20 Yanvar hadisələrində şəhid olanların, itkin düşənlərin ailələrinə və əlil olan şəxslərə birdəfəlik dövlət yardımı haqqında




Yüklə 4.26 Kb.
tarix07.04.2016
ölçüsü4.26 Kb.

20 Yanvar hadisələrində şəhid olanların, itkin düşənlərin ailələrinə və əlil olan şəxslərə birdəfəlik dövlət yardımı haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI


1990-ci il yanvarın 20-də Azərbaycana edilmiş hərbi təcavüzün 10-cu ildönümü münasibəti ilə qərara alıram:

1. 20 Yanvar hadisələrində şəhid olanların, itkin düşənlərin ailələrinə və əlil olan şəxslərə bir milyon manat məbləğində birdəfəlik yardım ödənilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev

Bakı şəhəri, 17 yanvar 2000-ci il


№ 308


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə