4. Kompüterin struktur sxemi və tərkibi psi




Yüklə 108.7 Kb.
tarix03.04.2016
ölçüsü108.7 Kb.

powerpluswatermarkobject1471151


Tural Sofuyev

MAKA-Milli Aero Kosmik Agentliyi

Tofiq İsmayılov adına elmi tədqiqat İnstitutunun doktorantı


4. Kompüterin struktur sxemi və tərkibi


PSI (Peripheral Component Interconnect bus) standardlarından istifadə edilir. ISA şinlər: verilənlər (16 bit), ünvan (20 bit) və idarə şinindən (8 xətt) ibarət olur. Fərdi kompüterlərin

əsasını prosessor və yaddaş bloku təşkil edir. Prosessor hesab-məntiq qurğusundan və idarə qurğusundan ibarətdir. İdarə qurğusu proqramdakı əmrləri qəbul edir və onların yerinə yetirilməsini təşkil edir. Hesab-məntiq qurğusu isə hesablama əməllərini yerinə yetirir. Cari vaxtda yerinə yetirilən proqramları və aralıq nəticələri yadda saxlamaq üçün əməli yaddaş qurğusundan ( RAM - Random Access Memory) istifadə edirlər. Fərdi kompüterlərdə istifadə olunan xarici qurğuları (monitor, çap qurğuları, disk qurğuları və s.) kompüterə qoşmaq üçün kontrollerdən (idarə sxemi) istifadə edirlər.



Kontroller idarə qurğusu olub giriş-çıxış qurğularını mərkəzi prosessorla əlaqələndirir. Bəzi qurğuların (klaviatura, mouse, printeri və s.) kontrolleri fərdi kompüterin ana platasının üzərində olur. Bəzi qurğuların (monitor, sərt maqnit disk qurğusu və s.) kontrolleri isə ayrıca plata şəklində olur və onlar ana plata üzərində olan sökmələrdə (razyomlarda) yerləşdirilir.

Kompüterlərdə ikilik say sistemindən istifadə edirlər. Bu say sistemi iki rəqəmdən «0» və «1» -dən ibarətdir. İstənilən məlumat bu iki rəqəmin köməyi ilə kodlaşdırılıb kompüterin əməli və xarici yaddaş qurğusunda yerləşdirilə bilər.

R.Q.Ələkbərov

Hesablama maşinlari və kompüterlər haqqinda ümumi məlumat
Kompüterlərdə yaddaşın həcmini ölçmək üçün «bit»-dən (binary digit-bit) istifadə edirlər.Bit ən kiçik informasiya vahididir.
Apple firmasının kompüterləri «Macintosh», IBM firmasının kompüterləri isə «Pentium» adı ilə satışa çıxarılır. Hazırda dünya fərdi kompüter parkının 10%-ni «Macintosh», 80%-ni isə IBM PC fərdi kompüterləri təşkil edir. Ümumiyyətlə dünya kompüter parkının 90% -nı fərdi kompüterlər təşkil edir.

Müasir fərdi kompüterlərdə ifrat böyük inteqral sxemlərdən istifadə portativ kompüterlərin yaranmasına səbəb olmuşdur. Ölçülərinə və çəkisinə görə bu kompüterlər çox kiçik formada olur. Portativ kompüterlərin özləri də “Laptop”, “Notebook”, “Palmtop” sinfinə bölünür. Portativ kompürterlər hesablama məhsuldarlığına ğörə stolüstü kompüterlərdən geri qalmır və az elektrik enerjisi tələb edir, akkumlyatorla uzun müddət işləyə bilir, ekranları mayekristaldan hazırlanır. “Notebook”un ölçüsü təqribən 50x279x215mm, çəkisi 2,24,5 kq, ekranın ölçüsü isə 11,3 17 dyüm olur



Fərdi kompüterin tərkibi sistem blokundan, klaviaturadan,monitordan ibarətdir.


Sistem blokuna daxil olan qurğular

  • qida mənbəyinin yerləşdiyi korpusdan,

  • üzərində əməli yaddaş və mikroprosessor olan ana platadan,

  • Daimi yaddaş qurğusundan

  • səs kartından,

  • yumşaq maqnit disk sürücüsündən(3,5”/FDD),

  • sərt maqnit disk qurğusundan (HDD),

  • CD-ROM- DVD disk sürücüsündən

  • Qida blokundan

  • Xarici və daxili qoşulma yerlərindən

  • Işə salma düymələrindən(Power və Restart)

  • Cmos(Complimentary Metal Oxide Semiconductor – metal - oksid - yarımkeçirici)

  • Video kartadan(VGA)i əlavə qovşaqlardan ibarət olur.



Qeyd: Fərdi kompüterlərdə əsasən iki tip sistem blokundan:

AT- Advanced Technology (qabaqcıl texnologiya) və ATX - Advanced Technology eXtended (genişləndirilmiş qabaqcıl texnologiya) istifadə olunur.

IBM PC/AT - 286, 386, 486, Pentium I və II tipli kompüterlərdə AT tipli – sistem blokundan istifadə olunub.

Pentium II, III və IV tipli fərdi kompüterlərdə isə ATX tipli sistem blokundan istifadə olunur. ATX sistem blokunda enerjiyə təlabat çox azdır. Bəzi firmaların (Apple, Compaq) fərdi kompüterlərində sistem bloku monitorla birlikdə bir korpusda yerləşmişdir.
Sistem Bloku haqqında


  • Ana plata (motherboard)fərdi kompüterin qovşaq və hissələrini bir-biri ilə fiziki əlaqələndirən platadır, üzərində mikroprosessor, əməli yaddaş, Keş-yaddaş, çıxış/giriş qurğularının kontrelleri,CMOS, BİOS, Chipset mikrosxemləri yerləşir. Eyni zamanda ana platanın üzərində müxtəlif razyomlar yerləşir. Bəzi ana platalarda videoadapterin və səs kartının mikrosxemləri də yerləşir.

  • Mikroprosessor (CPU) - fərdi kompüterlərin düşünən beyni olub ana plata üzərində yerləşir, ədədlər üzərində hesab-məntiq əməllərini və idarəni həyata keçirirərək informasiyanı emal edir.. Mikroprosessor hesab-məntiq və idarə qurğusunu özündə birləşdirir. Mikroprsessorları əsasən Intel, AMD və Cyrix firmaları istehsal edir. Intel firması öz mikroprosessorlarını əsasən Pentium markası ilə istehsal edir. Bu cür mikrosxem özündə təqribən 3,1 milyon tranzistoru birləşdirir. Pentium tipli mikroprosessorun arxitekturası özündə iki hesab-məntiq qurğusunu birləşdirir. Bu da bir taktda iki əmrin yerinə yetirilməsinə imkan verir. 75 Mhs tezlikli Pentium prosessorunun hesablama məhsuldarlığı saniyədə 112 milyon əməliyyatdır. Pentium tipli mikroprosessorlar işləmə(takt) tezliyinə görə aşağıdakı siniflərə bölünür.

 Pentium I - 75 Mhs  300 Mhs

 Pentium II - 300 Mhs  600 Mhs

 Pentium III - 600 Mhs  1100 Mhs

 Pentium IV – 1100 Mhs(1,1Ghs)  4000 Mhs(4 Ghs)

Müasir fərdi kompüterlərin hesablama məhsuladarlığı saniyədə millyard əməliyyata (Gflops) bərabərdir.
Mikroprosessor (CPU)-nun yaddaşı registr yaddaş adlanır.

Qeyd. Emal olunan informasiya registir yaddaşda saxlanılır.

Mikroprosessorun tərkibinə mərkəzi idarə qurğusu, hesab-məntiq qurğusu, prosessorun daxili əməli yaddaşı, registr, keş-yaddaş və s. daxildir.
Mikroprosessor (CPU)-nun əsas xarakteristikaları

Mikroprosessorun əsas səciyyəvi xüsusiyyəti takt tezliyi, işçi gərginliyi, takt tezliyinin daxili çoxaltma əmsalı, keş-yaddaşın tutumu və dərəcəliliyidir.


  • Takt tezliyi - 1 saniyə ərzində yerinə yetirilən əməliyyatların sayıdır.

Takt tezliyi Meqaherslərlə (MHs) və Geqaherslərlə (GHs) ölçülür. İndiki zamanda fərdi kompyuterlərdə geniş istifadə olunan mikroprosessorların maksimum takt tezliyi saniyədə 1 milyard taktdır.

Bu göstərici prosessorun adından sonra yazılır (məsələn, Pentium/75 Mhs).



  • Dərəcəlik (mərtəbəlilik) – eyni vaxtda emal olunan informasiya bitlərinin sayı ilə ölçülür. Məs, 16, 32 və s.
  • Kuler


Prosessor barədə söhbət apardıqda daha bir elementi yada salmaq lazımdır. Bu element isə prosessor kristalının səthi üzərində yerləşdirilən xüsusi soyuducu – ventilyatorlardır ki, buna da “kuler” deyilir.


  • Əməli yaddaş qurgusu ana plata üzərində yerləşir və mikroprosessorda yerinə yetirilən əməliyyat üçün lazım olan verilənləri və əmrləri müvəqqəti yadda saxlamaq üçündür və məlumat tutumunun həcmi 4 Gbayt-a qədər olur. Əməli yaddaş qurğusu dinamik və statik tiplərdə olur. Statik tipli yaddaşın qiymətinin bahalı olmasına baxmayaraq işləmə sürəti daha yüksək olur. Əməli yaddaşdan ədədin oxunması təqribən 5060 nanosaniyə müddətində olur. Bu isə yüksəksürətli mikroprosessorun (CPU) işini ləngidir. Bu problemi aradan qaldırmaq üçün Keş-yaddaşdan istifadə edirlər. Keş-yaddaş ana plata üzərində mikroprosessorla (CPU) əməli yaddaş arasında yerləşir. Keş-yaddaşa müraciət vaxtı 56 nanosaniyə olur. Keş-yaddaşın məlumat tutumu 128-1024 Kbayt həcmində olur. Keş-yaddaşın özü əsasən iki səviyyəli olur. I-ci səviyyəli keş-yaddaş Level 1 adlanır və mikroprosessorun içərisində olur. II-ci səviyyəli keş-yaddaş Level 2 adlanır və mikroprosessorla əməli yaddaş arasında ana plata üzərində yerləşir.

  • Ana plata üzərində yerləşən CMOS (Complimentary Metal Oxide Semiconductor – metal - oksid - yarımkeçirici) mikrosxemi fərdi kompüterin konfiqurasiyasını, zamanı və tarixi yadda saxlamaq funksiyasını həyata keçirir.




  • daimi yaddaş (ROM – Read Only Memory)---Əməli yaddaşa nisbətən tutumu xeyli kiçik olan daimi yaddaş (ROM – Read Only Memory) informasiyanın saxlanması və ötürülməsi üçün istifadə olunmur, yəni istifadəçilər tərəfindən oraya informasiya yazılması mümkün deyil. İnformasiya oraya kompyuterin hazırlanması zamanı yazılır və adi hallarda dəyişdirilə bilməz. Daimi yaddaşda tez-tez istifadə olunan proqramlar və verilənlər (məsələn, əməliyyat sisteminin bəzi proqramları, kompyuterin düzgün işləməsini yoxlayan proqramlar və s.) saxlanılır..məsələn .BIOS (Basic Input/Ouput System – giriş /çıxış baza sistemi) proqram olub sabit yaddaş qurğusunda saxlanılır və fərdi kompüterin resuslarının diaqnostikasını təmin edərək, fərdi kompüteri işə saldıqda əməliyyat sisteminin yüklənən hissəsini əməli yaddaşa çağırır.


  • Səs platası


Səs platası səs informasiyasını rəqəmli formaya çevirir. Təyinatına və qiymətinə görə müasir səs plataları aşağıdakı kimi qruplaşdırılır:

  • Başlanğıc səviyyəli universal platalar;

  • Yüksək kateqoriyalı multimedia plataları;

  • Peşəkar musiqiçilər üçün səs plataları.




  • Xarici yaddaş qurğusu kimi fərdi kompüterlərdə əsasən maqnit disk qurğusundan istifadə olunur. Maqnit disk qurğusunun əsasən iki tipi mövcuddur: yumşaq maqnit disk qurğusu - diskovod (məlumat daşıyıcısı - disketlər) və sərt maqnit disk qurğusu – vençester (məlumat daşıyıcısı – maqnit disklər).

Sərt maqnit disk qurğusunun işləmə sürəti və məlumat tutumu yumşaq maqnit disk qurğusundan dəfələrlə çoxdur. Yumşaq maqnit disk qurğularının məlumat daşıyıcısının həcmi 1,44 Mbayt olur. Bu cür məlumat daşıyıcılarını bir yerdən başqa yerə rahatlıqla aparmaq olur. Sərt maqnit disk qurğularını (vinçester) ana plataya qoşmaq üçün IDE, Serial ATA, SCSI interfeyslərindən istifadə olunur. Bu qurğudan məlumatın oxunması –yazılması vaxtı 5 15 ms olur. Sərt maqnit disk qurğularında şpindelin (oxun) fırlanma sürəti 5400, 7200, 10000, 15000 dövr/dəqiqə olur. Məlumat tutumu 100 Gbaytlarla ölçülür. Sərt maqnit disk qurğusu məlumatı yadda saxlamaq imkanlarına görə enerji mənbəyindən asılı deyil. Ona görə də əməliyyat sistemi, tətbiqi proqramları və istifadəçinin digər proqramlarını sərt maqnit disk qurğusunda yadda saxlayır.
Sərt maqnit disk qurğusunun-haqqında. Xarici yaddaş qurğusu olmasına baxmayaraq sitem blokunda yerləşir.Amma Ana plata üzərində yerləşmir. Yaddaş qurğuları arasında ən iri həcimli yaddaşdır.


  • Disk sürücüləri-informasiyanı maqnit başlıqlar vasitəsilə oxuyur

  1. CD ROM-yalnız informasiyanı oxumaq üçün,

  2. CD Writer-informasiyanı həm yazmaq həm oxumaq üçün istifadə edilir



  • Qida bloku-Sistem blokunun daxilində yerləşən qida bloku fərdi kompyuteri tələb olunan gərginliklə mütəmadi olaraq qidalandırır.


Qida bloku metal qutu şəklində sistem blokunun arxa tərəfinə bərkidilir. Qida blokunda transformator, düzləndirici və sərinləşdirici qurğu yerləşdirilmişdir.

Qida blokundan çıxan naqillər dəsti müxtəlif qurğularla əlaqə yaratmaq üçündür.





  • Xaric daxili Yuvalar---Sistem bloku üzərində yerləşən qurğuları ana plataya qoşmaq üçün interfeyslərdən(Daxili qoşulma yerləri) isifadə edirlər. İnterfeys əlaqə kanallarının proqram, elektrik və mexaniki xarakteristikalarını özündə birləşdirir. Bu tip interfeyslərə misal olaraq ATA (İDE), Serial SATA, SCSI göstərmək olar.

  • Xarici qurğuları qoşmaq üçün isə paralel (LPT), ardıcıl (RS-232, USB)( xarici qoşulma yerləri) interfeyslərdən istifadə olunur.

  • Videoadapter


Videoadapter vasitəsilə qrafiki informasiya monitorun ekranına çıxarılır. Videoadapterlər məhz fərdi kompyuterlərin meydana gəlməsi ilə bir vaxtda yaranmışdır. Videoadapterin cəld işləməsi və imkanları videokontrollerdən asılıdır. Onun vasitəsilə videoyaddaşdan təsvirin alınması, onun tərkibinin regenerasiya edilməsi və mərkəzi prosessorun bütün sorğularının emal olunması təmin edilir.

Təsvirin ekrana şıxarılması üçün xüsusi rəqəm-analoq çeviricisi olan xüsusi mikrosxem – RAMDAC (Random Access Memory Digital-to Analog Converter) cavabdeh olur. Təsvirin ekranda aydın, lazımi rəngdə alınması məhz bu mikrosxemdən asılıdır.


4.2. Kompüterin giriş-çıxış qurğuları

4.2.1-Periferiya qurğuları


Verilənlərin sistem blokuna daxil edilməsi və ya xaric edilməsi, həmçinin blokda uzun müddət saxlanması üçün istifadə edilən qurğulara periferiya qurğuları deyilir. Periferiya qurğuları fərdi kompyuterdə köməkçi əməliyyatları yerinə yetirmək üçün istifadə edilir.

Periferiya qurğuları təyinatına görə aşağıdakı kimi qruplaşdırılır:

  • verilənləri daxil edən qurğular (giriş qurğuları) – klaviatura, skaner, rəqəmli kamera, mikrofon, qrafik planşet və s.;

  • verilənləri xaric edən qurğular (çıxış qurğuları) – printer, plotter (qrafik çəkən qurğu), səs gücləndirici, monitor,proyektor və s.;

  • verilənləri uzun müddətli saxlayan qurğular (xarici yadda saxlama qurğuları) – strimmer (informasiyanı maqnit lentinə yazan qurğu);

  • verilənləri mübadilə edən qurğular – modem

  • kursoru idarə edən qurğular – maus, coystik, sensor paneli və s.


Əlavə olaraq

Giriş – çıxış qurğularının koməyi ilə kompüterlər ətraf mühitlə əlaqədə olur. Giriş qurğularına misal olaraq: klaviaturanı, mouse (sıçanı), skaneri, qrafiki planşeti (digitizer), web-kameranı, TV- tüneri və s. göstərmək olar.


  • Giriş qurğuları


Klaviatura–kompüterə məlumatı daxil edən əsas xarici qurğulardan biri hesab olunur. Klaviaturanın köməyi ilə kompüterə istənilən simvolları (rəqəm, hərf, və s.) daxil

etmək mümkündür



Klaviaturanın köməyi ilə monitorun kursorunu ekranın istənilən nöqtəsinə aparmaq və ekranda olan məlumatı printerə göndərmək mümkündür. Ümumiyyətlə, klaviaturada 102/104 klaviş(düymə) olur.

Mouse (sıçan) - kompüterə məlumat daxil edən giriş qurğusudur. Yerdəyişdirmə vericilərdən (datçiklərdən) və klavişlərdən ibarət olub əl ilə idarə edilən qurğudur. ”Mous”-u hərəkət etdirməklə kursorun displeyin üzərində hərəkətini təmin edirik. Son dövrlərdə optik və radio siqnallar vasitəsi ilə işləyən mouse-dan geniş istifadə olunur.

Mikrofon- səsin elektrik siqnalına çevrilməsinə təmin edən giriş qurğusudur. Mikrofonun köməyi ilə audio məlumat kompüterə daxil edilir.

Web-kamera – video informasiyanı (görüntüləri) kompüterə daxil edən giriş qurğusudur.

Qrafiki planşet (digitizer) - əllə çəkilən şəkilləri, sxemləri, imzaları, xəritələri birbaşa kompüterə daxil edən giriş qurğusudur. Qurğu qrafiki planşetdən və qələmdən ibarətdir.

TV – tüner – müxtəlif formatlı (PAL, SECAM, NTSC) televiziya verilişlərini qəbul edib, monitorda göstərilməsini təmin edən giriş qurğusudur.

Skaner – fərdi kompüterin xarici qurğusu olub kağız üzərində olan mətn , şəkil və qrafik məlumatları kompüterə daxil etmək üçündür. Skaner məlumatı qrafiki formada oxuyur və maşının yaddaşına daxil edir. Daha sonra lazımi qrafiki redaktor proqramlarının köməyi ilə onu ikilik koda çevirərək disklərə və ya çap qurğusuna ötürülməsini təmin edir. Skaner fərdi kompüterə USB portu vasitəsi ilə qoşulur.

  • Çıxış qurğuları


Fərdi kompüterin çıxış qurğularına misal olaraq, monitoru, printeri, səs kolonkasını, grafikçəkəni, strimmeri və s. göstərmək olar.

  • Monitor -çıxış qurğusu olub kompüterə daxil olan məlumatlara və alınmış nəticələrə nəzarət etmək üçün istifadə olunur. Fərdi kompüterlərdə istifadə olunan monitorlar ekranın ölçülərinə görə aşağıdakı ölçüdə olurlar: 14,15, 17,19 və 21 dyüm. Monitorlar şəklin formalaşdırılması prinsinlərinə görə aşağıdakı növlərə bölünürlər:- elektron-şüa borusu, mayekristal və plazma. Plazma və mayekristal monitorlar nazik səth formasında olur, çəkiləri çox kiçik olur.


  • Monitorun əsas səciyəvi xüsusiyyətləri



  • pixellərin sayı

  • kadrların əks olunma tezliyi

  • korpusun materialı

  • dioqnal üzrə ölçüsü

  • müdafiə dərəcəsi


Printer – kompüterin xarici qurğusu olub, informasiyanı kağız üzərində çap etmək üçündür. İnformasiyanın çıxışa verilməsi üsuluna görə printerlər iki qrupa bölünür: simvollu və qrafiki. Simvollu printerlər sətrdəki ayrı-ayrı simvolları bütöv şəkildə çap başlığına ötürür. Qrafiki printerlərdə məlumat simvollar şəklində deyil, ayrı-ayrı nöqtələr şəklində çıxışa ötürülür. Vahid uzunluqda bir dyümdə (1 dyüm=2.54 mm) olan nöqtələrin sayı printerin imkanlarını göstərir. Bütün çap qurğuları çapetmə prinsipinə görə aşağıdakı qruplara bölünür:

  • Matrisli tipli zərbəli printerlər;

  • Şırnaqlı printerlər;

  • Lazerli (səhifəlik) printerlər.




  • Matris tipli zərbəli printerlər. Bu printerlərin iş prinsipi ona əsaslanmışdır ki, bütün mümkün işarələr kağız üzərinə köçürülən ayrı-ayrı nöqtələr toplusu vasitəsilə təşkil olunurlar. Bu cür üsulla işləyən çap qurğuları kifayət qədər çap keyfiyyəti, ucuz materiallarla (rəngli lent və kağız) işləməyi təmin edir, həm standart formalı kağızdan, həm də rulon tipli kağızdan istifadə etməyə imkan verir.

  • Şırnaqlı printerlər. Bu printerlər mürəkkəblə işləyir. Şırnaqlı printerlər matris tipli zərbəsiz işləyən çap qurğularına aid edilə bilərlər.




  • Lazer və LED (Light Emitting Diode) printerləri. Bu printerlərdə quru toz hissəciklərindən istifadə edilir. Quru toz kağız üzərində yerləşdirilən “toner”dən ibarətdir. Lazer printerinin əsas hissəsi yarımkeçirici lazer olan fotohəssas çap

barabanı və optik-mexaniki sistemdir. LED printerlərində isə yarımkeçirici lazeri xırda işıq diodları əvəz edir.



Çap rənginə görə isə printerlər 3 qrupa bölünür:

  • Ağ-qara printerlər;

  • Rəngli çap funksiyasına malik olan ağ-qara printerlər (bu modelə matrisli və şırnaqlı printerlərdə rast gəlinir);

  • Rəngli printerlər.




  • Səs kolonkasından (çıxış qurğusu kimi) audio məlumatları dinləmək üçün istifadə olunur.

  • Qrafikçəkən qurğu - kompüterdən alınan qrafiki məlumatları, mürəkkəb sxemləri və şəkilləri qələmin köməyi ilə kağız üzərində çəkən çıxış qurğusudur.

  • Strimmer (maqnit lent qurğusu) – məlumatı maqnit lenti üzərində saxlayan yaddaş qurğusudur.Bu qurğular etibarlı işləyir, qiyməti ucuz və böyük yaddaş həcminə malik olur. Məlumatın oxunma və yazma sürəti digər yaddaş qurğularına nəzərən çox aşağıdır.

Qeyd. Kompüterlərdə mətnin, səsin, şəkilin və görüntülərin birgə emal edilməsini təmin edən qurğu multimedia adlanır. Bu qurğu özündə mikrofonu, web-kameranı, səs kolonkasını və səs kartını birləşdirir. Səs kartından audio-video informasiyanı (analoq formasında olan) ikilik-rəqəm koduna çevirmək və əksinə ikilik kodu audio-video informasiyaya çevirmək üçün istifadə edirlər. Multimedia qurğusunun koməyi ilə kompüter şəbəkələri üzərində audio-video konfransların təşkil olunmasını həyata keçirirlər.

  • Modem (modulyator – demodulyator) – əlaqə kanallarının (telefon xətləri,radio kanal və s.) köməyi ilə məlumatları uzaq məsafələrə ötürmək və qəbul etmək üçün istifadə olunan qurğudur. Konstruktiv olaraq modemlər iki formada olur: daxili və xarici. Daxili modemlər ana plata üzərində olan sistem şinə qoşulur. Xarici modemlər isə ardıcıl Com, USB portuna qoşulur. Xarici modemlərin qiyməti nisbətən baha olur və fərdi kompüterə rahat qoşulur. Məlumatı ötürmə sürəti 56 Kbit/san ÷ 2 Mbit/san qədər olur. Modem qurğusunun koməyi ilə istifadəçilərin kompüterləri kompüter şəbəkəsinə (İnternet) qoşulur.



  • Plotter


Plotter mürəkkəb sxemlərin, qrafiklərin, keyfiyyətli rəngli təsvirlərin kağız üzərinə böyük dəqiqlik və yüksək sürətlə çıxarılması üçün nəzərdə tutulmuş qurğudur. Ondan adətən konstruktor və layihə bürolarında, reklam işləri ilə məşğul olan təşkilatlarda istifadə olunur.
  • Xarici yaddaş qurğuları


  • Elastik (çevik) maqnit disklərdə toplanan informasiya;

  • Sərt maqnit diskdə (vinçester) toplanan informasiya;

  • Dəyişdirilə bilən maqnit disklərdə toplanan informasiya;

  • Kompakt disklərlə iş üçün disk qurğuları;

  • Strimmerlər və s.




    1. Elastik maqnit disklərdə toplanan informasiya daşıyıcıları – disketlərdir. Hal-hazırda adi disketlərdən və floppi disketlərdən istifadə olunur. Adi disket 1,44 Mbayta, floppi disketlər isə 21 Mbayta qədər informasiya tuta bilər.

    2. Dəyişdirilməyən sərt maqnit disk (HDD – Hard Disk Driver, vinçester) EHM-lə iş zamanı daim istifadə olunan informasiyanın – əməliyyat sisteminin, proqram örtüyü proqramlarının və s.-in kompyuter şəbəkədən ayrıldıqda belə uzun müddətə saxlanılmasını təmin edir. Müasir kompyuterlərdə vinçesterin tutumu 1Tbayt-a qədər ola bilər.

    3. Dəyişdirilə bilən sərt maqnit disklər də informasiyanın saxlanması və daşınmasını təmin edir.

Lazer kompakt disklərlə iş üçün disk qurğuları müxtəlif tip kompakt disklərdən informasiyanın oxunmasını təmin edir. Əsas tipləri aşağıdakılardır:

  1. CD-R (Compact Disc). Bu cür disklərə informasiya istifadəçi tərəfindən xüsusi yazı qurğusu (CD-Writer) ilə bir dəfə yazıla bilər. Yaddaşın həcmi ən azı 680 Mbayt olur. CD-ROM qurğusu ilə isə CD-diskdəki informasiyanı yalnız oxumaq olar.

  2. CD-RW (Compact Disc - Rewritable) disklər. Bu cür disklərə informasiya yazan istifadəçi tərəfindən çoxlu sayda yazılıb, silinə bilər.




  1. DVD disklər. Bu disklərin digər lazer disklərdən fərqi informasiyanın daha sıx yerləşdirilə bilməsindədir. Ən çox istifadə edilən DVD disklərin tutumu 4,38 Gbaytdır. Bu disklərin tutumu 15 Gbayta qədər ola bilər. DVD disklərin iki tipi var: DVD-R – yalnız informasiyanı oxumaq üçün, DVD-RW isə həm oxumaq, həm də yazmaq üçün istifadə edilir. Bu disklərin oxunması üçün xüsusi qurğudan (DVD-ROM) istifadə edilir, bu qurğu adətən CD-lərin oxunmasını da təmin edir.


ZIV informasiya yığıcıları. 2001-ci ildə Hyundai kompaniyası fləş-yaddaşla mobil vinçester arasında yerləşən ZIV-drive adlı yeni növ informasiya yığıcısı təklif edir. Bu qurğunun ölçüsü fləş-yaddaşda olduğu kimidir, tutumu isə 10-100 Gb olur.

Fləşkart və s.



Fərdi kompyuterlərlə işləyərkən klaviaturaya alternativ olan xüsusi manipulyatorlardan istifadə edirlər. Bunlara coystik, işıqlı qələm, sensor paneli, maus və s. aiddir.

Maus (manipulyator)


Maus – hamar səth üzərində hərəkət etdirildikdə, kursorun da ekranda həmin istiqamətdə hərəkətini təmin edən, üzərində iki, ya üç düymə olan qurğudur. Maus və trekbol vasitəsilə informasiya kompyuterə daxil edilir. Sol düymə əmrləri vermək, sağ düymə isə kontekst menyunu açmaq üçün istifadə olunur.

Trekbol


Maus ideyası özünün bir sıra müsbət xüsusiyyətlərinə baxmayaraq, müəyyən çətinliklər də törədir. Onu stol üzərində hərəkət etdirdikdə kabeli nəyəsə ilişir və s. Bu problemləri aradan qaldırmaq üçün trekbol adlanan qurğu kəşf edilmişdir. Bu halda maus tərsinə çevrilir və mausun özü hərəkət etmir, biz yalnız barmağımızla kürəni hərəkət etdiririk. Trekbollar mausa nisbətən daha baha olur və əsasən tətbiqi qrafiki işlərdə, avtomatlaşdırılmış layihə sistemlərində geniş tətbiq edilir.


Sensor paneli (Taçpad)


İdarə qurğularından biri də ən çox noutbuklarda istifadə olunan sensor paneli və ya taçpaddır (ing. touchpad – sensor sahə).

Sensor panelindən barmağı qurğunun səthində hərəkət etdirməklə kursorun ekranda hərəkətini təmin etmək üçün istifadə olunur.



Əlavə qeydlər

Kontroller


  • Kontroller (və ya nəzarət qurğusu)- idarə qurğusu olub, giriş-çıxış qurğularını mərkəzi prosessorla əlaqələndirir. Fərdi kompyuterlərdə istifadə olunan qurğuları kompyuterə qoşmaq üçün kontrollerdən istifadə edirlər. Bəzi qurğuların kontrollerləri fərdi kompyuterin ana platasının üzərində olur (klaviatura, mouse, printer və s.), bəzi qurğuların kontrollerləri isə ayrıca plata şəklində olur (monitor, sərt maqnit disk qurğusu və s.).

  • Sistem interfeysi-Mərkəzi hissə ilə -Perferiya hissəsini əlaqələndirir

  • Drayver- Əməliyyat sistemi ilə Perferiya hissəsini əlaqələndirir.

  • Proqram-Kompyuterin Başa düşəcəyi xüsusi dildə yazılan əmirlər ardıcıllığıdır

  • İxtisaslaşdırımış prosessor-müəyyən tip məsələlərin həlli üçün nəzərdə tutulub.

  • . İlk fərdi kompyuterin yaranma tarixi 1977-ci il hesab olunur. Məhz bu ildə iki amerikalı alim – S.Vozyak və S.Jobs öz fərdi kompyuterlərini yaratdılar və onu Apple adlandırdılar.

  • IBM firması isə ilk fərdi kompyuterini 1981-ci ildə yaratdı (IBM PC) və ondan sonra bütün dünyada bu kompyuterlərdən geniş istifadə edilməyə başlandı. Hal-hazırda bütün dünyada istifadə edilən kompyuterlərin 80%-i IBM platforması ilə istehsal edilən kompyuterlərdir.
  • Şəbəkə kartı


Şəbəkə kartı kompyuterin şəbəkəyə qoşulmasını təmin edir. Əgər firma və ya təşkilatda lokal şəbəkə varsa, şəbəkə kartı vasitəsilə kompyuterlər arasında informasiya mübadiləsi yaratmaq mümkündür.



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə