2013-cü il üçün yüksəkixtisaslı elmi kadrların hazırlığı üzrə doktorantura qəbul üçün tələb olunan sənədlərin siyahısı




Yüklə 7.75 Kb.
tarix10.04.2016
ölçüsü7.75 Kb.
2013-cü il üçün yüksəkixtisaslı elmi kadrların hazırlığı üzrə

doktorantura qəbul üçün tələb olunan sənədlərin
siyahısı
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 noyabr 2013-cü il tarixli 311s №-li Sərəncamına uyğun olaraq fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.
Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

  • Ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

  • kadrların şəxsi-qeydiyyat vərəqi;

  • tərcümeyi-hal;

  • yerindən xasiyyətnamə;

  • 4 ədəd fotoşəkil (3x4 ölçüdə);

  • iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

  • çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

  • ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

  • şəxsiyyəti təsdiq edən sənədin surəti.

Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.


Doktoranturaya sənədlər dekabr ayının 25-dək qəbul edilir.
Qəbul imtahanları dekabr ayının 25-dən başlanacaq.
Doktoranturaya qəbul imtahanına buraxılmış şəxslərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq iş yerindən 30 təqvim günü müddətində ödənişli məzuniyyət verilir.
İstehsalatdan ayrılmaqla təhsil alan bütün doktorantlar təqaüdlə təmin olunurlar.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə