14 MƏsumdan möCÜZƏLƏr kitabın adı: Məsumdan möcüzələr




Yüklə 1.18 Mb.
səhifə7/20
tarix22.04.2016
ölçüsü1.18 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   20

İMAM HÜSEYNİN(Ə) KƏSİLMİŞ MÜBARƏK BAŞININ NURU


İbn Ziyadın qoşunu İmam Hüseynin(ə) və onun dostlarının kəsilmiş başlarını, Yezid üçün aparan zaman, yolun kənarında bir rahibin ibadətgahında (monastır) oturaq saldılar. İmam Hüseynin(ə) mübarək başını bir sandığa qoydular.

Gecə yarısı idi. Rahib bir səs eşitdi. Qulaq asdıqda, Allaha zikr və təsbih deyilməsini eşitdi. Ayağa qalxıb, başını monastrdan bayıra çıxartdı. Divarın yanında bir sandığı müşahidə etdi. Gördü ki, sandıqdan böyük bir nur asimana tərəf qalxır və mələklər dəstə-dəstə aşabı enib, deyirlər. Salam olsun sənə ey Peyğəmbərin oğlu! Salam olsun sənə ey Əba Əbdillah!67

Allahın salamı sənə olsun. ***

Məsihi rahib bunları müşahidə edib təəccübləndi. Nalə etməyə başladı. Sübh açılandan sonra ibadət etdiyi yerdən çıxıb, qoşunun içərisinə gəlib soruşdu:

Bu qoşunun sərkərdəsi kimdir?

Cavab verdilər: Xulidir. Xulinin yanına gəlib soruşdu: Bu sandıqdakı nədir?

Cavab verdi: Hüseyn(ə) ibni Əliyyibni Əbi Talibin(ə) başıdır.68

İMAM HÜSEYNİN(Ə) QƏBRİNİN TORPAĞININ MÖCÜZƏSİ


Həzrəti-Ayətullahul-üzma Ərakinin həyat yoldaşı vəfat etmişdi. Alimlərdən bir neçəsi yazıçı da olmaqla yanaşı, Ayətullahul-Üzma Bəhaüddini ilə birlikdə Ayətullah Ərakiyə baş sağlığı vermək üçün onun xidmətinə getdik. Bu böyük alim müsibət görməsinə baxmayaraq, çox şad və xüsusi bir mənəvi halda idi. Ağlamaq halında İmam Hüseyndən(ə) hadisə və məsələlər bəyan edirdi. O cümlədən: Bir dəfə atam Hüseynin(ə) qəbrini ziyarət etməyə getdi. Atam orada olanda İmamın qəbrini torpağından götürüb özü ilə gətirmişdi. Çünki müxtəlif rəvayətlərdə gəlmişdir ki, bu torpaq hər dərdə şəfa verəndir. Atam bu torpağı saxlayırdı. Hər kəsin bir xəstəliyi olanda ona müraciət edirdi. O, bir mərci miqdarında torpaqdan ona verirdi. Torpağı istifadə etdikdən sonra şəfa tapırdılar.69

ALTINCI FƏSİL

İmam Zeynul Abidinin(ə) möcüzələri

ŞİRLƏRİN MƏMURİYYƏTİ


Həcc səfərlərinin birində İmam Səccad(ə) həcc əməllərini yerinə yetirmək üçün Mədinədən Məkkə şəhərinə tərəf hərəkət edirdi. İki şəhər arasında yerləşən bir çölə yetişdi. O çöldə bir oğru camaatın yolunu kəsirdi. İmamı gördükdə ona dedi: Düş aşağı!

İmam(ə) buyurdu: Məndən nə istəyirsən?

İstəyirəm səni öldürəm və nəyin varsa onları qarət edəm.

İmam(ə): Mənim nəyim varsa səninlə öz aramda bölərəm və sənə verdiklərim şeyi sənin üçün halal edərəm.

Yol kəsən oğru dedi: Mən bu bölüşə razı deyiləm.

İmam(ə): İstədiyin heyi götür və ehtiyacım qədər mənədə saxla. Amma oğru bu təkliflə də razılaşmadı.

İmam(ə) ona buyurdu: Pərvərdigarın haradadır?

-Mənim pərvərdigarım yuxudadır. Bu zaman iki şir çöldən gəlib onu parçalayıb həlak etdilər. İmam(ə) ona buyurdu: Belə güman etmişdinki pərvərdigarın yuxudadır. Bu zaman iki şir çöldən gəlib onu parçalayıb həlak etdilər. İmam(ə) ona buyurdu: Belə güman etmişdinki pərvərdigarın yuxudadır və səndən xəbərsizdir.70


BÜTÜN VARLIĞIN İMAMLA BİRLİKDƏ DUASI


Səid ibni Musib deyir: İmam(ə) Məkkədən çıxmamış camaat çıxmırdılar. İmam Səccad(ə) ordan çıxdıqdan sonra, camaat da onunla birlikdə çıxdılar. O vaxt məndə İmamla birlikdə gəlirdim. Məntəqələrin birində yolun ortasında dayandı və iki rükət namaz qıldı. Allahı səcdə halında zikr edən zaman, onunla birlikdə zikr etməyən heç bir ağac və daş qalmamışdır. Mən bu hadisəni müşahidə etdikdə qorxdum.

İmam başını qaldırıb mənə dedi: Ey Səid! Qorxdunmu?

Cavab verdim: Bəli yəbnə Rəsulillah!

İmam buyurdu: Bu əzəmətli təsbihdir.71


QEYBDƏN BİR XƏBƏR


Tarixin böyük cinayətkarlarından biri olan Həccac ibni Yusif, Bəni-Üməyyə xəlifələrindən olan Əbdül Məlik Mərvana belə yazdı: Əgər istəyirsənsə sənin hökumətin sabit qalsın, Əli ibni Hüseyni(ə) öldür.

Əbdül Məlik Həccaca bir məktub yazdı ki, o məktubda belə yazılmışdır:

«Mənim əlimi Bəni Haşimin qanına bulama və özündə bu işdən çəkin. Ali Əbu Süfyan Bəni Haşimin qanını tökdü, amma çox çəkmədi ki, Allah onların səltənətini nabud etdi. Bu məktubu gizlincə ona göndərdi.

Əbdül Məlik bu məktubu Həccaca yazan vaxt İmam Səccad(ə) da həmin vaxt Əbdül Məlikə yazdı. O məktubda belə yazılmışdı: «Bəni Haşimin qanını hifz etmək barəsində yazdığından agah oldum. Allah sənə əcir versin... və məktubu Əbdul Məlik, Həccaca məktub göndərdiyi zaman öz qulamı ilə Əbdül Məlikə göndərdi. Qulam, Əbdül məlikin yanına gəlib gəlib, məktubu ona verdi. Əbdul Məlik məktubun tarixinə baxdı və gördü ki, bu məktub onun Həccaca yazdığı məktubla bir tarixdə yazılıb. Belə olduqda İmam Səccadın(ə) həqqaniyyətinə yəqin etdi və xoşhal oldu.

Sonra İmam(ə) üçün çoxlu miqdarda dinar göndərdi və ondan özünün, ailəsinin və qulamının bütün ehtiyaxlarını ona deməsini istədi.72

HƏCƏRÜL-ƏSVƏD İLƏ SÖHBƏT


İmam Hüseyn(ə) şəhadətə yetişəndən sonra, Mühəmməd Hənəfiyyə bir şəxsi imam Səccadın(ə) yanına göndərdi ki, onunla xüsusi görüş təyin etsin. İmam(ə) onun bu istəyinə müsbət cavab verdi və bir-biri ilə söhbət etməyə başladılar. Mühəmməd Hənəfiyyə dedi: Ey qardaşım oğlu! Sən yaxşı bilirsən ki, Allahın peyğəmbəri imamət və xəlifəliyi özündən sonra Əmirəl-möminin Əliyə(ə) sonra İmam Həsənə(ə) tapşırıb. Atanız da vəsiyyət etməmiş öldürüldü.

Mən sənin əminəm Atanla bir kökdənəm və Əlinin(ə) övladıyam. Səndən yaşlı olduğum üçün imamlığa da ləyaqətim səndən çoxdur. Buna görə imam və vəsi olmaq məsələsində mənimlə qalmaqal etmə.

İmam səccad(ə) buyurdu: Ey Əmi! Allahdan çəkin və həqqin olmayan bir şeyi iddia etmə. Mən səni moizə edirəm ki, cahil kəslərdən olmayasan. Ey Əmi! Atam(ə) İraqa getməmişdən qabaq əhd bağlamışdıq. Bu silah Allahın rəsulunun(s) silahıdır ki, mənim əlimdədir. Buna görə imamlıq məsələsinə dəxalət etmə, yoxsa pərişan olarsan və ömrün qısa olar. Allah imamlıq və vəsilik işini İmam Hüseyn(ə) nəslində qərar veribdir. Əgər bu həqiqətə agah olmaq istəyirsənsə, gəl birlikdə Həcərül-Əsvədin yanına gedək və ondan istəyək ki, bu həqiqəti bizə aşkar etsin.

Hər ikisi yola düşdülər. Nəhayət, Həcərül-Əsvədə yetişdilər. O zaman İmam Səccad(ə) Mühəmməd Hənəfiyyəyə buyurdu: Əvvəlsən Allah dərgahına üz tut və ondan istə ki, Həcərül-Əsvədi sənin üçün dilə gətirsin. Sonra ondan istə sənin imamlığına şəhadət versin.

Mühəmməd Hənəfiyyə nalə çəkərək dua edib Allaha yalvardı və Həcərül-Əsvəddən istədiyi onun imamlığına şəhadət versin. Amma heç bir cavab eşitmədi.

İmam Səccad(ə) buyurdu: Ey Əmi! Əgər sən doğrudan vəsi və imam olsaydın o sənə cavab verərdi.

Mühəmməd Hənəfiyyə dedi: Qardaşım oğlu sən dua et və Allahdan istə ki, həqiqət məlum olsun.

Əli ibni Hüseyn(ə) istədiyi kimi Allah ilə münacat etdi. Sonra Həcərül-Əsvədə xitab edərək belə dedi: Səndən peyğəmbərlərin, övliyaların və bütün insanların əhdini səndə yerləşdirən Allaha xatir istəyirəm ki, İmam Hüseyndən(ə) sonrakı imamın kim olduğunu bizə xəbər verəsən. Həcərül-Əsvəd yerində tərpəndi. Beləki az qalmışdı yerindən qopsun. O zaman Allah-təala onu dilə gətirdi və o, fəsih ərəb dilində dedi: And olsun Allaha! Doğrudanda imamlıq Hüseyn ibni Əlidən(ə) sonra, Əli ibni Hüseyn ibni Əli ibni Əbitalibə və peyğəmbərin qızı Fatimənin oğluna yetişib.

İş bu yerə yetişndə Mühəmməd Hənəfiyyə tutduğu yolundan qayıtdı və Əli ibni Hüseynin(ə) ardıcıllarından oldu.73

1   2   3   4   5   6   7   8   9   10   ...   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə