2. Mərkəzi Bank, onun rolu və funksiyaları




Yüklə 19.89 Kb.
tarix20.04.2016
ölçüsü19.89 Kb.
Hazırladı: Yunus Kazımov (AƏSMA)

2. Mərkəzi Bank, onun rolu və funksiyaları

Bütün ölkələrin bank sistemlərinin əsas hissəsini mərkəzi banklar teşkil edir. Ayrı - ayrı ölkələrdə isə bu banklar müxtəlif cür adlandırılır: Milli Bank, Xalq bankı, Dövlət bankı, Ehtiyat bankı, Emissiya banki, Federal Ehtiyat Sistemi. Bəzi ölkələrdə isə sadəcə ölkələrin adı ilə bağlı olaraq, məsələn, İtaliya Bankı, Yaponiya Bankı və s. adlandırılır.

Müxtəlif ölkələrdə mərkəzi banklar müxtəlif illərdə yaranmışdır. Ümumiyyətlə, onlardan ən birincisi təqribən üç əsr evvel İsveçredə 1668-ci ilde yaranmışdır. İngiltərədə Mərkəzi Bank 1694-cü ildə, Fransada 1880-ci ildə, Almaniyada Reyxsbank 1875-ci ilde, İtaliyada 1893-cü ildə, Norveçdə 1816- cı ilde, ABŞ-da Federal Ehtiyat Sistemi 1913-cü ildə, Rusiya Dövlət Bankı 1860-cı ildə, Azərbaycan Milli Bankı 1992-ci ildə yaranmışdır.

Bir qayda olaraq banklar kommersiya bankları kimi meydana gəlmiş və kağız pullar emissiyası hüququna malik olmuşlar. İlk emissiyanı 1650-ci ildə Stokholm Bankı həyata keçirməsinə baxmayaraq, ilk emissiya bankı 1694-cü ildə yaranmış İngiltərə Bankı sayılır. Bu bank ilk emissiya işinə kağız pullar buraxmaqla və kommersiya veksellərini uçota almaqla başla- mışdır. Stokholm Bankı isə qızıl sikkələrdən ibarət depozit sertifıkatları buraxırdı ki, onlar da İsveçrə Krallığının hər yerində bütün pul növləri ile bərabər dövriyyədə idi. Sonrakı inkişaf mərhələlərində mərkəzi banklann üzərinə kağız pullann emissiyasından başqa digər mühüm vəzifələr ölkənin xezinədarı, dövlet ve kommersiya bankları arasında vasitəçi, ölkənin pul - kredit siyasətinin apancısı, hesablaşmalann təşkilatçısı rolu da həvalə edilmişdir. Yaranışmdan kommersiya banklan olan mərkəzi banklar sonradan milliləşdirildi. Bir çox ölkələrdə mərkəzi banklann bütövlükdə, bəzi ölkələrdə isə müəyyən hissəsi dövlətə məxsusdur. Mərkəzi emissiya banklarmın yaranması kapitalın təmərküzləşməsi və mərkəz- ləşdirilməsi prosesi ilə və vahid milli pul sistemlərinə keçidlə əlaqədar olmuşdur. Əsasen inkişaf etmiş öikelerde merkezi bankların funksiya ve vezifelerini tesbit eden, eks etdiren ayrı-ayrı qanunlar mövcuddur. Eyni zamanda bu qanunlann işleme mexanizmi və tətbiqi metodları işlenib hazırlanmışdır. Bezi ölkelerde isə mərkəzi banklann vezifeleri Konstitusiya ilə müeyyenleşdirilir.

Azerbaycan Respublikasında Milli Bankın esas funksiya və vezifəleri «Azerbaycan Respublikasmın Milli Bankı haqqında Azərbaycan Respublikasının Qanunu»nda öz eksini tapmışdır. Hal - hazırda fəaliyyetde olan bu qanun 10 iyun 1996rcı ildə qüvvəyə minmişdir. Bu qanunun 2-ci maddesi 7 bəndden ibarət olub Milli Bankm esas funksiyalarını, 3-cü maddəsi isə 6 bəndden ibarət olub onun əsas vezifelerini əks etdirir.

Bir qayda olaraq ölkelerin çoxunda merkezi banklarm fəaliyyətini tənzimleyen hüquqi akt rolunda ölkenin Mərkəzi Bankı haqqında qanun çıxış edir. Bu qanun mərkəzi banklann teşkilati - hüquqi statusunu müəyyənləşdirir, rəhbərlərin seçilməsmi və ya teyin edilmesini müeyyenleşdirir, onun dövletə və bütövlükdə bank sistemi ile qarşılıqlı müna- srbətlerini tənzimleyir. Hemçinin teşkilat ve idareetmə struk- turunu, pul - kredit siyasətinin əsas istiqamətlərini, nağdsiz hesablaşmalann və pul tədavülünün təşkili qaydasını, valyuta siyasətinin aparılması qaydalannı ve s. müeyyenləşdirir.

Mərkəzi banklann bank sistemi ilə qarşılıqlı münasibətlərini Mərkəzi Bank fəaliyyəti haqqmdakı qanunla yanaşı bank fəaliyyəti haqqmda qanun da tənzimləyir. Bu qanun mərkəzi banklara münasibətdə ölkedə mövcud kredit institutlannın hüquq və vəzifələrini müəyyenleşdirir.

İnkişaf etmiş ölkələrin mərkəzi banklan pul - kredit siyasətinin həyata keçirilməsində müsteqillik səviyyəsine görə təsnifatlaşdınlır. Bu cür tesnifatlaşdırma müxtəlif obyektiv və subyektiv amillərin təsiri ilə baş verir.

Bir çox hallarda Merkəzi Bankla hökumət arasmda qarşılıqlı münasibətler onların rehbərlerinin qeyri formal əlaqəleri əsasmda formalaşır. Belə hal subyektiv amillerə aid edilir.

Mərkəzi bankların müstəqilliyinin qiymetləndirilmesinin çoxsaylı obyektiv amilləri içərisinde ise en mühüm əhemiyyət kəsb edenlər aşağıdakılardır:

- Mərkəzi Bankın kapitalında ve mənfəətin bölgüsündə dövlətin iştirakı;

- Bankın rehberlərinin təyinatı (seçkisi) qaydası;

- Qanunvericilikde mərkəzi bankın məqsəd və vəzifə- lərinin əks olunması seviyyesi;

- Pul-kredit siyasətine dövletin müdaxilə hüququ;

Dövletin xerclərinin ölkənin Mərkəzi Bankı tərəfindən birbaşa və bilavasitə maliyyələşməsi imkanlannm tənzimlənməsi qaydaları. Birinci amilə aid olaraq qeyd etmək lazımdır ki, Mərkəzi Bankın kapitalının mülkiyyətçilərinin tərkibi pul-kredit siyasətinin həyata keçirilməsində onun müstəqilliyinə əsaslı təsir göstərə bilmir.

İkinci amillə bağlı qeyd olunmalıdır ki, Mərkəzi Bankın rəhbərinin təyinatı və ya seçilməsi bu təşkilatm dövlət idarəetmə orqanlanndan siyasi asılıiığm dərəcəsinə təsir edir.



MƏRKƏZİ BANKLARIN FUNKSİYALARI.

Mərkəzi banklar bank sisteminin əsas və tənzimləyici həlqəsidir. Ona görə də onlann fəaliyyəti pul dövriyyəsinin möhkəmləndirilməsi; milli pul vahidinin müdafiəsi, dayanıqlığı və ornm digər xarici valyutalara nisbətən kursunun təmin edilməsi; uğurlu pul -kredit siyasəti aparması ölkənin bank sisteminin inkişaf etdirilməsi və möhkəmləndirilməsi ilə; hesablaşmaların fasiləsiz və səmərəli şəkildə həyata keçirilməsi ilə əlaqədardir. Mərkəzi bankların hansı ölkədə fealiyyət göstərməsindən asılı olmayaraq onlar üçün xarakterik və ümumi olan funksiya və vəzifələr mövcuddur. Eyni zamanda hər bir ölkənin bank sisteminin fonksiya və vəzifeləri vardır. Bu fonksiya və vəzifelər öz əksini həmin ölkənin bank qanunvericiliyində tapır.

Mərkəzi banklar öz səlahiyyətlərinə aid olan beş mühüm vəzifəni yerinə yetirərkən aşağıdakı üç mühüm ümumi xarakter daşıyan funksiyam icra edir: tənzimləmə, nəzarətetmə və məlumat-tədqiqat.

-- Tənzimləmə funksiyasına dövriyyədə olan pul kütləsinin tənzimlənməsi aiddir. Bu funksiyanm yerinə yetirilməsinə mərkəzi banklar nağd və nağdsiz emissiyamn azaldılması və ya artınlması yolu ilə, həmçinin diskont, minimum ehtiyatlar, açıq bazar və valyuta siyasətini həyata keçirmək yolu ilə nail olurlar.

-- Nəzarətetmə funksiyası mərkəzi banklann mühüm funk- siyasıdır. Bu funksiya, tənzimləmə fimksiyası ilə üzvi surətdə bağhdır. Mərkəzi Bank bu ve ya digər siyasəti (məsələn, minimum ehtiyatlar və ya diskont) həyata keçirərkən öz strukturuna daxil olan bütün banklar haqqında istənilən məlumatı əldə edir. Nəzarətetmə funksiyası özündə keyfiyyət məzmununa irəli sürülən tələblərə bank sisteminin uyğun- luğunun müeyyənləşdirilməsini, yeni kredit institutlanmn Milli Bank sisteminə daxil edilməsi qaydasım əks etdirir. Bununla yanaşı, bu funksiya kredit institutlan üçün iqtisadi norma- tivlərin, əmsallann işlənib hazırlanmasını və onlann vasitəsilə banklann fealiyyəti üzərində nəzarəti birləşdirir.

Bütün mərkəzi banklar məlumat-tədqiqaf funksiyasmı da yerinə yetirirlər. Bıi eyni ilə elmi-tədqiqat, məlumat-statistika mərkəzlərinin fimksiyalan ilə paralellik təşkil edir. Bununla yanaşı bu məsələ bir çox ölkələrin qanunvericiliyində öz əksini tapmışdır. Qanunvericiliyə əsasən Almaniya Federal bankı ehtiyacı olduqda Federal hökümətə öz tövsiyələrini verməli, həmçinin onu kredit sisteminin inkişafı barədə məlumatlarla təmin etməlidir.

Bir çox ölkələrin bank haqqındakı qanunlannda onların məlumat-tədqiqat funksiyası geniş əksini tapır. Nəzərdə tutulur ki, banklar öz qərarlannı və fəaliyyətlərinin nəticələrini mərkəzi mətbuat orqanlanndan birində dərc etdirməlidir. Mərkəzi banklar qanun əsasında kredit institutlanndan onlann fealiyyətlərinə dair arayış tələb edə bilər, bu arayışlar əsasmda təhlillər apanb, lazım olduqda yuxan orqanlara və beynəlxalq təşkilatlara təqdim edə bilər.

Mərkəzi Bank pul-kredit sferası barəsində dəqiq məlumatlara malik olmaqla, onlan təhlil etməkde və mətbuatda bu haqda dəqiq məlumatlar dərc etməklə ölkədə gedən lokal və qlobal iqtisadi proseslərə operativ surətdə reaksiya və təsir göstərə bifer. Məhz belə hallarda bütövlükdə pul-kredit siyasətinin istiqamətlərinin müəyyənləşdirilməsi məlumatlarm düzgün qiymətləndirilməsi səviyyəsindən və qəbul olunan qerarlann düzgünlüyündən asılı olur. Merkəzi banklann emissiya bölmesi tərəfındən əlavə pul buraxılışı haqqmda qerann qebul edilmesi ölkənin iqtisadi vəziyyətinin derin tehliline əsaslanır. Eyni zamanda belə təhlilin aparılması aid dövlət orqanlannm fealiy- yətinin əlaqələndirilmesine, uyğunlaşdinlmasına və ehtiyac olduqda tövsiyələr verilməsinə xidmet edir.



Kreditin rolu.

Kreditin rolu onun tesərrüfat, əhali, dövlət üçün tətbiqinin nəticeləri ilə səciyyələnir. Kreditin rölu onun müxtelif forma və növlerinin həyata keçiril- məsi zamanı təşəkkül tapan münasibətlərin nəticələrində təzahür edir. Kredi- tin iqtisadiyyata təsirinin hər bir istiqaməti üzrə kredit münasibətlərinin konk- ret forma və ya növü üstün mövqeyə malikdir. Məsəlen, əmteələr nisyə satıl- dığı zaman başlıca rolu kommersiya krediti oynayır. Əksinə kredit pul vəsait ləri şəklində verildikde bank krediti birinci dərəcəli əhəmiyyət kəsb edir. Kreditin rolu onun mehsul istehsah və satışınm fasilesizliyinə olan təsirində.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə