14 MƏsumdan möCÜZƏLƏr kitabın adı: Məsumdan möcüzələr




Yüklə 1.18 Mb.
səhifə2/20
tarix22.04.2016
ölçüsü1.18 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   20

YAĞIŞIN YAĞMASI


Ərəb qəbilələri Peyğəmbəri(s) əziyyət etmək qərarına gəldikdən sonra Həzrət(s) dedi: İlahi! Öz əzabını bunlara göndər və Yusif(ə) peyğəmbərin zamanında olan aclıqdan bunlara nazil et! Peyğəmbərin(s) qarğışı ilə yeddi il yağış yağmadı. Mədinədə aclıq-susuzluq baş verdi. Səhrada yaşayan bir ərəb, Peyğəmbərin(s) hüzuruna gəldi. Sair ərəblərin adından kömək istəyib dedi:

Ağaclarımız quruyub, bitkilərimiz məhv olub, qadın və heyvanlarımızın döşündə süd qalmayıb və mal-qaramız qırılmışdır.

Həzrət(s) minbərə çıxıb, Allaha həmd və səna deyib, yağış duasını oxudu. Həzrət(s) duasını oxuyub qurtarmamış, yağış yağmağa başladı. Bir həftə yağdı. Nəhayət Mədinə əhli təngə gəlib dedilər: Ey Peyğəmbər! Qorxuruq boğulaq və evlərimiz viran qalsın.

Peyğəmbər(s) asimana üz tutub dedi: İlahi! Yağışı ətrafa yağdır. Biz tərəfə yağdırma! ***

Həzrətin işarəsi ilə buludlar Mədinə şəhərinin üzərindən dağılıb, şəhərin ətrafında durdular. Ətrafa möhkəm yağış yağırdı. Lakin Mədinəyə bir damcı da yağış yağmırdı. Bir ay çaylarda sel axırdı.

Peyğəmbər(s) buyrdu: «Əllahu-Əkbər» əgər Əbu Talib sağ olsaydı, gözləri işıqlanardı.12


KEÇİ BALASINI DİRİLTMƏSİ


Peyğəmbər(s) Mədinəyə daxil olandan sonra, Əbu Əyyub Ənsarinin evində oturmağı qərara aldı. Bu zamanda Əbu Əyyubun evində, bir keçi balası və üç kilo buğdadan başqa bir şey yox idi. O keçi balasını qızardıb, buğdadan çörək bişirib peyğəmbər(s) üçün gətirdi.

Peyğəmbər(s) buyurdu: Camaatı çağırın hər kəs yemək istəyirsə, Əbu Əyyubun evinə gəlsin. Əbu Əyyub camaatı çağırdı. Camaat Əbu Əyyubun evinə toplaşdılar. Hamısı hazırlanmış yeməkdən yeyib doydular. Lakin yemək azalmadı. Həzrətin(s) göstərişi ilə sümükləri toplayıb keçi balasının dərisinin arasına qoydular. Bu anda Həzrət(s) buyurdu: Allahın izni ilə qalx! Keçi balası dirilib, ayağa qalxdı. Camaat uca səslə Allahın birliyinə və Mühəmmədin(s) peyğəmbərliyinə şəhadət verdilər.13


PEYĞƏMBƏRİN(S) QƏTADƏNİN GÖZÜNƏ ŞƏFA VERMƏSİ


Qətadə ibni Noman, Bədr və Ühüd döyüşünün iştirakçılarından biri idi. Ühüd döyüşündə bir zərbə nəticəsində gözünün biri yerindən çıxmışdı.O, Peyğəmbərin(s) yanına gəlib dedi: Mənim gözəl bir həyat yoldaşım var. Onu çox istəyirəm və o da məni çox istəyir. Bir neçə gündür evlənmişik. Çox narahatam ki, məni belə halda görsün.

Peyğəmbər(s) onun gözünü yerinə qoyub dedi: İlahi! Ona gözəllik paltarı geyindir! ***

Qətadənin gözü şəfa tapıb, əvvəlkindən də gözəl oldu. Heç vaxt gözü ağrımadı. Amma o biri gözü bəzi vaxtlar ağrıyırdı.14

YƏHUDİLƏRİN HİYLƏLƏRİNİN BAŞ TUTMAMASI


Yəhudilərin bir qrupu, Əbduh adlı bir yəhudi qadının yanına gəlib dedilər: Ey Əbduh! Mühəmmədin(s) biz, Bəni-İsrailin qanını hədər edib, «Yəhudiliyi» aradan aparmasını bilirsən. Bəni-İsrailin bir qrupu, çoxlu pul ilə bu zəhəri alıblar ki, sən onu bu qoyunun ətinə qatıb, Mühəmmədi zəhərləyəsən. Əbduh onların dediyini yerinə yetirdi. Yəhudun başçıları onun evinə toplandılar. Əbduh Peyğəmbərin(s) yanına gəlib dedi: Ey Mühəmməd! Sizin, mənim boynumda qonşuluq haqqı varınızdır. Yəhudi başçılarından bir neçəsi, mənim evimdə toplaşıbdır. Bizim məclisi, özünüzün və səhabələrinizin vücudu ilə zinətləndirin.

Peyğəmbər(s), Əli(ə), Əbu Dəcanə, Əbu Əyyub, Səhl ibni Hünəyf və mühacirlərdən bir dəstə ilə birlikdə yola düşdü. Məclisə daxil oldular. Bişmiş zəhərli qoyun ətini gətirib süfrəyə qoydular. Yəhudilər ayaq üstə durmuşdular. Peyğəmbər(s) onlara buyurdu: Oturun!

Onlar, Həzrətin cavabında dedilər: Əgər bir Peyğəmbər(s) bizim görüşümüzə gəlsə, heç kəs onun hüzurunda oturmur. Biz istəmirik biz tərəfindən ona bir əziyyət olsun. Əlbəttə, Yəhudilər yalan deyirdilər. Zəhərlənməyin qorxusundan ayaq üstə durmuşdular. Bişmiş qoyunu, Həzrətin yanına qoyandan sonra qoyunun qol hissəsi dilə gəlib dedi: Ey Mühəmməd! Əl saxla. Məni zəhərə bulayıblar. Yemə!15

ƏŞYALARIN ŞƏHADƏT VERMƏSİ


Şəxt adlı bir yəhudi, Peyğəmbərin(s) yanına gəlib dedi: Ey mühəmməd! Sənin Allahın barəsində sual etməyə gəlmişəm. Əgər mənim suallarıma cavab versən, sənə tabe olacağam.

Peyğəmbər(s) buyurdu: Hər nə barəsində istəyirsən, sual et!

Yəhudi: Sənin Allahın haradadır?

Peyğəmbər(s): Hər yerdə. Müəyyən məkanda deyildir.

Yəhudi: sənin Allahın necədir?

Peyğəmbər(s): «Necə olmaq» məxluqatın xüsusiyyəti və sifəti ilə vəsf olunmaz.

Yəhudi: Sənin Peyğəmbər olmağını kim bilir?

Bu anda daş, kəsək və ətrafda olan bütün varlıqlar, Ərəb dilində aşkar surətdə dedilər: «Ey Şeyx! O, Allahın elçisi və peyğəmbəridir.»

Yəhudi dedi: Bu günə qədər bundan aşkar möcüzə görməmişdim. Sonra əlavə etdi: Allahın birliyinə və sənin Allahın rəsulu olmağına şəhadət verirəm.16

İKİNCİ FƏSİL

Həzrəti Əlinin(ə) möcüzələri

HƏZRƏT ƏLİNİN(Ə) GÜNƏŞ İLƏ DANIŞMASI


İbni Abbas deyir: Məkkəni fəth edib qayıdırdıq, gecə vaxtı Həvazendə17 idik. Peyğəmbər(s), Əliyyibni Əbi Talibə(ə) buyurdu: Ey Əli! Qalx, Allah yanında olan dərəcəni dərk et! Günəş doğan zaman onunla söhbət et!

Mən Fəzlə dedim: Qalx ayağa, görək Əli(ə) günəş ilə necə söhbət edir. Günəş doğdu. Əli(ə) ayağa qalxıb, ona xitab edərək dedi: Salam olsun Sənə Ey Allahın itaətində həmişə duran saleh bəndə! Günəş onun cavabında dedi: Salam olsun sənə ey Peyğəmbərin(s) qardaşı, canişini və Allahın xalqına olan dəlili! Bu zaman Əli(ə) şükr səcdəsi etməyə başladı. Gördüm Allahın Rəsulu(s) ayağa qalxdı. Həzrət(s) öz əlini, Əlinin(ə) üzünə çəkib buyurdu: Qalx mənim həbibim! Asiman əhli sənin ağlamağına görə, ağlayırlar. Allah-təala, səninlə yüksək fələyi saxlayanlarla fəxr edir.18


GÜNƏŞİN QAYITMASI


İmam Əli(ə) öz əshabı ilə birlikdə Babilə tərəf yola düşdülər. Yolun ortasında namaz qılmaq üçün münasib yer tapdılar. Nəhayət, namaz qılmaq üçün münasib yer tapa bilməyib, hərəkətlərinə davam etdilər. Amma günəşin batmasına çox az qalmışdı. Hərçənd Əli(ə) bir qrup əshabı ilə namazını qılmışdı. Lakin əshabın bir qrupu namazını qılmamışdı. Buna görə də öz namazları barədə danışmağa başladılar.

İmam Əli(ə) onların söz-söhbətini eşitdikdən sonra, Allah-təaladan günəşin qaytarılmasını istədi. Allah-təala onun duasını qəbul etdi. Günəşi əsr namazının vaxtına qaytardı. Həzrətin(ə) əshabı namazını qılıb qurtarandan sonra, günəş qüruba endi. Camaat bu aşkar möcüzəni müşahidə etdikdən sonra, Allaha şükr edib, ondan bağışlanmaq istədilər. Bu xəbər hər tərəfə yayıldı.19


1   2   3   4   5   6   7   8   9   ...   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə