14 MƏsumdan möCÜZƏLƏr kitabın adı: Məsumdan möcüzələr




Yüklə 1.18 Mb.
səhifə3/20
tarix22.04.2016
ölçüsü1.18 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   20

YERİN İMAM ƏLİ(Ə) İLƏ DANIŞMASI


Əsma binti Ümeys deyir: Həzrəti Fatimə(s.ə) buyurdu: Gecələrin birində Əli(ə) evə daxil olduqdan sonra məni qorxuya saldı.

Dedim: Ey dünya qadınlarının xanımı! Səni necə qorxuya saldı?

Xanım buyurdu: Yerin onunla və onun yer ilə danışmasını eşitdim.20

BÖYÜK BİR DAŞI YERDƏN QALDIRMASI


İmam Əli(ə) öz əshabı ilə Siffeynə gedən zaman səhrada susuzluqla qarşılaşdı. Onlar su tapmaq üçün çox səy etdilər. Lakin tapa bilmədilər. Nəhayət, Əli(ə) bir yeri müəyyən edib, su tapmaq üçün oranı qazmağı göstəriş verdi. Onalr yeri qazmağa başladılar. Qazıntı zamanı böyük bir daşa çatıb dayandılar. Əlinin(ə) yanına gəlib dedilər: burada böyük bir daş var və külüng ona təsir etmir.

İmam Əli(ə) buyurdu: Bu böyük daş suyun üzərindədir. Əgər o götürülsə, suyu çıxarmaq olar. Bütün əshab o daşı qaldırmağa çalışdılar. Lakin faydası olmadı. Əli(ə) gördü ki, bu daşı qaldırmaq onların işi deyil. Buna görə də irəli gedib, əlini daşın altına saldı və daşı yerindən oynadıb qaldırdı. Sonra onu bir neçə metr kənara atdı. Bu zaman əshab zülal21 suyu müşahidə edib ondan içdçlər. Bu onların səfərdə içdikləri ən sərin və şirin su idi.

Əli(ə) buyurdu: Sudan için və ehtiyat üçün götürün. Sonra daşı götürüb, yerinə qqoydu. Quyunun əsərlərini aradan aparıb gizlətdi.22

XIRDA DAŞLARIN CƏVAHİRƏ ÇEVRİLMƏSİ


İmam Əli(ə) və onun əshabından bir neçəsi Kufə məscidində oturmuşdular. Bir kişi Həzrəti-Əliyə(ə) xitab edərək, dedi: Atam-anam sənə fəda olsun. Bu dəsətənin23 əlində olan dünyaya təəccüb edirəm. Siz bu dünyadan faydalanmırsınız.

Həzrət buyurdu: Sən təsəvvür edirsən biz dünyanı istəyirik və bizə verilmir? Bu zaman bir ovuc xırda daş götürüb, öz möcüzəsi ilə cəvahirə çevirib, soruşdu: Bunlar nədir?

Dedim: Ən yazşı növ cəvahirdir. Həzrət(ə) buyurdu: Əgər dünyanı istəsək bizim üçün həmişə var, lakin istəmirik. Sonra əlindəki cəvahirləri yerə atdı. Yenidən xırda daşlar öz əvvəlki halına qayıtdı.24

ZƏLZƏLƏNİN DAYANMASI


Fatimeyi-Zəhra(s.ə) buyurur: Əbu Bəkr və Ömərin dövründə böyük bir zəlzələ baş verdi. Camaat qorxuya düşüb, Əbu Bəkr və Ömərə pənah apardılar. Lakin gördülər ki, o iki nəfər qorxudan Əliyə(ə) pənah gətiriblər. Camaat da onların arxasınca, Əlinin(ə) evinə getdilər.

Əli(ə) onların qorxu və vəhşətinə diqqət etmədən evdən eşiyə çıxdı. Camaat da onun arxasınca hərəkət edirdilər. Nəhayət, uca bir nöqtəyə çatdılar. İmam Əli(ə) orada oturdu. Başqalarıda onun ətrafında oturub, şəhərin zəlzələdən titrəyən evlərinə tamaşa edirdilər. Bu zaman Əli(ə) buyurdu: Elə bil siz bu zəlzələdən qorxuya düşmüsünüz.

Cavab verdilər: Necə qorxmayaq ? Halbuki indiyə qədər belə bir şey görməmişik. İmam Əli(ə) dodaqlarını tərpətdikdən sonra, əllərini yerə vurub ona buyurdu: Sənə nə olubdur? Sakit ol!

Yer sakit oldu. Camaat zəlzələdən təəccüb etdiklərindəndə çox, Əlinin(ə) bu işinə təəccüb etdilər.

İmam(ə) buyurdu: siz mənim işimdə təəccüb etdiniz?

Dedilər: Bəli.

Buyurdu: Mən o şəxsəm ki, Allah-təala buyurmuşdur: Yer zəlzələyə gələn zaman, öz içindəki xəbərləri aşkar edər, İnsan deyir: Yer nə olmuşdur?***25

Mən həmin şəxsəm ki, qiyamət günündə yerə deyəcəyəm: Sənə nə olubdur? «Bu gündə yer öz xəbərlərini açıqlayacaq.» ***26

Yer mənim üçün öz xəbərlərini bəyan edəcək. 27

CƏNNƏT VƏ CƏHƏNNƏMİN ÜZƏRİNDƏN PƏRDƏ GÖTÜRMƏK


Həzrəti Əlinin(ə) əshabından bir neçəsi ona dedilər: Həzrəti Musa(ə) və İsanın(ə) canişinləri, camaat üçün dəlil, nişanə və möcüzələr göstərdilər. Siz də əgər bizə möcüzə göstərsəniz qəlblərimiz inam və yəqinlik tapar.

İmam(ə) buyurdu: Sizin nişanə, dəlil və möcüzəni görməyə dözümünüz yoxdur. Amma camaat israr etdilər.

Nəhayət, Əli(ə) camaatı qəbristanlığa tərəf apardı. Onlar quru və şoran olan bir məntəqəyə çatdılar. Bu zaman yavaş səslə dua edib dedi: Öz pərdələrini kənara çək.

Qəflətən səhranın bir tərəfində bağlar, çaylar, başqa bir tərəfində isə cəhənnəmin atəşi aşkar oldu. Bəziləri isə həzrətin möcüzəsini qəbul edib dedilər: Peyğəmbər(s) buyurardı: Qəbr, behişt bağlarından biri, ya cəhənnəm çalalarından biridir.28


ÇINQIL DAŞLARIN TƏSBİH DEMƏSİ


Salman deyir: bir neçə nəfər, Peyğəmbərin(s) hüzurunda oturmuşduq. Bu zamanda Əli(ə)-da gəldi. Peyğəmbər(s) bir ovuc çınqıl daş götürüb ona verdi. Daşlar hələ Əlinin(ə) əlində qərar tutmamışdı ki, dil açıb dedilər: «Allahdan başqa, allah yoxdur. Mühəmməd(s) onun elçisidir. Razı oldum ki, Allah mənim pərvərdigarım, Mühəmməd(s) Peyğəmbərim və Əli(ə) isə mənim ağamdır.» ***

Peyğəmbər(s) buyurdu: Sizlərdən hər kəs, Allahı və Əliyyibni Əbitalibin(ə) vilayətini qəbul edib razı olsa, Allahın əzabından amanda qalacaq.29


FƏRATIN SUYUNU YATIRMASI


Fəratın suyu çoxalmışdı. Camaat bu hadisədən qorxuya düşmüşdü. Əlinin(ə) hüzuruna gedib suyun çoxluğundan şikayət etdilər.

İmam Əli(ə) iki oğlu Həsən(ə) və Hüseyn(ə) ilə birlikdə, Fəratın sahilinə gəldi. İmam Əli(ə) çayın kənarında durdu. Bir halda ki, su iki tərəfdən qalxıb-coşurdu. Əlinin(ə) əlində Peyğəmbərin(s) şallağı var idi.

Həzrət(ə) şallaq ilə suya vurdu. «Su yarım metr miqdarında aşağı yatdı. Sonra daha bir zərbə vurdu. Bu dəfə su yarım metr miqdarında aşağı yatdı.

Camaat Əlinin(ə) bu aşkar möcüzəsini müşahidə edib dedilər: Ey əmirəl-möminin(ə)! Suyu bir az da azalt!

Həzrət(ə) buyurdu: Mən Allahdan istədim və o da müşahidə etdiyinizi əta etdi(bağışladı). İsrar edən bəndə olmağı xoşlamıram.30

ÜÇÜNCÜ FƏSİL

Həzrəti Fatimənin(s.ə) möcüzələri

ANA BƏTNİNDƏ DANIŞMASI


Həzrəti Xədicə(s.ə) hamilə idi. Bətnindəki uşaq dünya qadınlarının xanımı Fatimeyi-Zəhra(s.ə) idi. Fatimə(s.ə) həmişə ana bətninin içindən anası ilə danışar və onu səbr etməyə tövsiyə edərdi. Xədicə(s.ə) bətnindəki uşaq ilə söhbət etməyi, Peyğəmbərdən(s) gizlədirdi. Bir gün Peyğəmbər(s) Xədicənin(s.ə) Fatimə(s.ə) ilə danışmasını eşitdi. Həzrət Mühəmməd(s) buyurdu: Xədicə! Cəbrail mənə xəbər verdi ki, bətnindəki uşaq qızdır. O pak və mübarək övladdır ki, Allah-təala mənim nəslimi ondan qərar verəcək. Ondan imamlar dünyaya gələcək Allah-təala məndən sonra onları yer üzərində özünün xəlifələri qərar verəcək.31

1   2   3   4   5   6   7   8   9   ...   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə