14 MƏsumdan möCÜZƏLƏr kitabın adı: Məsumdan möcüzələr




Yüklə 1.18 Mb.
səhifə5/20
tarix22.04.2016
ölçüsü1.18 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   20

DÖRDÜNCÜ FƏSİL

İmam Həsənnin(ə) möcüzələri

QURUMUŞ AĞACIN YAŞILLAŞMASI


İmamHəsən(ə) Ömrə40 səfərinə gedirdi. Onun tərəfdarlarından biri, Zübeyrin övladlarından idi ki, onunla birgə səfər edirdi. Su saxlanılan bir məntəqədə istirahət üçün susuzluqdan qurumuş bir xurma ağacının altında əyləşdilər. Bir ağacın altında İmam Həsən(ə) üçün başqa bir ağacın altında isə İmamın şiəsi üçün yer düzəltdilər. İmam Həsənin(ə) şiəsi başını qaldırıb dedi: Əgər bu ağacın xurması olsaydı, yeyərdik. İmam Həsən(ə) ona buyurdu: Xurma istəyirsən?

Cavab verdi: Bəli!

İmam Həsən(ə) əlini 41göyə qaldırıb dua etdi. Nə dediyini başa düşə bilmədim. Duadan sonra ağac yam-yaşıl oldu. Yarpaq və xurma gətirdi. Ağaca çıxıb bütün xurmaları dərdilər. Xurma onlar üçün kifayət etdi.

İKİ QEYBİ42 XƏBƏR


İllərin birində İmam Həsən(ə) Məkkəyə piyada gedirdi. Onun ayaqları şişmişdi. Həzrətin(ə) nökərlərindən biri dedi: Əgər dəvəyə minsən, bu şişlər sağalar. Həzrət(ə) qəbul etməyib buyurdu: Yolun ortasındakı mənzildə43 istirahət etmək üçün dayanan zaman sənin yanına zənci bir kişi gələcək. Onun yanında dərman var. Onu alarsan. Nökər dedi: atam, anam sənə fəda olsun! Qarşımızda bir mənzil yoxdur ki, orada bir kəs olsun və bu dərmanı satsın.

İmam(ə) buyurdu: Bir az irəli gedək, onu görəcəksən. İki kilometr yol getdikdən sonra, həmin zənci kişi müşahidə olundu. İmam Həsən(ə) öz nökərinə buyurdu: O kişinin yanına get, bu dərmanı ondan al və pulunu ver. Alış-veriş qurtarandan sonra, zənci kişi dedi: Bu dərmanı kim üçün istəyirsən?

Nökər cavab verdi: Həsən(ə) ibni Əli(ə) üçün. Zənci kişi dedi: Məni onun yanına apar. Hər ikisi yola düşdülər. Həzrətin hüzuruna çatdıqdan sonra, zənci kişi dedi: Atam anam sənə fəda olsun! Mən bilmirdim sizin bu dərmana ehtiyacınız var. İcazə versəniz onun pulunu almazdım. Çünki mən sizin dostunuz və şiənizəm. Siz dua edin Allah-təala mənə siz Əhli-Beyti sevən sağlam bir oğlan bağışlasın. Çünki mən həyat yoldaşımın yanından gələndə o, uşaq dünyaya gətirmək istəyirdi. İmam Həsən(ə) buyurdu: Öz evinə get. Allah-təala sənə sağlam bir oğlan bağışlamışdır ki, bizim şiələrdəndir.44

UŞAQLIQ ÇAĞLARINDA SÖHBƏT ETMƏSİ


Əbu Süfyan Əlinin(ə) yanına gəlib dedi: Ey Əbəl Həsən!45 Bir hacətin qəbul olması üçün sənin yanına gəlmişəm.

İmam Əli(ə) buyurdu: hacətin nədir? Əbu Süfyan dedi: Gəl birlikdə əmin oğlu Mühəmmədin(s) yanına gedib ondan istəyək ki, bizimlə Əhd-peyman bağlasın və onu yazsın.

İmam Əli(ə) buyurdu: Ey Əbu Süfyan! Allahın peyğəmbəri sizinlə elə bir peyman bağlayıb ki, heç vaxt onu pozmayacaq. Bu anda Fatimə(s.ə) pərdənin arxasında oturmuşdu və Həsən(ə) dörd aylıq uşaq idi. Körpə uşaq Xanımın önündə beşikdə idi. Əbu-Süfyan Fatiməyə(s.ə) xitab edib dedi: Ey Mühəmmədin qızı! Bu uşağa de bizim üçün babası ilə söhbət etsin və ərəb-əcəm46 onun söhbətindən faydalansın.

Bu zamanda Həsən(ə) Əbu Süfyana üz çevirdi. Bir əlini Əbu Süfyanın burnuna, o biri əlini isə onun saqqalına sürtdü. O Allahın izni ilə dilə gəlib, dedi: Ey Əbu Süfyan! «La ilahə illəllah Muhəmmədun Rəsulullah» de! Sənin üçün babam ilə danışım və sizi şəfaət edim.

İmam Əli(ə) dedi: Şükr olsun Allaha! Mühəmmədin(s) nəslindən, Yəhya ibni Zəkəriyya(ə) peyğəmbər kimi bir şəxs qərar verdi ki, Allah-təala onun barəsində buyurmuşdur: «Biz ona uşaqlıqda Peyğəmbərlik verdik.»47

AĞACLARIN SAYINI TƏXMİN İLƏ DEMƏK48


İmam Həsən(ə) və Müaviyə bir-biri ilə sülh etmiş xurma bağlarında oturmuşdular. Müaviyə dedi: Ey Həsən(ə) ibni Əli(ə)! Mənə xəbər çatıbdır ki, Peyğəmbər(s) xurma ağaclarının sayını zənn edirdi. (Yəni təxmin ilə deyirdi) sizin bu barədə məlumatınız vardırmı?

Sizin tərəfdarlarınız belə təsəvvür edirlər ki, sizə yerin və göyün elmindən bir şey gizli deyil.

İmam Həsən(ə) buyurdu: «Peyğəmbər(s) əşyanın çəkisini təxmin ilə deyirdi. Mən onların ədədini təxmin ilə deyirəm.

Müaviyə dedi: bu xurma bağında neçə xurma var?

İmam Həsən(ə) buyurdu: 4 min ədəd. Müaviyə göstəriş verdi ki, xurma ağaclarınqın xurmalarını saysınlar. Sayandan sonra başa düşdülər ki, ağacın kal xurmalarının sayı 4004 ədəddir.49

ÖZ ÖLÜMÜNÜN KEYFİYYƏTİNDƏN XƏBƏR VERMƏK


İmam Həsən(ə) öz ailəsinə xəbər verdi: Mən Peyğəmbər(s) kimi zəhərlənib, Haqq-təalanın görüşünə gedəcəm. Onun Əhli-Beyti dedi: Səni kim zəhərləyəcək?

Buyurdu: Həyat yoldaşım Cədə.

Dedilər: Onu öz evindən qov. Allah ona lənət etsin!

İmam Həsən(ə) buyurdu: Onu evdən necə qovum, halbuki mənim arzum (yəni, şəhid olmaq) onun əlindədir. Mənim çıxış yolum yoxdur. Əgər onu qovsam, başqa bir kəs məni öldürməyəcək. Bu İlahinin mütləq baş verəcək qəzasıdır.50

Bir neçə gün keçməmişdi ki, müaviyə bir şəxsi Həzrəti(ə) zəhərləmək üçün hazırlanan zəhər ilə birlikdə Cədənin yanına göndərdi ki, Həzrəti Həsəni(ə) zəhərləsin. İmam(ə) arvadından süd istəyən zaman, O, südü Müaviyə göndərən zəhər ilə qatışdırıb, İmam Həsənə(ə) verdi. Bununla da İmamı(ə) zəhərlədi. İmam Həsən(ə) buyurdu: Ey Allahın düşməni! Məni öldürdün? Allah səni öldürsün. And olsun Allaha! Məndən sonra bir kəsə çatmayacaqsan. Allahın düşmənindən heç bir xeyir görməyəcəksən.

Həzrət(ə) buyurduğu kimi, İmamın şəhadətindən sonra, Cədə heç bir xeyir görmədi.51


ƏLİNİ(Ə) CAMAATA GÖSTİ


Camaatın bir qrupu İmam Həsənin(ə) hüzuruna gəlib dedilər; Atan göstərən möcüzə və kəramətlərdən bizim üçün göstər.

İmam(ə) buyurdu: Bu möcüzə ilə iman gətirəcəksiniz?

Dedilər: And olsun Allaha! İman gətirəcəyik. İmam Həsən(ə) pərdənin bir hissəsini yuxarı qaldırdı. Əlini(ə) oturduğu halda müşahidə etdilər.52

İmam(ə) bu zaman buyurdu: Onu tanıyırsınızmı? Hamısı birlikdə dedilər:

Bu Əmirəl-möminindir. Biz şəhadət veririk ki, həqiqətən sən Allahın vəlisi və canişinisən. İmam Əlidən(ə) sonra imamsan.53

QEYBDƏN XƏBƏR


İmam Həsən(ə) əyləqmişdi. Bir şəxs onun xidmətinə gəlib dedi: Ey Peyğəmbərin oğlu! Sənin evin od tutub. İmam(ə) cavab verdi: Od tutmayıb.

Bir az sonra başqa bir şəxs gəlib dedi: Yəbnə Rəsulillah! Sizin qonşunuzun evi od tutub və biz də şəkk etdik ki, sizin eviniz də od tutub yanır. Amma Allah-təala onu atəşdən qorudu.54


1   2   3   4   5   6   7   8   9   ...   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə