24 may 2002-ci il tarixli 77№-li, 02 iyul 2004-cü il tarixli 097 №-li, 24 oktyabr 2007-ci il tarixli 148 №-li




Yüklə 54.09 Kb.
tarix31.03.2016
ölçüsü54.09 Kb.
«18» may 2000-ci il

24 may 2002-ci il tarixli 77№-li,

02 iyul 2004-cü il tarixli 097 №-li,

24 oktyabr 2007-ci il tarixli 148 №-li

Əmri ilə əlavələ və dəyişikliklər edilmişdir


Azərbaycan Respublikasının ərazisində Fond Birjasının təşkili, fəliyyəti və birja qaydalarına dair tələblər haqqında
ƏSASNAMƏ

I. ÜMUMİ MUDDƏALAR

1.1. Fond birjasının təşkili, fəaliyyəti və birja qaydalarına dair tələblər haqqında Əsasnamə (bundan sonra - Əsasnamə) ''Səhmdar cəmiyyəti haqqında'', ''Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında'', ''Qiymətli kağızlar haqqında'' Azərbaycan Respublikası Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 26 iyul tarixli 161 saylı Fərmanı ilə təsdiq edilmiş ''Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında'' Əsasnaməyə, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 noyabr tarixli 202 saylı Fərmanı ilə təsdiq edilmiş ''Fond birjası fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları''na və Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (bundan sonra - QKDK) tərəfindən qəbul edilmiş normativ-hüquqi aktlara müvafiq olaraq hazırlanmışdır.

1.2. Əsasnamədə istifadə edilən əsas anlayışlar: ticarət sistemi - qiymətli kağızlarla əqdlərin həyata keçirilməsi və icrası üçün tələb olunan məlumatnın saxlanması, işlənməsi və açıqlanmasını təmin edən hesablama vasitələrinin, proqram təminatının, məlumatlar bazasının, telekommunikasiya vasitələrinin və digər avadanlığın məcmusudur;

ticarət günü - fond birjasında hərrac keçirilən iş günüdür;

ticarət sessiyası - sifarişlərin elanı və işlənməsi həyata keçirilən, qiymətli kağızlarla əqdlər bağlanan iş gününün hissəsidir;

qiymətli kağızların listinqi - fond birjasının şərtlərinə və tələblərinə uyğun gələn qiymətli kağızların kotirovka vərəqəsinə daxil olma prosedurasıdır;

qiymətli kağızların delistinqi - fond birjasının şərtlərinə və tələblərinə uyğun gəlməyən qiymətli kağızların kotirovka vərəqəsindən çıxarılma prosedurasıdır;

kotirovka - qiymətli kağızlarının alınması, yaxud da satılması üçün hərrac iştirakçısının təklif etdiyi qiymətdir;

kotirovka vərəqəsi - listinq prosedurasını keçmiş qiymətli kağızların (qiyməti və rekvizitləri də göstərilməklə) siyahısıdır;

hərracın iştirakçısı - fond birjasının üzvü olan broker və (və ya) diler fəaliyyətini həyata keçirilməsi üçün qiymətli kağızlar bazarının peşəkar iştira-kçısının xüsusi razılığa (lisenziyaya) malik olan və fond birjasının qaydalarına uyğun sifarişlər elan etmək və qiymətli kağızlarla bağlı əqdləri həyata keçirmək hüququna malik olan hüquqi və (və ya) fiziki şəxsdir;

market-meyker - ticarətə buraxılmış qiymətli kağızların likvidliyinin artırılması öhdəliklərini üzərinə götürmüş dilerdir;

mütəxəssis - qiymətli kağızların emitenti ilə razılaşdırılmış qaydada emitentin qiymətli kağızlarının likvidliyinin artırılması üzrə öhdəlikləri üzərinə götürmüş brokerdir;

səllahiyyətli treyder - hərrac iştirakçısının ştat işçisi olan, QKDK tərəfindən verilmiş ixtisas şəhadətnaməsinə malik olan, hərrac iştirakçısının adından fond birjasında sifarişlərin elan edilməsi və əqdlərin həyata keçirilməsi üçün hərrac iştirakçısı tərəfindən səllahiyyət verilmiş şəxsdir;

sifariş - əqdin mühüm şərtlərini nəzərdə tutan fond birjasının qaydalarına uyğun elan edilmiş qiymətli kağızlarla əqdin həyata keçirilməsi haqqında təklifdir;

qiymətli kağızların lotu - sifarişin elan edilməsi üçün fond birjasının qaydaları ilə müəyyən edilmiş qiymətli kağızların minimum sayıdır;

orta qiymət - müəyyən emitentin növlü, kateqoriyalı (tipli) qiymətli kağızları üzrə fond birjasında həyata keçirilmiş bütün əqdlərin məbləğinin həmin qiymətli kağızların ümumi sayına bölünməsi nəticəsində müəyyən edilmiş bir ədəd qiymətli kağızın qiymətidir;

tələb qiyməti - sifarişin şərtlərindən biri olan və qiymətli kağızları hərrac iştrakçısı tərəfindən almağa hazır olmasını bildirilən bir qiymətli kağızın qiymətidir;


təklif qiyməti - sifarişin şərtlərindən biri olan və qiymətli kağızları hərrac iştrakçısı tərəfindən satılmağa hazır olmasını bildirən bir qiymətli kağızın qiymətidir.


II. FOND BİRJASININ TƏŞKİLİ VƏ FƏALİYYƏTİNƏ DAİR ƏSAS TƏLƏBLƏR

2.1. Fond birjası - qapalı səhmdar cəmiyyəti formasında yaradılan, öz üzvləri arasında qiymətli kağızlarla ticarəti təşkil edən və bağlanmış əqdlərin icrasını təmin edən qiymətli kağızlar bazarının peşəkar iştirakçısıdır.

Fond birjası qiymətli kağızlar bazarında ticarətin təşkilatçısı kimi, yalnız dövlət qiymətli kağızları və ticarət sessiyası müddəti ərzində digər qiymətli kağızlar üzrə depozitar fəaliyyəti və klirinq fəaliyyəti, istisna olmaqla digər fəaliyyət növləri ilə məşğul ola bilməz.

2.2. Fond birjası qapalı tipli səhmdar cəmiyyəti formasında yaradılır.

2.3. Fond birjasının nizamnamə fondunun minimum məbləği 3 mlrd. manat həcmində müəyyən edilir.

2.4. Fond birjası adi adlı səhmlərdən başqa digər qiymətli kağızlar buraxa bilməz.

2.5. Fond birjası yalnız birja üzvləri arasında ticarəti təşkil edir.

Qiymətli kağızlar bazarının digər iştirakçıları birjada yalnız birja üzvlərinin vasitəsi ilə əməliyyatlar apara bilərlər.

İstisna qaydasında Azərbaycan Respublikasının Milli Bankı birja üzvü olmadan birja ticarətində iştirak edə bilər.

2.6. Fond birjası qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeyiyyatına alındıqdan və QKDK-dan fond bircası fəaliyyətinə xüsusi razılıq (lisenziya) aldıqdan sonra fond birjası fəaliyyətini həyata keçirə bilər.

2.7. ÇIXARILIB


2.8 Fond birjası qüvvədə olan qanunvericiliyə və QKDK tərəfindən təsdiq edilmiş qiymətli kağızlar bazarında peşəkar iştirakçıların fəaliyyətini tənzimləyən normativ hüquqi aktlara, bu Əsasnamə ilə müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyətini təşkil edir və qiymətli kağızlar bazarında ticarətin təşkilatçısı kimi bu Əsasnamənin IV-cü bölməsində göstərilən qaydaları qəbul edir.

III. FOND BİRJASININ ÜZVLƏRİ


3.1. Fond birjasının üzvü Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, qiymətli kağızlar bazarının peşəkar iştirakçısı olan hüquqi və fiziki şəxslər ola bilər.

3.2. Fond birjasının üzvü qiymətli kağızlar bazarının peşəkar iştirakçısı kimi fəaliyyətinə xitam verdikdə və onun fəaliyyətinə qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xitam verildikdə o, fond birjasında üzvlük hüququnu itirir.

3.3. Fond birjasında üzvlük aşağıdakı hallarda ləğv edilir:

3.3.1. fond birjası üzvü birja üzvlüyündən könüllü sürətdə çıxdıqda;

3.3.2. QKDK tərəfindən fond birjasına və ya qiymətli kağızlar bazarında peşəkar iştirakçısına verilən müvafiq xüsusi razılığ (lisenziya) ləğv edildikdə;

3.3.3. fond birjasının üzvü QKDK tərəfindən müəyyən edilmiş ixtisas tələblərinə uyğun olmadıqda;

3.3.4. birjanın müvafiq qaydalarını pozduqda;

3.3.5. fond birjasının üzvü olan hüquqi şəxs ləğv edildikdə;

3.3.6. qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda.

3.4. Dövlət hakimiyyəti və idarəetmə orqanları, hüquq-mühafizə orqanları, onların vəzifəli şəxsləri və mütəxəssiləri fond bircasının üzvləri ola bilməzlər.

3.5. Birja üzvünün qiymətli kağızlar bazarının peşəkar iştirakçısı lisenziyasının fəaliyyəti dayandırıldıqda, birja onun üzvlüyünü bu müddət ərzində dayandırır.

IV. FOND BİRJASININ FƏALİYYƏTİNİ TƏNZİMLƏYƏN QAYDA VƏ SƏNƏDLƏR

4.1. Fond birjası qiymətli kağızlar bazarında aşağıdakı qaydaları və sənəd-ləri məcburi qaydada hazırlayır və təsdiq edir:

4.1.1. qiymətli kağızlarla ticarətin qaydaları;

4.1.2. qiymətli kağızların hərraca buraxılması və qiymətləndirilməsi qaydaları;


4.1.3. qiymətli kağızların ticarətə buraxılması (listinq) və ticarətdən çıxarılması (delistinq) qaydaları;

4.1.4. birjada aparılmış əqdlər üzrə hesablaşmaların və uçotun həyata keçirilməsi qaydaları;

4.1.5. ümumiləşdirilmiş indekslərin hesablanma qaydasını;

4.1.6. birjada üzvlük və üzvlərin birja əqdlərində iştirakı üçün aldıqları haqdan fond birjasının xeyrinə ayırmalar haqqında qaydaları;

4.1.7. məlumatların saxlanılması və qorunması qaydaları;

4.1.8. məlumatların açıqlanması qaydaları;

4.1.9. xidməti məlumatların saxlanması və istifadəsi qaydaları;

4.1.10. birja intizam tədbirləri qaydaları;

4.1.11. intizam komissiyası haqqında əsasnamə;

4.1.12. fond birjasında mübahisəli məsələlərin həllinə dair qaydalar;

4.1.13. fond birjasının qaydalarının qəbulu, onlara dəyişikliklər və əlavələr edilməsi reqlamenti.

4.2. Bu bölmənin 4.1 bəndində göstərilən qaydalar və sənədlərə əlavələr və dəyişikliklər qəbul edildikdən sonra 5 (beş) iş günü müddətində QKDK-ya təqdim edilməlidir.

Həmin bəndin 4.1.1. - 4.1.4. yarımbəndlərində göstərilən qaydalardan başqa digər sənədlər fond birjası fəaliyyətinə lisenziya alındıqdan sonra bir ay müddətində qəbul edilməlidir.

V. QİYMƏTLİ KAĞIZLARLA TİCARƏTİNİN QAYDALARINA DAİR TƏLƏBLƏR

5.1. Qiymətli kağızlarla ticarətin qaydaları aşağıdakıları nəzərdə tutmalıdır:

5.1.1. hərracın keçirilməsi qaydası və şərtləri;

5.1.2. hərrac iştirakçılarına olan tələblər;

5.1.3. market-meykerlərin və ya mütəxəssislərin funksiyaları, habelə onlara olan tələblər (fond birjası tərəfindən market-meyker və ya mütəxəssis statusu müəyyən edildikdə);

5.1.4. sifarişlərin elan olunması və iştirakçılar tərəfindən dəyişdirilməsi qaydası daxil olmaqla, ticarət sistemi vasitəsi ilə qiymətli kağızlarla ticarətin aparılması qaydaları;

5.1.5. hər bir sifarişin şərtləri və rekvizitləri, ticarət sisteminə daxil olması vaxtı və fərdi nömrəsi göstərilməklə, bütün elan edilmiş qiymətli kağızların reyestrinin ticarət sistemində formalaşdırılması qaydaları;

5.1.6. ticarət sistemində hər bir əqdə fərdi nömrə verilməsini nəzərdə tutan ticarət sessiyası ərzində fond birjasında bağlanmış qiymətli kağızlarla bütün əqdlərin reyestrinin ticarət sistemində formalaşdırılması qaydaları;

5.1.7. ticarət günü ərzində bağlanmış əqdlər barəsində hesabatların əqd tərəflərinə təqdim olunması qaydası;

5.1.8. sənədlərin, qiymətli kağızların və maliyyə vəsaitlərinin dövriyyəsi qaydası;

5.1.9. əqdlər üzrə öhdəliklərin təmin olunması qaydası;

5.1.10. ticarətin dayandırılması və (və ya) yenidən başlanması qərarlarının qəbul edilməsi qaydaları;

5.1.11. ticarət günü ərzində fövqəladə vəziyyətlər zamanı fond birjası tərəfindən həyata keçirilən tədbirlərin siyahısı.

5.2. Fond birjası 5.1.-ci bənddə qeyd edilən tələblərdən başqa ticarət qaydalarına dair digər xüsusiyyətlər da müəyyən edə bilər.

VI. QİYMƏTLİ KAĞIZLARIN HƏRRACA BURAXILMASI VƏ QİYMƏTLƏNDİRİLMƏSİ QAYDALARINA DAİR TƏLƏBLƏR

6.1. Birjada qiymətli kağızların (dövlət və bələdiyyə qiymətli kağızları istisna olmaqla) hərraca buraxılması üçün emitent tərəfindən aşağıdakı sənədlər təqdim edilməlidir:

- qiymətli kağızların hərraca çıxarılması barədə ərizə;

- son iki il və son hesabat rübü üzrə maliyyə-hesabat balansı;

- qiymətli kağızların buraxılışı haqqında qərarın dövlət qeydiyyatına alınması və (və ya) dövlət qeydiyyatına alınmış emissiya prospektinin qeydiyyata alınması barədə müvafiq sənədin surəti;

- qiymətli kağızlar depozitarda saxlandığı halda qiymətli kağızlara mülkiyyət hüququnu təsdiq edən müvafiq sənəd.

Fond birjası zəruri hesab etdiyi diğər sənədlərin siyahısını sərbəst müəyyən edir.

6.2. Dövlət və bələdiyyə qiymətli kağızları müvafiq olaraq ərizə, buraxılış şərtləri (özəlləşdirilən dövlət müəssisələri üçün müvafiq dövlət orqanın sərəncamı, müəssisənin səhmlərinin emissiya prospekti, müəssisənin notarial qaydada təsdiq olunmuş təsis sənədlərinin surəti, dövlət qeydiyyatı haqqında şəhadətnamə, səhmlərin dövlət qeydiyyatına alınması barədə qeydiyyat şəhadətnaməsinin surəti) və ya qiymətli kağızların buraxılması haqqında protokol təqdim edilməklə hərraca buraxılır.

6.3. Qiymətli kağızların (dövlət və bələdiyyə qiymətli kağızları istisna olmaqla) hərraca buraxılmasından aşağıdakı hallarda imtina edilir:

- bu Əsasnaməyə uyğun olaraq sənədlər tam təqdim edilmədikdə və ya emitentin göstəriciləri müəyyən edilmiş tələblərə cavab vermədikdə;

- ərizəçinin birja ilə bağlanmış müqavilənin şərtləri ərizəçi tərəfindən yerinə yetirilmədikdə;

- qiymətli kağızların emissiya prospektində (qiymətli kağızların buraxılışı emissiya prospektinin tərtibi ilə həyata keçirilirsə) və ya qiymətli kağızların buraxılış şərtlərində göstərilmiş məlumatlar həqiqətə uyğun gəlmədikdə;

- qanunvericilik aktları ilə nəzərdə tutulan digər hallarda.

6.4. Qiymətli kağızın gün ərzində bazar qiymətinin dəyişməsinin həddi həmin günün ilkin qiymətinin 20% həddində müəyyən edilir. Qiymətin dəyişmə həddi artıq olduqda bu barədə qərar qəbul etmək üçün dərhal QKDK-ya müvafiq məlumat verilir.

6.5. Qiymətli kağızların qiymətinin müəyyən edilməsi birja tərəfindən müəyyən edilir.

VII. QİYMƏTLİ KAĞIZLARIN TİCARƏTƏ BURAXILMASINA (LİSTİNQƏ) VƏ TİCARƏTDƏN ÇIXARILMASINA (DELİSTİNQƏ) DAİR TƏLƏBLƏR

7.1. Fond birjasının listinq və delistinq qaydalarına qiymətli kağızlara və onların emitentlərinə dair aşağıdakı tələblər daxil olmalıdır:

7.1.1. Qiymətli kağızların listinq prosedurasından keçirilməsi və hansı səviyyəli kotirovka vərəqəsinə daxil olunması haqqında ərizənin verilməsi;

7.1.2. Qiymətli kağızların listinq prosedurası zamanı və onların birinci və ya ikinci səviyyəli kotirovka vərəqəsinə daxil olunması haqqında ərizəni təqdim edən qiymətli kağızların emitenti onun maliyyə-təssərüfat fəaliyyətinə aid mühüm faktlar üzrə məlumatı (hadisə və hərəkətlər haqqında) birja qarşısında açıqlamalıdır.

7.2. Qiymətli kağızların birinci səviyyəli kotirovka vərəqəsinə daxil edilməsi üçün aşağıdakı tələblər qoyulur:

7.2.1. səhmlər ticarətə çıxarıldıqda, səhmlərinin ticarətə çıxarılması barədə verdiyi ərizənin tarixinə emitentin bəzi göstəriciləri aşağıdakı tələblərə cavab verməlidir:

- nizamnamə kapitalının həcmi balans üzrə 5,0 mlrd manatdan və səhmdarlarının sayı 500 şəxsdən az olmamalıdır;

- son iki maliyyə ilini mənfəətlə başa vurmalıdır.

7.2.2 ticarətə borc öhdəliklərini ifadə edən qiymətli kağızlar çıxarıldıqda emitentin bir sıra göstəriciləri borc öhdəliklərinin ticarətə çıxarılması barədə ərizənin verildiyi tarixinə aşağıdakı tələblərə cavab verməlidir:

- son iki maliyyə ilini mənfəətlə başa vurmalıdır;

- emissiyanın həcmi 1,0 mlrd. manatdan az olmamalıdır.

7.3. Birjada ticarətə çıxarılan qiymətli kağızların emitentinin fəaliyyət dövrü ardıcıl olaraq iki maliyyə ilindən az olmamalıdır.

7.4. Qiymətli kağızların ticarətə buraxılması barədə qərar birjanın müvafiq orqanı tərəfindən qəbul olunur və qiymətli kağızlar kotirovka vərəqəsinə daxil edilir və ticarətə çıxarılır.

7.5. Fond birjası qiymətli kajızların birinci səviyyəli kotirovka vərəqəsinə daxil olunması üçün əlavə tələblər və şərtlər nəzərdə tuta bilər.

7.6. Qiymətli kağızların ikinci səviyyəli kotirovka vərəqəsinə daxil edilməsi üçün tələblər fond birjası tərəfindən müəyyən edilir.

7.7. Fond birjasıında ticarətə buraxılmış qiymətli kağızların emitenti fond birjasına emitentin qiymətli kağızlarının sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyət göstərən təşkilatlar barəsində məlumat verməlidir.

7.8. Fond birjası qiymətli kağızların listinq prosedurası və kotirovka vərəqəsinə daxil olunması barədə ərizə təqdim edən emitenti və qiymətli kağızların sahibini qiymətli kağızların kotirovka vərəqəsinə daxil edilməsi (çıxarılması) barədə 2 (iki) gün müddətində xəbərdar etməlidir.

7.9. Fond birjasında qiymətli kağızların ticarətdən çıxarılması aşağıdakı əsaslarla həyata keçirilir:

7.9.1. qiymətli kağızların buraxılışı etibarsız hesab edildikdə;

7.9.2. qiymətli kağızların tədavül müddəti bitdikdə;

7.9.3. qiymətli kağızların emitenti ləğv edildikdə;

7.9.4. qiymətli kağızların emitenti müflis (iflas) elan olduqda;

7.9.5. fond birjasının qaydaları ilə müəyyən edilmiş digər əsaslarla.

7.10. Fond birjasının kotirovka vərəqəsindən qiymətli kağızların çıxarılması fond birjası tərəfindən aşağıdakı əsaslarla həyata keçirilir:

7.10.1. qiymətli kağızlar fond birjasının kotirovka vərəqəsinə daxil olduqdan sonra emitentin fəaliyyət göstəricilərinin müəyyən olunmuş tələblərə uyğun gəlmədiyi aşkar olduqda;

7.10.2. bir buraxılış qiymətli kağızlarla bağlanmış əqdlərin son altı ayın yekununa görə orta aylıq məbləğinin göstəriciləri fond birjasının kotirovka vərəqəsinə qiymətli kağızlar daxil olduqda irəli sürülən tələblərə uyğun gəlmədikdə;

7.10.3.fond birjası tərəfindən müəyyən edilmiş digər əsaslarla.

VIII. BİRJADA BAĞLANMIŞ ƏQDLƏR ÜZRƏ HESABLAŞMALARIN VƏ UÇOTUN KEÇİRİLMƏSİ QAYDALARINA DAİR TƏLƏBLƏR

8.1. Birjada aparılmış əqdlər üzrə hesablaşmalar və qiymətli kağızlara olan hüquqların keçməsi üzrə xidmətlər birjanın özü tərəfindən aparılmadıqda, müvafiq olaraq qarşılıqlı öhdəliklərin müəyyən edilməsi üzrə fəaliyyət (klirinq) üçün və depozitar fəaliyyəti üzrə lisenziyaya malik qiymətli kağızlar bazarının müvafiq peşəkar iştirakçısının (iştirakçıların) vasitəsi ilə aparılır.

8.2. Birja öz qaydalarında aşağıdakıları nəzərdə tutmalıdır:

8.2.1.ticarət sessiyasının başlanğıcına hərrac iştirakçılarının nəzərdə tutulan əməliyyatların aparılması üçün maliyyə vəsaitlərinin və qiymətli kağızlarının hesablarında olmasının təmin olunması;

8.2.2.bağlanmış əqdlərin qeydiyyatının aparılması;

8.2.3. ticarət sessiyası bitdikdən sonra müəyyən olunmuş müddətdə bağlanmış əqdlərin üzləşdirilməsi;

8.2.4. iştirakçılara aparılmış əqdlərin nəticələrini əks etdirən birja şəhadətnamələrinin verilməsi (birja şəhadətnaməsində ticarət sessiyası zamanı bağlanmış bütün əqdlər əks etdirilir. Hər əqd üzrə qiymətli kağızın kodu, tam adı, emitenti, əqdin qeydiyyat nömrəsi, əqdin növü, alınmış və satılmış qiymətli kağızların miqdarı, sifarişin nömrəsi, əqdin həcmi, hər hansı iştirakçı tərəfindən əqd üzrə götürülmüş öhdəlik yerinə yetirilmədiyi halda bu barədə qeyd (iştirakçının kodu göstərilməklə) əks olunmalıdır);

8.2.5. ticarət günü bitdikdən sonra həmin gün ticarət iştirakçılarının hesablarında bağlanmış əqdlər üzrə müvafiq olaraq qiymətli kağızların kotirovka vərəqəsindən silinməsi və maliyyə vəsaitlərinin ticarət sessiyası bitdikdən sonra müəyyən olunmuş müddətdə aidiyyatı ticarət iştirakçılarının hesablarına daxil edilməsinin təşkili;

8.2.6. qiymətli kağızlar depozitaridə saxlandığı halda müəyyən edilmiş müddət ərzində birja tərəfindən depozitara göndərilmiş bildiriş əsasında əqdlərin rəsmiləşdirilməsinin həyata keçirilməsi.

IX. FOND BİRJASININ REYESTRLƏRİNƏ DAİR TƏLƏBLƏR

9.1. Fond birjası aşağıdakı reyestrləri aparmalıdır:

- üzvlük reyestri;

- hərrac iştirakçılarının və onların səlahiyyətli treyderlərinin reyestri;

- hərrac iştirakçıları tərəfindən elan edilmiş sifarişlərin reyestri;

- fond birjasında bağlanmış əqdlərin reyestri.

9.1.1. üzvlük reyestrində aşağıdakı məlumatlar əks olunmalıdır:

- fiziki və ya hüquqi şəxslərin tam adı;

- vergi ödəyicisinin identifikasiya nömrəsi (VÖİN);

- fiziki və ya hüquqi şəxslərin ünvanı, telefon nömrəsi, faks nömrəsi;

- fiziki şəxslərin familiyası, adı və atasının adı və ya hüquqi şəxslərin icraçı orqanının rəhbərinin familiyası, adı və atasının adı;


- qiymətli kağızlar bazarının iştirakçısının lisenziyası olması barədə məlumat. Qiymətli kağızlar bazarının iştirakçısının lisenziya olduğu hallarda lisenziya verən orqanın adı, lisenziyanın nömrəsi, lisenziyanın verilməsinin tarixi və lisenziyanın quvvədə olma müddətinin başa çatması tarixi göstərilir;

9.1.2. hərrac iştirakçilarının və onların səlahiyyətli treyderlərinin reyesterində aşağıdakı məlumatlar əks olunmalıdır:

- hərrac iştirakçisının tam adı;

- fond birjası tərəfindən hərrac iştirakçisına verilmiş kodu;

- fiziki və hüquqi şəxslərin ünvanı, telefon nömrəsi, faks nömrəsi;

- vergi ödəyicisinin identifikasiya nömrəsi (VÖİN);

- hüquqi şəxslərin icraçı orqanının rəhbərinin soyadı, adı və atasının adı;

- qiymətli kağızlar bazarının iştirakçısının lisenziya olması barəsində məlumat, o cümlədən: lisenziya verən orqanın adı, lisenziyanın nömrəsi, lisenziyanın verilməsinin tarixi və lisenziyanın quvvədə olma müdətinin başa çatması tarixi;

- fond birjasının üzvülüyünə daxil olmasının tarixi;

- bütün səlahiyyətli treyderlər və ixtisas şəhadətnamələri haqqında məlumatları, o cümlədən:

a) səlahiyyətli treyderlərin adı,atasının adı və soyadı;

b) səlahiyyətli treyderlərə verilmiş ixtisas şəhadətnaməsinin qüvvədə olma müddəti;

c) ixtisas şəhadətnaməsində göstərilmiş peşəkar fəaliyyətinin növü;

d) hərrac iştrakçısının hərracda iştrakını dayandırılması ya hərrac iştrakçılarının sıralasından xaric olunması üzrə fond birjası tərəfindən görülmüş intizam tədbirlər haqqında məlumat.

9.1.3. hərrac iştrakçıları tərəfindən elan edilmiş sifarişlərin reyestrində aşağıdakı məlumatlar əks olunmalıdır:

- sifarişin identifikasiya nömrəsi, rekvizitləri və şərtləri;

- ticarət sistemində sifarişin qeydiyyat vaxtı.

9.1.4. fond birjasında bağlanmış əqdlərin reyestrində aşağıdakı məlumat-lar əks olunmalıdırlar:

- əqdlərin identifikasiya nömrəsi;

- ticarət sistemində əqdlərin qeydiyyat nömrəsi və tarixi;

- əqdləri bağlayan hərrac iştirakçılarının adı və fərdi kodları;

- emitentin adı, qiymətli kağızların növü, kateqoriyası;

- bir qiymətli kağızın nominal dəyəri;

- əqdin məbləği;

- qiymətli kağızların sayı.

9.2. Göstərilən reyestrlərin aparılmasının təşkili reystrlərin siyahılarının və reyestrlərdən çıraxırışların hər hansı bir tarixə tərtibini fond birjası təmin etmə-lidir.

X. MƏLUMATLARIN SAXLANMA VƏ QORUNMA QAYDALARINA DAİR TƏLƏBLƏR

10.1. Fond birjası hər bir əqd barəsində məlumatı qanunvericiliklə müəyyən edilmiş müddətdə saxlamalıdır.

10.2. Fond birjası tərəfindən təsdiq olunmuş məlumatların saxlanma və qorunma qaydalarında aşağıdakılar əks olunmalıdır:

10.2.1 saxlanması və qorunması zəruri olan məlumatların siyahısı, o cüm-lədən, ticarət sistemində qeydiyyata alınmış hər bir sifariş və əqdlərin mühüm şərtləri, həmçinin əqdlərin icrası barədə məlumatlar hər bir sifariş və ya qiymətli kağızlarla əqdlərin mühüm şərtlərləri;

10.2.2. fond birjasının məlumat bazasının səhflərdən və icazəsiz daxil olmaqdan müdafiə sisteminin təsviri,o cümlədən:

- fond birjasının məlumatlar bazasının icazəsiz daxil olmağa məhdudiyyətlərın müəyyən edilməsi daxil olmaqla, fond birjasının məlumatlar bazasına daxil olunma qaydası;

- fond birjasının məlumatlar bazasına daxil olmağı məhdudlaşdıran vasitələrdən istifadəsi;

- fond birjasının ticarət sisteminin işində çatışmamazlıqların və səhflərin qarşısının alınmasına yonəldilmiş fond birjası və hərrac iştrakçıları tərəfindən görülən tədbirlərin təsviri.

XI. FOND BİRJASI TƏRƏFİNDƏN MƏLUMATLARIN AÇIQLANMA QAYDASINA TƏLƏBLƏR

11.1. Fond birjası təsdiq etdiyi məlumatın açıqlanma qaydasında ticarətin iştirakçısı olmayan maraqlı şəxlslərin məlumat alması üçün qeyri-bərabər şərait yaradan müddəalar olmamalıdır.

Fond birjası tərəfindən məlumatların açıqlanma qaydasında aşağıdakılar nəzərdə tutulmalıdır:

11.1.1. məlumatların açıqlanması həyata keçirilən ən azı üç məlumat agentliyinin adları, ünvanları, telefonları, mətbuat nəşrlərinin adları, məlumatın açıqlama üsulları;

11.1.2.ticarət sessiyası haqqında cari və yekun məlumatların, o cümlədən: fond birjasında tədavülə buraxılmış qiymətli kağızların alış və satış qiymətləri haqqında, qiymətli kağızların sayı, həmçinin onlarla ticarət sessiyası ərzində həyata keçirilmiş əqdlərin məbləğləri haqqında, digər məlumatların maraqlı şəxslərə verilmə qaydaları

11.2. Ticarət sessiyasının gedişi haqqında cari məlumatları açıqlayarkən, hərracın nəticələri barədə hesabat və digər məlumatları ticarətin iştirakçılarına verərkən fond birjası hərrac iştrakçıları üçün bərabər şərait yaratmağa borcludur.

11.3. Fond birjasında ticarətə buraxılmış qiymətli kağızlarla əqdlər barəsində aşağıdakı cari məlumatları fond birjası ticarət sessiyası ərzində hərrac iştrakçılarının qarşısında açıqlamağa borcludur:

11.3.1. emitentin adı, qiymətli kağızların növü, kateqoriyası ;

11.3.2. məlumatların açıqlanma anına həyata keçirilmiş əqdlərin məbləğini;

11.3.3. sonuncu həyata keçirilmiş əqd üzrə bir qiymətli kağızın qiymətini;

11.3.4. qiymətli kağızların kotirovkasını.

11.4. Fond birjasında hər bir ticarət günü bitdikdən bir saat gec olmamaq şərti ilə bağlanmış əqdlər barəsində aşağıdakı yekun məlumatları açıqlamalıdır:

11.4.1. ticarət sessiyası ərzində qiymətli kağızlarla həyata keçirilmiş əqdlərin ümumi məbləğini və sayını;


11.4.2. qiymətli kağızların orta qiymətini;

11.4.3. emitentin adını, qiymətli kağızların növünü, kateqoriyasını;

11.4.4. ticarət sessiyası ərzində qiymətli kağızları ən yüksək alış qiymətini və ən aşağı satış qiymətini.

11.5. Fond birjası ticarətə buraxılmış və ticarətdən çıxarılmış qiymətli kağızların siyahısını rübdə bir dəfədən az olmayaraq açıqlamalıdır.

11.6. Fond birjası ticarət sessiyasının qedişi və ticarət gününün yekünları haqqında digər cari məlumatları maraqlı şəxslərə açıqlaya bilər.

XII. QİYMƏTLƏRLƏ MANİPULYASİYALARIN MƏHDUDLAŞDIRMA QAYDALARINA DAİR TƏDBİRLƏR

12.1. Hərrac iştirakçılarının qiymətli kağızların kursunun, sifarişlərin, bağlanan əqdlərin sayının dəyişdirilməsi və sair bu kimi üsullar ilə qiymətli kağızlar bazarının qeyri-stabilliyinə səbəb ola bilən, əvvəlcədən razılaşdırılmış, qəsdən edilmiş əməlləri qiymətlərlə manipulyasiya hesab edilir.

12.2. Qiymətlərlə manipulyasiyanı həyata keçirən hərrac iştrakçıları Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

12.3. Ticarət sessiyası ərzində hərrac iştrakçıları tərəfindən sifarişlərin elan edilməsinə nəzarət sisteminin təsviri daxil olmaqla, fond birjası qiymətlərlə manipulyasiyanın qarşısının alınmasına yönədilmiş tədbirlərin siyahısını təsdiq etməlidir.

12.4. Fond birjasının qulluqçuları, qiymətlərlə manipulyasiyanın qarşısının alınmasına yönədilmiş onun tərəfindən siyahısı təsdiq edilmiş tədbirlərin yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

XIII. FOND BİRJASININ QULLUQÇULARINA OLAN TƏLƏBLƏR

13.1. Fond birjası xidməti məlumatların qanunsuz istifadəsinin qarşısının alınmasına yönədilmiş tədbirləri müəyyən edib həyata keçirməlidir, o cümlədən:

13.1.1. əqdlərin qiymətləri və əqdlər üzrə qiymətli kağızların sayı , əqdlər üzrə qiymətli kağızların kotirovkası ilə bağlı məlumatların, digər xidməti məlumatların fond birjasının işçiləri və vəzifəli şəxsləri tərəfindən qeyri-qanunu istifadəsinə və ya üçüncü şəxslərə verilməsinə qadağanın qoyulması üçün nəzarət sisteminin tətbiqi;

13.1.2. fond birjasının qulluqçuları tərəfindən məlumatların verilməsi qaydasını;

13.1.3. fond birjasının işçilərinin və vəzifəli şəxslərinin xidməti məlumatların qeyri-qanuni istifadəsinə və qiymətlərlə manipulyasiyaya səbəb olan hərəkətlərinə görə məsuliyyətə alınması.

13.2.Fond birjasının qulluqçuları qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının təsisçiləri və iştirakçıları ola bilməzlər, həmçinin fond birjasının fəaliyyətində sahibkarlar sifətində sərbəst iştirak edə bilməzlər.

XIV. BİRJA ÜZVLƏRİNİN İNTİZAM TƏDBİRLƏRİ QAYDALARINA DAİR TƏLƏBLƏR

14.1. Birja üzvlərinə tətbiq edilən intizam tədbirləri qaydalarında və İntizam komissiyası haqqında Əsasnamədə aşağıdakılar nəzərdə tutulmalıdır:

14.2.1. mübahisələrə baxılma qaydası;

14.2.2.fond birjasının qaydalarının və digər sənədlərinin tələblərini pozduqlarına görə birja üzvlərinə tətbiq edilən sanksiyalar və tədbirlər, o cümlədən:

- birja üzvlərinin rəsmi xəbərdar edilməsi;

- birja üzvlərinin cərimə edilməsi;

- birja üzvlərinin hərracda iştirakının dayandırılması;

- birja üzvlərinin səlahiyyətli treyderlərinin hərracdan kənar edilməsi;

- digər sanksiyalar.

XV. MƏSULİYYƏT

Bu Əsasnamənin tələblərini pozan şəxslər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

XVI. QÜVVƏYƏ MİNMƏ QAYDASI



Bu Əsasnamə təsdiq olunduğu gündən qüvvəyə minir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə