14 MƏsumdan möCÜZƏLƏr kitabın adı: Məsumdan möcüzələr




Yüklə 1.18 Mb.
səhifə8/20
tarix22.04.2016
ölçüsü1.18 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   20

ÖLÜNÜ DİLƏ GƏTİRMƏK


Günlərin birində İmam Səccad(ə) buyurdu: Qəflətən ölmək mömin üçün rahatlıqdır. Amma kafir üçün təəssüf və narahatlıqdır. Mömin ona qüsul verən və tabutda aparan şəxsi tanıyır. Əgər onun əməlləri yaxşı və Allah yanında onun üçün xeyir olsa, onu dəfn edənlərə and verər ki, onu torpağa tapşırmaqda tələssinlər. Əgər pis əməllərinə xatir onun üçün xeyir olmasa, and verər ki, dəfn işində səhlənkarlıq etsinlər. İmam bu mətləbi bəyan etdikdə Zümrətibni Səmürə ki, bədxah adamlardan biri idi. Dedi: Əgər onun başına belə bir müsibət gələcəksə, onda tabutdan çıxsın bayıra gülsün və başqalarını güldürsün.

İmam(ə) dedi: Ey mənim rəbbim! Zümərət ibni Səmürə peyğəmbərin hədisinə güldü və başqalarını da güldürdü. Onu təəssüflü və qəfil ölümlə öldür.

Bir az keçməmişdi ki, Zümrənin qulamı imamın yanına gəlib dedi: Zümrə qəflətən öldü. And olsun Allaha! Öldükdən sonra mən onun səsini eşidirdim ki, belə deyirdi: Zümərtibni Səmürəyə vay olsun! Dostlarım məndən ayrıldılar və cəhənnəmə vasil oldum. O, mənim əbədi yerimdir.

İmam(ə) dedi: Əllahu Əkbər! Bu peyğəmbərin hədisinə gülüb və başqalarını güldürənin cəzasıdır.74


DAŞIN YAQUTA ÇEVRİLMƏSİ


Ümmü Səlim deyir: İmam səccad(ə) mənə buyurdu: Ey Ümmü Səlim! Mənə bir az xırda daş gətir. Mən də bir miqdar xırda daşları yerdən yığıb, ona verdim. Sonra o Həzrət onları götürüb toz şəklinə saldı, sonra ondan palçıq düzəldib qırmızı yaquta çevirdi.75

VİLAYƏTİN QÜDRƏTİ


Bir kişi imam Səccada(ə) ərz etdi: Nə üçün biz öz düşmənlərimizdən üstün və fəzilətli sayıırıq, halbuki onların arasında elələri var ki, bizdəndə yaraşıqlıdırlar?

İmam(ə) buyurdu: Onlardan üstün olduğunu bilmək istəyirsən?

Cavab verdi: Bəli!

İmam Əlini onun üzünə çəkdi və özünün vilayət qüdrəti ilə onun bəsirət gözünü açıb dedi: Bax!

Baxdı. Onların hamısını heyvan sifətində gördü. Dəhşətə gələrək iztirablı halda imama ərz etdi: sənə fəda olum, məni əvvəlki halıma qaytar.

Məsciddə xoruzdan, meymundan və itdən başqa bir şey görmürəm. İmam əlini onun üzünə çəkdi və o əvəlki halına qayıtdı.76


İKİ QEYBİ XƏBƏR


Bir kişi İmam Əli ibni Hüseynin(ə) yanına gəldi. O zaman İmamın səhabələri də orada idilər.

İmam(ə) sual etdi: Bu kişi kimdir?

O cavab verdi: Mən münəccim, nəsəbləri bilən və falçı bir kişiyəm. İmam ona bir nəzər edib buyurdu: İstəyirsənmi sənə bir kişi tanıtdırım ki, sən bura varid olduğun zamandan qırx min aləmi seyr edib.

Kişi soruşdu: O kimdir?

İmam buyurdu: Onu sənə tanıtdırmayacam, amma istəsən sənə xəbər verərəm ki, nə yemisən və evində nə toplamısan.

Dedi: xəbər ver.

İmam(ə) buyurdu: Bu gün pendir yemisən və evində on dinar pulun var. Onlardan üç dinarı xalisdir.

O kişi İmama ərz etdi: Şəhadət verirəm ki, sən İlahinin böyük höccətisən, böyük məsəl və təqva kəlməsisən.

İmam(ə) da ona belə buyurdu: Sən də doğrucu və düz danışansan. Allah sənin qəlbini imanla imtahan etdi və onu sənin qəlbində möhkəm etdi.77

TEYYÜL-ƏRZ


Himad ibni Həbib deyir: İllərin birində həcc səfərinə yola düşdük, yolun ortasında qara küləklər qopdu, belə ki, karvanımız dağılıb bir-birindən ayrıldı. Səhrada azıb yolumu itirmişdim. Nəhayət, susuz-bitkisiz bir yerə yetişdim. Axşam yetişdi, bir ağaca pənah apardım. Qaranlıq hər yanı bürümüşdü. Gözlənilmədən bir cavanı gördüm ki, əynində köhnə ağ paltar var idi. Özü də müşk iyi verirdi. Onu gördükdə qorxdum və öz-özümə dedim: Bu Allah övliyalarından biridir. Bir yerdə dayanıb namaz qıldı, o zaman yerdən onun üçün bir bulaq qaynadı və o, çoxlu dua etdi.

Mən qorxdum ki, o, gözümdən itə və bu iş mənim üçün gizli qala. Onun yanına getdim və ərz etdim: Səni and verirəm o kəsə ki, səndən yorğunluq zəhmətini götürüb zahidliyin və öz münacatının ləzzətini sənə dadızdırıb. Məni lütfün xatirinə özünə yol yoldaşı edəsən. Mən azmışam.

Dedi: Əgər düzgün təvəkkül etmiş olsan, heç vaxt azmarsan. Gərək arxamca gələsən. Ağacın altına yetişəndə əlimdən yapışdı. Elə bil ki, yer ayağımın altında hərəkət edirdi. Səhər işıqlaşmağa başlayanda buyurdu: Müjdə olsun sənə, bura Məkkədir. Dostlarımı görüb səslərini eşitdikdə
dedim: Sənə qiyamət gününə and verirəm, sən kimsən?

Buyurdu: İndi ki mənə and verdin, mən Əli ibni Hüseyn ibni Əli ibni Əbi Talibəm.78


YEDDİNCİ FƏSİL

İmam Baqirin(ə) möcüzələri

GÖYLƏRİN VƏ YERİN MƏLƏKUTUNU GÖSTƏRMƏSİ


Cabir ibni Yəzid deyir: İmam Baqirdən(ə) allahın bu sözü barəsində sual etdim ki, buyurub:

«Biz bu cür göylərin və yerin mələkutunu İbrahimə göstərdik.»

İmam(ə) cavabımda buyurdu: Başını göyə qaldır.

Başımı göyə qaldırdım. Gördüm tavan ayrılıb. Gözüm bir dəliyə toxundu və bir nuru müşahidə etdim. Onu görməkdən gözlərim istiləşdi. O zaman buyurdu: Bu cür İbrahim göylərin mələkutunu müşahidə etdi.

Sonra isə buyurdu: Yerə bax və yenə də göyə nəzər et.

Göyə tərəf başımı qaldırdığım zaman tavan əvvəlki halına döndü. Ondan sonra İmam(ə) əlimdən tutub, evdən bayıra çıxartdı və mənə bir paltar geyindirib buyurdu: Bir müddət gözlərini yum. Sonra buyurdu: Sən bir qaranlıqlardasan ki, Zülqərneyn onları görmüşdü. Gözlərimi açdım və qaranlığın şiddətindən heç bir şey görmədim. Sonra İmam(ə) bir xətt çəkib buyurdu: Sən Xızırın həyat suyunun çeşməsindəsən. Sonra o aləmdən xaric olduq və başqa bir aləmə keçdik.

Axırda İmam(ə) buyurdu: Bu yerin mələkutudur. Sonra mənə buyurdu: Gözlərini yum. Əlimdən tutdu, müşahidə etdim ki, olduğumuz evdə durmuşuq və əynimə geyindirdiyi paltarı çıxardı.

Ərz etdim: Sənə fəda olum! Gündən nə qədər keçib:

Buyurdu: Üç saat.79

DİVAR ARXASINDAN OLAN BAXIŞ


Abdullah ibni Əta deyir: Mən Məkkədə idim və İmam Baqirin(ə) görüşünün vurğunu olmuşdum. Mədinəyə yola düşdüm ki, İmamın(ə) hüzuruna yetişəm. Getməyimin məqsədi onun görüşünün şövqündn başqa bir şey deyildir. İmamın(ə) yanına getdiyim gecə çox soyuq və yağışlı bir gecə idi. İmamın(ə) evinin qapısına çatdığım zaman gecənin yarısı idi. Öz-özümə dedim: Mən bu vaxt qapını döyməyəcəyəm, sübhə qədər qapının dalında qalaram. Sonra isə onun görüşünə gedərəm. Elə bu fikirdə idim eşitdim ki, Həzrət öz xidmətçisinə buyurdu: Qapını Abdullah ibni Əta üçün aç ki, bu soyuq gecədə əziyyətə düşməsin. Qapını açdı və mən İmamın(ə) yanına varid oldum.80

1   ...   4   5   6   7   8   9   10   11   ...   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə