20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş Sambo üzrə yeniyetmə (1996-1997)




Yüklə 11.27 Kb.
tarix03.04.2016
ölçüsü11.27 Kb.
20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş Sambo üzrə yeniyetmə (1996-1997)

və gənc (1994-95) oğlanlar arasında şəhər birinciliyinə yekun vuruldu.

18-19 yanvar tarixlərində “Alüminumçu” İdman Evində keçirilən 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmə və gənc oğlanlar arasında şəhər birinciliyinin açılış mərasimində 1990-cı il 20 yanvar tarixində Azərbaycan xalqına qarşı kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması haqda tədbir iştirakçılarına məlumat verilib və Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra yarışa start verilib.

İki gün davam edən yarışda Elmir Həsənov (48kq), Ceyhun Sadıqzadə (52kq), Namiq Abbasov (56kq), Fuad Ağazadə (60kq), Əli Əlizadə (65kq), Elmir Eminov (70kq), Ceyhun Məmmədzadə (75kq), Fərid Vəliyev (81kq), Nicat Aslanov (87kq) və Ağabəy Təmrazov (+87kq) yeniyetmələr arasında, Əliş Yusifov (48kq), Vüqar Şirinov (57kq), Mehman Xəlilov (62kq), Elman Şərifov (68kq), Murad Muradov (74kq), Röyal Məmmədov (82kq) və Eyvaz Nəsibli (90kq) gənclər arasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yarışların qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı və hədiyyələri ilə təltif olunublar.



Mail Hümbətov

Sumqayıt şəhər Gənclər və İdman Baş

İdarəsinin baş məsləhətçisi

20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş boks üzrə yeniyetmələr

(1998-99) arasında şəhər birinciliyinə yekun vuruldu.

17-19 yanvar 2014-cü il tarixlərində 1 saylı Uşaq Gənclər İdman Məktəbində keçirilən 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş 1998-99-cu il təvəllüdlü yeniyetmələr arasında şəhər birinciliyinin açılış mərasimində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi cənab Musa Həsənov çıxış edərək qeyd etdi ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən iyirmi dörd il keçir. Ölkəmizin milli azadlığı, ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirilmişdir. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra yarışa start verildi.

Gərgin idman mübarizəsi şəraitində üç gün davam edən yarışda Zahid Qədimov (44kq), Arif Qafarov (46kq), Fariz Baxşəliyev (48kq), Fərid Baxşəliyev (50kq), Cavidan Nağdıyev (52kq), Rəşad Novruzov (54kq), Ümüd Əşrəfov (57kq), Əkbər Rzayev (60kq), Yusif Yusifli (66kq), Vəliş Cəfərquliyev (70kq), Məhəmməd Mədətov (80kq) və İlkin İsmayılov (+80kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.

Yarışların qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı və hədiyyələri ilə təltif edilmişdur.



Mail Hümbətov

Sumqayıt şəhər Gənclər və İdman Baş

İdarəsinin baş məsləhətçisi


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə