20 yanvar – QƏHRƏmanliq səlnaməSİ




Yüklə 25.74 Kb.
tarix03.04.2016
ölçüsü25.74 Kb.
20 YANVAR – QƏHRƏMANLIQ SƏLNAMƏ

20 Yanvar faciəsindən 24 il ötdü…. Tariximizin XX əsr səhifəsinə 1990 – cı ilin yanvar hadisələri şəhidlərimizin qanı ilə yazıldı. Bu gün, ümumxalq hüzn günü kimi qeyd olunmaqla yanaşı, həm də Vətənin azadlığı uğrunda mübarizənin qəhrəmanlıq günü kimi də qiymətləndirilir.1990 – cı il yanvarın 19 dan 20 – nə keçən gecə Azərbaycan xalqının başına görülməmiş müsibət gətirildi. Vətənin azadlığı uğrunda mübarizəyə qalxan, torpağına, sərhədlərinə edilən təcavüzə etirazını bildirən silahsız, günahsiz insanlar təpədən – dırnağadək müasir silahlarla silahlanmış Sovet qoşunlarının amansız vəhşiliyinin qurbanı oldular. Həmin faciəli hadisələrdən illər ötsə də Azərbaycan xalqı o dəhşətli günləri unutmur, şəhidlərimizin xatirəsini əziz tutaraq onları ehtiramla yad edir. Hər il olduğu kimi bu il də Sumqayıt şəhər “ Təfəkkür ” liseyində 20 Yanvar faciəsinin 24 – cü ildönümü qeyd olundu. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlandı. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir iştirakçılarına 20 Yanvar faciəsini əks etdirən kadrlar təqdim oludu. Kadrların nümayişindən sonra aparıcılar səhnəyə gələrək tədbirin mahiyyəti haqqında danışdılar və qeyd etdilər ki, hər bir xalqın tarixində 20 Yanvar kimi və yaxud buna bənzər faciələr baş verir. Həmin xalqlar üzləşdiyi faciələr qarşısında çaşıb qalmırlar, diz çökmürlər, mübarizələrini bir an da olsun dayandırmırlar. Müdrik Azərbaycan xalqı da özünü itirmədi, mübarizlik əzmi sarsılmadı. Oğullarını qurban versə də mətinləşdi, gücləndi.

7 R sinif şagirdi Həmzəzadə Həmidə, 9 b sinif şagirdi Cəbrayılov Riyadın canlı ifasında “ Vətən ”, “ Azərbaycan bayrağı ”, “ Can Azərbaycan ” mahnıları dinlənildi. Tədbir 7 b sinif şagirdləri Hacıyeva Nərgiz, Dadaşov Ümid, Müzəffəri Həqiqi Turə, Süleymanova Xədicənin söylədikləri şeirlər və liseyin xor kollektivinin ifası ilə daha da canlandı.

Bundan başqa liseyin tarix müəllimləri Mirzəyev Rəzi və Sadıxova Sevinc VI – X siniflərin iştirakı ilə 20 Yanvar şəhidlərinin iyirmi dördüncü ildönümünə həsr edilmiş dəyirmi masa keçirilmişdir. İlk öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tarix müəllimləri Mirzəyev Rəzi və Sadıxova Sevinc 20 Yanvar şəhidləri haqqında şagirdlərə məlumat verdikdən sonra 8 A sinif şagirdləri Sərdarlı Səmanur və Cəfərli Çiçəyin məruzələri dinlənildi. Daha sonra faciə qurbanlarının və xalqımızın başına gətirilən müsibətləri əks etdirən slayd nümayis etdirildi.

Tədbirin sonunda liseyin direktoru Bəsirə xanım Ağayeva çıxış edərək bildirdi ki, xalq illər, əsrlər boyu şəhidlərini həmişə hörmətlə yad edəcək, ruhları qarşısında baş əyəcəkdir. Azərbaycan torpağı onun suverenliyi yolunda həlak olmuş övladlarını heç zaman unutmayacaq. Onların müqəddəs xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Azərbaycan torpağı onun suverenliyi yolunda həlak olmuş övladlarını heç zaman unutmayacaq. Onların müqəddəs xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

Təfəkkür ” liseyinin tərbiyə işləri üzrə direktor müavini



Axundzadə İradə


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə