26 nömrəli məktəb-liseyni 530 şagird yerlik,40 nömrəli tam orta məktəbdə 450 şagird yerlik mövcud binaları əsaslı təmir edilmiş və şagirdlərin istifadəsinə verilmişdir




Yüklə 39.49 Kb.
tarix27.02.2016
ölçüsü39.49 Kb.
T Ə H S İ L


  • Təhsilin məzmunca yeniləşməsi, müasir tələblər baxımından təşkili, müasir düşüncə tərzinin formalaşması istiqamətində, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı sahəsində təhsil müəssisələrinin maddi-texniki bazasının inkişafı, yeni məktəb binalarının tikintisi istiqamətində işlər davam etdirilmişdir.




  • Təhsil müəssisələrinin maddi-texniki və tədris metodiki bazasının möhkəmləndirilməsi, onların müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunması, mövcud tədris binalarının təmiri, yenisinin tikilməsi Gəncə Şəhər İcra Hakimiyyətinin daim diqqət mərkəzində olmuşdur.



  • M.Mehdizadə adına 4 №-li tam orta məktəbdə 930 şagird yerlik mövcud bina əsaslı təmir edilmiş və 960 şagird yerlik yeni korpusun inşası başa çatdırılmış Möhərəm Prezidentimiz İlham Əliyev cənablarının iştirakı ilə açılışı olmuşdur.




  • 26 nömrəli məktəb-liseyni 530 şagird yerlik ,40 nömrəli tam orta məktəbdə 450 şagird yerlik mövcud binaları əsaslı təmir edilmiş və şagirdlərin istifadəsinə verilmişdir.



  • M.C.Paşayev adına 39 №-li tam orta məktəbdə 930 şagird yerlik mövcud bina əsaslı təmir edilmiş 15 sentyabrda şagirdlərin istifadəsinə verilmişdir və 1200 şagird yerlik yeni korpusun inşası davam edilir.


  • Bununla bərabər 360 şagird yerlik 1 nömrəli və 450 şagird yerlik 2 nömrəli peşəliseylərində, 500 şagird yerlik 1 nömrəli peşə məktəbində, 250 şagird yerlik Sanatoriya Tipli İnternat Məktəbinin korpus və yataqxanasında əsaslı təmir işləri davam etdirilir.




  • Cari ilin əvvəlindən 1100 şagird yerlik 12 nömrəli tam orta məktəb və 450 şagird yerlik 3 nömrəli Peşə məktəbi əsaslı təmir edildikdən sonra, 32 nömrəli tam orta məktəbin 400 şagird yerlik əlavə korpusu inşa edilərək istifadəyə verilmişdir.




  • Bundan əlavə 2140 şagird yerlik 1 nömrəli, 1100 şagird yerlik 14 nömrəli, 640 şagird yerlik 41 nömrəli tam orta məktəblərin və 1076 şagird yerlik 44 nömrəli məktəb-lisey kompleksinin əsaslı təmirinə başlanmışdır.




  • Gəncə Şəhər Təhsil İdarəsinin binasının tikintisi başa çatdırıldı və 24 dekabr tarixində Şəhər İctimaiyyətinin iştirakı ilə açılışı oldu.




  • Təhsilin səviyyəsinin yüksəldilməsi, IX, XI sinif şagirdlərinin buraxılış imtahanlarına hazırlanması, onların bilik səviyyəsinin yüksəldilməsi üçün yanvar və fevral ayılarında təhsil idarəsi tərəfindən sınaq test imtahanları aparılmışdır.




  • Təhsilin informasiyalaşdırılması sahəsindəki nailiyyətlər də ürəkaçandır. Məsələn, 2004-cü ildə hər 33 şagirdə bir kompüter düşdüyü halda, hazırda 18 şagirdə bir kompüter düşür. “Xalq kompüteri” layihəsi çərçivəsində 2 mindən çox müəllim kompüterlə təmin olunmuş, 49 təhsil müəssisəsi internet şəbəkəsinə qoşulmuşdur. Təhsil Nazirliyinin xətti ilə 2014/2015-ci tədris ilinin başlanğıcında şəhər məktəblərinə 72 ədəd elektron lövhə verilmişdir.




  • Şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsi işinin yaxşılaşdırılması, onların hərbi məktəblərə marağının artırılması məqsədilə tədbirlər davam etdirilmişdir. Bu məqsədlə fevral və mart aylarında məktəblilər arasında “Cəsurlar” və “Şahin” hərbi idman oyunları üzrə yarışlar keçirilmişdir. Şəhərin 11nömrəli tam orta məktəbinin “Cəsurlar” komandası və 29 nömrəli tam orta məktəbin “Şahin” komandası Zona yarışlarına vəsiqə qazanmışlar.



  • Gəncə Şəhər Təhsil İdarəsinin Metodiki Mərkəzi tərəfindən 8 fevral 2014-cü ildə Uşaq Yaradıcılıq Mərkəzində “Oturaq həyat tərzi – sivilizasiyanın xəstəliyi” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə şəhər məktəblərinin V-XI sinif şagirdlərindən 130 nəfər şagird, 50 nəfər müəllim iştirak etmişdi.



  • Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Beynəlxalq təhsil mərkəzinin respublika üzrə 05 mart 2014-cü il birgə keçirdiyi “Dil və Mədəniyyət festifalında” 38 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Allahverdiyeva Nəzrin Şahin qızı II yerə layiq görülmüş və gümüş medalla təltif olunmuşdur.



  • 2014-cü ilin oktyabr ayında Bakı şəhərində keçiriləcək Azərbaycan Uşaqlarının III Formunda iştirak üçün təhsildə ictimai işlərdə fəallığı ilə seçilən, fikirlərini sərbəst ifadə etməyi bacaran 25 №-li tam orta məktəbin şagirdi Cəfərova Fəridə, 27 №-li tam orta məktəbin şagirdi Babazadə Nəzrin, 43 №-li tam orta məktəbin şagirdi Bədəlov Hüseyn, 38 №-li tam orta məktəbin şagirdi Nəzrin Allahverdiyeva 02 aprel 2014-cü il tarixdə Şəmkir şəhərində seçim turunda iştirak etmişlər.



  • Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin şagirdləri arasında 27 aprel 2014-cü il Nə? Harada? Nə zaman? intellektual oyunu keçirilmişdir. Oyunun qalibi M.Ş.Vazeh adına 16 №-li tam orta məktəbin “Zəka” komandası oldu. Komanda üzvləri fəxri fərmanlar və hədiyyələrlə təltif olunmuşlar.




  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə inşa yazı, referat, şeir, şahmat yarışı 3 may 2014-vü il tarixdə keçirilmişdir. Bu müsabiqəyə şəhər məktəblərindən 186 nəfər şagird qatılmışdır. Bununla bağlı 03.05.2014-cü il tarixdə Uşaq Yaradıcılıq Mərkəzində geniş tədbir keçirilmişdir. İnşa yazı müsabiqəsinin qalibi 16 №-li tam orta məktəbin şagirdi İsmayılzadə Elşad İlham oğlu olmuşdur.



  • Ulu öndər Heydər Əliyev irsinin öyrədilməsi ilə əlaqədar “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə 2014-cü ilin fevral ayından 2015-ci ilin fevral ayınadək XI sinif şagirdlərinə dərslər tədris olunmuşdur. Dərslərin yüksək səviyyədə keçirilməsi üçün 15 nəfər ümumtəhsil məktəblərinin tarix müəllimi seçilmişdir. Dərslərdə 2542 nəfər şagird iştirak etmişdir.




  • Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar olaraq 10 May 2014-cü il tarixdə şəhər ictimaiyyətinin iştirakı ilə Gül Bayramı keçirilmişdir. Şəhər Təhsil İdarəsi fəal iştirakına görə Şəhər İcra Hakimiyyətinin Başçısının fəxri fərmanı ilə təltif olunmuşdur.



  • “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü”-nə həsr olunan “Vergilər uşaqların gözü ilə” adlı ümümtəhsil məktəbləri arasında 27 may 2014-cü il tarixdə keçirilən rəsm müsabiqəsində 36 nəfər şagird qatılmışdır. Müsabiqənin qalibi 27 nömrəli fizika-riyaziyyat informatika təmayüllü məktəb-liseyin şagirdi Məmmədova Lalə Arif qızı olmuşdur.




  • 27 may 2014-cü il tarixdə Gəncə şəhərində “Gənc xilasedici və yanğınsöndürən” komandasının zona yarışı keçirilmişdir. 14 №-li tam orta məktəbin “Gənc xilasedici və yanğınsöndürən” komandası zona yarışında qalib gələrək respublika yarışında iştirak etmişdilər.

  • 2013-2014-cü tədris ilində Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən buraxılış siniflərini bitirən 11-ci sinif üzrə 2334 nəfər, yəni bütün məzunlar tam orta təhsil haqqında attestat, 9-cu sinif üzrə 3353 nəfər, yəni bütün şagirdlər isə ümumi orta təhsil haqqında şəhadətnamə almışlar.

  • 2013/2014-cü tədris ilində Qızıl medala layiq görülənlər:

  1. Səmədli Ayaz Ədalət oğlu – 679 bal Bakı Ali Neft Məktəbinin “Prosesin avtomatlaşdırılması mühəndisliyi” fakültəsinə daxil olmuşdur (27 nömrəli məktəb-lisey).

  2. İsayev Röyal Abdulla oğlu – 663 bal Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasının hüquqşünaslıq fakültəsinə daxil olmuşdur. (39 nömrəli tam orta məktəb).

  3. Aslanlı Elxan Mübariz oğlu –651 bal Qafqaz Universitetinin maliyyə fakültəsinə daxil olmuşdur. (39 nömrəli tam orta məktəb).

  4. Yusibov Rəsul Yusif oğlu – 637 bal Amerika Birləşmiş Ştatlarının SEYNT ROZE Universitetinin kompüter elmləri multi-media fakültəsinə daxil olmuşdur (11 nömrəli tam orta məktəb).




  • Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının statistik məlumatına əsasən 2013/2014-cü tədris ilinin məzunlarından 1827 nəfəri ali məktəblərə sənəd təqdim etmişdilər. Onların 892 nəfəri yəni 48,82 faizi Respublikamızın ali məktəblərinə qəbul olmuşdur. Bundan başqa 38 nəfər Xarici ölkələrin (Rusiya, Türkiyə, ABŞ, Gürcüstan və s.) ali məktəblərinə qəbul olmuşlar. Qəbul olanlar barədə arayışlar Təhsil İdarəsinə təqdim olunmuşdur.




  • Ümumilikdə ali məktəblərə qəbul olanlar 930 nəfər, yəni 50,9 % təşkil edir.Bunlardan başqa 78 nəfər abituriyent 11 illik təhsil bazasından orta ixtisas təhsil müəssisələrinə qəbul olmuşlar. 1827 nəfər abituriyentin 1008 nəfəri, yəni 55,17 %-i ali və orta ixtisas məktəblərinə qəbul olmuşdur. 32 nəfər isə xüsusi təyinatlı Ali Hərbi Məktəblərə qəbul olmuşlar. Ali məktəblərə qəbul üzrə ən yüksək göstərici 4, 11, 14, 16, 26, 27, 29, 39 nömrəli tam orta məktəblər və 44 №-li məktəb-lisey-kompleksi olmuşdur. Ali məktəblərə qəbul olanların 179 nəfəri 500-dən yuxarı, 48 nəfəri isə 600-dən yuxarı bal toplayaraq yüksək nəticələr göstərmişlər. 14 nəfər 650-dən yuxarı bal toplamışdır.




  • Gəncə şəhər M.Ş.Vazeh adına 16 №-li tam orta məktəbin məzunu Hüseynov Rüfət İlham oğlu 11avqust 2014-cü il tarixdə Çində keçirilən Yeniyetmələr arasında II Yay Olimpiya Oyunlarında boks üzrə olimpiya çempionu olmuş və qızıl medal qazanmışdır.




  • Gəncə şəhər M.Mehdizadə adına tam orta məktəbin ingilis dili müəllimi Məmmədov Fəphad Ənvər oğlu möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının sərəncamına əsasən 2014-cü tədris ilində ən yaxşı müəllim müsabiqəsinin qalibi olmuşdur.




  • Gəncə şəhər 29 nömrəli tam orta məktəbin XI sinif şagirdi Nəhmədova Aynurə Nurəddin qızı Fənn olimpiadasının Respublika turunda Azərbaycan tarixi fənnindən 10 aprel 2014-cü il tarixdə III yerə layiq görülmüşdür.




  • Möhtərəm Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə “Ölkəmizi tanıyaq” maarifləndirici aksiyasında Gəncə məktəbliləri 19-21 avqust tarixlərində Qusar-Quba-Xaçmaz bölgəsində ekskursiyada olmuş, orada keçirilən bilik müsabiqəsində fəallıq göstərərək I yerə layiq görülmüşlər.




  • 08 sentyabr 2014-cü il tarixdə təhsil işçilərinin ənənəvi sentyabr konfransi keçirildi. Konfransda 480 nəfər iştirak etdi. Konfransda Azərbaycan Respublikası Təhsil Nazirinin müavini cənab Ceyhun Bayramov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı cənab Elmar Vəliyev iştirak etdi. Konfrans yüksək səviyyədə təşkil olunmuşdu.




  • Gəncə Şəhər Təhsil İdarəsi və Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsinin birgə təşəbbüsü ilə ümumtəhsil məktəblərinin V-XI sinif şagirdləri şəhərin qədim, müasir, mədəni abidələrinə, tarix və incəsənət muzeylərinə 01 may 2014-cü il tarixdə ekskursiyalar təşkil edilmişdir.

  • Yay tətili dövründə şagirdlərin asudə vaxtlarının təşkil edilməsi məqsədi ilə Gəncə şəhər Təhsil İdarəsinin təşəbbüsü ilə İngilis dili yay məktəbi təşkil edilmişdir. Yay məktəbinin sonunda bütün iştirakçılar sertifikatlarla təltif olunmuşdular. Qalib olan 6 nəfər Şimali Kiprə “Doğu ağ dəniz” Universitetinin Beynəlxalq Yay Məktəbinə göndərildilər.

  • 04 oktyabr 2014-cü il tarixdə Azərbaycanın görkəmli şairi Mirzə Şəfi Vazehin 220 illik yubileyinə həsr olunmuş Beynəlxalq konfrans keçirildi.

  • 09.09.2014-cü il tarixdə Azərbaycanda məktəblilər arasında keçirilən “Eko Rəsm Gündəliyi 2014” Beynəlxalq müsabiqəsinin milli mərhələsinə start verildi. Gəncə şəhər ümumtəhsil məktəblərinə 500 ədəd “Eko Gündəlik” verildi. Bu gündəliklər şagirdlər tərəfindən işlənilərək 25 sentyabr 2014-cü il tarixdə “İdea İctimai Birliyi”nə təhvil verildi və bunların içərisindən Respublika üzrə 20 qalibdən 8 nəfəri Gəncə şəhər məktəbliləri olmuşdur.

  • 20.10.2014-cü il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Gənclər İdaman Nazirliyinin layihəsi olan, Gəncə Şəhər Təhsil İdarəsinin və Gənclər İdman İdarəsinin “Xəmsə” milli intellektual bilik yarışı keçirildi. Yarışda 1, 4, 5, 6, 8, 15, 16, 17, 27 və 39 №-li tam orta məktəbin komandaları iştirak edirdi. I yerə 16 №-li məktəbin “Zəka”komandası, II yerə 1 №-li məktəbin “Lider”komandası, III yerə isə 27 №-li məktəb liseyin “Leqe”komandası layiq görüldü.

  • 07.11.2014-cü il tarixdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə Gəncə ümumtəhsil məktəblərində “İşıqlı həyat” sosial yönümlü layihə həyata keçirildi. Layihədə Gəncə Şəhər ümumtəhsil məktəblərindən 4 və 38 №-li tam orta məktəblərin 2, 3 və 4 sinif şagirdləri iştirak etdi. Layihənin keçirilməsində məqsəd Azərbaycanda uşaq və gənclərin yol qəzalarının qarşısının alınması, yol hərəkəti qaydalarının öyrədilməsi ilə bağlı maarifləndirilməsidir.

  • 06.11.2014–cü il tarıxdə “Təhsil Nazirliyi Milli Olimpia komitəsi” və “Coco-Cola şirkəti”nin birgə təşkilatçılığı ilə “Fəal ailəm, sağlam ailəm”- Sosial layihə keçirildi. Layihədə 38 №-li tam orta məktəbin İsmayılovlar ailəsi iştirak etdi və III yerə layiq görüldülər.

  • 10.12.2014-cü il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə Respulika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi “Ekoerudit” məktəblilərin breyn-rinq ekoloji bilik yarışı keçirildi. 17 nömrəli tam orta məktəbin komandası Respublika üzrə II yerə layiq görülmüşdülər.



  • Məktəblərin fənn olimpiadası 11.01.2015-ci il tarixdə Ə.Cavad adına 2 №-li tam orta məktəbdə keçirildi. Olimpiadada 696 nəfər şagird iştirak edirdi. Onlardan 81 nəfər şagird zona turuna vəsiqə qazandı.



  • 47-ci Beynəlxaq Kimya fənn olimpiadasının 18.02.2015-ci il tarixdə M.Ş.Vazeh adına 16 №-li tam orta məktəbdə zona turu keçirildi. Olimpiadada 39 nəfər iştirak etdi. Onlardan 7 nəfəri yüksək bal toplayaraq Respublika turuna vəsiqə qazanmışlar.



  • Beynəlxalq “Ana dili günü” münasibəti ilə 24.01.2015-ci il tarixdə ümumtəhsil məktəbliləri arasınada bilik yarışı keçirildi. Bilik yarışında 1-20 nömrəli tam orta məktəblərin və 31.01.2015-ci il tarixdə 21 - 46 nömrəli tam orta məktəblərin komandaları iştirak etdi.



  • Gəncə Şəhər Təhsil İdarəsində ümumtəhsil məktəblərinin kitabxana müdirləri və kitabxana işçiləri üçün seminarlar təşkil olunmuşdur. Seminarlar 16.02.2015-ci il tarixdən, 20.02.2015-ci il tarixə qədər davam etmişdir.

  • Yanvar ayının 29-dan başlayaraq fevral ayının 16-dək Gəncə Şəhər Təhsil İdarəsinin Tədris Resurs Mərkəzində təhsil müəsisəsələrində fəaliyyət göstərən praktik psixoloqlar üçün seminar treninqlər təşkil edildi. Treninqlərə Gəncə dövlət Univerisitetinin Psixologiya kafedrasının əməkdaşları dəvət olundular və psixoloqlara praktik məşğələlər keçərək bir çox tövsiyələr verdilər.

  • Gəncə Şəhər Təhsil İdarəsi də ümumtəhsil məktəblərinin informatika müəllimlərinin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi məqsədi ilə "Təlim resurs mərkəzində" 26.02.2014-cü il tarixdən təlim və seminarlar təşkil etmişdir. Bu seminarlarda şəhərin ümumtəhsil məktəblərinin informatika müəllimləri iştirak edirlər. Seminarlarda təlim keçmək üçün Gəncə Dövlət Universitetinin İnformatika kafedrasının müəllimləri Mehriban Ağa qızı Həsənova və Anar Ariz oğlu Qafarov dəvət olunmuşdur. Təlim prosesində müəlimləri maraqlandıran mövzularda proqram tərtib olunub seminarlar keçirilir. Təlimlər 14.03.2015-ci ilədək davam etdiriləcəkdir.



Gəncə Şəhər Təhsil İdarəsinin müdiri: Zakir Hüseynov




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə