3. Yoxsulluq anlayışı, onun səviyyəsinin qiymətləndirilməsi




Yüklə 15.38 Kb.
tarix30.04.2016
ölçüsü15.38 Kb.
Hazırladı: Yunus Kazımov (AƏSMA)

3. Yoxsulluq anlayışı, onun səviyyəsinin qiymətləndirilməsi.
Yoxsulluq insan cəmiyyəti üçün əbədi sosial-iqtisadi bəladır problemdir. Bu problem bir çox elm və elm nümayəndələrinin mühüm tədqiqat obyektıdir. Çünki burada əməyin iqtisadiyyatı, sosiologiya, fəlsəfə, siyasi iqtisad, psixologiya, statistik, demoqrafiya, kibemetika və s. elmlərlə bağlı aspektlər çoxdur.

Yoxsulluq hər bir adam, ailə və dövlət üçün cari, gündəlik və strateji bir problemdir. Ayrı-ayrı ölkələrdə yoxsulluq rifah nəzəriyyəsi fenomeni altmda (yoxsulluğun da öz fenomeni vardır) müxtəlif variantlar, konsepsiyalar, modellər əsasında, istiqamətində tədqiq edilir. Keçmiş SSRİ-də “yoxsulluq” anlayışı əvəzinə bir qayda olaraq “az təminatlı” sözü işlənirdi və bu anlayış daha çox ailə miqyasmda başa düşülür və tədqiq edilirdi. Ailə ona görə əsas götürülürdü ki, maddi cəhətdən əlverişsiz ailələrə dövlət yırdımı müəyyən edilə bilsin. Burada minimum ailə büdcəsi əsas götürülür və o normativ, rasional istehlak büdcəsi ilə müqayisə edilirdi. Əslində yoxsulluq səviy- yəsini müəyyən etmək üçün müasir dövrdə də metodoloji aspekt kimi bu qaydadan istifadə etmək olar. Burada ailə büdcələrinin tədqiqi və statistik informasiyalarm əhəmiyyəti böyükdür.

Yoxsulluq həm iqtisadi, həm də sosial, siyasi problemdir. Yaşay- ış minimumunun, mitıimum istehlak səbətinin həcmi, habelə məcburi ödənişlərin məbləği də yoxsulluq həddinin müəyyən edilməsində nəzərə almmalıdır. Lakin yoxsulluqla həyatın dəyəri, həyatm keyfıyyəti arasmdakı əlaqənin müeyyən edilməsindəki metodoloji çətinliklər yoxsulluq həddi və səviyyəsi haqqmda bitmiş təsəwür yaratmağa imkan vermir. Yoxsulluq həddi, səviyyəsi dəqiq meyarlara, göstəricilərə əsaslanmahdır. Bə’zi sosioloqlar və iqtisadçılar yoxsulluq fenomeninə qiymət vermək üçün sosioloji metodlara əsaslanan ictimai ekspertizadan istifadə olunmasını məqsədə uyğun hesab edirlər.

Yoxsulluq anlayışma və onun səviyyəsinə müxtəlif aspektlərdə, istiqamətlərdə yanaşmaq olar.

- Birincisi, qeyri bərabər bölgü münasibətləri baxımmdan: əhalinin ayrı-ayn sosial təbəqəİəri, demoqrafık qruplan üzrə qeyri bərabər bölgü biri üçün məhdud, digəri üçün geniş həyat şəraiti.

- İkincisi, varlılar və yoxsullar nisbəti baxımmdan. Müasir iqtisadi sisteni şəraitində iqtisadi bərabərsizliyin universal göstəricisi, etalonu pül və əmlakdır, maddi dəyərlər məcmuudur. Dünya standartlanna görə varlılar milyonçular, multimilyonçular və milyaderlərə, supervarlılara ayrılır. ABŞ-da min ailə mənşə baxımmdan varlı aristokratlardır, onların içərisində 400 ailə ən varlıdır. Burada ən varlılar əhalinin 5-6 %- i qədərdir. Bir qayda olaraq əhaiiTqruplaxı üzrə iqtisadi qeyri bərabərlik aşağıdakı qaydada müəyyən edilir:



  1. Varlılar

  2. Orta sinif

  3. Yoxsullar

  4. Müflüslər.

Yoxsulluğun özü də bir-birindən fərqlənir. Bu, o deməkdir ki, varlılıq səviyyəsi kimi, yoxsulluqsəviyyəsi dəvardır. Busosiologiyavə iqtisad elmində belə tə’snivata ayrılır:

1. Aşağı gəlir səviyyəsində, yəni vital (ən həyatı) təiəbatı ödəməyə imkan verməyən səviyyə;

2.Bir necə tələbat (3-4) növünü ödəməyə imkan verən səviyyə;

3. Deprivasiya səviyyəsi, yəni yalnız 5-6 sayda tələbatı ödəməyə imkan verə bilən sə- viyyə;

4. Çıxılmaz vəziyyətdə olan səviyyə, müflüsləşmə;

5. Yaşayış minimumu, minimum istehlak büdcəsi səviyyəsi;

6. Kompleks təbiətli yoxsulluq (hər şeydən özgələşmə, pesimizm, apatiya və s.).


Supervarlılar əhalinin ən yüksək gəlirli hissəsli son həddidirsə müflüsləşənlər yoxsulluğun ən dözülməz, ən son həddidir, bioloji mövcudluq baxımından risq vəziyyətində olarılardır.

Qeyd etmək lazımdır ki, tarixən ayrı-ayrı ölkələrdə yoxsulluğa yoxsulluğun son həddində duran adamlara münasibət nəinki varhlar, hətta bir çox yazıçılar, fəlsəfəçilər, iqtisadçılar tərəfindən neqativ münasibət bəslənilmişdir. Onlara avara, sərkərdan, dilənçi həyat keçirənlər kimi yanaşılmışdı. Lakin sonralar bu fikir dəyişilmiş, belə adamlann da öz həyat dəyərlərinə, həyat mövqeinə malik olmalan təsdiqləndi.

Göründüyü kimi, yoxsulluq bir problem kimi geniş spektirli sosial-iqtisadi məsələlərlə, problemlərlə əlaqədardır. Buna baxmayaraq yoxsulluğun hələ də elmi cəhətdən əsaslandırılmış konsepsiyası yoxdur. Əhali arasmda da psixoloji baxımmdan sanki bu problemə biganəlik hiss olunur: varlı varlı olmalıdır, kasıb da kasıb - bu təsərrüf ki, təbii bir hal kimi təsdiqlənir. Halbuki yoxsulluğu, xüsusilə onun ən aşağı həddini sağlam fikir qəbul etməməlidir.

Dünya miqyasında, bir qayda olaraq yoxsulluğun mütləq və nisbi həddi, mütləq və nisbi yoxsulluq formaları qəbul edilir. Mütləq həddi ən zəmri tələbatı ödəmə (ərzaq, sənaye, malları və xidmətlər, dəstəyi, məcburi ödəmələr) xərcləri ilə, onlann dəyəri ilə müəyyən edilir. Lakin ən zəruri tələbat ödənilmir. Bununla yanaşı gəlirlərin bölüşdürülməsindəki qeyri bərabərlik, bəzi əhali qmplan gəlirləri və istehlakının orta səviyyədən xeyli aşağı olması nisbi yoxsulluq probleminin də tədqiqini tələb edir. Ona görə də yoxsulluq həddi orta yox- sulluq gösəriciləri ilə müqayisə edilir. Yoxsulluğun nisbi miqyası Lorens əyrisinin parametrləri ilə müəyyən edilir. Nisbi yoxsulluq bir tə- rəfdən birinin digərinə görə nə qədər yoxsul olduğunu (digər start və yaxud təbəqə ilə müqayisədə), digər tərəfdən isə yoxsulluq səviyyəsinin həyat (normal və qeyri normal) standartlarına nə dərəcədə uyğun gəldiyini ve kənarlaşdığını səciyyələndirir.



Son vaxtlar prestij tələbatla bağlı yoxsulluq konsepsiyası da meydanı çıxmışdır. Bu, yoxsulluq müasir gənclərin ən modalı tələbatı ilə onun valideyinlərinin maddi imkanmm təzadlığı ilə meydana çıxır. Nəticədə kasıb ailədən çıxan bir srra gənclər pul əldə etmə ideologiyasına mübtala olur, qeyri əxlaqı yollara əl atırlar. Bəzən bunu çatmaq yoxsulluğu (yəni yoxsul adamm varlıya çatma arzusu) adlandırmaq olar. Bundan başqa, xroniki yoxsulluq anlayışı da vardır, bu bə’zətı “subkultur”, yaxud “anderklassın” subkulturu adlanır. Belə adamlar deviant davranışlı olur, həyatı planlan olmur, ziyankar olur lar. Belə davranış metodları onlara mövcud insani həyat tərzindən imtina etməyə, bu yolla da həyatda uğurlar qazanmağa köməklik edir. Lakin xroniki yoxsul olan bu tipli adamları sosial deprivasiyadan fərqləndirmək lazımdır. Sosial deprivasiya bir qayda olan əlillərə, işsizlərə, pensiyaçılara, uşaqlara, yoxsullara aiddir.

Yuxarıda göstərilənlərdən başqa yoxsulluq əmlak təminatı səviyyəsinə, istehlak xərclərinə, suöyektiv qiymətləndirməyə görə, deprivasiya üzrə də ola bilir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə