edən alimlərin yetişməsinə fikir vermirsiniz.

Bu görüşə kimya dərsliklərinin müəllifi kimi dəvət olunan kimya elmləri doktoru, professor hörmətli akademik Vaqif Abbasov sualın cavabı ilə bağlı öz məsləhətlərini müdavimlərə çatdırdı.

Bəli, ömrünün 74-cü baharını yaşayan Mürşüd Fərəcov 17 noyabr 1938- ci ildə Kür­­­dəmir rayonunun Sığırlı kəndində anadan ol­muş­dur.

O, 1945-55-ci illərdə kəndlərindəki orta məktəbi bitirmiş və Səlyanın Xalac kəndindəki texniki peşə məktəbində altı aylıq kursu qurtardıqdan sonra kolxozda trak­torçu-mexanizator işləmişdir. 1957-62- ci illər­də V.İ. Lenin adına Azər­baycan Pedoqoji İnstitunun (indiki ADPU-nin) tələbəsi ol­muş­dur. Təyinatla 1962-65-ci illərdə Kürdəmir rayonunun Ax­ta­cı və sonra da Sığırlı kənd orta məktəblərində kimya, biologiya və kənd tə­sərrüfatının əsasları fənlərindən dərs demişdir.

1965- cı ildə Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elm­lər İnstitunun aspiranturasına daxil olmuş və 1968-ci ildə «Kimyanın tədrisinin fizika ilə əlaqələndirilməsi» möv­zusunda namizədlik dissertasiyasını vaxtından qa­baq yazıb başa çatdırmışdır. 1972- ci ildə namizədlik dis­sertasiyasını müdafiə etmiş və 1985- ci ilə qədər ki­çik elmi işçi və baş elmi işçi vəzifələrində ça­lış­mış­dır. 1985- ci ilin noyabrından Azərbaycan Müəllimlər İns­titunda «kimya və biologiyanın tədrisi metodikası» kafedrasında do­sent vəzifəsində çalışıib. 1995-1999-cu illərdə fa­kul­tə dekanı işləmiş, 2000-2005-ci illərdə İnstitutun Həm­karlar İttifaqı Komitəsinin sədri olmuşdur.

Mürşüd müəllimin “Kimyanın tədrisində fənlərarası əlaqı” (1989-сu il) monoqrafiyasında qeyri-üzvi və üzvi kimyanın fizika ilə əlaqəli tədrisindən, kimyanın tədrisinin yerli istehsalatla əlaqələndirilməsindən və kimyadan sinifdənxaric işlərdə fənlərarası əlaqələrdən məlumat verilir,“kimyanın tədrisində müasir təlim texnologiyası”, (2008-ci il) kitabında qabaqçıl iş təcrübəsinin öyrənilməsindən, təlimin təşkilat forması olan dərslərin təşkilindən, mövcud kimya proqramları əsasında müstəqil işlərin təşkilindən, təlimin yeni konsepsiyasının prinsiplərinə əsaslanan kimya dərslərindən və kimyanın tədrisində şagirdlərin peşə bacarıqlarının necə inkişaf etdirilməsindən məlumat verilir, “Şərəfli ömür yolu” (2001-ci il) kitabı isə Azərbaycan Respublikanın əməkdar müəllimi Şəfiqə Əliyevanın qabaqçıl iş təcrübəsinin öyrənilməsinə və ümumiləşdirilməsinə həsr edilmişdir. “D.İ. Men­de­le­ye­­­vin dövri sis­tem cədvəlində elementlərin (bəsit ­mad­də­lərin) fiziki-kim­yəvi xassələrini göstərən cədvəl» (1986-ci il) və “kimyadan universal sorğu cədvəli” (2011-ci il) kimi metodik vəsaitləri, 100- dən artıq qəzet və jurnal mə­qalələri çapdan çıxmışdır..

Mürşüd Fərəcov hazırda Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin” təbiət-riyaziyyat” bölməsində aparıcı elmi işçi vəzifəsində çalışır. Onun son illərdə yeni təhsil konsepsiyasının tələb və prinsipləri əsasında yazılmış məqalələri “Kimya məktəbdə”məcmuəsinin son beş ilin nömrələrində həmkarlarına çatdırılmışdır. “Təlim və tədrisin yeni konsepsiyasının prinsiplərinə əsaslanan kimya dərsləri”, 2007,№3, “Fəal təlim metodlarınndan kimya dərslərində istifadə, ”2007, №4,,”Kimyadan şagird biliyinin qiymətləndirilməsi” 2008, №1, ”Fəal təlim metodları əsasında kimyəvi reaksiyaların sürəti”nə aid mövzunun tədrisi, 2008, №3. ”Kimya dərslərinin səmərəli təşkili planlaşmadan başlayır” və “Dövri sistemin I-III qrupun əsas yarımqrup metalları bölməsinin yeni təhsil konsepsiyasının prinsipləri əsasında tədrisi təcrübəsindən”, 2010, №2, “Metallar və onların ümumi xassələri mövzusunun tədrisinin fizika ilə əlaqələndirilməsi təcrübəsindən” və “Məktəb kimya günün təşkili təcrübəsindən”, 2011, №1, “Allotropiya anlayışının tədrisi təcrübəsindən”, və “Aromatik karbohidrogenlərin tədrisi təcrübəsindən”, 2011, №2-3 və s.

Bax belə, peşəsini sevən alim-müəllimin pedaqoji sahədə keçirdiyi 50 illik həyat yolu uğurlu olmuşdur.

Mürşüd mü­əllim gözəl alim, təcrübəli müəllim və layiqli ailə baş­çı­sıdır.







Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə