2. Gəlir vergisindən azadolmalar və güzəştlər. Əmək haqqından vergi tutularkən fiziki şəxslərin vergi güzəşti hüququnun




Yüklə 55.03 Kb.
tarix21.02.2016
ölçüsü55.03 Kb.
Fiziki şəxslərdən gəlir vergisi üzrə hesablaşmalar.
1. Muzdlu işlə əlaqədar olan və olmayan fəaliyyətdən alınan gəlirlər.

2. Gəlir vergisindən azadolmalar və güzəştlər.

3. Əmək haqqından vergi tutularkən fiziki şəxslərin vergi güzəşti hüququnun

müəyyənləşdirilməsi.
G İ R İ Ş.
Rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər. rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəlirləri ilə həmin dövr üçün gəlirdən çıxılan xərclər arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Ödəmə mənbəyindən vergi tutulduğu halda vergitutma obyekti vergiyə cəlb olunan gəlirdir. Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsi ilə fəaliyyət göstərən qeyri-rezident vergi ödəyicisi daimi nümayəndəliyi ilə əlaqədar olan vergiyə cəlb edilən gəlirləri üzrə gəlir vergisinin ödəyicisidir. Vergiyə cəlb olunan gəlir konkret dövrdə Azərbaycan mənbələrindən daimi nümayəndəliklə bağlı əldə edilən ümumi gəlirlə həmin dövrdə bu gəlirlərin əldə edilməsi ilə əlaqədar çəkilən və gəlirlərdən çıxılan məbləğ arasındakı fərqdir.

Məşğulluqdan və ya əmlakın təqdim edilməsindən gəlir əldə edən qeyri-rezident fiziki şəxs Azərbaycan mənbəyindən təqvim ili ərzində əldə etdiyi bu növümumi gəlirin Vergi məcəlləsində müəyyənləşdirilən hmin dövrdə bu gəlirə aid olan və ondan çıxılan xərclər qədər azaldılan məbləği üzrə gəlir vergisinin ödəyicisidir. Gəlir rezident vergi ödəyicisinin gəliri onun AR-da və AR-nın hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir.



1. Fiziki şəxs tərəfindənmuzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda həmçinin əvvəlki və ya gələcək iş yerindən alınan gəlirdir. Gəlirin məbləği aşağıda göstərilən məbləğdən işçinin əldə etdiyi gəlirə görə ödədiyi hər hansı xərc çıxıldıqdan sonra qalan məbləğə bərabərdir:

1. İşəgötürənin öz işçisinə malı, işi, xidməti təqdim etdiyi halda bu cür malların, işlərin, xidmətlərin bazar qiyməti ilə dəyəri

2. İşçinin xərclərinin əvəzi ödənildiyi halda ödənən vəsaitin məbləği

3. İşçinin işə götürənə olan borcunun vəya öhdəliyinin başlandığı halda həmin borcun vəya öhdəliyin məbləği

4. İşəgötürən tərəfindən ödənilən sığorta haqları

Faktiki ezamiyyə xərclərinin habelə 10 manatadək dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə sutkalıq ödənişlərin əvəzinin ödənilməsi gəlirə daxil deyildir.

Muzdlu işə aid olamyan fəaliyyətdən gəlirlər sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Sahibkarlıq fəaliyyətindən gəlirə aşağıdakılar aiddir:


  • sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir

  • sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanmasına razılıq verilməsinə görə alınan gəlir

  • əsas vəsaitlərin təqdim edilməsindən alınan gəlir

Qeyri – sahibkarlıq fəaliyyətindən gəlirə aşağıdakılar aiddir:

  • faiz gəliri

  • divident

  • royalti

  • əmlakın icarəyə verilməsindən gəlir

  • sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir

  • həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq

Gəliri dəqiqləşdirmək üçün fiziki şəxsin aldığı və Azərbaycan Respublikasında ödəmə mənbəyindən vergi tutulmuş dividend, faiz, icarə haqqı və royalti gəlirdən çıxılır. Aylıq gəlirdən aşağıdakı dərəcələrlə vergi tutulur:

Vergitutulanın aylıq gəliri 2000 manatadək olduqda 14 faiz, 2000 manatdan çox olduqda yəni 280man + 2000 manatdan çox olan məbləğin 35 faizi tutulur.

İki və ya daha çox yerdə işləyən fiziki şəxslərinn gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir. İllik gəlirlərdən aşağıdakı vergi dərəcələri tutulur:

Vergitutulanın illik gəliri 24.000 manatadək olduqda 14 faiz, 24.000 manatdan çox olduqda 3.360man + 24.000 manatdan çox olduqda məbləğin 35 faizi tutulur.



2. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır:

- Azərbaycan Respublikasının rezidenti olmayan şəxsin iş yerindən gəlir.

- Rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əməkhaqqı, Azərbaycan vətəndaşı olmayan diplomatik və ya konsulluq əməkdaşının rəsmi məşğulluğundan gəlir.

- əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, birdəfəlik ödəmələrvə ya maddi yardımlar. Misal: işçiyə noyabr ayında 400,00 man əmək haqqı, əmək qabiliyyətini 5 gün itirdiyinə görə 80,00 man müavinət, 100,00 man dövlət təqaüdü hesablanıb. Gəlir vergisi isə (400,00+80,00)x14%=67.2 man olur

- təqvim ili ərzində alınan hədiyyə, maddi yardım, birdəfəlik müavinət və miraslar

- hədiyyələrin, təhsil və ya müalicə haqlarını ödəmək üçün maddi yardımın dəyərinin 1.000,00 man-dək olan hissəsi, mirasların dəyərinin 20.000,00 man-dək olan hissəsi, xaricdə müalicə haqlarını ödəmək üçün maddi yardımın dəyərinin 2.000,00 manatadək olan hissəsi

- alimentlər

- aylıq gəliri 200,00 manatadək olduqda minimum əmək haqqının 1 misli, illik gəliri 2.400,00 manatadək olduqda minimum əmək haqqının 12 misli məbləğində olan hissəsi



Bir çox ölkələrdə gross (hesablanmış) və net (ödəniləsi) əmək haqqı terminlərindən istifadə edilir. Fikrimcə bizim qanunlarda da bu cür terminlərdən istifadə olunmalıdır. Qanunvericilikdə isə əmək haqqının hansı məbləğindən tutulmanın aparılması konkret olaraq göstərilir. Vergi Məcəlləsində alimentin vergidən azad olunması göstərilib ancaq hansı məbləğin tələbkara ödənilməsi məbləğin yoxsa hesablanmış əmək haqqına düşən aliment məbləğinin gəlir vergisindən azad olmağı dəqiq göstərilməyib.

  • qiymətli daşlardan və metallardan, incəsənət əsərlərindən əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa , daşınan maddi əmlakın təqdim edilməsindən gəlir.

  • vergi ödəyicisinin azı 3 il ərzində əsas yaşayış yeri olduğu daşınmaz əmlakının təqdim edilməsindən gəlir

  • dəymiş zərərlərin ödənilməsilə bağlı alınan kompensasiya ödənişləri

  • bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər

  • sığorta hadisəsi baş verdikdə sığortalanın həyatına onun əmlakına dəymiş zərərin əvəzini ödəmək üçün pul və ya natura şəklində ödənilmiş vəsait, həmçinin işəgötürən tərəfindən ödənilən bütün növ icbari və könüllü tibbi sığorta haqqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin AR-nın sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 5 illik müddət keçdikdən sonra sığortalıya ödənilən məbləğ

  • müvafiq qaydada AR-nın Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmiş lotereyalardan, həmçinin dövlət daxii uduşlu istiqrazlardan əldə olunan uduşların dəyəri. Məs: Vətəndaş lotereyadan 1.000,00 man uduş əldə edib və bu çəxsə vergi tutulmadan həmin məbləğ təqdim edilir.

  • ağır və təhlükəli istehsalatlarda işçilərin tibbi müayinədən keçirilməsi üçün işəgötürənin hesabına qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilmiş xərc məbləğləri

  • əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, işçilərə müəyyən edilmiş müddətlərdəvə tələb olunan çeşidlərdə verilən xüsusi geyim, və digər mühafizə vasitələrinin dəyəri

  • Dövlət qulluqçusu pensiya yaşına çatmasına görə könüllü işdən çıxması ilə əlaqədar verilən birdəfəlik haqq

Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır:

  • Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının

  • Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının

  • Şöhrət ordeninin hər üç dərəcəsi ilə təltif edilmiş şəxslərin

  • I və II qrup müharibə əlillərinin

  • 1941 – 1945 –ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin

  • Həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarının

  • Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin

  • Çernobıl AES-da qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəaları nəticəsində, həmçinin nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə tutulmuş şəxslərin

  • I və II qrup əlillərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri, 100,00 manat məbləğində azaldılır

Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutmalı olan aylıq gəliri 55,00 manat məbləğində azaldılır:

  • həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin valideynləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları(ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nigaha girmiş olmasınlar

  • Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilər

  • Daimi qulluq tələb edən uşaqlara və ya I qrup əlilə baxan və onunla birlikdə yaşayan valideynlərin biri arvad, himayəçi, qəyyum

  • Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər. Bu güzəşt mənzil qanunverciliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxslərə şamil edimir.

Qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər o cümlədən, gündüz təhsil alan 23 yaşınadək şagirdlər tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 20,00 manat məbləğində azaldılır. Bu qayda uşaqların 18 yaşa tələbəlrin və şagirdlərin 23 yaşa çatdığı ilin sonunadək, habelə uşaqların və himayədəkilərin öldüyü hallarda ölüm ilinin sonunadək saxlanılır. Fiziki şəxslərin vergi tutulan gəliri uşağın doğulduğu və himayədə olanın himayəyə götürüldüyü aydan başlayaraq azaldılır. Himayədə olanların sayı il ərzində azaldıqda himayədə olanların sayının azaldığı aydan sonrakı aydan başlayaraq onların saxlanması üçün məbləğin çıxılmasına xitam verilir.

Aşağıdakılar himayədə olanlara aid edilmirlər:



  • təqaüd, pensiya və işsizlik müavinəti alanlar (uşaqlardan başqa)

  • dövlət təlimatında olan şəxslər

  • xüsusi məktəblərin şagirdləri və internat evlərində olan, saxlanmasına görə qəyyumlardan haqq alınmayan uşaqlar, həmçinin tam dövlət təminatındakı məktəblər yanında internatlarda olan uşaqlar. Fiziki şəxsin yuxarıda göstərilən güzəşt hüquqları olduqda ona bu güzəştlərdən biri, məbləğcə ən böyük olanı verilir.

Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş aşağıda göstərilən sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əmək kitabçasının olduğu yerdə həyata keçirilir.

3. Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin güzəşt hüququ aşağıdakı sənədlər əsasında müəyyənləşdirilir:

- Azərbaycan Respublikasının Milli Qəhrəmanları

Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının təltif edilmə barədə vəsiqəsi

- Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanları

Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının təltif edilmə barədə vəsiqəsi

- “Şöhrət” orderinin hər üç dərəcəsi ilə təltif edilmiş şəxslər

Şöhrət” orderinin hər üç dərəcəsi ilə təltif edilmə barədə vəsiqə

- I və II qrup əlilləri

I və II qrup əlilinin vəsiqəsi

hərbi komissarlığın vəsiqəsi

rayon əhalinin sosial müdafiəsi mərkəzinn arayışı

- həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri)

hərbi komissarlığın vəsiqəsi

rayon əhalinin sosial müdafiəsi mərkəzinn arayışı

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili işlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin arayışları

- 1941 – 1945–ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər

orden və medallarla təltif olunma haqqında vəsiqələr


  • qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslər

müharibə veteranı vəsiqəsi

hərbi komissarlığın arayışı

Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili işlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin arayışları


  • Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində, digər radiasiya qəaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, ocümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər

tibbi – sosial ekspert komissiyasının rəyi və ya arayışı

hərbi komissarlığın, Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili işlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin arayışları



  • I və II qrup əlillər

rayon əhalinin sosial müdafiəsi mərkəzinn arayışı

tibbi sosial ekspert komissiyasının rəyi və ya arayışı.



  • həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin valideynləri, həmçinin vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları (ərləri)

rayon əhalinin sosial müdafiəsi mərkəzinn arayışı

hərbi komissarlığın, Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili işlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin arayışları



  • 1990 cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində habelə AR-nın ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri)

hərbi komissarlığın və hərbi hissənin arayışları

Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili işlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin arayışları



  • Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilər

hərbi komissarlığın arayışı

hərbi hissənin və hərbi tədris müəssisəsinin arayışları

AR Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili işlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin arayışları


  • daimi qulluq tələb edən uşaqlıqdan və ya I qrup əlilə baxan və onunla birlikdə yaşayan valideynlərdən biri arvad, himayəçi və ya qəyyum

himayədə olma faktı barədə məhkəmə orqanlarının qərarı;

ər və arvaddan birinin güçəştdən istifadə edib etməməsi barədə onların əmək kitabçasının olduğu işəgötürənin arayışı;

uçağın doğulması haqqında şəhadətnamənin surəti;

birgə yaşamaq haqqında mənzil-komunal istismar sahələrinin, yaxud icra hakimiyyəti nümayəndəliklərinin arayışları;

rayon əhalinin sosial müdafiəsi mərkəzinn arayışı;


  • məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslər:

Azərbaycan Respublikası Qaçqınların və məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qaçqın və ya məcburi köçkün statusu haqqında vəsiqəsi

  • himayədə olanlara görə əmək haqqından tutulan gəlir vergisindən güzəşt aşağıdakı sənədlər əsasən verilir

ər və arvaddan birinin güzəştdən istifadə edib –etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı;

AR Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayışları;

Güzəşt hüququna malik olan şəxslər yuxarıda adları çəkilən sənədlərdən birini təqdim etməlidirlər.
SUMQAYIT DÖVLƏT
UNİVERSİTETİ.
KURS: 4

QRUP: 79-3

TƏLƏBƏ: Abdullayev Cavid

KAFEDRA: Mühasibat uçotu və audit

FƏNN: Mühasibat uçotu


2008

NƏTİCƏ
Qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergitutmalı olan aylıq gəliri 20 man azaldılır. Bu qayda uşaqların 18 yaşa, tələbələrin və şagirdlərin 23 yaşa çatdığı ilin sonunadək habelə uşaqların və himayədəkilərin öldüyü halda.

Aşağıdakılar himayəndəkilərə aid edilmir:

1.Təqaüd pensiya və işsizlik müavinəti alan şəxslər.

2. Dövlət əmlakında olan şəxslər.






Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə