1.Ən qədim dövrdə demokratiya




Yüklə 66.15 Kb.
tarix20.04.2016
ölçüsü66.15 Kb.
1.Ən qədim dövrdə demokratiya
Amerikaliların çoxu-özü də təkcə onlar yox-ürəkdən inanır ki,demokratiya 200 il bundan əvvəl Amerika Birləşmiş Ştatlarında doğulub.Tarixi daha yaxşı bilənlər isə Qədim Yunanıstan və Qədim Romanın adını çəkəcəklər.Bəs əslində demokratiya harada yaranıb və necə inkişaf edib?

Demokratiyanı ,bunun üçün şərait olduğu yerdə və vaxtda hər dəfə yenidən ixtira ediblər.Bu cür şərait müxtəlif yerlərdə və müxtəlif vaxtlarda yaranıb.Münbit torpaq və yetərincə yağıntı kənd təsərrüfatının inkişafına təkan verdiyi kimi, müəyyən əlverişli fatların məcmusu da demokratik idarəetmə üsulunun inkişaf meylini gücləndirib.Məsələn, elə əlverişli şərait sayəsində hələ ibtidai icma quruluşu dövründə demokratiyanın hansısa ibtidai formaları yaranıb.

İnsanların kiçik dəstələr halında yaşadığı, ovçuluq, yeməli bitki kökləri, meyvə, giləmeyvə və təbiətin digər nemətləri hesabına ömür sürdüyü uzun bir dövr ərzində onlar vaxtaşırı, ola bilsin, daim elə bir sistem yaratmağa çalışıblar ki, birlik üzvlərinin müəyyən hissəsi (ən yaşlılar, yaxud ən təcrübəlilər) “bərabərlik məntiqi” ni rəhbər tutaraq bu və ya digər qərarları hazırlaya bilsin.Yazısı olmayan tayfa ittifaqlarının tarixinin tətqiqi göstərir ki, hadisələr təqribən qeyd etdiyimiz kimi cərəyan edib.Deməli, minilliklər boyu demokratiya özünün hansısa primitiv formasında ən “təbii” siyasi sistem olub.Bu dövrdən sonra insanlar ciddi müəyyən edilmiş qaydalar əsasında birliklər yaradıb, oturaq həyat sürməyə başlayıblar.İyerarxiya sistemi və bir qrup insanın digər insanlar üzərində ağalığı adi hal alıb.Daha sonra, təxminən e. ə. 500-cü illərdə, yenə hardasa elə əlverişli şərait yaranıb ki, bir neçə azsaylı insanlar qrupu kollektiv qərarların çıxarılması üçün ən geniş imkanlar açan idarəetmə sistemlərini inkişaf etdirməyə başlayıb.Belə ki, primitiv demokratiya yenidən bu dəfə daha yüksək səviyyədə ixtira edilib.Onun inkişafının ən mühüm mərhələləri Avropada qeydə alınıb: bunlardan üçü Aralıq dənizi sahillərində, qalanları isə qitənin şimalında yaranıb

Aralıq dənizi bölgəsi

Beləliklə, böyük sayda vətəndaşın iştirakını nəzərdə tutan demokratik idarə sistemləri ilk dəfə qədim Yunanıstan və Romada, təxminən eramızdan əvvəl 500-cü illərdə yaranıb, özüdə onların “təməl daşı” o qədər möhkəm olub ki, müəyyən dəyişiklərə baxmayaraq, bir neçə yüzillik ərzində duruş gətirə bilib.

Yunanıstan: İrslər arasında ən zənginidir.Çünki demokratiyanın özü bu irsdən qaynaqlanıb.Antik demokratiya qədim Afinada yaranıb.Afina demokratiyası dünya tarixində dolğun təsvir olunmuş ilk demokratik dövlət sistemidir.Qullar istisna olmaqla şəhərin bütün vətəndaşları üçün ümumi bərabərlik və şəxsi azadlıq ideyası afinanilar arasında aristokratların hakimiyyətinin doğurduğu yoxsulluq və istibdada qarşı cavab reaksiyası kimi yayılmağa başlamışdı.Antik demokratiyanın inkişafında qədim yunan filosoflarının da mühüm rolu olub.Onların nümayəndələrindən biri Protaqorun fikrincə, “insan bütün şeylərin ölçüsüdür”.Bu insana verilən dəyəri göstərirdi.Odövrün demokratik quruluşunda siyasi xadim zorla, susdurma yolu ilə yox, inandırmaqla öz məqsədinə çata bilərdi.

Qədim yunan salnamələrinə görə, demokratlarla aristokratlar arasında e. ə. 7-ci əsrdə başlanan və demək olar ki, fasiləsix davam edən mübarizə e. ə. 460-cı ildə demokratlar partiyasının qələbəsi ilə nəticələnmişdi.Bu partiyaya görkəmli siyasətçi və sərkərdə, əqidəli demokrat Perikl 32 il başçılıq etmişdir.Afina demokratiyası ziddiyyətlərlə zəngin olmuşdur.O bəzi afinalı intellektuallar tərəfindən kütlələrin nəzarətsiz hakimiyyəti, korrupsiya və xaos mənbəyi kimi qəbul olunurdu.Lakin Periklin rəhbərliyi dövründə Afina uğurlu daxili siyasət yeridərək ,həmçinin, İranın istibdad və Spartanın totalitar rejimlərinin təcavüzlərini dəf edərək, iqtisadi, siyasi və mədəni yüksəlişə nail olmuşdur.

Məhz yunanlar gündəlik həyata “demokratiya” termini gətirdilər.Afinada “demos” sözü adətən bütövlükdə şəhər əhalisinə aid edilsə də, bəzən o, rəiyyəti və ya hətta yalnız kasıbları göstərmək üçün işlədilirdi.Hər necə olsa da, afinalilar vədigər yunan tayfaları demokratiya sözünü Afinada və digər bir çox şəhər dövlətlərdəki hakimiyyət sistemi ilə əlaqədar işlədirdilər.

Roma: Yunanıstanda “xalq hakimiyyəti” sisteminin yarandığı zamanlara yaxın dövrlərdə bu cör idarə üsulu Apennin yarımadasında, Romada da təşəkkül tapmışdır.Lakin Roma vətəndaşları bu idarə üsulunu “respublika” adlandırmağı üstün tuturdular.

İlk çağlarda respublikanin idarə olunmasında iştirak etmək hüququ yalnız patrisilərə (aristokratlara) mənsub idi.Lakin cəmiyyətin inkişafı gedişində, qızğın mübarizədən sonra adi adamlar da (Romada onlar plebs adlanırdılar) belə bir hüquqa nail oldu.Afinada olduğu kimi burada da iştirak etmək hüququ yalnız kişilərə verilirdi və bu məhdudiyyət demokratiya və respublikanın sonrakı bütün növlərində XX yüzilliyə qədər qüvvədə qalmışdır.

İlk öncə çox da böyük ərazisi olmayan şəhərdə təşəkkül tapan Roma respublikası ilhaq və işğallar vasitəsilə öz hüdudlarını hədsiz genişləndirərək bütün İtaliyaya və başqa ölkələrə ağalıq etməyə başladı.Qeyd olunmalıdır ki, bir çox hallarda respublika , hər yerdə yüksək qiymətləndirilən Roma vətəndaşlığını fəth olunmuş xalqların nümayəndalərinə “bəxş edir” və beləcə, onlar müvafiq hüquq və imtiyazlara malik olan Roma vətəndaşına çevrilirdilər.

Roma respublikası Afina demokratıyasından da, istənilən müasir demokratiyadan da xeyli çox yaşasa da, təxminən e. ə. 130-cu ildən sonra vətəndaş çəkişmə və müharibələri , hərbiləşdirmə və əvvəllər romalıların bu qədər fəxr etdikləri vətəndaş ruhunun düşkünlüyü onu içindən dağıtmağa başladı.Yuli sezarın qurduğu diktatura həqiqi demokratik qaydalara son qoydu – bu üsul idarədən ,demək olar ki, heç nə qalmadı.Eramizdan əvvəl 44-cü ildə Sezarın qətlindən sonra isə vaxtı ilə öz vətəndaşları tərəfindən idarə olunan respublika öz hökmdarının iradəsinə tabe olan imperiyaya çevrildi.

Roma respublikasının süqutu ilə əlaqədar olaraq, demokratiyanın İtaliya ərazisinə səpələnmiş bəzi azsaylı tayfaların siyasi sistemi olaraq qaldığını nəzərə almasaq, o demək olar ki, min il müddətinə tamamilə unuduldu.

2. XVIII və XIX əsrlərdə demokratiyanın inkişafı


Avropada- Qədim Yunanıstan və Romada eramızdan əvvəl- 6-cı əsrdə formalaşmağa başlayan və inkişaf edən “xalq hakimiyyətləri” sistemi, yəni demokratiya uzun sürən yüksəlişdən sonra süquta uğradı. Xristian ideologiyasının hakim olduğu dövlətlərdə demək olar ki, onun heç bir işartısı gözə çarpmadı. Renessans-İntibah dövrü başlayandan sonra Avropada yenidən demokratiyanın yüksəlişi başladı və günümüzədək davam etməkdədir.

1649-cu ildə İngiltərə respublika elan edildi. Hakimiyyət burjuaziya və yeni zadəganların əlinə keçdi. Lakin cəmi dörd il sonra, yəni 1653-cü ildə respublikaya son qoyan əksinqilabi çevriliş baş verdi.

Buna görə də, ən qədim dövrlərdən sonra demokratiyanın yenidən “dünyaya gəlməsi” ABŞ-ın adı ilə bağlıdır. Belə ki, 1775-1783-cü illər Amerika ilə İngiltərə arasında vətəndaş müharibəsi gedişində, Amerika konqresi 1776-cı il iyulun 4-də Filadelfiyada “İstiqlaliyyət Bəyannaməsi” ni qəbul etdi. Bu sənəd yeni bir dövlətin yarandığını elan etməklə yanaşı, həm də bütün dünyada ilk dəfə olaraq insan azadlıqlarının şərhini verdi. Üsyan qaldırmış müstəmləkələr İngiltərədən ayrılır və yeni müstəqil dövlət – Amerika Birləşmiş Ştatları halında birləşdilər.

“İstiqlaliyyət Bəyannaməsi”ndə göstərilirdi ki, bütün insanlar “bərabər yaranmışlar”, xalqın zülkkarları devirmək və öz hökumətini təsis etmək hüququ vardır. Bununla da xalq hakimiyyətin mənbəyi elan edilirdi. “Bəyannamə”nin məhdud cəhətlərindən biri köləliyi ləvğ etməməsi idi. O, hinduların məhv edilməsini və ğz torpaqlarından qovulmalarını da dayandırmadı. Seçki məsələsində də əmlak senzi saxlanmışdı. Bütün bunlara baxmayaraq dünyaya yenidən “demokratiya toxumları səpdiyi” üçün, bu gün “İstiqlaliyyət Bəyannaməsi”nin elan edildiyi 4 iyul günü Amerika Birləşmiş Ştatlarının İstiqlaliyyət günü kimi qeyd olunur.

1789-1794-cü illərdə baş vermiş Böyük Fransa İnqilabı Fransa və Avropanın siyasi tarixində köklü dəyişikliklərə səbəb olmuş ən mühüm hadisələrdən bir hesab olunur. İnqilabın əsasında mütləq monarxiyadan demokratiya, vətəndaşlıq və insan hüquq və azadlıqlarına söykənən ictimai-siyasi ideyalar dururdu. İnqilabda demək olar ki, bütün xalq iştirak edirdi. XVΙΙΙ əsr Fransası hərbi dayaqlara söykənən mütləq monarxiya idi. Kral XVΙ Lüdoviq iri zadəgan feodalar və katolik ruhanilərinə böyük miqyaslı imtiyazlar verməklə mütləq hakimiyyəti qoruyub saxlayırdı. Belə ki, kralın mütləq hakimiyyəti get-gedə ruhani sinfi, burjuaziya və zadəganlar arasında nüfuzunu itirirdi. Fransız maarifçiləri- Volter, Mönteskyö, Russo və digər mütəfəkkirlərin əsərləri cəmiyyətin intelektual hissəsinin hadisələrə münasibətini inqilabi şəkildə dəyişdirdi. Şimali Amerikada gedən azadlıq mübarizəsi də inqilaba ciddi şəkildə təsir göstərən amillərdən idi

Nəhayət Parisdə qiyam başladı. 1789-cu il 14 iulda hamının kral tiraniasının rəmzi kimi tanıdığı Bastiliya qalası ələ keçirilir. 1789-cu il avqustun 26-da Müəssislər Məclisi tərəfindən insan hüquqlarının toxunulmazlığını elan edən “İnsan və vətəndaş hüquqları Bəyannaməsi” işlənilib hazırlandı. Bu sənəd “İstiqlaliyyət Bəyannaməsi” nin nümunəsi əsasında hazrlanmışdı. Müəssislər məclisi hər əsin vətəndaş bərabərliyini və dövlətdə hər hansı vəzifəni tutmaq hüququnu qanuniləşdirir, katolik kilsəsinin torpaqlarını milliləşdirir və kilsəni dövlətdən ayırır.

Bu mütərəqqi ideyalar az müddət ərzində Fransanı öncül mövqeyə mıxarır və Avropanın siyasi mənzərəsini tamamilə dəyişdirir. Fransa inqilabının təsiri ilə burjua münasibətləri sürətlə inkişaf edir. Avropada mütləq monarxiya quruluşu əsaslı dərəcədə sarsılır. İnqilabdan sonra monarxiyanın bərpa edilməsinə

Bir neçə dəfə cəhd edilir. Lakin bunların heç biri uzun ömürlü olmur, fransızlar bütövlükdə bütün 19-cu əsr boyu demokratiya uğrunda və tiraniyaya qarşı vuruşur, dövlət quruluşunun respublika modelini qoruya bilirlər.

Müasir dövrdə insanların böyük əksəriyyəti demokratiya anlayışını yalnız Avropaya və ABŞ-a aid edirlər. Şərqin Qərbdən geri qalmasını qədim və orta əsrlərdə Avropadan fərqli olaraq heç bir demokratik prosesin getməməsilə əlaqələndirirlər. Görəsən, doğurdanmı, Şərqdə heç bir demokratik ənənə və ya onun hansısa bir elementi mövcud olmayıb? Bu sualı belə aydınlaşdıraq ki, Şərqdə Qərbdən fərqli olaraq, demokratiya mövzusu şox araşdırılmayıb və bu da demokratiya anlayışının Şərqə yad olduğu barədə qənaətlər formalaşdırıb. Nəzərə almaq lazımdır ki, demokratiya ədalətli cəmiyyət, insanların haqq və hüquqlarının qorunması, qanunların işlədiyi bir dövlət qurmaq üşün bir vasitədir. Şərqdə hələ qədim zamanlarda qanunların işləməsinə sərt nəzarət edən dövlətlər mövcud olub. Şərqin əngüclü dvlətlərindən biri kimi Assuriyanı buna misal göstərmək olar. Eramızdan əvvəl 18-ci əsrdə yaşamış çar Hammurapi 282 maddədən ibarət qanunlar toplusu yazdırıb. Bu qanunlarda ağa-qul münasibətlərini, mülkiyyət hüququnu və s qanunları pozan şəxsləri qanunlar çərçivəsində cəzalar gözləyirdi. Tutduğu vəzifədən asılı olmayaraq, hər kəs bu qanunlara riayət etməli idi. Şərqdə demokratiya çox az araşdırıldığına görə, demək olar ki, İslama qədərki dövlətlərin idarə quruluşu, məhkəmə strukturu haqqında məlumat yoxdur. Yalnız Albaniya dövlətinin idarə quruluşu, qanunları haqqında bəzi məlumatlər var. Simeon qanunları- bu qanunlar 8-ci əsrin başlanğıcında Alban katalikosu Simeon tərəfindən qəbul və təsdiq edilmişdir. Bu qanunlar kilsənin dayaqlarının hüquqi cəhətdən möhkəmlənməsinə, həmçinin din xadimlərinin dini hakimiyyətinin toxunulmazlığının gücləndirilməsinə xidmət edirdi. Min məhkəmə qərarlar toplusu 620-ci ildə sasani hakimləri tərəfindən qəbul olunmuşdur. Bu qanunların maddələri hüququn ayrı-ayrı sahələri və institularından bəhs edir.

Beləliklə biz Qədim Şərqdə demokratiyanın bir çox elementlərinə rast gəldik. İslamdan sonra Şərqdə uzun əsrlər boyu dini ideologiya hakim rol oynayırdı. Amma xalq-dövlət münasibətlərinə aid məsələlər də yazılmağa davam edirdi. Nəhayətdə, biz anlamalıyıq ki, demokratiyanın təməl prinsipləri bizlərə yad deyil. Tarixən bizdə mövciud olan bu dəyərləri inkişaf etdirməliyik!



3.Müharibədən sonra demokratiyanın yayılması

Faşist qoşunlarından azad olunmuş Avropa ölkələrinə müttəfiqlər tərəfindən demokratik seçkilər keçirmək vəd edilir. Lakin bu cür seçkilər yalnız ABŞ və Böyük Britaniya qoşunlarının tutduqları Qərbi Avropa ölkələrində keçirilir.Sovet ordusunun “azad etdiyi” ölkələrdə isə artıq 1948-ci ilə qədər yerli kommunist partiyaları sovet süngüsünün köməyi ilə hakimiyyəti ələ keçirib öz ölkılərində sovet rejimi ilə eyni olan bir üsuli-idarə qurur.

Müharibə nəticəsində Qərbi Avropa ölkələrinin dünya siyasətində rolu zəifləmişdir. SSRİ və ABŞ dünyanın əsas söz sahibi olan dövlətlərinə çevrilmişdir. ΙΙ dünya müharibəsi Afrikada və Asiyada bir sıra dövlətlərin müstəqillik və demokratiya əldə etməsinə səbəb olmuşdur. Müharibə nəticəsində Avropa qitəsi Şərqi və Qərbi Avropa olmaqla iki ideoloji düşərgəyə parçalanmışdır. Bu düşərgələr arasında münasibətlər ikinci dünya müharibəsi başa çatdıqdan bir neçə il sonra gərginləşmiş və “Soyuq müharibəyə” səbəb olmuşdur. Bu da müharibədən sonra Avropada demokratiyanın inkişafını ləngitmişdir. Buna baxmayaraq, müstəmləkə sistemi dağıldığı üçün ölkələrin demokratiyaya qovuşması çox uzun çəkməmişdir.

Şərqi Avropa ölkələri amansız repressiyalara baxmayaraq, müharibədən dərhal sonra hər cür vasitə ilə kommunist əsarətindən xilas olmağa cəhd edir. Nə qədər ki, sərhəd bağlanmamışdı , Şərqi Almaniyanın sakinləri kütləvi surətdə ABŞ-ın və Böyük Britaniyanın idarəsi altında olan Qərbi Berlinə getməyə başlayırlar. Şərqi Almaniyada (1953), Polşada (1956) , Macarıstanda (1956) , Çexoslovakiyada (1968) ümummilli etiraz və üsyan aksiyaları qopur, lakin bu qiyamlar Sovet tanklarının tırtılları altında qanına bələnirdi.

Antisovet çıxışlardan sonra baş qaldıran irtica demokratik hərəkatı yalnız bir neçə illiyə yatırılmağa qadir idi, sonra yenə qiyamlar qalxır və ən müxtəlif formalar alırdı.

BMT tərəfindən əsası qoyulmuş bünün dünya ölkələrində insan hüquqlarının müdafiəsi hərəkatının Şərqi Avropada və SSRİ-də genişlənən demokratik hərəkata böyük köməyi olur. 1968-ci ildə Qərbin demokratik ölkələrinin təzyiqi altında BMT-nin 35 üzvü “Mülki və siyasi hüquqlar haqqında pakt”ı və “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Pakt”ı imzalayır. Bu paktları imzalamış ölkələr bu sənədlərin müddəalarını milli qanunvericiliyə daxil etmək və bunlara əməl olunması barədə BMT-nin İnsan Hüquqları Komitəsinə hesabat vermək öhtəliyini öz üzərilərinə götürürdülər.

Bu paktlarda qeyd olunmuş insan hüquqları 1975-ci ildə Avropa Təhlükəsizlik və Əməkdaşlıq üzrə Helsinki müşavirəsi Yekun aktında təsdiq edilir. Aktı bütün Avrpoa ölkələri., habelə ABŞ və Kanada imzalamışdır.

Helsinkidəki danışıqlarda SSRİ liderləri müharibədən sonrakı Avropada sərhədlərin toxunulmazlığı haqqında müddəanı daxil etməyə can atdıqları halda, Qərb ölkələri insan hüquqları haqqında maddələrin əks etdirilməsinə çalışırdılar. Qərbin liderləri bildirirdilər ki, öz “ev”lərində insan hüquqlarına məhəl qoymayan ölkələrə hərb və sülh məsələlərində heç cür etibar edə bilməzlər.

Helsinki müqaviləsi imzalandıqdan dərhal sonra Şərqi Avropada və SSRİ-də insan hüquqlarının müdafiəçiləri müqviləyə əməl olunmasına nəzarət üzrə Helsinki komitəsi yaratmağa başlayırlar. 1977-ci ilin yanvarında çex ziyalılarının kiçik bir qrupu “Xartiya 77” təşkilatının yarandığını elan edir. Bu təşkilatın yaradılmasında məqsəd insan hüquqları sahəsində Helsinki razılaşmalarının yerinə yetirilməsinə nəzarət etmək idi. Bu hadisədən az sonra “Xartiya 77” hakimiyyət dairələri vətəndaşların hüquqlarının pozulmasına son qoymağa çağıran bəyannamə yayır. Üç dissident, o cümlədən demokratik Çexoslovakiyanın gələcək prezidenti Vatislav Havelin imzaladığı bu bəyannamə elan edildikdən dərhal sonra onu 200 nəfər daha imzalayır və bu adamlardan hər biri hökumət tərəfindən təqib olunur. “Xartiya 77” liderləri isə həbs edilirlər. Lakin qəbul edilmiş taktikaya uyğun olaraq, hər sonrakı il üç yeni şəxs özlərini “Xartiya 77”nin rəhbərləri elan edir və onlar da öz növbəsində hökumət tərəfindən həbsə alınırlar. “Xartiya 77”nin fəaliyyət göstərdiyi illər ərzində ölkədə hakimiyyət tərəfindən dissidentlərin təqib olunması üzrə məlumatları toplayaraq bütün dünyaya yayır, ictimaiyyətə ünvanlanmış yüzlərlə müraciətnamə qəbul edir. “Xartiya 77”nin müraciətlərini ümumən 1500 Çexoslovakiya demokratı imzalamışdır. İlk baxışda 15 milyonluq bir ölkə üşün bu rəqəm çox da böyük görsənməyə bilər. Lakin nəzərə almaq lazımdır ki, həmin dövrlərdə hökumət əleyhinə çalışan insanları müddətsiz həbs, fiziki işgəncə, mənəvi ölüm gözləyirdi. Bütün repressiyalara baxmayaraq kommunist hakimiyyəti bu hərəkatı boğa bilmədi və 1989-cu ildə hərəkatın liderləri “məxməri inqilabın” başında durdular ki, bu da ən son nəticədə Çexoslovakiyada, ümumiyyətlə Şərqi Avropada kremlpərəst rejimin devrilməsinə və demokratiyanın bərqərar olmasına gətirib çıxardı.

Ümumiyyətlə XX əsr demokratiyanın nasist və stalinçi totalitarizmlə konfrontasiyası əsri idi və sonunda daha qabaqcıl ictimai-siyasi sistem- burjua-demokratik Qərb sistemi uğur qazandı. İkinci Dünya müharibəsi katalizator rolunu oynadı və nasizmə son qoydu. Sovet totalitarizmi Qərb ölkələri ilə ittfaqın hesabına salamat qaldı, ancaq İkinci Dünya Müharibəsi bitən kimi kapitalist dünyası ilə həlledici döyüşə girdi. Gec-tez (bu isə 1989-1991-ci illərdə oldu) sovet-kommuno sosializminin uzaq 1917-ci ildə kapitalizmə qarşı açdığı savaşın uğursuzluğu üzə çıxdı. SSRİ özünü müxtəlif avantüralara saldı, bu, Soyuq müharibədə onun enerjisini və resurslarını tükətdi, nəticə- gözlənilən iflas idi.


4. İslam və demokratiya

20 - ci yüzilliyin ikinci yarısı bizi görünməmiş dəyişiklərlə qarşılaşdırdı. Dünya tarixində xarakterinə , sürətinə və miqyasına görə belə dəyişikliklərə rast gəlinməmişdi. Mürtəce millətçiliyin inkişafı və süqutu, kütləvi antimüstəmləkə hərəkatı, sovet sosializmin yayılması və iflası – bunların hamısı Britaniyanın baş naziri Makmillanın məşhur sözləri ilə desək, bütbn istiqamətlərdə “dəyişikliklər küləyi” nin tüğyan etməsindən xəbər verirdi.

Bu gün çoxları belə bir fikrə gəlib ki, sayı bir milyarda çatan islam dünyası öz tarixində köklü dəyişikliklər etmək ərəfəsindədir. Bu dəyişikliklər dünyanın 50- dək ölkəsindəki ənənəvi islam cəmiyyətlərini demokratikləşdirməli və zamanın tələbinə uyğunlaşdırmalıdır.

Çağdaş islam ölkələrində insan haqlarının vəziyyəti acınacaqlıdır. Yalnız iki müsəlman ölkəsində - Türkiyədə və Livanda dünyəvi düvlət və azad seçkilər var. Həmin dövlətlərdə insan haqlarının vəziyyəti isə demokratik dünya birliyini daim narahat edən məsələlərdən biridir. Ərəbistan yarımadasındakı ölkələrin feodalizm quruluşu, eləcə də İran , İraq, Liviya və başqa müsəlman ölkələrində repressiv rejimin hökm sürməsi üzündən bəzi müşahidəçilər belə bir tələsik nəticə çıxarıblar ki , islam , xüsusən də ərəb mədəniyyəti ilə demokratiya bir araya sığa bilməz. Amerikanın Harvard universitetinin məşhur professoru Samuel Hantinqton böyük hay-küyə səbəb olan “Sivilizasiyaların toqquşması” (1993) adlı məqaləsində yazmışdı: “ Əksər müsəlman ölkələrində demokratiyanın uğursuzluğunun başlıca səbəbi islam mədəniyyətidir. Daha sonra elə həmin məqalədə iddia edilir ki, demokratiyanın uğurlu inkişafı üçün ən zəruri şərt elə qərb xristianlığıdır. Həmçinin S. Hantinqtonun fikrincə , dünyada geosiyasi toqquşma islamın rolunun artması ilə bağlıdır. O yazır: “Xristianlıq , ilk növbədə , başqa dinlərin tərəfdarlarını döndərmək yolu ilə, islam isə həm döndərmək hesabına, həm də əhalinin yüksək təbii artımı vasitəsilə genişlənir. Ötən əsrin 80-ci illərində dünyada sayı ən yüksək həddə- 30 faizə çatan xristianların faiz nisbəti bərabərləşmişdir, hazırda isə aşağı düşür, 2025- ci ildə onların sayı dünya əhalisinin 25 faizini təşkil edəcəkdir. Əhalinin son dərəcədə yüsək templə artması nəticəsində dünyada müsəlmanların sayı böyük sürətlə artmaqda davam edərək üçüncü minilliyin əvvəlində dünya əhalisinin 20 faizinə çatacaq və sonrakı bir neçə il ərzində xristianların sayını ötərək, ehtimal ki, 2025- ci ildə 30 faizə çatacaqdır”

Bəzi qərb tədqiqatçılarının fikrincə, Qərbdə din siyasi və sosial məsələlərdəartıq həlledici rol oynamır. O, sosial münasibətləri nizamlamır. Ancaq, din sosial ədalət haqqında təsəvvürlərin inkişafında müsbət rol oynamışdır. Bütövlükdə, ötən əsri təhlil etsək görərik ki, əsrin sonları dinin hər yerdə dirçəliş dövrü olmuşdur. XX əsrin ortalarında baş verən hadisələr konkret məkanlarda xristianlığın və islamın rolunun və əhəmiyyətinin güclənməsinə səbəb olmuşdur.

Qitələrin qarşılıqlı asılılığının artığı indiki dövrdə din milli dövlətdə yeni əlamətlər kəsb etməyə başlamışdır. Eyni zamanda, üçüncü demokratik dalğa da kommunizmlə mübarizədə , eləcə də millətçiliklə toqquşmada dindən istifadə etmişdir. Din təmsilçiləri, ayrı-ayrı dini qruplar xristian ölkələrində avtoritar rejimlərə müqavimət göstərilməsində əsas rol oynamışlar. Məsçidlərdə birləşən üləmalar və islamçılar da müsəlman ölkələrində eyni müxalifət rolunu oynamışlar. Məsələn Polşada kommunist rejimi ilə mübarizədə Papa başlıca füqur idi. Ayətullah Xomeyni isə İranda şahlıq rejimini devirmişdir. 1986-87- ci illərdə Kardinal Kim, katolik liderlər və baş protestant təşkilatı- Milli Kilsə Şurası Cənubi Koreyada müxalifətin prezidentin birbaşa seçkisi uğrunda mübarizəsini dəstələdilər.

Müasir demokratik cəmiyyətdə dini etiqad azadlığı hər bir vətəndaşın konstitusiya hüquqlarının ayrılmaz tərkib hissəsidir. Yaradanın qüdrətinə inam insanın mənəvi-əxlaqi ,psixoloji ovqatını şərtləndirir, dünyagörüşünü kamilləşdirir, təfəkkür tərzini və formasını tənzimləyir.

SSRİ-nin dağılmasının gətirdiyi ideoloji plüralizm respublika vətəndaşlarının öz dini hisslərini tam gerçəkləşməsinə zəmin yaratmışdı. Bununla yanaşı keçmiş kommunist hakimiyyəti illəri Azərbaycan xalqını “elmi ateizm” in düzgünlüyünə inandıra bilməmişdi. Müstəqillik əldə etdikdən sonra Azərbaycanda birdən-birə fikir və etiqad azadlığının hiss olunması məsçidlərin, mədrəsələrin və ali məktəblərdə ilahiyyat fakültələrinin sürətlə artmasına gətirib çixarmışdı. Məlumdur ki, Azərbaycan min ildən çoxdur ki, əsasən müsəlman əhalili dövlətdir. Buna baxmayaraq , Azərbaycan tarixi yalnız islam tarixi deyil. Odlar yurdu zərdüştlüyün vətənidir. Müasir dövrdə isə Azərbaycanda üç dünya dininin nümayəndələri- müsəlmanlar, xristianlar və iudaistlər dözümlülük şəraitində yaşayırlar. Həmçinin, bu sahədə milli inkişaf strategiyasını düşünülmüş şəkildə müəyyənləşdirmək və Azərbaycanda dinin yerini və rolunu inamlı səciyyələndirmək üçün 10 ilə yaxın vaxt lazım olmuşdur. Nəhayət, bu gün Azərbaycan demokratik idarəetmə formasına malik dünyəvi dövlətdir. Bu müsəlman və eyni zamanda, nəzərəçarpacaq Avropa aksenti olan ölkənin əlamətlərini özündə birləşdirir.


5. Müasir dövrdə dünyada və Azərbaycanda demokratiyanın inkişafı
XX əsrin son 50 ilində insanlıq tarixdə mislli görünməmiş siyasi dəyişikliklərin şahidi olub. Demokratiyaya alternativ olan siyasi sistemlər ya büsbütün olaraq maraqlı qazıntılara çevrilib, ya da öz son sığınacaqlarında duruş gətirmək ümidi ilə siyasi meydanı tərk edib. Bunlar hələ baş verməmişdən öncə demokratiyanın əzəli düşmənləri – müxtəlif senz sistemlərinin köməyi ilə əhalinin böyük bir hissəsini seçkilərdə iştirak etmədən kənarlaşdıran mərkəzləçdirilmiş monarxiya, irsi aristokratiya, oliqarxiya bütün dünyada insanların böyük hissəsinin nəzərində öz legitimliyini itirib. XX yüzillikdə mövcud olan antidemokratik rejimlərin əsas növləri- kommunizm, faşizm, nasizm dağıdıcı müharibələrin tonqalında yanaraq külə dönüb, ya da Sovet imperiyası kimi öz içindən çürüyərək parçalanıb. Hərbi diktaturalar, xüsusilə Latın Amerikasında , daima uğursuzluqları ilə özünü həmişəlik gözdən salıb, salamat qalanlar isə demokratiya donuna girib.

Lakin bununla bərabər deyə bilərikmi, demokratiya bütün dünyada insanlardan dəstək almaq uğrunda mübarizədə qalib gəlib? Hələlik bu suala çətin ki, müsbət cavab verə bilək. Çox vaxt ən azğın və mürtəce şovinizm yaxud dini təməlçiliklə qovuşan müxtəlif yönlü antidemokratik ideologiya və hərəkatlar hələ də yaşamaqda davam edir. Demokratik hökumətlər dünya ölkələrinin yalnız yarısından azında hakimiyyət başındadır və bu ölkənin vətəndaşları sayca Yer kürəsinin cəmi sakinlərinin güclə yarısını təşkil edir. Dünya əhalisinin beşdə biri Çində yaşayır və bu ölkə öz dörd minillik şanlı tarixi ərzində demokratik nəzəriyyələrindən bir dəfə də olsun “dadmayıb”.

Demokratiya idarəetmə sisteminə yalnız son on ildə qədəm qoymuş Rusiyada demokratiya hələ də zəifdir və hamının şəksiz dəstəyini qazana bilməyib. Hətta qədim və demokratik köklü ənənələri olan ölkələrdə də demokratiya bir çox müşahidəçilərin fikrincə, böhran keçirir və ən azı ona görə xeyli ziyan çəkir ki, seçicilər öz seçdikləri liderlərə, siyasi partiyalara, dövlət məmurlarına getdikcə daha az inanır və belə hesab edirlər ki, onlar daimi işsizlik, yoxsulluq, cinayətkarlıq, kasıbların sosial təminatı, immiqrasiya, vergiqoyma, korrupsiya və s. kimi problemlərlə layiqincə və heç olmasa uğurla mübarizə apara bilməyəcəklər.

Bəs müasir dövrdə Azərbaycanda demokratiya necə inkişaf edib? XX əsrdə Azərbaycanda təkcə sosial-iqtisadi quruluş dəyişməmiş, həm də siyasi və ictimai təsisatlarda intensiv islahatlar baş vermişdir. Artıq hərtərəfli tənəzzül həddində olan kommunozm sisteminin büsbütün durğunlaşması və dağılmasına səbəb olmuş Qorbaçov “demokratikləşməsi”ndən sonra dövlətçiliyin “broun hərəkəti” kimi nizamsız formalaşması və bununla əlaqədar hakimiyyət iyerarxiyasının tənəzzülü və mərkəzləşdirilməsi illəri başlandı. Postsovet məkanında bütün dövlətləri əhatə etmiş bu dövr milyonlarla insanın yaddaşında puç olmuç ümidlər, gerçəkləşməmiş illüziyalar və itirilmiş mövqelər dövrü kimi qalmışdır. Qlobal sosialist nüfuzu barədə nikbinlik çox tezliklə gələcəyə inamsızlıq və bədbinliklə əvəz edildi. Tanınmış Amerika tranzitoloqu V. Bansın qeyd etdiyi kimi “ postkommunizm demokratiyaya keçiddən daha böyük bir şeydir: bu siyasəti, iqtisadiyyatı və ictimai həyatı əhatə edən bir inqilabdır.”

Müstəqilliyin əldə edilməsi ölkəmizin qarşısında diktaturadan demokratiyaya, komanda iqtisadiyyatından sərbəst bazar iqtisadiyyatına , iki əsrlik işğalçı tarixi olan imperiyanın bir hissəsindən milli dövlətə çevrilmək vəzifələrini qoydu. Bununla bərabər, kommunizm dövrünün müəyyən etdiyi instisional qaydalar kollapsa uğrayaraq, siyasi institusionallaşma sahəsində dünya təcrübəsindən stifadə etmək səyləri doğurdu, bu təcrübənin mənimsənilməsinin qanunauyğunluqları və üsulları məsələsini labüd surətdə qarşıya qoyurdu.

Möhkəm siyasi sistemin formalaşması XX əsrin yekunlarından birinin çox böyük ictimai katalikizmlər bahasına alınmış ibrət dərsinin başa düşülməsini tələb edirdi. Bu dərs sosial-siyasi təsisatların demokratik modelinin nisbi, lakin çox mühüm üstünlüyündən ibarət oldu. Demokratik nümayəndəli təsisatların incə, differensasiya edilmiş, tənzimlənmiş sisteminin yaratdığı ictimai konsuldasiya, sosial və siyasi aktorların idarə edilməsi və qarşılıqlı fəaliyyətin optimallaşdırılması imkanı inkişaf etmiş, demokratik cəmiyyətin ən mühüm amili olan bazarın daha səmərəli işlənməsinə şərait yaradan vəziyyəti xeyli dərəcədə möhkəmləndirir. Müasir dövrdə ölkəmizin iqtisadi cəhətdən güclənməsi və vətəndaşların maddi rifahının təmin edilməsi vasitəsilə cəmiyətin mərhələli demokratikləşməsindən və keçid demokratiyasından möhkəmlənmiş, yəni konsolidasiya olunmuş məkana transformasiyası barədə danışmaq olar. Əhalinin alıcılıq qabiliyyətinin artması, eləcə də ölkəyə investisiyalar axını nəticəsində iqtisadiyyatın daha çox fəaliyyət qabiliyyətli və səmərəli olması təsərrüfat həyatının mərhələli modernləşməsinə şərait yaradır.

Tanınmış Amerika alimi Frensis fukuyamanın qeyd etdiyi kimi, “kapitalizm ilə demokratiya arasında münasibətlər düzxətli xarakter daşımır. Özlüyündə kapitalizm demokratiyanın xeyrinə birbaşa təzyiq yaratmır. O, avtoritarizmin bir çox forması ilə çox gözəl uyuşur və hətta qeyri-demokratik ölkələrdə də tərəqqi edə bilər. Lakin sosializmə nisbətən kapitalizm iqtisadi tərəqqi üçün daha səmərəli mühərrikdir və beləliklə, onun sabit demokratiya üçün əlverişli şərait yaradan sürətli sosial-iqtisadi dəyişikliklər doğurması ehtimalı daha böyükdür. Digər Amerika politoloqu R. Daç isə yazır ki, “keçmişdə bazar iqtisadiyyatı demokratik təsisatlardan daha əvvəl yaranırdı.” Buna görə də bəzən bizə eyni vaxtda həm demokratiyaya, həm də bazar iqtisadiyyatına keçidi zorla qəbul etdirmək səyləri iqtisadi və siyasi dəyişikliklər arasında əsrlər boyu yaranmış qarşılıqlı əlaqələr modelini dəyişmək cəhdi, tarixi presedentləri olmayan bir eksperiment deməkdir.

Son onillikdə demokratikləşmə səmərəli transformasiya üçün real və möhkəm zəmin yaradan iqtisadi artımla sıx bağlıdır. İqtisadi amillər həlledici rol oynamaqla, iqtisadi yüksəliş və demokratikləşmə bir-birini qarşılıqlı surətdə şərtləndirir.

Ədəbiyyat siyahısı:


  1. Dahel Robert (tərcümə) .Demokratiya. Bakı. Azərbaycan.2004.

  2. TQDK nəşri. Azərbaycan və dünya tarixi. Bakı 2008.

İnternet saytları:


http://google.az.//

http://azadliq.org.//
http://ülkeler.com.//


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə