2015-Cİ İLİN 6 ayi əRZİNDƏ MİNGƏÇEVİr bəLƏDİYYƏSİNİn fəALİYYƏTİ barəDƏ hesabat




Yüklə 93.59 Kb.
tarix31.03.2016
ölçüsü93.59 Kb.


2015-Cİ İLİN 6 AYI ƏRZİNDƏ

MİNGƏÇEVİR BƏLƏDİYYƏSİNİN FƏALİYYƏTİ BARƏDƏ

HESABAT

«Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikasının Qanununun və Mingəçevir Bələdiyyəsinin Nizamnaməsinin tələblərinə müvafiq olaraq, Mingəçevir Bələdiyyəsi 2015-ci ilin 6 ayı ərzindəki fəaliyyəti barədə hesabatı ictimaiyyətə təqdim edir.

Mingəçevir Bələdiyyəsi 2015-ci ilin I yarımilliyində 10 iclas keçirmişdir. İclaslarda 55 məsələ müzakirə olunmuş və müvafiq qərarlar çıxarılmışdır. İclasların gündəliyinə çıxarılan məsələlərdən 14-ü torpaqla əlaqədar, 12-si şəhərdə aparılan tikinti-abadlıq işlərinə, məhəllələrdə görülən işlərə və tədbirlərin keçirilməsinə maliyyə vəsaitinin ayrılması ilə, 11-i maddi yardımlarla, 18-i təşkilati məsələlərlə bağlı məsələlər olmuşdur.

Hesabat dövründə bələdiyyəyə vətəndaşlar tərəfindən 365 ərizə və müraciət daxil olub. Onlardan 108-i maddi yardımla, 36-sı fərdi mənzil tikintisi üçün torpaq sahəsi almaqla, 5-i tikinti-təmir işləri ilə bağlıdır. 203 ərizə məlumat xarakterli müraciətlərdir. Ərizə və müraciətlərdə qaldırılan məsələlər imkan daxilində icra edilmişdir. Belə ki, 98 nəfərə maddi yardım verilmiş, 4 nəfərə sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsi ayrılmış, 43 nəfərə fərdi mənzil tikintisi üçün torpaq sahəsi satılmışdır. Qeyd edək ki, torpaq sahələrinin ayrılması proseduruna ötən illərdə başlamış vətəndaşlara qərarlar verilmişdir. Obyektiv səbəblərə görə, bu ilin 6 ayında fərdi mənzil tikintisi və sahibkarlıq fəaliyyəti üçün torpaq sahələri ayrılmamışdır.

Ümumiyyətlə, hesabat dövründə fərdi mənzil tikintisi üçün 20340 kv.m, sahibkarlıq fəaliyyəti üçün 240 kv.m torpaq sahəsi mülki dövriyyəyə cəlb olunmuşdur. Güzəştli kateqoriyadan olan 6 nəfər şəhid ailəsinə, 4 nəfər Qarabağ Müharibəsi Əlilinə cəmi 3950 kv.m torpaq sahəsi ayrılmışdır.

2015-ci ilin 6 ayında bələdiyyəyə 238 ədəd sənəd və məktub daxil olmuşdur. Bunlardan 14-ü şəhər İcra Hakimiyyətindən, 2-ci Milli Məclisdən, 22-si nazirliklərdən, 224-ü idarə və təşkilatlardan göndərilib.

Bələdiyyəyə ərizə və müraciət edənlərdən 11-i köçkün, 9-u şəhid ailəsi, 7-si müxtəlif dərəcəli əlil, 5-i ehtiyatda olan zabit, 21-i Əfqanıstan və Qarabağ Müharibəsi əlili, 1-i Qarabağ müharibəsi iştirakçısı, 2-si Böyük Vətən Müharibəsi veteranı olmuşdur ki, onların da əksəriyyətinin müraciətləri müsbət həllini tapmışdır.

6 ay ərzində bələdiyyə sədri 512 nəfəri qəbul etmişdir. Qəbula gələnlərdən 230-u torpaqla, 18-i maddi yardımla, 3-ü tikinti ilə, 7-si işlə təmin olunmaqla, 12-si xeyir-şər mağarının təmiri ilə, 21-i məzuniyyətdə olan əsgərlərin qeydiyyatı ilə və müxtəlif məsələlərlə bağlı müraciətlər etmişlər. Müraciətlərin bir qismi dərhal icra olunmuş, bir qismi araşdırılmaq üçün müvafiq komissiyalara göndərilmişdir.



2015-ci ilin 6 ayı ərzində bələdiyyənin gəlirləri 173702,06 manat olmuşdur. Gəlirlər aşağıdakı mənbələrdən formalaşmışdır:



Mənbələr

Məbləğ



Fiziki şəxslərdən torpaq vergisi

2036,50



Fiziki şəxslərdən əmlak vergisi

3777,34



Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi

12600,00



Bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə (divar) reklamının yerləşdirilməsi və yayımı üçün ödəniş

275,00



Digər daşınmaz əmlakın özgəninkiləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən daxil olan ödəniş

-



Bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş

1979,60



Bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş

945,00



Bələdiyyə ərazisində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya muvəqqəti dayanacaqları üçün ödəniş

1145,00



Dövlət büdcəsindən verilən dotasiya

77500,00



Dövlət büdcəsindən verilən subvensiya

-



Bələdiyyə əmlakının satışından daxil olan gəlirlər

960,00



İcarəyə verilmiş torpaqdan icarə haqqı

62962,62



İcarəyə verilmiş əmlakdan icarə haqqı

-



Fiziki və hüquqi şəxslərin maliyyə yardımları, ianələr və qrantlar

-



Dövlət əhəmiyyətli tədbirlərin və dövlət orqanlarının qərarları nəticəsində yaranan xərclərin ödənilməsi üçün ayrılmış maliyyə vəsaiti (kompensasiya)

-



Beynəlxalq təşkilatların və fondların maliyyə yardımları, ianələr və qrantlar

-



Bələdiyyələrin digər fəaliyyətindən daxil olan gəlirlər

9521,00

CƏMİ:

173702,06

Ötən ilin 6 ayı ilə müqayisədə icarəyə verilmiş torpaqlardan icarə haqqı, bələdiyyə mülkiyyətində olan ərazilərdə reklamın yerləşdirilməsi üçün ödəniş, səyyari ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş, mehmanxana və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş, avtomobil dayanacaqları üçün ödəniş nisbətən artmışdır.



Hesabat dövründə bələdiyyənin xərcləri ümumiilikdə 123948,95 manat təşkil etmişdir. Xərclər aşağıdakı istiqamətlər üzrə olmuşdur:



Xərclərin istiqamətləri

Məbləğ



Ə/h və onunla bağlı sair ödəmələr

50854,08



DSMF-na ödəniş

14000,00



Dəftərxana ləvazimatları və cari təsərrüfat məqsədləri üçün mal və materialların alınması

1340,50



Nəqliyyat xidmətləri haqqı

2623,50



Mətbəə xərcləri

675,00



Ezamiyyə xərcləri

523,00



Elektrik enerjisi haqqı

857,20



Su və kanalizasiya xidmətləri haqqı

-



Rabitə xidməti haqqı

250,00



Binaların icarə haqqı

55,00



İnventar və avadanlığın alınması

1080,00



Abadlaşdırma xidmətləri haqqı

10320,80



Sair cari xərclər

12520,66



Binaların cari təmir xərcləri

2984,15



Əsas vəsaitlərin alınması

3890,00



Sosial-mədəni və məişət təyinatlı obyektlərin təmiri

2220,00



Yolların cari təmiri

2613,08



Yardım

4555,00



Bankın xidmət haqqı

868,92



Dəfn və mərasim xidmətlərinin təşkili

660,00



Abunə xərcləri

1030,00



Mədəni-kütləvi tədbirlər

2420,00



Xidmət sahələrinin saxlanması

7608,06



Qəbirstanlıqların saxlanması

-

 CƏMİ:

123948,95

Mingəçevir Bələdiyyəsi tərəfindən 6 ay ərzində görülmüş işlərin xülasəsini nəzərinizə çatdırırıq.

Abadlaşdırma işlərinə bələdiyyə büdcəsindən ümumilikdə 10320,80 manat vəsait xərclənmişdir. Abadlıq işləri Az.Yolmaş zavodunun qarşısındakı ərazidə (3720 manat), «Göl» adlanan sahədə (1263 manat), Az.İES qəsəbəsinə gedən yolun sağ tərəfində (1000 manat), S.Vurğun adına park və rabitə şöbəsinin qarşısındakı fəvvarədə (174 manat), «Kür» kompüter zavodunun yaxınlığında (144 manat), Kür çayı sahilində (4019,80 manat) aparılmışdır. Bildiyiniz kimi, Birinci Avropa Oyunlarının avarçəkmə yarışları şəhərimizdə keçirildi. Oyunlara hazırlıqla bağlı tədbirlərdə bələdiyyə də fəal iştirak etmişdir. Yarışların keçirildiyi ərazidə – Kürün sahilində təmizlik işləri aparılmış, bərbad vəziyyətdə olan hasarlar rənglənmiş, 145 metr sahəyə yeni hasar salınmış və s. işlər görülmüşdür.

Hesabat dövründə sosial-mədəni və məişət təyinatlı obyektlərin təmiri ilə bağlı məhəllə komitələrinin müraciətlərinə baxılmış, obyektlərə baxış keçirilmiş, görüləcək işlərin həcmi müəyyənləşdirilmişdir. «Azərbaycan» məhəllə komitəsinin ərazisində (A.Məmmədov küçəsi ev 7a) yerləşən xeyir-şər mağarının təmirinə köməklik məqsədi ilə tikinti materiallarının alınmasına 2220 manat sərf edilmişdir. Xeyir-şər mağarları ilə ilə bağlı digər müraciətlər növbəti yarımillikdə müsbət həllini tapacaqdır.

6 ay ərzində bələdiyyə daxili yolların təmirinə də diqqət yetirmişdir. Belə ki, yeni qəbirstanlığın yolunda 1680 manatlıq, Az.İES qəsəbəsində zibilxanaya gedən yolda 420 manatlıq, Tərəvəzçilik sovxozunun yolunda 213 manatlıq və müxtəlif ərazilərdə 300 manatlıq cari təmir işləri aparılmışdır.

Hesabat dövründə bələdiyyənin maraq dairəsində olan işlərdən biri də sakinlərin sosial və maddi yardımlarla bağlı müraciətlərinə baxılması olmuşdur. Novruz bayramında 250 nəfər imkansız ailəyə 2800 manat dəyərində ərzaq bağlamaları paylanmışdır. 15 nəfər imkansıza pul, 2 nəfərə material yardımları (cəmi 1755 manat həcmində) edilmişdir. Həmçinin vətəndaşlara bələdiyyə tərəfindən dəfn və mərasim xidmətləri göstərilmişdir. Hərbi xidmət borcunu yerinə yetirərkən şəhid olmuş əsgərin yas mərasiminin keçirilməsinə 550 manat, 1 nəfər imkansızın dəfninin təşkilinə 110 manat xərclənmişdir.

Ümumilikdə, bələdiyyə tərəfindən 6 ay ərzində 176 nəfər dəfn edilmişdir. 23 nəfər imkansız ailə xidmət haqqından azad edilmiş, 7 nəfər kimsəsizin bütün dəfn mərasimi bələdiyyə tərəfindən həyata keçirilmişdir. Şəhərdə fəaliyyət göstərən qəbirstanlıqlarda iməcilik yolu ilə abadlıq-təmizlik işləri aparılmış, yeni qəbirstanlığın yolunun təmirinə 1680 manat vəsait xərclənmişdir.

Hesabat dövründə bir sıra mədəni-kütləvi tədbirlərin keçirilməsinə bələdiyyə vəsait ayırmışdır. 20 Yanvar – Ümummilli Hüzn günü. 8 Mart – Beynəlxalq Qadınlar günü, Novruz bayramı, 9 May – Faşizm üzərində qələbə günü münasibəti ilə keçirilmiş tədbirlərə 2420 manat vəsait sərf edilmişdir.

Mingəçevir Bələdiyyəsinin nəzdində xidmət sahələri («Peşəyönümlü Maraq Kursları», «Dəfn mərasimi xidməti», «Məişət xidməti») fəaliyyət göstərir. «Peşəyönümlü Maraq Kursları»nda kompüter operatoru ixtisası tədris olunur. 6 ay ərzində kurslara 34 nəfər qəbul olunmuş, onlardan 23 nəfəri diplom almışdır. Hazırda 11 nəfər təhsilini davam etdirir.

Qeyd edək ki, «Peşəyönümlü Maraq Kursları» tam olaraq bələdiyyənin maliyyə vəsaiti hesabına fəaliyyət göstərir. Bu sahənin saxlanılmasına 6 ayda 1127,94 manat vəsait sərf olunmuşdur. Həmçinin «Dəfn mərasimi xidməti» sahəsinin saxlanılmasına 5620,43 manat, məişət xidməti sahəsinin saxlanılmasına 859,69 manat vəsait ayrılmışdır.

Hesabat dövründə bələdiyyənin maddi-texniki bazasını möhkəmləndirmək üçün 1080 manat dəyərində müxtəlif inventar, 3890 manat dəyərində əsas vəsait (kompüter, printer, ofis mebeli, televizor və s.) alınmış, inzibati binada cari təmir işlərinin aparılmasına və qaz xəttinin çəkilişi üçün texniki şərtin alınmasına 2984,15 manat xərclənmişdir.

Sonda deyd edək ki, bələdiyyə 6 ay ərzində kifayət qədər iş görsə də, bu, bizi qane etmir. Vəsait azlığından planlaşdırdığımız işlərin bir hissəsini icra edə bilməmişik. Hesabat verdiyimiz müddətdə bələdiyyə əmlakının satışından, demək olar ki, gəlir daxil olmamış, fiziki şəxslərdən əmlak vergisinin yığılmasına yeni başlanılmış, yerli əhəmiyyətli tikinti materiallarının istehsalı ilə məşğul olan sahibkarlar mədən vergisini tam köçürməmişlər.



Qarşımızda duran əsas vəzifələrdən biri bu sahələrdən gələn vergi və gəlirləri tam toplamaqla, şəhər ərazisində nəzərdə tutduğumuz iri layihələri icra etmək və bələdiyyənin istehsal sahələrini yaratmaqdır.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə