5. Masaüstü fərdi kompyuterlərin tərkib hissələri və periferiya qurğuları




Yüklə 28.91 Kb.
tarix28.04.2016
ölçüsü28.91 Kb.
5. Masaüstü fərdi kompyuterlərin tərkib hissələri və periferiya qurğuları


Masaüstü fərdi kompyuterlər sistem bloku, monitor, klaviatura və sistem blokuna qoşulan müxtəlif təyinatlı periferiya qurğularından ibarətdir. FK – in əsas tərkib hissələri isə sistem bloku, monitor və klaviaturadır.



Sistem bloku üfüqi və ya şaquli formada olub, kompyuterin daxili qurğularını özündə saxlayan “qutudur”. Sistem blokunda qidalanma bloku, ana plata, montaj oyuqları, elektrik xəttinə qoşulma, yenidən yükləmə düymələri yerləşir.

Qidalanma bloku sistem blokunun arxa tərəfinə birləşdirilir. Qidalanma blokuna transformator, düzləndirici və ventilyator daxildir. Transformator elektrik şəbəkəsindən aldığı 220 volt gərginliyi müxtəlif qiymətli gərginliklərə çevirir. Düzləndirici kompyuterin bəzi qurğularını sabit gərginliklə təmin edir. Ventilyator isə transformator və düzləndiricinin iş prosesində qızmasının qarşısını alır.



Ana plata kompyuterin əsas qurğusu olub, kompyterin daxili və xarici qurğularının əlaqəli işini təmin edir. Ana plata öz üzərində aşağıdakı komponentləri birləşdirir:

  • Mikroprosessor;

  • Məntiqi sistem mikrosxemləri – çipsetlər;

  • İkinci səviyyəli keş yaddaş mikrosxemi;

  • Operativ yaddaş yerləşdirmək üçün yuvalar;

  • Kart genişlənmələri üçün yuvalar;

  • BİOS mikrosxemi;

  • İnterfeys kabellərinin, ardıcıl və paralel portların qoşulması üçün yuvalar;

  • BlOS-un cari sazlanmasını yadda saxlamaqdan ötrü CMOS tipli mikrosxem və onu cərəyanla təmin etmək üçün batareya və elektron saat (sistem saatı).

Ana platanın bütün komponentləri informasiya mübadiləsini şin adlanan keçirici xətlər vasitəsilə həyata keçirir.

Mikroprosessor kompyuterin “beyni” hesab olunur və kompyuterdə verilənlərin emalını, ötürülməsini, xarici qurğuların idarə edilməsini təmin edir. Mikroprosessorun əsas parametrləri onun işçi gərginliyi, takt tezliyi, keş yaddaşının tutumu və dərəcəliliyidir. Mikroprosessoru gərginliklə ana plata təmin edir. Mikroprosessorun işçi gərginliyinin aşağı həddə endirilməsi, onun daha da məhsuldar işləməsini təmin edir. Mikroprosessorun takt tezliyi bir saniyədə mikroprosessorun yerinə yetirdiyi əməliyyatların sayı ilə müəyyən olunur və QHs – lə ölçülür (buna bəzən sadəcə prosessorun tezliyi deyilir). Mikroprosessorun daxilinə registr adlanan sahə var ki, mikroprosessor emal olunmuş verilənləri burada saxlayır. Mikroprosessorun dərəcəliliyi (mərtəbəliliyi) registrlərin dərəcəliliyi ilə təyin olunur və bir takt ərzində neçə bit informasiya mübadilə etdiyini xarakterizə edir.

Çipsetlər kompyuterin sistem komponentlərinin əlaqəli işləməsini təmin edir. Ana plata üzərində şimal və cənub körpü adlanan iki (HMQ və İQ) çipset yerləşir.

Operativ yaddaş (RAM – Random Access Memory) daimi yaddaş olmayıb, buraya yüklənən proqram və verilənlər kompyuter elektrik şəbəkəsindən ayrıldıqdan sonra silinir. Mikroprosessor ilkin verilənləri və proqram əmrləri operativ yaddaş vasitəsilə alır. Kompyuterdə operativ yaddaşın həcmi kifayət qədər olmadıqda bəzi proqramlar ya ağır işləyəcək, ya da ki, heç işləməyəcəkdir.

Keş yaddaş mikroprosessorla operativ yaddaş arasında yerləşən kiçik tutuma malik yaddaş olub, birinci və ikinci səviyyəli keş yaddaş vardır. Birinci səviyyəli keş yaddaş mikroprosessorun daxilində yerləşir və mikroprosessorun daxilindəki registrlərin işini sürətləndirir. İkinci səviyyəli keş yaddaş isə operativ yaddaşın işini sürətləndirir. Kompyuterin yaddaşına müraciət zamanı verilənlər ilk növbədə keş yaddaşda axtarılır, çünki keş yaddaşa müraciət vaxtı operativ yaddaşa müraciət vaxtından bir neçə dəfə azdır.

BİOS (Basic İnput – Output System, yəni Bazanın Giriş – Çıxış Sistemi) ana plata üzərində yerləşən enerjidən asılı olmayan yaddaş qurğusu olub, kompyuterin qurğularını testləşdirən və əməliyyat sisteminin yüklənməsini təmin edən proqram təminatına malikdir. Daimi yaddaş qurğusuna ROM – Read Only Memory da deyilir.

Portlar mikroprosessorun xarici qurğularla informasiya mübadiləsini təmin edir. Əsas portlar sistem blokunun arxa panelində yerləşir. LPT (paralel) , COM (universal ardıcıl) və USB (Universal Serial Bus) portlardan istifadə olunur. USB portları informasiya mübadiləsini sürətlə təmin edir. Bundan başqa daha sürətli FireWare portlardan da istifadə olunur (bu portların qiyməti baha olduğundan geniş yayılmamışdır ).

Kontroller kompyuterin xarici qurğularının işinə idarə edən mikrosxemdir. Bəzi qurğuların kontrolleri həmin qurğunun daxilində, bəzu qurğuların kontrollerləri isə mikroprosessor üzrində yerləşir.

Şin (naqil) kompyuterin bütün qurğuları arasında əlaqə yaradır, onlar arasında verilənlərin və idarə siqnallarının ötürülməsini təmin edir. Kompyuterin bütün qurğuları bir – biri ilə sistem şini ilə vasitəsilə birləşdirilmişdir.

Videoadapter (videokart) monitorda alınmış təsviri formalaşdırır. Videoadapterin əsas parametrləri yaddaşı və ekranda təsvirin dəyişmə tezliyidir. Videoadapterin tezliyi kifayət qədər olmadıqda ekranda təsvir dumanlı alınır.

Səs kartı (səs adapteri) kompyuterə səsləri (musiqi, danışıq və s.) səsləndirmək üçün quraşdırılır. Əgər kompyuter CD/DVD sürüşdürücüləri və səs kartları ilə təmin olunmuşsa, belə fərdi kompyuterləri multimediyalı kompyuterlər adlandırırlar.

Yuxarıda qeyd etditimiz qurğular FK – in daxili qurğuları adlannır. İndi isə xarici qurğuları qeyd edək.



Xarici yaddaş qurğuları kimi sərt maqnit disklərdən (HDD – Hard Disk Drive) və ya vinçestrdən , disketlərdən (FDD – Floppy Disk Drive), CD, DVD disklərdən, Fləş kartdan (Flash Card), strimmer və s. istifadə olunur.

Sərt maqnit disklərində əməliyyat sistemləri, tətbiqi proqramlar və müxtəlif verilənlər saxlanılır. Operativ yaddaşdan fərqli olaraq sərt maqnit disklərə yazılan informasiya kompyuter elektrik şəbəkəsindən ayrıldıqda belə pozulmur (uzunmüddətli saxlayır).



Onu da qeyd edək ki, sərt maqnit disk qurğusu 2 – 6 maqnit diskindən ibarət olub, möhkəm korpusda saxlanılır. Hər bir maqnit disk isə cığırlara (iz və ya trek), cığırlar sektorlara bölünür və sektorlar isə klasterlərdə birləşir. Hal – hazırda istifadə olunan kompyuterlərdə bir sektorun tutumu 512 baytdır. Disketlərin (yumşaq maqnit disklər) tutumu 1,44 Mb olub, uyğun diskovod “A” ilə işarə olunur. Hal – hazırda demək olar ki, disketlərdən istifadə olunmur. CD və DVD disklərin CD –ROM (ROM – Read Only Memory – yalnız oxumaq), CD – R (Read), DVD – R, CD – RW (Read Write), DVD – RW növləri vardır. Qeyd edək ki, ROM – yalnız oxumaq olar, R – oxumaq olar, RW – həm oxumaq və həm də yazmaq olar (əlbəttə ki, qeyd olunan yaddaş daşıyıcısına informasiyanın yazılmasından söhbət gedir). Burada hamının istifadə etdiyi fləş yaddaşı qeyd etmək yerinə düşər.

Monitorxaricetmə qurğusudur (displey – “displey” əksetdirmə deməkdir) kompyuterə daxil edilən və oradan oxunan informasiyanı əks etdirmək üçündür. Kompyuterin daxilində yaranan rəqəmli videosiqnallar videokontroller adlanan elektron sxem tərəfindən videosiqnal kimi formatlaşdırılır və xüsusi texnologiyanın köməyi ilə monitorda əks olunur. Hal – hazırda elektron şüa borulu (CRT – Cathode Ray Tube) və maye kristallı (LCD – Liquid Crystal Display) monitorlardan istifadə olunur. Monitorun əsas göstəriciləri ekranın ölçüsü, ekranda təsvir olunan nöqtələrin sayı (piksel), təsvirin əks olunmasının maksimal tezliyi və ekranın müdafiə dərəcəsidir. Monitorun ölçüsü dyümlərlə ölçülür (1 dyum = 2,54 sm).

Klaviaturadaxiletmə qurğusudur fərdi kompyuter və istifadəçi arasında əlaqə yaradan qurğudur. Standart klaviaturada 102/104 düymə yerləşir və bu düymələr hərf – rəqəm, rəqəm, idarəetmə və naviqasiya düymələr qrupunda qruplaşdırılır.

Disk sürüşdürücüləri (diskovodlar) disketlərin(FDD), CD və DVD disklərin oxunmasını və informasiyanın onlara yazılmasını təmin edir.

Siçan (maus)daxiletmə qurğusudur kompyuterlə istifadəçi arasında əlaqə yaratmaqla proqramların idarə olunmasında mətnlər, şəkillər üzərində çoxsaylı əmrlərin yerinə yetirilməsində böyük rol oynayır. Siçanlar optik və diyircəkli formada istehsal olunur və kompyuterə COM, USB portları vasitəsilə qoşulur. Hal – hazırda simsiz siçanlardan da istifadə olunur. Siçanın üzərində sol, sağ və sürüşdürmə düyməsi yerləşir (standart halda ). Sol düymə əsas əmrləri yerinə yetirir, sağ düymə isə seçilmiş obyekt üzərində əməliyyatlar aparmaq üçün kontekst menyu açır.

Trekboldaxiletmə qurğusudur siçan qurğusundan fərqli olaraq stasionar qaydada quraşdırılır və onun kürəciyi əlin ovucu ilə qaydaya salınır (nizamlanır). Trekbolun üstünlüyü ondan ibarətdir ki, onun hamar işçi müstəviyə ehtiyacı olmur, ona görə də trekbollar portativ (yığcam) fərdi kompüterlərdə geniş tətbiq olunur.

Penmaus daxiletmə qurğusudur özündə diyircəkli avtomat qələmin analoqunu ifadə edir, ucunda yazan detal yerinə, yerdəyişmə kəmiyyətinin qeydiyyatını edən hissə (detal) quraşdırılıb.

Coystik daxiletmə qurğusudur daxiletmə qurğusu olub, əsasən oyun proqramlarında istifdə olunur. Bu qurğuya idarəedici qurğu da deyilir.

Skaner daxiletmə qurğusudur qrafiki verilənləri kompyuterə daxil etmək üçün istifadə olunur. Skanerlər aşağıdakı modifikasiyalarda istehsal olunur:

  • planşetli skanerlər;

  • əl skanerləri;

  • barabanlı skanerlər;

  • forma skanerləri;

  • ştrix – kod skanerləri.

Qrafiki planşetlər (dicitayzerlər) daxiletmə qurğusudur qrafiki informasiyaları daxil etmək üçün nəzərdə tutulmuşdur. Qrafiki planşetlərin fəaliyyətinin bir neçə müxtəlif prinsipləri vardır, lakin onların hamısının əsasında planşetə nəzərən xüsusi qələmin yerdəyişməsinin qeydiyyatı durur. Belə qurğular rəssamlar və illüstratorlar üçün əlverişlidir. Çünki, bu onlara ənənəvi alətlər (karandaş, pero, fırça) vasitəsilə qazanılmış adi (adət halını almış) qaydalarla ekran təsvirlərini yaratmağa imkan verir.

Printerxaricetmə qurğusudur verilənləri xaricetmə qurğusu olub, sənədlərin kağız və şəffaf daşıyıcılar üzərində nüsxəsini almağa imkan verir. Printerlər aşağıdakı modifikasiyalarda istehsal olunur:

  • matrisli printerlər;

  • lazer printerləri;

  • işıq diodlu printerlər;

  • şırnaqlı printerlər.


Plotterxaricetmə qurğusudur mürəkkəb qrafik obyektləri böyük dəqiqliklə və cəldliklə çəkən (çap edən ) qurğudur. Əsasən reklam və afişaların, çertyojların hazırlanmasında (çap edilməsində) istifadə olunur.

Faks d-x qurğusudur hər hansı bir informasiyanı bir yerdən başqa yerə ötürmək və qəbul etmək üçün istifadə olunur. Deməli, faks həm daxiletmə, həm də xaricetmə qurğusudur.

Modem d-x qurğusudur çevirici qurğu olub, modulyasiya və demodulyasiya sözlərindən əmələ gəlmişdir. Modem həm daxiletmə, həm də xaricetmə qurğusudur.

Transmodem modem və faks qurğusunun funksiyalarını birləşdirən qurğudur.

Mikrofon daxiletmə qurğusudur səsi kompyuterə daxil etmək üçündür, yəni daxiletmə qurğusudur.

Səsgücləndiricilər (speaker) xaricetmə qurğusudur səsi xaric etmək üçündür , yəni xaricetmə qurğusudur.

Qulaqcıqlar xaricetmə qurğusudur səsi xaric etmək üçündür, yəni xaricetmə qurğusudur.

Kamera (Web camera) daxiletmə qurğusudur video informasiyanı kompyuterə daxil edən qurğudur.

Şəbəkə adapteri d-x qurğusudur lokal şəbəkələrdə informasiyanı yaxın məsafələrə ötürmək və qəbul etmək üçün istifadə olunur. Aydındır ki, şəbəkə adapteri həm daxiletmə, həm də xaricetmə qurğusudur.

TV tyüner daxiletmə qurğusudur televiziya verilişlərini qəbul edib, monitorda göstərilməsini təmin edən giriş qurğusudur.

Strimmer xaricetmə qurğusudur ardıcıl müraciətli maqnit lenti olub, informasiyanı kompyuterdən xaric etmək üçün istifadə olunur.

Proyektordan xaricetmə qurğusudur təqdimatların nümayişi zamanı istifadə olunur.

Biz yuxarıda yaddaş qurğularını qeyd etdik. Yadda saxlamaq lazımdır ki, daimi və əməli yaddaş qurğuları həm daxili qurğu və həm də daxili qurğulardır. Sərt disk qurğusu isə həm xarici qurğu, həm də xarici yaddaş qurğusudur. Yaddaş qurğuları funksional baxımdan daxili və xarici yaddaşa bölünür.






Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə