170 sual-cavab tərtib edən: Məhəmməd Azəri Entesharate Faiz Kitabın adı: Sual-cavab




Yüklə 3.5 Mb.
səhifə1/18
tarix22.04.2016
ölçüsü3.5 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   18
QURANİ-KƏRİMİN «NÜMUNƏ» TƏFSİRİ ƏSASINDA


170 SUAL-CAVAB

Tərtib edən: Məhəmməd Azəri




Entesharate Faiz

Kitabın adı:..........170 Sual-cavab

Müəllif:..............Məhəmməd Azəri

Naşir:.............................................Faiz

Çap növbəsi:........................Birinci

Tiraj:.............................................5000

Çap tarixi:...................................2005

Bismillahirrəhmanirrəhim
Sual 1: üçün zalım günahkar insanlardan bir hissəsi nemətlər içində qərq olmuşdur?

Cavab: Yuxarıdakı sual çoxlarını düşündürür. Qurani-kərimin ayələrinə əsasən, belələri islahedilməz olduqlarından, yaranış qanunları iradə azadlığına əsasən öz başına buraxılmışlar. Allah tərəfindən verilmiş bu möhlət, əslində onları uçuruma aparır. «Ali-imran» surəsinin 178-ci ayəsində buyurulur: «Küfr edənlər, onlara verdiyimiz möhləti özləri üçün xeyirli bilməsinlər. Biz onlara möhlət verimişik ki, günahlarını daha da artırsınlar. Onlar üçün zəliledici bir əzab vardır».

Bəzi ayələrdən məlum olur ki, bəzən Allah zalım və günahkarlara verdiyi nemətləri hədsiz dərəcədə artırır və onlar ləzzət içində xumarlandıqları zaman, qəfildən onları bütün nemətlərdən məhrum edir. Misilsiz firavanlıqdan sonra qəfil səfalət və zəlalət həmin insanlar üçün böyük əzaba çevirilir. «Ənam» surəsinin 44-cü ayəsində oxuyuruq: «Onlar edilmiş xəbərdarlıqları unutduqları bir an bütün nemət qapılarını onların üzünə açdıq ki, şadlansınlar. Sonra isə qəfildən bütün verdiklərimizi geri aldıq. Bununla da, onlar hədsiz narahatlığa düçar oldular».

Təsəvvür edin ki, bir zalım, kövrək budaqları qıra-qıra üzüyuxarı, dayanmadan ağaca dırmaşır. Yuxarı qalxdıqca, daha da şad olur. Anlamır ki, nə qədər yuxarıdan yıxılsa, bir o qədər də çox əziləcəkdir. Qəfil tufan qopur və bir an əvvəl şadlıqdan oynayan sümüklər yerə qaxılıb, xıncım-xıncım olur.
Sual 2: Hal-hazırda behişt cəhənnəm mövcuddurmu?

Cavab: Əksər İslam alimlərinin fikirinə görə, hal-hazırda həm behişt, həm cəhənnəm mövcuddur. Qurani-kərimin müxtəlif ayələrində bu fikir yetərincə aydın təsdiqlənir. «Tövbə» surəsinin 89-cu ayəsində buyurulur: «Allah onlar üçün əbədi qalacaqları, altından çaylar axan cənnətlər hazırlamışdır».

Başqa bir surədə oxuyuruq: «And olsun ki, başqa bir dəfə (Məhəmməd əleyhissəlam Cəbrail mələyi) əbədi behiştdə yerləşdiyi Sidrətül-Müntəhanın yanında görmüşdür»1. Qeyd edək ki, bu ayələr Peyğəmbərin (s) merac səfərinə aiddir.

«Təkasur» surəsində isə belə buyurulur: «Əgər elmül-yəqinə malik olsaydınız, mütləq cəhənnəmi müşahidə edərdiniz»2.

Behişt və cəhənnəmin hal-hazırda mövcudluğunu təsdiq edən mötəbər hədislər kifayət qədərdir. Bu hədislər arasında Merac hədisləri xüsusi yer tutur. Mövcudluğuna dəlillər gətirdiyimiz, bir zaman Adəmin olduğu behişt deyildir. Bu günki behişt və cəhənnəm, insanların xeyir və şər əməllərindən asılı olaraq genişlənməkdədir.



Sual 3: Hansı şəxslərdən məsləhət almaq olar?

Cavab: Şübhəsiz ki, hər adamla məsləhətləşmək insana xeyir gətirməz. Xaraktercə zəif nöqsanlı məsləhətçinin göstərdiyi yol, insanı uçuruma apara bilər. Əli (ə) buyurur: «Üç qəbil insanla məsləhətləşmə: Paxıl, qorxaq tamahkar insanlarla. Paxıl səni kasıbçılıqla qorxudub, başqalarına əl tutmaqdan çəkindirər. Qorxaq mühüm işlərin yerinə yetirilməsinə mane olar. Tamahkar isə, var-dövlət vəzifə qazanmaq xatirinə, zülmə mərhəmət donu geyindirər»3.

İslam dinində məsləhət istəyən adama xəyanət edib səhv yol göstərmək, böyük günahlardan hesab olunur. Bilmədiyin bir işdə, hətta qeyri-müsəlmana məsləhət vermək böyük günahdır.



İmam Səccad (ə) buyurur: «Səndən məsləhət istəyənə bildiyin işlərdə məsləhət verməli, bilmədiyin məsələlərdə onu bilən şəxsin yanına göndərməlisən. Məsləhət aldığın adamı, könlünə yatmayan məsləhətinə görə, qınamamalısan»1.
Sual 4: Adəmin övladları kiminlə evləndi?

Cavab: «Nisa» surəsi bu ayə ilə başlayır: «Sizi tək bir şəxsdən xəlq edən, ondan zövcəsini yaradan onlardan da bir çox kişi qadınlar törədən Rəbbinizdən qorxun».

İslam düşmənlərinin fəaliyyət istiqamətlərindən biri də, mübahisə doğura biləcək dini məsələri savadsız müsəlmanlar arasında qızışdırmaqdır. Yuxarıdakı ayə, dinini sevən insana kifayət qədər mə´lumat verir. Buna baxmayaraq, İslam alimləri ayə və hədislərə əsaslanaraq, şübhə doğracaq bütün məsələlərə aydınlıq gətirirlər.

Bir qrup alimin fikrinə görə, Adəmin övladları Adəmdən əvvəlki insan nəslinin qalıqları ilə evlənmişlər. Rəvayətlərə görə, Adəm yer üzündə heç də ilk insan olmayıb. Elm də bu fikri təstiqləyir. Qədim insan məskənlərində aparılan tə´diqatlar göstərir ki, yer üzündə həyat milyonlarla il bundan əvvəl başlamışdır. Hansı ki, Adəmin, yaranışından elə də böyük zaman keçməmişdir. Təbii ki, həmin nəsil Adəmin yaranış zamanında öz son günlərini yaşayırdı. Adəmin övladlarının həmin insanlarla evlənməsi tam məntiqə uyğundur.
Sual 5: Dəstamaz ya qüsl əvəzinə əlləri torpağa vurub alın əllərin üstünə çəkməyin faydası nədir?

Cavab: Yəqin ki, söhbətin təyəmmümdən getdiyini anladınız.

Təyəmmümün ilkin faydası odur ki, ibadət üçün dəstəmaz almağa və ya qüsl verməyə imkanı olmayan şəxs, ibadətini təxirə salmır. İnsanın alnı, onun ən şərafətli bədən nahiyələrindəndir. İnsan öz kiçikliyini etiraf edir. Demək, təyəmmüm özü bir ibadətdir.



Artıq elmi dəlillərlə sübuta yetirilib ki, torpaq güclü parçalama xüsusiyyətinə malikdir. Məhz bu xüsusiyyətinə görə, insan heyvan cəsədləri torpaqda dəfn olunur. İstənilən başqa mühitdə qorxulu keçici xəstəliklər törədə biləcək cəsədlər, qısa bir müddətdət torpağın təsiri ilə parçalanır zərərsizləşdirilir. Buradan belə nəticə çıxır ki, torpaq da, su kimi özünəməxsus təmizləyici keyfiyyətlərə malikdir. Tibbi nöqteyi-nəzərdən təmiz günəşli hava altında olan torpaq təyəmmüm üçün daha da yararlıdır. «Maidə» surəsinin 6- ayəsində buyurulur: «...Su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə əllərinizə çəkin. Allah sizi çətinliyə salmaq istəməz. Lakin o sizi pak etmək, sizə olan nemətini tamamlamaq istəyir ki, bəlkə şükr edəsiniz».
Sual 6: Zalımı bağışlamaq olarmı?

Cavab: Qur´anda bu barədə belə buyurulur:

« zülm edin, zülmə baş əyin»1.

«Bağışlamağınız müttəqiliyə daha yaxındır»2.

«Bağışlasınlar! Allahın sizi bağışlamağını istəmirsiniz?»3.

Həzrəti Əli (ə) «Nəhcül-bəlağə»də buyurur: «Allahın hökmünə baş əyəcəkləri ana qədər zalımlarla vuruşun».

İlk baxımdan belə görünə bilər ki, bəzən «vuruş», bəzən isə «bağışla» deməklə, yuxarıdakı göstərişlər arasında ziddiyyət vardır. Qeyd edək ki, bağışlamağın şəraiti vardır. O zaman bağışlamaq olar ki, bağışlanan tərəf sui-istifadə edib, öz zülmünü artırmasın. Başqa bir tərəfdən, düşmən yalnız son və qəti qələbədən sonra bağışlana bilər. Çünki tam məğlub edilməmiş düşməndən yeni təhlükələr gözlənilir.



Həzrət Əli (ə) buyurur: «Düşmənə qalib gələndə, bu qələbənin zəkatı olaraq onu bağışla»4.

Amma gücdən düşməmiş düşməni bağışlamaqla, insan zülmə razı olanlardan hesab edilə bilər.


Sual 7: Allah öz bəndəsini daş ürəkli edərmi?

Cavab: Allah-təala Quranın bəzi ayələrində kimlərinsə qəlbini daşa döndərdiyini xəbər verir. Bir halda ki, bu iş Allah tərəfindən baş verir, insan nə üçün günahkar sayılmalıdır?

Diqqət etsək, görərik ki, ürəyin daşa dönməsi Allah tərəfindən bir cəzadır. Demək, insan Allahın qəzəbinə səbəb olacaq günahlara yol verir və daşürəkliliklə cəzanlandırılır. Məsələn, «Tövbə» surəsinin 77-ci ayəsində belə buyurulur: «Allaha verdikləri vədə xilaf çıxdıqlarına görə, Allah da onların ürəklərinə qovuşacaqları qiyamət gününə qədər nifaq saldı». «İbrahim» surəsinin 27-ci ayəsində isə belə deyilir: «Allah iman gətirənləri dünyada axirətdə möhkəm bir sözlə sabit qədəm edər. Allah zalımları yolundan azdırar».

İnsanın öz əməlindən doğan bu pis nəticə, onun iradə azadlığına qətiyyən zidd deyildir. Məsələn, spirtli içki içən insan anlamalıdır ki, ağlı başından çıxacaq və üzünə cinayət qapıları açılacaq. Məsələn, adam öldürəcək. Bu şəxs sərxoş olduğunu bəhanə gətirib, adam öldürmək fikirində olmadığını iddia etsə də, məsuliyyətdən qaça bilməz.

Allah-təalanın bir insanı doğru yola yönəldib, o birini zəlalətə salmasının əsil səbəbi, həmin insanların əvvəlki xeyir və ya şər əməllərində axtarılmalıdır.

  1   2   3   4   5   6   7   8   9   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə