39 dover street, london, W1S 4nn covannİ Ozzola




Yüklə 19.27 Kb.
tarix29.04.2016
ölçüsü19.27 Kb.

39 DOVER STREET, LONDON, W1S 4NN


Covannİ Ozzola
Flipbuklarda (hərəkətli şəkilli kitablar) ayrı-ayrı şəkillərin bir-birini sürətlə əvəzləyərək animasiya yaratdığı kimi, Ozzola da işığın hərəkətini təsvir etməyə çalışır. Ozzola öz gördüyü ayrı-ayrı təsvirləri göz qırpımı zamanı yaranan ani görüntü kimi kağız üzərində həkk edir. İşıq zaman axınının göstəricisidir. O, günümüzü müəyyənləşdirən fiziki fenomen - gün işığı, həmçinin gözləri yönləndirən və obyektləri təyin edən süni işıqdır. İşıq bizə cisimləri dərk etmə imkanı verən dalğa, eləcə də təsviri həkk etmə və canlandırma üçün vasitədir.

Gazelli Art House üçün Ozzola yeni zaman ölçüsü yaradaraq, müşahidəçiləri qavrama prosesinə qədəm qoymağa dəvət edir. Ozzola "Nəticə - az qala zülmət"-2010 adlı yeni işini təqdim edəcək. Əsər onu əhatə edən mühitin rütubətliliyinin əmələ gətirdiyi damlaların yaratdığı zərif dalğaların canlandırdığı su səthini əks etdirən böyük həcmli fotoqrafik təsvirlərin əmələ gətirdiyi triptixdən ibarətdir. Təsvirlər seyrçini mütləq və demək olar ki, metafiziki ölçüdə tutaraq, donmuş, qeyri-müəyyən zamana aparır. "Nəticə - az qala zülmət"-2010 "Alba, 2009" adlı yeni video-instalyasiya ilə yanaşı sərgilənəcək. Öz növbəsində, "Alba, 2009" da zamanı və onun işığa olan təsirini təsvir edir. Video otaq interyerini və işığın gün ərzində dəyişmə prosesini göstərir.


Bioqrafiya

1982-ci ildə Florensiyada anadan olmuşdur; Toskanada yaşayır və fəaliyyət göstərir.


Fərdi sərgilər

2012 Settecento, Galleria Continua, San-Ciminyano, İtaliya.

2011 Naufragio, a cura di Ludovico Pratesi, Centro Arti Visive Pescheria, Pezaro, İtaliya.

2011 Vena, Cecchi Arte, Cantine Cecchi, Kastellina-in-Kyanti, İtaliya.

2010 Son həddə, kurator - Yelena Forin, Elgiz Muzeyi, İstanbul, Türkiyə

2009 Zamanda xatirələr, kurator - Marko Nember, A3M Brixia bv, Amsterdam, Niderland Krallığı

2009 Rencontres lors d’une promenade nocturne, kurator - Florian Matzner və Alberto Salvadori, Bardinilərin villası, Florensiya, İtaliya

2009 Covanni Ozzola, kurator - Eliza Del Prete, Galleria Fabio Tiboni, Boloniya, İtaliya

2009 Yağışdan sonra, Ines Musumeci Greco, Loto Arte, Roma, İtaliya

2008 Omnia Munda Mundis, Kastello di Ama üçün daimi installyasiya, Qayole, Siena, İtaliya

2008 Covanni Ozzola - video işlər, kurator - Miçiyo Miyake, Vaseda Universiteti, Tokio, Yaponiya

2007 İki dəfə / məni möhkəm tut, bunu çox sevirəm, video-instalyasiya, kurator - Pyetro Qalyano, Supernova, Florensiya, İtaliya

2007 Covanni Ozzola, Sala della Palazzina di Forte Belvedere, Florensiya, İtaliya

2007 İncəsənət hər şeydən irəlidir, Palazzo Re Enzo, Boloniya, İtaliya

2006 Sentimental əhval-ruhiyyədə, Galleria Continua, San-Ciminyano, İtaliya

2004 Covanni Ozzola, kurator - Pyer Luici Tazzi, Dryphoto Arte Contemporanea, Prato, İtaliya


Seçilmiş qrup sərgiləri

2011 İtalyanlar daha yaxşı bacarır, Gazelli Art House və Pret A Diner-in birgə layihəsi, London, Böyük Britaniya

2011 Premio Cairo, kurator - Luka Beatriçe, Museo della Permanente, Milan, İtaliya

2011 Meriggio a Carignano, kurator - Lüdoviko Pratezi, Konsul villası, Karinyano, İtaliya

2011 DOVE FINISCE IL DESTINO? Alogità dell’esistenza, Teatro Valle, Roma, İtaliya

2011 Arte e Movimento: Visioni Urbane, kurator - Lüdoviko Pratezi, Audi Zentrum, Roma, İtaliya

2011 Nuova creatività italiana (Officina Italia 2 Biennale giovani 3), Centro Civico Baraccano, Boloniya, İtaliya

2011 Talenti emergenti, CCCS – Centro di Cultura Contemporanea Strozzina, Palazzo Strozzi, Florensiya, İtaliya

2011 Qeyb olma, kurator - Qayya Serena Simionati, Maraya Bədii Mərkəzi, Şarca, Birləşmiş Ərəb Əmirlikləri

2011 Sirli bağ, Santa-Skolastika Arxeoloji Muzeyi, Bari, İtaliya

2011 Fotografabilly, interyer dizayneri Anna Klemente – Dino Morra Arte Contyemporanea, Neapol, İtaliya

2010 Sirli bağ. Opere d’arte del secondo Novecento nelle collezioni private pugliesi, keçmiş Santa-Skolastika monastrı, Bari, İtaliya

2010 China Purple, Ruhlar satılmır, ViaFarini – Teyt Modern– Turbine Hall Bridge, London, Böyük Britaniya

2010 Linguaggi e Sperimentazioni. Giovani artisti in una collezione contemporanea, kurator - Corcio Verzotti, MART -Trento və Rovereto Yeni və Müasir İncəsənət Muzeyi, İtaliya

2010 Dünya içində dünya – Un Mondo dentro il Mondo, kurator - Culiya Trolp, Milan, İtaliya

2010 Niente da vedere tutto da vivere, kurator - Lorenzo Bruni, XIV Beynəlxalq Karrara Heykəltəraşlıq Biennalesi tədbirlərinə paralel olaraq, Pyetro Takka adına Mərmər İnstitutu, Karrara, İtaliya

2010 8 minuti dal sole, 1 minuto dalla luna, kurator - Alessandro Romanini, LU.C.C.A, Lukka, İtaliya

2009 Sensibili Energie, kurator - Alberto Salvadori, GCAMC, Arezzo, İtaliya

2009 Fərq, kurator - Vinsente Verle, Centre d’Art Bastille, Qrenobl, Fransa

2009 La Fioritura del Bambù, ViaFarini DOCVA, Milan, İtaliya

2009 Il Cielo in una stanza, kurator - Andrea Bruçati, GC.AC, Monfalkone, İtaliya

2009 P.T 01, Çelsi İncəsənət Muzeyi, Nyu-York, ABŞ

2009 Rites de passage, kurator - Pyer Luici Tazzi, Schunck-Glaspaleis, Herlen, Niderland Krallığı

2008 P.T 01, Palazzo delle Esposizioni, Roma, İtaliya

2008 İtalyan mənzərəsi, kurator - Lüdoviko Pratezi, LUISS Guido Carli, Roma, İtaliya

2008 Pis oğlanlar, kurator - Pyetro Qalyano, Castello dell’ Acciaiolo, Skandiççi, Florensiya, İtaliya

2008 Müasir italyan dühası, Pecci Müasir İncəsənət Muzeyi, Seul, Tokio, Taypey, Nyu Dehli, Cənubi Koreya, Yaponiya, Çin, Hindistan

2006 Sirokko, kurator - Uilyam Meysburger, nominator - Pyer Luici Tazzi və Antonio Katelani, Künstlerhaus, Palais Thurn und Taxis, Bregenz, Avstriya

2005 Gemine muse, kurator - Stefano Pezzato, San Domenikoda Divar rəsmləri muzeyi, Prato, İtaliya

2005 Guardami, Percezione del video, kurator - Lorenzo Fuzi, Palazzo delle Papesse, Siena, İtaliya

2005 In- visibile in- corporeo, kurator - Pyer Luici Tazzi, MAN İncəsənət muzeyi, Nuoro, İtaliya

2005 Videodrom, video-görüntünün reallığı, kurator - Mateo Kini, Elettro+, Florensiya / Muzey-laboratoriya, Çitta-Sant'Ancelo, İtaliya

2004 Pecci Müasir İncəsənət Muzeyinin Layihə Kolleksiyası, kuratorlar - Daniel Sutif və Samuel-Fuyumi Namioka, layihə otağı, Pecci Müasir İncəsənət Muzeyi, Prato, İtaliya

2003 Xoşbəxtlik. İncəsənət və həyat üçün yaşam təlimatları, kuratorlar - Devid Elliot və Pyer Luici Tazzi, Mori İncəsənət Muzeyi, Tokio, Yaponiya

2002 Soirées, Pyer Luici Tazzinin layihəsi, kurator - Lorenzo Bruni, Lanfranko Baldi Fondu, Pelaqo, İtaliya


Gazelli Art House, 39 Dover Street London W1

+44 (0) 207 491 8816 www.gazelliarthouse.com Info@gazelliarthouse.com





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə