1905-ci il dekabrın 11-də Rusiyada Dövlət Dumasına seckilər haqqında yeni qanun nəşr olundundu




Yüklə 54.03 Kb.
tarix26.04.2016
ölçüsü54.03 Kb.
1905-ci il dekabrın 11-də Rusiyada Dövlət Dumasına seckilər haqqında yeni qanun nəşr olundundu. Secki hüqüqlarının genişləndiyini bəyan edən bu qannun fəhlələrə qismən kəndlilərə bəyan edən cuzi secki hüquqlari verilməsini nəzərdə tuturdu.

Azərbaycan quberniyaları da Dövlət Dumasında təmdil olunmaq hüququ qazandı. Lakin hökumət milli ucqarların əhalisinin Dumada təmsil olunmasini məhdudlaşdirmaq və maksimum surətdə azaltmaq məqsədilə ucqarlarda seckilər haqqında qaydaların tədbiq edilməsi məsələsini öyrənmək adı altından sonra 1906-cı il fevralın 2-də çar <>ni təsdiq etdi.Əsasnamə kəndlilərin seçkilərini torpaq sahiblərini seçkiləri ilə ümumi bir quberniya seçki məclisində birləşdirərək, Qafqazda kəndlilərini torpaq sahiblərini dumada müstəqil təmsil olunmaqdan məhrum etdi.1906-cı il mayın 31-də Yelizavetpol quberniyasında isə mayın 16-da yəni aprelin 27-də seçkilər keçirildi Əiyev Memmedtagi, Haqverdiyev Əbdurrəhman bəy, Bahadurov Xristofov İvanoviç, Ziyadxanov İsamayil xan Əbulfət xan oglu, Topçubaşov Əlimərdan bəy Dövlət Dumasına deputat seçildilər.

Azərbaycan deputatlar 36 deputati birləşdirən Müsəlman parlament fraksiyasına daxil oldular. Ə. Topçubaşov kadetlər fraksiyasının biri idi. Fraksiyanin bir neçə iclası oldu. Birinci iclasda qərara alındiki, Dumaya teqdim olunan bütün qanun layihələri və sorgular haqqında ətraflı məruzələr dinlənilsin. Lakin qarşıya goyulmuş vəzifələrdən hec biri yerinə yetirilmədi. Mayin 8-də kadetlər tərəfindən müzakirıyı aqrar qanunu layihəsi təqdim olundu.

Azərbaycan deputatları vəzifəli şəxslərin məsuliyyəti qayda-qanun yaradılması barəsində qanunsuzluq və zorakılıq əleyhinə inzibati orqanların özbaşınalıqları haqqında müxtəlif sorgular verilməsi müzakirəsində iştirak edirdilər. Krım tatarları Ə. Topçubaşovdan öz huquqsuz vəziyyətləri barədə petisiyani çar hökumətinə çatdirmagi xahiş etmişdilər.

Lakin müsəlman xalqları deputatlarının böyük ümüdlər bəslədikləri 1 Dövlət Dumasının fəaliyyəti ugursuzluqla başa çatdi. Çar hökuməti nümayəndələri qanunvericilik orqanlarını ilə məsələni bitirmık barəsində gəti qərar qəbul edərək iyunun 9-da Duma deputatılarının iclasları keçirilən Tavriya sarayının bütün qanunlarını baglı saxladı. Bakı qubernatoru 1906-ci il iyunun 15-də bütün yerli qəzetlərin redaktorlarına və mətbəələrinə Dövlət dumasının keçmiş deputatlarının müraciətini çap etməyin qadagan oldugu barədə sərəncam göndərərək onları inzibati qaydada ən sərt cəzalar veriləcəyi ilə hədələdi.1907-ci ilin dekabırında keçirilmiş məhkəmənin hökmenə görə, onlara həbs cəzası verilir,167 nəfər, o cümlədən də Ə. Topçubaçov və İ. Ziyadxanov Dövlət dumasının tərkibinə seçilmək hüququndan məhrum edildilər.Ə. Topçubaşov <>qəzetinə rəhbərlikdən uzaqlaşdırıldı və Bakı şəhər dumasının tərkibindən çıxarıldı.

Hökumət 1 Dumanı qovaraq, 2 Dumaya seçkilər elan etdi. Seçkilər 1907-ci ilin yanvar-fevral aylarında keçirildi. Seckilərdən bir gedər evvəl Partiyasız müsəlman bloku meydana çıxdi. Bakı ərazisində seçkilərin gedişində sosial-demokrat bloku, daşnaq və eserçi <>kedetçilər və partiyasız müsəlman bloku arasında mübarizə gedirdi. Yelizavetpol quberniyasında seçki kampaniyasının gedişini yuxarı sosial təbəqələrin nümayəndələri müəyyənləşdirirdilər. Seçkilər nəticəsində Fətəli İskəndər oglu Xoyiski, İsmayil Zeynalabdin oglu Tagiyev, Məmməd aga Məhəmmədtagi Suıtan oglu Şahtaxtinski, Mustafa Hacımusa oglu Mahmudtagı Mahmudov, Zeynal Eynal oglu Zeynalov Azerbaycandan 2 Dovlət Dumasına deputat seçildilər. Azərbaycan cemiyyəti yeni dumaya böyük ümüd bəsləyərək belə hesab edirdiki, məhz 20 fevralın <>

Özlərini << sol gənc türk partiyasini>>elan etmiş F. Xoyiski və X. Xasməmmədov da fraksiyasının proqramını bütövlükdə qəbul etmədilər. Belə şəraitdə Müsəlman İttifaqının Mərkəzi bürosu müsəlman fraksiyası üzvlərinə ünvanladıgı müraciətində proqramın müəyyən çatişmazlıqlarını əldə rəhbər tutnaga cagırırdı. Azərbaycanlı deputatlar Xalq azdlıgı partiyasından da Dumanın müxtəlif komissiyalarına seçildi. Məsələn:bu partiyanın duma fraksiyasının üzvü olan M.Şahtaxttinskinin milli-dini bərabərlik, yerli özünüidarəçilik seçkilər haqqında qanun layihəsinin hazırlanması, aqrar və kəndli məsələləri, kəndlilərin hüquq bərabərliyi, xalq təhsili və şəhər özünüidarısini üzrə komissiyaların tərkibinə daxil olmuşdu.

Aqrar məsələsini müzakirəsində Z. Zeynalov torpaq məsələsi üzrə müsəlman əməkçi fraksiyasının tələblərini irəli sürdü. O, Bakı quberniyasını kəndlilərinin vəzəyyətindən ətraflı danışaraq, bildirdi ki, kəndlilərin torpagi ən ucuz qiymətədə satın almaq imkanları yoxdur.Müsəlman fraksiyasının qadınların hüquq bərabərliyi haqqında da məsələ galdırıldı. Fraksiya mollalar şurası və müsəlman dininin müxtəlif instansiyaları ilə çoxlu razılaşdırmalardan sonra bir nəticəyə gəldi:qad;nlara se,ki hüququ verilsin,ancaq seçkiqabagi yıgıncaqlar ayrıca keçilirsin. Peşəsi müəllim olan M. Mahmudov Dumanın xalq təhsili üzrə komissiyasının üzvü kimi xalq maarifi naziri tərəfindən təqdim edilmiş qanun layihəsi üzrə çıxış edərək diqqəti müsəlman mualimllərin insan ləyaqətindən, xalq təhsili üzrə bu və ya digər vəzifəni tutmaq hüququndan məhrum edilmiş xüsusi bir təbəgəyə ayrılıblar, onlıarın ana dilində danışmaq hüququ yoxdur, buna görə də onlar sıxışdırılır. Duma komissiyasının yerli məhkəmə haqqında məruzəsi pəşəkar hüquqşunaslar F. Xoyski və X. Xasməmmədovun süsusi maragına səbəb olduş onlar Rusiyanın bütün güsələrində məhkəmə islahatı olması,məhkəmənin yerli əhalinin dilində aparılması zəruriliyinə tərəfdar çıxdılar.

2 Dumanın buraxılmasından sonra 3 Dumaya seçkilər haqqında qanun verildi. Bu qanun Rusiya ucqarlarının Dumaya nümayəndələr göndərmək hüququnu xeyli məhdudlaşdırdı.Bütövlukdə Qafqazdan əvvəlki 28 deputatın əvəzinə 10 nümayəndə seçilməsi nəzərdə tutulurdu. Məhdudiyyətlər camiyyətdə narazılıqlara səbəb oldu. Kaspi qəzeti yazırdi:<< Elə elemək laazımdır ki, Dumaya gedecək on deputat əvvəlki 28 nəfərər bərabər olsun.>>

1907-ci il iyunun 3-də Dövlət Dumasına seçkilər haqqında təsdiq edilmiş <<əsasnamə>>nin 25-ci maddəsində göstərilirdi ki, Bakı, Yelizavetpol və İrəvan quberniyaları üçün ümumi olacaq seçki məclisində seçkilərin keçirilməsinə nəzarət Yelizavetpol qubernatoruna həvalə edilir, seçki məclisi isə Yelizavetpol şəhərində cagirılır.

3 Dövlət Duması 1907-ci il noyabrın 1-də açildi Onun bütün rəhbərliyi oktyabiristlərdən ibarət idi.

H. A. Xomyakov sədr seçildi,sonralar bu vizəfədə növbə ilə A.İŞQuçkov və M. V. Rodzyakov oldular. Bu, 3 Dumanın özündən əvvəlki dumalara nisbətən daha sag mövge tutacaglnl göstərirdi. Diyarda maarifin vəziyyəti üzərində dayanaraq,qeyd edidrdi ki,mövcud mıktəblər yerli əhalini təmin etmir, çünki bunlarda təlim ana dilində aparılmır.

Ali təhsilli müsəlmanlar orta tədris müəssisələrində pedagoji fəaliyyətə buraxmırlar, nazirin icazəsi olmadan vəkillik edə bilməzdilər. Şəhər əsasnaməsinin 44-cü maddəsi şəhər özünüidarə orqanlarında müsəlmanların sayıni məhdudlaşdırırdılar. Müsəlman ruhaniləri də məhdudiyyətlərə məruz galırdılar.

<
>(əmr) qəzeti 3 Dumanın fəaliyyətinin əvvəlki dumalarla müqayisə ederək yazırd: 3 Duma xalqa heçnə vermədi və verməcəkdir. O, bürokratiyanın əlində ancaq pərdə idi. Əvvəlki dumalarda məna, fikir var idiş hərçənt ki, o, müstəsna qüvvələrə malik deyildi, fikrin özü isə var idi.

4 Dövlət duması 1912-di ildə noyabrın 15-dən çagırıldı. Azərbaycanda seçkiqabagı kampaniya genişlənir, deputatlıga namizədlərə tapşısıqlar verildi.

4 Dövlət dumasına seçkilər 1912.ci ilin sentyabr və oktyabrında keçirildi. 3 Dövlət seçkilərdə oldugu kimi, kuriyalar üzrə seçilmiş seçicilər öz içərilərindən iki deputat seçtilər.1912-ci il oktyabrın 20-də M. Cəfərov və M. İ. Papaçanov 4 Dovlət dumasının deputatı oldular.

Bakı şəhərinin sakini Məmmədyusif Hacıbaba oglu Cəfərovun 27 yaşı var idi. Bakı Aleksandr qimnaziyasını,1912-ci ildə Moskva Universitetinin hüquq fakultəsini bitirmişdi, andlı vəkilin köməkçisi işləyirdi. 4 Dövlət Dumasına 1912-ci il npyabrın 15-də fəaliyyətə başladı.M. V. Rodzyanko Dumanın sədri seçildi. O, oktyabrist –kadet çoxlugunun təmsilcisi oldugu üçün dərhal özünü konstitusiyalı quruluşun tərəfdarı elan etdi. M.Cəfərov 4 Dumanın büdcə və köçürmə komissiyasına üzv seçildi və 7 deputatdan ibarət müsəlman fraksiyasına daxil oldu.

1916-ci ilin martında Cefərov Dumanın iclasında maarif nazirliyinin smetasına aid çıxışında müselman fraksiyasının proqramını elan etdi. Bu proqrama maarif sahəsində müsəlmanların hüquqlarını məhdudlaşdıran qanunvericilik aktları və inzibati normaların ləgvi, şagirdlərin ana dilində təhsilinın tadbiqi ayrı-ayrı şəxslər və cəmiyyətlərə ana dilində məktəblər açmaq,hüququ verilməsi arzusu daxil idi. Proqram həmçinin anadilli məktəblərin müvafiq pedaqoji heyətini hazırlamaq üçün zəruri tədbirləri, müsəlmanlara son dərərcə vacib olan bu işdən ötrü büdcədən zəruri vəsait ayrılmasını nəzərdə tuturdu.

Ölkədə ümummilli böhran güclənirdi. Dumada təmsil olunmuş bütün siyasi quvvələr dumadan narazı olduqlarını gizlətmirdilər. Çarizmə olan bütün ümidlər özünü dogrultmadı vəd olunmuş islahatlar kagız üzərində galdı. Tədricən aydınlaşdı ki, islahatlar keçirilməyəcək. Ümid məyusluqla əvəz olundu,buda demək olar ki, bütün dumanı bürüyən əsəbiliyə cevrildi.1917-ci il martın 1-də senata veriləcək çar fərmanları dərc olundu. Bu fərmanlara görə,Dumanın iclasları fevralin 26-da dayandırmalı və 1917-ci ilin aprelindən gec olmayaraq başlamali idi. Fevralın 26-da Dövlət dumasının agsaqqallar şurası dumanın buraxılması haqqında fərmanla taniş olaraq qərara aldı ki, <>

1918-20-ci illər Azərbaycan xalqının siyasi şüurunun təşəkkül tapdığı, milli özünüdərk proseslərinin misilsiz vüsət aldığı bir dövrdür. Azərbaycan Xalq Cümhuriyyəti məhrumiyyətlərlə dolu olan çox mürəkkəb tarixi şəraitdə meydana gəlmişdi. Birinci dünya müharibəsi nəticəsində zəifləmiş çar Rusiyasını siyasi intriqalar, bir-birinin ardınca baş verən inqilablar didib-parçalayırdı. Rusiya artıq öz hegemon rolunu itirmişdi, əsrlər boyu xalqları əsarətdə saxlamış imperiya süquta doğru gedirdi. 1917-ci ilin fevral inqilabı "ikibaşlı əjdaha"nı birdəfəlik devirdi. Zaqafqaziyadan Dövlət Dumasına seçilmiş deputatlardan ibarət Zaqafqaziyanın idarəsi üzrə xüsusi komitə, sonra isə Zaqafqaziya Komissarlığı adı ilə tanınan hökumət təşkil edildi. İlk dəfə təsis edilən bu vahid hökumət 1918-ci il fevralın 14-də Tiflisdə Zaqafqaziya Seymini çağırdı. Zaqafqaziyanın üç əsas xalqının, habelə digər millətlərin nümayəndələrindən ibarət olan Seym 1918-ci il aprelin 9-da Zaqafqaziyanın istiqlalını elan etdi.

Müstəqil siyasi fəaliyyət dövrünə qədəm qoyan Zaqafqaziya Seymi həmin il aprelin 22-də Azərbaycan, Gürcüstan və Ermənistandan ibarət Zaqafqaziya Federativ Respublikasını təsis etdi, lakin müəyyən amillərin təsiri nəticəsində bu dövlət qurumu az sonra dağıldı. 1918-ci il mayın 26-da Gürcüstan Federasiyadan çıxaraq öz istiqlaliyyətini elan etdi. Bu hadisədən bir gün sonra, mayın 27-də Azərbaycan Milli Şurasının ilk iclası çağırıldı. Milli Şuranın rəyasət heyətinə Mehdi bəy Hacınski, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlikaslanov, Camo bəy Hacınski, Əkbər ağa Şeyxülislamov, Xosrov Paşa bəy Sultanov daxil oldular. Gizli səsvermə yolu ilə Məmmədəmin Rəsulzadə Azərbaycan Milli Şurasının sədri seçildi.

1918-ci il mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Milli Şuranın iclasında Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildi. Xalqımızın milli mənlik şüurunda dərin iz salmış bu tarixi sənəddə deyilirdi: "Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu kimi, Cənubi-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlətdir."

Milli Şura təxirə salmadan Fətəli xan Xoyskinin rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumətini təşkil etdi. Milli Şuranın və hökumətin yaradılması zərurətini, onların məramını əhaliyə izah etmək məqsədi ilə ölkənin müxtəlif bölgələrinə nümayəndələr göndərildi.

1918-ci il noyabrın 19-da keçirilən iclasında Milli Şura qanun qəbul edərək 120 üzvdən ibarət Azərbaycan Parlamentini formalaşdırmağı qərara aldı. İclasda bildirilmişdir ki, Azərbaycanda müxtəlif millətlər məskunlaşdığı üçün onun qanunvericilik orqanında bütün millətlərin nümayəndələri təmsil olunmalıdır. Bu məqsədlə Parlamentə müsəlmanlardan 80, ermənilərdən 21, ruslardan 10, alman və yəhudi millətlərinin isə hərəsindən 1 nümayəndə çağırılması nəzərdə tutulmuşdu. Parlamentin yaradılması ilə əlaqədar noyabrın 29-da Milli Şuranın "Bütün Azərbaycan əhalisinə!" adlı müraciətnaməsi dərc edildi. Müraciətnamədə deyilirdi: "… Şurai-Millinin ən əvvəl qəbul etdiyi qanun sırf Azərbaycan müsəlmanlarına məxsus olan Şurai-Millini milli bir şəkildən çıxarıb da dövləti bir şəkilə salmaq oldu. Bu ayın 19-da qəbul etdiyi qanunnaməyə görə Şurai-Milli dekabrın 3-nə qədər 120 əzalıq bir Məclisi-Məbusan (Parlament) halına gələcəkdir. Bu məclisə azlıqda qalan millətlərdən nümayəndələr cəlb olunduğu kimi, məmləkətin vilayətlərindən də vəkillər çağırılmışdır.

Bütün Azərbaycan vətəndaşları bilafərq millət və məzhəb, bir vətənin övladlarıdırlar. Ümumi vətəndə müştərək həyatlarını qurmaq və bərabərlikdə kəndi səadətlərini hazırlamaq üçün onlar bir-birlərinə əl uzatmalı və yardım etməlidirlər."

1918-ci il dekabrın 7-də Hacı Zeynalabdin Tağıyevin qız məktəbinin binasında Şərq aləmində ilk Parlamentin iclası keçirildi. İclasda Əlimərdan bəy Topçubaşov Parlamentin sədri, Həsən bəy Ağayev onun birinci müavini, Mehdi bəy Hacınski isə baş katib seçildilər. O dövrdə Əlimərdan bəy Topçubaşov Azərbaycanda olmadığına görə Parlamentin iclasına Həsən bəy Ağayev sədrlik edirdi. Azərbaycan müvəqqəti hökuməti işə başlamış Parlament qarşısında istefa verdi. Yeni hökumətə rəhbərlik etmək və onun tərkibini müəyyənləşdirmək yenə də Fətəli xan Xoyskiyə tapşırıldı.

Qeyd etmək lazımdır ki, Parlamentdə erməni və rus nümayəndələri üçün yerlər ayrılmasına baxmayaraq onlar Azərbaycan Parlamentinin ilk iclasında iştirak etmədilər. Bakı Rus Milli Şurasının Parlamentdə iştirak etməmək haqqında qəbul etdiyi qərarda göstərilirdi ki, Azərbaycan "vahid və bölünməz Rusiya" ideyasına xilaf çıxmışdır. Onların parlament və hökumətdə təmsil olunması "Azərbaycanın Rusiyadan ayrılması faktının tanınması" demək olardı. Lakin Azərbaycanda yaşayan rus əhalisinin təzyiqi ilə Rus Milli Şurası təqribən bir ay sonra Parlamentin işində iştirak etməyə dair qərar qəbul etməyə məcbur oldu.

Ölkədə fəaliyyət göstərən pozucu qüvvələr isə vəziyyətin ağırlığından istifadə edərək Azərbaycan əraziləri hesabına öz torpaqlarını genişləndirmək istəyən erməni şovinistlərinə dəstək verirdilər. Erməni milli komitələri Azərbaycanın müstəqilliyi ilə heç cür razılaşmaq istəmir, Azərbaycan Parlamentinə öz nümayəndələrini göndərmirdilər. Ancaq bir müddət sonra onlar reallıqla barışaraq Parlamentdə erməni və daşnaksütyun fraksiyalarını yaratdılar. Çox keçməmiş məlum oldu ki, bu hərəkətləri ilə onlar "Böyük Ermənistan" xülyasını həyata keçirmək üçün Parlamentin tribunasından istifadə etmək niyyəti güdürmüşlər.

Azərbaycan Parlamenti öz fəaliyyətini demokratik dövlətlərə xas prinsiplər əsasında qururdu. Parlamentdə müxtəlif partiya fraksiyaları və qruplar təmsil olunmuşdu. Bu fraksiya və qruplar öz bəyanatlarında bildirirdilər ki, onların əsas məqsədi ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, qonşu dövlətlərlə dostluq münasibətlərinin yaradılması və islahatların həyata keçirilməsidir. Təəssüf ki, Parlamentdə təmsil olunmuş bəzi partiyaların nümayəndələri özlərinin fəaliyyətində ölkənin mənafeyindən daha çox, təmsil etdikləri siyasi qurumların mənafelərinə xidmət edirdilər.

Çətin və mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti və hökuməti sosial-iqtisadi, hərbi, mədəni sahələrdə qarşıya qoyduğu minimum proqramı yerinə yetirə bildi. Parlamentdə dövlət və cəmiyyət həyatının müxtəlif sahələrinə aid mühüm qanunvericilik aktları qəbul edildi.

Dövlət quruculuğu ilə bağlı "Azərbaycan vətəndaşlığı haqqında", "Bakı Dövlət Universiteti haqqında", "Milli Bankın yaradılması haqqında" və bir sıra başqa qanunlar qəbul olundu, habelə Azərbaycanın dövlət rəmzləri - respublikanın himni, bayrağı təsdiq edildi, dövlət gerbinin hazırlanması üçün müsabiqə elan olundu.

İlk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti Azərbaycan dilini dövlət dili elan etdi və bu barədə xüsusi qanun qəbul olundu.

Hüquqi dövlət quruculuğu məqsədi ilə Xalq Cümhuriyyətində hakimiyyətin bölgüsü prinsipinə də riayət edilirdi. Parlament o dövrdə ölkə qarşısında duran əsas vəzifələrin həyata keçirilməsi və qanunvericilik bazasının yaradılması baxımından əhəmiyyətli işlər görür, gənc Azərbaycan dövlətinin dünya dövlətləri tərəfindən tanınması üçün var qüvvəsini sərf edirdi. Qonşu ölkələrlə iqtisadi, ticarət və digər əlaqələrin inkişaf etdirilməsinə də ciddi fikir verilirdi. Parlamentdə qəbul olunan qanun və qərarlar hökumətin fəaliyyətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynayırdı.

O dövrün ictimai-siyasi vəziyyəti ordu quruculuğu məsələlərini ön plana çıxarmışdı. Məhz bu sahənin gücləndirilməsi ölkənin ərazi bütövlüyünün qorunub saxlanılması üçün müstəsna əhəmiyyət kəsb edirdi.

Parlament elm, təhsil, mədəniyyət sahələrinə də ciddi diqqət yetirirdi. Xalq maarifinin inkişafı, tədris və teatr müəssisələrinin milliləşdirilməsi, müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılması deputatların ciddi məşğul olduqları məsələlərdən idi. Parlamentin bu istiqamətdə qəbul etdiyi ən mühüm aktlardan biri də indiki Bakı Dövlət Universitetinin təsis edilməsi haqqında 1919-cu il 2 sentyabr tarixli qanun idi. Milli kadrların yetişdirilməsi məqsədi ilə Parlament xarici ölkələrin ali məktəblərində təhsil almaq üçün yüz nəfər azərbaycanlı gəncin dövlət hesabına xaricə göndərilməsi barədə qanun qəbul edərək xüsusi komissiya yaratmışdı. Tez bir zamanda istedadlı gənclər Fransa, İtaliya, İngiltərə və Türkiyə kimi ölkələrin ali məktəblərinə oxumağa göndərildilər.

Azərbaycan Xalq Cümhuriyyətinin ən böyük nailiyyətlərindən biri də Paris sülh konfransının iştirakçısı olan dövlətlər tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması idi. Bu məqsədlə 1918-ci il dekabrın 28-də Parlamentin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Fransaya nümayəndə heyəti göndərildi. Nümayəndə heyətinin gərgin fəaliyyəti sayəsində 1920-ci il yanvarın 12-də Paris sülh konfransında iştirak edən əsas ölkələr Azərbaycanın müstəqilliyini tanıdılar. Həmin il aprelin 22-də Parlament İngiltərə, Fransa, İtaliya, İsveçrə, Polşa və ABŞ-da diplomatik nümayəndəliklər açmaq haqqında qanun qəbul etdi.

Zaqafqaziyada yaranmış respublikalar arasında sərhəd məsələlərinin həlli də Parlamentin diqqət mərkəzində idi. Lakin ərazi və sərhəd məsələləri ilə əlaqədar Azərbaycanla Gürcüstan arasında aparılan danışıqlarda ümumi razılığa gəlmək mümkün olsa da, Ermənistanla heç cür razılığa gəlmək mümkün olmamışdı. 1920-ci il martın 20-də İranla Azərbaycan arasında dostluq, konsulluq əlaqələri və s. haqqında ikitərəfli müqavilələr imzalanmış və aprelin 15-də Parlament bunları təsdiq etmişdi.

Xalqımızın dövlətçilik şüurunun formalaşmasında misilsiz rol oynamış ilk Parlament cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq sübut etdi ki, Azərbaycan xalqı demokratik prinsiplərə əsaslanaraq öz milli dövlətini qurmağa və xalq cümhuriyyəti yaratmağa qadirdir.

Bütün bunlarla yanaşı, hələ XX əsrin əvvəllərində Rusiyada ilk parlamentin formalaşmasına Azərbaycan xalqı da öz layiqli töhfəsini vermişdir. Bakı, Yelizavetpol (Gəncə) və İrəvan quberniyaları da daxil olmaqla Azərbaycandan Rusiyanın I Dövlət Dumasına 6 nəfər deputat seçilmişdi. Əlimərdan bəy Topçubaşov, Məmmədtağı Əliyev, Əsədulla bəy Muradxanov, İsmayılxan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev və Ataxan İrəvanski Dumanın işində fəal iştirak edirdilər. I Dumada Rusiyanın müxtəlif regionlarını təmsil edən 36 deputatdan ibarət müsəlman fraksiyası yaradılmışdı. Fraksiyanın ilk iclasında Əlimərdan bəy Topçubaşov onun rəhbəri seçilmişdi.

II Dövlət Dumasına da Azərbaycandan 6 nəfər deputat seçilmişdi: Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, İsmayıl Tağıyev, Məmmədağa Şahtaxtinski, Mustafa Mahmudov və Zeynal Zeynalov. Bu deputatların hamısı parlamentin müsəlman fraksiyasına daxil edilmiş, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov isə büronun üzvü olmuşdular. III və IV Dövlət Dumalarında da Azərbaycan təmsil olunmuşdu.

Bütün bu faktlar Azərbaycan xalqının Rusiyada parlamentarizm ənənələrinin təşəkkülünə və inkişafına verdiyi töhfənin bariz nümunəsidir.

Milli Məclisin nümayəndə heyəti Rusiyaya səfəri zamanı Rusiya Dövlət Dumasının 95 illiyinin qeyd olunduğu mərasimdə iştirak etmişdir. Həmin tədbirdə çıxış edərkən azərbaycanlı deputatların fəaliyyətindən danışaraq dedim ki, Azərbaycanı İrəvan, Bakı, Yelizavetpol (Gəncə) quberniyalarından seçilmiş deputatlar ləyaqətlə təmsil edirdilər. Onların fəallığı, Əlimərdan bəy Topçubaşovun müsəlman fraksiyasına başçılıq etməsi Azərbaycanın qədim dövlətçilik tarixinə, zəngin parlamentarizm mədəniyyətinə malik olduğunun sübutudur. Orada erməni nümayəndə heyətinin başçısı da çıxış etdi, lakin konkret söz deyə bilmədi, çünki o vaxt erməni dövləti yox idi.

XX əsrin əvvəllərində düşmənlərimiz Şərqdə ilk dəfə qurulmuş Cümhuriyyəti məğlub etsələr də, azadlıq ruhu, müstəqillik ideyası xalqımızı heç zaman tərk etməmiş, 1991-ci ildə sovet imperiyasının dağılması nəticəsində Azərbaycan yenidən öz istiqlalına qovuşmuşdur. Müstəqilliyin ilk illərində baş verən hadisələr 1918-20-ci illərdə cərəyan edən hadisələrin təxminən eyni idi, erməni təcavüzü, xarici dövlətlərin Azərbaycana qarşı təxribatları oxşar xarakter daşıyırdı. Azərbaycan çox mürəkkəb problemlərlə qarşılaşaraq çıxılmaz vəziyyətə düşmüşdü.

Lakin bu dəfə xalqımızın xoşbəxtliyi onda oldu ki, dövlətçiliyinin müqəddəratının həll edildiyi 1993-cü ilin iyun günlərində dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyev yenidən hakimiyyətə gələrək Azərbaycanın parçalanıb dağılmasının qarşısını aldı və onu dəhşətli fəlakətlərdən xilas etdi. Möhtərəm Heydər Əliyevin zəngin siyasi təcrübəsi, misilsiz idarəçilik məharəti, möhkəm qətiyyəti, əzmkarlığı sayəsində müstəqil dövlətçiliyimizin məhvinə səbəb ola biləcək problemlər uğurla həll edildi.

Ölkəni dağılmaq və parçalanmaq həddinə gətirib çıxarmış dövlət və hakimiyyət böhranına son qoyuldu, vətəndaş müharibəsinin qarşısı alındı. Dövlət çevrilişi cəhdləri, terror aktları dəf edildi. Cəbhədə atəşkəs elan olundu. Ordu quruculuğunda mühüm işlər görüldü. Azərbaycan beynəlxalq aləmdə öz layiqli yerini tutdu. Onun haqq işi dünya miqyasında dəstəkləndi. Respublikamız ardıcıl inkişaf yoluna çıxdı.

Ölkədə möhkəm ictimai-siyasi sabitlik yaradıldı. Xəzərin Azərbaycan sektorundakı enerji ehtiyatlarının işlənilməsi üçün dünyanın iri şirkətləri ilə sazişlər imzalandı, yeni neft strategiyası öz bəhrələrini verməyə başladı.

Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi, Azərbaycanın Avropa xalqları ailəsinə inteqrasiyası sahəsində böyük uğurlar əldə olundu. Cəmiyyət və dövlət həyatının bütün sahələrində köklü dəyişikliklər baş verdi. Genişmiqyaslı özəlləşdirmə, torpaq islahatı aparıldı.

Müstəqil dövlətimizin yeni Konstitusiyası qəbul edildi, demokratik şəraitdə Prezident, parlament və bələdiyyə seçkiləri keçirildi. Qanunun aliliyinin təmin edilməsi, insan hüquqlarının və azadlıqlarının qorunması ilə məşğul olan təsisatlar yaradıldı. Şərq və müsəlman aləmində ilk dəfə olaraq ölüm cəzası ləğv edildi.

Respublikamız dünya proseslərinə təsir göstərə bilən böyük iqtisadi layihələrin təşəbbüsçüsü və fəal iştirakçısı oldu. Ölkəmiz tarixi İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilməsi layihələrinin mərkəzinə çevrildi. Azərbaycanın müstəqilliyi "əbədi, dönməz və sarsılmaz" oldu.

Müstəqil dövlətimiz üçüncü minilliyə inamla qədəm qoymuşdur. XXI əsrin ilk günlərində respublikamız Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul olunmuşdur.

Bugünkü müstəqil Azərbaycan Respublikası 1918-20-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin, Milli Məclis isə o vaxtkı Parlamentin varisidir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu münasibətlə belə demişdir: "Azərbaycan Respublikasının Milli Məclisi Xalq Cümhuriyyətinin yaratdığı Parlamentin indi də varisidir. Varislik həmişə, eyni zamanda, böyük məsuliyyət demək olubdur. Varislik o demək deyil ki, sən o hadisəni olduğu kimi təkrar edəsən, yaxud o səviyyədə yaşayasan. Hər bir varis varislik prinsipini əziz tutaraq, o dövrün, o hadisənin varisi olaraq o hadisəni, o dövrü, o quruluşu daha da yüksəklərə qaldırmalıdır. Biz Azərbaycanda bunu edirik və bu sahədə çox şeylərə nail olmuşuq. Hesab edirəm ki, Azərbaycanın bugünkü Milli Məclisi varislik adını şərəflə daşıyır, eyni zamanda, ötən illərdə və xüsusən son dövrdə Azərbaycanın müstəqil dövlətini inkişaf etdirmək üçün çox işlər görübdür".



Azərbaycan dövlətçiliyinin memarı Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanmış, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası və demokratik əsaslarla seçilmiş ilk parlamenti ölkəmizin siyasi tarixində yüksəliş və inkişaf mərhələsinin başlandığını nümayiş etdirmişdir. Dövlət hakimiyyətinin bir şaxəsi olan Milli Məclis Konstitusiya ilə müəyyənləşdirilmiş qanunvericilik səlahiyyətlərini yerinə yetirərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən nəhəng quruculuq işlərinin, siyasi və iqtisadi islahatların hüquqi bazasını yaratmış və təkmilləşdirmişdir.






Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə