31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik ( Birlik ) bayramı




Yüklə 8.5 Kb.
tarix10.04.2016
ölçüsü8.5 Kb.
31 dekabr Dünya Azərbaycanlılarının

Həmrəylik ( Birlik ) bayramı

Hörmətli Azərbaycanlılar! 31 dekabr Dünya Azərbaycanlılarının Birlik bayramıdır. Bu müqəddəs gün tarixin dərinliyindən qopan Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu əziz bayramı ümum Azərbaycanlilara təbrik edirik.

Azərbaycan milləti siyasi qüdrətlər tərəfindən parçalanıb və biganə dövlətlərə tabe olmağa məcbur edilsə də birlik mücadiləsi həmişə davam etmişdir. Bunun nümunələri səsi boğulmuş millətin şairlərinin nəğməsində davamlı görünür.

Həsrət ədəbiyyatı xüsusilə SSRİ dövründən yeni bir silah kimi bu süni parçalamalara üsyan nümunəsidir. Araz, Muğan, Qarabağ, Qaradağ, Təbriz, Bakı və s., şair və ziyalılarımızın bir-birinə yazılarında iki qardaşın bir-birinə olan həsrət və ayrılığı əks edib və etməkdədir. Arazı göz yaşına bənzətmək, qana bənzətmək şairlərimizdə bu təhmili ayrılıqdan yaranmış ürək yaralarını göstərir.

SSRİ-nin son günləri millətimizin Arazın hər iki tayından hüdudlar yürüyüşü , dəmir tikanlı məftilləri qırması özünü suya vurub üz doğma qardaş bacısına qovuşması iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq millətimizin həftələrlə Araz qirağında gecə-gündüz birləşmək şüarı Azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırdı.

Dəyərli Azərbaycanlılar! Azərbaycanın Güzeyi müstəqil olsa da 20 % torpaqları (Qarabağ) işğal altındadır. Güney hələ də əsarətdədir, əsarətdə saxlanmış Azərbaycan necə azad Azərbaycanla birləşə bilər? Güney Azərbaycan istiqlal Partiyasının baxımında Dünya Azərbaycanlılarının birləşməsi Güney Azərbaycanın istiqlaliyla və Qarabağın azadlığıyla gərçəkləşə bilər. Məhz buna görə də biz Azərbaycan millətinin birlik harayına doğru düzgün vcavab vermək istəyən bütün sadiq azərbaycanlılara Güney Azərbaycan İstiqlal Partiyası (GAİP)-nın ətrafına toplanması üçün müraciıt edirik. Siz vətənsevər, millətsevər, haqq sevər, insansevər, sadiq və təmiz Azərbaycanlıları GAİP –in ətrafında birləşmə və mütəşəkil mübarizəyə çağırırıq. Əsir bir millət əsarətdən azad olmayana qədər heç bir insani, milli, iqtisadi, ictimai və beynəlmilə nailiyyət əldə edə bilməz. Öz insani haqqımıza çatmaq, milli birlik və milli inkişafımızin təkcə və təkcə yolu milli azadlığımızdadır. Torpağı işğal olunmuş, dili tapdalanmış, kimliyi talanmış millətin istiqlaldan başqa çıxış yolu yoxdur. Başqa tərəfdən Güzey Azərbaycanın 20%-dən artıq torpaqları erməni təcavüzkarları tərəfindən işğal olunubdur. Millətimizin bir hissəsi ermənilərin əlində əsir saxlanılıbvə böyük hissəsi də vaqonlarda bu soyuq qış gecələrini təkcə azadlıq arzusuyla və qurtuluş ümüdiylə yaşayırlar.

Bu gün Dünya Azərbaycanlılarının əsas hədəfi iki məsələdən ibarət olmalıdır: 1. Qarabağın azadlığı və Güneyin azadlığı. Bu hədəflərin hər ikisi də eyni əhəmiyyətdə eyni aktuallıqdır. Yurdsevər, azadlıqsevər, insansevər, vətənsevər Azərbaycanlılar əlbəttə ki bu məsələlərə laqeyd qala bilməzlər.



Qarabağın işğaldan azad olunması, Azərbaycan ərazi bütövlüyünün qorunması və Güney Azərbaycanın istiqlalı arzusunda olan bütün insanları alqışlayaraq, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik (Birlik) bayramıni hamınıza təbrik edib, millətimizə uğur və başı ucalıq arzu edirik.
Güney Azərbaycan İstiqlal Partiyasının sözçüsü:

Saleh İldirim. 31.12.04.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə