2. XII əsrdə məktəb və elm




Yüklə 20.33 Kb.
tarix22.04.2016
ölçüsü20.33 Kb.
2.XII əsrdə məktəb və elm.

Azərbaycan xalxı uzun müddət istiqlaliyyət uğrunda apardığı mübarizə nəticəsində xilafətin asılılığından xilas olduqdan sonra IX – XI əsrlərdə yaranan müstəqil feodal dövlətlərin, daha sonra yenidən bərpa edilən Şirvanşahlar və Atabəylər dövlətlərnin yaranması xalqın taleyinə və tarixi inkişafına güclü təsir göstərdi.Təsərrüfatın bütün sahələri canlandı.Sənətkarlıq, ticarət, şəhərlər tərəqqi yoluna qədəm qoydu.Əhali artdı və məhsuldar qüvvələr xeyli inkişaf etdi.Ölkənin siyasi və iqtisadi həyatında baş verən dəyişiliklər öz əksini mədəniyyət sahəsində daha qabarıq şəkildə özünü biruzə verdi.

12-ci yüzillik əbəs yerə Azərbaycan mədəniyyətinin “ qızıl dövrü ” adlandırılmır.Bu intibah dövrü xalqımız üçün ona görə qiymətlidir ki, dünya poeziyasının günəşi Nizami Gəncəvi və onun müasirlərnin, ədəbiyyatımızın, incəsənətimizin və elmimizin böyük dühalarnın yaşadığı dövrdür.

Şəhərlərdə məscidlər yanında mədrəsələr və məhəlli məktəblər – mollaxanalar vardı.Bu mədrəsələrdə və məktəblərdə sxolastik dini elmlərlə bərabər ərəb dilinin sərv-nəhvi,təbabət,Şərq dilləri, ədəbiyyat,məntiq və başqa fənlər tədris olunurdu.Məktəblərdə oxuyanlar feodalların,tacirlərin və rühanilərin övladları idi. Geniş xalq kütləsi elmdən və təhsildən məhrum edilmişdi.Feodal əyanlar öz övladlarnı ali təhsil almaq üçün Yaxın Şərqin mərkəzi şəhərlərnə göndərirdilər.

Ümumiyyətlə, IX –XII əsrlərdə müsəlman şərqində elm və mədəniyyət yüksək səviyyədə idi.Elmin inkişafını təkcə ərəblərin adı ilə bağlamaq düzgün olmazdı.O, vaxtı ilə Xilafətə tabe olan özbəklərin,taciklərin,türkmənlərin,azərbaycanlıların,iranlıların və başqa xalqların birgə fəaliyyəti nəticəsində yaranır və inkişaf edirdi.Həmin xalqların mədəniyyəti bir - birinə qarşılıqlı surətdə təsir etməklə tərəqqi edirdi.

Şərqin böyük mütəfəkkirləri Əbu Əli ibn Sina,Biruni,Təbəri,Məsudi,Əl-İstəhri, Rudəki, Firdovsi və Ruşdun,qədim yunan filosoflarından Aristotel,Platon və başqalarının yaradıcılığı ilə tanışlıqdan faydalanan Azərbaycan alimləri qiymətli elmi əsərləri ilə dünya mədəniyyətinin zənginləşməsində böyük xidmət göstərmişlər.Azərbaycan mədəniyyəti xalqın keçmiş zəminində yaranır və tərəqqi edirdi.

Yaqut Həməvi Şərqin böyük şəhərlərində təhsil alan,yaşayıb-yaradan onlarca azərbaycanlı alimin adın qeyd edir.Məkki ibn Əhməd əl- Bərdəi, Səid ibn Əluri əl- Əzdi,Əbdüləziz ibn əl- Həsən əl-Bərdəi,Əbdülhəsən Yəqub ibn Musa əl-Ərdəbili,Səid ibn Əmrul Bərdəi,Əbubəkr Hüseyn ibn Əli Yəzdanı,Bəhmənyar ibn Mərzban,Xətib Təbrizi elmin müxtəlif sahələrində şöhrət qazana bilmişdilər.

Azərbaycan alimləri təkcə qonşu Gürcüstanla və Ermənistanla deyil,həm də Şərq ölkələri ilə qarşılıqlı mədəni əlaqələri möhkəmləndirirdilər.

Məhsuldar qüvvələrin inkişafı və xalqın öz azadlığı uğrunda mübarizəsi milli mədəniiyyətin inkişafına səmərəli təsir göstərirdi.

IX- XII əsrlərdə şəhərlərin dirçəlməsi və şəhər həyatının canlanması ilə əlaqədar, dünyəvi elmlər sırasına nucum elmi daha çox diqqəti cəlb etməkdə idi.Fazil Fəridəddin Şirvani 30 ildən artıq bir müddətdə müntəzim olaraq astronomiya elmi ilə məşğul olmuşdu.Dövrünün görkəmli astronomlarından olan Fazil Fəridəddin Şirvanı bir sıra ulduz cədvəli tərtib etmişdi.Örənqalada arxeoloji qazıntı zamanı tapılmış gil lövhə Azərbaycanda astronomiya elminin inkişaf etdiyni göstərir.Həmin lövhənin üzərində göy qübbəsinin şəkil çəkilmiş və planetlərin yerlərini dəyişmə yolları qeyd edilmişdir.

Bu dövrdə məntiq və fəlsəfə sahəsində daha böyük irəliləyiş nəzərə çarpırdı.Tacik filosofu Əbu Əli ibn Sinanın məntiq və fəlsəfə sahəsindəki böyük əsərləri,habelə qədim yunan fəlsəfəsinin,xüsusilə, Aristotel fəlsəfi irsinin Yaxın Şərqdə yayılması Azərbaycanda bu elmə marağı daha da artırmışdı.Görkəmli filosof Bəhmənyar ibn Mərzban əbu Əli ibn Sinanın şagirdi və davamçısı olmuşdur.Bəhmənyar hələ XI əsrdə göstərirdi ki, hər şeyin əsasını ən ümumi mənada varlıq təşkil edir. O, səbəb və nəticə haqqindakı təlimi ilə dini ideologiyaya zidd çıxırdı.Bəhmənyar hərəkət, zaman və məkan fəlsəfi kateqoriyalarının düzgün elmi şərhini verərək onların bir-birilə möhkəm vəhdətdə olduğunu göstərmişdi.Onun “ Məntiqə dair zinət kitabı ” , “ Təhsil kitabı”, “ Gözəllik və saədət kitabı”, “ Musiqi kitabı”, “Metafizika” elminin mövzusuna dair “ traktat” , “ Mövcudatın mərtəbələru” adlı əsərləri müəllifinə ölməz şöhrət qazandırmış və müxtəlif vaxtlarda bir neçə xarici dildə çap olunmuşdur.Təkcə Azərbaycanda deyil, orta əsrlərdə müsəlman şərqində də fəlsəfi fikrin inkişafında Bəhmənyarın böyük rolu olmuşdur.O, özünün elmi nəticələrinə görə materializm ilə idealizm arasında tərəddüd edirdi.

Görkəmli filosof Xətib Təbrizi də bu dövrdə yaşayıb yaratmışdır.O, fəlsəfə, məntiq,sintaksis və ədəbiyyatşünaslığa dair bir neçə görkəmli əsərin müəllifi idi.Xətib Təbrizi Təbrizdə doğulmuş, Bağdadda, Şamda və Misirdə təhsil almışdır.O, Əbulula Məri kimi məşhur ərəb filosofunun tələbəsi olmuş,Bağdaddakı “ Nizamiyyə” mədrəsəsində müəllimlik etmişdi.Onun əsərlərnin bir hissəsi Avropa dilinə də tərcümə olunmuşdur.

Hüquqşünaslıq sahəsində şamaxalı Əbubəkr Məhəmməd Şirvani və Bərdəi Məhəmməd ibn Abdulla məhşur idilər.Dünyəvi elmlərlə yanaşı, Azərbaycanda nəqqaşlıq və xəttatlıq da yaxşı inkişaf edirdi.Görkəmli nəqqaşların saxsı qablar üzərində nəqş etdikləri müxtəlif heyvan,insan və bitki rəsmləri insanı heyran edirdi.

Dövrün nəfis və geniş yayılmış sənətlərindən biri də memarlıq idi.Azərbaycan memarlığının özünəməxsus gözəl xüsusiyyətləri var idi.Memarların Təbrizdə,Mağarada, Ərdəbildə,Bakıda,Beyləqanda,Bərdədə,Gəncədə,Şamaxıda,Naxçıvanda və digər şəhərlərdə yaratdıqları abidələr öz gözəlliyi,orijinallığı,üslub və möhkəmliyi ilə dünya memarlığının inkişafına xeyli təsir göstərirdi.Maraqlıdır ki, IX-XII əsrlərdə yaradılan memarlıq abidələrnin bir qismi mühafizə edilərək dövrümüzə qədər gəlib çatmışdır.Bu ölməz sənət nümunələrni yaradanlar xalq içərisindən çıxmış məşhur sənətkarlardır.Onlardan dəmirçi usta İbrahimin,bənna Əbubəkr oğlunun, memar Möhsunun,bənna Aşur İbrahim oğlunun,memar Əmirəddin Məsud və Əcəmi Əbubəkr oğlunun,bənna Əbu Mənsur ibn Musanın və başqalarnın adları Orta Asiyada və Yaxın Şərqdə daha məşhur olmuşdur.

Bu dövrün görkəmli sənətkarlarından biri naxçıvanlı Əcəmi Əbubəkr idi.Onun Naxçıvanda tikdiyi Yusif ibn Qasirin və Atabəy Məhəmməd Cahan Pəhləvanın arvadı Möminə xatunun türbələri başdan – başa həndəsi nəqşlər və kitabələrlə bəzədilmişdir.Hər iki abidə Azərbaycan memarlığının şah əsərlərindəndir.Naxçıvan memarlıq məktəbinin təsiri ilə Əlincə çayı sahilindəki Xanəgah kəndində sərdabə,Urmiyada Üç günbəz,Mağarada Göy günbəz və başqa abidələr yaradılmışdır.

Araz çayı üzərindəki Xüdafərin körpüsü,Şamaxı yaxınlığındakı Gülüstan qalası,Ağsu çayı yaxınlığındakı Qəleybuğurd qalası,Naxçıvan yaxınlığındakı Əlincə qalası,Lerikdəki Oğlanqala,Bakıdakı Qız qalası və diğərləri belə möhtəşəm abidələrdəndir.Müdafiə əhəmiyyətli qalalar və bürclər içərisində həm sənətkarlıq baxımından, həm də hərbi – strateji cəhətdən Qız qalası xüsusilə fərqlənir.

Bakı memarlıq məktəbinin ən gözəl və əzəmətli abidəsi olan Qız qalası XII əsrdə yaradılmışdır.Bununla belə,bu abidənin daha əvvəllər tikilməsi haqqında da maraqlı fikirlər vardır.Qız qalası sal qaya üzərində ucaldılmışdır. Memarlıq formasına görə Şərqdə məşhur abidə hesab olunan bu qalanın memarı Məsud ibn Davud olmuşdur.Abidənin hündürluyu 28m, diametri 16m,divarının qalınlığı4 – 5 m-dir.Bürcün içərisi 8 mərtəbəlidir.Mərtəbələr yonma daşlardan hörülmüş günbəzlərlə örtülmüşdür.Mərtəbələr arasında əlaqə yonulmuş daşlarla hörülən pilləkənlər vasitəsilə saxlanılır.Bu mərtəbələrdə eyni vaxtda 250 nəfər adam yerləşə bilir.Bürcün yuxarı hissəsində düzəldilmiş meydandan düşmənə qarşı müdafiə vasitəsi kimi istifadə olunurdu.

Uca dağ maşında inşa edilmiş Gülüstan qalası təbii qayalar və daş divarlarla əhatə edilmişdir.Bu alınmaz qalada Şirvanşahların sarayı yerləşirdi.Yaxınlıqdakı bulaqdan saxsı borularla qalaya su çəkilmişdi.Həmçinin qaladan üçün gizli yeraltı yol vardı.



Azərbaycan memarlıq məktəbinin nümayəndələri Orta Asiyanın və Yaxın Şərqin Səmərqənd,Ürgənc, Buxara, Herat, İsfahan, Bağdad kimi zəngin və qədim şəhərlərində əzəmətli abidələrin tikintisində də iştirak etmişdilər.

Lakin başqa sənətkarlar kimi, memarların da güzəranı xoş keçmirdi.Onların yaratdığı gözəl saray, qəsr və qalalarda feodal əyanlar yaşayırdılar.Bəzən isə yaratdıqları əfsanəvi abidələr məşhur memarlara bədbəxtlik gətirirdi.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə