22 oktyabr 2013il




Yüklə 38.09 Kb.
tarix10.04.2016
ölçüsü38.09 Kb.
22 oktyabr 2013il

27 oktyabr 2013-cü il tarixində Səmti müəyyən etmə idman növü üzrə Açıq Respublika Çempionatının keçirilməsi haqqında



BÜLLETEN

(AR Gənclər və İdman Nazirliyi tərəfindən təsdiq edilmiş yarışın keçirilməsi haqqında Əsasnaməyə əlavə)

Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyası Sizi 27 oktyabr 2013-cü il tarixində bazar günü Bakı ş., Binəqədi rayonunda (“Avtovağzal” yaxınlığında) keçiriləcək Açıq Respublika Çempionatında iştirak etməyə dəvət edir (yarışa gəlmək üçün sxem əlavə olunur).



2.Yarışın təşkilatçıları (əlaqə məlumatları)

Yarış Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən, Vergilər Nazirliyinin, eləcə də Bakı ş. Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilir.



2.Hakimlər kollegiyası

Yarışın Baş hakimi – Nizami Mursakulov

(əlaqə nömrəsi: +994503278561; e-mail: nmursakulov@gmail.com)

Baş Hakimin yarış mərkəzinin və iştirakçıların yerləşdiyi düşərgənin həyat fəaliyyətinin təmin olunması və avadanlıqla təminolunma məsələləriüzrə müavini Xəyyam Məmmədov (tel: +994503012060);

Baş katibin elektron qeydolunma sisteminin tətbiqi və kompyuter təminatının təşkili üzrə müavini – Zaur Seyidov (tel.: +994556657520, e-mail: seyidov_zaur@mail.ru);

Yarışın Baş katibi – Ülkər Həmdullayeva (tel.:+994554607177, e-mail: translator_89@mail.ru).



Məsafə xidməti (planlaşdırma, quraşdırma və nəzarət məsələləri) – Nizami Mursakulov, Etibar Məmmədov , Aleksandr Minayev.

Yarışda iştirak məsələləri üzrə əlaqəli şəxslər: Nizami Mursakulov (+994503278561), Ülkər Həmdullayeva (tel:. +994554607177).

AR SMEİF-in saytı və e-mail: www.smef.az; azeorienteering@mail.ru


3.Yarışın proqramı
27 oktyabr (bazar günü) 2013 il

09.00-10.15 – komanda və fərdi iştirakçıların start yerinə gəlişi, siyahı üzrə yoxlama, qeydiyyat;

10.30 – yarışın rəsmi açılış mərasimi;

11.30 – yarış iştirakçılarının startı;

16.00 – qalib gələn iştirakçıların mükafatlandırma mərasimi. Yarışın təntənəli bağlanma mərasimi.


4.Yarışın keçirilmə yeri
Yarış “Avtovağzal” yaxınlığında keçirilir, start isə yeni tikilən atıcılıq klubunun ərazisində olacaqdır (əlavə olunan sxemə müvafiq olaraq).
5.Yarışın iştirakçıları və keçirilmə şərtləri
Yarış Açıq yarışdır. Nəticələrin yekunlaşdırıması komanda və fərdi hesablar üzrə həyata keçirilir.

Yarışda Azərbaycanın Nazirlik, idarə, təşkilat, güc strukturları, klub və Federasiyaların, şirkətlərin idman cəmiyyətlərinin, ali təhsil müəssisələrinin komanda və nümayəndələri iştirak edə bilər. Komanda 8 (səkkiz) nəfərdən: 6 (altı) idmançı (4 (dörd) kişi və 2 (iki) qadın); 1 (bir) komanda nümayəndəsi, 1 (bir) məşqçidən ibarət olmalıdır.

Qaçış iştirakçılarının startı 1-2 dəqiqə ara verərək (əlavə olaraq müəyyən ediləcəkdir) ayrı-ayrı həyata keçirilir.

Yarış səmti müəyyən etmə idmanı üzrə verilmiş istiqamətdə keçirilir. Komanda hesabı komanda üzvlərinin: 3 kişi və 1 qadının göstərdiyi ən yaxşı nəticələrin yekunu üzrə müəyyən edilir. Fərdi hesabda istirakçıların tutduğu yer verilmiş ardıcıllıqla məsafənin bütün nəzarət məntəqələrini keçmək üçün sərf edilmiş ən qısa vaxt üzrə müəyyən edilir.

Nəzarət məntəqələrində qeyd olunma K/Q – 21 (Elit) kateqoriyasında çıxış edən kişi və qadınlar üçün elektron sistem üzrə həyata keçiriləcəkdir. Elektron çip nömrə ilə birgə qeydiyyatdan sonra idmançılara təqdim ediləcəkdir. Üzərində məsafələr qeyd olunmuş xəritə yalnız startdan sonra təqdim ediləcəkdir. Bütün iştirakçılar hər nəzarət məntəqəsində dəqiqliklə, xəritədə qeyd olunmuş ardıcıllıqla öz çipini qeyd etməlidir.

Yarış iştirakçılarına qadağandır:


  • Yarış zamanı hakimlər kollegiyası tərəfindən təqdim olunmuş xəritədən başqa digər xəritə materialı, eləcə də kompasdan başqa digər naviqasiya avadanlığından yararlanmaq;

  • Mobil rabitə vasitələri və (və ya) digər radioqəbuledici və ötürücü avadanlıqlarla məsafəyə çıxmaq;

  • Məsafəyə mobil telefonla çıxış və onların yerləşdiyi yeri itirdikdə təcili hallarda istifadəsi yalnız yarışın “OPEN” (yeni başlayan) qrupunda çıxış edən idmançılara icazə verilir;

  • Yarışın digər iştirakçıları əvəzinə elektron qeydolunma çip və vərəqələri qeyd etmək;

  • NM qurğusu və avadanlığını dəyişmək;

  • Yarış zamanı hər-hansı siqnallarla (zədə və iştirakçının azdığı zaman verilən siqnallardan başqa) özünə diqqəti cəlb etmək:

  • Hakimlər kollegiyasının işinə müdaxilə etmək;

  • Tibbi yardımdan başqa (zərurət yarandıqda) digər yardım istifadə etmək;

Qeyri-idman davarnışları müşahidə olunarsa və yuxarıda qeyd olunan qaydaların pozulduğu zaman yarışın Baş hakiminin qərarı ilə idmançının nəticələri ləğv edilə bilər, idmançı xəbərdarlıq ala və ya yarışdan kənarlaşdırıla bilər.
6. Komanda və fərdi idmançıların yarışda iştirak etməsi üçün sifarişin təqdim edilməsi qaydaları

Yarışda iştirak etmək üçün icazə sifariş əsasında həyata keçirilir. Açıq Respublika Çempionatının keçirilməsi haqqında Əsasnaməndə qeyd edildiyi kimi sifariş həkim icazəsi ilə birgə, göndərən təşkilatın möhürü ilə təsdiq edilərək cari ilin oktyabr ayının 25-dən gec olmayaraq AR SMEİF-ə təqdim edilməlidir (Əlavə No 1).

Yarış iştirakçılarının qeydiyyatı zamanı komandanın nümayəndəsi AR SMEİF – ə aşağıdakı sənədləri təqdim edir:


  • Komanda üzvlərinin yarışa çatdırılmasına görə, eləcə də komandanın yarışda iştirakı ilə bağlı bütün məsələlərin həllinə görə cavabdeh olan komanda nümayəndəsinin təyin olunması haqqında, müəssisənin möhürü ilə təsdiq edilmiş əmrin surəti (Əlavə N0 1);

  • İştirak üçün sifariş (Əlavə 1);

  • Fərdi hesabda iştirak edən idmançılar yarışda iştirakı barədə məlumatı AR SMEİF-ə (hakimlər kollegiyasına) müstəqil şəkildə təqdim edir.


7.Mükafatlandırma
Ümumi komanda hesabında 1-ci yeri tutmuş komanda Kubokla, eləcə də Gənclər və İdman Nazirliyinin Birinci dərəcəli medal və diplomları ilə, həmçinin dəyərli hədiyyələrlə təltif olunur.

Ümumi komanda hesabında 2-3-сü yerləri tutmuş komandalar Gənclər və İdman Nazirliyinin müvafiq olaraq İkinci və Üçuncü dərəcəli medal və diplomları ilə təldif edilir.

Hər qrup üzrə fərdi yarışda 1-3 yerləri tutmuş iştirakçılar (kişilər/qadınlar) Gənclər və İdman Nazirliyinin müvafiq medal və diplomları ilə təltif olunur. Yarış qalibləri həmçinin qiymətli hədiyyələrlə mükafatlanır.



OPEN məsafəsində qaçış qalibləri (yeni başlayan kişi və qadınlar) AR Səmti Müəyyən Etmə İdman Federasiyasının xatirə diplomları ilə təltif olunur.

OPEN Junior məsafəsi üzrə iştirak edən bütün uşaqlara AR Səmti Müəyyən Etmə İdman Federasiyasının xatirə diplomları təqdim ediləcəkdir.


8.Yarışın parametrləri və dərəcələri
K-21 qrupu (elit-kişilər) 4.1 km qədər – 20 NM; hündürlük toplamı 220 metrədək;

Q-21 qrupu (elit qadınlar) 2.9 km qədər- 12 NM; hündürlük toplamı 130 metrədək

OPEN qrupu (yeni başlayanlar) kişilər - 2.2 km – 11 NM; hündürlük toplamı 90 metrədək;

OPEN qrupu (yeni başlayanlar) qadınlar - 2.1 km – 10 NM; hündürlük toplamı 70 metrədək;

OPEN Junior (oğlan və qızlar üçün)- 0.8 km – 8 NM; hündürlük toplamı 20 metrədək.
Elit” kateqoriyası üzrə qaçış iştirakçıları üçün nəzarət vaxtı 2.5 saatdır.

OPEN kateqoriyası üzrə qaçış iştirakçıları üçün nəzarət vaxtı 2 saatdır.

Qaçışın nəzarət vaxtından kənara çıxan iştirakçılar məsafə üzrə hərəkətini dayandırmalı və start yerinə geri qayıtmalıdır. Geri döndükdə hakimlər kollegiyası və öz komanda nümayəndələrini bu barədə məlumatlandırmalıdır.


9.Yarışın xəritəsi
Yarış “Avtovağzal” xəritəsi üzrə keçiriləcəkdir. «Elit» və «OPEN” qrupları üçün Miqyas (m) = 1:5 000 (1 sm = 50 metr). OPEN Junior (uşaqlar) üçün M 1:4 000 (1 sm = 40 metr). Bölmə boyu (h) = 5 metr. 2013-cü ilin aprel ayında Mixail Puqaç (Ukrayna) tərəfindən çəkilmişdir.

Xəritə ərazisi açıq, düzənlik və aydın relyefin kəsişməsindən ibarətdir (minimal yaşıllıq). Xəritənin qismən düz hissəsi süni meşə və sıldırımlı dərələrlə xarakterizə olunur.Bu səbəbdən dərə olan ərazilərdə trassı keçərkən xüsusi ehtiyyatlı olmaq zəruridir. . Ümumilikdə xəritə asan qaçılandır. Xəritə dəqiq məhdudiyyətlərə malikdir. Xüsusilədə:

- şimal-qərbdə - dəmiryolu və göl;

- şimal-şərqdə - yaşayış evləri və asfalt trass yolu;

- şimalda – yeni poliqonun tikintisi.

.

Xəritnin ərazi xüsusiyyətləri: Ümumilikdə meşə iynəyarpaqlıdır, bəzi yerlərdə kollar, çətin keçilən ərazilər vardır, o cümlədən çoxlu xırda tala, mikroçalalı yarımaçıq ərazilər, mikrotəpə, qurumuş ensiz arxlarvardır. Bəzi yerlərdə itən torpaq yolları və çığırları üstünlük göstərir.

Kəsişən ərazi üzərində daşlı hündür daş obyektləri ilə xarakterizə olunur. Bu səbəbdən qaçış ayaqqabısı seçilərkən nu göstəriş nəzərə alınmalıdır (dişli (şipli) ayaqqabı tövsiyyə olunmuş).

İştirakçılar üçün məsləhət görülən geyim - qapalı ( böyürtkən kolları və digər tikanlı kolluqları nəzərə alaraq, idman şalvarı və ya uzun getrli kapri) .

İndiki fəsli nəzərə alaraq, yarışın keçirildiyi ərazinin küləkli olması ehtimalı vardır, bu səbəbdən bütün iştirakçılara (xüsusilə də uşaqlara) isti geyim və startdan öncə, məsafəni bitirdikdən sonra dəyişmək məqsədilə ehtiyyat üçün ayaqqabı gətirmək tövsiyyə olunur.



Yarış təşkilatçıları start yerində uşaqlar və yarış iştirakçıları üçün isti çay, peçenye, pirojki, su təqdim etməyi planlaşdırmışdır.
Səmti müəyyən etmə - sağlam millətin idmanıdır!


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə