14 MƏsumdan möCÜZƏLƏr kitabın adı: Məsumdan möcüzələr




Yüklə 1.18 Mb.
səhifə6/20
tarix22.04.2016
ölçüsü1.18 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   20

DOĞULDUĞU GÜN, QUR’AN OXUMASI


Xanım Zəhra(s.ə) 11 yaşında olanda, İmam Həsən(ə) dünyaya göz açdı. O doğulduğu zaman hər bir çirkinlikdən ki, başqa uşaqlarda olur, pak idi. O doğulduğu zaman Allaha təsbih deyirdi. La ilahə illəllah deyir. Qur’an oxuyurdu. Cəbrail(ə)-da şirin sözlərlə onunla söhbət edirdi.55

İNƏYİN QARNINDA OLAN BALANIN XÜSUSİYYƏTLƏRİNİ VƏSF ETMƏSİ


İbni Abbas deyir: İmam Həsənin(ə) yanından bir inək keçdi. Həzrət(ə) buyurdu: Bu inəyin qarnında dişi bir buzov var. Buzovun alnı və quyruğunun ucu ağdır. Qəssabın yanına gedib. O inəyi kəsdik. Onun qarnındakı buzov İmam Həsənin(ə) buyurduğu xüsusiyyətlərdə idi. Həzrəti Həsənə(ə) dedik: Allah buyurmamışdır ki, «Allah-təala bətnində (rəhmdə) olanlara agahdır.» Bəs siz necə agah olursunuz?

İmam(ə) buyurdu: Gizli və qeybi elmi Mühəmməd(s) və onun Əhli-Beytindən56 başqa heç kəs bilmir.57


BEŞİNCİ FƏSİL

İmam Hüseynin(ə) möcüzələri

ÖLÜNÜ DİRİLTMƏSİ


Ravi58 deyir: İmam Hüseynin(ə) yanında oturmuşduq. Bu zaman bir cavan ağlaya-ağlaya daxil oldu. İmam(ə) ona buyurdu: Niyə ağlayırsan? O, cavab verdi: Anam indicə vəfat etdi və vəsiyyət də etməmişdir. O, bir çox mal-dövləti barəsində heç bir iş görməyim.

İmam Hüseyn(ə) buyurdu: Qalxın ayağa o qadının evinə gedək! Hamı İmam Hüseyn(ə) ilə birlikdə o qadın vəfat edən evə çatdıq.

İmam Hüseyn(ə) evə daxil olub, dua etdi ki, Allah-təala o qadını, istədiyi şeyləri vəsiyyət etmək üçün diriltsin. Allah-təala Həzrət Hüseynin(ə) duasına görə onu diriltdi. Elə halda ki, o, oturub «kəlmeyi-şəhadət» deyirdi. Bu zaman İmam Hüseynə(ə) baxıb dedi: Daxil ol! Ey Mənim ağam! Mənə fərman ver.

İmam(ə) daxil olub, oturduqdan sonra, o qadına buyurdu: Vəsiyyət et! Allah sənə rəhmət etsin!

Qadın dedi: Ey Peyğəmbərin nəvəsi! Filan qədər mal, bu məkanlarda varımdır. O malların üçdə birini sizin üçün qərar vermişəm.

Məsləhət gördüyünüz yerlərə və dostlarınıza xərc edin. Üçdə ikisini isə bu oğlum üçün ayırmışam. Əgər səni dostlarından olsa, bu mallardan istifadə etməyə haqqı var. Yox əgər sənin düşmənin və müxalifindirsə, bu mallardan istifadə etməyə haqqı yoxdur.

Sonra İmamdan(ə) onun üçün namaz qılmağı və işlərinə nəzarət etməyi istədi. Yenidən əvvəlki halına qayıtdı.59

PEYĞƏMBƏR(S) VƏ ƏLİNİ(Ə) CAMAATA GÖSTƏRMƏSİ


Əsbəğ ibni Nəbatə deyir: İmam Hüseynə(ə) dedim: Mənim ağam! Səndən bir şey istəyirəm ki, ona yəqinim var və İlahi sirrlərdəndir ki, ona agahsınız.

İmam(ə) buyurdu: Ey Əsbəğ! Peyğəmbərin(s) Əbu Bəkrlə Quba məscidindəki söhbətini eşitmək istəyirsən?

Dedim: Bəli. Onu istəyirdim İmam Hüseyn(ə) buyurdu: Qalx! Biz Kufədə idik. Birdən bir göz qırpımında Quba məscidində olduq.

İmam Hüseyn(ə) təbəssüm edib buyurdu: Ey Əsbəğ, ğir ay Sübh və bir ay gecə vaxtının küləyi Süleyman ibni Davudun(ə) ixtiyarında idi.

Amma küləyin ixtiyarı mənə Süleymandan(ə) da çox verilmişdir.

Dedim: And olsun Allaha! Doğru deyirsən Peyğəmbərin balası.

Bu zaman da buyurdu: Biz Qur’ana elmi olan kəslərik. Bizim yanımızda olanlar, heç kimin yanında yoxdur. Çünki biz Allahın sirr saxlayanıyıq. Yenidən Həzrət(ə) təbəssüm edib buyurdu: Biz Allahın sülaləsi və Peyğəmbərin(s) vərəsələriyik.60 Allaha bu nemətinə görə şükr edirik.

Sonra mənə buyurdu: Daxil ol. Daxil olub gördüm ki, Peyğəmbər(s) mehrabda61 özünü əbasına bükmüşdür. Barmaqlarını dişinin altında sıxır və özündən sonra xəlifəlik barəsində Əbu Bəkr ilə söhbət edirdi.

Həmçinin Əli(ə) də orada idi.62

ÖZ QATİLLƏRİ BARƏSİNDƏ XƏBƏR VERMƏK


Hüzeyfə deyir: Eşitdim ki, imam Hüseyn(ə) buyurur: And olsun Allaha! Bəni-Üməyyənin qəddar və itaətsiz şəxsləri məni qətlə yetirmək üçün bir yerə toplanacaqlar.

Onların hamısının önündə Ömər Sə’d olacaqdır. İmam Hüseyn(ə) bu xəbəri, Həzrəti-Peyğəmbər(s) sağ olan zaman buyurmuşdur.

Dedim: Bu xəbəri sizə Peyğəmbər(s) vermişdirmi?

Buyurdu: Xeyr.

Peyğəmbərin(s) yanına gedib, Hüseynin(ə) xəbərini ona çatdırdım.

Peyğəmbər(s) buyurdu: Mənim elmim onun elmi, onun elmi mənim elmimdir. Çünki, biz varlıq yaranmamışdan qabaq onların həqiqətinə və sirrlərinə agah idik.63


İMAMLIĞIN HEYBƏTİ


Bir neçə nəfər imam Hümeynin(ə) hüzuruna gəlib dedilər: Bizi öz fəzilətinə agah et. İmam(ə) buyurdu: Sizin bizim fəzilətləri eşitməyə dözümünüz yoxdur. Bir neçə nəfəriniz burada qalsın bəziləriniz getsin. Fəzilətlərimi burada qalanlara deyəcəyəm. Əgər onların fəzilətimi eşitməyə dözümləri olsa, o zaman sizin hamınıza deyəcəyəm.

Onlar Həzrətin yanından uzaqlaşdılar. Bu zaman imam Hüseyn(ə) özünün imamlıq heybəti ilə, onların biri ilə söhbət etdi və fəzilətlərini söylədi. Nəhayət, O, şəxs heyran qaldı. Onlar İmamın(ə) yanından qayıtdılar.64


DUASININ DƏRHAL QƏBUL OLMASI


Ravi deyir: Aşura günündə, Kərbala hadisəsinə və İmam Hüseynin(ə) başına gələnlərə şahid idim. Əbdullah ibni Cüveyrə adlı bir kişi, Həzrət Hüseynin(ə) yanına gəlib dedi: Ey Hüseyn! İmam(ə) cavab verdi: Nə istəyirsən?

Dedi: Sənə atəşi gözaydınlığı verirəm. (Yəni cəhənnəmə gedəcəksən.)

İmam Hüseyn(ə) buyurdu: Belə deyil. Mən bağışlayan və şəfaət edən Allah-təalanın yanına gedəcəyəm. Xeyr içində, yaxşılığa doğru hərəkət edirəm. Sən kimsən?

Cavab verdi: Mən ibni Cüveyrəyəm.

İmam(ə) onu əlini tutub, yuxarı qaldırıb dedi: İlahi bunu cəhənnəmə göndər.

İbni Cüveyrə qəzəblənib, İmama(ə) hücum etdi. Amma hücum edən zaman onun atı yerə yıxıldı və İbni Cüveyrənin ayağı üzəngiyə ilişib, başı yerə dəydi. At onu yer üzərində sürüyür. Onun başını daşa və ağaca vururdu. Onun ayağını parçaladı və bədəninin bir hissəsi üzəngidə olan halda cəhənnəmə vasil oldu.65


CƏBRAİLİN(Ə) İMAM HÜSEYNİN(Ə) BEŞİYİNİN BAŞINDA HAZIR OLMASI


Günlərin birində Cəbrail(ə) yerə nazil oldu. Bu zamanda Fatimə(s.ə) yatmışdı və İmam Hüseyn(ə) beşikdə ağlayırdı. Cəbrail(ə) onunla şirin söhbət etməyə başlayıb ona salam verdi. Nəhayət Fatimə(s.ə) yuxudan ayıldı. Bir şəxsin oğlu Hüseyn(ə) ilə danışıb, onu sakitləşdirməsini eşitdi.

Fatimə(s.ə) baxdı. Amma bir kəsi görmədi. Bu xəbəri Peyğəmbərə(s) çatdırdı. Peyğəmbər(s) buyurdu: O Cəbrail(ə) idi.66


1   2   3   4   5   6   7   8   9   ...   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə