4 may mәCLİSİ




Yüklə 34.45 Kb.
tarix10.04.2016
ölçüsü34.45 Kb.
4 MAY MӘCLİSİ

Bәzi rәfiqәlәrim mәndәn çox artıq tәvәqqә etdilәr ki, yenә onlara dumanın mәclislәrindәn ikinci dәfә bir nümunә göstәrim ki, lap yaxşı olsun. Yәni lap yaxşı qansınlar ki, görәk, dumada nә var, nә yox vә bu işlәrin axırı nә tövr olacaqdır. Mәn dә razı oldum vә qәzetlәrdәn axtarıb, dumanın mayın 4-dә olan mәclisini tapdım. Gördüm ki, bizim müsәlman vәkillәrindәn dә orada danışan olubdur. Dumanın, bax, mәclisi bu cür olubdur ki, onu burada müfәssәlәn sizә nağıl edәcәyәm. Hәrgah, işdir, mәnә inanan olmasa, "İrşad"ın bugünki teleqraflarını oxuya bilәrlәr.

DÜMANIN 4 MAYDA OLAN MӘCLİSİ

S ә d r i-m ә c l i s. Oturun görәk işimizin axırı nә tövr olur. Vәzirlәr bir-iki para kağız göndәrib, ancaq o sonranın işidir. İndi qoy bir az Hessen danışsın, sәs-küy elәmәyin, qulaq asaq.
Hessen (durub danışır). Biz bura yığılmışıq ki, millәti irәli aparaq. Amma bu siz ölәsiniz, öz canım üçün, bizim bu millәt bir az yazı-pozu qanmasa, heç vaxt irәli getmәz. Mәnim sözüm budur.
M a a r i f v ә z i r i. Allah atana rәhmәt elәsin! Bax, әsl söz budur ki, bu kişi dedi. Canım, vallah, billah, tәaallah bizim camaat başı ipsiz bir heyvandır. Ondan ötrü lazımdır nә?
İşkol, işkol, işkol vә yenә işkol. Amma o cürә siz deyәn işkol yox ha, ki, bu gün uşaq durub uçitelin üstünә tapança çәkә vә uçitel dә qorxusundan sarılıq azarına düşә. Bәlkә bu cür işkol ola ki, uçitel uşağın üstünә tapança çәkә vә uşaq da qәlәt elәyib, bir dә böyük üzünә ağ olmaya!

Sağ tәrәf bәrk әl çalır vә "bravo" deyir.
A r x a n g e l s k i. Mәn onu-bunu bilmirәm, mini min söz desin, amma bizim işimiz işkolsuz tutmayacaqdır. Nә deyәrsinir, mәn ölüm?
X o m i n s k i. Әgәr bildiniz firәng qoşununu kim basdı? Nemeslәrin uçitellәri. Ona görә bizә lazımdı nә?
İşkol!
K r ı l o v. Zarafat o yanda dursun, işkolsuz işimiz fırıqdır.
M a h m u d o v. Kişilәr doğru deyir. Amma allahın altında bizim kәnd uçitellәrinin әhvalına bir baxaydınız, o saat canınız yanardı. Kişilәr, inandırıram sizi ki, bir dә görürsәn bir abbası tapmırlar ki, dәllәyә verib üzlәrini qırxdırsınlar, amma siz fikir elәmәyin ki, deyirәm ki, gәrәk onların donluğu artsın, xeyr, tәki qoysunlar ki, kişilәr barı bir doyunca papaq yerә qoyub fikir elәsinlәr!
T i q r a n y a n. Allah o günә bir daş salaydı ki, bizi gәtirib bu urusun әlinә verdilәr. Әşi, işkol açır ki, camaat oxusun, gәtirib içinә ya bir qaradovoy qoyur, ya da ki, bir rus mahrasası.
V o z n e s e n s k i. Mәn özüm uçitelәm, bunu da sizә deyim ki, bu cürә işkolda uşaqlar biclikdәn savayı heç zad öyrәnmәzlәr.
P u r i ş k e v i ç. Bu danışanın dili ishal azarına düşübdür.
S ә d r i- m ә c l i s. Axmaq-axmaq danışma!
H ә s ә n o v. Vaxtilә urisiyәtdә "ağa deyir sür dәrәyә, sür dәrәyә" idi.
K e l e p o v s k i. Bağışlayın, elә indi dә urusiyәtdә "ağa deyir sür dәrәyәdir". Çox füzulluq elәmә, sәn küllәn! aşağı otur!

Səs-küy düşüb, qalmaqal qopur vә ağız deyәni qulaq eşitmir, Hәsәnov qorxusundan bilmir nә qayırsın vә yazıq-yazıq deyir.
-- Neynәk, sizә görә "sür dәrәyә"dir, amma bizә görә "sür tәpәyә"dir. Daha mәnә acığınız niyә tutur? (sәs-küy lap bәrkiyir, vur-çatlasın düşür, Hәsәnov lap qorxub deyir ki, yaxşı, qoyun oturum aşağı. Neynәk, dedim, demәmiş olum.
S ә d r i-m ә c l i s. Kimdәn qorxursan, adә, heç oturub elәmә, de qurtar sözünü.
P u r i ş k e v i ç, Kelepovski vә bir dә Sazanoviç. Di hünәri var danışsın görәk!
S ә d r i- m ә c l i s. Ay camaat, istәyirәm Purişkeviçi, Kelepovskini vә Sazanoviçi qovlayam bayıra, nә deyirsiniz?
H a m ı b i r y e r d ә. Ay, nә bir yaxşı iş elәrsәn! Sәn ölәsәn böyük savab qazanarsan.
S ә d r i-m ә c l i s. Adә, Purişkeviç vә Kelepovski vә Sazanoviç, siz nәsiniz? Bu saat durun rәdd olun burdan. Yaxşı kamança çalırsan, amma heyif ki, sәsi çıxmır.

M ә c l i s ә h l i n d ә n b i r i. Üzünüz tökülsün, ay balam!
S ә d r i-m ә c l i s. Adә, durun rәdd olun demirәm sizә?!
P u r i ş k e v i ç. Axı çox da deyirsәn, sәnin sözünә qulaq asan kimdir?
M ә c l i s ә h l i n d ә n b i r i, Adә, adam oğlusan, ayıbdır axı!
K e l e p o v s k i. Belә әlimizin içindәn gәlir, çıxmırıq!
S ә d r i-m ә c l i s. Lәnәt sәnә şeytan, dayna! A balam, yәni istәyirsiniz ki, qolunuzdan tutub çıxardım?
S a z a n o v i ç. Di hünәrin varsa çıxart.
P u r i ş k e v i ç. Allahdan istәyirәm ki, belә bir iş elәyәsәn dә!
Ә h l i-m ә c l i s d ә n b i r i. Balam, hәrgah qoçuluq fikrindәsinizsә, onda bura qoçu yeri deyil, gedin, mәsәlәn, Bakıda qoçuluq edin.
P u r i ş k e v i ç. Tәvәqqә edirәm ki, ağzuva yiyәlik elәyәsәn, sәni danışdıran yoxdur.
S ә d r i-m ә c l i s. Adә, Purişkeviç, sәn atanın goru, dur burdan, yoldaşlarını da götür, çıx get, qoy biz burada iş görәk.
P u r i ş k e v i ç. Atamın goru haqqı, min il qala, getmәrәm. Yoldaşlarım özlәri bilәrlәr, gedirlәr-getsinlәr, amma mәn getmәrәm (yoldaşları durub gedir, Purişkeviç qalır).
S ә d r i-m ә c l i s (dumaya). Balam, görünür ki, bu kişi arı yeyib, namusu da bağlayıb belinә İnsanda gәrәk bir az hәya olsun. Hәya ki, olmadı heç nә! Durun, çıxaq gedәk evimizә, sizin hamınızın babalı olsun bunun boynuna!
P u r i ş k e v i ç. Mәnә deyәnin boynuna olsun!
S ә d r i-m ә c l i s. Mәn namәrdәm, әgәr sәni 15 gün buralara qoysam.
P u r i ş k e v i ç. Bu sәn öl, keyfim istәyәndә, şax gәlib yerimdә oturacağam, әlindәn gәlәni beş qaba çәk!
M ә c l i s ә h l i (bir yerdә). Pah atanla, yeri get! Belәdә bihәya olarmı, ay başınıza dönüm! Görәsәn bu kimin belindәn gәlib, kimin qarnından çıxıb.

P u r i ş k e v i ç (gedә-gedә papağını әyri qoyub, oxuyur, öz-özünә deyir). Yazıqlar dayna! Yığılıblar bura ki, millәti irәli aparacayıq! Әdә, mәn namәrdәm әgәr bu dumu qoysam ki, sağ baş gora aparsın.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə